Məhkəmə qərarları › İş №2(3-6)-1862/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1862/2026

03.06.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1862/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər X6 və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçı Əliyeva İradə Sabir qızının, üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və üçüncü şəxs Əliyev İlqar Sabir oğlunun iştirakları ilə, İddiaçı Əliyeva İradə Sabir qızının cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi * saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və Əliyev İlqar Sabir oğlu cəlb edilməklə “mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi və vərəsəlik şəhadətnaməsi verilməsi öhdəliyinin notariusa həvalə edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əliyev İlqar Sabir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əliyeva İradə Sabir qızı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi * saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi və vərəsəlik şəhadətnaməsi verilməsi öhdəliyinin notariusa həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ###### 2012-ci ildə vəfat etmiş X4 miras qalmış əmlakın qəbul edilməsi müddətinin bərpa edilməsi və miras əmlaka dair ona vərəsəlik şəhadətnaməsi verilməsi öhdəliyinin cavabdeh * saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 (yeni ünvan AZ 1075, Bakı şəhəri, Nərimanov rayonu, Rəhim Şıxəliyev küçəsi giriş 172) ünvanında yerləşən mənzil onun X1nun mülkiyyətində olmuşdur. X1 ## ###### 2012-ci il tarixində vəfat etmişdir. Onun ölüm şəhadətnaməsi Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən ## ###### 2012-ci il tarixdə verilmişdir. X4 vəfatından sonra onun qanun üzrə birinci növbə vərəsələri onun X2, qardaşı Əliyev İlqar Sabir oğlu, bacıları mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və o olmuşdur. Atasının vəfatından sonra bütün vərəsələr razılığı gəlmişlər ki, vərəsəlik işinin açılması üçün birlikdə notariat orqanına müraciət etsinlər. Lakin atasını vəfatından sonra anası uzun müddət xəstə olduğundan o, anasının yanında qalmaqla ölənədək həmin evdə anasına qulluq etmiş və orada yaşamışdır. Digər vərəsələrdən də heç biri bu vaxtadək vərəsəlik işi açılması üçün notariat orqanına müraciət elməmişlər. X2 isə ##.##.2025-ci il tarixdə vəfat elmişdir. Onun həmin evdə yaşamasını bacıları, qohumları və qonşuları təsdiq edə bilərlər. Bacısı Lalə ata mülkünün vərəsələr arasında bərabər bölünməsinə razı olsa da qardaşı İlqar bacıları İradə Əliyeva və Tahirənin həmin evdə qeydiyyatda olmamalarını əsas gətirərək onlara həmin evdən vərəsə paylan verilməsinə etiraz edir. İlqar Əliyev 1999-cu ilədək atasının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Hacı Murad küyəsi ev 29da ailəsi ilə yaşamış, sonradan Biləcəri qəsəbəsindəki evinə köçmüş və hazırda da orada yaşayır. Atası ölənədək İlqar ona baxmamış, yalnız öldükdən sonra evə gəlmiş, lakin faktiki orada yaşamasa da bacılar olaraq onu qəbul etmişlər. 2012-ci ildə atası vəfat edəndən 2025ci il oktyabr ayınadək, yəni anası ölənədək də anasına İradə və bacıları baxmışlar. Atası evində qardaşı İlqar və bacısı Lalə pasport qeydiyyatındadırlar. Atasının vəfatından sonra həmin evdə anası və bacısı Lalə ilə birlikdə o yaşamışdır. Qardaşı İlqar Əliyev bacısı Tahirə ilə onun həmin evdə qeydiyyatda olmamasından sui-istiladə edərək mülkdən vərəsə payı almalarına etiraz edir. İddiaçı İradə Əliyeva ##.##.2025-ci il tarixdə mirasın qəbulu və vərəsəlik şəhadətnaməsi alması üçün * saylı Bakı "Asan Xidmət" Mərkəzinə miraciət etmiş, lakin notariat orqanın ##.##.2025-ci il tarixli **** saylı məktubu ilə Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş müddəti ötürdüyündən ona vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Buna görə də o, atasının mülkiyyətində olmuş miras əmlakdakı payının əldə edilməsi üçün məhkəmə müdafiəsi hüququndan istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmənin ##.##.2026-cı il tarixli iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və Əliyev İlqar Sabir oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilərək Əliyeva İradə Sabir qızının ##.##.2012-ci il tarixdə vəfat etmiş X1ndan miras qalmış əmlakı qəbul etməsi üçün buraxılmış müddət üzrlü hesab edilməklə ona münasibətdə bərpa edilmiş, X3 miras qalmış əmlaka dair vərəsəlik işinin açılması öhdəliyi * saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin üzərinə qoyulması qət edilmişdir. Həmin qətnamədən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əliyev İlqar Sabir oğlu apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları və “AZEMİS” vasitəsilə müəyyən edilmişdir ki: - Iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 cavabdeh * saylı Bakı Asan xidmət mərkəzində Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və vərəsəlik işinin açılması öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ###### 2012-ci il tarixdə vəfat etmiş X4 qalmış miras əmlakın qəbul edilməsi müddətinin bərpa olunması və miras əmlaka dair vərəsəlik işinin açılması öhdəliyinin cavabdeh * saylı Bakı "Asan Xidmət" Mərkəzində Notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(007)- ****/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ##.##.2012-ci il tarixdə vəfat etmiş X1ndan miras qalmış əmlakı qəbul etməsi üçün buraxılmış müddət bərpa edilmiş, X3 miras qalmış əmlaka dair vərəsəlik işinin açılması öhdəliyi * saylı Bakı Asan xidmət mərkəzində Notariat Ofisinin üzərinə qoyulması qət edilmişdir. - Həmin qətnamədən Əliyev İlqar Sabir oğlu ##.##.2026-cı il tarixində apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** saylı, ##.##.2026cı il tarixli qərardadı ilə iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və İddiaçı cəlb edilməklə cavabdeh * saylı Bakı Asan xidmət mərkəzində Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və vərəsəlik işinin açılması öhdəliyinin qoyulması” tələbinə dаir mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əliyev İlqar Sabir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək, icraata qəbul edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki işlər birləşdirilərək bir icraatda baxılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Əliyeva İradə Sabir qızı, üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və Əliyev İlqar Sabir oğlu mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və digər üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə cavabdehin və digər üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Bu Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə kollegiyası, mülki-prosessual hüquq institutu olan “işlərin bir icraatda birləşdirilməsi”nin yuxarıda qeyd olunan iddia tələblərinə (mülki işlərə) münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan mübahisələrə mümkün olan qısa müddətlərdə baxılmasıprosessual qənaət prinsipi ilə uzlaşır. Beləliklə, məhkəmə kollegiyası hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Belə olan halda hazırda icraatda olan iddiaçı Əliyeva İradə Sabir qızının cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi * saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və Əliyev İlqar Sabir oğlu cəlb edilməklə “mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi və vərəsəlik şəhadətnaməsi verilməsi öhdəliyinin notariusa həvalə edilməsi” tələbinə dair *(*-*)-****/**** saylı mülki iş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və İddiaçı cəlb edilməklə cavabdeh * saylı Bakı Asan xidmət mərkəzində Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və vərəsəlik işinin açılması öhdəliyinin qoyulması” tələbinə dair *(*-*)-***/**** saylı mülki işlə birləşdirilərək bir icraatda baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Əliyeva İradə Sabir qızının cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi * saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və Əliyev İlqar Sabir oğlu cəlb edilməklə “mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi və vərəsəlik şəhadətnaməsi verilməsi öhdəliyinin notariusa həvalə edilməsi” tələbinə dair *(*-*)-****/**** saylı mülki iş iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və İddiaçı cəlb edilməklə cavabdeh * saylı Bakı Asan xidmət mərkəzində Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və vərəsəlik işinin açılması öhdəliyinin qoyulması” tələbinə dair *(*-*)-***/**** saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilsin. Mülki işlərə 2(3-6)-746/2026 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar