Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1679/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, l oğlunun katibliyi ilə, Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh IB-nə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh IB-nin ##.##.2025-ci il tarixli məktubu ilə müəyyən olunur ki, Iddiaçı məxsus ünvanda ##.##.2025-ci il tarixində mövcud ödənişli qaz sayğacı yeni GCZ******* nömrəli sonradan ödənişli yeni qaz sayğacı ilə əvəzlənmişdir.
2. “xxxx” Publik hüquqi şəxsin tabeliyindəki “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli Aktından görünür ki, 22110250133 seriya nömrəli, Zenner tipli sayğaca vizual baxış keçirilmişdir. Hesablama mexanizminin üzərinə vurulan zavod plastmas plombları normal olduğundan sayğacın daxilinə baxış keçirilmədi. Hesablama mexanizminin qoruyucu plastmast qapağı çatlayıb. Hesablama mexanizminin iş prinsipinə maneə törədilməyib. Sayğac istismara yararsızdır.
3. Abonent saldosuna əsasən Iddiaçı 2025-ci ilin mart ayında 294,97 manat borcu mövcud olmuşdur.
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 2ndə yerləşən ** saylı evə quraşdırılmış əvvəlki G-4 markalı *********** nömrəli qaz sayğacına görə cavabdeh tərəfindən hesablanmış 298,05 manat məbləğində borcun silinməsi və tərəfindən ödənilmiş 700 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2ndə yerləşən ** saylı ev xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin mənzillə bağlı bütün kommunal xərclər onun tərəfindən ödənilir. Mənzil üzərinə quraşdırılan G4 *********** saylı əvvəlki qaz sayğacında nasazlıq olduğundan həmin qaz sayğacı cavabdehin əməkdaşları tərəfindən dəyişdirilərək GCZ******* nömrəli yeni qaz sayğacı ilə əvəz edilmişdir. Lakin cavabdeh tərəfindən ona məxsus mənzil üzərinə quraşdırılmış əvvəlki qaz sayğacına görə qanunsuz və əsassız olaraq 298,05 manat məbləğində borc hesablanmışdır. Əvvəlki qaz sayğacında yaranan nasazlıqlarla bağlı 2024-cü ilin oktyabr ayında cavabdehə müraciət etməyinə baxmayaraq, uzun müddət sonra, yəni ##.##.2025-ci il tarixdə cavabdeh orqanın əməkdaşları əvvəlki qaz sayğacını dəyişərək yeni qaz sayğacını quraşdırmışlar. Həmin zaman ərzində, yəni 6 ay müddətində mənzilə verilən qazın dayandırılmaması üçün cavabdehin məsuliyyətsizliyi səbəbindən tərəfindən təxmini 700 məbləğində ödəniş edilmişdir.
6. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə (hakim R.N.Quliyev) iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərin Tənzimləmə Agentliyinə həvalə edilmişdir.
7. Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X7 Agentliyinin Bakı filialının ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı Iddiaçı ilə əlaqə saxlanılmış və ünvan 1 ünvanında yerləşən ** nömrəli evdə bu qaz qurğularından- 1 ədəd PQ-4 tipli qaz plitəsi, maksimal qaz sərfiyyatı 1.2 m³; 1 ədəd Iran sobası, maksimal qaz sərfiyyatı 1.5 m³; 1 ədəd qənaətli su qızdırıcısı, maksimal qaz sərfiyyatı 1.5 m³ istifadə edildiyi müəyyən edilmişdir. Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə, analogiya üzrə “Qazdan istifadə Qaydaları”nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq, iddiaçının fərdi-yaşayış evində istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfini, sutkada 12 saat işləmə müddətini, istifadə dövrünü maksimum 3 ay nəzərə almaqla (“Qazdan istifadə Qaydaları”-nın 3.1.11 maddəsinin tələbinə görə qaz paylayıcısı 3 ayda 1 dəfə qazpaylayıcı şəbəkəyə baxış keçirməlidir) qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: Qış ayları üçün ayda (1.2 m³ + 1.5 m³ +1.5 m³) x12saat x 30 gün=1512 m³. Yay ayları üçün ayda (1.2 m³+1.5 m³) x12 saat x 30 gün = 972 m³. ##.##.2025-ci il tarixdə abonentin qaz xətti üzərindən çıxarılmış G-4 markalı, *********** nömrəli qaz sayğacının həmin ünvana 2023-cü ilin oktyabrında quraşdırıldığnını nəzərə alsaq, abonentin həmin qaz sayğacından 17 ay (10 qış ayı, 7 yay ayı) istifadə etdiyi müəyyən edilir. Bu müddət ərzində qaz sayğacından keçən qazın həcmi 10 qış ayı x 1476 m³ + 7 yay ayı x 972 m³ = 21924 m³ təşkil edə bilərdi. Qaz sayğacı çıxarılan vaxt isə mexaniki göstəricinin 7735 m³ olduğu müəyyən edilmişdir. Yəni abonent tərəfindən istifadə edilmiş 7735 m³ qaz həcmi evdə istifadə edilən qaz qurğularının sərfiyyatına uyğundur. Sayğacdan keçən 7735 m³ qaz həcminin ##.##.2025-ci il tarixə ödənilməyən dəyəri 298,05 manat təşkil edir. G-4 markalı, *********** nömrəli qaz sayğacının ##.##.2025-ci il tarixli, ******* nömrəli çıxarılma aktında qaz sayğacında qaz sızması olması barədə heç bir qeyd yoxdur. Lakin iddiaçı qaz sayğacının çıxışından sonra qaz sızmasının olduğunu və bu haqda qaz paylayıcısına məlumat verdiyini bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.2.7-ci bəndinin tələblərinə əsasən istehlakçı qaz qurğusunda nasazlıq və ya qaz iyi hiss etdikdə qaz qurğularından istifadəni dərhal dayandırmalı, qurğulara gedən qaz xəttinin və avadanlığın üzərində olan ventilləri bağlamalı və qaz paylayıcısına təcili məlumat verməlidir. Həmin Qaydaların 3.2.6-cı bəndinə görə isə istehlakçı qazdan istifadə etdikdən sonra qaz avadanlığındakı bağlayıcını və xəttdəki nəzarət ventilini bağlamalıdır. Iddiaçı tərəfindən qaz sızması barədə qaz paylayıcıya məlumat verilsə də, qaz xəttinin üzərindəki nəzarət ventili bağlanılmamış və qaz cihazlarında təbii qazdan istifadə edilmişdir.
8. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim N.N.Tağıyeva) iddia tələbi qismən təmin edilmiş, iddiaçı Iddiaçı məxsus ünvan 2ndə yerləşən ** saylı evə quraşdırılmış əvvəlki G-4 markalı *********** nömrəli qaz sayğacına görə cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən hesablanmış 294,97 manat məbləğində borcun silinməsi, dövlət rüsumu olaraq ödənilməli olan 30 manat məbləğində pulun cavabdeh Cavabdeh Istehsalat Birliyindən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, sözügedən sayğac istismara yararsız hesab edilmiş, sayğacda qaz axması probleminin mövcudluğu tərəflər arasında mübahisələndirilməmiş, məhz həmin nasazlıq səbəbindən sayğac cavabdeh tərəfindən dəyişdirilmişdir. Belə olan halda, nasaz və etibarsız sayğacın göstəricilərinə əsaslanmaqla istehlakçıya borc hesablanması onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, qaz sızmasının mövcud olduğu dövrdə qazın uçotunun düzgün aparılmaması nəticəsində sərfiyyatın real həcmdən artıq qeydə alınması mümkündür və bu risk istehlakçının üzərinə qoyula bilməz. Yeni sayğac quraşdırıldıqdan sonra əvvəlki, nasaz sayğacın göstəricilərinə əsasən formalaşmış borcun tutulması hüquqi müəyyənlik prinsipinə ziddir.
10. Məhkəmə hesab etmişdir ki, uçot cihazının texniki vəziyyətinə və vaxtında dəyişdirilməsinə görə məsuliyyət qaz paylayıcısının üzərinə düşür. Sayğacın nasaz vəziyyətdə istismarı dövründə yaranmış qeyri-müəyyənlik şəraitində istehlakçının hesabına borc yazılması hüquqi əsaslı sayıla bilməz. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçının abunə koduna əvvəlki sayğac üzrə 7735 kub metr itirilmiş qazın sərfiyyatı üçün hesablanmış 294,97 manat borc silinməlidir. Ondan sonra yaranmış borc isə yeni sayğacın dövrünə təsadüf etdiyindən silinməsi üçün hər hansı əsas mövcud deyildir.
11. Məhkəmə iddia tələbinin 700 manat pulun qaytarılması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçının hazırki tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Iddiaçı əvvəlki qaz sayğacında yaranan nasazlıqlarla bağlı 2024-cü ilin oktyabr ayında cavabdehə müraciət etdiyini, lakin 2025-ci ilin aprel ayında tarixdə cavabdeh orqanın əməkdaşlarının qaz sayğacını dəyişdirdiyini, bu müddət ərzində mənzilə verilən qazın dayandırılmaması üçün cavabdehin məsuliyyətsizliyi səbəbindən tərəfindən 700 manat məbləğində ödəniş edildiyini bildirmişdir. Lakin iddiaçı iddiaçı bir istehlakçı kimi qaz qurğusunda nasazlıq hiss etdiyi təqdirdə qaz qurğularından istifadəni dərhal dayandırmaq, qurğulara gedən qaz xəttinin və avadanlığın üzərində olan ventilləri bağlamaq imkanına malik olmuşdur. Iddiaçı isə bunu etməmiş, qazdan istifadə üzrə ödənişlər öz iradəsi əsasında həyata keçirilmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə əsassızdır.
12. Məhkəmə öz mövqeyini «Istehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli, ** saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.10, 4.2, 4.7, 4.8, 4.9, 6.5 və 6.7-ci bəndlərinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6 cı bəndinə, 13.8, 13.8-1, 13.9-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 217.2, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırılmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, məhkəmə istehlakçının sərfiyyatı üzrə istifadə etdiyi, lakin dəyər məbləğini ödəmədiyi 294 manat debitor borcu əsassız olaraq silmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri), məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 21. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları” (##.##.2026-cı il tarixədək qüvvədə olan) Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
19. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu (##.##.2025-ci il tarixədək qüvvədə olan). Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Istehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Hazırkı işdə iddia qismən təmin olunduğundan və cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
24. Işdən görünür ki, iddiaçıya məxsus ünvanda quraşdırılan sayğacda nasazlıq olmuş, sayğaca baxış keçirilən zaman hesablama mexanizminin qoruyucu plastik qapağının çatladığı, istismara yararsız olduğu müəyyənləşdirilmişdir. Həmin sayğac ##.##.2025-ci il tarixdə Cavabdeh Istehsalat Birliyinin əməkdaşları tərəfindən yenisi ilə əvəz edilmişdir.
25. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli aktına əsasən hesablama mexanizminin üzərinə vurulan zavod plastmas plombları normal olduğundan sayğacın daxilinə baxış keçirilməmiş, hesablama mexanizminin iş prinsipinə maneə törədilmədiyi müəyyən edilmişdir.
26. 2025-ci ilin mart ayında cavabdeh tərəfindən istehlakçının hesabına qaz sərfinə görə 298,05 manat məbləğində borc hesablanmışdır.
27. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçının abunə koduna əvvəlki sayğac üzrə 7735 m3 itirilmiş qazın sərfiyyatı üçün hesablanmış 294,97 manat borcun silinməsi qənaətinə gəlmişdir.
28. Yuxarıda istinad olunan qanunvericiliyin tələblərinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır.
29. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi istehlakçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində istehlakçının təqsiri müəyyən edilmədiyindən, cavabdeh tərəfindən Iddiaçı abunə koduna borcun hesablanması əsassız olmuşdur.
30. Apellyasiya araşdırması zamanı məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə iş üzrə mütəxəssis (ekspert) rəyinin verilməsi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinə həvalə edilmiş, əldə olunan ##.##.2026-cı il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçının abonent saldosunun təhlili ünvan 2 ünvanında yerləşən ** nömrəli ünvan üzrə (abonent kodu kodu: 101008603000011) təbii qazdan istifadəyə görə 2023-cü ilin oktyabr-dekabr ayları üzrə:(:3 qış ayı x 1512 m3 = 4536 m3 ) 1200 m3 x.,0,12 manat + 1300 m3 x 0,20 manat + 2036 m3 x 0,25 manat = 913 manat; 2024-cü il üzrə: (5 qış ayı x 1512 m3 + 7 yay ayı x 972 m3 = 14364 m3) 1200 m3 x.,0,12 manat + 1300 m3 x 0,20 manat + 11864 m3 x 0,25 manat = 3370 manat; 2025-ci ilin may ayına qədər (3 qış ayı x 1512 m3 + 1 yay ayı x 972 m3 = 5508 m3) 1200 m3 x.,0,125 manat + 1300 m3 x 0,22 manat + 3008 m3 x 0,30 manat = 1338,40 manat olmaqla, cəmi 5621,40 manat təşkil edə bilər.
31. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, sayğacın nasaz vəziyyətdə istismarı dövründə yaranmış qeyri-müəyyənlik şəraitində istehlakçının hesabına borc yazılması hüquqi əsaslı sayıla bilməz.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.
33. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: