Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-4401/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Bank “xxxx” ASC-yə qarşı mülki iş üzrə (açar sözlər: apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar olmadığından şikayətin qeyri-mümkün hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Bank “xxxx” ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı Allahyarİddiaçıdəsi (vəkili) Vəkil tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Bank ”xxxx” ASC-yə, cavabdeh2 MMC-yə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı “müqavilə və protokolun etibarsız hesab edilməsi və sair” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin iştirakı ilə cavabdeh “İxtisaslaşmış Əmtəə Birjası” və cavabdeh2 MMC tərəfindən ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə dair ##.##.2024-cü il tarixdə keçirilmiş hərrac üzrə nəticələrin etibarsız sayılaraq, onun əsasında cavabdeh Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli, AN-İ N°******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdeh Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli, AN-İ N°******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında tərəfindən ödənilmiş 86.000 (səksən altı min) manat məbləğin cavabdehdən alınaraq, iddiaçıya qaytarılmasının təmin edilməsi, cavabdeh Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli, AN-İ N°******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 15-ci bəndinin tələblərinin əsasında öz müqavilə öhdəliklərini icra etmədiyindən müqavilə bağlandığı andan bu günə qədər hər gün üçün 86.000 (səksən altı min) manat məbləğin 0.1 %-i olmaqla 10.320 (on min üç yüz iyirmi) manat məbləğində dəbbə pulunun cavabdehdən tutularaq, iddiaçının xeyrinə ödənilməsi, cavabdeh Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti və cavabdeh “İxtisaslaşmış Əmtəə Birjası" vəcavabdeh2 MMC (VÖEN **********) tərəfindən iddiaçıya vurulmuş maddi və mənəvi ziyan olaraq 30.000 (otuz min) manatın cavabdehlərdən tutularaq, iddiaçının xeyrinə ödənilməsi, işlə əlaqədar tərəfindən çəkilmiş və ya müəyyən olunmuş məhkəmə xərclərinin cavabdeh Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə dəqiqləşmə ərizəsi ünvanlayaraq, iddiaçı İddiaçı ilə cavabdeh Bank “xxxx” ASC arasında Bakı şəhəri ** saylı notariat kontorunda bağlanılmış və ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin alqısatqısına dair ##.##.2024-cü il tarixli, AN-İ N°******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçının cavabdehə ödədiyi 86.000 (səksən altı min) manat məbləğində, habelə iddiaçıya dəymiş zərərə görə 40.000 manat, eləcə də iddiaçının məhkəməyə ödədiyi 420 manat dövlət rüsumunun, cəmi 126.420 (bir yüz iyirmi altı min dörd yüz iyirmi) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə cavabdeh Bank “xxxx” ASC-dən tutulub iddiaçıya ödənilməsi, 126.420 (bir yüz iyirmi altı min dörd yüz iyirmi) manat məbləğində pul vəsaitinin iddiaçıya tam həcmdə geri qaytarıldıqdan sonra iddiaçı İddiaçı adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ************ reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və 0.06 ha torpaq sahəsinin əvvəlki vəziyyətinə (yəni bankın mülkiyyətinə) qaytarılması, cavabdehlərdən “İxtisaslaşmış Əmtəə Birjası” və cavabdeh2 MMC-ni (VÖEN **********), Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin cavabdehlikdən çıxarılması, hərracla bağlı müddəaların nəzərə alınması, bütün iddia tələbinin cavabdeh Bank “xxxx” ASC-yə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Bank ”xxxx” ASC-yə və qeyrilərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair” tələblərinə dair iddiası qismən təmin edilərək iddiaçı İddiaçı ilə Bank “xxxx” ASC arasında bağlanmış ## #### 2024-cü il tarixli, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinin etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ## #### 2024-cü il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi, cavabdeh Bank “xxxx” ASC-dən iddiaçı İddiaçı xeyrinə 86.000 manat pul vəsaiti və 210 manat dövlət rüsumunun tutulması, iddia tələbləri olan “iddiaçıya dəymiş zərərə görə 40.000 manat ödənilməsi” hissəsində təmin edilməməsi qət edilmişdir. Cavabdeh Bank “xxxx” ASC-nin nümayəndəsi (vəkili) Cəfərbəyli Orxan Əjdər oğlu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, həmçinin həmin şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasının təmin edilməsi ilə bağlı ərizəsini də məhkəməyə təqdim etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə cavabdeh Bank “xxxx” ASC-nin nümayəndəsi (vəkili) Cəfərbəyli Orxan Əjdər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə iddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından verdiyi şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. Maddə 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; Elektron məhkəmə informasiya sistemindən istifadə qaydaları: Bənd 3.2. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. Bənd 5.2. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunu yoxlayaraq hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilərək apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməlidir. Belə ki, apellyasiya şikayətindən müəyyən olunur ki, iddiaçının nümayəndəsinin (vəkilinin) əl ilə tərtib edərək imzaladığı apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edilsə də, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləyə “Əlavə 2”-də müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməmiş, şikayət sənədlərin gücləndirilmiş elektron imzası ilə təsdiq edilməmişdir. Apellyasiya şikayətinin mümkünlüyünü yoxlamalı olan birinci instansiya məhkəməsi isə bu halı, yəni iddiaçının nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayətinin forma və məzmununa əməl edilib-edilməməsini yoxlamamış, mülki işi materiallar ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. İstinad olunanlara əsasən, Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin forma və məzmunu ilə bağlı tələbləri pozulmaqla verilməsi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsaslarının müəyyən olunmadığı üçün qeyri-mümkün sayılması və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməsi qənaətinə gəlir. Belə ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə MPM-in 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 361, 363, 366 və 402, 405-406cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-4401/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-4401/2026
07.09.2026 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver