Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2207/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ünvan 1-yə mirasın qəbul edilməsi və vərəsəlik hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2021-ci il tarixli qətnaməsi ilə iddiа təmin edilmiş, İddiaçı ünvan 1-yə dair mirası qəbul etməsi faktının müəyyən edilməsi qət edilmişdir. Cavabdeh cavabdeh1 nümayəndəsi vəkili Vəkil tərəfindən məhkəməyə qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə müraciət edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ”cavabdeh1 həmin məhkəmə barədə məlumatı olmamış və məhkəmə iclaslarında iştirak etməmişdir. Həmin iddia ərizəsi ilə əlaqədar qəbul edilən məhkəmə qətnaməsi ona verilməmişdir. cavabdeh1 qeyd edilən qətnamə barəsində başqa bir məhkəmə prosesində məlumatı olmuşdur. Belə ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh2, X2, Adıgözəlov Biləndər Cümşüd oğluna və X1 qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə Xəzər rayon Məhkəməsinə müraciət etmişdir. Xəzər rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilmişdir. Həmin məhkəmədə də cavabdeh1 iştirak etməmişdir. Qətnamədən apellyasiya şikayəti verdikdən sonra onun hal-hazırda mübahisələndirilən qətnamə barədə məlumatı olmuşdur. Xəzər rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Akif İsgəndərovun icraatında olan mülki iş məhkəmənin *(*-*)-*/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə dayandırılmışdır. Xəzər rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsini Xəzər rayon Məhkəməsinə müraciət edərək ##.##.2026-cı il tarixdə poçt vasitəsilə almışdır. Həmin qətnamədən verdiyi apellyasiya şikayəti Xəzər rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qəradadı ilə prosessual müddətin keçməsi ilə əlaqədar geri qaytarılmışdır. Məhkəmə hesab etmişdir ki, apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edimiş 1 aylıq prosessual müddəti buraxılmışdır. Hesab edir ki, Xəzər rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edimiş 1 aylıq prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür. Qərardadda qeyd edilir ki, iş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, məhkəmə qətnaməsi ##.##.2021-ci il tarixdə cavabdeh cavabdeh1 ünvanına çatmışdır. Buna baxmayaraq, cavabdeh cavabdeh1 nümayəndəsi-vəkili tərəfindən qətnamədən verilmiş apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə Məhkəmənin icraatına daxil olmuşdur. Nəzərə çatdırır ki, İddiaçı iddia ərizəsində cavabdeh1 ünvanı ünvan 1 göstərilmişdir. Lakin cavabdeh1 həmin ünvanda qeydiyyatda olsa da, faktiki olaraq başqa ünvanda yaşayır. Ona görə də cavabdeh1 məhkəmə barəsində məlumatı olmadığı kimi, qətnaməni də almamışdır. Qeyd edilən ünvanda faktiki olaraq İddiaçı yaşayır və poştla daxil olan məktubları da o, qəbul etmişdir. Hesab edir ki, Xəzər rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edimiş 1 aylıq prosessual müddətin buraxılmasının səbəbi məhkəmə tərəfindən üzrlü hesab edilərək bərpa oluna bilər.” Bakı şəhəri Xəzər rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin133.1, 133.2, 133.3, 133.5, 133.6-cı maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdehin vaxtında apellyasiya şikayəti verə bilməməsinin üzrlü səbəbi kimi istinad etdiyi və heç bir sübutla təsdiq edilməmiş hallar buraxılmış müddətin bərpası üçün əsas təşkil edə bilməz. Nəzərə alınmalıdır ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (“X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarı). Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Cavabdeh cavabdeh1 şikayət vermiş və Xəzər rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi və Xəzər Rayon Məhkəməsinin ##.##.2021ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən buraxılmış apellyasiya şikayəti verilməsi müddətinin bərpа edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Prosessual Məcəllənin 77.1, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh2, X2, Adıgözəlov Biləndər Cümşüd oğluna və X1 qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə Xəzər rayon Məhkəməsinə müraciət etmişdir. Xəzər rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilmişdir. Həmin məhkəmədə də cavabdeh1 iştirak etməmişdir. cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verdikdən sonra Xəzər rayon Məhkəməsinin hal-hazırda mübahisələndirilən ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi barədə məlumatı olmuşdur. İşdən görünür ki, cavabdeh cavabdeh1 həmin məhkəmə barədə məlumatı olmamış və məhkəmə iclaslarında iştirak etməmişdir. Həmin iddia ərizəsi ilə əlaqədar qəbul edilən məhkəmə qətnaməsi ona verilməmişdir. Məhkəmə bildirişləri və qətnaməsi cavabdeh1 qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmişdir. cavabdeh1 həmin ünvanda qeydiyyatda olsa da, faktiki olaraq başqa ünvanda yaşayır. Ona görə də cavabdeh1 məhkəmə barəsində məlumatı olmadığı kimi qətnaməni də almamışdır. Qeyd edilən ünvanda faktiki olaraq iddiaçı İddiaçı yaşayır və poçtla daxil olan məktubları da o, qəbul etmişdir və cavabdeh1 məlumat verməmişdir. Hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Akif İsgəndərovun icraatında olan və dayandırılmış, barəsində apellyasiya şikayəti verilmiş Xəzər rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinini də cavabdeh1 almadığına görə məhkəməyə müraciət etdikdən sonra almışdır. Məhkəmənin nəzərinə çatdırır ki, müddətin bərpası barədə ərizəyə baxılarkən ərizəçi cavabdeh1 və onun nümayəndəsinə məlumat verilməmişdir. Yəni məhkəmə iclası barədə nə sms göndərilməmiş, nə də e-kabinetdə bu barədə hər hansı bir bildiriş yoxdur. Lakin qərardaddan görünür ki, iddiaçı İddiaçı məhkəmə iclasında iştirak etmişdir. Necə ola bilər ki, ərizə verən şəxsin məlumatı olmasa da, iddiaçının bu barədə məlumatı olur və iclasda iştirak edir. Hesab edir ki, hazırkı mübahisə üzrə məhkəmənin gəldiyi nəticə əsassızdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən 24 maddəsinin III hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2.Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.2. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 140. Məhkəmə sənədini ünvan sahibinə çatdırmaq üçün qəbul etməkdən imtina edən və ya onu səhlənkarlıq nəticəsində ünvan sahibinə çatdırmayan orqanlar, vəzifəli şəxslər, yaxud məhkəmə sənədinin çatdırılması tapşırılmış digər şəxslər bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulmuş qaydada iyirmi manat miqdarında cərimə edilir. 146. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məcəllənin 135.5-ci maddəsinə əsasən: Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Diqqətə çatdırılmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri birinci instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə aktlarının qanuniliyinin yoxlanılmasından ibarətdir. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Konstitusiyasının 24 (III), 80; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385-395, 397-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya şikayəti müddətin ötürülməsi ilə verilmiş, məhkəmə qətnaməsi ##.##.2021-ci il tarixdə cavabdeh cavabdeh1 rəsmi qeydiyyatda olduğu ünvana təqdim edilmişdir. Ərizəsində və şikayətində qeyd edildiyi kimi cavabdeh1 həmin ünvanda qeydiyyatda olsa da, faktiki olaraq başqa ünvanda yaşayır, başqa iş üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilmiş və həmin qətnamədən apellyasiya şikayəti verdikdən sonra Xəzər rayon Məhkəməsinin hal-hazırda mübahisələndirilən ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi barədə məlumatı olmuşdur. Lakin ərizəçi digər iş üzrə nə vaxt məlumat əldə edilməsini və bu barədə ətraflı tarixləri qeyd etməyərək bunların prosessual müddətlərə aid izahını və üzrlü səbəblərini əks etdirməmişdir. Mülki Prosessual Məcəllənin tələbləri birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamələrdən apellyasiya şikayətinin verilməsini, habelə müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməsini (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) ehtiva edir. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması zamanı dəqiq təqvim tarixi ilə və hərəkətin edilə biləcəyi vaxt dövrü, sənədlərin dövriyyəsi nəzərə alınmaqla, hər ötürülmüş günün səbəblərinin müzakirəsi prosessual-hüquqi əhəmiyyət kəsb edir. Belə ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Diqqətə çatdırılmalıdır ki, məhkəmə qətnaməsi cavabdehin yaşayış ünvanına poçt vasitəsi ilə göndərilsə də, cavabdeh digər (hansı) yaşayış yerində yaşamasını və sair səbəbləri göstərməmiş, habelə işdə olan məhkəməyə ünvanladığı müraciətlərdə vəkilin ünvanı göstərilmiş , lakin vəkilə verilən etibarnamədə qeydiyyat ünvanı kimi iddiada əks edilən ünvanı göstərmişdir. Məhkəmənin vəzifəsinə rəğmən iştirak edən şəxslər iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməmişlərsə, məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı Cavabdeh cavabdeh1 şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(3-6)-2207/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2207/2026
01.06.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver