Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1963/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Işin halları
1. Cavabdeh IB-nin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı məxsus tikiliyə quraşdırılmış öncədən ödənişli G-4 markalı 1002AQ1********** saylı qaz sayğacı ##.##.2025-ci il tarixində sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******** saylı akt tərtib olunaraq yeni qaz sayğacı ilə əvəzləşdirilmişdir. Əvəzlənən öncədən ödənişli qaz sayğacının göstəriciləri arasında yaranan fərqə əsasən 961,20 manat dəyəri ödənilməmiş təbii qazdan istifadə edildiyini müəyyən olunmuşdur. Əvvəlki illərin istifadə olunmamış limitləri nəzərə alınmaqla avtomatlaşdırılmış qaz informasiya sisteminə əlavə edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh IB-nə qarşı cavabdeh Cavabdeh IB tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB" yaşayış massivi, *** saylı evin, ** saylı mənzilinə quraşdırılmış abunə kodu 101200111900520 olan qaz sayğacına görə əsassız hesablanmış 961.20 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB" yaşayış massivi, *** saylı evin, ** saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir. Yaşadığı evə Cavabdeh IB-i tərəfindən smart tipli qaz sayğacı quraşdırılmışdır. Iddiaçının mülkiyyətində olan mənzilin istiliyi "xxxx" ASC-i tərəfindən təmin edilir. Mənzilidə 1 ədəd qənaətli su qızdırıcısı və 1 ədəd 3 gözlü qaz sobası vardır. Cavabdeh Istehsalat Birliyinin işçiləri tərəfindən qaz sayğacına baxış keçirilərkən iddiaçıya bildirilmişdir ki, smart tipli qaz sayğacları mexanika tipli qaz sayğacları ilə əvəzləşdiriləcək. Iddiaçı Füzuli rayonundan məcburi köçkün olduğuna görə onlara bildirilmişdir ki, qazdan istifadə ilə bağlı məcburi köçkünlərə ayrılmış limitə görə iddiaçının kart hesabında olan pullar necə olacaq, onlar da iddiaçıya bildirmişlər ki, qaz sayğacı dəyişdirildikdə hesabda olan pul dəyişdirilən qaz sayğacın hesabına keçiriləcəkdir. Özləri də bildirmişlər ki, iddiaçının hesabında kifayət qədər pul məbləği vardır. Iddiaçı qaz sayğacının nə vaxt dəyişəcəklərini onlardan soruşduqda ona bildirmişlər ki, 3 gün müddətinə smart tipli qaz sayğacı mexanika tipli qaz sayğacı ilə əvəz ediləcəkdir. Iddiaçı evdə olmadığı vaxt Cavabdeh Istehsalat Birliyinin işçiləri tərəfindən iddiaçının evinə quraşdırılmış qaz sayğacı ## #### 2025-ci il tarixdə dəyişdirilmiş və yeni qaz sayğacı ilə əvəz edilmişdir. ## ###### 2025-ci il tarixdə Cavabdeh Istehsalat Birliyinin işçiləri tərəfindən abunə kodu 101200111900520, sayğac nömrəsi GCZ0190483 olan qaz sayğacına baxış keçirilərək ## #### 2025-ci il tarixdən iddiaçının istifadə etdiyi aylıq qaz sərfiyyatına görə yekun borc 5,38 manat hesablanmışdır. Iddiaçı da həmin borcu bir ay müddətində ödəmişdir. ## ####### 2025-ci il tarixdə Cavabdeh Istehsalat Birliyinin işçiləri tərəfindən abunə kodu 101200111900520, sayğac nömrəsi GCZ0190483 olan qaz sayğacına baxış keçirilərək ## ###### 2025-ci il tarixdən iddiaçının istifadə etdiyi aylıq qaz sərfiyyatına görə yekun borc 5,38 manat hesablanmışdır. Iddiaçı da həmin borcu bir ay müddətində ödəmişdir. ## ###### 2025-ci il tarixdə Cavabdeh Istehsalat Birliyinin işçiləri tərəfindən abunə kodu 101200111900520, sayğac nömrəsi GCZ0190483 olan qaz sayğacına baxış keçirilərək ## ####### 2025-ci il tarixdən iddiaçının istifadə etdiyi qaza görə yekun borc 972,70 manat hesablanmışdır və qalıq borc kimi 961,20 manat göstərilmişdir. Halbuki, iddiaçının qeyd etdiyi kimi, Cavabdeh Istehsalat Birliyinin işçisi hər ay sayğaca baxış keçirmiş və iddiaçıya ödənilməli olan məbləğin qəbzini vermişdir, əgər iddiaçının 961,20 manat qalıq borcu olsa idi, həmin qəbzlərdə göstərilərdi. Iddiaçı onu da qeyd edir ki, o X2 iştirakçısıdır. Fuzuli-Cəbrayıl rayonunda gedən döyüşlərdə iştirak etmiş və ona müharibə veteranı vəsiqəsi verilmişdir. Qaz sayğaclarınınının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli ##.##.2025-ci il tarixli aktda qeyd edilmişdir ki, qaz sayğacının ekranı sönüb göstəricilər oxunmur. Halbuki, qaz sayğacının ekranı dəyişdirilənə qədər oxunmasında heç bir nasazlıq olmamışdır və sayğac saz vəziyyətdə olmuşdur. Sayğac dəyişdirilərkən iddiaçının iştirakı təmin olunmalı olduğu halda, qanunvericiliyə əməl edilməyərək iddiaçının iştirakı olmadan sayğac dəyişdirilmişdir. Ona görə də iddiaçı qaz sayğacına görə əsassız olaraq 961,20 manat məbləğində hesablanmış borc silinməsi barədə Cavabdeh və Bakı Regional Qazın Satışı Departamentinə ərizə ilə müraciət etmişdir. ## ###### 2025-ci il tarixli. **-*-*-*/*-M-****-*-**** nömrəli məktubla Bakı Regional Qazın Satışı Departamenti tərəfindən iddiaçının ərizəsinə cavab olaraq bildirilmişdir ki, müraciətinizə aidiyyatı üzrə baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı məxsus tikiliyə quraşdırılmış öncədən ödənişli G-4 markalı 1002AQ1********** saylı qaz sayğacı ##.##.2025-ci il tarixində sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******** saylı aktı tərtib olunaraq yeni qaz sayğacı ilə əvəzlənmişdir. Əvəzlənən öncədən ödənişli qaz sayğacının göstəricilər arasında yaranan fərqə əsasən 961,20 manat dəyəri ödənilməmiş təbii qazdan istifadə etdiyiniz məlum olmuşdur. Əvvəl ki, illərin istifadə olunmamış limitləri nəzərə alınmaqla X5 Sisteminə əlavə olunmuşdur. Iddiaçıya borc yazılan müddətə qədər aylıq qaz sərfiyyatı üzrə ödənişləri vaxtı-vaxtında ödəmişdir, qaz sayğacına hər hansı bir müdaxilə edilməmişdir. Bu səbəbdən də, Cavabdeh Istehsalat Birliyinin nümayəndələri tərəfindən hesablanmış 961,20 manat pul məbləği qanuna ziddir. Ona görə də "Azəriqaz» Istehsalat Birliyinin nümayəndələri tərəfindən hesablanmış 961,20 manat məbləğində pul vəsaiti əsassız yazıldığından silinməlidir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddianın təmin edilməsi, Cavabdeh IB tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanı üzrə abonent İddiaçı (abonent hesabı: 101200111900520) hesablanmış 961,20 (doqquz yüz altmış bir manat iyirmi qəpik) manat məbləğində borcun silinməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh IB-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası ## #### 1998-ci il tarixli ***-IQ nömrəli Qanunun (## ### 2022-ci il tarixindən sonra qüvvədə olan redaksiyası) 13-cü maddəsinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1, 119.2, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin, apellyasiya şikayətinə etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdeh Cavabdeh Istehsalat Birliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh IB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçıya məxsus mənzildə quraşdırılan qaz sayğacının mənfi rejimdə işləməsi müəyyən edilmiş və dərhal əvəz etmişdir. Göründüyü kimi, iddiaçı İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni ödəniş etmədən təbii qazdan istifadə etmiş və debitor borcu yaranmışdır. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini təmin etmişdir. Iddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına qətnamədə istinad olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasaydı birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini qət edərdi. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir Belə ki, iş materiallarında yer almış və təqdim olunan sübutlar tam əsaslı olmasını göstərdiyi halda birinci instansiya məhkəməsi səhv nəticəyə gələrək, iddia ərizəsini təmin etmişdir. MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq, tam sübuta yetirilməmiş və iddianı təmin etmişdir. MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Göründüyü kimi, maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmiş qətnamə heç vaxt qanuni və əsaslı ola bilməz. Iddiaçı İddiaçı aid olan 101200111900520 abonent koduna hesablanaraq onun tərəfində istifadə edilmiş təbii qazın dəyəridir ki, ödənişini etməyib və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” ## #### 2000-ci il tarixli *** saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdeh Istehsalat Birliyinə təbii qaz üzrə ödənişlərin tamyerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır; “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” ## ###### 2009-cu il tarixli *** saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Iddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh Istehsalat Birliyinin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı ödəniş etmədən istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, birinci instansiya məhkəməsinin mübahisələndirdiyi qətnamədə göstərdiyi nəticə qismən işin hallarına uyğun olmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
11. 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
12. 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun
14. 13.1. Energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir.
15. 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Istehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Hazırki halda cavabdeh qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Kollegiya qeyd edir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.
27. Iş materiallarında olan Azəriqaz" IB-nin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı məxsus tikiliyə quraşdırılmış öncədən ödənişli G-4 markalı 1002AQ1********** saylı qaz sayğacı ##.##.2025-ci il tarixində sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******** saylı akt tərtib olunaraq yeni qaz sayğacı ilə əvəzləşdirilmişdir. Əvəzlənən öncədən ödənişli qaz sayğacının göstəriciləri arasında yaranan fərqə əsasən 961,20 manat dəyəri ödənilməmiş təbii qazdan istifadə edildiyini müəyyən olunmuşdur. Əvvəlki illərin istifadə olunmamış limitləri nəzərə alınmaqla avtomatlaşdırılmış qaz informasiya sisteminə əlavə edilmişdir.
28. Iş materialları ilə müəyyən olunur ki, qeyd edilən ünvanda quraşdırılan abonentə məxsus qaz sayğacının mexaniki və elektron göstəricilərinin üst-üstə düşməməsinə görə abonentə cavabdeh tərəfindən 2025-ci ilin iyun ayında 961,20 manat borc hesablanmışdır.
29. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, cavabdeh iddiaçının evində quraşdırdığı qaz sayğacını sayğacın mənfiyə işləməsi səbəbindən yenisi ilə əvəz etdikdən sonra istehlakçıya nasaz sayğac tərəfindən qeydə alınmayan təbii qazın hesabatını mövcud qanunvericiliyin tələblərinə zidd olaraq aparmışdır. Baxmayaraq ki, qaz sayğacında yaranmış texniki nasazlıq iddiaçının təqsiri üzündən baş verməmişdir. Belə olan halda, istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
30. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, cavabdeh tərəfindən quraşdırılmış qaz sayğacında yaranmış texniki nasazlığın istehlakçı tərəfindən yol verilmiş hərəkətlə bağlı olmasına dair sübut təqdim olunmamışdır. Cavabdeh tərəfindən qeyd edilənlər istehlakçının təqsirli hərəkətinə dair sübut kimi qəbul edilə bilməz. Apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
32. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, hesablanmış borc məbləğinin silinməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
34. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
36. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.