Məhkəmə qərarları › İş №2(3-6)-15/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-15/2026

17.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-15/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iş üzrə (Açar sözlər: sığorta müqaviləsi üzrə öhdəliyin icra edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X12 və X4 ibarət tərkibdə, X oğlunun katibliyi, Iddiaçının nümayəndəsi və vəkili nümayəndə4, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakları ilə, Iddiaçı İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində “xxxx” ASC cəlb edilməklə) cavabdeh Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta müqaviləsi üzrə öhdəliyin icra edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. İddiaçı ilə X13 ilə ##.##.2003-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər.

2. “xxxx” ASC ilə X13 arasında bağlanmış ##.##.2023-cü il tarixli, DAKM-** nömrəli kredit müqaviləsinə əsasən “xxxx” ASC tərəfindən X13 186 ay müddətinə illik 9% dərəcəsi ilə 67.000 manat məbləğində kredit verilmişdir. Kredit ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin alınması üçün ayrılmışdır.

3. “xxxx” ASC (ipoteka saxlayan) ilə X13 (alıcı – ipoteka qoyan (borcalan)) və X5 (satıcı) arasında bağlanmış ##.##.2023-cü il tarixli, DAKM-** nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı ünvan 1 ünvanında yerləşən 66,0 kv.m. ümumi, 38,6 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı və mülkiyyət hüquqları Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti * saylı Ərazi Idarəsi tərəfindən ##.##.2021-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi 1121006187 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı alıcı-ipoteka qoyanın mülkiyyətinə vermişdir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən daşınmaz əmlakın satış qiyməti 115.000 manatdır, daşınmaz əmlakın dəyərinin 48.000 manat məbləğində olan hissəsi alıcı ipoteka qoyanın özü tərəfindən, 67.000 manat məbləğində olan hissəsi isə kreditor-ipoteka saxlayan tərəfindən kreditor-ipoteka saxlayan və alıcı-ipoteka qoyan arasında Bakı şəhərində bağlanmış tərəfindən ## #### 2023-cü il tarixli, DAKM-** nömrəli kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmişdir.

4. “xxxx’’ Sığorta Şirkəti ASC-nin ##.##.2023-cü il tarixli, MLI-FM-ABB-******* nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası şəhadətnaməsinə əsasən Borcalanın, yəni ##.##.1974-cü il təvəllüdlü X13 həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi halından ## #### 2023-cü il tarixində DAKM-** saylı kredit müqaviləsi üzrə Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən sığorta olunmuşdur. Sığorta müqaviləsinin qüvvədə olduğu vaxt ##.##.2023-cü il tarixdən ##.##.2039-cu il tarixədək müəyyən olunmuşdur. Sığortalının ipoteka kredit müqaviləsi üzrə kredit məbləği 67.000 manat təşkil edir.

5. ##.##.2023-cü il tarixli Həyat sığortası şəhadətnaməsinə əsasən sığorta təminatı olaraq “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın 5-ci bəndinə əsasən məhdudiyyətlər nəzərə alınmaqla aşağıdakılara təminat verilir: sığorta olunanın ölməsi, xəstəlik və ya bədbəxt hadisə nəticəsində İ, II, III dərəcəli əlilliyin təyin edilməsi.

6. Həyat sığortası şəhadətnaməsinə əsasən “sığorta ödənişinin həddi" aşağıdakı kimidir: “Sığorta olunanın istənilən səbəbdən ölümü halında – sığorta ödənişinin həcmi qalıq borc məbləğinin 100,00%-i həcmində. Sığorta olunana İ dərəcəli əlilliyin təyin edilməsinə səbəb olan xəstəlik və ya bədbəxt hadisə üzrə: a. Sığorta ödənişinin həcmi qalıq borc məbləğinin 80,00%-i həcmində müəyyən edilir..”

7. Sığortalı ərizəsində qeyd etmişdir: “ Bununla mən, X13 bildirirəm ki, bu ərizə imzalanan anda: əlil və ya anadangəlmə anomaliyaya malik bir şəxs deyiləm, ağıldan kəmlik, epilepsiya və digər ağır sinir pozğunluqlarından əziyyət çəkmirəm; bütün növ xroniki xəstəliklər, həmçinin, şəkərli diabet, onkoloji və yaxud xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkmirəm; Sığorta müddəti başa çatan tarixdə mənim yaşım 65-dən çox olmayacaqdır; əsəb psixi xəstəliklər, alkoqolizm və yaxud narkomaniyadan əziyyət çəkmirəm; həyat və sağlamlıq üçün yüksək təhlükə yaradan aktiv istirahət və idmanla peşəkar səviyyədə və ya yüksək riskli digər əyləncə növləri ilə məşğul olmuram; nəqliyyat vasitəsi kimi motosikletdən istifadə etmirəm; IÇV infeksiyasının daşıyıcısı deyiləm və QIÇS-ə yoluxmamışam. Əllilik nəticələnə biləcək hər hansı xəstəliyim yoxdur, həmçinin əlilliyin müəyyən olunması üçün müvafiq orqanlara müraciət etməmişəm. Bu ərizəni imzalayaraq bildirirəm ki; Mən bu ərizədə qeyd olunanlarla razıyam və burada olan məlumatların doğruluğunu təsdiq edirəm. Mən anlayıram ki, tibbi müayinədən keçmədiyimə görə və ya yanlış və natamam məlumatların təqdim olunması, həmçinin məlumatları təqdim etmədən imtina, baş vermiş hadisənin sığorta hadisəsi kimi qəbul olunmamasına və sığortaçı şirkət tərəfindən sığorta ödənişinin həyata keçirilməsinə imtina üçün əsas ola bilər.”

8. Həyat sığortası üzrə ərizə formasına * saylı əlavənin 1.a bəndində göstərilən ürək xəstəliyi və (və ya) ürəyin fəaliyyətinin pozulması, yüksək arterial təzyiq, qan damarlarının xəstəlikləri, qan dövranı pozulması, insult, 1.d bəndində göstərilən böyrəklərin xəstəlikləri və fəaliyyətinin pozulması ilə bağlı suallara X13 tərəfindən “xeyr” cavabı verilmişdir".

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təqdim edilmiş sonuncu müayinəyə dair məlumatın verilməsi barədə ##.##.2025-ci il tarixli arayışa əsasən, X13 “Böyrək dializindən asılılıq. Dializ üçün arteriovenoz şunt olması. Böyrək dializ vəziyyəti. Proqramlı Hemodializ müalicəsi. Xroniki böyrək xəstəliyi V mərhələ. Xroniki böyrək çatışmazlığı V mərhələ (terminal)” diaqnozu qoyularaq ##.##.2023-cü il tarixdən müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir.

10. X13 ##.##.2025-ci il tarixdə vəfat etmiş, ölüm haqqında şəhadətnamədə ölümün səbəbi “durğunluq ürək çatmamazlığı” qeyd qeyd edilmişdir.

11. “xxxx’’ Sığorta Şirkəti ASC tərəfindən “xxxx” ASC-yə ünvanlanmış ##.##.2025-ci il tarixli, ****-** nömrəli məktubda bildirilmişdir ki, Cavabdeh Sığorta Şirkəti ASC ilə X13 arasında ##.##.2023-cü il tarixli MLI FM-ABB-******* nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası müqaviləsi bağlanmışdır. Məktuba əlavə olunmuş ************ nömrəli ölüm haqqında tibbi şəhadətnamənin “Əvvəlcə mövcud olan səbəblər” hissəsində X13 ölümünə səbəb olan xəstəlik ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik -10 il qeyd edilmişdir. Göründüyü kimi X13 ölümünə səbəb olan ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyinin başlanılma tarixi ##.##.2023-cü il tarixli MLI-FM-ABB- ******* nömrəli sığorta müqaviləsinin qüvvəyə minməsindən öncəki tarixə təsadüf edir. Yuxarıda qeyd olunanlara baxmayaraq N.Məşədiyev ##.##.2023-cü il tarixində Cavabdeh Sığorta Şirkəti ASC ilə sığorta müqaviləsi bağlayarkən yuxarıda göstərilən xəstəlikdən əziyyət çəkməsi barədə şifahi və ya yazılı məlumat təqdim etməmiş, sığorta müqaviləsinin “Sığortalı və ya sığorta olunan adından ərizə" hissəsində xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkmədiyini bəyan etmişdir. Bundan başqa N.Məşədiyev sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Həyat sığortası üzrə ərizə formasına * saylı Əlavənin (tibbi məlumatda) 1-ci bəndinin “a” hissəsində ürək xəstəliyi və ürəyin fəaliyyətinin pozulması, yüksək arterial təzyiq, qan damarlarının xəstəlikləri, qan dövranının pozulması, insult xəstəliklərindən əziyyət çəkmədiyini qeyd etmişdir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 911.2-ci maddəsinə görə sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Azərbaycan Respublikasının Mərkəzi Bankının ## ### 2024-cü il tarixli **/* saylı Qərarı ilə təsdiq edilmiş “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydasının 2.1.11-ci maddəsinə əsasən sığorta hadisəsi sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 935.1.6-cı və qeyd olunan Qaydanın 19.1.3-cü maddəsinə əsasən isə sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsini və Azərbaycan Respublikasının Mərkəzi Bankının ## ### 2024-cü il tarixli **/* saylı Qərarı ilə təsdiq edilmiş “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydasfnı rəhbər tutaraq bildirilmişdir ki, baş vermiş hadisə üzrə Cavabdeh Sığorta Şirkəti ASC-nin öhdəliyi yaranmadığından sığorta ödənişinin verilməsi qanunvericiliyə uyğun deyildir.

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xxxx ** nömrəli Şəhər Poliklinikası tərəfindən tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, X13 ##.##.2025-ci il tarixdə ölümünə səbəb olmuş xəstəlik kimi durğunluq ürək çatmamazlığı qeyd edilmişdir. Əvvəlcə mövcud olan səbəb kimi durğunluq ürək çatmamazlığı olmadan ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi 10 il qeyd olunmuşdur. Ölümünə baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmuş xəstəliklə və ya patoloji halla əlaqədar olmayan başqa vacib hallar: ---------- asılı olmayan şəkərli diabet. Çoxsaylı ağırlaşmalarla 6 il.

13. Azərbaycan Respublikası “xxxx” X1 “xxxx”xxxx“xxxx’’ Sığorta Şirkəti ASC-yə ünvanladığı ##.##.2025-ci il tarixli məktubuna əsasən Xətai rayon sakini X13 ** nömrəli ŞP-da “E 11.7 Şəkərli diabet II tip çoxsaylı ağırlaşmalarla” diaqnozu ilə 2022-ci ildən qeydiyyatdadır. 2023-cü ilin oktyabr ayından N **.5 XBX V (terminal) mərhələ.Z 99.2 Proqramlı hemodializ diaqnozu ilə vəfat edən günə qədər dializ almışdır. Xəstəliyi ilə əlaqədar ona 1 dər.əlillik təyin edilmişdir. ##.##.2025-ci il tarixdə xəstə vəfat etmişdir, ölüm səbəbi: Dz: i 50.0 Durğunluq ürək çatmamazlığı (3 gün) E 11.9 Arterial hipertoniva (10 il) E 11.7 insulindən asılı olmayan şəkərli diabet çoxsaylı ağnaşmalarla (6 il). N **.5 xr.böyrək xəstəliyi V mərhələ. (3 il). Z 99.2 Proqramlı hemodializ (3 il).

14. Azərbaycan Tibbi Universiteti Tədris-Terapevtik Klinikasının ##.##.2022-ci il tarixli epikrizinə əsasən X13 hipertenziya, hipertoniya xəstəliyi mərh III, risk IV. diaqnozu qoyulmuşdur. Anamnezində qeyd olunmuşdur ki, o, 20 ildir ki, şəkərli diabetdən əziyyət çəkir.

15. “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə X13 ##.##.2025-ci il tarixinə ümumi borcu 62457,43 manat təşkil edir.

a) Birinci instansiya məhkəməsində icraat

16. Iddiaçı İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində “xxxx” ASC cəlb edilməklə cavabdeh Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta müqaviləsi üzrə öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, X13 ilə “xxxx” ASC arasında bağlanmış ##.##.2023-cü il tarixli DAKM-** nömrəli kredit müqaviləsinə əsasən qalan borc məbləğinin (sığorta ödənişinin) Cavabdeh Sığorta Şirkəti ASC ilə X13 arasında bağlanmış ##.##.2023-cü il tarixli MLI-FM-ABB-******* nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası müqaviləsinə əsasən sığorta məbəğinin Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən faydalanan şəxs “xxxx” ASC-nə ödənilməsi; vəkilə etdiyi kömək üçün ödədiyi 1.000 manatın və iddia tələbi üzrə ödədiyi 100 manatın Cavabdeh Sığorta Şirkəti ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X13 ilə rəsmi nikaha daxil olmuşdur. N.Məşədiyevlə nikahından ##.##.1999-cu il tarixdə Məşədiyeva (Məmmədova) Nərmin Namiq qızı və ##.##.2001-ci il tarixdə X7 adlı uşaqları anadan olmuşdur. ##.##.2023cü il tarixdə satıcı X5, ipoteka saxlayan “xxxx” Açıq Səhmdar Cəmiyyəti və alıcı (ipoteka qoyan) X10 arasında ünvan 1 ünvanında yerləşən 66,0 kvm ümumu, 38,6 kvm yaşayış sahəsindən ibarət 3 otaqlı mənzilə dair alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı və ipoteka müqaviləsinin 1.3-cü bəndinə əsasən, ipoteka predmetinin satış qiyməti 115.000 manatdır. Ipoteka predmetinin dəyərinin 48.000 manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən, 67.000 manat məbləğində olan hissəsi isə borc verən-ipoteka saxlayan ilə alıcı-ipoteka qoyan arasında Bakı şəhərində bağlanmış ##.##.2023-cü il tarixli DAKM-** nömrəli kredit müqaviləsinə əsasən borc verən-ipoteka saxlayan tərəfindən alıcıipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Cavabdeh Sığorta Şirkəti ASC ilə X13 arasında ##.##.2023-cü il tarixli MLI-FM-ABB-******* nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası müqaviləsi bağlanmışdır. Həmin sığorta müqaviləsinin sığortalı/sığorta olunan bölməsinə görə - sığorta olunan X13r. Faydalanan şəxs isə sığorta hadisəsinin baş vermə tarixinə sığorta olunan kredit müqaviləsi üzrə əsas qalıq borc məbləği həcmində “xxxx” ASCdir. Həmin sığorta müqaviləsinin sığorta təminatı hissəsinə görə “Fiziki şəxlərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”nın 5-ci bəndinə əsasən məhdudiyyətlər nəzərə alınmaqla aşağıdakılara təminat verilir. Sığorta olunanın ölməsi, xəstəlik və ya bədbəxt hadisə nəticəsində İ, II və III dərəcəli əlilliyin təyin edilməsi. Həmin sığorta müqaviləsinin sığorta müddəti hissəsinə görə - sığortanın müddəti yerli vaxtla ##.##.2023-cü il saat 24:00-dan, ##.##.2039-cu il saat 24:00-dək müəyyən edilmişdir. Həmin sığorta müqaviləsinin sığorta ödənişinin həddi hissəsinə görə - 1. Sığorta olunanın istənilən səbəbdən ölümü halında – sığorta ödənişinin həcmi qalıq borc məbləğinin 100,00 %-i həcmində müəyyən edilmişdir. 2. Sığorta olunan İ dərəcəli əlilliyin təyin edilməsinə səbəb olan xəstəlik və ya bədbəxt hadisə üzrə a. Sığorta ödənişinin həcmi qalıq borc məbləğinin 80%-i həcmində müəyyən edilir. b. Daha əvvəl sığorta ödənişi hayata keçirilibsə, həmin ödənişlərin məbləği İ dərəcəli əlillik üzrə hesablanmış sığorta məbləğindən çıxılaraq arasındakı fərq ödənilir. Cavabdeh Sığorta Şirkəti ASC ilə X13 arasında ##.##.2023-cü il tarixli MLI-FM-ABB-******* nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası müqaviləsinin bağlanmasından sonra, yəni ##.##.2023-cü il tarixdə əri Namiq Məşədiyevə İ dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. (Diaqnoz: Böyrək dializindən asılılıq. Dializ üçün arteriovenoz şunt olması. Böyrək dializ vəziyyəti. Proqramlı Hemodializ müalicəsi. Xroniki böyrək xəstəliyi V mərhələ. (terminal). Cavabdeh Sığorta Şirkəti ASC ilə X13 arasında bağlanmış ##.##.2023-cü il tarixli MLI-FM-ABB-******* nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası müqaviləsinin sığortalı/sığorta olunan bölməsinə görə sığorta olunan X13 ##.##.2025-ci il tarixdə vəfat etmişdir. X13 ##.##.2023-cü il tarixdə İ dərəcəli əlillik dərəcəsinin təyin edilməsi; həmçinin X13 ##.##.2025-ci il tarixdə vəfat etməsi nəticəsində sığorta hadisələri baş vermişdir. Belə ki, Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 1.1.19-cu maddəsinə əsasən, sığorta hadisəsi – icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin sığorta müqaviləsinin faydalanan şəxs bölməsinə görə faydalanan şəxs sığorta hadisəsinin baş vermə tarixinə sığorta olunan kredit müqaviləsi üzrə əsas qalıq borc məbləği həcmində “xxxx” ASC-dir. Odur ki, ##.##.2023-cü il tarixli DAKM-** nömrəli kredit müqaviləsinə əsasən qalan borc məbləği sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən faydalanan şəxs “xxxx” ASCnə ödənilməlidir. X13 ölümündən sonra “xxxx” ASC sığortaçı Cavabdeh Sığorta Şirkəti ASCnə müraciət edərək, sığorta ödənişinin olunması xahiş olunmuşdur. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən “xxxx” ASC-nə ünvanlanmış ## ### 2025-ci il tarixli məktubda bildirilmişdir ki, “X13 ölümünə səbəb olan ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyinin başlanma tarixi ##.##.2023-cü il tarixli MLI-FM-ABB-******* nömrəli sığorta müqaviləsinin qüvvəyə minməsindən öncəki tarixə təsadüf edir. Yuxarıda qeyd olunanlara baxmayaraq N.Məşədiyev ##.##.2023-cü il tarixində Cavabdeh Sığorta Şirkəti ASC ilə sığorta müqaviləsi bağlayarkən yuxarıda göstərilən xəstəlikdən əziyyət çəkməsi şifahi və ya yazılı məlumat təqdim etməmiş, sığorta müqaviləsinin “Sığortalı və ya səğorta olunan adından ərizə” hissəsində xroniki ürək-damar əziyyət çəkmədiyini bətan etmişdir. Bundan başqa N.Məşədiyev sığorta müqaviləsinin ayrılmaz hissəsi olan Həyat sığortası üzrə ərizə formasında * saylı əlavənin (tibbi məlumatda) 1-ci bəndinin “a” hissəsində ürək xəstəliyi və ürəyin fəaliyyətinin pozulması, yüksək arterial təzyiq, qan damarlarının xəstəlikləri, qan dövranının pozulması, insult xəstəliklərindən əziyyət çəkmədiyini qeyd etmişdir. Yuxaxırda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankının **/* nömrəli, ## ### 2024-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nı rəhbər tutaraq bildirmişdir ki, baş vermiş hadisə üzrə Cavabdeh Sığorta Şirkəti ASC-nin öhdəliyi yaranmadığından sığorta ödənişinin verilməsi qanunvericiliyə uyğun deyildir”. Həmçinin tərəfindən şifahi şəkildə və yazılı ərizə ilə Cavabdeh Sığorta Şirkəti ASC-nə müraciət edilərək, sığorta hadisələrinin baş vermələri bildirilmiş və sığorta ödənişinin verilməsi xahiş olunmuş, lakin cavabdeh tərəfindən hərəkətsizlik edilərək, sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. Cavabdeh Sığorta Şirkəti ASC-nin X13 ölümünə səbəb olan səbəb olan ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyinin başlanma tarixi ##.##.2023-cü il tarixli MLI-FM-ABB-******* nömrəli sığorta müqaviləsinin qüvvəyə minməsindən öncəki tarixə təsadüf etməsinə əsaslnamaqla sığorta ödənişinin verilməsindən imtina etməsi əsassızdır. Belə ki, X13 həyat sığortası müqaviləsinin bağlanmasından əvvəl “xxxx” MMC-də Rafinasiya şöbəsində operator (vinterize və ağartma) vəzifəsində işləmiş və müqavilənin bağlanmasından sonra da əmək fəaliyyətini davam etdirmişdir. Şərh olundiğu kimi, Cavabdeh Sığorta Şirkəti ASC ilə X13 arasında ##.##.2023-cü il tarixli MLI-FM-ABB******* nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası müqaviləsi bağlanmışdır. ## ####### 2023-cü il tarixdə əri Namiq Məşədiyevə İ dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. (Diaqnoz: Böyrək dializindən asılılıq. Dializ üçün arteriovenoz şunt olması. Böyrək dializ vəziyyəti. Proqramlı Hemodializ müalicəsi. Xroniki böyrək xəstəliyi V mərhələ. (terminal). X13 ##.##.2025-ci il tarixdə vəfat etmişdir. Bununla da sığorta hadisələri baş vermişdir. Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 1.1.6-cı maddəsinə əsasən, faydalanan şəxs - icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. X3 onunla Cavabdeh Sığorta Şirkəti ASC ilə arasında bağlanmış ##.##.2023-cü il tarixli MLI-FM-ABB******* nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası müqaviləsinin bağlandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikasi Maliyyə Nazirliyinin Kollegiyasının ## ######## 2014-cü il tarixli, Q- ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”nın 4.3.1-4.3.4-cü yarımbəndləri ilə müəyyən edilmiş 4.3.1. 18-dən aşağı, 65-dən yuxarı yaşı olanlar; 4.3.2. İ və II qrup əlillər; 4.3.3. narkoloji, psixonevroloji, vərəm, dəri-zöhrəvi dispanserlərdə qeydiyyatda olan şəxslər; 4.3.4. Hepatit C, onkoloji, xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr, QIÇS olan xəstələr, IÇV daşıyıcıları olan xəstələr kateqoriyasına aid olmamışdır. Həmçinin X3 həmin Qaydaların Sığorta hadisəsi və sığorta təminatında məhdudiyyətlər adlanan 5-ci bölməsində sadalanan sığorta müqaviləsi üzrə təminat verilmədiyi hallar və onlar sığorta hadisəsi hesab edilməyən: 5.2.1 sığorta müqaviləsinin bağlanmasından sonrakı ilk 2 il ərzində sığorta olunanın intiharı, bir şərtlə ki, o üçüncü şəxslərin hüquqazidd hərəkətləri nəticəsində intihar etməyə məcbur edilmiş olmasın; 5.2.2. sığorta olunanın hərbi əməliyyatlarda, vətəndaş qarşıdurmalarında, hərbi çevrilişlərdə və xalq iğtişaşlarında fəal iştirakı; 5.2.3. nüvə, bioloji və kimyəvi vasitələrdən istifadə etməklə həyata keçirilən terror aktları; 5.2.4. sığorta olunanın sığorta hadisəsi hesab edilə bilən hadisə ilə birbaşa əlaqəsi olan qanunazidd hərəkətləri; 5.2.5. sığorta olunanın alkoqollu, narkotik və ya toksik sərxoşluğu, o cümlədən belə sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi; 5.2.6. nüvə partlayışlarının, şüalanma və radioaktiv çirklənmənin təsiri; 5.2.7. sığorta olunanın özünün idarə etdiyi uçuş aparatının (o cümlədən deltaplanın və paraşütün) qəzaya uğraması; 5.2.8. sığorta olunanın qış, sualtı, atçılıq, avia və döyüş idman növləri, avto-moto idman, paraşütlə tullanma, qayalara dırmanma, alpinizm, deltaplanerizm, dağ və su turizmi ilə məşğul olması nətəcəsində vəfat etməmişdir. Əri N.Məşədiyev qəflətən baş vermiş infarkt nəticəsində vəfat etmişdir. Həmin Qaydalar ## ### 2024-cü il tarixli **/* nömrəli Azərbaycan Respublikası Mərkəzi X8 Qərarı (X9 Reyestrinin qeydiyyat nömrəsi 23202405160204, X9 Reyestrinə daxil edildiyi tarix ## ### 2024-cü il) ilə ləğv edilmişdir. Həmçinin hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mərkəzi Bankının **/* nömrəli, ## ### 2024-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nın Sığorta predmeti olan 5-ci bəndində sadalanan 5.2.1. 18-dən aşağı, 65-dən yuxarı yaşı olanlar; 5.2.2. narkoloji, psixonevroloji, vərəm, dəri-zöhrəvi dispanserlərdə qeydiyyatda olan şəxslər; 5.2.3. Hepatit C, onkoloji, xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr, QIÇS olan xəstələr, IIÇV daşıyıcıları olan xəstələr kateqoriyasına və bununla da sığorta predmeti hesab edilməyən şəxslər kateqoriyasına daxil deyildir. Həmçinin həmin Qaydaların 6-cı bölməsi olan Sığorta riskləri və sığorta hadisəsi sadalanan 6.3.1-6.3.6-cı yarımbəndlərində sadalanan fəaliyyət ilə və sığorta müqaviləsində təminat verildiyi hallar istisna olmaqla, onlar sığorta hadisəsi hesab edilməyən fəaliyyətlə məşğul olmamışdır. ##.##.2023-cü il tarixdə əri Namiq Məşədiyevə İ dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. (Diaqnoz: Böyrək dializindən asılılıq. Dializ üçün arteriovenoz şunt olması. Böyrk dializ vəziyyəti. Proqramlı Hemodializ müalicəsi. Xroniki böyrək xəstəliyi V mərhələ. (terminal). X13 ##.##.2025-ci il tarixdə vəfat etmişdir. Göstərilənlərə əsasən sığorta müddətində sığorta hadisəsi baş vermişdir və sığorta ödənişini istisna edən və ya məhdudlaşdıran hər hansı hal mövcud deyildir. Göründüyü kimi, sığorta ödənişindən imtina əsasları sadalanan “Icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci maddəsində sadalanan hallardan hər hansı mövcud deyildir. Odur ki, Cavabdeh Sığorta Şirkəti ASC-nin göstərilən hallara əsaslanmaqla sığorta ödənişinin verilməsindən imtina etməsi əsassızdır. Buna görə də mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göstərilənlərə əsasən, ##.##.2023-cü il tarixli DAKM-** nömrəli kredit müqaviləsinə əsasən qalan borc məbləği sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən faydalanan şəxs “xxxx” ASC-nə ödənilməklə yanaşı, eyni zamanda eyni zamanda mövcud iddia ərizəsinin tərtib edilməsi və məhkəmədə hüquqi yardım göstərilməsi ilə əlaqədar vəkilə və nümayəndəyə ödədiyi və qanunla baxılması ilə əlaqədar məsrəflərə daxil olan çəkdiyi 1000 manat xərc, habelə məhkəmə xərcinə aid olan ödədiyi 100 manat məbləğində dövlət rüsumu cavabdeh Cavabdeh Sığorta Şirkəti ASC-dən alınaraq ona ödənilməlidir.

18. Cavabdeh Cavabdeh Sığorta şirkəti ASC ##.##.2025-ci il tarixdə iddia tələbinə qarşı etiraz verərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Cavabdeh Sığorta Şirkəti ASC ilə X13 arasında ##.##.2023-cü il tarixli MLI-FM-ABB-******* nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası müqaviləsi bağlanmışdır. ##.##.2025-ci il tarixli AZ-II ****** nömrəli ölüm haqqında şəhadətnamədə N.Məşədiyevin ##.##.2025-ci il tarixində ölümünə səbəb “Durğunluq ürək çatmamazlığı” qeyd olunmuşdur. ************ nömrəli ölüm haqqında tibbi şəhadətnamənin “Əvvəlcə mövcud olan səbəblər” hissəsində X13 ölümünə səbəb olan xəstəlik ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik - 10 il qeyd edilmişdir. Müraciətləri əsasında ** nömrəli şəhər poliklinikası tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli 18-1-1-44/2- ***/**** nömrəli məktubda N.Məşədiyevin ölüm səbəblərindən biri kimi arterial hipertoniya (10 il) göstərilmişdir. Göründüyü kimi 2015-ci ildən etibarən N.Məşədiyevdə ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik, arterial hipertoniya olmuşdur. Lakin sığortalı (sığorta olunan) MLI-FM- ABB-******* saylı sığorta müqaviləsində şəkərli diabet, onkoloji və/yaxud xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkmədiyini, sığorta müqaviləsinə əlavə olan ##.##.2023-cü il tarixli ərizə formasında qeyd olunanlarla razı olduğunu, burada və ərizənin əlavəsində qeyd olunan məlumatların doğruluğunu təsdiq etmiş, yalnış və natamam məlumatların təqdim olunması, həmçinin məlumatları təqdim etməkdən imtina baş vermiş hadisənin sığorta hadisəsi kimi qəbul olunmamasına və sığortaçı şirkət tərəfindən sığorta ödənişinin həyata keçirilməsinə imtina üçün əsas ola biləcəyini qəbul etmişdir. Bundan başqa N.Məşədiyev sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Həyat sığortası üzrə ərizə formasına * saylı Əlavənin (tibbi məlumatda) 1-ci bəndinin “a” hissəsində “ürək xəstəliyi və ürəyin fəaliyyətinin pozulması, yüksək arterial təzyiq, qan damarlarının xəstəlikləri, qan dövranının pozulması, insult xəstəliklərindən əziyyət çəkmisinizmi” sualına “xeyr” cavabını qeyd etmiş, ərizəni imzalamaqla iradə ifadəsini əks etdirmişdir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, “Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı”nda (səhifə 323) qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər siyahısında essensial [birincili] hipertenziya, həmçinin durğunluq ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniva] xəstəlik göstərilmişdir. N.Məşədiyevə aid ölüm haqqında tibbi şəhadətnamədə də onun 10 ildir ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəliyinin, yəni yüksək qan təzyiqinin olması müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində ürək-damar xəstəliklərinin siyahısı göstərilmiş və yüksək arterial təzyiq (arterial hipertenziya və ya hipertoniya) həmin siyahıya aid edilmişdir. Digər tərəfdən, iddiaçı İddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Belə ki, N DAKM-** nömrəli alqı-satqı və ipoteka müqaviləsi, həmçinin ##.##.2023-cü il tarixli MLI-FM- ABB-******* nömrəli sığorta müqaviləsi X13 ilə bağlanmış və İddiaçı N.Məşədiyevin vərəsəsi olmasına dair sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 911.2-ci maddəsinə və Qaydaların 6.6-cı bəndinə əsasən Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Mülki Məcəllənin 935.1.6-cı və QaydalarıN **.1.3-cü maddəsinə əsasən sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Qeyd etmişdir ki, ölümə səbəb olan xəstəliyin başlanma tarixi ##.##.2023-cü il tarixli MLI-FM-ABB-******* nömrəli sığorta müqaviləsinin qüvvədə olmadığı müddətə (sığorta müqaviləsi bağlanmamışdan əvvəl) təsadüf edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı pul tələbinə dair iddiasının təmin edilməməsini xahiş etmişdir.

19. Məhkəmə tərəfindən “xxxx” ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

20. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim G.V.Babazadə) iddia təmin edilmiş, MLI-FM-ABB-******* saylı, ##.##.2023-cü il tarixli ipoteka krediti üzrə borcalanın həyat sığortası müqaviləsinə əsasən 62.457,43 manat sığorta ödənişinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-yə ödənilməsi öhdəliyinin cavabdeh Cavabdeh Sığorta şirkəti ASCnin üzərinə qoyulması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu - 100 manatın və hüquqi xidmətə görə vəkilə ödənilmiş 1.000 manat məbləğində pulun cavabdeh Cavabdeh Sığorta şirkəti ASC-dən tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.

21. Məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə sığortalının sığortaçıya sığorta predmeti, sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması halı sığorta ödənişinin verilməsinin əsaslarından biri kimi müəyyən edilmiş, lakin bununla belə bu yanlışlıq sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçının sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslanması imperativ qaydada qadağan edilmişdir.

22. Məhkəmə eyni zamanda vurğulamışdır ki, cavabdeh qeyd edilən hala istinad etsə də, sığortalının xəstəliyi ilə bağlı qəsdən yalnış məlumat verməsi (xəstə olması barədə məlumat verməməsi) halını və bunun nəticəsində sığorta riskini qiymətləndirilməsindən məhrum olmasını sübuta yetirməli idi. Çünki sığorta qanunvericiliyində sığorta ödənişindən imtinanın əsası kimi yanlız sığortalı tərəfindən qəsdən yanlış məlumat verilməsi halı nəzərdə tutulmuşdur. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, cavabdeh mərhumun “ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik, arterial hipertoniya” xəstəliyindən uzun müddət əziyyət çəkməsini və bu barədə cavabdehə qəsdən məlumat verilməməsini əsas gətirsə də, sığortalı Namiq Məşədiyev ##.##.2025-ci il tarixdə “durğunluq ürək çatmamazlığı”ndan vəfat etmişdir. Həyat sığortası müqaviləsi bağlanmasından imtina edilməsini şərtləndirə biləcək xəstəliklərin siyahısında da “ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik, arterial hipertoniya” xəstəliyinin adı konkret olaraq çəkilməmiş, ümumi olaraq “xxxx” formasında təsbit olunmuşdur. Nəzərə alsaq ki, sığorta şirkətinin imtina əsası hazırki halda yeganə olaraq sığortalının müqavilə bağlanan anda qəsdən məlumat verməməsi və ya yalnış məlumat verməsi göstərildiyindən, sığortalıda qəsdən məlumat verilməməsi halı müəyyən olunmur. Bundan əlavə sığorta şirkəti etirazında X21 xəstəliklərin təsnifatına dair siyahıya istinad etmişdir. Mərhumun sözügedən elmi təsnifatda olan yarımbaşlıqları bilib, onun xəstəliyinin həmin yarımbaşlıq və başlığa aid olmasını müəyyən etməsi və qəsdən bunu sığorta şirkətindən gizlətməsi ağlabatan deyildir. Ən azından mərhum tibbi savada malik şəxs deyildi. Belə olan halda sığorta şirkətinin imtina əsası kimi “Həyat sığortası üzrə ərizə formasına * saylı Əlavəni” sığortalının görüb anlaya biləcəyi– hal-hazırda istinad etdikləri həmin X21 xəstəliklərin təsnifatına uyğun daha dəqiq və ətraflı qeyd etməsi məqsədəmüvafiq olardı. Belə ki, sözügedən əlavə və həmin əlavəyə daxil edilən xəstəlik siyahısı hər kəs üçün anlaşılan və tam olmalı idi. Göründüyü kimi sığortalının müqavilə bağlanan anda xroniki xəstəlik barədə qəsdən məlumat verməməsi və ya yalnış məlumat verməsi müəyyən olunmadığından Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən sığorta ödənişindən imtina əsaslı olmamışdır.

23. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, sığorta şirkəti hazırda iş materiallarına əlavə etmiş olduğu müvafiq sorğular əsasında sığorta olunan barəsində tibb müəssisələrindən əldə etmiş olduğu cavab məktublarını sığorta müqaviləsi bağlanmamışdan əvvəl də əldə edə bilər və Şirkət üçün yarana biləcək mövcud riskləri aradan qaldıra bilərdi.

24. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, mərhum X13 həyat yoldaşı olan İddiaçı ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə borcalan X13 həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından MLI-FM-ABB-******* saylı, ##.##.2023 cü il tarixli “Ipoteka krediti üzrə borcalanın həyat sığortası” Şəhadətnaməsi üzrə sığortalandığına istinad edərək, ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə borcalanın vərəsəsi kimi onun “xxxx” ASC-yə olan qalıq borcunun cavabdeh Cavabdeh Sığorta Şirkəti ASC-dən alınaraq üçüncü şəxs “xxxx” ASC-yə ödənilməsi və borcalanın vərəsəsi kimi onun tərəfindən borcalanın ölümündən sonra ödəniş cədvəlinə əsasən “xxxx” ASC-yə ödənilən pulun cavabdeh Cavabdeh Sığorta Şirkəti ASC-dən alınaraq ona ödənilməsi barədə iddia qaldırmaqda haqlı olmuşdur.

25. Belə ki, iş materiallarında olan “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, “xxxx” ASC ilə X13 arasında bağlanılmış ##.##.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 67.000 manat məbləğində ipoteka krediti verilmişdir. Bu baxımdan sığorta ödənişinin bank tərəfdən təqdim edilmiş arayışa əsasən sığortaçı tərəfindən banka ödənilməsi qanuni və əsaslıdır. Belə ki, X13 ##.##.2025-ci il tarixinə həmin ipoteka krediti üzrə ümumi borcu 62.457,43 manat təşkil edir.

26. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia “xxxx” ASC-yə olan qalıq borcun cavabdeh Cavabdeh Sığorta Şirkəti ASC-dən alınaraq üçüncü şəxs “xxxx” ASC-yə ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, MLI-FM-ABB-******* saylı, ##.##.2023-cü il tarixli sığorta şəhadətnaməsinə əsasən 62.457,43 manat sığorta ödənişinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-yə ödənilməsi öhdəliyi cavabdeh Cavabdeh Sığorta şirkəti ASC-nin üzərinə qoyulmalıdır.

27. Məhkəmə iddia tələbinin göstərilmiş hüquqi xidmətə görə pulun tutulması hissəsinə dair qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli ödəniş qəbzinə əsasən hüquqi yardım təyinatı üzrə 1.000 manat köçürülmüşdür. Iş materiallarında olan ##.##.2025-ci il tarixli vəkil orderinə əsasən Bakı şəhəri * saylı vəkil bürosu tərəfindən EM-***VK-*****/** saylı müqaviləyə əsasən vəkil nümayəndə4 hüquqi yardım göstərmək üçün İddiaçı vəkil təyin edilmişdir.

28. Məhkəmə hesab etmişdir ki, qanunvericilik məhz işə məhkəmədə baxılması ilə əlaqədar nümayəndəyə və ya vəkilin göstərdiyi yardıma görə xərclərin digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilə bilinməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməli, hüquqi xidmətə görə 1.000 manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh Sığorta şirkəti ASC-dən tutularaq iddiaçı İddiaçı ödənilməlidir.

29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 884.2, 884.4, 884.6, 884.6-2, 885, 885.2, 885.3, 903.7, 911.2, 917.2, 935.1.6, 935.2-ci maddəsinə, tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın 4.3, 6.7, 13.6, 18.1.3, 18.2-ci bəndlərinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 121.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

30. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Apellyasiya şikayəti iddiaya qarşı verilmiş etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, qətnamənin əsaslandırıcı hissəsində məhkəmə vurğulamışdır ki, cavabdeh qeyd edilən hala istinad etsə də, sığortalının xəstəliyi ilə bağlı qəsdən yalnış məlumat verməsi (xəstə olması barədə məlumat verməməsi) halını və bunun nəticəsində sığorta riskini qiymətləndirilməsindən məhrum olmasını sübuta yetirməli idi. Çünki sığorta qanunvericiliyində sığorta ödənişindən imtinanın əsası kimi yanlız sığortalı tərəfindən qəsdən yanlış məlumat verilməsi halı nəzərdə tutulmuşdur (səhifə 11, II abzas). Göründüyü kimi məhkəmə ümumiyyətlə sığorta ödənişindən imtinanın qanunvericilikdə müəyyən edilmiş əsaslarını düzgün araşdırmamışdır. Çünki imtina əsasları “yalnız yalnış məlumat vermə”dən ibarət olmamış, Mülki Məcəlləsinin 935-ci maddəsi və “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nıN **-ci bəndində kifayət qədər geniş formada imtina əsasları müəyyən edilmişdir. Eləcə də qeyd edilən faktdan birinci intansiya məhkəməsinin gəldiyi nəticənin düzgün olmadığı və məhkəmə tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi aşkar şəkildə görünür. Işə baxılarkən cavabdeh tərəfindən yazılı vəsatət təqdim edilərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müstəqil tələbirəli sürməyən üçüncü şəxs kimi işə qoşulması, eləcə də N.Məşədiyevdə daha öncə mövcud olmuş xəstəliklə ölüm arasında səbəbli əlaqənin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-tibbi ekspertizasının keçirilməsi xahiş edilmiş, lakin vəsatət təmin edilməmiş, nəticə etibarilə iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. Işə baxan birinci instansiya məhkəməsi sığorta hadisəsinin baş verib-verməməsini ümumiyyətlə araşdırmamışdır. Işə baxan birinci instansiya məhkəməsi sığorta ödənişindən imtinanın əsaslarını düzgün müəyyən etməmiş, qətnamədə imtina əsası kimi “sığortalı tərəfindən yalnız qəsdən yalnış məlumat verilmə” olmasını göstərmişdir. Halbuki həm sığorta ödənişindən imtina məktubunda, həm də iddiaya yazılı etirazda cavabdehin sığorta ödənişindən imtinasının əsasının “sığorta hadisəsinin olması” göstərilmiş, Mülki Məcəllənin 935.1.8-ci maddəsinə istinad edilmişdir. Apellyasiya instansiyası məhkəməsi natamam araşdırma aparmış, iş materiallarında olan bütün sübutları dəyərləndirməmiş, sığortalıya daha öncə qoyulmuş diaqnozlarla ölümünə səbəb olan xəstəlik arasında səbəbli əlaqənin mövcudluğunun müəyyən edilməsi üçün öz təşəbbüsü ilə ekspertiza keçirilməsini təmin etməmiş, ekspertizanın keçirilməsi barədə vəsatətimizi təmin etməmiş, bununla da işin mübahisəli hallarının həlli üçün zəruri olan hallar araşdırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları 33.

34. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, apellyasiya şikayəti şəxsin yalnız xəstə olması ilə əlaqələndirilir. Borc alanın həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarında sığortası qaydalarında hansı xəstəliklər olduqda müqavilənin bağlanılmasına yol verilmədiyi göstərilir. Şəxsin xəstəlikləri qaydalarda göstərilən xəstəliklər siyahısına, kateqoriyasına daxil deyil. Şəxs ölümündən əvvəl əmək qabiliyyətini itirib, ona İ qrup əlillik təyin olunub. Onunla bağlı sığorta şirkətinə müraciət etməyib, ödənişi edirdi. Iddiaçı indi tək qalıb, bu iddianı qaldırmağa məcbur olub. 2 sığorta hadisəsi baş verib. Sığorta hadisələri arasında səbəbli əlaqə yoxdur.

35. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

36. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 884.2. Sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir; Maddə 884.4. Sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir; Maddə 884.6. Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Maddə 884.6-2. Şəxsi sığorta üzrə sığorta hadisəsi nəticəsində sağlamlığına zərər dəymiş şəxs, onun öldüyü halda isə ailə üzvləri zərərçəkən sayılır. Maddə 885. Sığorta sığortaçıların fəaliyyət istiqamətləri baxımından həyat sığortası və qeyrihəyat sığortası (ümumi sığorta) sahələrinə, sığorta obyekti baxımından şəxsi sığorta və əmlak sığortası sahələrinə bölünür; Maddə 911.2. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Maddə 912.1. Sığortalı bu Məcəllənin 911.2-ci maddəsinə uyğun olaraq bildirilmiş hallarla bağlı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan bütün dəyişikliklər barədə sığortaçıya və ya sığortaçının adından çıxış edən sığorta vasitəçisinə məlumat verməlidir; Maddə 917.2. Sığortalının həyat sığortası müqaviləsinin bağlanması zamanı özünün məlumat vermək vəzifəsini icra etməməsi müqavilənin bağlandığı vaxtdan 5 il müddət keçdikdən sonra sığortaçının müqavilə üzrə vəzifələrinin icrasından imtina etməsi üçün əsas ola bilməz. Bu halda sığortalı məlumat vermək vəzifəsini qəsdən icra etməmişdirsə, müqavilədən imtinaya yol verilir. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 935.1.6. Bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişindən imtina edilməsi hallarından biridir. Maddə 935.2. Bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz.

37. “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının ##.##.2014-cü il tarixli, Q-** nömrəli qərarı: Bənd 4.3. Sığorta müqaviləsində başqa cür müəyyən edilmədiyi hallarda, aşağıdakı kateqoriyalara aid şəxslərlə bağlı sığorta müqaviləsi bağlanmır: 4.3.4. Hepatit C, onkoloji, xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr, QIÇS olan xəstələr, IÇV daşıyıcıları olan xəstələr. Bənd 4.4. Sığortaçı sığorta müqaviləsinə əsasən ən azı aşağıdakı risklərdən sığorta təminatı verir: 4.4.1. sığorta olunanın ölməsi; 4.4.2. sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirməsilə əlaqədar ona əlillik dərəcəsinin təyin olunması. Bənd 5.1. Bu Qaydaların 4.4-cü bəndində nəzərdə tutulmuş risklərin baş verməsi sığorta hadisəsi hesab olunur. Bənd 6.6. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onun məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Bənd 18.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 18.1.3. Bu QaydalarıN **.2-ci bəndi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması; Bənd 18.2. Bu QaydalarıN **.1.3-cü yarımbəndində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə sığortalanma haqqında ərizə formasında tələb olunan sorğulara sığortalının cavab verməməsinə baxmayaraq, sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

Apellyasiya baxışının hədləri

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Hazırkı işdə iddia təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.

42. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi hüquq normaları səhv tətbiq edilmiş, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun olmamışdır.

43. Işdən müəyyən olunur ki, Cavabdeh Sığorta Şirkəti ASC ilə X13 arasında ##.##.2023-cü il tarixli MLI-FM-ABB-******* nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası müqaviləsi bağlanmışdır.

44. Sığorta müqaviləsi bağlanarkən Namiq Məşədiyev ərizəsində qeyd etmişdir ki, şəkərli diabet və xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkmir, ərizəyə * saylı əlavədə (tibbi məlumat) isə ürək xəstəliyi və (və ya) ürəyin fəaliyyətinin pozulması, yüksək arterial təzyiq, qan damarlarının xəstəlikləri, qan dövranı pozulması, insult, böyrəklərin xəstəlikləri və fəaliyyətinin pozulması ilə bağlı suallara “xeyr” cavabı qeyd etmişdir.

45. Sığorta müqaviləsi bağlandıqdan qısa müddət sonra - ##.##.2023-cü il tarixində X13 “xroniki böyrək çatışmazlığı V mərhələ (terminal)” diaqnozu qoyularaq ona müddətsiz birinci dərəcəli əlillik təyin edilmiş, ##.##.2025-ci il tarixdə isə vəfat etmiş, tibbi şəhadətnamədə ölümünə səbəb olmuş xəstəlik kimi durğunluq ürək çatmamazlığı qeyd edilmişdir. Əvvəlcə mövcud olan səbəb kimi durğunluq ürək çatmamazlığı olmadan ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi 10 il qeyd olunmuşdur. Ölümünə baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmuş xəstəliklə və ya patoloji halla əlaqədar olmayan başqa vacib hallar: asılı olmayan şəkərli diabet.

46. Həmçinin, iş materiallarında olan sənədlərlə X13 ** nömrəli Şəhər Poliklinikasında “Şəkərli diabet II tip çoxsaylı ağırlaşmalarla” diaqnozu ilə 2022-ci ildən qeydiyyatda olduğu, 3 il böyrək xəstəliyindən (V mərhələ) əziyyət çəkdiyi müəyyən edilir. ##.##.2022-ci il tarixli epikrizə əsasən X13 hipertenziya, hipertoniya xəstəliyi mərh III, risk IV. diaqnozu qoyulmuşdur. Anamnezində qeyd olunmuşdur ki, o, 20 ildir ki, şəkərli diabetdən əziyyət çəkir. Yanaşı gedən xəstəliklər – “əvvəlcədən keçirilən miokard infarktı”.

47. Beləliklə müəyyən edilir ki, X13 hələ sığorta müqaviləsi bağlanmamışdan öncə böyrək xəstəliyindən, uzun müddət şəkərli diabetdən, ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyindən əziyyət çəkmiş, hətta miokard infarktı keçirmiş, lakin bunlar barədə sığorta müqaviləsi bağlanan zaman cavabdeh sığorta şirkətinə məlumat verməmiş, əksinə onda həmin xəstəliklərin olmadığını yazılı formada bəyan etmişdir.

48. X13 qoyulmuş diaqnozlarla onun ölümünə səbəb olan xəstəlik arasında səbəbli əlaqənin olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ##.##.2026-cı il tarixli, ***/KEŞ nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1.Namiq Məşədiyevin adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, onda ##.##.2023-cü il tarixədək “Arterial hipertoniya, insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, böyrək xəstəliyi V mərhələ, proqramlı hemodializ” xəstəlikləri olmuşdur. 2. Namiq Məşədiyevin düçar olduğu xəstəliklər (arterial hipertoniya) xroniki ürək-damar xəstəliyi sayılır. 3. Namiq Məşədiyev düçar olduğu xəstəliklər ilə əlaqədar ##.##.2023-cü il tarixdə birinci dərəcəli əlillik almış və həmin xəstəliklərin ##.##.2025-ci il tarixdə onun ölümünə səbəb olması istisna edilmir. X11 meyiti müayinə olunmadığı üçün onun ölümün səbəbi barədə dəqiq fikir söylənilməsi mümkün deyil. 4. ##.##.2025-ci il tarixli ölüm haqqında şəhadətnamədə Namiq Məşədiyevin ölüm səbəbi kimi qeyd edilmiş “Durğunluq ürək çatmamazlığı” xəstəliyi, sığortaçı Cavabdeh Sığorta şirkəti ASC ilə Namiq Məşədiyev arasında bağlanan ##.##.2023-cü il tarixli, MLI-FM-ABB- ******* nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası şəhadətnaməsində göstərilən əlil və ya anadangəlmə anomaliya, ağıldan kəmlik epilepsiya və digər ağır sinir pozğunluğu, şəkərli diabet, onkoloji xəstəlikləri ilə uyğunluq təşkil etmir, lakin xroniki ürək damar xəstəliyi, həmçinin Həyat sığortası üzrə ərizə formasına * saylı Əlavənin (Tibbi məlumat) “a” bəndində göstərilən “ürək xəstəliyi və (və ya) ürəyin fəaliyyətin pozulması, yüksək arterial təzyiq” xəstəlikləri ilə uyğunluq təşkil edir. 5. ************ nömrəli ##.##.2025-ci il tarixli ölüm haqqında tibbi şəhadətnamənin “Ölümün səbəbi” bölməsinin “Əvvəlcə mövcud olan səbəblər” hissəsində Namiq Məşədiyevdə 10 ildir ki, davam etdiyi göstərilən ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi, sığortaçı Cavabdeh Sığorta şirkəti ASC ilə Namiq Məşədiyev arasında bağlanan ##.##.2023-cü il tarixli, MLI-FM-ABB-******* nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası şəhadətnaməsi”ndə göstərilən əlil və ya anadangəlmə anomaliya, ağıldan kəmlik epilepsiya və digər ağır sinir pozğunluğu, şəkərli diabet, onkoloji xəstəlikləri ilə uyğunluq təşkil etmir, lakin xroniki ürək damar xəstəliyi, həmçinin Həyat sığortası üzrə ərizə formasına * saylı Əlavənin (Tibbi məlumat) “a” bəndində göstərilən “ürək xəstəliyi və (və ya) ürəyin fəaliyyətin pozulması, yüksək arterial təzyiq” xəstəlikləri ilə uyğunluq təşkil edir.

49. Rəydən də göründüyü kimi, Namiq Məşədiyevin düçar olduğu xəstəliklər (arterial hipertoniya) xroniki ürək-damar xəstəliyi sayılır.

50. Məhkəmə kollegiyası sığorta müqaviləsi bağlanan zaman qüvvədə olan Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının yuxarıda istinad olunan qərarının müddəalarını rəhbər tutaraq qeyd edir ki, sığorta müqaviləsində başqa cür müəyyən edilmədiyi hallarda, xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələrlə bağlı sığorta müqaviləsi bağlanmır. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onun məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir.

51. Həmçinin, mülki qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişindən imtina edilməsi hallarından biridir.

52. Kollegiya həmçinin hesab edir ki, müqavilə bağlanarkən Namiq Məşədiyevin sözügedən xəstəliklərdən məlumatlı olmaması ilə bağlı dəlillər iş materiallarında olan tibbi sənədlərlə təkzib olunduğundan inandırıcı və ağlabatan deyil.

53. Şərh olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, cavabdehin sığorta ödənişindən imtinası qanuni və əsaslı olmuşdur. Yuxarıda da qeyd edildiyi kimi, Namiq Məşədiyev ona müddətsiz birinci dərəcəli əlillik təyin edilməsinə və sonradan ölümünə səbəb olmuş böyrək xəstəliyindən, uzun müddət şəkərli diabetdən, ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyindən əziyyət çəkməsi, yəni sığorta müqaviləsini bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə cavabdeh sığorta şirkətinə məlumat veməmiş, bununla da sonuncunu sığorta riskini qiymətləndirmək imkanından məhrum etmişdir.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta müqaviləsi üzrə öhdəliyin icra edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar