Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1677/2026 08.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X4 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, İddiaçı İddiaçı MTK-nın cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hikmət qızı, Bakı şəhəri ** nömrəli Notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “müqavilələrin etibarsız hesab edilməsi, onların əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qərardadından maraqlı şəxs1 Fərhad oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı MTK cavabdeh cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MTK ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ##.##.2018-ci il tarixli, ** saylı müqavilənin etibarsız hesab olunması və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraicət edərək, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hikmət qızı 3-cü şəxs qismində, cavabdeh1 cavabdeh qismində işə cəlb olunmaqla, İddiaçı MTK ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ##.##.2018-ci il tarixli, ** saylı müqavilənin etibarsız hesab olunması və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı çıxarışın, eyni zamanda ** saylı notariat ofisi tərəfindən təsdiq edilmiş cavabdeh1 adına ##.##.2019-cu il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı MTK ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ** saylı, ##.##.2018-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, həmin müqavilə əsasında cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ********** saylı, ##.##.2019-cu il tarixli çıxarış ləğv edilmiş, cavabdehlər cavabdeh2 və cavabdeh1 arasında Bakı şəhəri ** saylı Notariat ofisində bağlanmış ##.##.2019-cu il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilmiş, həmin müqavilə əsasında cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ********** saylı, ##.##.2019-cu il tarixli çıxarış ləğv edilmişdir. Həmin qətnamədən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra maraqlı şəxs1 Fərhad oğlu müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin səbəbini üzürlü hesab edərək, müddətin bərpa edilməsini və apellyasiya şikayətini işlər birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qərardadı ilə maraqlı şəxs1 Fərhad oğlu tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. maraqlı şəxs1 Fərhad oğlu həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona və arvadı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məxsus ünvan 1 ünvanında yerləşən 20,6 kv.m ölçüdə qeyri-yaşayış və onun əhatəsindəki torpaq sahəsini təhvil verib, MTK tərəfindən inşa edilən ünvan 2 ünvanında yerləşən yaşayış binasında 1-ci blok, 9-cu mərtəbəsindəki 140,3 kv.m sahəsi olan 3 otaqlı mənzili və həmin binanın 2-ci blok 15-ci mərtəbəsindəki 238 kv.m sahəsi olan 4 otaqlı mənzili almışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bir tərəfli mövqe göstərmişdir. Mübahisə olarkən o, məhkum olaraq 2019-cu ildən 2025-ci il əvvəlinə kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında cəza çəkmişdir. Bunu təsdiq edəcək kifayət qədər şahidlər də mövcuddur. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edilsə də, ədalətsiz məhkəmə qətnaməsi qəbul etmişdir. Göstərdiyi xüsusatlar məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə hüquqlarını kobudcasına pozan məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə onun iştirakını təmin etməmiş, ifadəsini almamışdır. Belə ki, mübahisəli mənzil onun mülkiyyətində olmuşdur. İddiaçı MTKnın ona və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs borcu olduğu üçün sözügedən ünvanda 2 mənzil vermişdir. Həmin mənzillərdən 3 otaqlı olan İddiaçı MTK-nin direktoru Araz Əbdüləzimov tərəfindən cavabdeh2 girov qoyulmuşdur ki, özünün borcunu Budaqovlara ödətdirsin. İddiaçı MTK-nin direktoru Araz Əbdüləzimov mənzilin pulunu nə Budaqovlara, nədə ki, cavabdeh2 ödəmədən mənzili ələ keçirmişdir. Eyni zamanda, mənzilin sənədlərini ləğv elətdirmişdir. Həmçinin, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs aldadaraq 04 otaqlı mənzili ona verməmişdir. Bununla da maraqlı şəxs kimi onun konstitusion mülkiyyət hüquqlarına toxunulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinin maraqlı şəxs1 Fərhad oğlunun hüquq və vəzifələrinə toxunan halların mövcudluğu məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər; 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir; 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası şikayətin dəlillərini, habelə işin hallarını nəzərə alıb, bu məsələni tənzimləyən Mülki Prosessual Məcəllənin 357-ci maddəsinə istinadən qeyd edir ki, həmin maddənin 1-ci hissəsində birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmaqla qanuni qüvvəyə minməmiş qətnamələrdən apellyasiya şikayətinin verilməsi hüququ olan şəxslərin dairəsi təsbit edilmiş, ikinci hissəsində isə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin də həmin qətnamədən şikayət vermək hüququ tanınmışdır. Lakin belə hallarla bağlı hər hansı xüsusi müraciət forması müəyyən edilməmişdir. Maddənin məzmununa əsasən şəxs qeyd edilən əsaslardan çıxış edib, qətnamədən apellyasiya şikayətini verməklə artıq qətnamənin onun hüquq və vəzifələrinə toxunması mövqeyindən çıxış edir. Başqa sözlə, belə bir şəxs tərəfindən apellyasiya şikayətinin verilməsi artıq həmin qətnamənin onun hüquq və vəzifələrinə toxunması hallarının olub-olmamasının müəyyən edilməsini zəruri edir və nəticəsindən asılı olaraq müvafiq qərardadla onun bu hüququnun (statusunun) tanınması və ya apellyasiya şikayətinin geri qaytarılması üçün əsas yaradır. Bu baxımdan ilk növbədə qeyd olunmalıdır ki, iş üzrə çıxarılmış həm Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-**/**** saylı, həm də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə etibarsız hesab edilmiş (İddiaçı MTK ilə cavabdeh2 arasında bağlanmışdır) ** saylı, ##.##.2018-ci il tarixli müqavilənin predmeti ünvan 3 ünvanında yerləşən binanın 1ci blok, 9-cu mərtəbəsindəki 140,1 kv.m. ölçüdə 3 otaqlı mənzil olmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, bu mənzil ilkin olaraq ərizəçinin həyat yoldaşının adına aidiyyəti qeyri-yaşayış sahəsinin əldə edilməsi üçün verilməli olan pul vəsaitinin təminatı kimi rəsmiləşdirilsə də (bununla bağlı müqavilə bağlansa da), sonradan MTK tərəfindən qeyri-yaşayış sahəsinə dair razılaşdırılmış pul məbləğinin tam ödənilməməsi səbəbi ilə tərəflərin qarşılıqlı razılaşması əsasında maraqlı şəxs1 cavabdeh2 qarşısında olan öhdəlikləri mövcud olduğu üçün həmin mənzil təkrar təminat kimi cavabdeh2 adına rəsmiləşdirilmiş, yəni bununla əlaqədar tərəflər arasında müqavilə bağlanılmışdır. Başqa sözlə, İddiaçı MTK tərəfindən ödəniləcək pul vəsaitinin təminatı kimi çıxış edən əmlak tərəflərin qarşılıqlı razılığı ilə və öhdəliyin icra edilmə səbəbi ilə başqa bir şəxsin adına rəsmiləşdirilmişdir. Bu hal maraqlı şəxs1 həmin əmlakla dair hər hansı hüquqlarının mövcud olmasını istisna edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini nəzərə alıb, o halı da vurğulayır ki, iş materiallarında olan ##.##.2019-cu il tarixli Qarşılıqlı razılaşma müqaviləsinə əsasən İddiaçı MTK-ya məxsus olan həmin mənzil maraqlı şəxs1 Fərhad oğlunun və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs borcuna görə cavabdeh2 adına rəsmiləşdirilmişdir. İddiaçı MTK-nın direktoru X1 və şirkətin digər sahibi Şahid maraqlı şəxs1 Fərhad oğlunun və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına olan mənzildən yaranmış cavabdeh2 100.000 manat borc pul vəsaitinin maraqlı şəxs1 Fərhad oğlunun və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs əvəzinə ##.##.2020-ci il tarixədək cavabdeh2 ödəməyi İddiaçı MTK-nın direktoru X1 öz öhdəsinə götürmüşdür. Bununla belə, qətnamələrdə iş materiallarına istinadən həm maraqlı şəxs1 Fərhad oğlunun, həm də onun arvadı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hikmət qızının adı çəkilir. Belə ki, həmin mənzil İddiaçı MTK ilə aralarında bağlanmış ##.##.2017-ci il tarixli müqaviləyə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hikmət qızının adına, ##.##.2018-ci il tarixli müqaviləyə əsasən isə cavabdeh2 adına rəsmiləşdirilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hikmət qızı da mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. maraqlı şəxs1 Fərhad oğlunun bu mənzillə bağlı hər hansı müqavilənin tərəfi olması müəyyən edilmir, lakin həm onun, həm də arvadı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hikmət qızının adı borc münasibətlərində hallanır. maraqlı şəxs1 Fərhad oğlu şikayətində də İddiaçı MTK-nin direktoru Araz Əbdüləzimovun mənzilin pulunu nə onlara, nədə ki, cavabdeh2 ödəmədən mənzili ələ keçirtdiyini göstərir. Bu da öz növbəsində həmin müqavilənin etibarsız hesab edilməsi nəticəsində maraqlı şəxs1 Fərhad oğlunun tərəflərin hər hansı biri qarşısında borclanmasının və ya əksinə, ona borcun yaranmasının, bununla da həmin müqavilənin etibarsız hesab edilməsinin ona hər hansı formada təsir edibetməməsinin müəyyən edilməsini zəruri edir. Belə ki, təsir etdiyi halda, qətnamə onun hüquq və vəzifələrinə toxunan hallar yaratmış olur. Qeyd edilənlər öz növbəsində bu məsələyə maraqlı şəxs1 Fərhad oğlunun iştirakını təmin etməklə və həmin istiqamətdə araşdırma aparılmaqla yenidən baxılmasını şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qərardadı ləğv edilməli, mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2022ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinin maraqlı şəxs1 Fərhad oğlunun hüquq və vəzifələrinə toxunub-toxunmaması məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: maraqlı şəxs1 Fərhad oğlunun şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qərardadı ləğv edilsin. Mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinin maraqlı şəxs1 Fərhad oğlunun hüquq və vəzifələrinə toxunubtoxunmaması məsələsinə (qərardadın əsaslandırıcı hissəsində göstərilən istiqamətdə araşdırma aparılmaqla) yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-6)-1677/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1677/2026
08.05.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver