Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1466/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsmayılova Xəyalə Ələddin qızının cavabdeh X1 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: paylı mülkiyyətdə olan əmlakların bölünməsi, pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X3 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə Ramazan oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində İsmayılov Vüqar Əlizadə oğlu cəlb edilməklə “miras payının qiymətləndirilməsi və dəyərinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- ****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2023-ci il tarixli qətnaməsi apellyasiyanın baxışının predmeti olan hissədə ləğv edilərək, * saylı Bakı “ASAN xidmət" mərkəzinin Notariat ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 2V-89 nömrə ilə qeyd edilmiş ##.##.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, X5 məxsus olmuş “VOLKSWAGEN POLO minik" markalı, 90- SE-024 dövlət qeydiyyat nişanlı avtomobilin 1/3 hissəsinə iddiaçı İddiaçı, 2/3 hissəsinə cavabdeh Cavabdeh miras payının müəyyən edilməsi qət edilmişdir.
2. Tələbkar İddiaçı borclu Cavabdeh ünvanladığı ##.##.2025-ci il tarixli müraciətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, * saylı "Asan" xidmət mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 2V-89 nömrə ilə qeyd edilmiş ##.##.2022-ci il tarixdə verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş və X5 məxsus olmuş “Volkswagen Polo” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 1/3 hissədə iddiaçı İddiaçı, 2/3 hissədə cavabdeh Cavabdeh miras payı müəyyən edilmişdir. Hal-hazırda mübahisə predmeti olmuş miras əmlakın alqı-satqı olduğu vaxt bazar qiymətindən əldə edilmiş pul məbləğinin 1/3 hissədə onun tərəfindən ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.
3. Satıcı Cavabdeh ilə Alıcı İsmayılov Vüqar Əlizadə oğlu arasında bağlanmış ##.##.2023cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən Satıcı “VOLKSWAGEN POLO minik" markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili 4800 manata Alıcıya satmışdır.
4. Satıcı İsmayılov Vüqar Əlizadə oğlu ilə X2 arasında bağlanmış ##.##.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən Satıcı “VOLKSWAGEN POLO minik" markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili 9000 manata Alıcıya satmışdır.
5. X4 ilə X8 arasında bağlanmış ##.##.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən Satıcı “VOLKSWAGEN POLO minik" markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili 10000 manata Alıcıya satmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “miras payının qiymətləndirilməsi və dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədinə əsasən, X5 məxsus olmuş "Volkswagen Polo" markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə iddiaçı İddiaçı miras əmlakdan 1/3 hissədə payının 5.000 (beş min) manat həcmində qiymətləndirilməsi və dəyərinin ödənilməsini təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- ***/**** nömrəli, ##.##.2024-cü il tarixli qanun qüvvəyə minmiş qətnaməsinə əsasən, 7 sayli "Asan" xidmət mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 2V-89 nömrə ilə qeyd edilmiş ##.##.2022-ci il tarixdə verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. X5 məxsus olmuş "Volkswagen Polo" markalı **-SE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 1/3 hissədə iddiaçı İddiaçı, 2/3 hissədə cavabdeh Cavabdeh miras payı müəyyən edilmişdir. Miras əmlakın iddiaçı İddiaçı payına düşən 1/3 hissəsində dəyərinin müəyyən edilməsi və pulla kompensasiya ödənilməsi barədə cavabdeh tərəfə ##/##/2025-ci il tarixli yazılı müraciət göndərilmiş və qısa müddət ərzində yazılı müraciətə münasibət bildirilməsi təklif olunmasına baxmayaraq bu günə kimi cavabdeh tərəfindən qərəzli olaraq bu və ya digər şəkildə hər hansı bir münasibət bildirilməmişdir.
8. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, CC/***/**-**** nömrəli qiymətlənidirilmə rəyinə əsasən ** SE *** dövlət qeydiyyat nişanlı “Volkswagen Polo” markalı avtomobilin 2022- 2023-cü illər üçün real bazar dəyəri yuvarlaq olaraq 8100 AZN (səkkiz min yüz manat) səviyyəsində müəyyən edilmişdir.
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Səlimə Miriyeva) iddianın qismən təmin edilməsi, iddiaçı İddiaçı “Volkswagen Polo” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində 1/3 miras payının əvəzi olaraq 2700 manat məbləğində pul cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
10. Məhkəmə ekspert rəyini iş üzrə toplanmış digər sübutlarla birlikdə qiymətləndirərək hesab edir ki, avtomobilin real bazar dəyəri satıldığı dövrə münasibətdə 8100 manat məbləğində qəbul edilməli və iddiaçı İddiaçı “Volkswagen Polo” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində 1/3 miras payının əvəzi olaraq 2700 (8100 / 3 * 1 = 2700) manat məbləğində pul cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29, Mülki Məcəlləsinin 213.1, 213.2, 213.5, 215.4, 215.5, 220.1, 220.2, 220.3, 220.4, 221, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” ##.##.2024-cü il tarixli, **/**** nömrəli qərardadına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 106.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, miras qoyan vəfat edən ərəfədə (may ayının sonunda) **SE*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh Cavabdeh idarəsində olmuşdur. Bu da o deməkdir ki, Cavabdeh tərəfindən vərəsəlik üzrə miras əmlakı faktiki qəbul edilmiş və idarə olunmuşdur. İddiaçının qaldırdığı ilk iddiadan görünür ki, iddiaçı sırf cavabdehi incitmək və qərəzli məqsədlərlə iddia qaldırmış, sanki ailə üzvlərindən qisas alırmış. İddiaçının məqsədi köhnə avtomobilin üçdə bir hissəsindən pay deyil, çünki bu rəqəm çox kiçik və cüzi məbləğdir. Bu məbləğə görə heç bir adekvat şəxs 3 il məhkəmə proseslərində iştirak etməz, saysız-hesabsız iddia qaldırmazdı. İddiaçı sırf özünə düşən mülkiyyət payından cavabvdehə ziyan vurmaq üçün “hüququndan”sui-istifadə etmişdir. İş materiallarından görünür ki, avtomobil məhz 4500 manat qiymətə satılıb. Bu kimi yazılı sübutu kənara ataraq qiymətləndirmə rəyinə əsasən qiymət müəyyən edilməsi qanunsuzdur. Çünki alıcı və satıcının iradə ifadəsi məhz müqavilə ilə müəyyən edilib, qiymətləndirmə isə bir çox hallar və şərtlərin təsiri ilə dəyişə bilən amildir. Məhkəmə ən böyük hüquqi səhvini bu məqamda etmişdir. Cavabdehə tərəf olaraq mübahisə predmeti olan avtomobilin düzgün qiymətləndirilməməsinə etiraz edilmiş, bununla bağlı vəsatət verilmiş və nəyə görə həmin dövrdə məhz 4500 manat qiymətə satılmasına aydınlıq gətirilmişdir. Belə ki, avtomobil texniki baxımdan nasaz olmuş, mühərriyində texniki problem olduğundan təmirə ehtiyacı olmuşdur. Əks halda avtomobilin rəsmi dövlət qurumunda nəzarət altında fərqli qiymətə satılması qeyri-mümkün olardı. Məhkəmə isə bu faktiki halı nəzərə almamışdır.
a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayəti qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddianın rədd edilməsini xahiş etdi.
16. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. O, bildirdi ki, 2022-ci ildə atası ölən zaman avtomobil tam saz vəziyyətdə olmuşdur.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlmədiyindən kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
18. Maddə 13, III hissə. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
19. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır.
20. Maddə 29, III hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
22. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
23. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
24. Maddə 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır.
25. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.
26. Maddə 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. 27.Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 28.Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 29.Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
30. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
38. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. İşin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisə predmeti olan “Volkswagen Polo” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ## ###### 2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında cavabdeh Cavabdeh tərəfindən İsmayılov Vüqar Əlizadə oğluna 4500 manata satılmış, daha sonra həmin avtomobil ## ###### 2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında İsmayılov Vüqar Əlizadə oğlu tərəfindən X6 9000 manata satılmış, daha sonra ## ####### 2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən X6 tərəfindən X14 10000 manata satılmışdır.
41. Göründüyü kimi, mübahisə predmeti olan nəqliyyat vasitəsi cavabdeh Cavabdeh tərəfindən üçüncü şəxsə özgəninkiləşdirilmiş, sonradan isə digər şəxslər arasında təkrar alqı-satqı predmetinə çevrilmişdir. Bu səbəbdən avtomobil artıq tərəflərin faktiki sahibliyində və ümumi paylı mülkiyyətində olmadığından, iddiaçının 1/3 payının naturada ayrılması və ya ona faktiki təhvil verilməsi obyektiv olaraq mümkün deyildir.
42. İş materiallarında olan qiymətləndirmə rəyinə əsasən “Volkswagen Polo” markalı, **- SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2022-2023-cü illər üçün real bazar dəyəri yuvarlaq olaraq 8100 manat məbləğində müəyyən edilmişdir.
43. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, avtomobilin real bazar dəyərini satıldığı dövrə münasibətdə 8100 manat məbləğində qəbul etmişdir. Belə olduqda məhkəmə əsaslı olaraq nəqliyyat vasitəsi üzərində 1/3 miras payının əvəzi olaraq 2700 (8100 / 3 * 1 = 2700) manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsini qət etmişdir.
44. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə kollegiya qeyd edir ki, hazırki halda iddiaçının hüquqdan sui-istifadə hallarına yol verməsinən söhbət gedə bilməz. İddiaçının nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququ məhkəmə qətnaməsi ilə tanınmış, həmin qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamənin sorğulanması hazırki halda müzakirə predmeti ola bilməz.
45. İddiaçı hazırda haqlı olaraq mülkiyyətçi kimi hüqunun əvəzinin maddi formada ödənilməsini tələb edir.
46. Avtomobilin satılan vaxt nasaz olması barədə cavabdeh tərəf hər hansı sübut təqdim etməmiş, iddiçı tərəf də bu faktı etiraf etməmişdir.
47. Bundan əlavə nəzərə almaq lazımdır ki, müstəqil mütəxəssis kimi fəaliyyət göstərən bu sahədə ixtisaslaşmış hər hansı mütəxəssislə müqavilə bağlayıb müvafiq rəy almaq hər bir şəxsin hüququdur.
48. Hazırki halda isə “xxxx” MMC-nin rəyini inkar edən hər hansı başqa rəy və ya sübut müəyyən edilməmişdir.
49. Odur ki, Kollegiya avtomobil və digər əşyaların MMC tərəfindən müəyyən edilmiş ilkin satış qiymətlərini ağlabatan və real hesab edir.
50. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Hazırda cavabdeh qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etsə də, buna əsas ola biləcək hər hansı əsaslı dəlil göstərməmiş, qətnamənin ləğv və ya dəyişdirilməsinə hər hansı əsas müəyyən edilməmişdir.
52. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2761/2025 nöməli nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.