Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2182/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı İddiaçı oğlunun, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh cavabdeh2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər X2 və cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçi cavabdeh2 məxsus 2003-cü il buraxılışlı, qara rəngli, mühərrik nömrəsi 11294931464778, ban nömrəsi WDB2110651A213933 olan, MERSEDES BENZ E320 markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə üzrə nümayəndə cavabdeh1 tərəfindən ona - İddiaçı satılmasına dair ## #### 2024-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı Akif oğlunun iddia ərizəsinin tam təmin olunmasını və iddia ərizəsinə uyğun olaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən göndərilmiş İddiaçı Akif oğlunun iddia ərizəsini rəsmi qaydada poçtdan almış, oxumuşdur və məlumatlıdır. Mülkiyyətində olan MERSEDES-BENZ E320 markalı, 77-GB274 dövlət deydiyyat nişanlı avtomobili cavabdeh1 baş etibarnamə əsasında satmışdır. Maşının açarın (mühərriki işə salan) və qeydiyyat şəhadətanaməsini Amilə təhvil vermişdir. Həmin vaxt cavabdeh1 şəxsi işlərinin çox olduğu üçün vaxt edib gedib avtomobili rəsmiləşdirə bilməmişlər. ##.##.2024-cü il tarixində cavabdeh1 baş etibanamə vermişdir. Düşünmüşdür ki, gedib nə vaxtsa adına rəsmiləşdirər. Lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən poçt və sms bildirişi gələndən sonra məlum olmuşdur ki, Amil də maşını onun verdiyi baş etibarnamə əsasında İddiaçı Akif oğluna satmışdır. Aralarında rəsmi müqavilə olmasa da, qeyri-rəsmi olaraq etibarnamə ilə satmış və pul məbləğini almışdır. Baxmayaraq ki, avtomobil onun adındadır, amma MERSEDES BENZ E320 markalı, **-GB-*** dövlət deydiyyat nişanlı avtomobilin mülkiyyət sahibi İddiaçı Akif oğludur. Nəticə olaraq İddiaçı Akif oğlunun iddia ərizəsi əsaslıdır və tam təmin olunmalıdır. Hər hansı bir şikayəti yoxdur və gələcəkdə də iddia tələbi olmayacaqdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi ilə iddiаçının iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən iddiaçı (nümayəndəsi-vəkili) apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən tərəflər aralarındakı mübahisəni barışıq yolu ilə həll etdiklərini və barışıq sazişi bağladıqlarını qeyd edir və barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini xahiş edirlər. Təqdim edilmiş Sazişindən görünür ki, tərəflər (iddiaçı İddiaçı və cavabdeh cavabdeh2) aşağıdakı şərtlərlə razılığa gəlmişlər: 2.1.1. Sazişin İkinci Tərəfi bildirir və təsdiq edir ki, hal-hazırda mülkiyyət hüququ onun adına qeydiyyata alınmış MERSEDES-BENZ E320 markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə verdiyi cavabdeh1 vasitəsilə Birinci Tərəfə ##.##.2024cü il tarixində satıldığını, həmin tarixdə avtomobilin dəyərini tam olaraq almış və ##.##.2024cü il tarixində faktiki olaraq alqı-satqı müqaviləsi bağlamaqla Birinci Tərəfin mülkiyyətinə verilmişdir. 2.1.2. X4 bildirir və təsdiq edir ki, hal-hazırda mülkiyyət hüququ İkinci Tərəfin adına qeydiyyata alınmış MERSEDES-BENZ E320 markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə verdiyi cavabdeh1 vasitəsilə İkinci Tərəfdən ##.##.2024-cü il tarixindən satın aldığını və həmin tarixdə avtomobilin dəyərini tam olaraq ödəyərək və faktiki olaraq alqı-satqı müqaviləsi bağlamışdır. 2.1.3. Yekun olaraq Tərəflərlər təsdiq edirlər ki, ##.##.2024-cü il tarixində faktiki olaraq cavabdeh2 ilə İddiaçı arasında MERSEDES-BENZ E320 markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqı müqaviləsi bağlanmışdır. 2.1.4. Tərəflər razılaşırlar ki, bu Sazişin təsdiq edilməsi ilə MERSEDES-BENZ E320 markalı, 77-GB274 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində mülkiyyət hüququ ##.##.2024-cü il tarixindən İddiaçı keçmiş hesab edilir. 2.1.5. Tərəflər razılaşırlar ki, bu Sazişin təsdiq edilməsi barədə məhkəmə qərardadı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə təqdim edildikdən sonra MERSEDESBENZ E320 markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətinə verilməsi ilə bağlı qeydiyyat tam başa çatdıqdan sonra Tərəflərin bir-birinə heç bir tələbi qalmayacaq və gələcəkdə hazırkı iş üzrə eyni predmet üzrə hər hansı tələb irəli sürməyəcəklər. 2.2. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.3. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.
3. Digər şərtlər: 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. 3.3. Bu Saziş 4 nüsxədə tərtib edilmişdir. Sazişin Birinci və İkinci tərəfində hərəsində bir nüsxə saxlanılır, Bakı Apelyyasiya Məhkəməsində və bir nüsxəsi Bakı Apellyasiya Məhkəməsi tərəfindən bu saziş təsdiq edildikdən sonra təsdiq ediləməsi barədə qərardadla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə təqdim ediləcəkdir. 3.4. Bu Saziş Məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3, 52.5, 191.2, 261.0.5, 370-ci maddələrini nəzərə alaraq iş materiallarını nəzərdən keçirib, prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Mübahisə edən tərəflərin iradələrinə uyğun olaraq aralarında bağlanılmış barışıq sazişi təsdiq olunmaqla, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək işin icraatına xitam verilməli və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi diqqətə çatdırılmalıdır. Məhkəmə xərcləri üzrə kollegiya belə qənaətə gəlir ki, ödənilən dövlət rüsumu hissəsində məhkəmə xərcləri tərəflərə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370, 377, 384, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Tərəflər - iddiaçı İddiaçı və cavabdeh X2 arasında aşağıdakı şərtlərlə bağlanılmış barışıq sazişi təsdiq edilsin: 2.1.1. Sazişin İkinci Tərəfi bildirir və təsdiq edir ki, hal-hazırda mülkiyyət hüququ onun adına qeydiyyata alınmış MERSEDES-BENZ E320 markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə verdiyi cavabdeh1 vasitəsilə Birinci Tərəfə ##.##.2024cü il tarixində satıldığını, həmin tarixdə avtomobilin dəyərini tam olaraq almış və ##.##.2024cü il tarixində faktiki olaraq alqı-satqı müqaviləsi bağlamaqla Birinci Tərəfin mülkiyyətinə verilmişdir. 2.1.2. X4 bildirir və təsdiq edir ki, hal-hazırda mülkiyyət hüququ İkinci Tərəfin adına qeydiyyata alınmış MERSEDES-BENZ E320 markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə verdiyi cavabdeh1 vasitəsilə İkinci Tərəfdən ##.##.2024-cü il tarixindən satın aldığını və həmin tarixdə avtomobilin dəyərini tam olaraq ödəyərək və faktiki olaraq alqı-satqı müqaviləsi bağlamışdır. 2.1.3. Yekun olaraq Tərəflərlər təsdiq edirlər ki, ##.##.2024-cü il tarixində faktiki olaraq cavabdeh2 ilə İddiaçı arasında MERSEDES-BENZ E320 markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqı müqaviləsi bağlanmışdır. 2.1.4. Tərəflər razılaşırlar ki, bu Sazişin təsdiq edilməsi ilə MERSEDES-BENZ E320 markalı, 77-GB274 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində mülkiyyət hüququ ##.##.2024-cü il tarixindən İddiaçı keçmiş hesab edilir. 2.1.5. Tərəflər razılaşırlar ki, bu Sazişin təsdiq edilməsi barədə məhkəmə qərardadı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə təqdim edildikdən sonra MERSEDESBENZ E320 markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətinə verilməsi ilə bağlı qeydiyyat tam başa çatdıqdan sonra Tərəflərin bir-birinə heç bir tələbi qalmayacaq və gələcəkdə hazırkı iş üzrə eyni predmet üzrə hər hansı tələb irəli sürməyəcəklər. 2.2. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.3. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.
3. Digər şərtlər: 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. 3.3. Bu Saziş 4 nüsxədə tərtib edilmişdir. Sazişin Birinci və İkinci tərəfində hərəsində bir nüsxə saxlanılır, Bakı Apellyasiya Məhkəməsində və bir nüsxəsi Bakı Apellyasiya Məhkəməsi tərəfindən bu saziş təsdiq edildikdən sonra təsdiq ediləməsi barədə qərardadla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə təqdim ediləcəkdir. 3.4. Bu Saziş Məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov