Məhkəmə qərarları › İş №2(3-6)-2156/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2156/2026

22.06.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2156/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər Bakı şəhəri ** saylı Notariat ofisi və cavabdeh1 Yaqub qızına qarşı mülki iş (Açar sözlər: «vərəsəliyin qəbulu müddətinin bərpa edilməsi, zamana görə maddi hüquq normasının qüvvədə olması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: X1 ilə X9 1943-cü ildə nikah bağlayıb. Evləndikdən sonra kişiyə Əliyev, qadına Əliyeva soyadı verilmişdir.

2. İddiaçı ##.##.1988-ci ildə Lənkəran şəhərində doğulub. X2, anası X3r.

3. X4 ##.##.1993-cü il tarixdə ölüb.

4. X1 ##.##.1994-cü il tarixdə Bakı şəhərində ölüb.

5. X6 ##.##.2015-ci il tarixdə Bakı şəhərində ölüb.

6. Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsində mülkiyyətində olan 0.0336 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 35.8 kv.m yaşayış, 24.6 kv.m köməkçi sahədən ibarət ** nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına ##.##.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

7. Bakı şəhəri ** saylı notariat ofisi tərəfindəən verilmiş ##.##.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilib ki, ilə ##.##.1994-ci il tarixdə vəfat etmiş- X1 vərəsəsi: ünvan 4 ünvanında qeydiyyatda olan qızı cavabdeh1dır və miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - ƏMDK-nin yanında DƏDRXnin Lənkəran Ərazi İdarəsi tərəfindən ##.##.2007-ci il tarixdə X1 verilmiş 802013002439-***** reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi 35.8 kv/m, yardımçı sahəsi 24.6 kv/m olan 2 otaqlı fərdi yaşayış evindən ibarətdir.

8. Bakı şəhəri ** saylı Notariat ofisinin ##.##.2025-ci il tarixli qərarı ilə İddiaçı Qəhərman oğluna vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Qərarın əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, ünvan 1 ünvanında qeydiyyatda İddiaçı Qəhərman oğlunun ##.##.1994-cü il tarixdə vəfat etmiş babası X1 miras qalmış Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsi ünvanında yerləşən torpaq sahəsindən və ** nömrəli fərdi yaşayış evindən ona çatan mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı ##.##.2025-ci il tarixdə Bakı şəhəri ** saylı notariat ofisinə ərizə təqdim etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, vətəndaş İddiaçı Qəhərman oğlu qanunla vərəsəliyin qəbulu üçün müəyyən edilmiş müddəti ötürmüş və faktiki qəbulla bağlı heç bir sübut təqdim edə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq Mülki Məcəllənin 1246-cı maddəsi İddiaçı Qəhərman oğluna mirasın qəbulu ilə bağlı qanunvericiliyin tələbi izah edilmişdir. Lakin İddiaçı tələbini dəyişməmişdir.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İddiaçı ünvanlanmış *-**-*/*-Ə-*****- */****-C-***** nömrəli, ##.##.2025-ci il tarixli məktubunda göstərilib onun Bakı şəhəri ** saylı notariat ofisində vərəsəlik işi üzrə payların düzgün müəyyən edilməməsi barədə müraciətinə baxılmışdır. Müraciətdə bildirilmişdir ki, babası Yaqub Əliyevdən miras qalmış əmlaka dair sözügedən notariat ofisində vərəsəlik işi rəsmiləşdirilərkən, atası Qəhrəman Əliyevə (##.##.1993-cü il tarixdə vəfat etmiş) çatası paya dair onun payı nəzərə alınmamış, bibisi cavabdeh1 tam hissədə pay ayrılmışdır. Araşdırma nəticəsində Y.Əliyevin ##.##.1994-cü il tarixdə vəfat etdiyi, 2 vərəsəsinin (oğlu Qəhrəman Əliyev, qızı cavabdeh1) olduğu, ##.##.2022ci il tarixdə sözügedən notariat ofisində mirası faktiki olaraq qəbul etmiş cavabdeh1 (mərhumun öldüyü günədək onunla eyni ünvanda qeydiyyatda olmuşdur) Lənkəran rayonu, Mirhaşım Ağayev küçəsində yerləşən ** saylı fərdi yaşayış evinə dair vərəsəlik şəhadətnaməsinin verildiyi müəyyən edilmişdir. Bildirilmişdir ki, Azərbaycan SSR Mülki Məcəlləsinin 552 və 553-cü maddələrinə əsasən mirasın qəbulu üçün vərəsəlik açılan gündən altı ay ərzində notariat orqanına ərizə verilməli və ya miras əmlak faktiki idarə edilməyə başlanılmalı idi. Qeyd olunmuşdur ki, notariat işində adından mirasın qəbuluna dair təsdiq edilmiş ərizə, habelə tərəfindən miras əmlakın faktiki idarə edilməsinə dair hər hansı sənəd aşkar edilməmişdir. İzah olunur ki, Mülki Prossesual Məcəllənin 4.1-ci maddəsində əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçı İddiaçı cavabdehlər Bakı şəhəri ** saylı Notariat ofisi və cavabdeh1 Yaqub qızına qarşı vərəsəliyin qəbul edilməsi üçün müddətin ötürülməsinin bərpa edilməsi iddia ərizəsi ilə məhkəmə müraciət edərək, babası X1 miras qalmış ünvan 2 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin mirası qəbul etmək məqsədilə vərəsəliyin qəbul üçün müəyyən edilmiş müddətin ötürülməsini bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiada göstərilib ki, ##.##.1994-cü il tarixində vəfat etmiş babası X1 ##.##.2007-ci il tarixdə verilmiş dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən 0.0336 ha torpaq sahəsindən və ** nömrəli fərdi yaşayış evindən ona çatan mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı ##.##.2025-ci il tarixdə Bakı şəhəri ** saylı notariat ofisinə ərizə təqdim etmişdir. Ərizəsinə cavab olaraq Notariat tərəfindən bildirilib ki, qanunla vərəsəlik qəbulu üçün müəyyən edilmiş müddət ötürülmüşdür. X2 ##.##.1993-cü il tarixində vəfat etmişdir. Eyni zamanda cavabdeh1 Yaqub qızı mirasın qəbulu zamanı onun hüquqlarını pozmuş, mirasdan tam pay almışdır.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsində mülkiyyətində olan 0.0336 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 35.8 kv.m yaşayış, 24.6 kv.m köməkçi sahədən ibarət ** nömrəli fərdi yaşayış evi iddiaçının babası mərhum X1 mülkiyyətində olmuşdur. ##.##.1993-cü il tarixdə iddiaçının X2 vəfat etmişdir. Miras qoyan X1 ##.##.1994-cü il tarixdə vəfat etmişdir. ##.##.2007-ci il tarixdə miras əmlaka dair mərhum Əliyev Yaqubun adına Dövlət Reyestrindən çıxarış verilmişdir. Miras qoyanın həyat yoldaşı (iddiaçının nənəsi) Fatma Əliyeva ##.##.2015-ci il vəfat etmişdir. Cavabdeh cavabdeh1 Yaqub qızı (miras qoyanın qızı) mirası faktiki qəbul etmiş vərəsə kimi (atasının vəfatı gününədək onunla eyni ünvanda qeydiyyatda olduğu üçün) ##.##.2022-ci il tarixində ** saylı notariat ofisinə müraciət edərək, qanun üzrə vərəsəlik şəhadətnaməsini verilməsini xahiş etmişdir. Həmin tarixdə Notariat ofisi tərəfindən cavabdeh1 adına miras əmlakdan tam hissədə pay almasına dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda iddiaçı babasından miras qalmış torpaq sahəsi və fərdi yaşayış evinin mirası qəbul etmək məqsədilə vərəsəliyin qəbul üçün müəyyən edilmiş müddətin ötürülməsini bərpa edilməsi tələbi ilə məhkəməyə müraicət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi, iddiaçının mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı hüquqları və mirasın açılması 2000-ci ilin setnyabr ayının 1-dək qədər yarandığından hazırki mübahisəyə hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan (2000-ci il sentyabr ayının 1-dək qüvvədə olan) Mülki Məcəlləsinin müddəaları qanunun analogiyası üzrə tətbiq edilməlidir. Belə ki, köhnə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən, Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 533-cü maddəsinə əsasən, Birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən, Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 553-cü maddəsinə əsasən, Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. Həmin Məcəllənin 555-ci maddəsinə əsasən, Vərəsə, digər vərəsələrin gəlməsini gözləmədən, miras əmlakına sahiblik etməyə və ya onu idarə etməyə başlaya bilər. Lakin bu halda vərəsə, vərəsəlik açıldığı gündən altı ay keçənə qədər və ya o, miras hüququna dair şəhadətnamə alana qədər, miras əmlakı üzərində sərəncam etməyə (satmağa, girov qoymağa və s.) haqlı deyildir. Bu halda vərəsə, miras əmlakı hesabına, yalnız aşağıdakı xərcləri çəkə bilər: 1) miras qoyanın xəstəliyi zamanı edilən xidmətlər və həmçinin onun dəfni üçün; 2) miras qoymuş şəxsin himayəsində olan şəxslərin saxlanması üçün; 3) əmək haqqı üzrə pretenziyaların və ona bərabər tutulan pretenziyaların təmini üçün; 4) miras əmlakının mühafizəsi və onun idarə edilməsi üçün. Həmin Məcəllənin 561-ci maddəsinə əsasən, Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Miras əmlakı dövlətə keçdikdə də vərəsəlik hüququ haqqında şəhadətnamə həmin qaydada verilir. Həmin Məcəllənin 562-ci maddəsinə əsasən, Vərəsələrə miras hüququ haqqında şəhadətnamə, vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir. Notariat kontorunda şəhadətnamə istəyən şəxslərdən başqa, digər vərəsələrin olmaması barədə məlumat olduqda, qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının atası Qəhrəman Əliyev miras qoyandan əvvəl (1993-cü ildə) vəfat etdiyi üçün, İddiaçı babasının mirasında pay almaq hüququna malik idi. Lakin bu hüquq da qanunla müəyyən edilmiş 6 ay ərzində reallaşdırılmalı idi. İddiaçı mirasın açılmasından (1994) təxminən 31 il sonra məhkəməyə müraciət etmişdir. Müddətin bərpası üçün iddiaçı müddətin ötürülməsinin üzrlü olduğunu sübut etməlidir. Məhkəmə qeyd edir ki, köhnə Mülki Məcəllənin tələbinə görə vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. İşin hallarından görünür ki, iddiaçı babasından miras qalmış əmlakdan payı nə faktiki olaraq, nə də notariusa müraciət edərək qəbul etməmişdir. Əmlak iddiaçının bibisi (cavabdeh) tərəfindən faktiki olaraq qəbul edilib, daha sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatından da görünür ki, babası vəfat edəndə onun 6 yaşı olmuş və o, ailə tərkibini, babasının evini tanımışdır. Məhkəmə hesab edir ki, iddiaçının ən azından yetkinlik yaşına çatdıqdan sonra (2006-cı il) vərəsəlik hüququnu araşdırmaq və vərəsəlik işi ilə maraqlanmaq üçün kifayət qədər vaxtı olmuşdur. İddiaçı öz izahatında bildirmişdir ki, cavabdeh (bibisi) ona hələ 2022-2023-cü illərdə əmlakın sənədləşdirilməsi üçün notariusa gəlməyi təklif etmiş, lakin o, bundan imtina etmişdir. Bu, iddiaçının miras əmlakın varlığından və onun üzərində aparılan hüquqi proseslərdən ən azı 2-3 il öncə xəbərdar olduğunu, lakin hüquqlarını qorumaq üçün vaxtında hərəkət etmədiyini göstərir. Göründüyü kimi iddiaçı miras əmlakı faktiki olaraq qəbul etməmiş və orada yaşamamış, notariusa miras əmlakdan pay almaqla bağlı vaxtında müraciət etməmişdir. Miras əmlakın saxlanması, kommunal xərclərin ödənilməsi və ya təmir edilməsi ilə bağlı iddiaçı tərəfindən heç bir sübut (qəbz, şahid ifadəsi və s.) təqdim edilməmişdir. Halbuki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əksinə, cavabdeh cavabdeh1 miras qoyanla eyni ünvanda qeydiyyatda olmuş və mirası faktiki qəbul etdiyini nümayiş etdirmişdir. İddiaçının notariusun onu kənarda qoymasına dair iddiaları da əsassızdır. Notarius vərəsəlik işini açarkən təqdim olunan sənədlər və qeydiyyat məlumatları əsasında hərəkət edir. Məhkəmə hesab edir ki, notariusun ##.##.2025-ci il tarixli vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina qərarı tamamilə qanunidir, çünki müraciət edildiyi anda həm qanunla müəyyən edilmiş 6 ay müddət bitmiş, həm də artıq vərəsəlik şəhadətnaməsi digər şəxsə (cavabdehə) verilmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı iddia mirasın onun tərəfindən faktiki olaraq qəbul edildiyini sübut edə bilmədiyindən, həmçinin vərəsəliyin qəbulu üçün müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün qanuni əsaslar müəyyən olunmadığından iddiaçı İddiaçı cavabdehlər ** saylı Notariat ofisi və cavabdeh1 Yaqub qızına qarşı "vərəsəliyin qəbul edilməsi üçün müddətin ötürülməsinin bərpa edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib göstərir ki, Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən, qanun üzrə bütün vərəsələr bərabər hüquqlara malikdirlər. Lakin iş üzrə digər vərəsə tərəfindən miras tam mənimsənilmiş, hüquqları nəzərə alınmamışdır. Notariat orqanı isə bütün vərəsələri müəyyən etmədən şəhadətnamə vermişdir. Məhkəmə bu halı nəzərə almamış və maddəni düzgün tətbiq etməmişdir. Miras miras qoyanın son yaşayış yeri üzrə açılır. İş üzrə miras əmlak Lənkəran şəhərində yerləşdiyi halda, vərəsəlik işi Bakı şəhərində aparılmışdır. Bu isə maddənin tələblərinə ziddir və hüquqi nəticələr doğurmamalıdır. Məhkəmə bu pozuntunu nəzərə almamışdır. Qanun mirasın qəbulunun iki yolunu tanıyır: notariusa müraciət və ya mirasın faktiki sahibliyə götürülməsi. Məhkəmə işdə bələdiyyə arayışının (faktiki qəbulun sübutu) olmasına baxmayaraq, bu maddənin tələblərini tətbiq etməmiş, mirası qəbul etmiş şəxsi "müddəti ötürmüş" şəxs kimi qiymətləndirmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.

15. Cavabdeh cavabdeh1 Yaqub qızı elektron kabinet vasitəsilə təqdim etdiyi apellyasiya şikayətinə yazılı etirazda şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edib göstərir ki, məhkəmə iclaslarında iddiaçı öz ifadələrində təsdiq etmişdir ki, babasının əmlakı barədə hələ uşaq olarkən məlumatı olub, həmin evdə yaşamayıb, sadəcə hərdən gedib-gəlib, yetkinlik yaşına çatdıqdan sonra ona dəfələrlə təklif edilmişdir ki, əmlak ilə əlaqədar notariusda rəsmiləşdirmə hərəkətləri həyata keçirilsin, amma o, bu dəvətlərdən imtina etmişdir, Məhkəmənin qərarında bu ifadələr əks etdirilib, lakin apellyasiya şikayətində iddiaçı bildirir ki, guya uzun müddət ərzində miras əmlakının mövcudluğu və özünün vərəsəlik hüquqları barədə məlumatı olmayıb və guya sonradan mulamat əldə etdikdən sonra notariat orqanına müraciət edib. İddiaçı tərəfindən apellyasiya şikayətində məhkəməyə təqdim etdiyi bu məlumatlar özünün uydurmalarıdır. İddiaçı apellyasiya şikayətinə bələdiyyə məmuru tərəfindən verilmiş ##.##.2026-cı il tarixli ***/* nömrəli saxta arayış əlavə edib. Arayış hazırki qətnaməədn təxmini bir ay keçdikdən sonra verilib. Bu arayışda uydurma məlumatlar əks etdirilib. Bələdiyyə məmuru arayışda qeyd edib ki, guya iddiaçı sözügedən evdə yaşamışdır. Bu məlumatı yazmaq üçün bələdiyyə məmurunun heç bir əsası və sübutu yoxdur. Arayışda əks etdirilmiş bu saxta məlumat iddiaçının məhkəmədə verdiyi öz ifadələrinə ziddiyyət təşkil edir və apellyasiya şikayətində bildirdiklərini təkzib edir. İddiaçı mirası qəbul etmək üçün ötürdüyü müddətin bərpa edilməsini xahiş etsə də, heç bir üzrlü səbəbinin olmadığına görə tələbini əsaslandıra bilməmişdir. Beləliklə, iddiaçı qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürdüyünü (ümumilikdə ötürülmüş müddət - 31 il; yetkinlik yaşına çatdıqdan sonra ötürülmüş müddət - 20 ildən çox) və bunun heç bir üzrlü səbəbi olmadığını etiraf edib. İşin bütün bu halları birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış və qətnaməsində də öz əksini tapmışdır. Hesab edir ki, mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət iddiaçı tərəfindən üzürsüz səbəbdən ötürülmüşdür və bu prosesual müddətin bərpa edilməsi üçün heç bir əsas yoxdur. Bundan başqa, iddiaçı miras payı üçün barəsində müraciət etdiyi evdə heç vaxt yaşamayıb və mirasın faktiki qəbul edilməsində qətiyyən iştirak etməyib.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

16. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.

17. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh cavabdeh1 Yaqub qızı məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi, cavabdeh Bakı şəhəri ** saylı Notariat ofisi isə dəftərxana vasitəsilə təqdim etdiyi ərizədə işlərinin çoxluğu ilə məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

18. Azərbaycan SSR Mülki Məcəlləsi: (## ######## 2000-ci il tarixədək qüvvədə olmuş)

Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyаtа keçirilir. Vərəsəlik о vаxt qanun üzrə оlа bilər ki, о, vəsiyyətlə dəyişdirilməsin. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Maddə 529. Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Maddə 530. Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir.Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Maddə 553. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (hazırda qüvvədə olan ## ######## 2000-ci il tarixli):

Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2(##.##.2025-ci ilədək olan redaksiya). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.2(##.##.2025-ci ildən sonrakı redaksiya). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. (## ###### 2023-cü ilədək olan redaksiya) Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1248.1(##.##.2025-ci ilədək olan redaksiya). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Maddə 1255 (##.##.2025-ci ilədək olan redaksiya). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1255 (##.##.2025-ci ildən sonrakı redaksiya). Vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Maddə 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Maddə 1273-1(## ###### 2023-cü ilədək olan redaksiya).Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli Qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

22. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.

23. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

25. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

26. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

27. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

28. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

29. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

30. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

31. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

32. Belə ki, işin mübahisəsiz halıdır ki, X1 ilə X9 1943-cü ildə nikah bağlayıb. Evləndikdən sonra kişiyə Əliyev, qadına Əliyeva soyadı verilib. Onların nikahından bir neçə övladları, o cümlədən iddiaçının X2 və cavabdeh bibisi cavabdeh1 Yaqub qızı doğulub. İddiaçı İddiaçı ##.##.1988-ci ildə Lənkəran şəhərində doğulub. X2, anası X3r. İddiaçının atası X4 ##.##.1993cü il tarixdə, babası mirasqoyan - X1 ##.##.1994-cü il tarixdə, nənəsi X6 isə ##.##.2015-ci il tarixdə ölüb. Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsində mülkiyyətində olan 0.0336 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 35.8 kv.m yaşayış, 24.6 kv.m köməkçi sahədən ibarət ** nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına ##.##.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb. Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilən ##.##.1994-ci il tarixdə ölən-X1 vərəsəsi kimi ünvan 4 ünvanında qeydiyyatda olan qızı cavabdeh1 həmin miras əmlakdan tam hissədə pay almasına dair ##.##.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib.

33. Əvvəla, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM.m. 217.2). Miras qoyan - X1 ##.##.1994-cü il tarixdə ölüb. Demək qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin dövrdə Azərbaycan SSR-in 1964-cü ildə qəbul edilmiş Mülki Məcəlləsi qüvvədə olmuşdur. Həmin Məcəllənin 552-ci maddəsində göstərilir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Hazırda qüvvədə olan Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən (##.##.2025-ci ilədək olan redaksiya) vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən (##.##.2025-ci ildən sonrakı redaksiya) isə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

34. Göründüyü kimi, hər iki Mülki Məcəllənin tələbinə görə iddiaçı tərəfindən mirasın hansısa formada qəbul edilməsi hər hansı bir sübutla təsdiq edilmir. Baxmayaraq ki, bu halları sübut etmək yükü onun üzərinə düşür, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməyib. Əksinə işdə olan sübutlarla iddiaçının miras əmlakı nə faktiki, nə də notariat orqanına ərizə verməklə qəbul etməsi təkzib olunur. Demək ki, mirasqoyanın ölümündən sonra onun miras əmlaka sahiblik və istifadə etməsi də inandırıcı və ağlabatan deyildir. Çünki iddiaçı miras açıldıqdan əvvəl də, sonra da yetkinlik yaşına çatmasa da başqa ünvanda yaşamış, miras əmlakla əlaqələri kəsilmiş, həmçinin mirası faktiki qəbul edəcək hərəkətlər etməmiş, eləcə də 31 ilə keçməsinə baxmayaraq yetkinlik yaşına çatanadək qanuni nümayəndəsi olan anası vasitəsi ilə, yetkinlik yaşına çatdıqdan (2006) sonra isə özü 20 ilə yaxın müddətdə mirası qəbul etmək üçün notariat orqanına ərizə verməyib. Bununla da öz subyektiv vərəsəlik hüququnu həyata keçirməyib. Bu cür vəziyyətdə iddiaçının tələbi əsaslı ola bilməzdi.

35. Bundan əlavə, iddiaçının 31 ildən artıq bir müddətdə susması, yəni miras əmlakın cavabdehin faktiki mülkiyyətində olmasını bildiyi halda bu vaxta qədər vərəsəliyə dair hansısa mübahisə açmaması, hətta 2022-ci ildə cavabdehin vərəsəliklə bağlı onu məlumatlandırmasını bəyan etməsi də hazırkı iddianın xoş niyyətlə irəli sürülmədiyinə dəlalət edir. Çünki iddiaçı bilib ki, miras əmlak vərəsələik qaydasında hələ 1994-cü ildən faktiki, 2022-ci ildən isə rəsmi qaydada cavabdehin mülkiyyətinə keçmişdir. Həmin vaxtdan sonra da miras əmlaka dair iddiası olmayıb.

36. Beləliklə, birinci instansiya məhkəməsinin iddianı tam rədd etməsi ilə bağlı mövqeyi ilə məhkəmə tərkibi də razılaşır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə əsasən, faktiki qəbul dedikdə vərəsənin elə hərəkətləri nəzərdə tutulur ki, bu hərəkətlər: - miras əmlaka faktiki sahiblik (məsələn, köçüb yaşamaq, əmlakı öz nəzarətinə götürmək), - miras əmlakı faktiki idarəetmə (məsələn, saxlanılma, təmir, kommunal ödənişlər) niyyətini və reallığını göstərsin. Təkcə evə ara-sıra gedib-gəlmək, evdə otaq ayrılması, otaqda əşyaların olması kimi epizodik hallar, əgər onlar vərəsə kimi sahiblik və idarəetmə iradəsini isbat etmirsə, faktiki qəbul sayılmır. Mülki Prosessual Məcəllənin ümumi prinsiplərinə görə, iddia tələbinin hüquqi əsasını təşkil edən hallar (mirası qəbul etmə faktı, faktiki qəbul hərəkətləri, müddət daxilində davranışlar) iddiaçı tərəfindən sübuta yetirilməlidir.

37. Ancaq miras əmlaka faktiki sahiblik etməsini, məsələn, köçüb yaşamasını, əmlakı öz nəzarətinə götürməsini iddiaçı özü də israr etmir. Bununla yanaşı, miras əmlakı faktiki idarəetmə, məsələn, saxlanılmasını, təmir etməsini, kommunal ödənişlər etdiyini və bu xarakterli digər hərəkətlər etmək niyyətini və reallığını da ümumiyyətlə göstərmir. Bu cür vəziyyətdə təkcə evə yay tətilində ara-sıra gedib-gəlmək kimi hallar, vərəsə kimi sahiblik və idarəetmə iradəsini isbat etmədiyindən faktiki qəbul da sayılmır. Yəni iddia tələbinin hüquqi əsasını təşkil edən bu hallar (mirası qəbul etmə faktı, faktiki qəbul hərəkətləri, müddət daxilində davranışlar) iddiaçı tərəfindən sübuta yetirilməlidir.Çünki bu halları sübut etmək yükü iddiaçının üzərinə düşür. Ancaq iddiaçı istinad etdiyi halları sübut edə bilməyib. Bu cür vəziyyətdə iddiaçını qanun üzrə birinci dərəcə vərəsə olan mərhum atasına çatacaq miras payının müəyyən edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur.

38. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar