Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-195/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “X9X16 cavabdeh Cavabdeh qarşı tikilinin özbaşına tikili hesab edilərək sökülməsi və zəbt olunmuş torpaq sahəsinin filialın istifadəsinə qaytarılması tələbinə dair mülki iş üzrə (açar sözlər: tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X17 katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, iddiaçı “X9X16 cavabdeh Cavabdeh qarşı tikilinin özbaşına tikili hesab edilərək sökülməsi və zəbt olunmuş torpaq sahəsinin filialın istifadəsinə qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ####### 2003-cü il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinə əsasən X3 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu qəsəbəsi, D.Bedni küçəsi ** saylı evə yaşayış hüquqları tanınaraq pasport qeydiyyatına alınması, onunla Bakı şəhəri, Sabunçu qəsəbəsi, D.Bedni küçəsi ** saylı evə dair icarə müqaviləsinin bağlanılmasının Sabunçu Rayon Icra Hakimiyyətinə həvalə olunması qət edilmişdir.
2. Bakı Şəhəri Sabunçu rayonu Icra Hakimiyyəti Başçısının ## ####### 2007-ci il tarixli, *** nömrəli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu qəsəbəsi, D.Bedni küçəsində yerləşən yaşayış sahəsi 61,73 kv.metr olan 3 otaqlı, ** saylı evin icarə müqaviləsi 4 nəfər ailə üzvü ilə X3 adına bağlanmış və o, həmin mənzilin icarədarı hesab olunmuşdur.
3. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 112,50 kv.metr olan mənzil ## ####### 2023-cü il tarixdə Cavabdeh adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır.
4. “X4 və Ekspertiza Mərkəzi” MMC-nin ## #### 2023-cü il tarixli *** nömrəli mütəxəssis rəyində qeyd olunmuşdur ki, “X9X16 * saylı NQÇS-nin 39 T 410157.23-4478237.25 koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən inşa olunmuş tikili “X9 LTD” Şirkətinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir.
Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı “X9 LTD” Şirkəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şirkətin Azərbaycan Respublikasındakı filialının * saylı neft-qaz çıxarma sexinin, 39 T 410157.23 m B — 4478237.25 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində inşa olunmuş tikilinin özbaşına tikili sayılaraq sökülməsi və zəbt olunmuş torpaq sahəsinin filialın istifadəsinə qaytarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Iddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), “xxxx” Ortaq Neft Şirkəti (ONŞ) arasında ## #### 2010-cu il tarixdə bağlanmış “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə müvafiq olaraq Balaxanı blokunda neft və qaz əməliyyatlarının aparılması səlahiyyəti kontraktla “X8 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialına verilmişdir. Nəzərə çatdırılır ki, hal-hazırda istifadədə olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması qanunla qorunan hüquqlarını pozur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsələr də, cavabdehlər haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. ##.##.2023-cü il tarixdə “X9X16 * saylı neft-qaz çıxarma sexinin, 39 T 410157.23 m B —4478237.25m C koordinatlar üzrə yerləşən ərazidə özbaşına tikinti aşkarlanmışdır. Tikintini aparan şəxs, vətəndaş Cavabdeh nə torpaq sahəsinə, nə tikintiyə dair heç bir sənəd təqdim etməmişdir. Belə ki, dərhal Cavabdeh tikintinin qanunsuz olduğu izah edilərək, mübahisə qanuni yolla həll olunana qədər tikinti işlərinin dayandırılması barədə xəbərdarlıq edilmişdir. Eyni zamanda qeyd edilir ki, “X9 LTD” şirkətinin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlamışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin yuxarıda geyd edilənlərlə bağlı halhazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirlər. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi texnikayla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
8. Qətnamə onunla əsaslandırlmışdır ki, “X9X16 * saylı neft-qaz çıxarma sexinin, 39 T 410157.23 m B — 4478237.25 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində cavabdeh tərəfindən özbaşına tikili inşa olunmuşdur. Həmin özbaşına tikili tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa edilmişdir. Zəbt olunmuş torpaq sahəsi dövlət mülkiyyətinə məxsus torpaq sahəsi olmaqla “X9X16 * saylı neft-qaz çıxarma sexinin, 39 T 410157.23 m B — 4478237.25 m C koordinatlar üzrə hüdudları daxilindədir. Cavabdehin həmin torpaq sahəsinə və tikiliyə dair heç bir hüquqmüəyyənedici sənədi yoxdur.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 66, 67, 68, 111-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.
11. Şikayətin dəlillərinə görə, iddiaçı iddia edir ki, hal-hazırda istifadədə olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması qanunla qorunan hüquqlarını pozur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsələr də, cavabdehlər haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. Lakin iş materiallarında belə xəbərdarlıqların edildiyini sübut edən heç bir yazılı sənəd, bildiriş, akt və ya foto-fiksasiya mövcud deyildir. Iddiaçı iddia edir ki, ##.##.2023-cü il tarixdə “X9X16 * saylı neft-qaz çıxarma sexinin, 39 T 410157.23 m B - 4478237.25 m C koordinatlar üzrə yerləşən ərazidə özbaşına tikinti aşkarlanmışdır. Tikintini aparan şəxs, vətəndaş Cavabdeh nə torpaq sahəsinə, nə tikintiyə dair heç bir sənəd təqdim etməmişdir. Belə ki, dərhal Cavabdeh tikintinin qanunsuz olduğu izah edilərək, mübahisə qanuni yolla həll olunana qədər tikinti işlərinin dayandırılması barədə xəbərdarlıq edilmişdir. Eyni zamanda qeyd edilir ki, “X9 LTD” şirkətinin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlamışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin yuxarıda geyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirlər. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi texnikayla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Lakin bu arqumentlər həqiqətə uyğun deyil və aşağıdakı əsas hallar iş materiallarında öz təsdiqini tapır: Cavabdeh həmin ərazidə 30 ildən çoxdur faktiki yaşayır, Sabunçu Rayon Məhkəməsinin ##.##.2003 tarixli, *-**** saylı qətnaməsi ilə cavabdehin həmin ünvanda yaşayış hüququ rəsmən tanınıb, Sabunçu Rayon Icra Hakimiyyəti tərəfindən ##.##.2007-ci il tarixli *** saylı sərəncamla cavabdehlə icarə müqaviləsi bağlanıb, elektrik sayğacı dövlət qurumları tərəfindən 2006-cı ildən əvvəl quraşdırılıb və cavabdeh rəsmi abonent kimi tanınıb, eyni ərazidə yerləşən digər vətəndaşlara onlarla rəsmi çıxarışlar verilib, eyni zamanda tikilinin bir hissəsinə dair rəsmi çıxarış mövcuddur. Bunların hamısı tikilinin uzun müddətdir mövcud olduğunu, dövlət tərəfindən tanındığını və “özbaşına tikili” anlayışına uyğun gəlmədiyini tam şəkildə təsdiqləyir. Bununla yanaşı iddiaçı tərəfindən təqdim edilən torpaq sənədləri mövcud deyildir, “mədən ərazisi” iddiasını təsdiq edən xəritə, sərhəd aktı, quyu pasportu təqdim edilməyib, məhkəmə qeyri-səlahiyyətli MMC-nin mütəxəssis rəyini qanunsuz olaraq ekspert rəyi kimi qəbul edib. Bu hallar onu deməyə əsas verir ki, iddiaçının əməliyyat proqramına, quyulara texniki yaxınlaşma və hasilatın səviyyəsi ilə bağlı göstərdiyi arqumentlər cavabdehin mülkiyyət və yaşayış hüququnu məhdudlaşdırmaq üçün əsas yarada bilməz. Həmin ərazidə onlarla vətəndaşa dövlət reyestr çıxarışları verildiyi halda yalnız cavabdehin yaşayış yerinin təhlükə zonası kimi qiymətləndirilməsi qanunvericiliyə ziddir və Konstitusiyanın bərabərlik prinsipinə uyğun deyil. Bununla yanaşı, birinci instansiya məhkəməsi mübahisə predmeti olan torpaq sahəsinin və üzərində yerləşən tikilinin dəqiq coğrafi mövqeyini və sərhədlərini müəyyən etmək üçün zəruri olan koordinat məlumatlarını tam və hərtərəfli araşdırmamışdır. Qətnamədə yalnız iddiaçı tərəfindən göstərilən 39 T 410157.23 m – 4478237.25 mkoordinatlarına istinad edilmiş, lakin bu koordinatların hansı koordinat sisteminə aid olduğu, onların WGS-84 (latitude/longitude) sistemi ilə uyğunluğu və faktiki yerləşmə nöqtəsini ifadə edib-etmədiyi müəyyən olunmamışdır. Eyni zamanda, məhkəmə obyektin Azərbaycan Milli Koordinat Sistemi (AZTM və ya SK-42) üzrə dəqiq yerləşməsini müəyyən etməmiş, həmin əraziyə bitişik və yaxın sahələrdə yerləşən digər yaşayış evlərinin koordinatlarını, bu koordinatlar üzrə dövlət qeydiyyatından çıxarışların mövcudluğunu araşdırmamışdır. Bu isə iş üzrə faktiki halların natamam müəyyən edilməsinə səbəb olmuşdur. Insan Hüquqlarının və X10 X15 (AIHK) * saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bu maddəyə görə dövlət mülkiyyətə müdaxilə zamanı“qanunilik”, “legitim məqsəd” və “proporsionallıq” meyarlarına riayət etməlidir. Cavabdeh mülkiyyət hüququnun pozulduğunu göstərən əsas hüquqi amillər:
1. Uzunmüddətli faktiki yaşayış və dövlətin bunu illərlə tanıması – “qanuni gözlənti”nin yaranması. Cavabdeh həmin ünvanda 30 ildən artıq faktiki yaşaması, ərazidən fasiləsiz istifadə etməsi və bu müddət ərzində dövlət orqanlarının həmin yaşayış faktını qəbul etməsi şəxsdə legitim, qanuni gözlənti formalaşdırıb. AIHM-in qərarlarında təsbit olunduğu kimi, uzun müddət dövlət tərəfindən qəbul edilən faktiki sahibliyin özü mülkiyyət tərkibinə daxil edilə bilən “legitim gözlənti” yaradır. Dövlət qurumları tərəfindən verilmiş rəsmi sənədlər legitim gözləntini daha da gücləndirir. Eyni ərazidə yaşayan digər şəxslərə çıxarış verilməsi – dövlətin fərqləndirici münasibəti (bərabərlik prinsipinin pozulması): Həmin ərazidə yaşayan digər sakinlərin əksəriyyətinə dövlət tərəfindən çıxarış verildiyi, lakin yalnız Cavabdeh barəsində “söküntü” tədbirinin tətbiq edilməsi bərabər davranış prinsipinin pozuntusuna səbəb olur. Dövlətin “ictimai maraq” üzrə əsaslandırması yoxdur – müdaxilə qeyri-proporsionaldır: Müdaxilə üçün dövlət tərəfindən göstərilən əsaslar (“neft quyuları”, “mədən sahəsi”) ümumi xarakterli, sübutsuz və qeyri-müəyyəndir. Dövlət Konvensiya üzrə üzərinə düşən yükü – müdaxilənin zəruri və legitim ictimai marağa əsaslandığını – sübut etməyib. Azərbaycan RespublikasıKonstitusiyasının 29cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Bu norma tələb edir ki: mülkiyyət hüququ hamıya bərabər təmin olunmalıdır, dövlət mülkiyyət hüququnu heç bir əsas olmadan selektiv şəkildə məhdudlaşdıra bilməz, dövlət uzunmüddətli faktiki yaşayış və qanuni gözləntiləri nəzərə almağa borcludur. Cavabdeh 30 ildən artıq həmin sahədə yaşayıb, dövlət qurumları sayğac quraşdırıb, məhkəmə onun hüququnu tanıyıb (2003), icra hakimiyyəti icarə müqaviləsi bağlayıb, 2023-cü ildə həmin ərazidə digər tikiliyə çıxarış verilib. Belə şəraitdə Cavabdeh evi “özbaşına tikili” elan edilə bilməz. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, bərabərlik prinsipi tələb edir ki: eyni hüquqi vəziyyətdə olan şəxslərə qarşı eyni münasibət göstərilməlidir; dövlət orqanı bir şəxsə tətbiq etdiyi hüquqi rejimi digər şəxslərə qarşı da tətbiq etməlidir; dövlət şəxslər arasında əsassız fərq qoymamalıdır. Həmin ərazidə: digər şəxslərə mülkiyyət hüquqlarırəsmən tanınıb, onların evləri sənədləşdirilib, heç kəsə “özbaşına tikili” adı verilməyib, yalnız Cavabdeh evi məhkəmə tərəfindən söküntü predmetinə çevrilib. Bu, qanunun tələblərinə tam ziddir və dövlət orqanının ayrı-seçkilik xarakterli davranışıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdeh Cavabdeh apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
14. Iddiaçının nümayəndəsi iştirak etdiyi məhkəmə iclasında apelyasiya şikayətini əsassız hesab etdiyini bildirmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli, *(*- *)-***/**** nömrəli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
16. Məhkəmə tikinti – texniki ekspertizasının ## #### 2026-cı il tarixli, **/**** nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, fərdi yaşayış evi üzrə aparılmış əlavə hörgü işləri tikilinin ikinci mərtəbəsində aparıldığından həmin evin ümumi sahəsinin artdığı, lakin kənar konturunun artmadığı, torpaq sahəsinin sərhədlərinin dəyişmədiyi müəyyən edilmişdir. Tədqiq olunan fərdi yaşayış evinin konstruktiv elementlərinin dəmir – beton konstruksiyadan və əhənglənmiş mişar daşından olduğunu, bünövrəsinin və yükdaşıyan divarlarının olduğunu nəzərə alaraq tədqiq olunan fərdi yaşayış evi üzrə müəyyən edilmiş mövcud dəyişikliklər mühəndis texniki baxımdan əsaslı tikinti hesab edilə bilər. Eskiz sənədində tədqiq olunan evin birmərtəbəli olaraq göstərildiyini, faktiki olaraq isə həmin tikilinin 2 mərtəbəli olduğunu nəzərə alaraq eskiz sənədinə uyğun olmadığı müəyyən edilmişdir. Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən Cavabdeh tərəfindən inşa olunmuş tikilinin yerləşdiyi torpaq sahəsinin ərazisində hər hansı bir neft quyusu aşkar edilməmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 29. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; Maddə 71. II. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
19. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması - 1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; - 2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır; - 3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
20. Avropa Insan Hüquqları Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” işi üzrə ##.##.2021-ci il tarixli Qərarı: “- 41. Məhkəmə bir daha qeyd etmişdir ki, 8-ci maddənin mənasında “ev” anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla qurulmuş binalarla məhdudlaşmamışdır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən “ev” olub- olmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq (X6rşı, № *****/**, § 30, ## #### 2017). ... - 46. Məhkəmənin qərarlaşmış presedent hüququna əsasən, evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən ifrat formasıdır, bu baxımdan risk altında olan istənilən şəxs - həmin şəxsin həssas qrupa aid olub-olmamasından asılı olmayaraq - Konvensiyanın 8-ci maddəsinə əsasən müvafiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən tədbirin mütənasibliyinə malik olmalıdır. Bu baxımdan qeyri-qanuni tikintidən söhbət gedəndə ön plana çıxa biləcək amillər evin qanunsuz tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə evi tikməməsi, sözügedən qanunsuzluğun xarakteri və dərəcəsinin nədən ibarət olması, söküntü ilə qorunmaq istənilən marağın dəqiq mahiyyəti və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerinin olub-olmamasıdır. Başqa bir amil, işin daha az ciddi üsullarının olub-olmaması ola bilər; siyahı tam deyil. Buna görə də, əgər aidiyyəti şəxs bu cür arqumentlər əsasında müdaxilənin mütənasibliyinə etiraz edərsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlarla bağlı adekvat səbəblər göstərməlidirlər (baxın: McCann Birləşmiş Krallıqa qarşı, № *****/**, § 50. , AIHM 2008; Yordanova və başqaları Bolqarıstana qarşı, № *****/**, § 118 (iv) cərimə, ## ##### 2012-ci il və yuxarıda adı çəkilən Ivanova və Çerkezov, § 53). - 47. Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə evin sökülməsinə və ərizəçinin çıxarılmasına qərar verərkən yerli məhkəmələr yalnız onun dövlətə məxsus torpaqda tikilmiş icazəsiz tikinti olduğuna diqqət yetirmişlər (yuxarıda adı çəkilən Bagdonavicius və Digərləri § 102 ilə müqayisə edin). Ərizəçi apellyasiya şikayətlərində sözügedən evin onun yeganə evi olduğunu və başqa ev almaq üçün imkanları olmadığı üçün evdən çıxarılacağı təqdirdə qızı ilə birlikdə evsiz qalacağını iddia etsə də, yerli məhkəmələr bu məqama məhəl qoymamışdırlar və çəlişən maraqları qarşılaşdıra bilməmişdirlər (Kaminskas Litvaya qarşı, № *****/**, § 64, # ###### 2020-ci il ilə müqayisə edin).”
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2008-ci il tarixli Qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ - hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın rədd olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Işin halları ilə təsdiq olunur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ####### 2003-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən X3 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu qəsəbəsi, D.Bedni küçəsi ** saylı evə yaşayış hüquqları tanınaraq pasport qeydiyyatına alınması, onunla Bakı şəhəri, Sabunçu qəsəbəsi, D.Bedni küçəsi ** saylı evə dair icarə müqaviləsinin bağlanılmasının Sabunçu Rayon Icra Hakimiyyətinə həvalə olunması qət edilmiş, bundan sonra Bakı Şəhəri Sabunçu rayonu Icra Hakimiyyəti Başçısının ## ####### 2007-ci il tarixli, *** nömrəli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu qəsəbəsi, D.Bedni küçəsində yerləşən yaşayış sahəsi 61,73 kv.metr olan 3 otaqlı, ** saylı evin icarə müqaviləsi 4 nəfər ailə üzvü ilə X3 adına bağlanmış, yaşayış sahəsi 51,73 kv.m, ümumi sahəsi 152,88 kv.m olan tikilinin eskiz layihəsi səlahiyyətli orqanlar tərəfindən təsdiq edilmiş, ümumi sahəsi 112,50 kv.metr olan mənzil ## ####### 2023-cü il tarixdə Cavabdeh adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır.
25. Bundan başqa həmin mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas olmuş sənədlərdə yaşayış sahəsi 51,73 kv.m, ümumi sahəsi 152,88 kv.m olan tikilinin 1960-cı ildə inşa olunduğu qeyd edilmişdir.
26. Hazırkı iddianın hüquqi əsasını Mülki Məcəllənin 180-cı maddəsi təşkil edir. Həmin normanın məzmununa əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
27. Hazırda sökülməsi tələb olunan tikili 2 mərtəbədən ibarətdir, 1-ci mərtəbənin eskiz layihəsi səlahiyyətli orqanlar tərəfindən təsdiq olunduğuna, həmin hissəyə dair icarə müqaviləsi bağlandığına, əsasən də mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığına görə 1-ci mərtəbədə mövcud olan tikilli Mülki Məcəllənin 180.1-ci maddəsinin təsir dairəsinə düşməməklə özbaşına tikinti hesab oluna bilməz.
28. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1 -ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il ## ###### tarixli Qərarı).
29. Lakin 2-ci mərtəbədə inşa olunan tikilinin özbaşına tikili olması işin halları ilə təsdiqini tapır.
30. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı mövqeyə əsasən hazırkı vəziyyətdə ilkin olaraq araşdırılmalı məsələ iddiaçının subyektiv hüququnun olub – olmaması, mövcuddursa, bu hüququn cavabdeh tərəfindən pozulub – pozulmamasıdır.
31. Yuxarıda qeyd olunan normaların məzmununa əsasən özbaşına tikili müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Buna görə də hazırda araşdırılmalı olan xüsusat cavabdeh tərəfindən tikilinin 2-ci mərtəbəsinin iddiaçının hüquqlarını məhdudlaşdırıb – məhdudlaşdırmaması, yəni, “maraqlı tərəf” olub - olmamasıdır. Yuxarıda qeyd olunduğu kimi 1-ci mərtəbə özbaşına tikili hesab olunmadığından iddiaçının “maraqlı tərəf” olub – olmaması məhz 2-ci mərtəbəyə münasibətdə araşdırılmalıdır.
32. Bu xüsusatın araşdırılması məqsədilə ekspert qarşısında qoyulmuş suala cavab olaraq bildirilmişdir ki, fərdi yaşayış evi üzrə aparılmış əlavə hörgü işləri tikilinin ikinci mərtəbəsində aparıldığından həmin evin ümumi sahəsinin artdığı, lakin kənar konturunun artmadığı, torpaq sahəsinin sərhədlərinin dəyişmədiyi müəyyən edilmişdir.
33. Əgər torpaq sahəsinin dəyişməyərək kənar konturları artmamışdırsa, bu zaman tikilinin 2-ci mərtəbəsinə münasibətdə iddiaçının maraqlarına toxunma halı da mövcud olmur. Yəni, tikiliyə əlavələrin aparılması nəticəsində torpaq sahəsinin sərhədlərində dəyişiklik baş versə idi, bu zaman iddiaçının “maraqlı tərəf” statusu yaranmış olardı. Hazırkı vəziyyətdə isə iddiaçının hüquququnun pozulması müəyyən olunmadığından birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə bağlı gəldiyi nəticə əsassızdır.
34. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən Avropa Insan Hüquqları Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” işi üzrə ## ###### 2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqeyi də nəzərə alır.
35. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə əsassızdır, apellyasiya şikayətinin dəlilləri işin halları ilə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Buna görə də qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd olunmalıdır.
36. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.