Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2007/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh14 və qeyrilərinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər cavabdeh14 və qeyrilərinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(001)- ****/**** saylı qərardadı ilə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinın cavabdehlər cavabdeh14 və qeyrilərinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi icraata qəbul edilmişdir. Daha sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh14 və qeyrilərinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Qax Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərardadı ilə iddiaçı İddiaçı MMCnin şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ləğv edilmiş və İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh14 və qeyrilərinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə (mümkünlüyünə) baxılması üçün mülki işin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(001)- ****/**** saylı qərardadı ilə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh14 və qeyrilərinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmışdır. Məhkəmə mövqeyini belə izah etmişdir ki, Prosessual qanunvericiliyin iddia ərizəsinin məzmununa dair cavabdehə qarşı yönəlmiş tələbin iddia ərizəsində göstərilməli olması barədə tələbi həm də onu nəzərdə tutur ki, cavabdeh ona qarşı yönəlmiş tələbin konkret nədən ibarət olduğunu qanunda göstərilmiş formulələrin adlarına görə deyil, onların əsaslandığı hallara görə özü üçün müəyyən etməlidir. Təsadüfü deyildir ki, Azərbaycan Respublikası MPM-nin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Xüsusilə nəzərə alınmalıdır ki, həmin Məcəllənin 154.2.3-cü maddəsinə əsasən etiraz və mühahizədə iddiaçının tələbinin tam və ya qismən rədd edilməsinin motivləri öncədən cavabdeh tərəfindən məhkəməyə təqdim edilə də bilər. Bu isə yalnız o halda mümkündür ki, iddiaçı cavabdehə qarşı öz tələbini konkret şəkildə iddia ərizəsində göstərmiş olsun. Hazırkı iddia ərizəsində isə cavabdeh cavabdeh14 qarşı heç bir tələb yönəlməmiş, bu barədə iddiaçı tərəfindən iddia ərizəsinin tələb (xahiş edirəm) hissəsində heç bir qeyd aparılmamışdır. Bu hal Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərardadında da qeyd edilmişdir. Hazırda iddiaçının nümayəndəsi-vəkili nümayəndə1 məhkəmənin ##.##.2026-cı il tarixli qərardadından şikayət verərək, bildirmişdir ki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər cavabdeh14 və qeyrilərinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh14 və qeyrilərinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılması qərara alınmışdır. Hesab edirlər ki, qəbul edilmiş qərardad əsassız və qanunsuzdur. Qeyd edir ki, iddiaçı tərəfindən ## #### 2026-cı il tarixində elektron məhkəmə sistemi vasitəsilə iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə təqdim edilmişdir. Həmin ərizədə cavabdeh cavabdeh14 münasibətdə konkret tələb irəli sürülmüş, belə ki, cavabdeh tərəfindən ## ###### 2020-ci il tarixində tərtib edilmiş ## ###### 2020-ci il tarixli ümumi yığıncaq qərarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Beləliklə, iddiaçı tərəfindən cavabdeh cavabdeh14 qarşı ayrıca və konkret tələb irəli sürülmüşdür. Lakin məhkəmə tərəfindən qeyd olunan ərizə ümumiyyətlə nəzərə alınmamış, işin faktiki halları natamam araşdırılmış və nəticədə iddia ərizəsinin geri qaytarılması barədə əsassız qərardad qəbul edilmişdir. Bu isə məhkəmənin iş üzrə təqdim edilmiş bütün sübut və sənədləri hərtərəfli, tam və obyektiv araşdırmaq vəzifəsinin pozulması ilə nəticələnmişdir. Eyni zamanda, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin verilməsinə baxmayaraq, məhkəmənin bu halı nəzərə almaması iddiaçının prosessual hüquqlarınıni qiymətləndirilməlidir. Məhkəmənin iddia tələbinin dəqiqləşdirilməsi barədə təqdim edilmiş ərizəni nəzərə almaması iş üzrə qəbul edilmiş qərardadın qanuniliyini və əsaslılığını şübhə altına alır. Bundan başqa, iddianın Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim olunması tam qanuni və əsaslı olmuşdur. Belə ki, iddianın təqdim edildiyi məhkəmə aidiyyət baxımından qanunvericiliklə müəyyən edilmiş meyarlara uyğun olaraq seçilmişdir. Xüsusilə qeyd edilməlidir ki, cavabdehlərdən biri olan və barəsində iddia tələbi irəli sürülmüş cavabdeh14 Bakı şəhəri, Binəqədi rayonu ərazisində rəsmi qeydiyyatda olduğundan, işin məhz həmin məhkəməyə təqdim edilməsi qanuni əsaslara tam uyğundur. Bundan əlavə, MPM-nin müəyyən etdiyi ümumi ərazi aidiyyəti qaydalarına əsasən, bir neçə cavabdeh olduqda iddiaçı iddianı cavabdehlərdən hər hansı birinin qeydiyyat (yaşayış) ünvanı üzrə aidiyyəti məhkəməyə təqdim etmək hüququna malikdir. Bu hüquq iddiaçının prosessual seçim hüququnun tərkib hissəsi olmaqla, məhkəmə tərəfindən məhdudlaşdırıla bilməz. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən cavabdehlərdən biri olan cavabdeh14 qarşı konkret tələb irəli sürülmüş və bu tələb onun hüquq və vəzifələrinə birbaşa təsir göstərir. Bu səbəbdən, iddianın məhz həmin cavabdehin qeydiyyat ünvanı üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilməsi həm qanuni, həm də prosessual baxımdan tam əsaslıdır və işin başqa məhkəməyə göndərilməsi üçün hüquqi əsas mövcud deyildir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadını ləğv edərək mülki işin icraata götürülməsi və *(***)-****/**** saylı mülki işə mahiyyəti üzrə baxılması üçün təyin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: -149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində əks edilməlidir. -152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; -152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. -259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda Məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkəmənin “iş üzrə cavabdeh kimi göstərilmiş cavabdeh14 qarşı iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsində heç bir tələb yönəlməmiş” əsası iddianın qaytarılması və ya icraata götürülübsə ərizənin baxılmamış saxlanılması üçün əsasdır. Birinci instansiya məhkəməsi əsaslandırmasında qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdeh kimi göstərilmiş cavabdeh14 qarşı iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsində heç bir tələb yönəlməmiş, həmin cavabdeh formal olaraq göstərilmişdir. Məhkəmə tərəfindən iddia ərizəsinin geri qaytarılmasına əsas olan qeyd etdiyi hallar işin araşdırılması zamanı müəyyən edildiyi təqdirdə qeyd edilən çatışmazlığın aradan qaldırılması və bu mümkün olmadığı təqdirdə ərizənin baxılmamış saxlanılmalı olduğu halda, məhkəmə qüsurlu iddianı başqa rayon məhkəməsinə göndərilməsi qərarına gəlmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərardadda istinad etdiyi əsaslarla mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Qax Rayon Məhkəməsinə göndərilməsində haqlı olmamışdır. Ona görə də qərardad ləğv olunmalı, iddiaçının şikayətində qeyd olunan hallar araşdırılmaqla (iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə və s.) iş iddia ərizəsinin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün birinci instansiya məhkəməsinin göndərilməlidir. Nəzərə almaq lazımdır ki, məhkəmə müdafiəsi hüququ konstitusion hüquq olmaqla, hər bir kəsin məhkəməyə çatımlıq, hüquq və azadlıqların məhkəmə qaydasında təminatına imkan hüququdur. Bu imkanın hər hansı formal əsaslarla məhdudlaşdırılması həmin hüququn əsassız pozuntusuna gətirib çıxarar, həm də məhkəmələrin lüzumsuz yüklənməsinə şərait yaradar. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə 2010-cu il ## ######## tarixli Qərarda qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyinin hazırlıq və ya məhkəmə baxışı mərhələsinə müvafiq olaraq iddianın və ərazi aidiyyətinin mümkünlüyünü, tərəflərin iştirakının təmin edildiyi şəraitdə, onların təqdim etdikləri sübutların mötəbərliyi müstəvisində müzakirə edərək, səlahiyyəti həddində yekun qənaətini əsaslandırmalıdır. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən, hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402.2-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ləğv edilsin. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh14 və qeyrilərinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü məsələsinə yenidən baxılması üçün (qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Günel Abbasova Hakimlər imzalar: Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(3-6)-2007/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2007/2026
20.05.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver