Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1752/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı7, iddiaçı6, iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı2, iddiaçı1 cavabdeh Cavabdeh qarşı (Yasamal Rayon İcra Hakimiyyəti və “xxxx" Publik Hüquqi Şəxsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə Açar sözlər: qanunsuz tikilinin sökülməsi Hakimlər X6 (sədrlik edən və məruzəçi), Musayeva Cəmilə Ceyhun qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1, Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1, habelə nümayəndəsi İsmayılov Elşən İttifaq oğlunun iştirakı ilə, İddiaçılar iddiaçı7, iddiaçı6, iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı2, iddiaçı1 cavabdeh Cavabdeh qarşı (Yasamal Rayon İcra Hakimiyyəti və “xxxx" Publik Hüquqi Şəxsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) "qanunsuz tikilinin sökülməsi" tələbinə dair iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X4 ilə alıcı Cavabdeh (bundan sonra cavabdeh) arasında Bakı şəhəri ** saylı notariat ofisində bağlanmış ##.##.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 42,03 kv.m, yaşayış sahəsi 29,33 kv.m olan 2 otaqlı mənzilin tam mülkiyyət hüququ üzrə ona məxsus olan hissəsindən tam hissəni alıcının mülkiyyətinə verməyi, alıcı isə 72.700 manat məbləğinə almağı öhdəsinə götürmüşdür. Həmin mənzil xüsusi mülkiyyət hüququ əsasında ##.##.2021-ci il tarixdə cavabdehin adına qeydiyyata alınmışdır.
2. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 69 (yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 4) ünvanında yerləşən ümumi sahəsi 55,60 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında ##.##.2025-ci il tarixdə cavabdehin adına qeydiyyata alınmışdır.
3. Məhkəmə Ekspertizası Mərkəzinin **/**** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyininə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, cavabdeh Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 69 ünvanında yerləşən ** saylı mənzilin faktiki ümumi sahəsinin 145 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Tədqiq olunan mənzilə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrdən çıxarışda və texniki pasportunda həmin mənzilin ümumi sahəsinin 43.7 kv.metr göstərildiyini, faktiki sahəsinin isə 145.4 kv.metr təşkil etdiyini nəzərə alaraq, həmin mənzilin sahəsinin hazırki faktiki ümumi sahəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış sahəsi (reyestrdən çıxarışa və texniki göstəricilərinə əsasən) üst-üstə düşmədiyi müəyyən edilmişdir. Tədqiq olunan mənzilin faktiki sahəsinin çıxarışda və texniki pasportda göstərilən sahədən 101.7 kv.metr (145.4 kv.m - 43.7 kv.m) artıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İdarəsi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli texniki pasportun göstəriciləri ilə aparılmış müqayisəli təhlil və ölçü işləri nəticəsində sahələri 33.0 kv.metr, 11.1 kv.metr, 2.4 kv.metr, 4.8 kv.metr və 49.9 kv.metr olan tikililərin texniki pasportda öz əksini tapmadığı və həmin tikililərin mənzilin yerləşdiyi binanın fasadına bitişik inşa edildiyi müəyyən edilmişdir. Cavabdeh mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 69 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 4) ünvanda yerləşən qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 55.6 kv.metr təşkil etdiyi, bunun da daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, reyestrdən çıxarışda göstərilən sahə ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçılar iddiaçı7, iddiaçı6, iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı2, iddiaçı1 cavabdeh Cavabdeh qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 69 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının yan fasad hissəsində və arxa fasad hissəsində, 4-cü giriş, birinci mərtəbədəki cavabdehin mülkiyyətində olan ** nömrəli mənzilə bitişik cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq inşa edilmiş qanunsuz tikililərin, cavabdehin öz hesabına sökülməsi, həmin mənzilin altında yerləşən zirzəmi sahəsinin konstruksiyasının dəyişdirilməsini aradan qaldıraraq cavabdehin hesabına bərpa olunması və sözügedən binanın sakinləri olaraq onların pozulmuş hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdilər.
5. İddiaçılar tələbini onunla əsaslandırmışdırlar ki, artıq uzun müddətdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasında həm qeydiyyatdadır, həm də faktiki yaşayırlar. Onlarla qonşuluqda, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında qeydiyyatda olan və həmin mənzilin mülkiyyətçisi olan Cavabdeh bəzi vəzifəli şəxslərin məsuliyyətsizliyindən istifadə edərək, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini pozmaqla, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 69 ünvandakı çoxmənzilli yaşayış binasının yan fasad hissəsində, 4-cü girişinin 1-ci mərtəbəsindəki ** nömrəli mənzilə bitişik qanunsuz tikilinin inşasını apararaq, həmin çoxmənzilli binanın arxasına keçən yeganə yolu kəsmiş və binanın sakinləri üçün böyük narahatçılıq yaratmışdır. Belə ki, sakinlər üçün binanın arxasına keçərək H.Zərdabi prospektinə çıxmaq üçün ən qısa yol elə qanunsuz tikili inşa olunmuş ərazidən keçdiyinə və binanın digər tərəfi isə qonşu binalarla bağlandığına görə sakinlər H.Zərdabi prospektinə çıxaraq avtobus dayanacağına və digər obyektlərə çatmaq üçün böyük bir dairə qət eləmək məcburiyyətində qalırlar. Belə ki, cavabdeh bəzi məmurların özbaşına tikililərin inşasına göz yummağından istifadə edərək qanunları pozmaqla, digərlərinin hüquqlarını nəzərə almadan özbaşına inşaat işləri aparmışdır. Bu isə onların və ailə üzvlərinin hüquqlarının pozulmasına və narahatçılığına səbəb olur, sakini olduqları binanın yanındakı yoldan istifadə etmələrinə maneə yaradır. Nəticə etibarı ilə cavabdeh binanın yan fasad hissəsində qanunsuz tikili inşa edərək özünə daha da yaxşı və geniş mənzil şəraiti yaratmaqla, binanın sakinlərinin yolunu kəsmiş və onlar üçün böyük narahatçılıq yaranmasına səbəb olmuşdur. Hesab edirlər ki, bu yolverilməz hal yaşayış və qonşuluq qaydalarına zidd olan bir hərəkətdir. Onlar cavabdehə və onun qohumlarına bu qanunsuzluqlara son qoymasını bildirsələr də, onlar bildirdilər ki, nə istəsələr edərlər, heç kim və heç bir qurum onların işlərini dayandıra bilməz. Həqiqətən də bu qanunsuz tikinti ilə əlaqədar müvafiq qurumlara müraciət etsələr də, onlara şablon cavablar verilərək qanunsuz tikilinin sökülməsi ilə əlaqədar heç bir tədbir görülməmişdir. Bu səbəbdən də artıq mübahisənin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Bakı şəhər Yasamal Rayonu İcra Hakimiyyəti başçısının birinci müavininin ## ###### 2024-cü il tarixli cavab məktubunda bildirilir ki, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq icazə sənədləri olmadan şəhərsalma tikinti və normalarını ciddi surətdə pozmaqla tikilmiş tikililər və qurğuların məhkəmənin çıxardığı qərara əsasən sökülə biləcəyi və qonşular ilə yaranmış münaqişənin öz aranızda həlli yollarını tapmağınız əks təqdirdə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur". Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin ##.##.2024-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, Bakı şəhəri, H.Zərdabi prospekti, ev 69 ünvanda yerləşən ** nömrəli mənzil çıxarışa əsasən ##.##.2021-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh mülkiyyət hüququ qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin ##.##.2024-cü il tarixli cavab məktubunda bildirilir ki, "şəhərsalma nəzarəti qaydasında özbaşına tikilən obyektlərə dair tabeliyində olan ərazilərdə inzibati icraat müvafiq yerli icra hakimiyyəti orqanları, bu sahədə dövlət nəzarəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir. Bununla bağlı həmin ərazilərdə özbaşına aparılan tikintiquraşdırma işlərinə dair Azərbaycan Respublikası Prezidentinin 2014-cü il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydaları"na uyğun tədbirlər yerinə yetirilməlidir".
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 69 ünvanında yerləşən ** saylı mənzilin yerləşdiyi binanın fasadına bitişik inşa edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İdarəsi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli texniki pasportda öz əksini tapmayan faktiki sahəsi 101.7 kv.m (33 kv.m, 11,1 kv.m, 2.4 kv.m, 4,8 kv.m və 49,9 kv.m) olan qanunsuz tikilinin cavabdeh Cavabdeh hesabına sökülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdeh Cavabdeh tutularaq iddiaçı iddiaçı7 ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat pulun cavabdeh Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X11 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ 01360100000000003944, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE 00000000000002088501) ödənilməsi qət edilmişdir. (hakim Sultanova- X2)
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, iddiaçılar uzun müddətdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasında yaşayırlar. Onlarla qonşuluqda, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti ev 69 ünvanında cavabdeh Cavabdeh məxsus mənzil və qeyri-yaşayış sahəsi (zirzəmi) yerləşir. Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 43,70 kv.m olan mənzil ##.##.2021-ci il tarixdə, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 69 (Yeni qaydalarla: AZ 1122, Bakı əhəri, Yasamal rayonu, Həsən bəy ünvan 4) ünvanında yerləşən ümumi sahəsi 55,60 kv.m olan qeyri-yaşayış sahəsi isə ##.##.2025-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır.
8. ## #### 2025-ci il tarixdə iddiaçılar iddiaçı2, nümayəndə1 İslam oğlunun, iddiaçı6, iddiaçı iddiaçı7 nümayəndəsi və vəkili nümayəndə3 və cavabdehin nümayəndəsi və vəkili vəkil2 iştirakı ilə məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, cavabdehin evinə gedən yolda yerləşən qarajlar əvvəldən mövcud olmuşdur. İddiaçının nümayəndəsi və vəkili hasarın Qələbə dairəsinə keçidi bağladığını bildirmişdir. Cavabdehin mənzilinin yanında başqa şəxsə məxsus ev yerləşir. Bildirilmişdir ki, cavabdehin hazırki evi təxminən 18 il əvvəl tikilib və onun tərəfindən 2001-ci ildə alınmışdır. İddiçı iddiaçı2 cavabdehin evinin həyətinin qapısının əvvəlki ev sahibi Sadiq adlı şəxs tərəfindən kənar şəxslərin girişini məhdudlaşdırmaq üçün yerləşdirildiyini bildirmiş, qapının 2020-2021-ci illərdə yerləşdirildiyi və əvvəllər onun yerində şifrlərin qoyulduğu qeyd edilmişdir. Cavabdehin oğlu heç bir dəyişikliyin edilmədiyini bildirmişdir. Cavabdehin evinin həyətindən Baku Mall görünür və onun sağ tərəfindən transformatorlar yerləşdirilmişdir. İddiaçının nümayəndəsi və vəkili hasarın yolu tamamilə məhdudlaşdırdığını bildirmişdir. Həmin ərazinin qarşısında Yasamal Rayon Prokurorluğu yerləşir. Cavabdehin oğlu hasarın onlar evi alan zaman mövcud olduğunu bildirmişdir. Hasardan sonra Baku Mall yerləşir. İddiaçılar həmin hasarın sökülməsini tələb edirlər. Cavabdehin evinin balkonunun girişində otaq yerləşir və həmin yerin çıxarışı yoxdur, evə bitişik şəkildə tikilib. Cavabdehin oğlu həmin sahəni sonradan tikmədiklərini, evi alarkən mövcud olduğunu, həmçinin, onun alqı-satqısının isə evin çıxarışında qeyd edilən sahə əsasında aparıldığını qeyd etmişdir. Girişdən sol tərəfdə sanuzel yerləşir və ona bitişik otaq da mövcuddur. Əvvəllər mətbəxin yerində isə sanuzel mövcud olub. Mətbəxdən sol tərəfdə qonaq otağı yerləşir. Qonaq otağından uşaqların yataq otağına keçid mövcuddur. Binaya çıxış orta qapıdan həyata keçirilir. Cavabdehin oğlu evdə ailəsi ilə birlikdə yaşadığını və yalnız evin divar kağızını dəyişdiyini bildirmişdir.
9. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 180-ci maddəsi təşkil edir. Həmin normanın tələblərinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (Mülki Məcəllənin 180.1ci maddəsi). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (Mülki Məcəllənin 180.4-cü maddəsi).
10. İş materiallarında olan sənədlərlə və ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən aparılan artırmalar özbaşına tikinti xarakteri daşıyır. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən müvafiq icazə alınmadan və ya şəhərsalma normalarını ciddi pozmaqla tikilən tikili özbaşına tikinti sayılır. Ekspert rəyi təsdiq edir ki, mənzilin rəsmi sahəsi çıxarışda və texniki pasportda 43.7 kv.m olduğu halda, faktiki sahə 145.4 kv.m-dir. Aradakı 101.7 kv.m fərq heç bir texniki pasportda və ya reyestrdə əksini tapmayıb. Həmin 101.7 kv.m sahə binanın fasadına bitişik inşa edilib və iddiaçıların (qonşuların) binanın arxasına keçid yolunu kəsməklə onların istifadə hüquqlarını məhdudlaşdırıbdır. Mülki Məcəllənin tələblərinə əsasən mülkiyyətçi öz hüququndan istifadə edərkən qonşuların hüquqlarını poza bilməz. Yolun kəsilməsi sakinlərin təhlükəsizliyi və hərəkət sərbəstliyi üçün birbaşa maneə yaradır.
11. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə təmin edilməli, cavabdeh Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 69 ünvanında yerləşən ** saylı mənzilin yerləşdiyi binanın fasadına bitişik inşa edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İdarəsi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli texniki pasportda öz əksini tapmayan faktiki sahəsi 101.7 kv.m (33 kv.m, 11,1 kv.m, 2.4 kv.m, 4,8 kv.m və 49,9 kv.m) olan qanunsuz tikili cavabdehin hesabına sökülməlidir.
12. İddia tələbinin mənzilin altında yerləşən zirzəmi sahəsinin konstruksiyasının dəyişdirilməsinin aradan qaldırılaraq cavabdehin hesabına bərpa olunması hissəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, cavabdeh 55.6 kv.m-lik zirzəmi sahəsi üçün Əmlak Məsələləri Dövlət Xidməti ilə rəsmi icarə müqaviləsi bağlamış, sonradan isə ##.##.2025-ci il tarixdə həmin sahəyə dair çıxarış, yəni mülkiyyət hüququ əldə etmişdir. Mənzil-Kommunal Təsərrüfatı Birliyi həmin sahənin mülki müdafiə xarakterli olmadığını və icarəyə verilməsinə etiraz etmədiyini bildirmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, qanuni əsaslarla mülkiyyətə və ya icarəyə verilmiş sahədə aparılan daxili konstruktiv dəyişikliklər, əgər binanın ümumi dayanıqlığına təhlükə yaratmırsa qonşular tərəfindən qanunsuz tikili kimi sökülməsi tələb edilə bilməz. İddiaçılar zirzəminin binanın konstruksiyasına zərər vurduğunu sübut edən əsaslı sübutlar təqdim etmədikləri üçün məhkəmə hesab etmişdir ki, bu hissədə iddia əsassızdır və təmin edilə bilməz. Əksinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin **/**** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyindən Cavabdeh mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 69 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 4) ünvanda yerləşən qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 55.6 kv.metr təşkil etdiyi, bunun da daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, reyestrdən çıxarışda göstərilən sahə ilə eynilik təşkil etdiyi, yəni zirzəmidə çıxarışda qeyd olunan sahədən kənar sahə olmadığı müəyyən edilmişdir.
14. Məhkəmə xərclərinə münasibətdə məhkəmə hesab etmişdir ki, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdeh Cavabdeh tutularaq iddiaçı iddiaçı7 ödənilməli, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat pul cavabdeh Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci, 152-153-cü, 157-ci, 180-ci Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2ci, 77.1-ci, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçıların qanunsuz tikili kimi adlandırdırdıqları və sökülməsini tələb etdiyi həmin mübahisəli tikili ** nömrəli mənzilin onun tərəfindən alınmasından çox illər öncə mənzilin əvvəlki mülkiyyətçisi tərəfindən inşa edilmişdir. Bu hal işin mübahisəsiz halıdır və iş materiallarındakı sənədlərlə təsdiq olunur. Yəni, sözü gedən mənzili tərəfindən alqı-satqı yolu ilə 2021-ci ildə alınarkən ona bitişik mübahisəli tikili artıq mövcud idi. Bir qrup qonşular olan iş üzrə iddiaçılar həmin tiklinin uzun illər mövcud olması ilə bağlı indiyədək heç vaxt bir quruma narazılıq ifadə etməmişlər. Lakin son dövrlər həmin binanın həyətində çoxmərtəbəli və çoxmənizlli yeni yaşayış binasının inşasına başlandıqdan dərhal sonra, inşa işlərini həyata keçirən mənzil-tikinti kooperativi tərəfindən iddiaçılara yeni və əlverişli şərtlərlə mənzillər veriləcəyi vədi ilə onlar motivə edilmiş və bunun müqabilində istifadəsində olan mübahisəli tikilinin məhkəmə qaydasında sökülməsi ilə bağlı hazırki iddia irəli sürülmüşdür. Görünən odur ki, bu addım istifadəsində olan mübahisəli tikilinin gələcəkdə nəzərə alınmaması məqsədilə mənzil-tikinti kooperativi tərəfindən ona qarşı aparılan çirkin kampaniyanın bir hissəsidir. Əks təqdirdə, uzun illər ondan öncə inşa edilən və indiyədək heç kimə maneə yaratmayan tikilinin hazırda bir qrup qonşuların (iddiaçıların) birdən-birə maraqlarına toxunması bundan başqa heç nə ilə izah oluna bilməz. İş üzrə birinci instansiya məhkəməsi bu və digər halları hərtərəfli, tam və obyektiv araşdırmamış və heç bir əsas olmadan sonda iddia tələbini qismən təmin etməklə, həmin hissədə doğru olmayan hüquqi nəticəyə gəlmişdir. Hazırki iddia tələbi üzrə məhkəmə araşdırması zamanı iddiaçılarının mülkiyyət hüquqlarına müdaxilə ilə bağlı hər hansı real hal aşkar edilməmiş və bu cür faktı müəyyən edən mötəbər sübut iş materiallarında mövcud deyildir. İş materiallarında olan ##.##.2025-ci il tarixli ekspert rəyindən bəlli olur ki, iddiaçıların gediş-gəlişinə maneə ilə bağlı fakt müəyyən edilməmişdir. Belə ki, iş materiallarına bununla bağlı ekspertizanın təyin olması barədə müvafiq məhkəmə qərardadı ilə ekspert qarşısında qoyulmuş 4 və 5-ci suallar ekspert tərəfindən cavablandırılmamış və həmin suallar araşdırma predmeti olmamışdır. Bu hal onu göstərir ki, ** saylı mənzilə əlavə tikililərin iddiaçıların və digər sakinlərin hərəkəti üçün maneə yaranması və bununla bağlı onların hüquqlarının pozulması üzrə real fakt təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə qətnamədə mülkiyyət hüquqlarının pozulmasına dair qanunvericilik normalarına (Mülki Məcəlləsinin 139.1, 152.1, 152.5 153.3,157.4, 157.8-ci maddələri) istinadən əsaslandırma aparmaqla həmin maddi hüquq normaların tələbini pozmuşdur. Çünki həmin normaların pozulması faktı mötəbər sübutlarla müəyyən olunmur. Birinci instansiya məhkəməsi yalnız iddiaçıların əsaslandırılmamış iddia tələbindən çıxış edərək, birtərəfli mövqe nümayiş etdirməklə hazırki hüquqi nəticəyə gəlmişdir. Qətnamədə sözügedən ərazidə 47 sayı mənzilə bitişik əlavə tikilini MM-nin 180.1-ci maddəsinə istinadən onun tərəfindən inşa edilmiş özbaşına tikili hesab edərək, məhz onun hesabına sökülməsi ilə bağlı doğru olmayan hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan ** saylı MKİS tərəfindən verilmiş ##.##.2024-cü il tarixli 47 ömrəli arayışına əsasən sözügedən əlavə tikili ** saylı mənzilin əvvəlki sahibi tərəfindən inşa edilmişdir. Həmin tikilinin altına düşən torpaq sahəsi onun sahibliyində olduğu müddətdə, yəni 2021-2024-cü illər ərzində əlavə tikiliyə görə tərəfindən istismar yığım haqqı üzrə MKİS-ə ödənişlər həyata keçirilmişdir. Bu hal, onu deməyə əsas verir ki, qeyd olunan əlavə tikiliyə görə yığım haqqı üzrə müvafiq ödəmələri MKİS qəbul etməklə və eyni zamanda yerli icra hakimiyyəti orqanının uzun illər öncə inşa edilərək mövcud olmuş həmin tikilinin qanuniliyini indiyədək mübahisələndirməməklə həmin tikilinin legitimliyini qəbul etmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə həmin əlavə tikiliyə dair MM-nin 180.1-ci maddəsinin tələbinin tətbiq edilməsi və ən əsası, həmin tikilinin onun tərəfindən inşa edilməməsi faktı mübahisəsiz olaraq təsdiq olunduğu halda, bu tikilinin məhz onun hesabına sökülməsinə dair hüquqi nəticəyə gəlinməsi doğru sayıla bilməz. Çünki əlavə tikilinin mövcud olması ilə onun hərəkətləri arasında hər hansı səbəbli əlaqə yoxdur və o, ** nömrəli mənzili 2021-ci ildə alarkən sözügedən əlavə tikili artıq mövcud idi. Odur ki, məhkəmənin bununla bağlı mövqeyi qanunsuz və əsassız olmaqla yanaşı ədalətsizdir. Sözügedən əlavə tikilinin qətnamədə özbaşına tikili sayılaraq məhz onun hesabına sökülməsinə dair məhkəmənin mövqeyi həm də ona görə doğru deyil ki, bu cür tikililərin sökülməsi şəhərsalma nəzarəti qaydasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Yəni Azərbaycan Respublikası Prezidentinin 2014-cü il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydaları”na uyğun həyata keçirilməlidir. Belə ki, iş materiallarında olan AR FHN-nin TTNDA tərəfindən Yasamal Rayon İcra Hakimiyyətinə ünvanlanmış ##.##.2024-cü il tarixli məhtubun məzmunundan da göründüyü kimi, şəhərsalma nəzarəti qaydasında özbaşına tikilən obyektlərə dair tabeliyində olan ərazilərdə inzibati icraat müvafiq yerli icra hakimiyyəti oranları, bu sahədə dövlət nəzarəti Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir. Bununla bağlı həmin ərazilərdə özbaşına apaılan tikinti-quraşdırma işlərinə dair Azərbaycan Respublikası Prezidentinin ##.##.2014-cü il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydaları”na uyğun tətbirlər yerinə yetirilməlidir. Göründüyü kimi, sözügedən tikili ilə bağlı ilk növbədə yerli nəzarəti aparan müvafiq orqan tərəfindən inzibati icraat aparılmalı, həmin icraatın nəticəsindən asılı olaraq fikir ayrılığı yarandıqda məsələnin məhkəmə müstəvisində həllinə yolaçılmış olur. Lakin birbaşa olaraq hazırki hüquqi nəticəyə gəlməklə birinci instansiya məhkəməsi qeyd olunan Fərmanın tələblərini kobud pozmuşdur. Məhkəmə iddiaçıların mülkiyyət hüquqlarının pozulması ilə bağlı qətnamədə apardığı əsaslandırma yanlışdır. Uzun illər mövcud olan sözügedən əlavə tikilinin iddiaçıların marağına toxunması ilə bağlı onlar tərəfindən indiyədək hər hansı tələb irəli sürməməsi, bu halı bir daha təsdiq edir. İddiaçıların gediş-gəlişinə maneə yaranması faktı iş materiallarında olan müvafiq ekspert rəyi ilə də təsdiq olunmur. Digər tərəfdən, belə bir hal olsa belə, özbaşına tikilinin sökülməsi ilə bağlı tədbirlər, şəhərsalma nəzarəti qaydasında inzibati icraat aparılmaqla yerli icra hakimiyyəti orqanı tərəfindən aparılmalıdır. Yəni iddiaçıların hazırki iddia tələbi üzrə subyektiv hüquqa dair hallar araşdırılmamışdır. Yuxarıda qeyd olunanlar bir daha onu deməyə əsas verir ki, işə mahiyyəti üzrə baxan məhkəmə hazırki mülki mübahisəni hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Həmçinin, məhkəmə işdə olan sübutlara obyektiv və qərəzsiz qiymət verməmiş, işdə iddia tələbinin əsaslılığına dair mötəbər sübut olmadan və mövcud faktlar təhrif olunmaqla yalnız iddiaçıların əsaslandırılmamış birtərəfli mövqeyinə istinadən, habelə işə tərəflərin hüquq bərabərliyi prinsipi əsasında baxılmadan sondasəhv hüquqi nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, yerində müayinə keçirildikdən sonra mübahisə predmeti olan tikilinin bir hissəsi ərazidə iş aparan tikinti şirkəti tərəfindən özbaşnalıq edilərək sökülmüşdür. Tikinti şirkəti özbaşına hərəkətlərini davam etdirir, halbuki bu gün baxılan iş üzrə mübahisə predmeti həmin tikilidir. İddiaçılar özü də təsdiq edir ki, qanunsuz tikililər 15 ildən artıqdır ki, mövcuddur, onu cavabdeh tikməyib. Cavabdeh mənzili alan zaman artırmalar və tikili mövcud olub. Sakinlər bu vaxta qədər həmin tikililərə dair heç bir tələb irəli sürməyib. Cavabdehin mənzilə və qeyri-yaşayış sahəsi olan zirzəmiyə mülkiyyət hüququ var. Əlavə tikililəri isə yerli icra hakimiyyəti orqanları dolayısı ilə cavabdehin sahibliyində olmasını tanıyıb, buna maneə olmayıb, ordan yığım əldə edir. Özbaşına tikilikərə dair icraat yerli icra hakimiyyəti orqanları tərəfindən aparılmalıdır. Mübahisənin əsas mahiyyəti ondadır ki, tikinti şirkəti iddiaçıların və cavabdehin yaşadığı ərazidən yol çəkmək istəyir, iddiaçılarla müqavilə bağlayıb razılaşıblar, cavabdeh isə mülkiyyətində olan zirzəmiyə görə əlavə kompensasiya məbləği istədiyi üçün razılığa gələ bilmirlər. Baxılan iş üzrə iddianı qaldırmaq cavabdehə təzyiq vasitəsidir. Qanunsuz tikilinin mövcudluğu ilə cavabdehin hərəkətləri arasında ümumiyyətlə səbəbli əlaqə yoxdur. İddiaçılar da bunu təsdiq edir. Cavabdehin üzərinə bu öhdəliyin qoyulmasının hüquqi əsası yoxdur. Qanunsuz tikililəri yalnız yerli icra hakimiyyəti orqanları sökə bilər. Zirzəmi hissəsinin çıxarışının ləğvi ilə bağlı tikinti şirkəti cavabdehə qarşı iddia qaldırıb. İddiaçıların və cavabdehin yaşadığı binanın söküntüsü ilə bağlı heç bir sənəd mövcud deyil, ola bilsin gələcəkdə olsun. Sakinlərlə köçürülmə ilə bağlı müqavilələr bağlanıbdır. İddiaçılar tələblərini yolun olmaması ilə əsaslandırırsa onlara keçid üçün yol verməyə razıdırlar, binanın arxasına digər tərəfdən də keçə bilərlər, bunun üçün cavabdehin mətbəxinin sökülməsinə ehtiyac yoxdur. Sakinlərin məqsədi keçid üçün yol əldə etmək deyil, tikinti şirkətinin maraqlarına uyğun olaraq cavabdehə təzyiq göstərməkdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
20. Məhkəmə iclasında cavabdeh Cavabdeh nümayəndəsi İsmayılov Elşən İttifaq oğlu apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mənzil tərəflərindən 2021-ci ildə alınıb. Onlar mənzili alan zaman hazırda mövcud bütün tikililər var idi, mənzilin bu xüsusiyyətləri tələblərini qarşıladığı üçün oranı almışlar. Belə ki, həyət hissəni ayıran tikilidən əlavə evə bitişik artırma şəklində tikili mövcuddur. Orada evin mətbəxi və sanitar qovşaqlar yerləşir. Həmin hissə söküldüyü təqdirdə evin bütün planlaması pozulur. İddiaçılar binanın ətrafından keçməyə yol istəyirsə, o, həmin hissədə onlara yol verməyə razıdır, buna etiraz etmir. Yol verilməsi üçün mətbəxinin sökülməsinə ehtiyac yoxdur. 15-20 ildir ki, mübahisələndirilən tikililər mövcuddur, bugünədək bunu mübahisələndirməyiblər. Ərazidə digər tikililər də var, yolu əsas onlar bağlayıb. O, öz istifadəsində olan ərazidən qonşulara yol verməyə razıdı. Barışıq əldə etmək üçün iddiaçılarla şəxsən görüşmüşdür, onlara yol üçün yer ayırmağı təklif etmiş, lakin buna razı olmayıblar. 30 ildir həmin ərazidə yol yoxdur. Bu günədək heç bir sakin ona tikilinin onlara yol üçün maneə yaratdığını bildirməyib. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
21. İştirak etdiyi məhkəmə iclasında iddiaçı iddiaçı7 nümayəndəsi və vəkili nümayəndə3 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfindən ona verilən məlumata əsasən tikili sökülməyib, dəmir barmaqlıqlardan ibarət hasar sökülüb. Tikinti şirkəti ilə cavabdeh arasında olan mübahisənin baxılan iş üzrə mübahisəyə aidiyyəti yoxdur. Ərazidə digər iaşə obyektləri də olduğundan cavabdehə məxsus mənzilin artırması olan qanunsuz tikili sökülmədən yol açılması mümkün deyil. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən iddiaçılar iddiaçı6, iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 məhkəmə iclasına gəlməmiş, həmçinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Yasamal Rayon İcra Hakimiyyəti və “xxxx" Publik Hüquqi Şəxsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə apellyasiya şikayətinə digər iddiaçıların və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz; 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3.4-ci maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
26. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
27. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilən hissədə rədd edilməsi xahiş olunduğundan, qətnamə yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiyası məhkəməsinin qətnaməsi “qanunsuz tikilinin cavabdeh Cavabdeh hesabına sökülməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə qismən təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin faktiki hallarına istinad edərək qeyd edir ki, iddiaçılar Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasında yaşayırlar. Həmin binada cavabdehə məxsus ** saylı mənzil və qeyri-yaşayış sahəsi (onun altında olan zirzəmi) də yerləşir. Ümumi sahəsi 43,70 kv.m olan həmin mənzili cavabdeh aralarında bağlanmış ##.##.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əvvəlki mülkiyyətçi X5 əldə etmiş və bundan sonra ##.##.2021-ci il tarixdə onun mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 69 (Yeni qaydalarla: AZ 1122, Bakı əhəri, Yasamal rayonu, Həsən bəy ünvan 4) ünvanında yerləşən ümumi sahəsi 55,60 kv.m olan qeyri-yaşayış sahəsinə dair onun mülkiyyət hüququ isə ##.##.2025-ci il tarixdə dövlət qeydiyyata alınmışdır. Həmin mənzilin yerləşdiyi binanın fasadına bitişik vəziyyətdə sahəsi 33.0 kv.m, 11.1 kv.m, 2.4 kv.m, 4.8 kv.m və 49.9 kv.m olan tikililər inşa edilmişdir. Bu tikililər hüquqi vəziyyətinə görə özbaşına tikintidir, texniki pasportda öz əksini tapmamışdır. Qeyd edilənlər birinci instanisya məhkəməsinin məhkəmə-tikinti texniki ekspertizasının təyin edilməsi barədə müvafiq qərardadının icrası qaydasında aparılmış ekspert tədqiqatı nəticəsində öz təsdiqini tapmış və bununla bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən **/**** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyi verilmişdir. Həmin tikililər cavabdehin istifadə və sahibliyindədir.
30. Hazırda iddiaçılar həmin qanunsuz (özbaşına) tikililərin cavabdeh tərəfindən inşa edildiyini, bunun nəticəsində onların həmin çoxmənzilli binanın arxasına keçən yeganə yollarının qarşısının kəsildiyini və binanın sakinləri üçün böyük narahatçılığın yarandığını bildirirlər və bu tikililərin cavabdehin hesabına sökülməsini tələb edirlər.
31. Cavabdeh iddianı qəbul etmir, mübahisəli tikililərinin onun tərəfindən inşa edilmədiyini, mənzil alınarkən artıq həmin sahələrin mövcud olduğunu, hazırki vaxtadək digər sakinlər tərəfindən bununla bağlı heç bir narazılıq bildirilmədiyini, iddiaçıların marağına toxunması ilə bağlı onlar tərəfindən indiyədək hər hansı bir tələb irəli sürülmədiyini, iddiaçılarının mülkiyyət hüquqlarına müdaxilə ilə bağlı real halların mövcud olmadığını, əlavə tikiliyə görə tərəfindən istismar yığım haqqı üzrə MKİS-ə ödənişlər həyata keçirildiyini, tikili ilə bağlı ilk növbədə yerli nəzarəti aparan müvafiq orqan tərəfindən inzibati icraatın aparılmalı olduğunu, həmin icraatın nəticəsindən asılı olaraq fikir ayrılığı yarandıqda məsələnin məhkəmə müstəvisində həll edilməli olduğunu bildirir və iddianın rədd edilməsini xahiş edir.
32. Məhkəmə kollegiyası tərəfindən həmin ünvana keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti ev 69 ünvanında cavabdeh Cavabdeh məxsus mənzilə (mənzilin yerləşdiyi binaya) bitişik olan özbaşına tikililər mövcuddur, həmin tikililərin hər hansı bir sənədi mövcud deyil, tikililər hüquqi vəziyyətinə görə özbaşına tikililərdir. Əvvəllər həmin tikililərin mövcud olması hər hansı bir maneə yaratmırdı. Belə ki, həmin binanın sakinlərinin daha geniş hərəkət imkanları mövcud idi. Lakin hazırda ** saylı bina ilə üzbəüz, 25-30 metr məsafədə tikinti işləri həyata keçirilir və həmin tikinti şirkəti bina inşa edərək, müəyyən qazıntı işləri aparmış, nəticədə ** saylı binanın sakinlərinin hərəkəti məhdudlaşdırırlmış və bu baxımdan qanunsuz tikililərin inşa edildiyi sahədən bina sakinlərinin istifadə etmələri üçün zərurət yaranmışdır. Cavabdeh özü də həmin ünvanda keçid verməyə və bununla bağlı müəyyən söküntü işlərinin aparılmasına razı olduğunu bildirir.
33. Məhkəmə kollegiyası bu konteksdə qeyd edir ki, cavabdehə məxsus olan və onun tərəfindən yaşayış sahəsi kimi istifadə edilən, sahələri 33.0 kv.m, 11.1 kv.m, 2.4 kv.m, 4.8 kv.m və 49.9 kv.m olan tikililər hüquqi vəziyyətinə görə özbaşına tikintidir. Ekspert rəyi iş üzrə digər sübutlarla birlikdə qiymətləndirildikdə, ** saylı mənzilin dövlət reyestrində və texniki pasportunda göstərilən 43,70 kv.m sahəsindən artıq olmaqla ümumi sahəni faktiki olaraq 145,4 kv.metrə qədər genişləndirən və texniki pasportda əksini tapmayan tikililərin qanuni əsaslarla rəsmiləşdirilmiş əmlakın tərkib hissəsi olmadığı müəyyən edilir.
34. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli tikililərin yerləşmə vəziyyəti, onların binanın fasadına bitişik olması, dövlət qeydiyyatında və texniki pasportda göstərilən sahə ilə faktiki sahə arasında ciddi fərqin mövcudluğu və tikililərin texniki pasportda əks olunmaması həmin tikililərin qanuni əsaslarla yaradılmış və rəsmiləşdirilmiş daşınmaz əmlak kimi qəbul edilməsinə imkan vermir.
35. Mübahisəli tikililərin yerləşmə vəziyyəti ilə bağlı qeyd edilməlidir ki, bu tikililər binanın arxa hissəsində yerləşən və binaya xidmət edən sahədən hərəkəti nəinki məhdudlaşdırmış, ümumiyyətlə qeyri-mümkün etmişdir. Halbuki, binanın arxasında yerləşən sahə binaya xidmət etməklə həmin binada yaşayan və mənzil mülkiyyətçisi olan iddiaçıların ümumi istifadəsində olan sahədir və bu baxımdan onların hər biri bu sahədən istifadə etmək hüququna malikdirlər. Hazırki vəziyyət əvvəllər hər hansı çətinlik yaratmasa da, hazırda bina ilə üzbəüz sahədə çoxmənzilli hündürmərtəbəli yaşayış binasının inşa edilməsi və həmin yeni tikilinin binaya yaxın (25-30 metr) məsafədə yerləşməsi, orada tikinti işlərinin aparılması və bina ilə üzbəüz durduqda sağ tərəf istiqamətində yerləşən mübahisəli tikililərə çöl tərəfdən bitişik torpaq sahəsinin tamamilə qazılması bina sakini olan iddiaçıların hərəkətini daha da məhdudlaşdırır. Mübahisəli tikintilər mövcud olduğundan mənzillərdən çıxdıqdan sonra sol istiqamət üzrə binanın arxasına keçmək və həmin istiqamətdə hərəkət etmək qeyri-mümkündür. İddiaçılar da hazırki iddia ilə mübahisəli tikililər səbəbindən yaranmış məhdudiyyətlərin aradan qaldırılmasına və bu yolla hərəkət sərbəstliyinə nail olmaq istiyirlər. Bu səbəbdən onların hazırki hərəkətləri cavabdehə ziyan vurmaq niyyəti daşıyan və əvvəlki rəftara zidd rəftar olan hərəkət kimi qəbul edilə bilməz və hüquqdan sui istifadə kimi qiymətləndirilə bilməz. Mövcud vəziyyət, habelə iş üzrə müəyyən edilmiş faktiki hallar və ekspert tədqiqatının nəticələri qeyd edilən qanunsuz tikintilərin sökülməsini şərtləndirir. Hər bir halda, iddiaçı mənzili əldə edərkən bu tikililərin qanunsuz olduğunu bilirdi və onların binanın arxasında yerləşən və binaya (onun sakinlərinə) xidmət edən sahədən istifadəni qeyri-mümkün etdiyini görürdü. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini bu hissədə əsassız hesab edir və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
36. Məhkəmə kollegiyası, həmçinin cavabdehin mübahisəli sahəyə görə MKİS-ə istismar yığım haqqı ödəməsi barədə dəlilinə də münasibət bildirərək qeyd edir ki, belə ödənişlərin həyata keçirilməsi özbaşına tikintiyə qanuni əsas yaratmır. İstismar yığımının ödənilməsi tikinti üçün müvafiq icazənin verilməsi, tikilinin qanuniləşdirilməsi və ya ona mülkiyyət hüququnun yaranması nəticəsini doğurmur. Bu səbəbdən həmin dəlil mübahisəli tikililərin qanuni tikili hesab edilməsi üçün əsas ola bilməz.
37. Cavabdehin mübahisəli tikililərlə bağlı ilk növbədə yerli nəzarəti həyata keçirən müvafiq orqan tərəfindən inzibati icraat aparılmalı olması barədə dəlili də əsaslı hesab edilmir.
38. Belə ki, Mülki Məcəllənin 180.4-cü maddəsi özbaşına tikilinin sökülməsi məsələsinin yalnız inzibati icraat qaydasında həll edilməsini nəzərdə tutmur. Həmin normaya əsasən müvafiq icra hakimiyyəti orqanı ilə yanaşı, maraqlı tərəfin müraciəti əsasında da məhkəmə tərəfindən özbaşına tikilinin sökülməsi barədə qərar qəbul edilə bilər. İddiaçıların hazırki vəziyyətdə mübahisəli tikililərin mövcudluğunun onların çoxmənzilli yaşayış binasının arxa hissəsinə keçid imkanlarını qeyri-mümkün etdiyini və həmin ərazinin istifadəsindən məhrum etdiyini bildirmələri onların məhkəməyə müraciət etməkdə hüquqi marağının olduğunu göstərir. Hazırkı işdə ekspert rəyi ilə müəyyən edilmiş tikililər özbaşına tikinti kimi qiymətləndirildirildiyindən və onların saxlanılması iddiaçıların hüquq və qanunla qorunan mənafelərinə müdaxilə yaratması nəticəsinə gəlmək üçün əsas yaratdığından, iddiaçıların həmin tikililərin sökülməsini tələb etmək hüququ vardır.
39. Lakin mübahisənin düzgün həlli üçün yalnız tikililərin hüquqi statusunun müəyyən edilməsi kifayət etmir. Belə ki, onların məhz cavabdeh tərəfindən inşa edilib-edilməməsi məsələsinə də hüquqi qiymət verilməlidir.
40. Bununla bağlı qeyd olunmalıdır ki, cavabdeh ** saylı mənzilə ##.##.2021-ci il tarixdə mülkiyyət hüququ əldə etmişdir. Ekspert tərəfindən tədqiq edilmiş ##.##.2021-ci il tarixli texniki pasportda həmin mənzilin sahəsi 43,70 kv.m göstərilmiş və sonradan faktiki vəziyyətdə mövcud olduğu müəyyən edilən əlavə tikililər həmin texniki pasportda əks etdirilməmişdir.
41. Bu hal, bir tərəfdən, mübahisəli tikililərin mənzilin dövlət qeydiyyatına alınmış sahəsinin tərkibinə daxil olmadığını təsdiq edir, digər tərəfdən isə, həmin tikililərin cavabdeh tərəfindən inşa edilməsinin tarix və üsulu barədə müstəqil və mötəbər sübutların mövcud olmadığını göstərir. Cavabdeh mənzili əldə etdiyi zaman mübahisəli tikililərin artıq mövcud olduğunu bildirir və onların onun tərəfindən inşa edilmədiyini vurğulayır. Cavabdehin mülkiyyətçi olduğu ##.##.2021-ci il tarixdən sonra həmin tikililəri inşa etdiyini təsdiq edən hər hansı sübut, o cümlədən tikinti işlərinin aparılmasına dair sənədlər mövcud deyil. İddiaçılar da bu barədə hər hansı fikir söyləmir, əksinə, məhkəmə kollegiyası tərəfindən keçirilmiş yerində müayinə zamanı bu tikintilərin 20 ildən artıq müddətdir ki, mövcud olduğunu bildirirlər.
42. Cavabdehin mülkiyyətində olan mənzilin faktiki sahəsinin dövlət qeydiyyatında göstərilən sahədən artıq olması öz-özlüyündə həmin artıq sahəni təşkil edən tikililərin cavabdeh tərəfindən inşa edilməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir. Şəxsin daşınmaz əmlakı əldə etdiyi zaman həmin əmlakda mövcud olan hüquqi və faktiki vəziyyətə görə, həmin şəxsin əvvəlki sahib və ya üçüncü şəxs tərəfindən yaradılmış tikilinin ilkin inşaatçısı kimi qəbul edilməsi yalnız müvafiq sübutlar əsasında mümkündür.
43. Bu baxımdan cavabdehin həmin tikililərin sökülməsi üzrə şəxsən öhdəlik daşıması üçün bu tikililərin mənzil onun mülkiyyətinə daxil olduqdan sonra onun tərəfindən inşa edilməsi barədə sübut olunmuş faktlar mövcud olmalıdır. Hazırkı işdə isə belə faktlar mövcud deyil.
44. Bununla belə, mübahisəli tikililər hüquqi vəziyyətinə görə özbaşına tikinti olsalar da, həmin tikililərin məhz cavabdeh tərəfindən inşa edilməsi faktı sübuta yetmir. Nəticə etibarı ilə cavabdehin 2021-ci ildə mənzili əldə edərkən, bu tikililərin artıq mövcud olduğu və onların mənzillə birlikdə cavabdehin istifadə və sahibliyinə keçdiyi müəyyən edilir.
45. Bu baxımdan birinci instansiya məhkəməsi tikililərin cavabdeh tərəfindən inşa edilməsini sübuta yetirilmiş hal kimi qəbul etməklə işin bu hissəsində sübutların qiymətləndirilməsi qaydalarını düzgün tətbiq etməmişdir. Hazırda iş materialları ilə tikililərin cavabdeh tərəfindən inşa edildiyi sübuta yetirilmədiyindən onların sökülməsi öhdəliyinin və bununla bağlı xərclərin cavabdehin üzərinə qoyulması üçün kifayət qədər hüquqi əsas yoxdur.
46. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 180.4-cü maddəsində nəzərdə tutulan söküntü mexanizmi özbaşına tikilinin mövcudluğunun aradan qaldırılmasına yönəlmişdir və belə tikilinin sökülməsi barədə məhkəmə qərarı qəbul edilərkən onun icrasının praktiki və hüquqi nəticələri də nəzərə alınmalıdır. Söküntü işlərinin cavabdehin hesabına aparılması isə yalnız onun qanunsuz tikintinin inşasına və ya sonradan qanunsuz vəziyyətin yaradılmasına səbəb olması sübuta yetirildiyi halda öhdəlik kimi onun üzərinə qoyula bilər.
47. Hazırkı işdə isə cavabdehin mübahisəli tikililərin ilkin inşaatçısı olması müəyyən edilmədiyindən, tikililərin mövcudluğuna görə cavabdehin təqsirli davranışı sübuta yetirilmiş hesab edilə bilməz. Cavabdehin mənzili əldə etdiyi zaman tikililərin faktiki mövcudluğu və onların hansı şəxs tərəfindən inşa edilməsi məsələsi ayrıca sübut olunmalı olduğu halda, iddiaçılar bu halı təsdiq edən mötəbər sübut təqdim etməmişlər.
48. Bununla belə, tikililərin özbaşına olması və onların sökülməsinin zəruriliyi müəyyən edildiyindən onların sökülməsi mümkündür. Lakin tikililərin cavabdeh tərəfindən inşa edilməsi sübuta yetirilmədiyindən söküntü xərclərinin cavabdehdən tutulması və ya söküntünün onun hesabına həyata keçirilməsi ədalətli və hüquqi əsaslı nəticə olmazdı.
49. Beləliklə, birinci instansiya məhkəməsinin mübahisəli tikililərin sökülməsi barədə nəticəsi mahiyyət etibarilə düzgün olsa da, söküntünün cavabdehin hesabına aparılması barədə nəticəsi iş üzrə müəyyən edilmiş hallara və sübutlara uyğun deyildir.
50. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçılar məhz öz hüquq və qanunla qorunan mənafelərinin müdafiəsi məqsədilə mübahisəli tikililərin sökülməsini tələb etmişlər. Bu səbəbdən tikililərin fiziki olaraq aradan qaldırılması üçün zəruri söküntü işlərinin həyata keçirilməsi xərclərinin iddiaçıların hesabına aparılması tərəflərin müəyyən edilmiş hüquqi vəziyyətinə daha uyğun hesab edilməlidir.
51. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisəli tikililərin sökülməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, söküntünün cavabdehin hesabına aparılmalı olması qənaətində haqlı olmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası tikililərin onun tərəfindən inşa edilmədiyi bir halda, birinci instansiya məhkəməsinin söküntünün onun hesabına aparılmalı olması ilə bağlı qənaətinin əsassız olması barədə cavabdehin dəlillərini əsaslı hesab edir və göstərilənlərlə yanaşı, tikililərin sökülməsi üçün əsasların hazırda yarandığını və bu halın bilavasitə iddiaçıların maraqlarına uyğun olduğunu nəzərə alaraq, belə qənaətə gəlir ki, həmin tikintilər məhz iddiaçıların vəsaiti hesabına sökülməlidir.
52. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “qanunsuz tikilinin cavabdeh Cavabdeh hesabına sökülməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə qismən təmin edilməli, qanunsuz tikili iddiaçılar iddiaçı7, iddiaçı6, iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 hesabına sökülməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh aid edilməlidir.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-385ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi “qanunsuz tikilinin cavabdeh Cavabdeh hesabına sökülməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə qismən təmin edilsin. Qanunsuz tikili iddiaçılar iddiaçı7, iddiaçı6, iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 hesabına sökülsün. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.