Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2206/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 İmamverdi qızına qarşı, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Azərbaycan Resppublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Bakı şəhəri Ərazi İdarəsi cəlb olunmaqla “pay hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İbrahimov Murad Fikrət oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq Müəyyən etdi: İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 İmamverdi qızına qarşı, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Azərbaycan Resppublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Bakı şəhəri Ərazi İdarəsi cəlb olunmaqla “pay hüququnun tanınması”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Rəhman Əşrəfov küçəsi, * saylı fərdi yaşayış evinin A tikilisi və 0.04962 ha torpaq sahəsinə 1/6 hissədə pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi qəyyum Abdullayeva Sevinc adından imzalanmışdır. Daha sonra iddiaçı iddia tələbinin tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək 1) iddiaçı İddiaçı ünvan 1 ünvanından yerləşən ** saylı mənzilə 1/8 hissədə pay hüququnun tanınması barədə; 2) iddiaçı İddiaçı Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Rəhman Əşrəfov küçəsi, * saylı fərdi yaşayış evinin A tikilisi və 0.04962 ha torpaq sahəsinə 1/4 hissədə pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə Məmmədova (vəkil və nümayəndə nümayəndə2) tərəfindən imzalanmışdır. Daha sonra iddiaçı yenidən iddia tələbinin tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək 1) iddiaçı İddiaçı ünvan 1 ünvanından yerləşən ** saylı mənzilə 1/8 hissədə pay hüququnun tanınması barədə; 2) iddiaçı İddiaçı Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Rəhman Əşrəfov küçəsi, * saylı fərdi yaşayış evinin A tikilisi və 0.04962 ha torpaq sahəsinə 1/8 hissədə pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə (vəkil və nümayəndə nümayəndə2) tərəfindən imzalanmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 İmamverdi qızına qarşı, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Azərbaycan Resppublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Bakı şəhəri Ərazi İdarəsi cəlb olunmaqla “pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə2 adı çəkilən qərardaddan şikayət verərək bildirmişdir ki, fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Düzgün tətbiq edilməyib ona görə ki əqd fəaliyyət qabiliyyətsiz şəxs adından bağlanır müqavilə qəyyum onu təmsil edir. Həmçinin, hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki prosessual hüquq qabiliyyəti) malikdir. Normadan da göründüyü kimi hər kəsin bərabər hüquq qabiliyyəti var. Bu maddə hər bir şəxsə məhkəməyə müraciət hüququ verir. Qanunla iddiaçı olmaq hüququ da mülki prosessual hüquq qabiliyyətindən əmələ gəlir. O Hüququ kimin həyata keçirməsi isə fəaliyyət qabiliyyəti ilə tənzimlənən məsələdir. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Hazırkı halda iddiaçının qanuni nümayəndəsi (qəyyumu) fəaliyyət qabiliyyəti olmayan hesab edilən iddiaçının hüquqlarının qorunması üçün məhkəməyə müraciət etmişdir. Qanun üzrə başqasının hüquq, azadlıq və qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan şəxsin ərizəsi ilə mənafeyi üçün iddia qaldırılmış şəxs, başlanmış proses barədə xəbərdar edilir və məhkəmə prosesində iddiaçı qismində iştirak edir. Tərəflər prosessual hüquqlardan bərabər istifadə edirlər və bərabər prosessual vəzifələr daşıyırlar. Qərardadda isə qeyd edilir ki, Fəaliyyət qabiliyyəti olmayan şəxs iddiaçı və ya cavabdeh ola bilməz. Beləliklə, məhkəmə MPM-nin 50.5-ci maddəsini düzgün tətbiq edə bilməmişdir. Qəyyum məhkəməyə iddiaçının nümayəndəsi kimi müraciət etmişdir. Həmçinin Vəkilə qəyyum tərəfindən etibarnamə verilmişdir. Vəkillə müqavilə bağlayaraq iddiaçının hüquqlarının müdafiəsini vəkilə həvalə etmişdir. Hər ehtimal İddiaçı adından da etibarnamə alınmışdır. Məhkəmə düzgün hesab etmirsə o etibarnaməni qəbul etməyə bilər. Bu səbəblərdən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ləğv edilərək, işə mahiyyəti üzrə yenidən baxılması üçün müvafiq qərar qəbul edilməlidir. Şikayət Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026cı il tarixli qərardadı ləğv edilməklə işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Fəaliyyət qabiliyyəti olmayan şəxs iddiaçı və ya cavabdeh ola bilməz. Fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyur. Bu baxımdan hazırki mülki iş üzrə iddiaçının müstəqil şəkildə iddiaçı qismində iştirakı yolverilməzdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının ##.##.2025-ci il tarixli *** nömrəli Sərəncamının surətindən görünür ki, Xəzər rayon İH başçısının ##.##.2021-ci il tarixli *** saylı sərəncamında dəyişiklik edilərək Abdullayeva X2 rayon Məhkəməsinin qətnaməsi ilə faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş həyat yoldaşı ##.##.1982-ci il təvəllüdlü İddiaçı üzərində qəyyum təyin edilməsi və qəyyum təyin edilmiş X6 qəyyumluğunda olan İddiaçı hüquq və mənafelərinin qorunması vəzifəsinin tapşırılması qərara alınmışdır. Həmçinin iş materiallarında olan ##.##.2025-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilənin mahiyyətindən görünür ki, X6 tərəfindən İddiaçı hüquq və mənafelərini müdafiə olunması vəkil nümayəndə2 həvalə edilmişdir. Şikayətin dəlillərinə hüquqi qiymət verilməsi üçün “iradə ifadəsinin hüquqi məzmununa” münasibət bildirilməsi zəruridir. İradə ifadəsi müəyyən bir hüquqi nəticəyə yönəlmiş, hüquq sistemi tərəfindən legitim sayılan, hüquqi niyyətin təzahürü kimi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. (maddə 28.8) Qanunvericiliyin mahiyyətindən göründüyü kimi, fəaliyyət qabiliyyəti olmayan şəxslərin üzərində qəyyumluq müəyyənləşdirilir ki, bu da onu deməyə əsas verir ki, müvafiq şəxslərin iradə ifadələri məhz qəyyumların iradə ifadələrindən irəli gələn nəticəyə əsasən formalaşır. Hazırda iş materialları ilə müəyyən edilir ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 İmamverdi qızına qarşı, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Azərbaycan Resppublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Bakı şəhəri Ərazi İdarəsi cəlb olunmaqla “pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə tərəflərin rekvizitlərinə dair hissədə iddiaçının öz adı qeyd olunsa da, ərizə X5 tərəfindən imza edilməklə məhkəməyə təqdim olunmuşdur. Qeyd edilməlidir ki, fəaliyyət qabiliyyəti olmayan şəxsin “iddiaçı” və ya “cavabdeh” prosessual statusunda olması təklikdə iddianın qüsurlu verildiyini deməyə əsas vermir və qəyyumluq institutu da bir sıra məqsədlərlə yanaşı bu kimi şəxslərin məhkəmə müdafiəsi hüququndan məhrum qalmaması üçün təsbit olunmuşdur. Nəzəri baxımdan prosessual fəaliyyət qabiliyyəti olmayan şəxsin iradə ifadəsi müəyyən bir nəticəyə söykənmədiyindən, qəyyumun onun adından tələblə çıxış etməsi prosessual pozuntuya səbəb olmamalıdır. Hazırki işdə də fəaliyyət qabiliyyəti olmayan iddiaçının adından onun qəyyumu X6 iddia ərizəsini imzalamışdır. Həmçinin, Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili ilə bağlanmış ##.##.2025-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilənin mahiyyətindən görünür ki, X6 tərəfindən İddiaçı hüquq və mənafelərini müdafiə olunması vəkil nümayəndə2 həvalə edilmişdir. Bu baxımdan təmsilçilik statusun realizəsi üçün imkanlar vəkilə legitim bir formada həvalə edilmişdir. Mülki-Prosessual Məcəlləsinin 259.0.2-ci maddəsin əsasən, ərizə fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən verilmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Lakin hazırki işin halları ilə müəyyən olunur ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 İmamverdi qızına qarşı, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Azərbaycan Resppublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Bakı şəhəri Ərazi İdarəsi cəlb olunmaqla “pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsi X5 tərəfindən imza edilməklə məhkəməyə təqdim olunmuşdur. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki tələb üzrə iradə ifadəsinin əsaslarına aydınlıq gətirilməli, yalnız bundan sonra tələbə hüquqi qiymət verməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə “baxılmamış saxlama” barədə qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv olunsun və işə mahiyyəti üzrə baxılması üçün mülki iş materialları həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(3-6)-2206/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2206/2026
03.06.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver