Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1562/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadından cavabdeh Mustafayeva İradə Məhərrəm qızının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : İddiaçı İddiaçı cavabdehlər Mustafayeva İradə Məhərrəm qızına, Bakı şəhəri * saylı Notariat Ofisinə, cavabdeh2 və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə) qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və sair tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 997-Yeni qaydalarla-ünvan 1 508 ünvanında yerləşən 0.20 ha torpaq sahəsinə dair, Bakı şəhəri * saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən açılmış V-**/**** saylı vərəsəlik işinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 997-Yeni qaydalarla - ünvan 1 508 ünvanında yerləşən 0.20 ha torpaq sahəsinə dair cavabdeh Mustafayeva İradə Məhərrəm qızına verilmiş ## ###### 2025-ci il tarixli, qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv olunması, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 997-Yeni qaydalarla-Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçasi, giriş 508 ünvanında yerləşən 0.20 ha torpaq sahəsinə dair Mustafayeva İradə Məhərrəm qızının adına tərtib edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi 005013050652, qeydiyyat nömrəsi 1125013252, qeydiyyat tarixi ## ###### 2025-ci il olan çıxarışın ləğv edilməsi, cavabdehlər Mustafayeva İradə Məhərrəm qızı ilə cavabdeh2 arasında Bakı şəhəri ** saylı notariat ofisində bağlanmış AN-1 № ******* nömrəli ##.##.2025-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlaka dair cavabdeh2 adına tərtib edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi 005013050652, qeydiyyat nömrəsi 1125041981, qeydiyyat tarixi ## #### 2025-ci il olan çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 997-Yeni qaydalarla-Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçasi, giriş 508 ünvanında yerləşən 0.20 ha torpaq sahəsinə İddiaçı və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs vərəsəlik hüququ tanınaraq vərəslik haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs da eyni məzmunlu tələblə məhkəməyə müraciət edib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia tələbinin qismən təmin edilərək qismən təmin edilməsi, ##.##.1982-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 997 (Yeni qaydalarla: ünvan 1 508) ünvanında yerləşən ümumi sahəsi 0.2 ha olan torpaq sahəsinə dair Mustafayeva İradə Məhərrəm qızının adına verilmiş V-28/2024 reyestrli, ##.##.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ##.##.1982-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 997 (Yeni qaydalarla: ünvan 1 508) ünvanında yerləşən ümumi sahəsi 0.2 ha olan torpaq sahəsinə dair iddiaçı İddiaçı ½ hissədə qanun üzrə vərəsəlik payı müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi * saylı Notariat ofisinə həvalə edilməsi, ##.##.1982ci il tarixdə vəfat etmiş X3 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 997 (Yeni qaydalarla: ünvan 1 508) ünvanında yerləşən ümumi sahəsi 0.2 ha olan torpaq sahəsinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ½ hissədə qanun üzrə vərəsəlik payının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi * saylı Notariat ofisinə həvalə edilməsi, iddiaçının iddia tələbi qalan hissədə təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs, cavabdeh Mustafayeva İradə Məhərrəm qızı və qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən Maraqlı şəxs nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş apelyasiya şikayəti mümkün hesab edilməsi və onun tərəfindən verilmiş apelyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bundan sonra, cavabdeh Mustafayeva İradə Məhərrəm qızı (nümayəndəsi və vəkili vəkil2) həmin qərardaddan şikayət verərək ləğv edilməsini və Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin mümkün hesab edilməməsini xahiş etmiş və şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamənin şikayət verən şəxsin hansı hüquq və vəzifələrinə toxunmasını əsaslandıra bilməmiş, yalnız formal mülahizələrə əsaslanaraq qanunsuz və əsassız qərardad qəbul etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər tərəfindən sübut, etiraz və ya izahat məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 363.1.1 və 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə geri qaytarılır. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. İşin mübahisəsiz halıdır ki, şikayət verən şəxs mübahisələndirdiyi qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmayıb, işdə iştirak etməyə də cəlb edilməyib. Ancaq hesab edir ki, həmin qətnamə onun hüquq və vəzifələrinə toxunduğu üçün ondan apellyasiya şikayəti vermək üçün subyektiv hüququ yaranmışdır. Birinci instansiya məhkəməsi qətnamənin onun hüquq və vəzifələrinə toxunubtoxunmamasını yoxlayıb və toxunduğu qənaətinə gələrək apellyasiya şikayətini baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib. Məhkəmə tərkibi də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Çünki apellyasiya şikayətinin məzmununda mübahisələndirilən qətnamənin şikayət verən şəxsin hüquq və vəzifələrinə toxunduğuna işarə edən kifayət qədər dəlillər mövcuddur. Bu cür vəziyyətdə apellyasiya şikayətinin həmin dəlillərini işdə iştirak edən digər şəxslərin apellyasiya şikayətləri ilə birlikdə yoxlanılması onların hüquq və mənafeyini poza bilməz. Əlbətdə ki, şikayətdə göstərilən dəlillər təsdiq olunmadığı halda məhkəmənin baxış prosesi zamanı da həmin şikayəti qeyri-mümkün edib geri qaytarmaq səlahiyyəti də vardır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a ra a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-1562/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1562/2026
04.05.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver