Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2022/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız sayılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: maraqlarına toxunan şəxs qismində işə əlavə edilmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi maraqlı şəxs1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh Cavabdeh ilə İddiaçı arasında ##.##.2024-cü il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2024-cü il qeydiyyat tarixli ********** nömrəli çıxarışın ləğv edilməsi qərara alınmışdır.
2. maraqlı şəxs1 vəkili vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli mülki iş üzrə çıxarılmış yekun qətnamənin apellyasiya şikayəti verilməsi məqsədi ilə onlara təqdim edilməsi və E-Məhkəmə sisteminə hüquqları pozulmuş şəxs kimi maraqlı şəxs1 və onun nümayəndəsi olaraq vəkil1 daxil etməyini xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan *(***)-****/**** saylı iş üzrə çıxarılmış qətnamə onların hüquqlarını kobud surətdə pozur.Belə ki, iddia predmeti olan əmlak cavabdehin adında olmaqla maraqlı şəxs1 olan borcun ödənilməsi üçün məhkəmə qərardadı ilə həbs qoyulmuşdur. Hərracda əmlak satıldıqdan sonra onlara məlum olmuşdur ki, borclunun adına qeydiyyata alınmış çıxarış qətnamə ilə ləğv olunmuşdur.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır.
5. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, mübahisəli əmlak olan Bakı şəhəri, Xətai rayonu, 2945-2946-cı məhəllə, Məhəmməd Hadi küçəsi, ev 68, ** saylı mənzili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ##.##.2018-ci il tarixdə İddiaçı xüsusi mülkiyyətində olmuş, daha sonra ##.##.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlayaraq İddiaçı Bakı şəhəri, Xətai rayonu, 2945-2946-cı məhəllə, Məhəmməd Hadi küçəsi, ev 68, ** saylı mənzilini Cavabdeh bağışlamış, ##.##.2024-cü il tarixdə Cavabdeh xüsusi mülkiyyətinə keçmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında ##.##.2024-cü il tarixdə bağlanmış daşınmaz əmlakın müqaviləsinin etibarsız hesab edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2024-cü il qeydiyyat tarixli ********** nömrəli çıxarışın ləğv edilməsi qərara alınmışdır. Göründüyü kimi mübahisəli əmlak bağışlama müqaviləsi əsasında Cavabdeh mülkiyyətinə keçdiyindən, həmin əmlak maraqlı şəxs1 ilə Cavabdeh ümumi birgə mülkiyyətinə aid deyildir. Məhkəmə qeyd etmişdir ki, ərizəçi maraqlı şəxs1 mübahisəli əmlak barədə hər hansı hüququnun pozulması məhkəmə tərəfindən müəyyən olunmadığından, ərizə təmin edilməyərək, ərizəçi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi üzrə hüquq və maraqlarına toxunan şəxs kimi tanınmamalıdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
6.maraqlı şəxs1 tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011) -****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından verilən şikayət həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsində göndərilmişdir.
7. Şikayətdə qeyd olunur ki, məhkəmə öz qərardadında maraqlı şəxs1 hüquqlarının pozulmaması qənaətinə gəlmiş aşağıdakı şəkildə əsassız əsaslanma ilə ərizəni rədd etmişdir. Göründüyü kimi mübahisəli əmlak bağışlama müqaviləsi əsasında Cavabdeh mülkiyyətinə keçdiyindən, həmin əmlak maraqlı şəxs1 ilə Cavabdeh ümumi birgə mülkiyyətinə aid deyildir. Məhkəmə bu əsaslanma ilə səhv nəticəyə gəlmşdir. Belə ki, iş materiallarından aydın olur ki, icra məmuru borcluCavabdeh borcun əmlaka yönəldilməsi ilə bağlı bildiriş göndərmişdir. Bundan sonra əmlakın üzərinə həbs qoyulması ilə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə təqdimatı təmin etmiş borcun ödənilməsi ilə bağlı əmlak üzərinə həbs qoymuşdur. Həmin vaxt borclu tərəfindən müddəti ötürülməklə şikayət verilmiş apellyasiya məhkəməsi qərardadı dəyişmədən saxlanmışdır. Lakin həmin vaxt İddiaçı maraqlarına toxunulan şəxs kimi həmin qərardaddan şikayət verməmiş, nə də borclu öz şikayətində həmin evin əslində atasına məxsus olduğunu bildirməmişdir. Artıq borclu tərəf borcun ödənilməsi ilə bağlı hərracın keçirilməsi barədə hərkətlər başa çatdıqdan sonra belə bir absurd iddinı qaldırmış məhkəmə isə hər hansı maraqla bu iddianı təmin etmişdir. Ümumiyyətlə qətnamə və iş materilları ilə tanış olarkən bağışlanılmanın etibarsızlığı ilə bağlı heç bir əsas olmadan hərracda satılmış əmlakın mülkiyyət sənədi məhkəmə qaydasında ləğv edilmişdir. Əsas diqqət çəkən məsələ hərracda əmlakı alan maraqlı şəxs2 özünü hazırki iş üzrə maraqlarına toxunulan şəxs barədə ərzə vermiş və onun ərizəsi təmin edilmişdir. Lakin, nədənsə o qətnamədən apellyasiya şikayəti verməmişdir. Hətta, onların maraqlarına toxunulan şəxs qismində ərizələri ilə bağlı məhkəmə iclasına gələrək ərizənin təmin edilməməsini xahiş etmişdir. Niyə?! Əgər çıxarışın ləğv edilməsinə dair qətnamə ləğv edilərsə o hərracda pulunu ödəyib aldığı əmlakı əldə edəcək və onlara da borcludan əmlakını geri alacaqlar. O isə bunu istəmir. Səbəbi odur ki, həmin şəxsdə borclunun tələbə yoldaşı olmaqla qəsdən hərraca salınaraq əmlakı almış şəxsdir. Məhkəmənin mövqeyi qeyri-prosessual əməllərin izlərini bürüzə verir. Əgər onun ərizəsi bağlanmış müqavilənin bir tərəfi olmadığı əmlakın Rövşən Hgüseynovun nikah dövrünə düşmədiyi üçün təmin edilmirsə bəs niyə icra vərəqəsi üzrə hərracda əmlakı almış şəxsin ərizəsi təmin edilir və o da apellyasiya şikayti vermir. Sanki məhkəmə qətnamənin apellyasiya qaydasında mahiyyəti üzrə baxılmasında maraqlı deyildir.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Cavabdeh Cavabdeh şikayətə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq normaları:
10. Mülki Prosessual Məcəllə Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. . Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək ərizəyə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
12. Iş materiallarının tədqiqi ilə müəyyən edilir ki, mübahisəli əmlak olan Bakı şəhəri, Xətai rayonu, 2945-2946-cı məhəllə, Məhəmməd Hadi küçəsi, ev 68, ** saylı mənzili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ##.##.2018-ci il tarixdə İddiaçı xüsusi mülkiyyətində olmuş, daha sonra ##.##.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlayaraq İddiaçı Bakı şəhəri, Xətai rayonu, 2945-2946-cı məhəllə, Məhəmməd Hadi küçəsi, ev 68, ** saylı mənzilini Cavabdeh bağışlamış, ##.##.2024-cü il tarixdə Cavabdeh xüsusi mülkiyyətinə keçmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında ##.##.2024-cü il tarixdə bağlanmış daşınmaz əmlakın müqaviləsinin etibarsız hesab edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2024-cü il qeydiyyat tarixli ********** nömrəli çıxarışın ləğv edilməsi qərara alınmışdır.
13. Ərizəçi maraqlı şəxs1 iddia predmeti olan əmlakın cavabdehin adına olmaqla maraqlı şəxs1 olan borcun ödənilməsi üçün məhkəmə qərardadı ilə həbs qoyulduğunu, əmlak hərracda satıldıqdan sonra borclunun adına qeydiyyata alınmış çıxarışın məhkəmə qətnaməsi ilə ləğv edildiyindən məlumatlı olduğunu bildirərək qətnamədən apellyasiya şikayəti vermək istədiyini, bu səbəbdən qətnamə ilə maraqlarına toxunan şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir.
14. Məhkəmə ərizənin təminindən imtina edərək qeyd etmişdir ki, mübahisəli əmlak bağışlama müqaviləsi əsasında Cavabdeh mülkiyyətinə keçdiyindən, həmin əmlak maraqlı şəxs1 ilə Cavabdeh ümumi birgə mülkiyyətinə aid deyil.
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, ərizəçi qətnamənin onun maraqlarına toxunmasını onunla əsaslandırmışdır ki, icra mərhələsində icra tədbirlərindən yayınmaq üçün bağışlama müqaviləsinin etibarsızlığı tələbi irəli sürülmüş və cavabdeh tərəfindən iddia tələbi etiraf edilsə də üçüncü şəxs kimi onun maraqları pozulmuşdur.
16. Iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin **(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından müəyyən olunur ki, ərizəçi maraqlı şəxs1 müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı maraqlı şəxs1 cavabdeh Samirə Hüseynovaya qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi, əmlakdan payın müəyyən edilməsi və satışdan əldə edilən pulun paya mütənasib bölünməsi tələbinə dair iddia ərizəsi məhkəməyə təqdim edilərək mübahisəli əmlakın hərracdan satılmasından əldə edilmiş vəsaitin 127000 manat hissəsinin üzərinə həbs qoyulmasını xahiş etmişdir.
17. Həmin qərardadla ərizə təmin edilərək ünvan 1 ünvanının hərracda satılmasından əldə edilmiş Xətai rayon Icra şöbəsinin hesabında olan 185000 manat pulun 127000 manat hissəsinə həbs qoyulması və həmin pulun cavabdehə (Hüseynova Samirəyə) ödənilməsinin qadağan edilməsi qərara alınmışdır.
18. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
19. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər.
20. Göründüyü kimi işdə olan mövcud sübutlarının tədqiqi ilə mübahisələndirilən qətnamənin maraqlı şəxs1 maraqlarına toxunması aydın olur.
21. Mübahisəli əmlakın satışından əldə olunan vəsait üzərində tələb hüququ irəli sürən kreditor maraqlı şəxs1 prosesdən kənarda saxlanılması prosessual bərabərlik prinsiplərinə ziddir.
22. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamənin ərizəçinin maraqlarına toxunma faktı tam və hərtərəfli yoxlanılmamış, müraciətin rədd edilməsi barədə əsassız nəticəyə gəlinmişdir.
23. Bu səbəbdən kollegiya hesab edir ki, şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, maraqlı şəxs1 ərizəsinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
24. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
25. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA A L D İ:
Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. maraqlı şəxs1 ərizəsinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov