Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2090/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, xxxxx qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh2 və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı (üçüncü şəxs qismində cəlb edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2) mirasın qəbulundan imtina barədə ərizənin etibarsız hesab edilməsi və s. tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları:
1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri ** X2 tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş **** nömrəli Iddiaçı ərizəsinə cavab olaraq qeyd edilmişdir ki, Iddiaçı tərəfindən atası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səftər oğlunnan miras qalmış əmlaklardan ## #### 2005-ci il tarixində Bakı şəhəri ** saylı Dövlət Notariat kontorun Böyük dövlət Notariusu Abdullayeva Z.H tərəfindən reyestrdə 7E/14- **** saylı reyestrlə təsdiq edilmiş ərizəyə əsasən vərəsəliyi qəbul etməməsini, etməyəcəyi və verilmiş vərəsəlik hüququ haqqında şədatnaməni bəyəndiyi barədə ərizə imzalanmışdır. Bu cür ərizələr vərəsəlikdən imtina kimi qəbul edilir və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən (Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.) ləğv edilə və ya geri götürülə bilməz. Həmin ərizənin ləğvi ilə ələqədar məhkəməyə müraciət etmək tövsiyə edilir;
2. Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən ##.##.2013-cü il tarixdə verilmiş ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Iddiaçı Mani qızı ## ######## 1968-ci il tarixdə Bakı şəhərində doğulmuş, anası cavabdeh2, atası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səftər oğlu olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında ##.##.1969-cu il tarixdə 290 nömrə ilə qeyd edilmişdir;
3. Nəsimi rayonu VVAQ tərəfindən ##.##.2000-ci il tarixdə verilmiş AZ seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səftər oğlu ## ###### 2000-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2000-ci il tarixdə 1094 nömrə ilə qeyd edilmişdir;
4. ## ### 1963-cü il tarixdə verilmiş 011039 nomrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səftər oğlu və cavabdeh2 ##.##.1963-cü il tarixdə nikaha daxil olmuş və evlənmək haqqında qeydlər kitabında ## ### 1963-cü il tarixdə 46 nömrə ilə qeyd olunmuşdur;
5. ## ###### 2026-cı il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri ** X2 tərəfindən məhkəməyə sorğu əsasında göndərdikləri ##.##.2001-ci il tarixli, *V-** nömrəli notariat işinin surətindən görünür ki, Bakı Şəhəri ** X5 ## ### 2001-ci ildə notariat ofisində cavabdeh2 ərizəsi ilə vərəsəlik işi açılmışdır, ərizədə qeyd edilmişdir ki, ## ###### 2000-ci il tarixdə vəfat etmiş həyat yoldaşından qalan mülk-Vaqif prospekti ev 1, mənzil 7 ünvanında yerləşən evə ondan başqa mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 da vərəsədir. Iş materiallarına ölüm haqqında şəhadətnamə, evlənmək haqqında şəhadətnamə və ##.##.1965-ci il tarixdə doğulmuş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ## ### 1965-ci il tarixdə verilmiş, ******* nömrəli doğum haqqında şəhadətnaməsi də əlavə olunmuşdur;
6. Bakı şəhəri Icra hakimiyyəti başçısının aparatı Texniki Inventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş ***** nömrəli Qeydiyyat Vəsiqəsində Vaqif prospekti ev 1, mənzil 7 ünvanında yerləşən evin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səftər oğlunun xüsusi mülkiyyəti kimi Reyestr kitabında ##.##.1995-ci il tarixdə, 30/10401 nömrə ilə qeydiyyata alınmışdır;
7. ##.##.2001-ci il tarixli, **/***** nömrəli arayışda qeyd olunmuşdur ki, Vaqif prospekti ev 1, mənzil 7 ünvanında yerləşən ev mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səftər oğlunun bütün mülkiyyətindədir;
8. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ## ###### 2005-ci ildə notariat ofisində cavabdeh2 ərizəsi ilə vərəsəlik işi açılmışdır, ərizədə qeyd edilmişdir ki, ## ###### 2000-ci il tarixdə vəfat etmiş həyat yoldaşından qalan mülk - Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Səməd Vurğun küçəsi 33a ünvanında yerləşən evə ondan başqa mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Iddiaçı da vərəsədir;
9. Azərbaycan Sovet Sosialist Respublikasının Texniki Özəlləşdirmə Bürosu Rayon Icraçı Komiteti və Əməkçilərin Şəhər Şurası Qeydiyyat Vəsiqəsində Bakı şəhəri, Şüvəlan qəsəbəsi, xxx küçəsi 33a ünvanında yerləşən ev mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səftər oğlunun xüsusi mülkiyyəti kimi Reyestr kitabında ##.##.1990-cı il tarixdə, 30/4709 nömrə ilə qeydiyyata alınmışdır;
10. ##.##.2004-cü il tarixli, **/**** nömrəli arayışda qeyd olunmuşdur ki, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Səməd Vurğun küçəsi 33a ünvanında yerləşən ev mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səftər oğlunun bütün mülkiyyətindədir;
11. Qanun üzrə vərəsəlik hüququ haqqında ## ######## 2005-ci il tarixli Bakı şəhəri ** saylı dövlət notariat kontorunun böyük dövlət notariusu Abdullayeva Z.H tərəfindən verilmiş şəhadətnamədən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səftər oğlunun vərəsələri arvadı cavabdeh2dır və ona Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Səməd Vurğun küçəsi 33a ünvanında yerləşən evin ½ hissəsi verilir, digər ½ hissə isə açıq qalıb. V-**/**** nömrəli vərəsəlik işi reyestrdə 2V/1-184 nömrə ilə qeydə alınmışdır;
12. ## #### 2005-ci il tarixli Iddiaçı imzası ilə təsdiq edilmiş ərizəsində qeyd olunmuşdur ki, ## ###### 2000-ci il tarixdə vəfat etmiş atası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səftər oğlundan miras qalmış vərəsəliyi qəbul etməyib və etməyəcəkdə, ## #### 2001-ci ildə Vaqif prospekti ev 1, mənzil 7 ünvanında yerləşən mənzilə dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən xəbəri var və həmin mənzilə və əmlaklara qarşı heç bir iddiası yoxdur. Bunun üçün imza etmiş və müdddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəyini bildirmişdir;
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş *(***)-****/**** saylı mülki iş üzrə ## ######## 2025-ci il tarixli 4/902 №- li ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 25-ci vərəqində olan Iddiaçı tərəfindən Bakı şəhəri ** saylı dövlət notariat kontoruna ünvanlanan ## #### 2005-ci il tarixli ərizənin surətinin aşağı sağ hissəsində əks olunmuş “xx” yazıları və “xx” yazılarının yuxarısında əks olunmuş imza - Iddiaçı tərəfindən icra olunmuşdur və ekspertizaya təqdim olunmuş, mülki işin 25-ci vərəqində olan Iddiaçı tərəfindən Bakı şəhəri ** saylı dövlət notariat kontoruna ünvanlanan ## #### 2005-ci il tarixli ərizənin surətində əks olunmuş “Bakı şəhəri ** saylı dövlət..." sözləri ilə başlayıb müraciət etməyəcəyəm Imza: ## #### 2005-ci il” sözləri ilə bitən yazılar - Iddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur;
14. Iddiaçının atası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səftər oğlu ## ###### 2000-ci il tarixdə vəfat etmişdir. Ondan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. Mərhum mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səftər oğlunun vərəsəsi (uşağı) iddiaçı ## #### 2005-ci il tarixdə, ərizə ilə müraciət edərək bildirmişdir ki, ona mərhum atalarından miras qalmış əmlakı nə vərəsəliyi qəbul etməyib və etməyəcək, həmçinin bildirmişdir ki, gələcəkdə mirasın qəbul edilməsi müddətinin uzadılmasına dair ərizə ilə məhkəməyə müraciət etməyəcək. Ərindən miras qalmış əmlaka vərəsə olması barədə cavabdeh2 Bakı şəhəri ** saylı dövlət notariat kontorunun böyük dövlət notariusu Abdullayeva Z.H tərəfindən şəhadətnamə verilmiş, sonradan cavabdeh2 bu şəhadətnamə əsasında daşınmaz əmlak üzərində ½ hissədə mülkiyyət hüququ əldə etmiş, digər ½ hissə açıq qalmış, bu barədə müvafiq çıxarışlar verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
15. Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh2 və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ## #### 2005-ci il tarixində Bakı şəhəri ** saylı dövlət notariusu Abdullayeva Z.H. tərəfindən reyesterdə 7E/14-4712 reyesterlə təstiq edilmiş ərizənin etibarsız olması, ünvan 3-da yerləşən yaşayış sahəsi 50, 90 kv.m.olan üç otaqlı yaşayış evindən ½ hissə açıq qalan paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin Iddiaçı adına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Daha sonra iddiaçı Iddiaçı nümayəndəsi və vəkili X7 iddianın dəqiqləşdirilməsi ərizəsi ilə müraciət edərək, Iddiaçı ## #### 2005-ci il tarixində Bakı şəhəri ** saylı dövlət notariusu Abdullayeva Z.H. tərəfindən reyesterdə 7E/14-4712 reyesterlə təsdiq edilmiş ərizənin etibarsız olması, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi 50, 90 kv.m.olan üç otaqlı yaşayış evindən ½ hissə açıq qalan paya Iddiaçı qanunla müəyyən edilmiş müddəti üzürlü səbəbdən ötürməsinin nəzərə alınması və qanunla müəyyən edilmiş müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Iddia tələbi belə əsaslandırılmışdır ki, “Bakı şəhəri ** saylı dövlət notariusu Abdullayeva Z.H. ##.##.2005-ci il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verdi (reyesterdə 2v-184 nömrə ilə qeyd edilib, vərəsə işin nömrəsi v36/2001). Həmin şəhadətnaməyə əsasən anası cavabdeh2 ½ hissəyə (xxxkv.m. olan üç otaqlı yaşayış evindən ibarətdir. ½ hissə açıq qalıb. Iddiaçı vəfat etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səftar oğlunun vərəsəsi - qızı Iddiaçı xx və onun hüquqları notariat tərəfindən nəzərə alınmayıb. Bakı şəhəri ** saylı notariat ofisi ##.##.2024-cü il tarixli məktubu ilə notariat hərəkətini aparmaqdan şəhadətnamənin verilməsindən imtina edildi. Qərar onunla əsaslandırılmışdır ki, ##.##.2005-ci il tarixində Bakı şəhəri ** saylı dövlət notariusu Abdullayeva Z.H. tərəfindən reyesterdə 7E/14-4712 reyesterlə təsdiq edilmiş ərizəyə əsasən vərəsəliyi qəbul etməməsini, etməyəcəyini və verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməni bəyəndiyi barədə ərizə imzalamışdır. Bu cür ərizələr vərəsəlikdən imtina kimi qəbul edilir və Mülki Məcəllənin 1268.1-ci maddəsinə əsasən (vərəsə mirası qəbul etməkdən, imtina etdiyi barədə ərizəni geri götürə bilməz) ləğv edilə və ya geri götürülə bilməz. Həmin ərizənin ləğvi ilə ələqədar məhkəməyə müraciət etmək tövsiyə edildi. *V/*-*** saylı notariat işi ilə tanış olanda aşkar etmişdir ki, ##.##.2005-ci il tarixli ərizə ilə güya onun verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən xəbəri var və həmin mənzilə və əmlaka qarşı heç bir iddiası yoxdur. Bunun üçün imza etmişdir. Həmin ərizəyə əlavə ediblər ki, müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcək. Həmin ərizədə imza onun imzasına oxşasa da, mətn tərəfindən yazılmamışdır və ərizədə yazılan onun iradəsi deyil və belə ərizə ilə notariat kontoruna müraciət etməmişdir.
18. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qətnaməsi (hakim M.Hüseynova) ilə iddiaçı Iddiaçı cavabdehlər cavabdeh2 və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı (üçüncü şəxs qismində cəlb edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2) “vərəsəliyi qəbul etməsini, etməyəcəyini, verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməni bəyəndiyi barədə ərizənin etibarsız hesab edilməsi və ötürülmüş müddətin bərpa edilməsi” tələbinə dair iddia təmin edilməmişdir.
19. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçı Iddiaçı- ## ###### 2000-ci il tarixdə vəfat etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səftər oğlunun qızıdır. Hazırkı mübahisə də mərhumdan miras qalmış bir daşınmaz əmlaklarla bağlıdır. Belə ki, həmin iddiaçı ## ###### 2000-ci il tarixdə vəfat etmiş atası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səftər oğlundan miras qalmış vərəsəliyi qəbul etməyib və etməyəcək də, ## #### 2001-ci ildə Vaqif prospekti ev 1, mənzil 7 ünvanında yerləşən mənzilə dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən xəbəri var və həmin mənzilə və əmlaklara qarşı heç bir iddiası yoxdur. Bunun üçün imza etmiş və müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. Hazırda iddiaçı tələb edir ki, mirası qəbul etməkdən imtina etməsi barədə tərəfindən notariusa təqdim edilmiş ərizə etibarsız hesab edilsin və ötürülmüş müddət bərpa edilsin. Iddia ərizəsində cavabdeh kimi cavabdeh2 göstərilsə də, işin hallarından görünür ki, cavabdeh2 bu iddiaya cavab verməli olan şəxs deyil. Belə ki, cavabdeh2 ərindən miras qalmış əmlak üzərində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mülkiyyət hüququ əldə etmişdir, yəni cavabdeh2 hazırda həmin əmlakın mülkiyyətçisidir. Mübahisəli hüquq münasibətinin yarandığı zaman və hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268.1-ci maddəsində vərəsənin mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməməsi imperativ şəkildə müəyyən edilmişdir. Müvafiq ərizənin məzmunun ekspert tərəfindən onun tərəfindən yazılmaması ərizənin etibarlılığına xələl gətirə bilməz, belə ki ekspert tərəfindən müəyyən edilmişdir ki, ərizədə olan imza və “xx” sözləri iddiaçı tərəfindən icra edilmişdir. Digər tərəfdən, Mülki Məcəllənin 1272-ci maddəsinin tələbinə əsasən mirasın qəbul edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Iddiaçı cavabdehin mirası qəbul etməsi ilə bağlı miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi almasından 25 il əvvəldən xəbərdar olsa da qanunla müəyyən edilmiş müddət ərzində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirməmiş, yəni mirasın qəbuluna dair mübahisə açmamışdır. Belə ki, iddiaçının mirasın qəbulu ilə bağlı ** saylı Notariat Ofisinə olan müraciəti ##.##.2024-cü il tarixdə cavablandırılmışdır. Iddiaçı məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Buna görə də, iddiaçı mirasın qəbul edilməsi barəsində mübahisə açıla bilməsinə dair qanunla müəyyən edilmiş 2 aylıq kəsici müddəti də ötürmüşdür. Belə olan halda, həm imtina ərizəsinin etibarsız hesab edilməsi, həm də ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi 50,90 kv.m. olan üç otaqlı yaşayış evindən ½ hissə açıq qalan paya Iddiaçı qanunla müəyyən edilmiş müddəti üzürlü səbəbdən ötürməsini nəzərə alınması və qanunla müəyyən edilmiş müddətin bərpasına dair iddia təmin edilə bilməz.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
20. Iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir əqdin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2021-ci il tarixli qərarı Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında: 1. lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, 2. onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, 3. əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun tərtib edilməsi tələb olunur. Lakin göründüyü kimi hazırki mübahisə predmeti olan guya Iddiaçı Mani qızı tərəfindən Bakı şəhəri ** saylı dövlət notariat kontoruna ünvanlanan ##.##.2005-ci il tarixli ərizə etibarsız hesab edilməlidir. Belə ki, ##.##.2025-ci il tarixli AR ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən rəydən görünür ki, ərizənin məzmunu Iddiaçı Mani qızı tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur.Onun ərizənin məzmunundan ümumiyyətlə məlumatı yoxdur və ərizənin mətni onun tərəfindən yazılmamışdır və ərizədə yazılan onun iradəsi deyil və belə ərizə ilə notariat kontoruna müraciət etməmişdir. Ümumiyyətlə həmin vaxt Azərbaycan Respublikası ərazisində olmamışdır və notariusun iştirakı ilə belə bir ərizə verməmişdir. Göründüyü kimi MM-nin 329.1-ci maddəsi pozulmuşdur və əhəmiyyətsiz əqddir. Iddiaçı Mani qızı və cavabdeh2 tərəfindən Bakı şəhəri, Fizuli küçəsi, ev 53, mənzil 79 və ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə faktiki olaraq sahiblik edilmiş və həmin əmlak idarə olunmuşdur. Bu hal işin faktiki halları ilə də təsdiq olunur. Belə ki, qeyd olunan yaşayış sahəsi 25 il müddətində Iddiaçı Mani qızı tərəfindən idarə edilmiş, mənzilin açarları onun istifadəsində olmuş, həmçinin elektrik enerjisi, qaz və digər kommunal xərclər onun və anası tərəfindən müntəzəm olaraq ödənilmişdir. Həmçinin, Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş müddət ərzində mirasın qəbulundan imtina edilməmişdir və iş materiallarında olan ərizə etibarsız əqd olmaqla iddiaçının iradəsini ifadə etmir. Həmçinin notariat işindən görünür ki, mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə Iddiaçı Mani qızının anası cavabdeh2 Hüseynova tərəfindən verilib və Iddiaçı Mani qızının da adı həmin ərizədə qeyd olunub. Birinci instansiya məhkəməsinin iddia müddətinin ötürülməsi ilə bağlı gəldiyi nəticə əsassız və qanunsuzdur. Belə ki, məhkəmə Mülki Məcəllənin 1272-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, iddiaçı mirasın qəbul edilməsi ilə bağlı mübahisəni qanunla müəyyən edilmiş 2 aylıq müddətdə qaldırmamışdır. Lakin, məhkəmə iş üzrə faktiki halları düzgün araşdırmamış və təqdim edilmiş sübutlara hüquqi qiymət verməmişdir. Iş materiallarından aydın olur ki, iddiaçı ** saylı Notariat Ofisinin ##.##.2024-cü il tarixli cavab məktubunu əldə etdikdən dərhal sonra, yəni ##.##.2024-cü il tarixdə məhkəməyə - Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bu hal iş materiallarında olan sübutlarla (iddia ərizəsinin qeydiyyatı, icraata qəbul olunması və s.) təsdiq olunur. Sonradan mülki iş aidiyyat qaydalarının pozulması səbəbindən Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bu hal iddiaçının qanunla müəyyən edilmiş müddəti ötürməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının “Notariat haqqında” Qanununun müvafiq tələblərinə əsasən, notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və digər sənədlər notariusun və ya xüsusi notariusun köməkçisinin iştirakı ilə imzalanmalıdır. Qanunda açıq şəkildə göstərilmişdir ki, əgər sənəd notariusun və ya onun köməkçisinin iştirakı olmadan imzalanmışdırsa, həmin sənədi imzalayan şəxs notariusun iştirakı ilə yenidən imzalamaqla onun özünə məxsus olduğunu şəxsən təsdiq etməlidir. Lakin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən etibarsızlığı tələb edilən vərəsəlikdən imtina ərizəsi Iddiaçı Mani qızı tərəfindən ümumiyyətlə imzalanmamışdır. Bundan əlavə, həmin ərizə tərtib edilərkən Iddiaçı Mani qızı ** saylı Notariat Ofisində iştirak etməmiş, yəni notariusun və ya notarius köməkçisinin iştirakı ilə hər hansı iradə ifadəsi verməmişdir. Bu hal onu göstərir ki, ərizə qanunla tələb olunan qaydada imzalanmamışdır ərizənin notariat qaydasında təsdiqi formal xarakter daşıyır və qanunvericiliyin tələblərinə uyğun deyildir şəxsin iradəsinin sərbəst və həqiqi ifadə olunması notarius tərəfindən yoxlanılmamışdır. Göstərilən pozuntular sənədin hüquqi qüvvəsini şübhə altına alır və onun etibarsız hesab edilməsi üçün müstəqil əsas təşkil edir. Birinci instansiya məhkəməsi isə bu mühüm halları nəzərə almamış, ərizənin imzalanma qaydasını və notariat prosedurunun pozulmasını araşdırmamış, nəticədə maddi və prosessual hüquq normalarını pozaraq əsassız nəticəyə gəlmişdir. Bakı şəhəri ** saylı notariat ofisi ## #### 2024-cü il tarixli imtinası əsassız olduğu məhkəmə tərəfindən nəzərə alınmamış və ümumiyyətlə ətraflı araşdırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.
24. Cavabdeh tərəf və 3-cü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
25. Maddə 29. Dövlət vərəsəlik hüququna təminat verir (VII hissə).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
30. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
31. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
32. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
33. Maddə 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.
34. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli Qərarı:
35. “Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur”.
Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə ## #### 2007-ci il tarixli Qərarı:
36. “Məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər”.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Hazırkı işdə iddia tələbi təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
40. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı mirasdan imtina barədə ərizənin özü tərəfindən imzalanmadığını və verilmədiyini qeyd etsə də, mirasın faktiki qəbulu ilə bağlı hərəkətlər etməsini, başqa sözlə sözügedən ərizəsinin əksini isbat edəcək davranışlarının olmasını ağlabatan şəkildə izah edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qeyd edilən Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qeyd olunan normalardan göründüyü kimi qanunvericilikdə miras əmlakın qəbulunun aşağıda göstərilən 2 (iki) forması nəzərdə tutulmuşdur: - mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmə barədə ərizə vermək (mirasın qəbul edilməsinin formal üsulu); - əmlaka sahiblik etmək və ya əmlakı idarə etməyə faktiki başlamaq (mirasın qəbul edilməsinin qeyri-formal üsulu). Göründüyü kimi mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özünün də 2 növü var: - miras əmlaka faktiki sahiblik etmək; - miras əmlakı faktiki idarə etmək. Miras əmlaka faktiki sahiblik etmək konkludent hərəkətlərdə ifadə olunur, yəni belə hərəkətlər vərəsənin mirası qəbul etmək niyyətini açıq-aşkar bəlli edir, təsdiqləyir (vərəsənin miras qoyanın yaşadığı evə köçməsi, miras qoyanla birlikdə yaşayan vərəsənin həmin mənzildə yaşamaqda davam etməsi, vərəsənin miras qoyana məxsus əşyalardan faktiki istifadə etməsi, miras qoyana məxsus əşyaları özünün yaşadığı mənzilə aparması və s. kimi). Miras əmlakı faktiki idarə etmək isə vərəsənin miras əmlaka özününki kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verən hərəkətlərin edilməsində ifadə olunur və bu hal bir qayda olaraq, vərəsənin həmin əmlaka yiyələnməsindən sonra baş verir (miras qoyanın əmlakını lazımi vəziyyətdə saxlamaq, miras qoyanın əmlakını təmir etdirmək, miras əmlakla bağlı vergi, sığorta haqqı ödəmək və s. kimi).
41. Məlumdur ki, iddianın əsasını təşkil edən faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübut edilməlidir. Iddiaçı apellyasiya şikayətinin dəlilində mübahisələndirdiyi ərizənin özü tərəfindən deyil başqa şəxs tərəfindən icra olunduğunu, onun ərizənin məzmunundan ümumiyyətlə məlumatı olmadığını, ərizənin mətninin onun tərəfindən yazılmadığını, ərizədə yazılanların onun iradəsi olmadığını və belə ərizə ilə notariat kontoruna müraciət etmədiyini bildirsə də, iş üzrə təyin edilmiş ekspertiza üzrə əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən ## ######## 2025-ci il tarixli */*** №-li ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, Iddiaçı tərəfindən Bakı şəhəri ** saylı dövlət notariat kontoruna ünvanlanan ## #### 2005-ci il tarixli ərizənin surətinin aşağı sağ hissəsində əks olunmuş “xxx” yazıları və “xxx” yazılarının yuxarısında əks olunmuş imza - Iddiaçı tərəfindən icra olunmuşdur və ekspertizaya təqdim olunmuş, Iddiaçı tərəfindən Bakı şəhəri ** saylı dövlət notariat kontoruna ünvanlanan ## #### 2005-ci il tarixli ərizənin surətində əks olunmuş “Bakı şəhəri ** saylı dövlət...” sözləri ilə başlayıb “müraciət etməyəcəyəm Imza: ## #### 2005-ci il” sözləri ilə bitən yazılar - Iddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin miras əmlakın iddiaçı tərəfindən faktiki sahiblik və idarə edilməsi ilə bağlı dəlilinə münasibətdə bildirir ki, iddiaçı tərəf istinad etdiyi bu dəlili də isbat edən sübutlar məhkəməyə təqdim etməmişdir. Iddiaçının miras əmlakı faktiki qəbul etmədiyinə dair konkludent hərəkətləri, hansı ki bu halın əksi hər hansı sübutla təsdiq edilməmişdir, onun daxili iradəsini və niyyətini yazılı şəkildə təsdiqləyən mirasdan imtina etməsinə dair təkzib olunmayan və hazırda mübahisələndirilən ərizəsi ilə tamamlanır. Belə olan halda, iddiaçının öz imzası ilə digər vərəsələrdə hüquqi etimad yaradan əvvəlki davranışına (ərizəsi) zidd hərəkət etməsi hüquqdan sui-istifadəyə yol açar və məlumdur ki, bu yolverilməzdir.
43. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir. Daşınmaz əşyanın mülkiyyətçisi vəfat edərsə, bu daşınmaz əmlakın sahibi onun vərəsələridir. Vərəsələrin davam edən mülkiyyət hüququ daşınmaz əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisələndirilən ərizə tərtib edilərkən Iddiaçı Mani qızı ** saylı Notariat Ofisində iştirak etməməsi, yəni notariusun və ya notarius köməkçisinin iştirakı ilə hər hansı iradə ifadəsi verməməsi ilə bağlı dəlilinə münasibətdə bildirir ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoru tərəfindən tərtib olunmuş notariat işində olan iddiaçının ərizəsi və ərizədə əks olunmuş notariusun imzası və möhürünün mövcudluğu qeyd edilən halı təkzib edir.
45. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2000-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 98-ci hissəsinə əsasən mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında ərizələr yazılı formada olmalıdır. Bu ərizələrdə vərəsənin imzasının həqiqiliyi notariat hərəkətləri aparan orqan tərəfindən təsdiq edilməlidir.
46. Məhkəmə kollegiyası iddiaçının ** saylı Notariat Ofisinin ##.##.2024-cü il tarixli cavab məktubunu əldə etdikdən dərhal sonra, yəni ##.##.2024-cü il tarixdə məhkəməyə - Nəsimi Rayon Məhkəməsinə müraciət etməsi, beləliklə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini keçmədiyi və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin doğru olmadığı ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, miras əmlaka dair anasının qanun üzrə vərəsə olmasına dair şəhadətnamənin mövcudluğundan məlumatlı olan, habelə mirasdan imtina ilə bağlı ərizə ilə müraciət edən iddiaçının mübahisə açılması üçün müvafiq əsasın olduğunu, o cümlədən hüquqlarının pozulmasını bilməməsi ağlabatan hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinin tələbinə əsasən mirasın qəbul edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
47. Odur ki, hər hansı üsulla miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi sübut olunmadığı kimi, iddiaçının mübahisələndirdiyi ərizəni özü tərəfindən tərtib edilmədiyi, imzalanmadığı və bu ərizədən məlumatsız olduğu da sübuta yetirilmədiyindən, öz növbəsində mahiyyət etibarilə iddiaçının mərhum atasının miras əmlakından, o cümlədən mirasın açılmasından məlumatlı olması istisna edilməmişdir. Nəticə etibarilə, iddiaçının istinad etdiyi hallar, o cümlədən mirasdan imtinası ilə bağlı iradə ifadəsinin etibarsızlığı iş üzrə hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
48. Məhkəmə kollegiyası iş materiallarını, birinci instansiya məhkəməsinin qətnaməsini, apellyasiya şikayətinin dəlillərini və iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.