Məhkəmə qərarları › İş №2(3-6)-1499/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1499/2026

03.06.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1499/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-nə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borcun silinməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-nə qarşı “borcun silinməsi və tutulmuş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X1 ##.##.2003cü il tarixdə ölmüşdür.

2. İş materiallarında olan Cavabdeh İB-nin ##.##.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, X1 barəsində tərtib olunmuş ******* saylı akta əsasən 8.640 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır.

3. İş materiallarında olan qaz sayğacının yoxlanılması barədə MSK-**/****-*****-* saylı ##.##.2022-ci il tarixli aktın surətindən görünür ki, sayğaca baxış keçirildi. Sayğac FO-44 rejimindən çıxarıldı, klapanı işlək deyil. Yivli birləşmələri korroziyaya uğrayıb. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəngi qoruyucu örtüyün rəngindən fərqlidir. Sayğacın yaddaş arxivi oxundu. ##.##.2022- ci il tarixdə Alarm-1 rejimi aşkar olundu. Xətalar normadan artıqdır. Sayğac istismara yararsızdır.

4. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktın surətindən görünür ki, “İtron G-4” markalı, 1202AQ1********** nömrəli sayğac, “Zenner G-4T” markalı, *********** nömrəli sayğacla dəyişdirilmişdir.

5. İş materiallarında olan Əliyev Sabir M.-na məxsus *************** saylı abonentin saldosundan görünür ki, abonentin 2022-ci ilin avqust ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 1.036,80 manat borcu mövcud olmuşdur. Daha sonra 2023-cü ilin yanvar ayında abonentin ayın sonuna borcu 4.147,20 manat göstərilmişdir. 2023-cü ilin iyul ayında cədvəlin “ödəniş” və “o cümlədən qeyri ödənişlər” bölməsinə 1.036,80 manat əlavə olunmaqla, həmin dövrdə ayın sonuna qalıq borc “0” manat göstərilmişdir.

6. Iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, Sabir Əliyevə məxsus 100304900100041 abonent kodlu sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, Cavabdeh IB-nin **/****-*****-* saylı rəyinə əsasən 1202AQ1********** nömrəli sayğacda ##.##.2022-ci il tarixdə Alarm-1 rejimi aşkar olunmuşdur.

7. İş materiallarında olan Cavabdeh İB-nin ##.##.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, Sabir Əliyev barəsində tərtib olunmuş ******* saylı akta əsasən 8.640 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır.

8. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, Sabir Əliyevə məxsus 100304900100041 abonent kodlu sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, abonent sayğacın sərtölçmə mexanizminə kənar müdaxilə edərək təbii qazdan qeyri-qanuni olaraq istifadə edir.

9. İş materiallarında olan Cavabdeh İB-nin ##.##.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, Sabir Əliyev barəsində tərtib olunmuş ******* saylı akta əsasən 34.560 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır.

10. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, ünvan 1 ünvanı üzrə *************** saylı abonent koduna Cavabdeh İstehsalat Birliyi tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 1.036 (min otuz altı) manat 80 (səksən) qəpik borcun silinməsi, Cavabdeh İstehsalat Birliyindən 30 (otuz) manat 36 (otuz altı) qəpik dövlət rüsumunun alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

11. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2026-cı il tarixli mütəxəssis rəyindən görünür ki, "Azəriqaz” İB tərəfindən iddiaçı İddiaçı barəsində 2022-ci ilin avqust və 2023-cü ilin yanvar ayında tərtib edilmiş aktlar qanunvericiliyin bu tələbinə əməl edilmədən tərtib edildiyindən, həmin aktlar üzrə hesablanmış 1.036,80 manat (bu borc məbləği 2023-cü ilin iyul ayında abonentin hesabından silinmişdir) və 4.147,20 manat dəymiş ziyan məbləğləri abonentdən tələb edilə bilməz.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

12. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh IB-nə qarşı “borcun silinməsi və tutulmuş pulun geri qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ona hesablanmış 3.915,18 manat borc məbləğinin silinməsi və ondan tutulmuş 1.267,82 manat pulun geri qaytarılması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Əfəndiyev küçəsi ünvanında yerləşən * saylı evin *a saylı mənzilində yaşayır. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Əfəndiyev küçəsi ünvanında yerləşən * saylı evin *a saylı mənzilinə dair iddiaçının mərhum atası ilə Cavabdeh İB arasında qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilə nəticəsində evə Smart tipli, “G-4” markalı qaz sayğacı quraşdırılmışdır. Evlərində quraşdırılan qaz sayğacının kartı vasitəsi ilə müəyyən pul məbləği yükləyərkən kartın blokda olduğunun şahidi olub. Bakı Regional Qazın Satışı Departamentinə şifahi olaraq müraciət etdikdə iddiaçıya bildirilib ki, sayğac işlək vəziyyətdə deyil. Nəticədə abonent koduna itirilmiş qaz sərfiyyatına görə 3.915,18 manat borc yazılıb və bu pulu ödəməlidir. İddiaçının evində quraşdırılan qaz sayğacına tərəfindən heç bir müdaxilə edilməyib. Belə ki, sayğac mənzildən çöldə yerləşir və buna dair məsuliyyəti iddiaçı yox cavabdeh təşkilatın özü daşıyır. Cavabdeh təşkilat tərəfindən sayğaca nəzarət edilməli idi. Cavabdeh İB tərəfindən iddiaçıya akt təqdim edilmişdir. İddiaçı kart vasitəsi ilə həmişə ödəniş etmişdir və heç bir çətinlik olmamışdır.

14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: 100304900100041) abonent Əliyev Sabir M.-a 2023-cü ilin yanvar ayı üçün hesablanmış 3.915,18 manat məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 59,16 manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim X3)

15. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia ərizəsində göstərilmiş abonent kodu üzrə 2022-ci ilin avqust ayında 1.036,80 manat borc hesablanmış, həmin borc qanuni qüvvəsini almış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən silinmişdir. Hazırki iddianın predmeti abonent koduna cavabdeh təşkilat tərəfindən 2023-cü ilin yanvar ayında yazılmış 4.147,20 manat borcun mübahisələndirilməsi ilə bağlıdır. Həmin borc sayğaca müdaxilə əsası ilə yazılmışdır. İşdən görünür ki, mübahisəli borcun yazılması zamanı hazırda qüvvədə olmayan “Qaz təchizatı haqqında” Qanunun 2022-ci ilin ## ### tarixindən ##.##.2026-cı il tarixinədək qüvvədə olan 13-cü maddəsinin 8- 1-ci hissəsi qüvvədə olmuşdur. Bununla da, 2023-cü il tarixdə hesablanmış borcun əsaslandırılması üçün cavabdeh təşkilat istehlakçının qazın talanmasında təqsirli olmasına təsdiq edən müvafiq icra hakimiyyəti orqanının qərarını təqdim etməli idi. Belə ki, istehlakçının qazın talanmasında, habelə sayğaca müdaxilə etməsində təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh Cavabdeh İstehsalat Birliyi istinad etdiyi ##.##.2023-cü il tarixli ******* saylı akt üzrə göstərilən sübutlar (istehlakçının qazın talanmasında təqsirli olmasına təsdiq edən müvafiq icra hakimiyyəti orqanının qərarı) məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia qismən təmin edilərək, abonent kodu üzrə 2023-cü ilin yanvar ayı üçün hesablanmış 3.915,18 manat məbləğində borc silinməlidir. Borcdan silinmiş pulların geri qaytarılması hissəsində məhkəmə qeyd edir ki, məhz borca tutulmuş pulun həcmi iş materialları ilə öz təsdiqini tapmadığından, bu hissədə iddia təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ## ### 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan İstifadə Qaydaları”na, Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə, 9.3-cü maddəsinə, 77.1-ci maddəsinə, 77.2-ci maddəsinə, 88-ci maddəsinə, 217.3-cü maddəsinə, 217.4-cü maddəsinə, 218.1-ci maddəsinə, 220.4-cü maddəsinə istinadən əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən cavabdeh Cavabdeh İstehsalat Birliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına mübahisələndiyimiz qətnamədə istinad olunmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. 1-ci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasaydı 1-ci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini qət edərdi. Dəymiş ziyanın həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdi ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Eyni zamanda qanunsuz istifadə ilə bağlı videoçəkiliş tərəflərindən təqdim edilmişdir. Bunun nəticəsi olaraq da, 1-ci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

20. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmənin səbəbləri barədə məlumat verməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun:

12.6.6-cı maddəsinə əsasən bu Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda hər ay istehlakçıya istehlak edilmiş qazın dəyəri və sabit tarif barədə hesab təqdim etmək pərakəndə satıcının vəzifələrinə aiddir. 13.8-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru qanunsuz xətti dərhal qaz şəbəkəsindən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. 15.4-cü maddəsinə əsasən qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru istehlakçıya verdiyi qazın həcmini yalnız sayğacın göstəricilərinə əsasən müəyyən etməli və sabit tarif barədə istehlakçıya hər ay bildiriş, habelə bu Qanunun 16.3cü maddəsinə uyğun olaraq qaz satıcısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda istehlakçının istifadə etdiyi qazın dəyərini tam hesablayaraq qaz satıcısının adından hesab təqdim etməlidir (göndərməlidir). Ağıllı sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında bildirişin və hesabın təqdim edilməsi (göndərilməsi) tələb olunmur. 16.3-cü maddəsinə əsasən qaz satıcısı ilə alqı-satqı müqaviləsi bağlayan istehlakçının qaz təchizatı qaz satıcısı ilə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:

4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 6.5-2-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3-cü maddəsinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Hazırkı işin halları baxımından müəyyən edilmişdir ki, iddia ərizəsində göstərilmiş abonent kodu üzrə 2022-ci ilin avqust ayında 1.036,80 manat borc hesablanmış, həmin borc qanuni qüvvəsini almış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən silinmişdir. Hazırki iddianın predmeti abonent koduna cavabdeh təşkilat tərəfindən 2023-cü ilin yanvar ayında yazılmış 4.147,20 manat borcun mübahisələndirilməsi ilə bağlıdır. Həmin borc sayğaca müdaxilə əsası ilə yazılmışdır.

29. İşdən görünür ki, mübahisəli borcun yazılması zamanı hazırda qüvvədə olmayan “Qaz təchizatı haqqında” Qanunun 2022-ci ilin ## ### tarixindən ##.##.2026-cı il tarixinədək qüvvədə olan 13-cü maddəsinin 8-1-ci hissəsi qüvvədə olmuşdur. Bununla da, 2023-cü il tarixdə hesablanmış borcun əsaslandırılması üçün cavabdeh təşkilat istehlakçının qazın talanmasında təqsirli olmasına təsdiq edən müvafiq icra hakimiyyəti orqanının qərarını təqdim etməli idi. Belə ki, istehlakçının qazın talanmasında, habelə sayğaca müdaxilə etməsində təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh Cavabdeh İstehsalat Birliyi istinad etdiyi ##.##.2023-cü il tarixli ******* saylı akt üzrə göstərilən sübutlar (istehlakçının qazın talanmasında təqsirli olmasına təsdiq edən müvafiq icra hakimiyyəti orqanının qərarı) məhkəməyə təqdim etməmişdir.

30. Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, abonentin təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən edilməmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən isthelakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər istehlakçıdan tələb edilmişdir.

31. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə əsasən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Hazırki halda isə cavabdeh qurum tərəfindən qeyd edilənlərə riayət edilməmişdir.

32. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki işdən isə müyyən edilir ki, həmin akt tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsini isə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən abonent hesabına hesablanmış borc da əsaslı hesab edilməməklə silinməlidir.

33. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehCavabdeh İstehsalat Birliyi tərəfindən iddiaçı İddiaçı barəsində tərtib edilmiş akt əsasında 3.915,18 manat məbləğində borcun hesablanması qanunsuz və əsassız olduğundan abonent hesabından silinməsi qənaətinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Həmçinin kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh İstehsalat Birliyinin özünə aid edilməlidir.

35. Hazırkı iş üzrə iddianın qiyməti (silinməsi tələb edilən məbləğ) ümumilikdə beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh İstehsalat Birliyinin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar