Məhkəmə qərarları › İş №2(3-6)-2187/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2187/2026

28.07.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2187/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Hakimlər: Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) “borcun abonentin hesab kodundan silinməsi və əsassız borca görə tutulmuş 171.30 manat məbləğində pul vəsaitinin iddiaçıya qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-nə qarşı cavabdeh tərəfindən əsassız tərtib edimiş aktlar əsasında hesablanmış 21.404,06 manat məbləğin abonentin hesab kodundan silinməsinə və əsassız borca görə tutulmuş 171,30 manat məbləğin İddiaçı qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır. Cavabdeh İstehsalat Birliyi tərəfindən ünvan 1 ünvanına iddiaçı İddiaçı atası, ##.##.2022-ci ildə vəfat etmiş Zəkiyev X3 iştirakı ilə küçədə G-4 itron-smart tipli, 202AQ1********** № li sayğac quraşdırılmış, plomb vurulmuş və həmin ünvana 00465102400000№ li kod verilmiş, lakin “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilməmiş və abonent ilə cavabdeh Cavabdeh İstehsalat Birliyi arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamışdır. ##.##.2016-cı ildə abonentin iştirakı olmadan, Cavabdeh İstehsalat Birliyi tərəfindən ünvan 1 ünvanında quraşdırılmış sayğaca abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı olmadan baxış keçirərkən sayğacdan kənar təbii qaz xətti aşkar edilmiş, foto-video çəkilmiş, kənar qaz xəttinin hansı ünvana aid olmasına dair fotoşəkillər çəkilməmiş, sayğacdan kənar əlavə qaz xətti ləğv edilmiş və qeyd olunan faktla bağlı 4569 m3 itirilmiş qazın dəyərinin hesablanmasına dair Bakı Regional Qazın Satışı Departamentinin nümayəndələri - Qocayev Daşdəmir, Qasımov Əkrəm və Əhədov Barat tərəfindən 0107919 № li akt tərtib edilmiş, abonentin evdə olduğunu bilə-bilə qəsdən həmin ünvana qonşular dəvət olunmamış və həmin akt heç kimə təqdim edilməmişdir. Cavabdeh İstehsalat Birliyi sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə olunduğunu aşkar etdikdən sonra kənar xətti ləğv etməlidir. Göründüyü kimi qanunvericilik imperativ qaydada qazpaylaycısının üzərinə qazın verilməsinin dayandırılması vəzifəsini qoymuşdur. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib olunmuş ##.##.2016-cı il tarixli, "X1"na dair tələbnaməyə əsasən sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi qeyd olunmuş və dəymiş maddi zərərə görə abonentin hesab koduna 456,90 manat borc hesablanmışdır. Birliyin əməkdaşları tərəfindən çəkilmiş fotoşəkil etibarlı sübut kimi qəbul edilə bilməz, çünki sayğacdan kənar aşkar edilmiş qaz xəttinin hansı istiqamətə getməsinə və hansı həyətə daxil olmasına dair foto-şəkillər çəkilməmişdir. Aşkar edilmiş kənar xətt abonentə aid deyil, kənat xətt qonşuya aiddir. ##.##.2016-cı il tarixdə, yəni 18 gündən sonra Cavabdeh İstehsalat Birliyinin əməkdaşları abonentin iştirakı olmadan, yenidən ünvan 1 ünvanında, küçədəki qaz xəttinə baxış keçirmiş və özləri tərəfindən ləğv edilmiş kənar xətti aşkar etmiş, eyni mövqedən foto-video çəkilmişdir. Sayğacdan kənar qaz xətti ləğv edilmiş, 778 m3 itirilmiş qazın dəyərinin hesablanmasına dair Bakı Regional Qazın Satış, Departamentinin nümayəndələri - Qasımov Əkrəm, İsmayılov Emil və Əhədov Barat tərəfindən 0109262 № li akt tərtib edilmiş, abonentin evdə olduğunu bilə-bilə yenə qonşular dəvət olunmamış və həmin akt heç kimə təqdim edilməmişdir. Cavabdeh İB tərəfindən ##.##.2016-cı ildən başlayaraq ##.##.2023-cü ilə qədət qeyri-qanuni 33 akt tərtib edilmiş və bu aktlar əsasında abonentin hesab koduna 21.404,06 manat borc yazılmışdır. İsti yay aylarında, təbii qaza tələbatın olmadığı halda cavabdeh abonentin hesab koduna şişirdilmiş zərər hesablamışdır. Abonent tərəfindən küçədəki qaz xəttinə heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Qaz xətti küçədə yerləşdiyindən qaz xəttinə edilmiş müdaxilə abonent tərəfindən edilməsi aşkarlanmamışdır. Əraziyə nəzarət edən Cavabdeh İB-nin əməkdaşları tərəfindən, təlimata əsasən qaz xəttinə hər ay baxış keçirilir. Keçirilmiş baxış zamanı nəzarətçinin gözündən yayınmış "müdaxilə" inandırıcı deyildir. Küçədə quraşdırılmış qaz sayğacına və ya qaz xəttinə abonent nəzarət etmir. Sayğacın işlək vəziyyətdə olmasına, qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. İddiaçı tərəfindən mübahisələndirilən həmin aktlar abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı olmadan tərtib edilmiş və abonent və ya ailə üzvləri və ya qonşular tərəfindən imzalanmamışdır. Baxmayaraq ki, qeyd olunan ünvana dəfələrlə baxış keçirilsə də abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı təmin edilməmişdir. Ümumiyyətlə nə abonentin, nə ailə üzvlərinin, nə də ki, qonşuların həmin aktlardan xəbərləri olmayıb. Aktlar birtərəfli qaydada tərtib edilmiş, abonentə, ailə üzvlərinə və ya qonşulara təqdim olunmamış, abonent və ya ailə üzvləri və ya qonşular həmin aktları imzalamamışdır. Abonentin imzalamadığı həmin aktlar əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübutlar sayılmadığı üçün həmin aktlar ləğv edilməlidir, aktlar tərtib olunarkən bir nüsxəsi abonentə verilməli idi. Lakin, cavabdeh Cavabdeh İB aktların abonentə təqdim olunmasını sübut edə bilmir. Cavabdeh Cavabdeh İB ##.##.2016-cı ildən başlayaraq ##.##.2023-cü ilə qədər, müəyyən vaxtlarda abonentin iştirakı və imzası olmadan təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunmasına dair - "Dəymiş ziyan həcminin hesablanması" barədə ümumilikdə 33 akt tərtib etmiş, həmin aktlarda abonentin imza etməsindən imtina olunması qeyd edilmiş və qaz xəttinə sayğacdan kənar qoşulma faktını sübut etmədən abonentin hesab koduna 21.404,06 manat borc yazmışdır. Cavabdeh İB nin tərtib etdiyi aktlara əsasən guya sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilmiş və Birliyə külli miqdarda ziyan dəymişdir. Cavabdeh İB-nin iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. Cavabdeh İB qaz sayğacına və qaz xəttinə məhz abonent tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutları belə iddiaçıya təqdim edə bilmir. Abonentin imzası olmayan həmin aktlar isə qaz xəttinə müdaxilənin məhz abonent tərəfindən edildiyini təsdiq etmir. Təbii qazdan sayğacdan kənar hər-hansı bir vasitə ilə qeyri- qanuni istifadə edilmişdirsə, küçədəki qaz kəmərinə birləşmə olmalıdır. Həmin birləşmə qaynaq vasitəsi ilə yarandığından hər bir halda borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar olmalıdır, yəni qaynaq izləri qalır. Cavabdeh İB tərəfindən tərtib olunmuş 33 ədəd akta əsasən boru üzərində bir o qədər zədə olmalıdır. Bu səbəbdən müstəqil məhkəmə ekspertizasının yerində baxış keçirilməsi zərurəti yaranır. Cavabdeh İB son illərdə üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonentlər tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki olaraq öz abonentlərinə kənar xətdən istifadə etmək üçün şərait yaratmaqla, aktlar tərtib etməklə abonentlərdən dəymiş zərərin ödənilməsini tələb edir, zərərin əvəzi ödənilmədikdə məhkəmədə iddia qaldırır. Hazırkı halda iddiaçı cavabdehdən məhz abonent tərəfindən qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulmanı sübut edən faktları tələb edir. Bundan əlavə, Azərbaycan Respublikası İXM-də və Azərbaycan Respublikası CM-də nəzərdə tutulmuşdur ki, təbii qaz şəbəkəsinə qanunsuz qoşulmaqla təbii qazdan istifadə edilməsi, vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda, cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktlann mötəbərliyi barədə şübhə yaradır. Cavabdeh İB qanunsuz qoşulma halları ilə bağlı akt tərtib etdikdə bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə verməklə yanaşı, aktın digər nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Hazırkı işdən göründüyü kimi, cavabdeh Cavabdeh İB göstərilən qaydaya riayət etməmişdir. İş üzrə istehlakçının qaz xəttinə qanunsuz qoşulması, habelə sayğaca müdaxiləsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmə qərarı ilə təsdiq edilməsi barədə sübutların cavabdeh tərəfindən təqdim olunmadığından dəymiş zərərin tutulması ləğv edilməlidir. Məhkəməyə təqdim edilmiş aktlar birtərəfli qaydada tərtib olunmuş və heç kim həmin aktları imzalamamışdır. Abonent və ya onun ailə üzvləri tərəfindən imzalanmamış həmin aktlar əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübut sayılmadığı təqdirdə iddia tələbi təmin edilməlidir. ##.##.2025ci il tarixli gasrepdən məlum olur ki, abonent ##.##.2012-ci ildən ##.##.2022-ci ilə qədər təbii qazdan istifadə etməklə ödənişlər etmişdir. Belə ki, abonent 4297 m3 qaz sərfiyyatına görə 601 manat ödəniş etmiş və əsassız yazılmış borca görə 171,30 manat tutulma olmuşdur. Abonent elektrik enerjisindən də istifadə edir. ##.##.2025-ci il tarixli Abonentin Saldosuna əsasən abonentin hesab koduna 21.404,06 manat məbləğində borc yazılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti dövlət orqanı olmadığından onun qəbul etdiyi aktlar da normativ hüquqi aktlar ola bilməz. Göründüyü kimi, fiziki şəxslərin evinə quraşdırılmış qaz sayğaclarının qorunmasına, işçi vəziyyətdə saxlanılmasına və qaz kəmərlərinin təhlükəsizliyinə görə qaz paylayıcısı cavabdehlik daşıyır. Eyni zamanda, qanunvericilikdə qaz sayğacının dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi, quraşdırılması və qaz xəttinə nəzarət edilməsi qaz paylayıcısı tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Cavabdeh Cavabdeh İB-nin məhz abonent tərəfindən küçədəki qaz xəttinə müdaxilə etməyinə dair heç bir sübutu yoxdur. Cavabdeh Cavabdeh İB imzasız, qeyri-qanuni tərtib etdiyi aktlarla abonentdən dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Ə.Abbasova) iddianın qismən təmin edilməsi, Cavabdeh İB tərəfindən ünvan 1 ünvanı üzrə (abonent kodu: 100465102400000) ##.##.2016-cı il tarixli, ******* saylı, ##.##.2016-cı il tarixli, ******* saylı, ##.##.2017-ci il tarixli, ******* saylı, ##.##.2017-ci il tarixli, ******* saylı, ##.##.2017-ci il tarixli, ******* saylı, ##.##.2017-ci il tarixli, ******* saylı, ##.##.2018-ci il tarixli, ******* saylı, ##.##.2019-cu il tarixli, ******* saylı, ##.##.2019-cu il tarixli, ******* saylı, ##.##.2019-cu il tarixli, ******* saylı, ##.##.2020-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı aktlar əsasında hesablanmış 17.593,26 (on yeddi min beş yüz doxsan üç manat iyirmi altı qəpik) manat məbləğində borcun silinməsi, 171,30 (yüz yetmiş bir manat otuz qəpik) manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh İBdən tutularaq iddiaçıya geri qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh İB-dən 142,78 (yüz qırx iki manat yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, ekspertiza tədqiqatının dəyərinə görə 73,15 (yetmiş üç manat on beş qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh İB-dən, 15,85 (on beş manat səksən beş qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı cavabdeh təşkilat tərəfindən iddiaçının qanunsuz olaraq kənar xətt vasitəsilə qazpaylayıcı şəbəkəyə qoşulduğu və qazı taladığına dair məhkəməyə müvafiq sübut təqdim edilməmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */**** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi məhkəmədə öz təsdiqini tapmadığından, sözü gedən aktlar əsasında borcun hesablanaraq iddiaçıdan tələb edilməsi qanunsuz və əsassızdır. Məhkəmə iddiaya ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı aktlar əsasında hesablanmış qalıq borcun silinməsi hissəsində qiymət verərək hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd etmişdir ki, yuxarıda göstərilən aktlar üzrə hesablanmış qalıq borcun silinməsi hissəsində iddianın hüquqi əsasını “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası ## #### 1998-ci il tarixli, ***-IQ nömrəli Qanunun 13 maddəsinin 9-cu hissəsinin ## ### 2022-ci il tarixindən sonra qüvvədə olan redaksiyası və “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarını təşkil edir. Qeyd edilən qanunvericilik müddəalarına əsasən cavabdeh Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca müdaxilə və ya qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli, aktın bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idilər. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh təşkilat tərəfindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edilə bilərdi. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, istehlakçının təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi ilə bağlı müvafiq qərarların mövcud olmadığı müəyyən edilmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər qanunvericiliyin tələblərinə riayət edilmədən istehlakçıdan tələb edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh İB tərəfindən ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı aktlar əsasında borcun hesablanması qanunsuz və əsassız olmuşdur. Odur ki, qeyd edilən aktlar üzrə hesablanmış qalıq borc məbləği silinməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) Apellyasiya şikayətinin dəlilləri:

5. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin Akt əsasında “X1na dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, iddiaçı İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəflərindən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir. İddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına mübahisələndiyi qətnamədə istinad olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasaydı birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini qət edərdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

8. İş üzrə icraatın iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iş üzrə icraatın iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

10. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 13, hissə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Maddə 13. 9-cu bənd. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”:

5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. (## #### 2023-cü il tarixli, *** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişikliyə kimi olan redaksiya) 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. (## #### 2023-cü il tarixli, *** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişikliyə kimi olan redaksiya)

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

13. Hazırkı işdə iddia qismən təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən iddianın təmin olunduğu hissədə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı yalnız qeyd olunan hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır.

15. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ##.##.2016-cı il tarixli, ******* saylı, ##.##.2016-cı il tarixli, ******* saylı, ##.##.2017-ci il tarixli, ******* saylı, ##.##.2017-ci il tarixli, ******* saylı, ##.##.2017-ci il tarixli, ******* saylı, ##.##.2017-ci il tarixli, ******* saylı, ##.##.2018-ci il tarixli, ******* saylı, ##.##.2019-cu il tarixli, ******* saylı, ##.##.2019-cu il tarixli, ******* saylı, ##.##.2019-cu il tarixli, ******* saylı, ##.##.2020-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı aktlar tərtib edilərək, həmin aktlar üzrə qanunsuz qoşulmalara görə borc hesablanmışdır.

16. İş materiallarına əlavə edilmiş abonent saldosuna əsasən, iddiaçı tərəfindən sayğac vasitəsi ilə qazdan istifadə etmiş və onun borcu yaranmışdır.

17. Hazırkı işin hallarından görünür ki, iddiaçı aktlar əsasında dəymiş ziyan olaraq hesablanmış borcun və debitor borcun silinməsini xahiş edir.

18. Məhkəmə kollegiyası iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" ## ###### 2022-ci il tarixli Qanunu ilə "Qaz təchizatı haqqında" Qanuna dəyişiklik edilmişdir. Bu səbəbdən dəymiş ziyanın ödənilməsi ilə bağlı tələbin əsaslı olub-olmamasını müəyyən etmək üçün Qanunun qüvvəyə mindiyi ##.##.2022-ci il tarixdən əvvəlki və sonrakı qanunvericilik nəzərə alınaraq aktlar üzrə qiymət verilməlidir.

19. ##.##.2016-cı il tarixli, ******* saylı, ##.##.2016-cı il tarixli, ******* saylı, ##.##.2017-ci il tarixli, ******* saylı, ##.##.2017-ci il tarixli, ******* saylı, ##.##.2017-ci il tarixli, ******* saylı, ##.##.2017-ci il tarixli, ******* saylı, ##.##.2018-ci il tarixli, ******* saylı, ##.##.2019-cu il tarixli, ******* saylı, ##.##.2019-cu il tarixli, ******* saylı, ##.##.2019-cu il tarixli, ******* saylı, ##.##.2020-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı aktlar (##.##.2022-ci il tarixdən əvvəl qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş aktlar) üzrə hesablamış dəymiş ziyanın əsaslı olub-olmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. (Aktlar qəbul edilən zaman qüvvədə olan redaksiya)

20. Hazırkı işin hallarından göründüyü kimi abonent (istehlakçı) tərəfindən sayğacdankənar qanunsuz qoşulma halları ilə bağlı sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, sayğaca müdaxilə faktı təsdiq edilməmişdir.

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */**** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir.

22. İddia tələbinin (##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı aktlara əsasən hesablanmış borcun silinməsi tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

23. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

24. Məhkəmə kollegiyası qeyd edir ki, istehlakçının qazın talanmasında, habelə sayğaca müdaxilə etməsində təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırkı iş üzrə ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı aktlar üzrə göstərilən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin həmin hissədə təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.

25. Aktlar üzrə hesablanmış borca görə istehlakçıdan tutulmuş 171,30 manat məbləğində pul vəsaitinin qaytarılması tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən tərtib olunmuş aktlar əsasında hesablanması qanunsuz və əsassız hesab edildiyindən, həmin aktlar əsasında pul tutulmasının da heç bir hüquqi əsası yoxdur və qeyd olunan pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır.

26. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iddiaçı tərəfindən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar