Məhkəmə qərarları › İş №2(3-6)-2165/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2165/2026

14.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2165/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X3 cavabdeh “xxxx” ASC-yə qarşı “sığorta hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “sığorta hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçı X3, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, MÜƏYYƏN ETDI: Işin halları:

1. Iddiaçı X3 cavabdeh “xxxx” ASC-yə qarşı “sığorta hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı məxsus sığorta müqaviləsi əsasında cavabdeh “xxxx” ASC-də sığortalanmış **-BE-*** dövlət nömrə nişanlı BAIC M60 CVT KING markalı nəqliyyat vasitəsinin sığorta hadisəsi nəticəsində dəymiş 3.000 manat zərərin aradan qaldırılması üçün həmin xərcin və məhkəməyə müraciət üçün ödənilmiş 50 manat dövlət rüsumunun cavabdeh “xxxx” ASC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında ## ###### 2023-cü il tarixində icbari sığorta müqaviləsi bağlanmış və həmin sığorta müqaviləsinə əsasən, cavabdeh iddiaçının mülkiyyətində olan ** BE *** dövlət nömrəli BAIC M 60 CVT KING markalı nəqliyyat vasitəsini bir il müddətinə 50.000 manat məbləğində sığortalamış və bunun əsasında iddiaçının adına PXA********** nömrəli sığorta şəhadətnaməsi qeydiyyata alınmışdır. 2024-cü il # #### tarixində Bakı şəh, Səbail ray, Ibrahim Məmmədov küçəsində baş vermiş qəza hadisəsi zamanı iddiaçının yuxarıda qeyd olunan BAIC M 60 CVT KING markalı ** BE *** nömrəli nəqliyyat vasitəsinə Isuzu NPR66L markalı, ** JJ *** nömrəli nəqliyyat vasitəsinin təqsiri nəticəsində zərər dəymişdir. Beləliklə, iddiaçı 3.000 manat zərərə uğramışdır. Bununla əlaqədar iddiaçı cavabdehə vaxtında müraciət etmiş, həmçinin sığorta hadisəsinə görə ona sığorta ödənişinin ödənilməsini xahiş etmişdir. Ilk olaraq sığorta ödənişinin ödəniləcəyi şifahi qaydada bildirilməsinə və avtomobilin servisə yönləndirilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış və məzmunu qanunvericiliyə uyğun olmayan əsaslarla tərtib edilmiş 2024-cü il ## #### tarixli bildirişlə sığorta ödənişinin ödənilməsindən imtina edilmişdir. Halbuki qanunvericiliyin və icbari sığorta müqaviləsinin tələblərinə görə, cavabdeh ya sığorta ödənişini iddiaçıya ödəməli, ya da cavabdeh öz vəsaiti hesabına sığortalı əmlakı tam təmir etdirməli idi. Lakin bu günədək nə sığorta ödənişi iddiaçıya ödənilməmiş, nə də ki əmlakın təmir olunması üçün cavabdeh hər hansı zəruri addım atmamışdır. Əksinə sonuncu dəfə yuxarıda qeyd olunan 2024-cü il ## #### tarixli bildirişlə qəza hadisənin sığorta hadisəsi olmadığı bildirilmişdir. Halbuki iddia ərizəsinə əlavə edilmiş qəza hadisəsinin video görüntüsündən də göründüyü kimi, hadisə ** JJ *** nömrəli yük maşınının sürücüsünün təqsiri nəticəsində baş vermişdir. Belə ki, yük maşınının arxa qapısının müvafiq təhlükəsizlik təsdbirləri alınmadan qaldırılması, hətta bunun yolun dayan və durmanın qadağan olunmuş hissəsində həyata keçirilməsi təqsirin yük maşınının sürücüsündə olduğunu sübut edir. Qeyd olunan faktları sübut edən video görüntü ilə yanaşı, iddia ərizəsinə əlavə olunmuş DYP sənədlərindən də belə təqsirin ** JJ *** nömrəli yük maşınının sürücüsündə olduğunun müəyyən edildiyi görünür. Həmçinin, yük maşının sürücü buna görə inzibati məsuliyyətə də cəlb edilmişdir. Iş üzrə sübutlardan və qanunvericiliyin tələblərindən sözügedən yük maşınının sürücüsünün təqsirli olması öz təsdiqi tapdığı halda, cavabdeh iddiaçıya əsassız mülahizələrlə sığorta ödənişinin ödənilməsindən yayınmışdır.

3. Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Ayşən Sultanova-Məmmədova) ilə iddia tələbi təmin edilməmişdir.

4. Iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onların dəlilləri:

5. Iddiaçı apellyasiya şikayəti verərək qeyd etmişdir ki, rayon məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə qanunsuz və əsassızdır. Qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmışdır. Rayon məhkəməsi tərəfindən işin halları düzgün araşdırılmamış və sübutlara düzgün qiymət verilməmişdir. Ilk növbədə, rayon məhkəməsi hadisənin başvermə mexanizmini tam şəkildə müəyyən etməmişdir. Iş materiallarında mövcud olan video-görüntülər, yol-nəqliyyat hadisəsi ilə bağlı inzibati materiallar və digər sübutlar hadisənin nəqliyyat vasitəsinin istismarı zamanı baş verdiyini açıq şəkildə göstərdiyi halda, məhkəmə bu halların mahiyyətinə nüfuz etməmiş və onları formal şəkildə qiymətləndirmişdir. Bundan əlavə, rayon məhkəməsi nəqliyyat vasitəsinin konkret olaraq hansı istifadə mərhələsində (dayanma, yük boşaldılması, konstruktiv elementin açılması və s.) olduğunu müəyyən etməmiş, bu halın hüquqi əhəmiyyətini ümumiyyətlə araşdırmamışdır. Halbuki bu məsələ iş üzrə əsas hüquqi qiymətləndirmə üçün həlledici əhəmiyyət daşıyır. Qətnamədə sığorta hadisəsi anlayışı əsassız olaraq daraldılmış və qanunun məqsədinə zidd şəkildə şərh edilmişdir. Belə ki, rayon məhkəməsi yalnız nəqliyyat vasitəsinin birbaşa hərəkətdə olduğu halları sığorta hadisəsi kimi qəbul etmiş, nəqliyyat vasitəsinin istismarı ilə bağlı digər halları (dayanma, yükləmə-boşaltma, texniki qapıların açılması və s.) nəzərə almamışdır. Hazırkı iş üzrə müəyyən edilmişdir ki, hadisə nəqliyyat vasitəsinin istismarı zamanı baş vermiş, yük avtomobilinin arxa qapısının açılması nəticəsində üçüncü şəxsin əmlakına zərər dəymişdir. Bu isə birbaşa olaraq nəqliyyat vasitəsinin funksional istifadəsinin nəticəsidir və sığorta hadisəsi anlayışının tərkibinə daxildir. Qeyd edilənlərə əsasən qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və şikayətin məzmununa uyğun izahat verdi, eyni zamanda da bildirdi ki, avtomobili idarə edən zaman yük maşının arxa hissəsindən qurğunun hərəkət etdiyini görməyib. Həmçinin orada yükboşaldılması zamanı təhlükəsizlik qaydalarına riayət edilməmiş, xəbərdarlıq işarəsi qoyulmamışdır.

7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin təmin edilməməsini xahiş etdi və bildirdi ki, “Icbari sığorta haqqında” qanunun 52.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinə quraşdırılmış qurğular yol hərəkətində birbaşa iştirak etmiş hesab edilmir. Buna görə də baş vermiş hadisə sığorta hadisəsi hesab edilmədiyindən sığorta ödənişinin ödənilməsinə hüquqi əsaslar mövcud deyil. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

8. BB seriyalı ****** nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “BAIC M60 CVT KING Minik” markalı, ağ rəngli, 2021-ci il buraxılışlı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

9. PXA********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, İddiaçı “BAIC M60 CVT KING Minik” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “xxxx” ASC-də sığorta etdirmişdir. Bu sığorta, avtomobilin Azərbaycan Respublikası ərazisində istifadəsi zamanı üçüncü şəxslərin sağlamlığına və ya əmlakına dəymiş zərərin qarşılanmasını nəzərdə tutmuşdur. Sığorta şəhadətnaməsi ##.##.2023cü il tarixdən ##.##.2024-cü il tarixədək qüvvədə olmuşdur.

10. X2 ##.##.2024-cü il tarixdə Səbail rayon Polis Idarəsinə verdiyi izahatından görünür ki, ##.##.2024-cü il tarixində Sabirabad rayonu, Bayıl qəsəbəsi, Ibrahim Məmmədov küçəsində yol vərəqəsi ilə idarə etdiyi Mitsubishi markalı yük avtomobilini yolun sol hissəsində saxlamışdı. Supermarketə avtomaşında olan yükləri boşaldan zaman, arxa qapını qaldırmaq üçün yanında olan köməkçi fəhlə X1 lapanı (qapını) qaldırmasını bildirmişdir. Lapanı qaldıran zaman həmin küçədə hərəkət edən “Baic” markalı avtomobilin sağ yan hissəsi ilə lapanın sol küncü toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı heç bir bədən xəsarəti alan olmamışdır.

11. İddiaçı ##.##.2024-cü il tarixdə Səbail rayon Polis Idarəsinə verdiyi izahatından görünür ki, ##.##.2024-cü il tarixində saat 14:30-da Səbail rayonu, Bayıl qəsəbəsi, Ibrahim Məmmədov küçəsində özünə məxsus "Baic" markalı **-BE-*** nömrə nişanlı avtomobili ilə hərəkətdə olan zaman yolun sağ hissəsində dayanmış "Isuzu" markalı **-JJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili arxa qapısını qəfildən açarkən onun hərəkətdə olan avtomobilinin sağ yan hissəsinə vurmuşdur. Hadisə baş verən zaman heç bir bədən xəsarəti alan olmamışdır.

12. Səbail rayon DYPŞ-in TP ******* nömrəli, ##.##.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 ##.##.2024-cü il tarixdə saat 14:30-da Səbail rayonu, Ibrahim Məmmədov küçəsində “Isuzu NPR66L Yük” markalı **-JJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma və və ya durma qaydalarını pozmuş, nəticədə tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində 20 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

13. AR DIN Səbail rayon DYPŞ tərəfindən verilmiş Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, ##.##.2024-cü il tarixdə saat 14:30-da Səbail rayonu, Ibrahim Məmmədov küçəsində yol nəqliyyat hadisəsi baş vermişdir. “Isuzu NPR66L Yük” markalı **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi “xxxx” MMC, hadisə baş verdiyi anda sürücüsü X2r. Yol nəqliyyat hadisəsinin baş verdiyi anda sürücünün yol vərəqəsi ilə sürücülük hüququ olmuş, sürücü ayıq vəziyyətdə olmuşdur. Hadisə nəticəsində İddiaçı mülkiyyətində olan “BAIC M60 CVT KING Minik” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sağ yan hissəsinə zərər dəymişdir.

14. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış **/**-**** nömrəli, ##.##.2024-cü il tarixli bildirişdən görünür ki, ##.##.2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Ibrahim Məmmədov küçəsində "xxxx" ASC-də (bundan sonra Şirkət) "Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü ilə sığortalanmış "Baic M60 CVT King minik" markalı, **-BE- *** dövlət qeydiyyat nişanlı və "Isuzu NPR66L yük" markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilərinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Onun Şirkətə ünvanladığı sığorta tələbi ilə bağlı ərizəsinə əsasən tərəflərindən araşdırma aparılmış və məlum olmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Ibrahim Məmmədov küçəsində tərəfindən idarə edilən "Baic M60 CVT King minik" markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi həmin küçədə hərəkətsiz vəziyyətdə dayanmış "Isuzu NPR66L yük" markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yük qapısı ilə toqquşmuşdur. Nəzərinizə çatdırılmışdır ki, "Icbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülld məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində Istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (va ya) əmlakına dəymış zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin qanununun 52.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. Avtonəqliyyat vasitəsində quraşdırılmış, lakin onun yol hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan avadanlıqların istismarı avtonəqliyyat vasitəsinin istifadəsi hesab edilmir. Yuxarıda qeyd edilən qanunun müddəalarından məlum olur ki, həmin maddələrdə sığortalı və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı ilə bağlı mexaniki nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində hərəkəti nəticəsində fiziki və hüquqi şəxslərin əmlakına və sağlamlığına vurulan zərərin əvəzi ödənilir. Belə ki, AR DIN Bakı şəhəri Səbail RPI-yə verilən izahatda "Isuzu NPR661 yük" markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dayanmış (hərəkətsiz) vəziyyətdə olduğu qeyd edilmişdir. Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtinanın əsasıdır. Yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bildirilmişdir ki, ##.##.2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Ibrahim Məmmədov küçəsində "Baic M60 CVT King minik" markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı və "Isuzu NPR66L yük" markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş hadisə sığorta hadisəsi hesab edilmədiyindən sığorta ödənişinin ödənilməsinə hüquqi əsaslar mövcud deyil.

15. “xxxx” MMC-nin CC/QH-***-**** saylı ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektinə dəymiş zərər məbləğinin müəyyən etmək üçün xərc və müqayisə yanaşmalarından istifadə etməklə zədələnmiş hissələr aşkar olunmuş, hissələrin təmir dəyəri və dəyişdirilməsi nəzərdə tutulan hissələrin orta bazar dəyəri hesablanaraq nəticədə ümumilikdə avtomobilin yol nəqliyyat hadisəsi nəticəsində zərər məbləği müəyyən etmək mümkün olmuşdur. Bütün göstərilənləri nəzərə alaraq aparılan təhlil və hesablamalar nəticəsində BAIC M60 CVT KING 2021-ci il model avtomobilin sağ ön və sağ arxa qapılarının BAIC rəsmi servis qiymətləri, eləcə də sökülmə, yenisi ilə əvəz olunma, rənglənmə və usta xərcləri nəzərə alınmaqla ümumi təmir dəyəri 2.120 AZN (iki min yüz iyirmi manat) təşkil edir.

16. Iddiaçı tərəfindən CD disk vasitəsilə təqdim edilmiş video-görüntüdən müəyyən edilir ki, iddiaçı idarə etdiyi "Baic M60 CVT King minik" markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən yolun sağ hissəsində dayanmış vəziyyətdə olan "Isuzu NPR66L yük" markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı yük maşınının arxa qapısı açılaraq onun hərəkətdə olan avtomobilinin sağ yan hissəsinə dəymiş, nəticədə avtomobilin sağ yan hissəsi zədələnmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 883.1. sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 884.1. sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. Maddə 897.1. icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. Maddə 922.1. sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 925-1.1. “Icbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. Maddə 925-1.2. müstəqil ekspert sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin təklif etdiyi üç müstəqil ekspertin sırasından seçilərək 3 (üç) iş günü ərzində sığortaçı tərəfindən təyin edilir. Maddə 925-1.3. sığortaçı bu Məcəllənin 925-1.2-ci maddəsində müəyyən edilmiş müddət ərzində müstəqil eksperti təyin etmədikdə sığortalı, sığorta olunan və ya faydalanan şəxs zərərin qiymətləndirilməsi üçün özünün seçdiyi müstəqil ekspertə müraciət etmək hüququna malikdir. Maddə 925-1.4. müvafiq hallarda sığortalı, sığorta olunan və ya faydalanan şəxs bu Məcəllənin 925-1.2-ci maddəsinə uyğun olaraq zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsinin nəticələrini qəbul etmədikdə həmin maddədə nəzərdə tutulmuş qaydada zərərin təkrar qiymətləndirilməsini tələb edə bilər. Maddə 925-1.5. müstəqil ekspert zərərin qiymətləndirilməsinin nəticələrini sığortaçıya, həmçinin müvafiq hallarda sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə təqdim etməlidir. Maddə 933.1. sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. Maddə 934.1. bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Maddə 1108.1. ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Icbari sığortalar haqqında” Qanun: Maddə 50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Maddə 50.2. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin II hissəsinə uyğun olaraq qeydiyyatdan keçmiş mexaniki avtonəqliyyat vasitələrinin və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir. Maddə 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Maddə 52.2. Avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. Avtonəqliyyat vasitəsində quraşdırılmış, lakin onun yol hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan avadanlıqların istismarı avtonəqliyyat vasitəsinin istifadəsi hesab edilmir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

20. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

22. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

23. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

24. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

25. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Maddə 376.2. Işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

28. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

30. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

32. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Hazırkı halda Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

35. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

36. Iddiaçının iddia ərizəsinin əsas tələbi sığorta hadisəsi nəticəsində avtomobilinə dəymiş 3.000 (üç min) manat zərərin ödənilməsidir.

37. Hazırkı işin hallarından müəyyən olur ki, iddiaçı ##.##.2024-cü il tarixində saat 14:30-da Səbail rayonu, Bayıl qəsəbəsi, Ibrahim Məmmədov küçəsində özünə məxsus "Baic M60 CVT King minik" markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman yolun sağ hissəsində dayanmış "Isuzu NPR66L yük" markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa qapısı açılarkən onun hərəkətdə olan avtomobilinin sağ yan hissəsinə dəymiş, nəticədə avtomobilin sağ yan hissəsi zədələnmişdir. Iddiaçı zərərin qarşılanması üçün sığortaçıya müraciət etsə də, sığorta ödənişinin verilməsindən imtina edilmişdir.

38. Məhkəmə iddia tələbini təmin etməyən rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məlum olduğu kimi sığorta ödənişi yalnız qanunla müəyyən edilmiş sığorta hadisəsi baş verdikdə ödənilir. “Icbari sığortalar haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır.

39. Həmin Qanunun 52.1-ci maddəsindən görünür ki, avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 52.2-ci maddəyə əsasən, avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. Avtonəqliyyat vasitəsində quraşdırılmış, lakin onun yol hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan avadanlıqların istismarı avtonəqliyyat vasitəsinin istifadəsi hesab edilmir. Hazırkı işin hallarından, iş materiallarındakı sübutlardan, iddiaçının təqdim etdiyi videogörüntülərdən

40. və tərəflərin izahatlarından müəyyən olduğu kimi yol-nəqliyyat hadisəsi baş verən zaman yük avtomobili hərəkətsiz – yol kənarında dayanmış vəziyyətdə olmuşdur. Iddiaçının avtomobilinə dəymiş zərər yük avtomobilinin hərəkəti nəticəsində deyil, onun üzərində - arxa hissəsində yüklərin boşaldılması məqsədi ilə quraşdırılmış xüsusi qurğunun, yəni qapının yük boşaltmadan sonra qaldırılması zamanı baş vermişdir. Bu isə yük avtomobilinin yol hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan avadanlığının istismarı ilə bağlı olmuşdur ki, bu da avtonəqliyyat vasitəsinin istifadəsi hesab edilmədiyindən, bu zaman baş vermiş hadisə də sığorta hadisəsi hesab edilmir. Belə olan halda isə “Icbari sığortalar haqqında” Qanuna əsasən sığortaçı – cavabdeh iddiaçı qarşısında hər hansı öhdəlik daşımadığından iddiaçının iddia tələbi əsassızdır və təmin edilə bilməz.

41. Məhkəmə onu da qeyd edir ki, iddiaçının sığortaçıya qarşı iddia tələbi əsassız olsa da, o, baş vermiş hadisə nəticəsində avtomobilinə dəymiş zərərin əvəzinin ödənilməsini bilavasitə zərərvuran şəxsdən ümumi qaydada tələb etmək hüququna malikdir.

42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır.

43. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”

45. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

46. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarında Insan Haqları üzrə Avropa Məhkəməsinin qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.

47. Qeyd olunanlara əsasən, Məhkəmə hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.

48. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

49. Göstərilənlərə əsasən Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

51. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

52. MPM-in 402.1-ci madəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

53. Hazırkı iş üzrə iddianın qiyməti 3000 (üç min) manat olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

54. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDI:

Iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar