Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-487/2026 28.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin ##.##.2010-cu il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 və qətnamə ilə maraqlarına toxunan şəxs cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı X2 cavabdehlər cavabdeh1 və X3 qarşı iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət etmiş, Masallı rayonu, Mahmudavar kəndində yerləşən S.Məmmədovadan aldığı 0,06 ha torpaq sahəsinə və cavabdeh1 aldığı 0,06 ha torpaq sahəsinə dair alqı-satqı müqavilələrinin təsdiq edilməsi, habelə həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2010-cu il tarixli qətnaməsi ilə (Hakim: Cahangir Nəsibov) iddia təmin edilmiş, cavabdeh1 və X3 ilə X2 arasında bağlanmış alqı-satqı müqavilələrinin təsdiq edilməsi, cavabdeh1 adına olan torpağın mülkiyyətə verilməsinə dair JN-1412A, kod-******** saylı şəhadətnamənin və X3 adına olan torpağın mülkiyyətə verilməsinə dair JN-1408A, kod-******** saylı şəhadətnamənin ləğv edilməsi və həmin torpaq sahələri üzərində Şahibə Səfərovanın mülkiyyət hüququnun tanınması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh1 və cavabdeh2 apellyasiya şikayəti vermişdir. Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə (Hakim: Fidan Qasımlı) cavabdeh2 *(***)-***/**** nömrəli mülki iş üzrə maraqlı şəxs qismində tanınması, Masallı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2010-cu il tarixli, qətnaməsindən cavabdeh cavabdeh1 və maraqlı şəxs cavabdeh2 vəkili Vəkil verdiyi apellyasiya şikayətinin mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya apellyasiya şikayətini və iş materiallarını araşdıraraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 366.2-ci maddəsinin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, təqdim olunmuş apellyasiya şikayəti mümkünlük meyarlarına cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Qeyd olunan təminatın əsas mahiyyəti həm də ondan ibarətdir ki, işə baxan məhkəmə yalnız qanunla nəzərdə tutulan səlahiyyət çərçivəsində hərəkət etməlidir. Bu tələb həmçinin Insan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin müddəalarından da irəli gəlir. Azərbaycan Respublikası MPM-in 50.1-ci maddəsinə əsasən mülki prosesdə tərəflər iddiaçı və cavabdeh hesab olunur. Kollegiya qeyd edir ki, MPM-in 50-ci maddəsində “tərəf” anlayışının işlədilməsi təsadüfi xarakter daşımır. Qanunverici bu terminlə mülki məhkəmə icraatının əsas iştirakçılarını iddiaçı və cavabdehi bir-biri ilə konkret mübahisəli hüquq münasibəti ilə bağlı olan və qarşı-qarşıya duran subyektlər kimi müəyyən etmişdir. Bu yanaşma onu göstərir ki, məhkəmə icraatında hər biri bir və ya bir neçə şəxsdən ibarət olmaqla iki qarşı tərəf mövcud olur və mübahisə məhz həmin tərəflər arasında həll edilir. Iddiaçı hüquq və qanuni mənafelərinin müdafiəsi məqsədilə məhkəməyə müraciət edən şəxs, cavabdeh isə iddia tələbinin yönəldiyi və həmin hüquq münasibətində iddiaçının hüquqlarını pozduğu ehtimal edilən şəxsdir. Bu hüquqi konstruksiya baxımından tərəflərin prosessual vəziyyəti işdə iştirak etməyə cəlb olunmayan, lakin məhkəmə aktı ilə hüquq və mənafelərinə toxunulan şəxslərin vəziyyətindən mahiyyətcə fərqlənir. Eyni zamanda, MPM-in 46-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin dairəsi konkret müəyyən edilmiş və bu dairəyə daxil olan subyektlərin hər birinin müstəqil prosessual hüquq və vəzifələri təsbit olunmuşdur. Bununla yanaşı, MPM-in 15.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda, bu hal həmin şəxslərin öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək imkanını istisna etmir. Qanunverici bu norma ilə işdə iştirak etməyən şəxslərin hüquqlarının müdafiəsini təmin etsə də, bu müdafiənin həyata keçirilməsinin prosessual qaydasını ayrıca tənzimləmişdir. Belə ki, MPM-in 357.2-ci maddəsinə əsasən, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslər müəyyən edilmiş şərtlər daxilində apellyasiya şikayəti vermək hüququna malikdirlər. Işdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir (Konstitusiya Məhkəməsi Plenumunun K.Maraevin şikayəti üzrə 2016-cı il ## #### tarixli Qərarı). Iş materiallarından müəyyən edilir ki, cavabdeh2 birinci instansiya məhkəməsində tərəf qismində iştirak etməmiş, lakin Masallı Rayon Məhkəməsinin ## ### 2010-cu il tarixli qətnaməsində göstərilmiş torpaq sahəsi üzrə müvafiq şəhadətnamədə birgə mülkiyyətçi kimi qeyd edilmişdir. Bu hal onun hüquq və qanuni maraqlarına toxunulmasını ehtimal etsə də, həmin şəxsin prosessual statusu iş üzrə cavabdeh olan cavabdeh1 statusu ilə eyniləşdirilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktı ilə şəxsin hüquq və qanuni maraqlarına toxunulması həmin şəxsin prosessual statusunun müəyyən edilməsi üçün əsas şərtlərdən biridir. Bu, o deməkdir ki, qəbul edilmiş məhkəmə aktı birbaşa və ya dolayı şəkildə şəxsin mövcud hüquqlarının həyata keçirilməsinə təsir göstərməli, onun hüquqi vəziyyətində dəyişiklik yaratmalı və ya belə dəyişiklik ehtimalını doğurmalıdır. Yalnız bu halda həmin şəxs işdə iştirak etməyə cəlb olunmamasına baxmayaraq, öz hüquqlarının müdafiəsi məqsədilə müvafiq prosessual vasitələrdən istifadə etmək imkanına malik olur. Lakin hüquq və qanuni maraqlara toxunulma halının mövcudluğu şəxsin prosesdə tərəf kimi çıxış etməsi anlamına gəlmir. Belə şəxslər mübahisəli hüquq münasibətinin birbaşa iştirakçısı olmadıqlarından, onların prosessual statusu tərəflərdən fərqlənir və bu səbəbdən onların hüquqlarını həyata keçirməsi ayrıca, qanunla müəyyən edilmiş xüsusi qaydada və müstəqil şəkildə mümkün hesab olunur. Belə ki, cavabdeh cavabdeh1 iş üzrə birbaşa tərəf olmaqla, iddia tələbinin yönəldiyi şəxsdir, cavabdeh2 isə işdə iştirak etməyə cəlb edilməmiş şəxs kimi yalnız MPM-in 357.2-ci maddəsində nəzərdə tutulmuş xüsusi qaydada və müstəqil prosessual subyekt qismində çıxış edə bilər. Göründüyü kimi, onların prosessual statusları və hüquqi vəziyyətləri mahiyyət etibarilə fərqli olduğundan, həmin şəxslərin eyni prosessual sənəd çərçivəsində vahid apellyasiya şikayəti ilə çıxış etməsi qanunvericiliyin müəyyən etdiyi prosessual qaydalara uyğun hesab edilə bilməz. Halbuki təqdim olunmuş apellyasiya şikayəti göstərir ki, qeyd olunan şəxslər tərəfindən eyni prosessual sənəd çərçivəsində, vahid iradə ifadəsi kimi şikayət verilmişdir. Bu isə onların fərqli prosessual statuslarının və hüquqi vəziyyətlərinin nəzərə alınmadığını, qanunvericilikdə nəzərdə tutulmuş prosessual fərqləndirmənin pozulduğunu göstərir. Mülki prosessual hüququn mahiyyətindən irəli gəlir ki, hər bir prosessual iştirakçı öz hüquqlarını müstəqil şəkildə həyata keçirməli, onun iradəsi digər şəxslərin iradəsi ilə qarışdırılmamalıdır. Əks yanaşma prosessual qarışıqlığa, hüquqi qeyrimüəyyənliyə və tərəflərin hüquqlarının pozulmasına səbəb ola bilər. Bundan əlavə, iş materiallarında olan məhkəmə bildirişlərinin kötüklərindən (iş materiallarının 22, 23, 32, 33, 41 və 42-ci səhifələri) müəyyən olunur ki, cavabdeh cavabdeh1 birinci instansiya məhkəməsində aparılan icraat barədə məlumatlı olmuş, məhkəmə proseslərində iştirak etmək imkanına malik olmuşdur. Bu halda onun qəbul edilmiş qətnamədən uzun müddət ərzində (16 il) xəbərsiz olması inandırıcı və ağlabatan hesab edilə bilməz. Hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir.( Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2020-ci il tarixli Qərarı) Kollegiya onu da qeyd edir ki, bu xüsusda hüquqi müəyyənlik prinsipinin tərkib elementi olan hüquqi sabitlik xüsusi əhəmiyyət kəsb edir. Hüquqi sabitlik prinsipi tələb edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları əsassız və qeyri-məhdud şəkildə mübahisələndirilməsin, tərəflər uzun müddət sonra prosessual hüquqlardan sui-istifadə etməklə hüquq münasibətlərini qeyri-müəyyən vəziyyətə salmasınlar. Mövcud halda isə cavabdehin uzun müddət ərzində passiv davranışı bu prinsipin pozulmasına gətirib çıxaran hal kimi qiymətləndirilməlidir. Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarında göstərildiyi kimi, işdə iştirak etməyə cəlb olunmayan şəxsin prosessual statusunun müəyyən edilməsi üçün onun hüquqlarına real təsirin mövcudluğu, işə cəlb olunmaması və müdafiə marağının olması zəruridir. Lakin bu statusun tanınması belə həmin şəxsin prosessual hüquqlarını digər iştirakçılarla qarışıq şəkildə həyata keçirməsinə əsas vermir. Göstərilənlərin məcmusundan belə nəticəyə gəlinir ki, təqdim olunmuş apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, şikayəti verən şəxslərin prosessual statusları nəzərə alınmadan vahid formada təqdim olunmuş və bununla da apellyasiya instansiyası tərəfindən baxılması üçün zəruri olan mümkünlük şərtləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 366.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2.-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.3.-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. 366.4.-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. X4rşı iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo Italiyaya qarşı iş üzrə 2003-cü il ## ####### tarixli Qərar). Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin II hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il ## ### tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin mümkün hesab edilməsi üçün qanuni əsaslar mövcud olmadığından, həmin şikayət MPM-in 366.2-ci maddəsinə uyğun olaraq qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Masallı Rayon Məhkəməsinin ##.##.2010-cu il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 və qətnamə ilə maraqlarına toxunan şəxs cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Masallı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-9)-487/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-487/2026
28.04.2026 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver