Məhkəmə qərarları › İş №2(3-6)-1492/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1492/2026

09.06.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1492/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı X10 cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı İddiaçı vəkili Vəkil iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. Cabarova (Qəmbərova) Ziba Balaoğlan qızının əri X3 ##.##.2016-cı il tarixdə vəfat etmişdir. O, faktiki olaraq sözügedən fərdi yaşayış evində yaşayır, təbii qazdan istifadə edir və istifadə edilmiş qazın dəyərini ödəyir.

2. İddiaçıya məxsus fərdi yaşayış evi üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ##.##.2016-cı il tarixli, ******* saylı akt əsasında 172,10 manat, ##.##.2016-cı il tarixli, ******* saylı akt əsasında 139,10 manat, ##.##.2016-cı il tarixli, ******* saylı akt əsasında 32,60 manat, ##.##.2018-ci il tarixli, ******* saylı akt əsasında 976 manat, ##.##.2018-ci il tarixli, ******* saylı akt əsasında 219,60 manat, ##.##.2018-ci il tarixli, ******* saylı akt əsasında 498,80 manat, ##.##.2018-ci il tarixli, ******* saylı akt əsasında 21,80 manat, ##.##.2018-ci il tarixli, ******* saylı akt əsasında 1.058,40 manat, ##.##.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, ##.##.2019cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, ##.##.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, ##.##.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, ##.##.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, ##.##.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, ##.##.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, ##.##.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, ##.##.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, ##.##.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, ##.##.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, ##.##.2020-ci il tarixli, ******* saylı akt əsasında 504 manat, ##.##.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, ##.##.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, ##.##.2020-ci il tarixli, ******* saylı akt əsasında 684 manat, ##.##.2021-ci il tarixli, ******* saylı akt əsasında 1.188 manat, ##.##.2021-ci il tarixli, ******* saylı akt əsasında 396 manat, ##.##.2021-ci il tarixli, ******* saylı akt əsasında 396 manat, ##.##.2021-ci il tarixli, ******* saylı akt əsasında 396 manat, ##.##.2021-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, ##.##.2021-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, ##.##.2021-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, ##.##.2021-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, ##.##.2021-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, ##.##.2021-ci il tarixli, ******* saylı akt əsasında 871,20 manat, ##.##.2021-ci il tarixli, ******* saylı akt əsasında 540 manat, ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 540 manat, ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 475,20 manat, ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 540 manat, ##.##.2022- ci il tarixli, ******* saylı akt əsasında 540 manat, ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 298,08 manat, ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 298,08 manat, ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 362,88 manat, ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 362,88 manat, ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 362,88 manat, ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 1209,60 manat, ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 734,40 manat, ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 734,40 manat, ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 734,40 manat, ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 734,40 manat, ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 2.008,80 manat, ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 311,04 manat, ##.##.2024-cü il tarixli, ******* saylı akt əsasında 1.468,80 manat borc hesablanmışdır.

3. Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X7 Agentliyinin Bakı filialının ##.##.2026-cı il tarixli sorğuya cavabdan, ##.##.2022-ci il tarixinə qədər Cavabdeh İB tərəfindən 38 akt üzrə iddiaçıya hesablanmış 9.741,20 manat təşkil etdiyi müəyyən edilmişdir.Belə ki, sözügedən ünvanda həmin illərdə 1 ədəd PQ-4 markalı məişət tipli qaz plitəsi, 1 ədəd samovar tipli su qızdırıcısı və 2 ədəd qızdırıcı soba növündə qaz qurğularından istifadə olunmşdur. Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə analogiya üzrə “Qazdan istifadə Qaydaları”nın 6.5-ci, 6.5-1-ci və 6.5-3-cü bəndlərinə əsaslanaraq, iddiaçının fərdi yaşayış evi üzrə hesablanma aşağıdakı qaydada aparıla bilər: qış ayları üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1 x 1,2 m³ x 6 saat x 30 gün =216 m³; 1 ədəd samovar tipli su qızdırıcısı üçün - 1 x 1,5 m³ x 12 saat x 30 gün = 540 m³; 2 ədəd qızdırıcı soba üçün - 2 x 1,4 m³ x 12 saat x 30 gün = 1008 m³, cəmi 1764 m³ təşkil edə bilər. Yay ayları üzrə aylıq qaz sərfiyyatı: yay aylarında qızdırıcı sobalardan istifadə edilmədiyi nəzərə alınsa, aylıq qaz sərfiyyatı 216 m³+540 m³ = 756 m³ təşkil edə bilər. Bu qayda ilə illər üzrə sərf edilə biləcək qazın miqdarı aşağıdakı kimi ola bilər: 2016cı il üzrə: 2 qış ayı x 1764 m³ + 1 yay ayı x 756 m³ = 4284 m³; 2018-ci il üzrə: 3 qış ayı x 1764 m³ + 2 yay ayı x 756 m³ = 6804 m³; 2019-ci il üzrə: 5 qış ayı x 1764 m³ + 6 yay ayı x 756 m³ = 13356 m³; 2020-ci il üzrə: 3 qış ayı x 1764 m³ = 5292 m³; 2021-ci il 5 qış ayı x 1764 m³ + 6 yay ayı x 756 m³ = 13356 m³; 2022-ci il üzrə: 3 qış ayı x 1764 m³ + 2 yay ayı x 756 m³ = 6804 m³ hesablana bilər. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Qərarına əsasən əhali istehlakçılarının istehlak tariflərini nəzərə almaqla həmin illər üzrə itirilmiş qazın dəyəri: 2016-cı il üzrə: 1700 m³ x 0.10 manat + 2584 m³ x 0.20 manat = 686,80 manat; 2018-ci il üzrə: 1700 m³ x 0.10 manat + 5104 m³ x 0.20 manat = 1.190,80 manat; 2019-cu il üzrə: 1700 m³ x 0.10 manat + 11156 m³ x 0.20 manat = 2.451,20 manat; 2020-ci il üzrə: 2200 m³ x 0.10 manat + 3092 m³ x 0.20 manat = 838,40 manat; 2021-ci il üzrə: 1200 m³ x 0.10 manat + 1300 m³ x 0.20 manat + 10856 m³ x 0.25 manat = 3.094 manat; 2022-ci il üzrə: 1200 m³ x 0.12 manat + 1300 m³ x 0.20 manat + 4304 m³ x 0.25 manat = 1.480 manat, cəmi 9.741,20 manat təşkil edə bilər.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına görə onun mərhum əri X3 adına açılmış *************** saylı abonent koduna Cavabdeh İB-nin əməkdaşları tərəfindən 2016-cı ilin oktyabr ayında tərtib olunmuş akt əsasında yazılmış 172,10 manat, noyabr ayında tərtib olunmuş akt əsasında yazılmış 139,10 manat və dekabr ayında tərtib olunmuş akt əsasında yazılmış 32,60 manat olmaqla ümumilkidə 343,80 manat məbləğində borcun; 2018-ci ilin yanvar ayında tərtib olunmuş akt əsasında yazılmış 976 manat, fevral ayında tərtib olunmuş akt əsasında yazılmış 219,60 manat, aprel ayında tərtib olunmuş akt əsasında yazılmış 498,80 manat, may ayında tərtib olunmuş akt əsasında yazılmış 21,80 manat və dekabr ayında tərtib olunmuş akt əsasında yazılmış 1.058,40 manat olmaqla ümumilikdə 2.774,60 manat məbləğində borcun, 2019-cu ilin yanvar ayında tərtib olunmuş akt əsasında yazılmış 133,20 manat, fevral ayında tərtib olunmuş akt əsasında yazılmış 133,2 manat, mart ayında tərtib olunmuş akt əsasında yazılmış 133,20 manat, aprel ayında tərtib olunmuş akt əsasında yazılmış 133,2 manat, may ayında tərtib olunmuş akt əsasında yazılmış 32,4 manat, iyun ayında tərtib olunmuş akt əsasında yazılmış 32,4 manat, iyul ayında tərtib olunmuş akt əsasında yazılmış 32,4 manat, avqust ayında tərtib olunmuş akt əsasında yazılmış 32,40 manat, sentyabr ayında tərtib olunmuş akt əsasında yazılmış 32,40 manat, oktyabr ayında tərtib olunmuş akt əsasında yazılmış 32,4 manat noyabr ayında tərtib olunmuş akt əsasında yazılmış 100,80 manat olmaqla ümumilikdə 828 manat məbləğində borcun, 2020-ci ili yanvar ayında tərtib olunmuş akt əsasında yazılmış 504 manat, fevral ayında tərtib olunmuş akt əsasında yazılmış 252 manat, mart ayında tərtib olunmuş akt əsasında yazılmış 295,20 manat və sentyabr ayında tərtib olunmuş akt əsasında yazılmış 684 manat olmaqla ümumilikdə 1.735,20 manat borcun, 2021-ci ilin yanvar ayında tərtib olunmuş akt əsasında yazılmış 1.188,0 manat borcun, fevral ayında tərtib olunmuş akt əsasında yazılmış 396,0 manat, mart ayında tərtib olunmuş akt əsasında yazılmış 396,0 manat, aprel ayında tərtib olunmuş akt əsasında yazılmış 396,0 manat, may ayında tərtib olunmuş akt əsasında yazılmış 194,40 manat, iyun ayında tərtib olunmuş akt əsasında yazılmış 194,40 manat, iyul ayında tərtib olunmuş akt əsasında yazılmış 194,40 manat, avqust ayında tərtib olunmuş akt əsasında yazılmış 194,40 manat, sentyabr ayında tərtib olunmuş akt əsasında yazılmış 295,20 manat, noyabr ayında tərtib olunmuş akt əsasında yazılmış 871,20 və dekabr aylarında ayında tərtib olunmuş akt əsasında yazılmış 540 manat borcun, 2022-ci ilin yanvar ayında tərtib olunmuş akt əsasında yazılmış 540,0 manat, fevral ayında tərtib olunmuş akt əsasında yazılmış 475,20 manat, mart ayında tərtib olunmuş akt əsasında yazılmış 540 manat, aprel ayında tərtib olunmuş akt əsasında yazılmış 540 manat, may ayında tərtib olunmuş akt əsasında yazılmış 298,08 manat, iyun ayında tərtib olunmuş akt əsasında yazılmış 298,08 manat, iyul ayında tərtib olunmuş akt əsasında yazılmış 362,88 manat, avqust ayında tərtib olunmuş akt əsasında yazılmış 362,88 manat, sentyabr ayında tərtib olunmuş akt əsasında yazılmış 362,88 manat, noyabr ayında tərtib olunmuş akt əsasında yazılmış 1.209,60 manat və dekabr ayında tərtib olunmuş akt əsasında yazılmış 734,40 manat omaqla ümumilikdə 5.724,40 manat məbləğində borcun, 2023-cü ilin yanvar ayında tərtib olunmuş akt əsasında yazılmış 734,40 manat, fevral ayında tərtib olunmuş akt əsasında yazılmış 734,40 manat, mart ayında tərtib olunmuş akt əsasında yazılmış 734,40, oktyabr ayında tərtib olunmuş akt əsasında yazılmış 2.008,80 manat və noyabr ayında tərtib olunmuş akt əsasında yazılmış 311,04 manat borcun, 2024-cü ilin mart ayında 1468,80 manat manat məbləğində borcun, 2020-ci ilin may ayında yazılmış 2.558,29 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mərhum əri X3 məxsus olmuşdur. Onların əsasən ilin isti vaxtlarında həmin evdə yaşayırlar. Əri ## ####### 2016-cı il tarixində vəfat etmişdir. Sözügedən ünvanda quraşdırılmış qaz sayğacı da mərhum ərinin adına rəsmiləşdirilmişdir. Cavabdeh İB-nin əməkdaşları onların məlumatı olmadan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlmiş, onların təbii qazdan sayğacdankənar xətt vasitəsilə istifadə etdiyini aşkar etmişdirlər. Buna görə 2016-cı ilin oktyabr, noyabr və dekabr aylarında, 2018-ci ilin yanvar, fevral, aprel, may və dekabr aylarında, 2019-cu ilun yanvar-noyabr aylarında (hər ay), 2020-ci ili yanvar, fevral, mart və sentyabr aylarında, 2021-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, noyabr və dekabr aylarında, 2022-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, noyabr və dekabr aylarında, 2023-cü ilin yanvar, fevral, mart, oktyabr və noyabr aylarında və 2024-cü ilin mart ayında akt tərtib etmiş, sözügedən ünvana görə mərhum ərinin adına açılmış *************** nömrəli abonent koduna 2016-cı ildə 343,80 manat, 2018-ci ildə 2.774,60 manat, 2019-ci ildə 828 manat, 2020-ci ildə 1.735,20 manat, 2021-ci ildə 4.860 manat, 2022-ci ilə 5.724,0 manat, 2023-cü ildə 4.523,04 manat, 2024-cü ildə isə 1.486,80 manat olmaqla ümumilikdə 22.275,40 manat məbləğində borc yazılmışdır. Sözügedən aktlar onların iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Aktlara əlavə olunmuş fotoşəkillər isə həmin ünvana məxsus deyildir, yəni həmin akta əlavə olunan fotoşəkil onlara məxsus fərdi yaşayış evində çəkilməmişdir. Başqa sözlə onlara məxsus evdə təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır. Sözügedən ünvanda yaşadıqları müddət ərzində təbii qazdan qanuna uyğun formada istifadə etmiş, istehlak etdiyi təbii qazın dəyərini də ödəmişdir. Buna baxmayaraq Birliyin əməkdaşları yaşadığı ünvan üçün heç bir əsas olmadan ona əsassız olaraq borc yazmışdırlar. Bundan əlavə, yazılmış borc heç bir hüquqi normaya əsaslanmır və aparılmış hesablamalar da ağlabatan deyildir. Belə ki, Birliyin əməkdaşlarından ibarət komissiya tərəfindən tərtib olunmuş rəydə (tələbnamədə) ona məxsus ünvanda istifadədə olan qaz cihazlarının adı, onların saatlıq sərfiyyatı göstərilmiş orta günlük iş rejimi göstərilməklə hesabat aparılmışdır. Lakin reallıqda həmin cihazların sözügedən ünvanda olması və saatlıq qaz sərfiyyatının aktlarda göstərildiyi kimi olması ilə bağlı iş materiallarında hər hansı sübut yoxdur. Bundan əlavə Birlik tərəfindən tərtib olunmuş aktlarda (tələbnamələrdə) yuxarıda qeyd olunan ünvana görə itirilmiş qaz sərfiyyatına görə borc hesablayarkən müxtəlif aylar üzrə sərfiyyat məbləğlərini eyni qeyd edilmişdir. Belə ki, 2019-cu ilin mart, aprel, may və iyun aylarında itirilmiş qaz sərfiyyatına görə hər ay 133,20 manat, mayoktyabr ayları üzrə itirilmiş qaz sərfiyyatına görə borc hər ay 32,40 manat qeyd edilmişdir. Eyni cür hesablama 2021-ci ilin fevral-aprel və may avqust ayları ilə bağlı da tətbiq olunmuşdur. Belə ki, 2021-ci ilin fevral-aprel ayları üzrə itirilmiş qaz sərfiyyatına görə borc hər ay üçün 396,0 manat, may-avqust ayları üzrə itirilmiş qaz sərfiyyatına görə borc hər ay üçün 194,40 manat hesablanmışdır. Bu cür yanaşmalar 2022-ci ilin may və iyun ayları iyul və sentyabr ayları, 2023cü ilin yanvar, fevral və mart ayları üzrə də tətbiq olunmuşdur. Hər hansı bir ünvanda ardıcıl olan iki və daha artıq aylarda eyni həcmdə qaz sərfiyyatının olması heç bir halda ağlabatan deyil. Digər tərəfdən fərdi yaşayış evlərində yay aylarında 200-300 manat ekvivalentində qaz sərfiyyatının olması mümkünsüzdür. Belə olduqda qanunsuz qoşulma faktı kimi Birlik tərəfindən aparılmış hesablamaların da hüquqi əsasının olmadığı bir daha sübut olunur. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarda göstərilən məbləğlərin heç bir hüquqi əsası olmadığı kimi ağlabatan da deyildir. Bu ondan irəli gəlir ki, Birlik sözügedən ünvana qaz sərfiyyatına görə borc hesablayarkən qanuni normalara deyil, formal mülahizələrə əsaslanmışdır. Cavabdeh İB tərəfindən təşkil olunmuş komissiya üzvlərinin heç olmazsa birinin bu sahədə xüsusi biliyə malik mütəxəssis-ekspert olması barədə də iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Komissiyanın sırf Cavabdeh İB-nin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın Birliyin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir. Buna görə də qanunvericilikdə bu cür aktların qəbul olunması üçün əsas olan halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə qoyulmuşdur.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: 100456800900000) ##.##.2016-cı il tarixli, ******* saylı akt əsasında 172,10 manat, ##.##.2016-cı il tarixli, ******* saylı akt əsasında 139,10 manat, ##.##.2016-cı il tarixli, ******* saylı akt əsasında 32,60 manat, ##.##.2018-ci il tarixli, ******* saylı akt əsasında 976 manat, ##.##.2018-ci il tarixli, ******* saylı akt əsasında 219,60 manat, ##.##.2018-ci il tarixli, ******* saylı akt əsasında 498,80 manat, ##.##.2018-ci il tarixli, ******* saylı akt əsasında 21,80 manat, ##.##.2018-ci il tarixli, ******* saylı akt əsasında 1.058,40 manat, ##.##.2019-cu il tarixli, ******* saylı akt əsasında 133, manat, ##.##.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, ##.##.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, ##.##.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, ##.##.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, ##.##.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, ##.##.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, ##.##.2019- cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, ##.##.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, ##.##.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, ##.##.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, ##.##.2020-ci il tarixli, ******* saylı akt əsasında 504 manat, ##.##.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, ##.##.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, ##.##.2020-ci il tarixli, ******* saylı akt əsasında 684 ##.##.2021-ci il tarixli, ******* saylı akt əsasında 1188 manat, ##.##.2021-ci il tarixli, ******* saylı akt əsasında 396 manat, ##.##.2021-ci il tarixli, ******* saylı akt əsasında 396 manat, ##.##.2021-ci il tarixli, ******* saylı akt əsasında 396 manat, ##.##.2021-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, ##.##.2021-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, ##.##.2021-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, ##.##.2021-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, ##.##.2021-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, ##.##.2021-ci il tarixli, ******* saylı akt əsasında 871,20 manat, ##.##.2021-ci il tarixli, ******* saylı akt əsasında 540 manat, ##.##.2022- ci il tarixli, ******* saylı akt əsasında 540 manat, ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 475,20 manat, ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 540 manat, ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 540 manat, ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 298,08 manat, ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 298,08 manat, ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 362,88 manat, ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 362,88 manat, ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 362,88 manat, ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 1209,60 manat, ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 734,40 manat, ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 734,40 manat, ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 734,40 manat, ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 734,40 manat, ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 2.008,80 manat, ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 311,04 manat, ##.##.2024-cü il tarixli, ******* saylı akt əsasında 1.468,80 manat məbləğində borcun silinməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı cavabdeh təşkilat tərəfindən iddiaçının qanunsuz olaraq kənar xətt vasitəsilə qazpaylayıcı şəbəkəyə qoşulduğu və qazı taladığına dair məhkəməyə müvafiq sübut təqdim edilməmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */**** nömrəli ##.##.2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi məhkəmədə öz təsdiqini tapmadığından, sözügedən aktlar əsasında borcun hesablanaraq iddiaçıdan tələb edilməsi qanunsuz və əsassızdır.

8. Həmçinin məhkəmə iddianı 2020-ci ilin may ayında yazılmış 2.558,29 manat məbləğində borcun silinməsi hissəsində əsassız hesab edərək qeyd etmişdir ki, mülki iş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, iddiaçının abonent hesabına aktlar üzrə borc hesablanmış, lakin sonuncu tərəfindən hər hansı ödənişlər edilməmişdir. Belə olan halda cavabdeh Cavabdeh İB aktlar həmin borclar saldonun müvafiq olaraq “ödənişlər” və “o cümlədən qeyri-ödənişlər hissəsinə” keçirilmişdir ki, borcludan tutulmalar aparılaraq aktlar üzrə hesablanmış borcun ödənilməsi təmin olunsun. 2020-ci ilin may ayınadək aktlar üzrə ümumilikdə hesablanmış və ödənilməmiş tutulmaların aparılması üçün 2.558,29 manat “ödənişlər” və “o cümlədən qeyri-ödənişlər hissəsinə” göstərilmişdir. İddiaçının aktlar əsasında silinməsini tələb etdiyi borc məbləği ilə 2020-ci ilin may ayında göstərilmiş 2.558,29 manat pul vəsaiti eynilik təşkil edir.

9. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası ## #### 1998-ci il tarixli Qanununa; Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarına; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası ## #### 1998-ci il tarixli Qanununa istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

10. Cavabdeh Cavabdeh İstehsalat Birliyi qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi iddiaçı İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəfindən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmiş, səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasaydı birinci instansiya məhkəməsi iddia tələbinin rəd ediməsini qət edərdi.

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 14.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etməmişlər. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 16.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 17.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 18.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

19.21.1-ci və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 20.21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 21.560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 22.560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 23.1096, 1096.2 və 1097.1-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın

24.1.3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir 25.1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 26.3.4.1-cü bəndinə əsasən, özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır. 27.4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 28.4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 29.4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 30.4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 31.4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 32.5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 33.5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 34.6.5-6.7-ci bəndlərinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 35.6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

36.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə (aktlar tərtib edildiyi zaman qüvvədə olan redaksiyada) əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

37.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

38. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “##.##.2016-cı il tarixli, ******* saylı akt, ##.##.2016-cı il tarixli, ******* saylı akt, ##.##.2016-cı il tarixli, ******* saylı akt, ##.##.2018-ci il tarixli, ******* saylı akt, ##.##.2018-ci il tarixli, ******* saylı akt, ##.##.2018-ci il tarixli, ******* saylı akt, ##.##.2018-ci il tarixli, ******* saylı akt, ##.##.2018-ci il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2020-ci il tarixli, ******* saylı akt, ##.##.2020-ci il tarixli, ******* saylı akt, ##.##.2020-ci il tarixli, ******* saylı akt, ##.##.2020-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2022-ci il tarixli, ******* saylı akt, ##.##.2022-ci il tarixli, ******* saylı akt, ##.##.2022-ci il tarixli, ******* saylı akt, ##.##.2022-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış borcun silinməsi” hissəsində ləğv edilməli, iddia bu hissədə rədd edilməlidir.

40. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda müxtəlif tarixlərdə qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, ünvanda sayğaca müdaxilə və qanunsuz qoşulma halları aşkar edilərək müvafiq aktlarla rəsmiləşdirilmişdir. Həmin aktlara əsasən iddiaçıya məxsus 100456800900000 abunə hesabına Cavabdeh İB tərəfindən 2016-cı il üçün 3 akt üzrə 343,80 manat, 2018-ci il üçün 5 akt üzrə 2.774,60 manat, 2019-cu il üçün 11 akt üzrə 828 manat, 2020-ci il üçün 4 akt üzrə 1.735,20 manat, 2021-ci il üçün 11 akt üzrə 4.860,0 manat, 2022-ci il üçün 11 akt üzrə 5.724,00 manat, 2023-cü il üçün 5 akt üzrə 4.523,0 manat, 2024-cü il üçün 1 akt üzrə 1.468,80 manat məbləğində zərər hesablanmış, ümumilikdə isə 22.257,40 manat məbləğində zərərin yarandığı müəyyən edilmişdir.

41. Nəzərə alınmalıdır ki, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci bəndi ““Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanuna əsasən 2022-ci il ###ın #-dən qüvvəyə minmiş, 2025-ci ilin ####un #-də qüvvədən düşmüşdür.

42. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2022-ci il ###ın #-dən qüvvəyə minmiş 13-cü maddəsinin 8-1-ci bəndinə görə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

43. Kollegiya vurğulayır ki, mülki-prosessual qanunvericilikdə konkret sübut edilməli olan halın yalnız qanunvericilikdə göstərilən sübutetmə vasitəsi ilə təsdiq edilməli olduğu qeyd edilir. Hazırda da “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndində də sübut edilməli olan halın, yəni baş vermiş zərərin məhz istehlakçının təqsirli və qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində yaranmasının yalnız göstərilən sübutetmə vasitələri ilə təsdiq olunmalı olduğu nəzərdə tutulmuşdur. Belə ki, qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ, onun qazın talanmasında təqsirli olması faktı müvafiq səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi təqdirdə əsaslı hesab edilə bilər.

44. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin Qanunun təsiri altına düşən dövrdə iddiaçının qanunsuz hərəkətlərə yol verməsi halının yalnız cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş aktlar əsasında təsdiq edilməsi Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin, həmçinin sözügedən qanunun tələblərinə ziddir. Çünki qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

45. Məhkəmə kollegiyası hesab edir ki, bu dövrü əhatə edən iddia tələbləri üzrə müəyyən edilməli olan halların sübütetmə yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh qeyd edilən halları təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası 2022-ci (may ayının 1-dən), 2023-cü və 2024-cü illərdə tərtib olunmuş aktlar üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

46. Bununla belə kollegiya hesab edir ki, 2016-cı, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci və 2022-ci (may ayının 1-dək) illər üzrə tərtib olunmuş aktlara münasibətdə birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmiş, işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Belə ki, məhkəmə həmin dövrə aid aktların tərtibi zamanı iddiaçının məlumatlandırılmaması, onun iştirakı təmin edilmədən aktların rəsmiləşdirilməsi və bu hallar üzrə cavabdehin təqdim etdiyi sübutların yetərli olmaması, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşməsi və s. hallara istinad etmişdir. Məhkəmə bu halları iddianın həmin hissədə təmin edilməsi üçün kifayət hesab etmişdir.

47. Məhkəmə kollegiyası hesab edir ki, iddianın həmin hissədə təmin edilməsinin əsası kimi birinci instansiya məhkəməsinin qeyd etdiyi hallar tərəfindən düzgün qiymətləndirilməmişdir. Belə ki, iddiaçının qanunsuz qaz istifadəsi faktını təsdiq edən aktlar iş materiallarına əlavə olunsa da, məhkəmə həmin aktları nə faktın mövcudluğunun sübutu kimi, nə də zərərin həcminin müəyyən edilməsi üçün həmin aktlarda əks olunmuş məlumatları, o cümlədən qaz cihazlarının sayı, onların texniki göstəriciləri, qaz sərfiyyatı imkanları, qanunsuz istifadə günlərinin sayı və gündəlik istifadə müddəti kimi halları ayrıca araşdırmış, bu hallar üzrə müqayisəli təhlil aparmışdır. Nəticədə maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Halbuki, mübahisənin düzgün həlli üçün iş üzrə əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmalı idi.

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən 2016-cı, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci və 2022-ci (may ayının 1-dək) illərdə tərtib olunmuş aktların nəzərə alınmaması düzgün hesab edilə bilməz.

49. Zərərin müəyyən edilməsi baxımından da nəzərə alınmalıdır ki, bilə-bilə (qəsdən) qaz qurğusu sahibinin icazəsi olmadan qazdan istifadə edən şəxs, qaz qurğusu sahibinə dəymiş zərərə görə məsuliyyət daşıyır. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə isə qaz paylayıcısının dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etmək hüququ vardır.

50. “Qazdan istifadə Qaydaları”nın mübahisəli münasibətlərin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı həmin qoşulmanı dərhal aradan qaldırmalı, qaz verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun qaydada tələb etməlidir.

51. Belə ki, mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində mühüm yer tutur. Bu öhdəliklərin məzmunu hüquq pozuntusuna yol vermiş şəxsin məsuliyyəti ilə müəyyən edilir və pozulmuş hüquq və mənafelərin bərpasına xidmət edir. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan və nəticədə digər şəxsə zərər vuran şəxs həmin zərərə görə mülki hüquqi məsuliyyət daşıyır.

52. Məhkəmə kollegiyası iş materiallarına əlavə edilmiş abunəçinin saldo məlumatlarına və təqdim olunmuş aktlara əsasən müəyyən edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus 100456800900000 abunə hesabı üzrə Cavabdeh İB tərəfindən 2016-cı il üçün 3 akt üzrə 343,80 manat, 2018-ci il üçün 5 akt üzrə 2.774,60 manat, 2019-cu il üçün 11 akt üzrə 828 manat, 2020-ci il üçün 4 akt üzrə 1.735,20 manat, 2021-ci il üçün 11 akt üzrə 4.860,0 manat, 2022-ci il üçün 4 akt üzrə 2.095,20 manat məbləğində itirilmiş qazın həcminə uyğun zərər hesablanmışdır.

53. Kollegiya müəyyən edir ki, həmin aktlar tərtib edildiyi tarixlərdə iddiaçının qazdan qanunsuz istifadə etməsi faktını təsdiq edir. Bu əsasla İB-yə dəymiş zərərin hesablanması ilə bağlı müvafiq quruma - Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X7 Agentliyinə müracət etməsi zəruri hesab edilmişdir. Eyni zamanda iddiaçının 100456800900000 abonent hesabı üzrə mövcud borcun hesablanması həmin quruma həvalə olunmuşdur.

54. Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X7 Agentliyinin Bakı filialının ##.##.2026-cı il tarixli sorğuya cavabdan, ##.##.2022-ci il tarixinə qədər Cavabdeh İB tərəfindən 38 akt üzrə iddiaçıya hesablanmış 9.741,20 manat təşkil etdiyi müəyyən edilmişdir.

55. Belə ki, sözügedən ünvanda həmin illərdə 1 ədəd PQ-4 markalı məişət tipli qaz plitəsi, 1 ədəd samovar tipli su qızdırıcısı və 2 ədəd qızdırıcı soba növündə qaz qurğularından istifadə olunmşdur. Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə analogiya üzrə “Qazdan istifadə Qaydaları”nın 6.5-ci, 6.5-1-ci və 6.5-3-cü bəndlərinə əsaslanaraq, iddiaçının fərdi yaşayış evi üzrə hesablanma aşağıdakı qaydada aparıla bilər: qış ayları üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1 x 1,2 m³ x 6 saat x 30 gün =216 m³; 1 ədəd samovar tipli su qızdırıcısı üçün - 1 x 1,5 m³ x 12 saat x 30 gün = 540 m³; 2 ədəd qızdırıcı soba üçün - 2 x 1,4 m³ x 12 saat x 30 gün = 1008 m³, cəmi 1764 m³ təşkil edə bilər. Yay ayları üzrə aylıq qaz sərfiyyatı: yay aylarında qızdırıcı sobalardan istifadə edilmədiyi nəzərə alınsa, aylıq qaz sərfiyyatı 216 m³+540 m³ = 756 m³ təşkil edə bilər

56. Bu qayda ilə illər üzrə sərf edilə biləcək qazın miqdarı aşağıdakı kimi ola bilər: 2016-cı il üzrə: 2 qış ayı x 1764 m³ + 1 yay ayı x 756 m³ = 4284 m³; 2018-ci il üzrə: 3 qış ayı x 1764 m³ + 2 yay ayı x 756 m³ = 6804 m³; 2019-ci il üzrə: 5 qış ayı x 1764 m³ + 6 yay ayı x 756 m³ = 13356 m³; 2020-ci il üzrə: 3 qış ayı x 1764 m³ = 5292 m³; 2021-ci il 5 qış ayı x 1764 m³ + 6 yay ayı x 756 m³ = 13356 m³; 2022-ci il üzrə: 3 qış ayı x 1764 m³ + 2 yay ayı x 756 m³ = 6804 m³ hesablana bilər.

57. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Qərarına əsasən əhali istehlakçılarının istehlak tariflərini nəzərə almaqla həmin illər üzrə itirilmiş qazın dəyəri: 2016-cı il üzrə: 1700 m³ x 0.10 manat + 2584 m³ x 0.20 manat = 686,80 manat; 2018-ci il üzrə: 1700 m³ x 0.10 manat + 5104 m³ x 0.20 manat = 1.190,80 manat; 2019-cu il üzrə: 1700 m³ x 0.10 manat + 11156 m³ x 0.20 manat = 2.451,20 manat; 2020-ci il üzrə: 2200 m³ x 0.10 manat + 3092 m³ x 0.20 manat = 838,40 manat; 2021ci il üzrə: 1200 m³ x 0.10 manat + 1300 m³ x 0.20 manat + 10856 m³ x 0.25 manat = 3.094 manat; 2022-ci il üzrə: 1200 m³ x 0.12 manat + 1300 m³ x 0.20 manat + 4304 m³ x 0.25 manat = 1.480 manat, cəmi 9.741,20 manat təşkil edə bilər.

58. Kollegiya cavabdeh tərəfindən 38 aktın tərtib edilməsini, bununla yanaşı abonent tərəfindən təbii qazdan qanunsuz istifadə hallarının və təbii qazın talan edilməsinin qarşısının alınması üçün zəruri və daha sərt tədbirlərin görülməməsini, habelə öz davranışı ilə zərərin yaranmasına və artmasına müəyyən dərəcədə şərait yaratmasını nəzərə alaraq hesab edir ki, qeyd edilən aktlar üzrə qaz itkisinə görə zərərin məbləği itirilmiş təbii qazın 1 m3-nin dəyəri 0,10 qəpikdən hesablanmaqla müəyyən edilməlidir.

59. Beləliklə də, 2016-cı ildə tərtib edilmiş 3 akt üzrə 4284 m3 həcmdə hesablanmış zərərin 428,4 manat; 2018-ci ildə tərtib edilmiş 5 akt üzrə 6804 m3 həcmdə hesablanmış zərərin 680,4 manat; 2019-cu ildə tərtib edilmiş 11 akt üzrə 13356 m3 həcmdə hesablanmış zərərin 1.335,6 manat; 2020-cu ildə tərtib edilmiş 4 akt üzrə 6048 m3 həcmdə hesablanmış zərərin 604,8 manat; 2021-ci ildə tərtib edilmiş 11 akt üzrə 13356 m3 həcmdə hesablanmış zərərin 1.335,6 manat; 2022-ci ildə tərtib edilmiş 4 akt üzrə 6048 m3 həcmdə hesablanmış zərərin 604,8 manat olmaqla, cəmi 4.989,6 manat məbləğində olması müəyyən edilməli, bu borcdan 31,2 manat ödənildiyindən isə iddiaçının göstərilən aktlar üzrə silinməsini tələb etdiyi məbləğdən 4.958,4 manat məbləği saxlanılmaqla, qalan məbləğ əsassız hesablandığı üçün silinməlidir.

60. Kollegiya birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */**** nömrəli ##.##.2025-ci il tarixli məhkəmə-trasoloji ekspertizasının rəyi ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyil və ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatı o halda kifayət qədər yüksək olur ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar işə baxılan zaman müəyyən edilməsin.

61. Göründüyü kimi, sözügedən rəyə əsasən tədqiqata təqdim olunmuş boru üzərində müdaxilə nəticəsində yaranması xarakterik olan iz və zədə aşkar edilməmiş; qaz sayğacından kənar xətlərin çəkilməsi faktı da müşahidə olunmamışdır. Bununla belə, iş materiallarından görünür ki, iddiaçı mübahisəli dövrdə ünvan 1 ünvanında yaşamış və həmin dövrdə qazpaylayıcı müəssisənin xidmətlərindən istifadə etmişdir. Lakin 100456800900000 abunə kodu üzrə istifadə edilmiş təbii qaza görə ödənişlərin demək olar ki, aparılmadığı müəyyən edilir.

62. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi qismən - “##.##.2016-cı il tarixli, ******* saylı akt, ##.##.2016-cı il tarixli, ******* saylı akt, ##.##.2016-cı il tarixli, ******* saylı akt, ##.##.2018-ci il tarixli, ******* saylı akt, ##.##.2018-ci il tarixli, ******* saylı akt, ##.##.2018-ci il tarixli, ******* saylı akt, ##.##.2018-ci il tarixli, ******* saylı akt, ##.##.2018-ci il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2020-ci il tarixli, ******* saylı akt, ##.##.2020-ci il tarixli, ******* saylı akt, ##.##.2020-ci il tarixli, ******* saylı akt, ##.##.2020-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2022-ci il tarixli, ******* saylı akt, ##.##.2022-ci il tarixli, ******* saylı akt, ##.##.2022-ci il tarixli, ******* saylı akt, ##.##.2022-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış borcun silinməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, həmin hissədə iddia rədd edilməlidir.

63. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

64. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddianın qiyməti (təmin olunmayan hissədə) beş min manatdan az olduğundan hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

65. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi qismən - “##.##.2016-cı il tarixli, ******* saylı akt, ##.##.2016-cı il tarixli, ******* saylı akt, ##.##.2016-cı il tarixli, ******* saylı akt, ##.##.2018-ci il tarixli, ******* saylı akt, ##.##.2018-ci il tarixli, ******* saylı akt, ##.##.2018-ci il tarixli, ******* saylı akt, ##.##.2018-ci il tarixli, ******* saylı akt, ##.##.2018-ci il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2020-ci il tarixli, ******* saylı akt, ##.##.2020-ci il tarixli, ******* saylı akt, ##.##.2020-ci il tarixli, ******* saylı akt, ##.##.2020-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2022-ci il tarixli, ******* saylı akt, ##.##.2022-ci il tarixli, ******* saylı akt, ##.##.2022-ci il tarixli, ******* saylı akt, ##.##.2022-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış borcun silinməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə iddiası “##.##.2016-cı il tarixli, ******* saylı akt, ##.##.2016-cı il tarixli, ******* saylı akt, ##.##.2016-cı il tarixli, ******* saylı akt, ##.##.2018-ci il tarixli, ******* saylı akt, ##.##.2018-ci il tarixli, ******* saylı akt, ##.##.2018-ci il tarixli, ******* saylı akt, ##.##.2018-ci il tarixli, ******* saylı akt, ##.##.2018-ci il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2019-cu il tarixli, ******* saylı akt, ##.##.2020-ci il tarixli, ******* saylı akt, ##.##.2020-ci il tarixli, ******* saylı akt, ##.##.2020-ci il tarixli, ******* saylı akt, ##.##.2020-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2021-ci il tarixli, ******* saylı akt, ##.##.2022-ci il tarixli, ******* saylı akt, ##.##.2022-ci il tarixli, ******* saylı akt, ##.##.2022-ci il tarixli, ******* saylı akt, ##.##.2022-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 4.958,40 manat hissəsində rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 78,39 manatın 39 manatı məbləğində pul iddiaçı İddiaçı tutularaq cavabdeh Cavabdeh İstehsalat Birliyinə ödənilsin. Məhkəmə trasoloji ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaitinin əvəzi kimi 65 manatın 32 manatı məbləğində pul iddiaçı İddiaçı, 32 manatı - cavabdeh Cavabdeh İstehsalat Birliyindən tutularaq tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE00000000000002088501, X8, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ01360100000000003944) ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə cavabdeh tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar