Məhkəmə qərarları › İş №2(3-6)-2119/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2119/2026

06.07.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2119/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Ədliyyə Nazirliyi cavabdeh1“ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş (Açar sözlər: «mirasın həq hansı bir formada qəbul edilməsinin sübuta yetirilməməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh cavabdeh2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və onun nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən ayrı-ayrı verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: X1 ilə X4 birgə nikahından ##.##.1968-ci il təvəllüdlü X2, ##.##.1970-ci il təvəllüdlü mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, ##.##.1975-ci il təvəllüdlü İddiaçı, ##.##.1980-ci il təvəllüdlü Sədiyeva (Süleymanova) Aygün Paşa qızı doğulub. Aydın Sədiyev ##.##.2011-ci ildə ölüb, onun iki övladı var: ##.##.1992- ci il təvəllüdlü Sədiyeva (ərizədə Pudovkina qeyd edilib) Dilbər Aydın qızı və ##.##.1996-cı il təvəllüdlü mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4.

2. X1 ##.##.2015-ci ildə Bakı şəhərində ölüb, bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2015-ci ildə 1335 nömrə ilə qeyd edilib.

3. Gürcüstan Respublikası tərəfindən verilmiş *********** saylı ölüm haqqında şəhadətnaməyə əsasən ## ### 1949-cu il təvəllüdlü Nazirə Sədiyeva ##.##.2019-cu ildə Gürcüstan, Tbilisidə ölüb.

4. X1 adına Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, *a №-li yaşayış evinin ** saylı mənzili ## ##### 1999-cu ildə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçib.

5. Ədliyyə Nazirliyi cavabdeh1“ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş ## ###### 2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə ##.##.2015ci il tarixdə ölmüş X1 vərəsəsi qızı cavabdeh2dır və o, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 68 kv/m olan 3 otaqlı mənzildən ibarət miras əmlakdan 1/1 hissədə irs almalıdır.

6. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 66,07 kv.m mənzil cavabdeh2 adına ##.##.2020-ci ildə mülkiyyət hüququ əsasında qeydə alınıb.

7. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər X7, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, X5, Abdullayeva Leyla İsmicahan qızının ünvan 2-dan istifadə hüquqları itirilmiş hesab edilib.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı ##.##.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılıb.

9. Satıcı cavabdeh2 və Alıcı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında bağlanmış ## ###### 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh2 özünə məxsus ünvan 2 ünvanında yerləşən mənzili 80000 (səksən min) manata mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 satıb.

10. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 66,07 kv.m mənzil ##.##.2021-ci ildən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məxsusdur.

11. Hədiyyə verən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və hədiyyə alan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında bağlanmış ## ###### 2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 özünə məxsus ünvan 2 ünvanında yerləşən mənzili mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 bağışlamışdır.

12. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 66,07 kv.m mənzil ##.##.2022-ci ildən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məxsusdur.

13. Ədliyyə Nazirliyi cavabdeh1“ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin İddiaçı ünvanlanmış ## #### 2025-ci il tarixli **** saylı məktubda göstərilib ki, İddiaçı ##.##.2015-ci ildə vəfat etmiş atası X1 irs qalmış ünvan 2 ünvanında yerləşən mənzilə dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə müraciətlə əlaqədar bildirilir ki, atası X1 qalmış mirası qəbul etmə faktı ilə bağlı sübutlar təqdim etməmiş və mirasın açılması anından 6 ay ərzində ərizə ilə müraciət etməmişdir. Qeyd edilənlərə əsasən atası X1 qalmış mirası qəbul etmə faktı ilə bağlı sübutları olmadığından və artıq vərəsə cavabdeh2 tam paydan ibarət olmaqla vərəsəlik şəhadətnaməsi verildiyindən ona miras qalmış əmlakla bağlı vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyil.

Birinci instansiya məhkəməsində icraat:

14. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Ədliyyə Nazirliyi cavabdeh1“ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin ləğvi və miras paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək, yekun olaraq məhkəmədən ünvan 2 ünvanında yerləşən yaşayış evi üzrə iddiaçının razılığı olmadan verilmiş qanun üzrə vərəsəlik hüququna dair ##.##.2020-ci il tarixli ** reyestr nömrəli şəhadətnamənin ləğv edilməsi, sözügedən yaşayış evi üzrə miras paylarının qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilməsi, həmin mənzilə dair cavabdeh cavabdeh2 adına verilmiş ##.##.2020-ci il tarixli, qeydiyyat nömrəsi 1120003**2, reyestr nömrəsi 005011000095- 05101-093123 olan çıxarış əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış mülkiyyət hüquqlarının ləğv edilməsi, cavabdeh2 ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında bağlanmış ****** nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında ##.##.2021-ci il tarixdə verilmiş, reyestr nömrəsi 005011000095-05101-093123, qeydiyyat nömrəsi 1121172645 olan çıxarış əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mülkiyyət hüquqlarının ləğv edilməsinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında bağlanmış ## ###### 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adına verilmiş ##.##.2022-ci il tarixli, qeydiyyat nömrəsi 1122167829, reyestr nömrəsi 05011000095-05101-093123 olan çıxarış əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış mülkiyyət hüquqlarının ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edib.

15. İddiada göstərilib ki, anasının vəfatından öncə bacısı Lilpar Türkiyə Respublikasında yaşayırdı. Lakin 2019-cu ildə anası vəfat etdikdə o, bacıları Lilpar və Aygün Azərbaycanda olmuşlar. Anası Gürcüstan Respublikasında vəfat etdiyinə görə ölüm haqqında şəhadətnaməni dərhal ala bilməmişdi. Anasının vəfatından sonra ünvan 2 ünvanında yerləşən mənzilə dair vərəsəlik işinin aparılmasını bacısı Sədiyeva Aygün öz üzərinə götürmüşdür. Anasının vəfatından sonra vərəsəlik işi ilə bağlı onlar dəfələrlə bacıları Aygündən məlumat almaq istəsələr də o, özünə sərf edən məlumatlar verərək müxtəlif bəhanələrlə müddəti uzadırdı. Halbuki, Aygün onların xəbəri və razılığı olmadan vərəsəlik hüququ üzrə vərəsəlik şəhadətnaməsi alıb, həmçinin sözügedən mənzili üçüncü şəxslərə satıb. Baxmayaraq ki, vərəsəlik işi açılanda onlar bacılar və qardaşının iki övladı Bakıda olmuşlar. Vərəsəlik şəhadətnaməsini rəsmiləşdirib, evin sənədlərini saxta yolla özəlləşdirməyə nail olmuşdur. Bu fakt qanuni vərəsələrin hüquqlarının pozulması deməkdir. Buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

16. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Fuad Babaşov) iddia tələbi təmin edilərək mərhum X1 miras qalan ünvan 2 ünvanında yerləşən mənzilə dair cavabdeh cavabdeh2 verilmiş reyestrdə 2V-** nömrə ilə qeyd edilmiş ##.##.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv ediməsi; həmin mənzilə dair cavabdeh cavabdeh2 adına ##.##.2020- ci il tarixli, qeydiyyat nömrəsi 1120003**2, reyestr nömrəsi 005011000095-05101-093123 olan Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış mülkiyyət hüquqlarının ləğv edilməsi; cavabdeh2 ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında həmin mənzilə dair bağlanmış ##.##.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adına ##.##.2021-ci il tarixli, reyestr nömrəsi 005011000095-05101-093123, qeydiyyat nömrəsi 1121172645 olan Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış mülkiyyət hüquqlarının ləğv edilməsi; mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında bağlanmış ##.##.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adına ##.##.2022-ci il tarixli, qeydiyyat nömrəsi 1122167829, reyestr nömrəsi 05011000095- 05101-093123 olan Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış mülkiyyət hüquqlarının ləğv edilməsi; mərhum X1 miras qalan ünvan 2 ünvanında yerləşən mənzilə İddiaçı 2/8 hissədə, cavabdeh2 2/8 hissədə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 2/8 hissədə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 1/8 hissədə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 isə 1/8 hissədə vərəsəlik (miras) paylarının müəyyən edilməsi; iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Məhkəmə iddia tələbi ilə bağlı iş materiallarına və toplanmış sübutlara əsasən aparılmış araşdırma nəticəsində müəyyən etmişdir ki, iddia tələbində qeyd edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 1a, mənzil ** saylı ünvanda yerləşən ümumi sahəsi 66,7 kv.m olan mənzil vaxtilə iddiaçının atası olan mərhum X1 adına olmuşdur. İş materiallarından və işin digər sənədlərindən, habelə tərəflərin məhkəmə iclasında verdikləri və məhkəməyə göndərdikləri izahatlarından, işdə olan Bakı şəhər Sabunçu rayon Məhkəməsinin *(***)-***/**** saylı ## ###### 2021-ci il tarixli qətnamədən və həmin qətnamədən verilmiş şikayət üzrə çıxarılmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı ##.##.2021-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, iddia ərizəsində qeyd edildiyi kimi X1 vərəsələri olan ailə üzvləri sırasına həyat yoldaşı X4, övladları X2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, İddiaçı və Süleymanova (Sədiyeva) Aygün Paşa qızı daxildir. X3 ##.##.2015-ci ildə, həyat yoldaşı (arvadı) X4 ##.##.2019-cu ildə, övladı X2 isə ##.##.2011-ci ildə vəfat etmişdir. Göründüyü kimi Nazirə Sədiyeva miras qoyandan sonra, Aydın Sədiyev isə miras qoyan Paşa Sədiyevdən əvvəl vəfat etmişdir. Belə olan təqdirdə Paşa Sədiyevdən mirası qəbul edənədək ölmüş olan Aydın Sədiyevə çatacaq olan pay qanunla müəyyən edilmiş təmsilçilik qaydasında onun övladları olan hazırki iş üzrə məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 keçir, yəni adıçəkilən şəxslər də atalarının vərəsəsi olmaqla babalarından onlara çatacaq vərəsəlik payını tələb edə bilərlər. Həmçinin, Paşa Sədiyevin digər vərəsələri olan övladları İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 da hər hansı miras (vərəsəlik) payı əldə etməmişlər. Vərəsəliklə bağlı notariat işindən göründüyü kimi adıçəkilən şəxslər də miras əmlakdan onlara çatacaq paydan məhrum olmuşlar. Bu isə həmin şəxslərin vərəsə olmaqla mülkiyyət hüquqlarını pozur. İş materialları ilə miras predmeti olan mənzil vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında vərəsələrdən yalnız cavabdeh cavabdeh2 mülkiyyətinə keçmişdir. Daha sonra alqısatqı müqaviləsi əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 satılmış, sonuncu isə həmin əmlakı bağışlanma müqaviləsi əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 bağışlamışdır. cavabdeh2 digər vərəsələrin paylarını gizlədərək və bu haqda notariusa məlumat verməyərək vərəsələrin dairəsini gizli saxlamış, notarius isə digər vərəsələri müəyyən edərək onları məlumatlandırmadan və onları xəbərdar etmədən, onlara çatası payları ayırmadan vərəsəlik işini icra edərək yalnız cavabdehi vərəsə qismində tanıyaraq miras əmlakı tam şəkildə onun adına rəsmiləşdirmişdir. Həmçinin, bu rəsmiləşmə mərhum miras qoyan Paşa Sədiyevin ölüm tarixi hesab edilən mirasın açılmasından, yəni ##.##.2015-ci il tarixindən 5 ilə yaxın müddət sonra, yəni ## ###### 2020-ci ildə həyata keçirilmişdir. Daha sonra isə bu pozuntu halı davam edərək miras əmlak digər şəxsə satılmışdır. Halbuki, cavabdeh cavabdeh2 əmlakı satarkən vərəsələrin paylardan məhrum olduğunu bilirdi və bu haqda alıcı, hazırki iş üzrə üçüncü şəxs olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məlumatlandırmalı idi. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 özü də əmlakı əldə edərkən həmin əmlakın cavabdehə tam pay üzrə məxsus olmasını, həmin əmlakda digər şəxslərin payının və ya tələbinin, hüququnun olub-olmamasını araşdırmalı və bilməli idi. Beləliklə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 hazırki halda məhkəmə tərəfindən vicdanlı alıcı hesab edilə bilməz. Buna görə onunla bağlanmış alqı-satqı müqaviləsi və onun hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə bağladığı bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. Çünki mülki qanunvericiliklə yalnız vicdanlı alıcıların hüquqları qorunur. Bağışlama müqaviləsi isə hər hansı bir əvəzlə şərtləndirilməyib və həmin əmlakı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 əvəzsiz qaydada əldə etmişdir. Qeyd edilən səbəblərdən məhkəmə hesab edib ki, miras predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 1a, mənzil ** saylı ünvanda yerləşən ümumi sahəsi 66,7 kv.m olan mənzillə bağlı cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüquqları ləğv edilməli, mərhum X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 1a, mənzil ** saylı ünvanda yerləşən mənzilə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi cavabdeh1“ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-** nömrə ilə qeyd edilmiş ##.##.2020-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə ləğv edilməli və həmin əmlaka iddiaçı İddiaçı, cavabdeh cavabdeh2 və üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mərhum X2 övladları olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 vərəsəlik payları tanınmalıdır. Həmçinin, məhkəmə onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun sonuncu qərarına və Mülki Məcəlləyə edilən dəyişikliyə əsasən vərəsə rəsmi şəkildə mirasdan imtina etməmişsə ona çatacaq miras payı müddətdən asılı olmayaraq qanunla qorunur və vərəsənin mülkiyyəti hesab edilir. MM-in 384.0.4-cü maddəsində göstərilir ki, mülkiyyətçinin hüquqlarına münasibətdə (əşya hüquqlarının) pozuntuların aradan qaldırılması haqqında tələblərə iddia müddəti tətbiq edilmir. Həmçinin, hazırki tələbə MM-in 354.1-ci maddəsindəki müddət tətbiq edilmir. Çünki hazırki iddia tələbi iddiaçı olan vərəsənin miras payından, yəni mülkiyyət hüququndan irəli gəlir.

Apellyasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətlərinin dəlilləri

18. Qətnamədən cavabdeh cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən ayrı-ayrı apellyasiya şikayətləri verilmişdir.

19. Cavabdeh cavabdeh2 apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib şikayətində göstərir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 va 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarını hazirki mübahisəyə aid etmişdir. Halbuki miras ##.##.2015-ci il tarixdə X1 ölümü ilə açılmış, həmin dövrdə qüvvədə olan qanuna əsasən miras iddiaçı və digər vərəsələr tərəfindən nə rəsmi qaydada, nə də faktiki qaydada qəbul edilməmişdir. Birinci instansiya məhkəməsi isə işin faktiki hallarını, iddiaçı və digər cavabdehlər tərəfindən mirasın qəbul edilib-edilməməsini araşdırmamış, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarını şamil edilmədiyti halda sözügedən mübahisəyə şamil etmişdir. X1 vərəsələri olan ailə üzvləri sırasına həyat yoldaşı X4, övladları X2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, İddiaçı və Süleymanova (Sədiyeva) Aygün Paşa qızı daxildir. Qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində yalnız cavabdeh tərəfindən miras faktiki olaraq qəbul edilmiş, digər vərəsələr isə atanın vəfatını bildiyi halda 10 ildən artıq vaxt keçdikdən sonra hazirki iddianı qaldırmışlar. Halbuki caavbdeh mirası qəbul etdikdən sonra mirası üçünçu şəxsə satmış, o, da bir yaxınına bağışlama etmişdir.

20. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 (nümayəndəsi və vəkili vəkil1) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib şikayətində göstərib ki, birinci instansiya məhkəməsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 vicdanlı alıcı olmasını nəzərə almamışdır. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 əmlakın cavabdehə tam pay üzrə məxsus olub-olmamasını və həmin əmlakda digər şəxslərin hüquqlarının, paylarının və tələblərinin olubolmamasını bilməli və araşdırmalı olmasına dair absurd bir fikir irəli sürmüşdür. Halbuki, iş materiallarında olan ## ###### 2021-ci il tarixli notarial Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh2 özünə məxsus ünvan 2 ünvanında yerləşən mənzilin 80000 (səksən min) manat qiymətinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 satmışdır. Alqı-satqı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 yalnız alqı-satqı predmeti olan ünvan 2 ünvanında yerləşən mənzilə dair verilmiş hüquqların qeydiyyatı haqqında çıxarışla əmlakın sahibini müəyyən edə bilərdi. Həmin çıxarış isə yalnız cavabdeh cavabdeh2 adına ##.##.2020-ci ildə, yəni alqısatqıdan 1 il 11 ay öncə verilmişdir. cavabdeh2 adına mübahisə predmeti olan mənzilə dair çıxarış yeni verilsə idi, nədənsə şübhələnmək olardı. 2 il öncə verilmiş çıxarış əsasında notarial qaydasında orta bazar qiyməti ilə alqı-satqı həyata keçirildiyindən vətəndaşın nədənsə şübhələnməsi mümkün deyil. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mənzili əldə etdikdən 1 il 10 ay sonra, yəni ## ###### 2022-ci il tarixdə öz qızına bağışlamışdır. Lakin ailə bu günə qədər həmin mənzildə yaşayır, bütün kommunal ödənişləri də həyata keçirir. Şərh edilənlərdən aşkar şəkildə görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 vicdanlı əldə edəndir və mülki qanunvericiliyə əsasən onun hüquqları saxlanılmalıdır. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının və ya başqa şəxslərin bu əmlakda vərəsə kimi hüquqları olmuşsa, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 vicdanlı əldə edən olduğundan həmin şəxslər yalnız miras əmlakın alqı-satqısı zamanı əldə edilmiş pul vəsaitinin özlərinə düşən həcmdə paylarını tələb edə bilərlər. Bundan başqa iş materiallarından görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə iddiaçı və cavabdehin ataları X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ##.##.2015-ci il tarixdə X1 vəfat etmişdir. Vərəsəlik şəhadətnaməsi isə ## ###### 2020-ci ildə verilmişdir. İddiaçı miras açılandan 10 ildən də artıq müddət keçdikdən sonra miras əmlaka dair mübahisə başlamışdır. Halbuki, bu müddət qanunvericiliklə 2 aylıq kəsici müddət kimi müəyyən edilmişdir. Digər tərəfdən həmin dövrdə qüvvədə olan mülki qanunverciliyin tələblərinə əsasən iddiaçı miras əmlakın qəbul edilməsi üçün nəzərdə tutulmuş 6 aylıq müddəti ötürmüşdür. İddiaçı miras əmlakı nə notariat kontoruna müraciət etməklə, nə də faktiki qəbul etməmişdir. Birinci instansiya məhkəməsi işdə olan sübutları səthi şəkildə araşdıraraq, işdə iştirak edən bütün şəxsləri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi şəkildə məlumatlandırmadan tərəflər arasındakı münasibətlərə düzgün hüquqi qiymət verməmişdir. Vicdanlı əldə edən olaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

21. Məhkəmə iclasında cavabdeh cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etdi.

22. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və onun vəkili və nümayəndəsi vəkil1 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etdilər.

23. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

24. Məhkəmə iclasında iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 apellyasiya şikayətini müdafiə edib bildirdi ki, anası vicdanlı alıcıdır, heç nədən xəbəri olmayıb, pulunu verib, evini alıb.

25. Məhkəmə iclasında iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 isə bildirdi ki, Türkiyədə yaşayır. Aygün onun xəbəri olmadan evi satıb.

26. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Ədliyyə Nazirliyi cavabdeh1“ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi və 3-cü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

27. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 29, VII hissə. Dövlət vərəsəlik hüququna təminat verir.

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). ........... 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. ........... Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2(##.##.2025-ci ilədək olan redaksiya). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.2(##.##.2025-ci ildən sonra olan redaksiya). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. (## ###### 2023-cü ilədək olan redaksiya) Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Maddə 1252. (##.##.2025-ci ilədək olan redaksiya) Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Maddə 1252. (##.##.2025-ci ildən sonrakı redaksiya) Əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçir. Maddə 1255 (##.##.2025-ci ilədək olan redaksiya). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1255 (##.##.2025-ci ildən sonrakı redaksiya). Vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Maddə 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Maddə 1273-1(## ###### 2023-cü ilədək olan redaksiya).Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Maddə 1**1.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli Qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

31. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır. **. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

34. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

35. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

36. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.

37. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

38. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

39. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

40. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarının dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq tətbiq etdiyi maddi hüquq normalarını səhv təfsir etmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Bununla əlaqədar, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar hüquqi dəyərləndirmə aparılmasını məhkəmə tərkibi zəruri hesab edir.

41. Əvvəla, apellyasiya baxışı zamanı işin mübahisəsiz halı kimi müəyyən edildi ki, miras qoyan ##.##.1941-ci il təvəllüdlü X1 ilə ##.##.1949-cu il təvəllüdlü X4 birgə nikahından ##.##.1968-ci il təvəllüdlü X2, ##.##.1970-ci il təvəllüdlü mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, ##.##.1975-ci il təvəllüdlü İddiaçı, ##.##.1980-ci il təvəllüdlü Sədiyeva (Süleymanova) Aygün Paşa qızı doğulub. Aydın Sədiyev ##.##.2011-ci ildə ölüb, onun iki övladı - ##.##.1992- ci il təvəllüdlü Sədiyeva Dilbər Aydın qızı və ##.##.1996-cı il təvəllüdlü mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 var. X1 ##.##.2015-ci ildə ölüb, Nazirə Sədiyeva isə ##.##.2019-cu ildə Gürcüstan Respublikasında ölüb.

42. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM.m. 217.2). Miras qoyan ##.##.1941-ci il təvəllüdlü X1 ##.##.2015-ci ildə ölüb. Demək qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin dövrdə və hazırda da qüvvədə olan Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən isə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (##.##.2025-ci ildən bu normaya “etdirdikdə” sözündən sonra, “habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə” sözləri əlavə edilib). Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İddiaçı anasının vəfatından sonra mənzilə dair vərəsəlik işinin aparılmasını bacısı Aygünün üzərinə götürdüyünü, vərəsəlik işi ilə bağlı dəfələrlə məlumat almaq istəsə də, özünə sərf edən məlumatlar verərək müxtəlif bəhanələrlə müddəti uzatdığını, halbuki, xəbəri və razılığı olmadan vərəsəlik hüququ üzrə vərəsəlik şəhadətnaməsi alıb sözügedən mənzili üçüncü şəxslərə satdığını, baxmayaraq ki, vərəsəlik işi açılanda bacılar və qardaşının iki övladı Bakıda olub və bu faktın qanuni vərəsələrin hüquqlarının pozulması demək olduğunu, cavabdeh isə qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində yalnız onun tərəfindən mirasın faktiki olaraq qəbul edildiyini, digər vərəsələr isə miras qoyanın vəfatını bildiyi halda 10 ildən artıq vaxt keçdikdən sonra hazırki iddianı qaldırmaqda haqlı olmadığı üçün iddiaya etiraz edərək rədd edilməsini xahiş edib.

43. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin mövqeyi ilə razılaşaraq iddianı qeyd olunan qaydada təmin edib, qənaətini də yuxarıda göstərilən formada əsaslandırıb. Qeyd olunduğu kimi nə iddiaçı, nə də 3-cü şəxs qismində cəlb edilmiş vərəsələr qanunla müəyyən edilmiş müddətdə, mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə vermədiyi, eləcə də, bu cür ərizə verilməsə də miras əmlaka sahiblik etməməsi və ya əmlakı idarə etməyə faktik başlamaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməməsi də işin mübahisəsiz halıdır. Başqa sözlə, nə iddiaçı, nə də 3-cü şəxs qismində cəlb edilən vərəsələr ən azından belə bir hallara istinad da etmir. Ancaq iddiaçı qanun üzrə vərəsələrin hüquqlarının pozulduğunu göstərir. Bu halları sübut etmək yükü iddiaçı tərəfin üzərinə düşsə də buna dair məhkəməyə heç bir sübut təqdim etməyib. Buna görə də, cavabdehi miras əmlakdan bərabər pay almaqdan məhrum etməkdə qınamaqda haqlı olmayıb.

44. Bundan əlavə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Bu qərarın hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi də qərara alınmışdır. Konstitusiya Məhkəməsi Plenumu ## ###### 2023-cü il tarixli qərarında həmçinin göstərdi ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Hazırki mülki iş də Konstitusiya Məhkəməsi Plenumu ## ###### 2023-cü il tarixli qərarı qəbul edildiyi zaman məhkəmənin icraatında(iddia ərizəsi ##.##.2025-də məhkəməyə daxil olmuşdur) olmamışdır. Demək ki, qeyd olunan Qərardakı hüquqi mövqe bu mübahisəyə bilavasitə şamil edilmir. Bu halın özü də apellyasiya şikayətinin əsaslı olduğuna dəlalət edir.

52. Göstərilənlərdən başqa, məcburi payla əlaqədarı qeyd olunur ki, Mülki Məcəllənin 1202.2-ci maddəsinin tələbinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməli idi. Ancaq iddiaçılar tərəfindən mirasın hansısa formada qəbul edilməsi təsdiq olunmadığından məcburi payın qəbul edilməsindən də söhbət gedə bilməz. Çünki məcburi payın qəbul edilməsi də müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməli idi. Düzdür, Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 3-cü bəndində göstərilib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Lakin Qərarın 4-cü bəndində qeyd olunub ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Hazırki mülki iş də Konstitusiya Məhkəməsi Plenumu ## #### 2024-cü il tarixli qərarı qəbul edildiyi zaman məhkəmənin icraatında(iddia ərizəsi ##.##.2025-də məhkəməyə daxil olmuşdur) olmamışdır. Demək ki, qeyd olunan bu Qərardakı hüquqi mövqe də bu mübahisəyə bilavasitə şamil edilmir. Bu halın özü də apellyasiya şikayətinin əsaslı olduğunu bir daha təsdiq etmiş olur.

53. Göründüyü kimi, iddia tələbinin birinci hissəsi, yəni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi üçün əsas olmadığından, digər hissələrin əsaslı olubolmaması üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına da əsas və zərurət qalmır. Çünki birinci hissənin əsassız olması avtomatik olaraq digər hissələrin də əsaslı və təmin edilməli olmadığını labüd etmiş olur. Bu cür vəziyyətdə birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı iş üzrə gəldiyi nəticəsinin əsassız olduğu bir daha təsdiq edilmiş olur.

54. Beləliklə məhkəmə tərkibi hesab edir ki: Cavabdeh cavabdeh2 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 apellyasiya şikayətləri təmin edilməli; Hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi ləğv edilməli; İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Ədliyyə Nazirliyi cavabdeh1“ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 cəlb edilməklə vərəsəlik şəhadətnaməsinin ləğvi və miras paylarının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməməlidir.

55. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh cavabdeh2 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 apellyasiya şikayətləri təmin edilsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Ədliyyə Nazirliyi cavabdeh1“ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 cəlb edilməklə vərəsəlik şəhadətnaməsinin ləğvi və miras paylarının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar