Məhkəmə qərarları › İş №2(3-6)-2025/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2025/2026

16.06.2026 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2025/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı «alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, mülkiyyət hüququnun tanınması və s» tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdeh cavabdeh2 iştirakları ilə, MÜƏYYƏN ETDI: Işin halları:

1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı «alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 (yeni ünvan: Müşfiqabad qəsəbəsi, ev-10) ünvanında yerləşən torpaq sahəsinin 0.3 ha hissəsinə dair cavabdeh1 və onun üzərində mülkiyyət hüququnun tanınması, ilkin alqı-satqı müqaviləsi üzrə onun tərəfindən cavabdeh cavabdeh2 9000 manat məbləğində pulun ödənilməsinin müəyyən edilməsi və əsas alqı-satqı müqavələsinin bağlanmasına mane olmaması, həmin torpağa dair mülkiyyət hüququnun qeydə alınması və hüquq müəyyənedici sənədin verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Bakı şəhəri Ərazi Idarəsinə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ## ###### 2007 ci il tarixində cavabdeh cavabdeh1 Qaradağ rayonu Müşfiqabad bələdiyyəsinə torpaq sahəsinin alınmasıyla bağlı müraciət etmişdir. Bələdiyyə ərazisində olan torpaq sahəsindən fərdi evin tikintisi məqsədiylə 600 kv. metr torpaq sahəsinin satılması barədə 2007-ci il ## ###### tarixli ** saylı qərar qəbul etmişdir. cavabdeh1 sahibliyinə torpaq sahəsinə aid alqı-satqı aktı imzalanmış və dövlət rüsumu olaraq Qaradağ rayon Kapital bankının ********** saylı hesabına 768 manat ödənilmiş və ** nömrəli qəbz alınmışdır. Torpaq sahəsinə dair plan-cizgi sənədi verilmişdir. 2018-ci ildə cavabdeh1 ##.##.2011-ci il tarixində Abşeron * saylı dövlət notariat kontorunda **** reyestr nömrəli etibarnamə üzrə təsdiq edilmiş nümayəndəsi cavabdeh2 adı çəkilən torpaq sahəsini 0.3 ha ona göstərmişdir. Torpaq sahəsini bəyəndikdən sonra, o, cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi cavabdeh2yla ## ######## 2018 ci il tarixində Bakı şəhəri ** saylı notariat kontorunun Xüsusi notariusu X5 3M-*** reyestr nömrəli təsdiqiylə ilkin alqı-satqı müqaviləsini bağlamışdılar. Ilkin alqı-satqı müqaviləsinə əsasən cavabdehlərlə torpaq sahəsinin həbsdə və girovda olmaması barədə arayış aldıqdan sonra 39000 manata satılması və gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişdilər. 30000 manat pul vəsaitini o notariusun depozit hesabı vasitəsiylə ödəmişdi. Ilkin alqı-satqı müqaviləsinin 3-cü bəndinə əsasən qalıq məbləğ 9000 manat pul vəsaitini 1 ay müddətinə ödəməliydi. Lakin qalan qalıq məbləğ 9000 manat pul vəsaitini o daha tez müddətə əlbəəl sürətdə cavabdeh2 ödəmişdir. 2018-ci il tarixindən cavabdehlərin alqı-satqı müqaviləsinin bağlanması öhdəliyini götürmələrinə baxmayaraq bu günkü günədək onunla alqı-satqı müqaviləsinin bağlanmasından yayınırlar. Faktiki satın aldığı 0.3 ha torpaq sahəsini öz adına rəsmiləşdirə bilmir. 2018-ci ildə torpaq sahəsinə görə 39000 manat ödədiyinə baxmayaraq ona dair alqı-satqı müqaviləsinin bağlanmasına cavabdehləri vadar edə bilmir. Hal-hazırda o torpağı öz adına rəsmiləşdirmək istəyir və bunun üçün cavabdehdən onunla notarial qaydada alqı-satqı müqaviləsi bağlamağı tələb etmişdir. Təəssüf ki, cavabdeh torpağa aid alqı-satqı müqaviləsini bağlamaqdan boyun qaçırır. Buna görə də, həmin torpaq barədə aralarında alqı-satqı müqaviləsinin məhkəmə qaydasında bağlanmış hesab edilməsi zərurəti yaranmışdır. Torpaq sahəsini faktiki olaraq, o, 2018-ci ildən istifadə edir, torpaqla bağlı bütün ödənişləri özü edir.

3. Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iş üzrə iddia tələbinin ilkin alqı-satqı müqaviləsi üzrə onun tərəfindən cavabdeh cavabdeh2 9000 manat məbləğində pulun ödənilməsinin müəyyən edilməsi hissəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilmişdir.

4. Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Qamət Əbilov) ilə iddia tələbi təmin edilməmişdir.

5. Iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Iddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin qanuna zidd və qeyri- 6. obyektiv, maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini qeyd etmişdir. Belə ki, rayon məhkəməsi onunla cavabdehlər arasında faktiki alqı-satqı münasibətləri olmasını müəyyən etməmiş, beləliklə də düzgün olmayan nəticəyə gəlmişdir. Həm ilkin alqı-satqı müqaviləsi, həm də faktiki alqı-satqı zamanı tərəflər üzərinə torpağın dəyərinin ödənilməsi, digər tərəf isə torpağın verilməsi kimi öhdəlik götürmüşdü. O və tərəflər vicdanlılıq tələb etdiyi tərzdə öhdəliklərini icra ediblər, torpaq sahəsinin dəyəri ödənilib, torpaq faktiki olaraq onun istifadəsinə verilmişdir. Hər biri üzərinə götürdüyü öhdəliyi icra edib, lakin torpaq sahəsinin bələdiyyə sənədləri, yəni ilkin sənədlə olduğuna görə alqı satqı münasibətini DƏDRX-də rəsmiləşdirə və çıxarışı ala bilmirlər. Bu səbəbdən də qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.

9. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

10. Belə olan halda Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

11. Mülki iş materiallarında olan cavabdeh1 tərəfindən imzalanmış ərizədən müəyyən olur ki, Qaradağ rayonu, Müşfiqabad bələdiyyəsi tərəfindən ** saylı 28 avqsut 2007-ci il tarixli qərarla ona ayrılmış 6-cı küçədə yerləşən *A/* nömrəli 0.06 ha torpaq sahəsinin 0.03 hektarının Əliyeva Svetlana Əlibala qızının adına sənədləşdirilməsinə etiraz etmir.

12. Torpaqların alqı-satqısına dair akta əsasən cavabdeh1 tərəfindən Qaradağ rayonu Müşfiqabad bələdiyyəsinə ## ###### 2007-ci il tarixində torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Əraziyə Bələdiyyə orqanın iclasında baxılmış və Müşfiqabad bələdiyyə ərazisində 600 kv.m torpaq sahəsinin satılması barədə ##.##.2007-ci il tarixli ** saylı qərar imzalanmışdır. Bunun müqabilində cavabdeh1 Qaradağ rayon Kapital bankının ********** saylı hesabına 768 manat ödəmiş və ** nömrəli qəbz alınmışdır.

13. Müşfiqabad bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı protokoldan çıxarışa əsasən, cavabdeh1 istifadəsində olan 600 kv.m torpaq sahəsinin onun adına sənədləşdirilməsi qərara alınmışdır.

14. Azərbaycan Respublikası Qaradağ rayon Müşfiqabad Bələdiyyəsinin ##.##.2025-ci il tarixli *** №-li arayışına əsasən, X9 14 nəfər ailə üzvləri ilə həqiqətən də ünvan 2 (yeni xəritə ünvanları ilə 31-ci Müşfiqabad küçəsi, ev-10) ünvanında qeydiyyatsız yaşayır.

15. Mülki iş materiallarında olan ##.##.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən, tərəflər ##.##.2051-ci il tarixədək Bakı şəhəri, Müşfiqabad bələdiyyəsinin ** saylı ##.##.2007-ci il tarixdə verilmiş Qərarına əsasən “Satıcı” cavabdeh1 ona ayrılmış Bakı şəhəri, Müşfiqabad qəsəbəsi ərazisində yerləşən fərdi mənzil inşa etmək üçün ayrılmış 0.03 ha torpaq sahəsinin üzərində tikilmiş tikilini özəlləşdirdikdən, həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra 39000 manata “Alıcı” X12 barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağlamışdırlar.

16. Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinə əsasən, cavabdehlər X10 və Fətəliyeva Şahnaz Nağı qızı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, yeni yaşayış massivi 2, küçə 6, * saylı evdən çıxarılması qət edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinə əsasən, Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin mübahisələndirilən, yəni İddiaçı münasibətdə ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılması qət edilmiş, həmin hissədə iddia tələbi başqa əsasla təmin edilmişdir. Həmin qətnamədən müəyyən olur ki, Qaradağ Rayon Məhkəməsinin ## ###### 2019-cu il tarixli *(***)- ****/**** saylı qətnaməsi ilə iddia təmin olunaraq iddiaçı X3 uşaqları ##.##.2010-cu il təvəllüdlü X1, ##.##.2012-ci il təvəllüdlü X4, ##.##.2016-cı il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni yaşayış massivi 2, küçə 6, * saylı evə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2019-cu il tarixli *(***)- *****/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Qaradağ Rayon Məhkəməsinin ## ###### 2019-cu il tarixli *(***)-****/**** saylı qətnaməsi cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2020-ci il tarixli */***/-****/**** saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2019-cu il tarixli *(***)-*****/**** saylı qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2020-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə cavabdeh cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə ## ###### 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** saylı Qərarı cavabdeh cavabdeh2 kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)- ****/**** nömrəli iş üzrə ## ######## 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Maddə 402.1. Ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Maddə 402.2. Ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. Ilkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Maddə 402.3. Ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Maddə 402.4. Ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Maddə 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Tətbiq edilən prosessual hüquq normaları:

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri: 19.

20. Hazırkı halda Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə iddia tələbini təmin etməyən rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq, iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi ##.##.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin əhəmiyyətsiz olduğu mülki iş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir. Belə ki, Ali Məhkəmənin *(***)-****/**** nömrəli, ##.##.2021-ci il tarixli qərarında mübahisəli yaşayış evi və altındakı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından həmin əmlaklar barəsində alqı-satqı müqaviləsinin (əsas müqavilənin) bağlanmasının qeyri-mümkün olduğu, belə olan halda isə bu əmlaklar barəsində ilkin müqavilənin bağlanmasının da yolverilən olmadığı qeyd edilmişdir.

23. Mülki Məcəllənin 337.3-337.4-cü maddələrinə əsasən də əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

24. Qeyd edilənləri nəzərə alaraq, Məhkəmə hesab edir ki, iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi ##.##.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqd olduğundan iddiaçının hazırkı iddia tələbləri də əsassızdır, təmin edilə bilməz.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”

28. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

29. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır, təmin edilə və rayon məhkəməsinin qətnaməsinin ləğvinə səbəb ola bilməz.

30. MPM-in 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:

32. Göstərilənlərə əsasən Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

34. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

35. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDI:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar