Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1566/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, X6 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı iddiaçı2, Cavabdehin nümayəndəsi-vəkili Əliyev İlham Yəhya oğlunun, Üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 iştirakı ilə, İddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Cavabdeh Cavabdeh ilə iddiaçıların anası Atakişiyeva İntizar Boran qızı 1977-ci il ## ####### tarixində nikaha daxil olmuşlar. Birgə nikahdan 3 övladı-##.##.1978-ci il təvəllüdlü mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, ##.##.1982-ci il təvəllüdlü Abdullayeva (Atakişiyeva) Aynurə Kamal qızı, ##.##.1984-cü il təvəllüdlü iddiaçı2 doğulmuşdur. Cavabdeh Cavabdeh Atakişiyeva İntizar Boran qızı ilə birgə nikah dövründə ünvan 1 ünvanında fərdi yaşayış evi,Bərdə şəhəri, Koroğlu küçəsi ** saylı ünvanda yerləşən qeyri-yaşayış binası və 2011-ci ildə əldə edilmiş “X2” markalı minik avtomobilini əldə etmişlər. Atakişiyeva İntizar Boran qızı ##.##.2019-cu il tarixdə vəfat etmişdir. Hazırda iddiaçılar mübahisəli daşınar və daşınmaz əmlakın miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülməmiş hesab edilməsi və payların müəyyən edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,vərəsəlik üçün buraxılmış müddət bərpa edilməsi, mərhum anası Atakişiyeva İntizar Boran qızı ilə birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı,138.7 kv.m yaşayış, 183.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi, Bərdə şəhəri, Koroğlu küçəsi ** saylı ünvanda yerləşən,qeyri-yaşayış binası və 2011-ci ildə əldə edilmiş “X2” markalı minik avtomobilləri hissəsində payları ayrılması, vərəsəliyin açılması və miras paylarının ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum anası Atakişiyeva İntizar Boran qızı 1977-ci il ## ####### tarixində atası Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan 3 övladı olmuşdur-##.##.1978-ci il təvəllüdlü mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, ##.##.1982-ci il təvəllüdlü Abdullayeva (Atakişiyeva) Aynurə Kamal qızı, ##.##.1984-cü il təvəllüdlü iddiaçı2. Anaları Atakişiyeva İntizar Boran qızı ##.##.2019-cu il tarixdə vəfat etmişdir. Atası ilə birgə nikah dövründə bir neçə daşınar və daşınmaz əmlaklar əldə etmişlər. Daşınmaz əmlaklara ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 138.7 kv.m yaşayış, 183.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və Bərdə şəhəri,Koroğlu küçəsi ** saylı ünvanda yerləşən qeyri-yaşayış binası aiddir. Daşınar əmlaklara isə 2011-ci ildə əldə edilmiş “X2” markalı minik avtomobili aiddir. Anası rəhmətə gedəndən sonra onun vərəsələri atası və övladlarıdır. Belə ki, babası X7 ##.##.1994-cü ildə, nənəsi X10 isə ##.##.1998-ci ildə vəfat etmişlər. iddiaçı2 ailəsi ilə birgə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayırlar. Hesab etmişdir ki, atası Cavabdeh birgə nikah dövründə əldə etdikləri və mərhum anasına çatası pay hissəsinə vərəsəlik hüququ tanınmalıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı iddiaçı2 miras əmlakı faktiki qəbul edilməsi faktı müəyyən edilməklə, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi, Bərdə şəhəri, Koroğlu küçəsi ** saylı ünvanda yerləşən qeyri yaşayış binası və 2011-ci ildə əldə edilmiş "X3" markalı **-LB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində 3/16, cavabdeh Cavabdeh 11/16 hissədə paylarının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “həm fərdi yaşayış evi, həm qeyri-yaşayış sahəsi, həm də avtonəqliyyat vasitəsi cavabdeh Cavabdeh ilə mərhumə Atakişiyev İntizar Boran qızının birgə nikah dövründə əldə edilmişdir. Beləliklə, həmin əmlakların üzərində mərhumənin iddiaçının analarının 1/2 hissədə pay hüququ olmuşdur. Məhkəmə nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı (Ailə Məcəlləsinin 32.1 və Mülki Məcəllənin 225.1-ci maddələri) o cümlədən cavabdehin bu hissədə hər hansı etirazının, sözügedən əmlakların yalnız cavabdehin mülkiyyətində olması ilə bağlı hər-hansı dəlilinin olmadığını nəzərə alaraq, əlavə araşdırılmanın aparılmasını zəruri hesab etməmişdir. Yenə iş materialları və tərəflərin izahatları ilə təsdiq edilir ki, iddiaçı2 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşamaqdadır. Bu faktı cavabdeh özü də təsdiq etmişdi. Eyni zamanda cavabdeh iddiaçı2 və onun həyat yoldaşının evdən çıxarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, tələb rədd edilmişdir. Belə olan təqdirdə, məhkəmə hesab etmişdir ki, iddiaçı iddiaçı2 “vərəsəliyin qəbulu üçün buraxılmış müddətin bərpası” barədə tələbi də irəli sürsə də, onun tərəfindən hər hansı müddət ötürülməmişdir. Fərdi yaşayış evində yaşamaqla, həmin yaşayış evinə istifadə və sahiblik etməklə iddiaçı öz hüququnun realizə etmiş olmuşdur. Belə olan təqdirdə məhkəmə tərəfindən onun müddəti buraxmadığı müəyyən edilməli və miras əmlakda payı tanınmalıdır. Digər iddiaçı Atakişiyeva Aynurəyə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı miras əmlakı nə qanuni, nə faktiki qəbul etməmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüş, bu ötürməni hər-hansı üzrlü səbəblərlə izah edə bilməmişdir. Eyni zamanda iddiaçı öz izahatında miras əmlakda yaşamadığını, anasından qalan qızıl-zinət əşyalarını anasının ölümündən sonra deyil, əvvəl qəbul etdiyini ifadə etmişdir. Belə olan halda Atakişiyeva Aynurənin iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 münasibətdə iddia tələbi rədd edildiyindən, onun payı olan 2/16 hissə iddiaçı iddiaçı2 və cavabdeh Cavabdeh arasında bölüşdürülməlidir. Belə olan təqdirdə iddiaçı iddiaçı2 3/16 (1/16+2/16); cavabdeh Cavabdeh 11/16 (2/16+1/16+8/16) hissədə payları tanınmalıdır. Üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 məhkəmə proseslərinə gəlmədiyi, hər-hansı şəkildə iştirak etmədiyi (iddiaçı Atakişiyeva Aynurə etibarnamə ilə üçüncü şəxsin adından iddia ərizəsi təqdim etsə də, daha sonra geri götürmüşdür) ona düşən 2/16 hissədə pay açıq saxlanılmalıdır”. Qeyd olunan qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi, Bərdə şəhəri, Koroğlu küçəsi ** saylı ünvanda yerləşən qeyri - yaşayış binası və 2011-ci ildə əldə edilmiş "X4" markalı **-LB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində 3/16, cavabdeh Cavabdeh 11/16 hissədə payları müəyyən edilməsi hissəsində ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, miras əmlakdan cavabdeh Cavabdeh 3/4 hissədə və iddiaçı2 isə 1/4 hissədə paylarının müəyyən edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh mərhum Atakişiyeva İntizar Boran qızı ilə ## ####### 1977-ci ildə ailə qurmuşlar. Birgə nikahdan 3 övladı dünyaya gəlmişdir. 1978-ci il təvəllüdlü Vəfa, 1982-ci ildə Aynurə və 1984-cü ildə Arzu adlı uşaqlardır. Cavabdeh Cavabdeh arvadı uzun zaman xəstə olmuş, 2019-cu ildə arvadı İntizar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3t etmişdir. Həmin zaman onlar Bakı şəhərində yaşayırdılar. Qızı Aynurə 2009-cu ildən ərə getmişdir. Qızı Vəfaya Bakı şəhərindən ev almışlar. O, Türkiyədə oxuyub orada təhsil alırdı. Sonra da Türkiyə vətəndaşı ilə ailə qurub İzmir şəhərində yaşamışdır. İddiaçı iddiaçı1 və iddiaçı2 analarının 2019-cu ildə ölümündən sonra ona məxsus miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi ilə birinci instansiya məhkəməsinə müraciət etmişlər. İşə baxan birinci instansiya məhkəməsi yalnız iddiaçı2 faktiki olaraq Bərdə şəhərində yerləşən evdə yaşayaraq faktiki mirasın qəbul edilməsi qənaətinə gəlmişdir. Ancaq qəbul edilmiş məhkəmə qətnaməsinin əsaslandırıcı və nəticə hissələrində bir sıra ziddiyyətlər olmaqla, pozuntularaq yol verilmişdir. Belə ki, qətnamənin əsaslandırıcı hissəsində iddiaçı1 mirası qəbul etmədiyi qənaətinə gəlsə də onun payını iki vərəsə arasında bölünməsi nəticəsinə gəlmişdir. Mirası qəbul etməyən iddiaçının payını sonradan vərəsə tanıyıb onun payının bölünməsi kimi qənaət qətnamənin qanunsuz olmasına dəlalət edir. Eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 payını açıq saxlaması da qanunsuzdur. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ümumiyyətlə miras əmlaka iddia etməmiş, ikincisi mirası qəbul etməmişdir. O, özü də sonradan geri götürülmüş iddiasında mirasa iddia etmədiyini və sonradan gec olaraq müraciət etdiyini, bununla da mirasın qəbul edilməsi üçün ərizənin formal olaraq verildiyi göstərmişdir. Həmçinin onun bacısı iş üzrə iddiaçı iddiaçı1 etibarnamə əsasında onu təmsil etsə də Vəfaya münasibətdə məhkəmə araşdırma aparmayaraq əsassız olaraq onun payını tanıyıb açıq saxlamışdır. Ən sonda isə məhkəmə miras əmlaka dair bölgünü düz aparmamışdır. Nəticədə birinci instansiya qətnamə qəbul edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, maddi və prosessual hüquq normalarını pozmuşdur. Göründüyü kimi iddiaçı1 mirası qəbul etməmişdirsə, məhkəmə necə onun 2/16 payını 2 vərəsə arasında bölməsi sual olaraq qalır. Düzdür, məhkəmə həmin cümlədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 göstərsə bunu texniki səhv olması kimi qələmə vermək olar. Bundan başqa nəzərə alınsa ki, mirası yalnız iki vərəsə qəbul etmişdir (Kamal və iddiaçı2lər) onda Cavabdeh payı 3/4, iddiaçı2 isə 1/4 hissədə müəyyən edilməli idi. Birinci instansiya məhkəməsi isə iddiaçı1 payını yalnız 2 vərəsə arasında bölməsi qənaətinə gəlmişdir ki, bu da səhv yanaşmadır. Bütün bunlar onu göstərir ki, birinci instansiya məhkəməsi vərəslərin dairəsini düz müəyyən etməyərək, onlar arasında bölgünü düz aparmamışdır. Həmçinin iddiaçı1 payını nəzərə alaraq qəliz bölgü aparmışdır. Hesab edir ki, hətta mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 payı nəzərə alınsa belə Atakişiyevlər Kamalın 4/6, Arzunun 1/6 və Vəfanın 1/6 payları müəyyən edilməli idi (sonuncunun payı açıq saxlanılaraq). Qətnamənin nəticə hissəsində isə açıq saxlanılma ilə bağlı heç bir şey qeyd edilməmişdir. Kamal, Arzu və Vəfanın paylarını bilavasitə 11/16, 3/16 və 2/16 kimi nəzərə alınması vərəsələr arasında ədalətli və proporsional bölgünün pozuntu ilə aparımasını və qətnamənin qanunsuz və əsassız olmasını göstərir. Bu səbəbdən də hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol vermişdir. Bu da həmin qətnamənin ləğv edilməsi üçün əsasdır. İşə birinci instansiya məhkəməsndə baxılarkən birinci instansiya məhkəməsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 üçüncü şəxs kimi işə cəlb etmişdir. Bundan sonra sonuncu miras əmlaka iddia edərək iddia ərizəsi ilə (nümayəndəsi vasitəsi ilə) məhkəməyə müraciət ünvanlarayaraq mirasdan ona da payın verilməsini istəmişdir. Lakin sonda ərizəsini geri götürmüşdür. İşə baxan məhkəmə isə əsassız olaraq onun nümayəndəsinə ərizəsinin geri götürməsini təklif etsə də, mirasın qəbul edibedilməməsini araşdırıb qiymətləndirməmişdir. Halbuki, vərəsələliklə bağlı artıq mübahisə məhkəmədə açılmış və bütün vərəsələrin bundan məlumatları olmuşdur. Bu məsələnin hazırki məhkəmə icraatı ilə birdəfəlik həll edilməməsi süründürməçilik xarakteri daşımaqla gələcəkdə yeni məhkəmə çəkişməsinin yaranmasına dəlalə edir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə tərəfə hüquqi yardım göstərməli olduğu halda bunu etməmişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 tələblə müraciət etsə də sonradan ərizəsini geri götürülməsi onun işdə iştirak etməsinə dəlalət edirdi. iddiaçı1 isə Vəfa Atakişyevanın nümayəndəsi kimi işdə iştirak etməsini nəzərə almayaraq miras əmlakla bağlı tələb hüququnu izah etməmişdir. Nəticədə mübahisəni tam həll etmədən qərar vermişdir. Halbuki, işin araşdırılmış halları ilə həqiqətən də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 da mirasın qəbul edilməməsi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər iddiaçı Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə:
19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 139-1.1.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Maddə 337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə- ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə- həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə- xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə- xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. 1243. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2022-ci il tarixli Qərarı:
“Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar”.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2023-ci il tarixli Qərarı:
“..Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur.. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə uyğun olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. ... Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.”
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin faktiki halları ilə məyyən edilmişdir ki, cavabdeh Cavabdeh ilə iddiaçıların anası Atakişiyeva İntizar Boran qızı 1977-ci il ## ####### tarixində nikaha daxil olmuş, birgə nikahdan 3 övlad - ##.##.1978-ci il təvəllüdlü mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, ##.##.1982-ci il təvəllüdlü Abdullayeva (Atakişiyeva) Aynurə Kamal qızı, ##.##.1984-cü il təvəllüdlü iddiaçı2 doğulmuşlar. Cavabdeh Cavabdeh Atakişiyeva İntizar Boran qızı ilə birgə nikah dövründə ünvan 1 ünvanında fərdi yaşayış evi, Bərdə şəhəri,Koroğlu küçəsi ** saylı ünvanda yerləşən qeyriyaşayış binası və 2011-ci ildə əldə edilmiş “X2” markalı minik avtomobilini əldə etmişlər. Həmçinin iş materiallarından görünür ki, Atakişiyeva İntizar Boran qızı ##.##.2019-cu il tarixdə vəfat etmişdir. Göründüyü kimi həm fərdi yaşayış evi, həm qeyri-yaşayış sahəsi, həm də avtonəqliyyat vasitəsi cavabdeh Cavabdeh ilə mərhumə Atakişiyev İntizar Boran qızının birgə nikah dövründə əldə edilmişdir. Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, həmin əmlakların üzərində mərhumənin iddiaçının analarının 1/2 hissədə pay hüququ olmuşdur. Həmçinin nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı (Ailə Məcəlləsinin 32.1 və Mülki Məcəllənin 225.1-ci maddələri) o cümlədən cavabdehin bu hissədə hər-hansı etirazının, sözügedən əmlakların yalnız cavabdehin mülkiyyətində olması ilə bağlı hər-hansı dəlili olmamışdır ki, Məhkəmə Kollegiyası qeyd edilənləri işin mübahisəsiz halları kimi qəbul edir. Bundan başqa, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı iddiaçı2 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşamaqdadır. Bu faktı cavabdeh özü də təsdiq edir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı2 fərdi yaşayış evində yaşamaqla, həmin yaşayış evinə istifadə və sahiblik etməklə iddiaçı öz hüququnu realizə etmiş olmuşdur və iddiaçı iddiaçı2 “vərəsəliyin qəbulu üçün buraxılmış müddətin bərpası” barədə tələbi də irəli sürsə də, onun tərəfindən hər hansı müddət ötürülməmişdir. Digər iddiaçı Aynurə Atakişiyevaya isə miras əmlakı nə qanuni, nə faktiki qəbul etməmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüş, bu ötürməni hər hansı üzrlü səbəblərlə izah edə bilməmişdir. Eyni zamanda iddiaçı birinci instansiya məhkəməsi baxışı zamanı öz izahatında miras əmlakda yaşamadığını, anasından qalan qızıl-zinət əşyalarını anasının ölümündən sonra deyil, əvvəl qəbul etdiyini ifadə etmişdir. Məhkəmə Kollegiyası işin qeyd edilən hallarına münasibətdə bildirir ki, miras əmlaka münasibətdə iddiaçı2 miras əmlakda yaşamaqla mirası faktiki qəbul etsə də, digər iddiaçı Aynurə Atakişiyeva mirası qəbul etməmişdir. Bununla belə Məhkəmə Kollegiyası iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş digər vərəsə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi V. Atakişiyevaya münasibətdə ona düşən payı açıq saxlamaqla düzgün nəticəyə gəlməmişdir. Belə ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ilk olaraq iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş, daha sonra müstəqil tələb irəli sürmüş, lakin sonradan iddiasını geri götürmüşdür. Bununla da mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etmişdir. Eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 miras əmlakı nə qanuni, nə faktiki qəbul etməsi işin faktiki halları ilə müəyyən edilməmişdir. Həmçinin kollegiyanın iclasında da verdiyi izahatında miras əmlakın qəbul edilməməsini təsdiq etmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 münasibətdə ona düşən payın açıq saxlanılmasına hər-hansı zərurət yoxdur. Bundan başqa Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi miras əmlaka dair vərəsələr arasında payların müəyyən edilməsi ilə bağlı gəldiyi nəticə də işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, iş materialları ilə müəyyən edildiyi kimi miras əmlaklara dair Atakişiyeva İntizar Boran qızının vərəsəsi qismində Aynurə Atakişiyeva, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və iddiaçı2 vərəsə olsalar da, həmin şəxslərdən təkcə iddiaçı2 miras əmlakı qəbul etmişdir ki, Atakişiyeva İntizar Boran qızının 1/2 hissədə olan payına münasibətdə Cavabdehanın payı 1/4 hissədə müəyyən edilir. Digər yarısı isə iddiaçı2 payı da 1/4 müəyyən edilir. Eyni zamanda miras əmlaklara dair K. Atakişiyevin özünə məxsus 1/2 hissədə payı da nəzərə alındıqda sonuncunun miras əmlakda payı 3/4 hissədə olması işin mübahisəsiz halı olması müəyyən edilir. Göründüyü kimi birinci instansiya məhkəməsi vərəsələrin dairəsini düzgün müəyyən etsə də, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 payını açıq saxlamaqla nəticədə vərəsələrə düşən payı düzgün müəyyən etməmişdir ki, bununla da gəldiyi nəticə ilə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bununla da Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddia tələbi qismən təmin edilməli, iddiaçı iddiaçı2 miras əmlakı faktiki qəbul edilməsi faktı müəyyən edilməklə, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi, Bərdə şəhəri, Koroğlu küçəsi ** saylı ünvanda yerləşən qeyri-yaşayış binası və 2011-ci ildə əldə edilmiş "X3" markalı **-LB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində 1/4, cavabdeh Cavabdeh 3/4 hissədə payları müəyyən edilməli, iddia iddiaçı1 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları, tərəflərin özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-cı il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı iddiaçı2 miras əmlakı faktiki qəbul edilməsi faktı müəyyən edilməklə, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi, Bərdə şəhəri, Koroğlu küçəsi ** saylı ünvanda yerləşən qeyri- yaşayış binası və 2011-ci ildə əldə edilmiş "X3" markalı **-LB- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində 1/4, cavabdeh Cavabdeh 3/4 hissədə payları müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları, tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.