Məhkəmə qərarları › İş №2(3-7)-567/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-567/2026

09.07.2026 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-567/2026 09.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X4 və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə Apelyasiya Məhkəməsinin 2(104)- ****/**** saylı ## #### 2021-ci il tarixli qətnaməsinin sürətindən görünür ki, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Ağdam rayon Kiçikli kəndində yerləşən 2.25 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## #### 2017-ci il tarixli qətnaməsi ərizə təmin edilmiş, İddiaçı Əliyev Rəhbər Qaraxan oğluna məxsus Ağdam rayon Kiçikli kəndində yerləşən 2.25 ha torpaq sahəsinin alınması barədə Ağdam Rayon Üçoğlan Ərazi nümayəndəliyində həmin torpaq sahəsinin alqı-satqısına dair bağlanmış müqavilənin təsdiq olunması qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin göstərilən qətnaməsi ilə maraqlı şəxs Cavabdeh apelyasiya şikayəti əsasında Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## #### 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı ərizəsi təmin edilməmişdir. Ali Məhkəmənin *(***)-****/**** saylı ## ###### 2021-ci il tarixli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin *(***)-****/**** saylı ## #### 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində birinci icraat

2. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun atasından aldığı 2.25 ha torpaq sahəsinə görə verdiyi pulun indiki bazar qiymətinə uyğun olaraq torpağın dəyərini, yəni, 13500 manat manat məbləğində pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehdən və onun atası Əliyev Rəhbər Qaraxan oğlundan həmin dövrdə bazar qiymətinə uyğun olaraq 2.25 ha torpaq sahəsini 400 “şirvana”satın aldığını, hazırda qeyd olunan torpaqın bazar qiymətinin hektara 6000 manat olduğunu, cavabdehin bu gün onun atasından aldığı torpağı geri almaqla ona 13500 manat ziyan vurduğunu, hal bu ki, həmin vaxt cavabdehin atasına verdiyi pulla daha çox, bəlkə də 3 ha torpaq sahəsi satın ala biləcəyini bildirərək, 13500 manatın cavabdeh tərəfindən ödənilməli olduğunu bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim İddiaçı) iddianın təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki iş üzrə iddiaçının cavabdehdən Əliyev Rəhbər Qaraxan oğlundan aldığı 2.25 ha torpaq sahəsinə görə verdiyi pulun indiki bazar qiymətinə uyğun olaraq 13500 manat pulun tələb etməsi qanuna uyğun deyil və tam əsasızdır.

6. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 337, 1096-1097-ci, və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

7. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun cavabdehin atası Əliyev Rəhbər Qaraxan oğlunun torpaq sahəsinə görə verdiyi 400 şirvanın taleyi ilə bağlı bir cümlə belə yazmır. Halbuki, bu məbləğ o, 2.25 hektara görə cavabdehin atasına verən vaxtı bu böyük məbləğ idi. Bildirir ki, o, cavabdehin atasına pul verib torpaq almağı mübahisəsiz haldır. Bu barədə işdə olan sənədlər, məhkəmədə dindirilmiş şahidlərin izahatları bunu tam təsdiq edir. Sadəcə olaraq cavabdehin atası ilə arasında olan alqı-satqı notariat kontorunda aparılmadığı üçün bu gün onun iddiası qəbul edilmir. Bu işdən əvvəl işlərə baxan məhkəmələr də onun cavabdehin atası arasında bağlanmış müqaviləni alqı-satqının notariat kontorunda aparılması səbəbindən alqı-satqının təsdiq etmədilər. Bu isə o demək deyil ki, o, torpağa görə cavabdehin atasına pul verməmişdir. O, bu torpağı alandan sonra həmin torpağı münbitləşdirməkdən ötəri torpağa hər il tonlarla mal peyini, kübrə vermişdir. Torpağı daşdan və artıq yad cisimlərdən təmizləmişdir. O, bu torpağı pul verib aldığı üçün özümünki bilmişdir. Belə olan halda bu gün onun aldığı torpaqda əlindən alınsın həm də torpağa görə verdiyi pul qaytarılmasın. Buna nə ad vermək olar bu məlum deyil. Məhkəmə pulu ilə bağlı qətnamədə bir cümlə belə yazmamışdır. Ancaq məhkəmə qətnamədə Mülki Məcəllənin 337.5-cimaddəsinə istinad edir. Bu maddədə deyilir əqd etibarsız olduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarını digər tərəfə qaytarmalıdır. Onda sual olunur məhkəmə nə üçün bu maddənin tələbinə əməl etmədiyi üçün tələbini təmin etməyib bu bir daha məhkəmənin onun iddiasını rədd edərkən düzgün nəticəyə gəlmədiyini sübut edir.

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, cavabdeh tərəf torpağı satırdı və o, almışdı. Torpaq sahəsini Eldəniz və Rəhbər Əliyevdən almışdı. Torpaq sahəsini 400 şirvana almışdı. Torpaq sahəsinə Cavabdeh çıxarış almışdır. Hazırda həmin pul 13500 manatdır. O, pula o vaxtlar Bakı şəhərində 0.06 ha torpaq sahəsi almaq olardı. O vaxt bilməmişlər. 400 şirvanı (köhnə məzənnə) Eldəniz ilə atasına vermişdir. 2021-ci ilin may ayında məhkəmə olmuşdur. Cavabdehin atasına da pul vermişdir.

11. İş üzrə cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəyi təqdirdə işə onun iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

12. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

13. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

14. Maddə 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

15. Maddə 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

16. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

17. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

18. Maddə 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

20. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

21. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

22. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır:

27. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

28. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

29. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

30. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

31. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.

36. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Əliyev Rəhbər Qaraxan oğlu arasında Ağdam rayon Kiçikli kəndində yerləşən 2.25 ha torpaq sahəsinin alınması barədə Ağdam Rayon Üçoğlan Ərazi nümayəndəliyində həmin torpaq sahəsinin alqı-satqısına dair bağlanmış əqd (müqavilə) qanuna uyğun olmamışdır və həmin əqd üzrə hazır ki iş üzrə cavabdeh Cavabdeh tərəf olmamış və onun apellyasiya şikayəti əsasında Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı Ağdam rayon Kiçikli kəndində yerləşən 2.25 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin təsdiq edilməsi barədə ərizəsi təmin edilməmişdir. Ali Məhkəmənin *(***)-****/**** saylı ## ###### 2021-ci il tarixli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin *(***)-****/**** saylı ## #### 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

37. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçı qeyd etmişdir ki, cavabdehə və onun atası Əliyev Rəhbər Qaraxan oğluna həmin dövrdə bazar qiymətinə uyğun olaraq 2.25 ha torpaq sahəsinin alınması üçün 400 “şirvan” pul vermişdir. Hazırda qeyd olunan torpağın bazar qiyməti hektara 6000 manat olmuşdur, cavabdeh bu gün onun atasından aldığı torpağı geri almaqla ona 13.500 manat ziyan vurmuşdur. İddiaçı 400 “şirvan” pul verməsini birinci instansiya məhkəməsində ifadə verən 3 şahidin ifadəsinə istinadən əsaslandırmışdır.

38. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X3 izahatında göstərmişdir ki, iddiaçı İddiaçı onun kəndçisidir, iddiaçı İddiaçı 2.25 ha torpaq sahəsini cavabdehin atası mərhum Əliyev Rəhbər Qaraxan oğlundan köhnə pulla 400 şirvana (4000000 manat) satın almışdır. X1 izahatında göstərmişdir ki, iddiaçı İddiaçı onun kəndçisidir, iddiaçı İddiaçı 2.25 ha torpaq sahəsini cavabdehin atası mərhum Əliyev Rəhbər Qaraxan oğlundan köhnə pulla 400 şirvana (4000000 manat) satın almışdır. X7 izahatında göstərmişdir ki, iddiaçı İddiaçı onun kəndçisidir, iddiaçı İddiaçı 2.25 ha torpaq sahəsini cavabdehin atası mərhum Əliyev Rəhbər Qaraxan oğlundan köhnə pulla 400 şirvana (4000000 manat) satın almışdır.

39. Göründüyü kimi, iddiaçı kollegiyanın iclasında pulu cavabdeh Cavabdeh və atasına verdiyini söyləmiş şahidlər isə iddiaçı İddiaçı 2.25 ha torpaq sahəsini cavabdehin atası mərhum Əliyev Rəhbər Qaraxan oğlundan köhnə pulla 400 şirvana (4000000 manat) satın almasını bildirmişlər.

40. Lakin məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdeh Cavabdeh iddiaçı İddiaçı 150 şirvan (köhnə məzənnə) pul almasını qəbul etmiş, atası mərhum Rəhbər Əliyevin isə pul alıb-almamasından xəbərinin olmadığını bildirmişdir (kollegiya tərəfindən məhkəmə iclas zalında videoya baxış keçirilmişdir).

41. Göründüyü kimi, tərəflər arasında Ağdam rayon Kiçikli kəndində yerləşən 2.25 ha torpaq sahəsinin alınması barədə alqı-satqıya dair əqd (şifahi razılaşma) olsa da, sonradan həmin əqdin qanuna uyğun olmaması müəyyən edilmişdir. Həmin əqd üzrə iddiaçının cavabdehin atasına 400 “şirvan” verməsinə şahid ifadələri dəlil olsa da, cavabdeh Cavabdeh iddiaçı İddiaçı tərəfidən 150 “şirvan” pul verilməsi ancaq öz izahatı ilə sübuta yetirilmişdir.

42. Mülki Prosessual Məcəllənin 175.1-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.

43. Qanunvericilik tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

44. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Hazırkı mübahisə üzrə də tərəflər arasında yaranmış hüquq münasibətlərinin predmeti pulla, yəni əvəzedilən əşya ilə bağlıdır. Bu baxımdan, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulan restitusiya qaydası belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Çünki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycanın köhnə pul vahidi olan şirvan ( 1 şirvan = 10 000 köhnə manat) 150 şirvan = 1 500 000 köhnə manat = 300 yeni Azərbaycan manatı (300 manat)

46. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli * saylı Qərarının 1-ci bəndində qeyd olunur ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşdur. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi qismən təmin edilməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavabdeh 300 (üç yüz) manat məbləğində pul tutularaq, iddiaçı İddiaçı verilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamənin təmin edilmiş hissəsindən kassasiya şikayəti verilə bilməz. Qətnamənin təmin edilməmiş hissəsindən qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar