Məhkəmə qərarları › İş №2(3-6)-2237/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2237/2026

04.08.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2237/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı "xxxx" ASC-nin (X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Cavabdeh qarşı "kompensasiya verilməklə mənzilin sökülməsi" tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “özbaşına tikilinin sökülməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçının nümayəndəsi nümayəndə2, Cavabdeh Cavabdeh, onun nümayəndəsi nümayəndə1, nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin faktiki halları:

1. Iddiaçı "xxxx" ASC cavabdeh Cavabdeh qarşı "kompensasiya verilməklə mənzilin sökülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» ASC tərəfindən cavabdeh Cavabdeh 97.500 (doxsan yeddi min beş yüz) manat ödənilməklə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-64 ünvanda ona məxsus, sahəsi 169.01 kv metr olan özbaşına tikilinin boşaldılaraq sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhər Icra Hakimiyyəti Başçısının ## ###### 2021-ci il tarixli, *** №-li Sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən kordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “xxxx” ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə “xxxx” ASC-nin icarə əsasında istifadəsinə verilmişdir. Bununla bağlı, Bakı şəhəri Icra Hakimiyyəti Başçısının ## ###### 2021 -ci il tarixli, *** №-li sərəncamının icrası məqsədilə iddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına və Sərəncamda qeyd olunan ərazidə yerləşən tikililərin istifadəçilərinə müraciətlər edilmiş və həmin tikililər barədə məlumatlar əldə edilmişdir. Belə ki, əldə olunmuş məlumatlar əsasında məlum olmuşdur ki, Sərəncamda qeyd olunan ərazidə yerləşən tikililər qanunsuz tikililərdir, bəzi vətəndaşlar, eləcə də hazırki iddia üzrə cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahələridir və həmin ərazidə özlərinə heç bir norma və tikinti qaydalarına uyğun olmayan yararsız, tam və yarımçıq yaşayış və qeyri-yaşayış sahələri tikmişlər, həmin tikililər qanunsuz olmaqla yanaşı, həm də istifadə üçün yararsız və qəzalı vəziyyətdədir. Bununla bağlı olaraq, Sərəncamın icrasının təmin edilməsi və yeni yaşayış kompleksinin tikilməsi məqsədilə, həmin ərazidə yerləşən və qanunsuz (özbaşına) tikilmiş yaşayış və qeyri-yaşayış sahələrinin istifadəçiləri olan digər vətəndaşlarla bərabər cavabdehlə dəfələrlə danışıqlar aparılmış və onlara həmin özbaşına (qanunsuz) tikililərin real dəyərinə uyğun kompensasiya ödənilməsi şərtilə sökülməsi üçün real təkliflər edilmişdir. Göstərilən sərəncamın icrası ilə bağlı, iddiaçı tərəfindən həmin ərazidə yerləşən digər sahə istifadəçilərinin əksəriyyəti ilə danışıqlar aparılmış və razılıq əldə olunaraq real dəyərə uyğun kompensasiya ödənilmiş və həmin tikililərin sökülməsi təmin edilmişdir. Yuxarıda qeyd edilənlərə baxmayaraq, cavabdeh hər hansı bir razılığa gəlməkdən birmənalı şəkildə imtina edir, hər bir vəchlə hüquqlarından sui-istifadə etməklə, sərəncamın icrası ilə razılaşmayaraq, böyük məbləğdə kompensasiya tələb etməklə əsassız varlanmaq niyyətindədir və bu hərəkətləri ilə digər mülkiyyətçilərə və şirkətə külli miqdarda ziyan vurur. Qeyd olunan faktlar və tikililərin real qiyməti və sahəsi barədə xxxxnin ekspertlərinə müraciət edilmiş və bu barədə müvafiq ekspertiza rəyləri əldə edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, *** №-li rəyə əsasən cavabdeh tərəfindən M-64 ünvanında inşa olunmuş, sahəsi 169,01 kv metr olan tikililər qanunsuz (özbaşına) tikililərdir, tikinti qaydalarına uyğun inşa olunmamışdır, qəzalı və yararsız vəziyyətdədir, tikililərin ümumi dəyəri - 97.500 manatdır. Ekspertiza rəyinin məzmunundan, inşa olunmuş qanunsuz tikilinin fotoşəkillərdən görünür ki, həmin tikili tam yararsız və tikinti qaydalarına uyğun inşa edilməmişdir, ümumilikdə istifadə üçün təhlükəli və bərbad vəziyyətdədir. Göründüyü kimi, cavabdehin qanunsuz tikilisi maraqlı şəxs olaraq «xxxx» ASC-nin hüquqlarını pozur və digər vətəndaşlar qarşısında götürdüyü öhdəliklərin icrasına maneəçilik yaradır. Bu isə «xxxx» ASC-yə işlərin ləngiməsi ilə əlaqədar külli miqdarda maddi ziyan vurur və digər sakinlərin mənzil hüquqlarının pozulması ilə nəticələnən müqavilə öhdəliklərinin icrasını ləngidir.

3. Iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh 270.000 (iki yüz yetmiş min) manat məbləğində kompensasiyanın ödənilməsinə razılıqlarını bildirmişdir.

4. Cavabdeh məhkəməyə iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, o, 1993-cü ildən ailə üzvləri ilə birlikdə Ağdam rayonu Çuxurməhlə kəndindən məcburi köçkün kimi Bakı şəhərində məskunlaşıb yaşayır. O, 1993-cü ildə yəhudi əsilli şəxsdən Bakı şəhəri, Yasamal rayonu, X1 sahilində yerləşən donuz saxlanması üçün nəzərdə tutulmuş tövləni və digər yardımçı tikililəri alıb, ailə üzvlərilə həmin ünvana köçüb yaşamağa başlamışlar. Mənzil şəraitləri pis olduğundan 1996-cı ildə Bakı şəhər Yasamal RIH Başçısınını razılığı əsasında, həmin ünvanda öz şəxsi vəsaiti hesabına kürsülü 1 mərtəbəli, 5 otaqlı, qabarit ölçüləri 13,8x13,6 metr olan, mişar daşından fərdi yaşayış evi tikib ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Sonradan isə həmin evin həyətyanı sahəsində öz şəxsi vəsaiti hesabına qabarit ölçüləri 9,2 x 4 metr olat 1 otaqlı digər ev tikmişdir. Birinci evin ümumi faydalı sahəsi 211,5 kv metr, ümumi həcmi isə 634,5 kv metrdir. 2-ci evin ümumi faydalı sahəsi 37,72 kv m, ümumi həcmi isə 113,6 kv metrdir. Evinin həyətyanı sahəsində mişar daşından inşa edilmiş 2 ədəd yardımçı tikili vardır. Həmin yardımçı tikilinin birinin ümumi sahəsi 30,65 kv m, digərinin ümumi sahəsi isə 35,32 kv metrdir. Bundan əlavə evin həyətyanı sahəsində mişar daşından inşa edilmiş bir ədəd ümumi sahəsi 15,06 kv metr olan toyuq damı, mişar daşından inşa edilmiş ümumi sahəsi 2,24 kv m və ümumi sahəsi 3,37 kv m olan 2 ədəd sanitar qovşaqları, mişar daşından inşa edilmiş ümumi sahəsi 65,55 kv m olan 1 ədəd istehsal sexi, mişar daşından inşa edilmiş ümumi sahəsi 32,44 kv m olan istirahət otağı və ona bitişik açıq tikili, mişar daşından inşa edilmiş ümumi sahəsi 105,6 kv metr olan açıq tikili və ümumi sahəsi 60 kv m olan naves vardır. Evin həyətyanı sahəsinin 141,1 kv.m sahəsinə plitə daşlar düzülmüş və evin həyətyani sahəsi daş hasarlıdır. Evin həyətyani sahəsində müxtəlif çeşidli, çoxsaylı meyvə ağacları vardır. Qeyd edim ki, Bakı şəhər Icra Hakimiyyətinin Başçısının ## ###### 2021-ci il tarixli, *** saylı sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyinin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" ASC-i tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" ASC-nin icarə əsasında Istifadəsinə verilmişdir. Həmin sərəncama əsasən onun qəbul edilməsinin məqsədi Yasamal rayonu ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması olmuşdur. Qeyd edir ki, ona məxsus Bakı şəhəri, Yasamal rayonu, X1 sahili 64 ünvanında yerləşən fərdi yaşayış evi qəzalı vəziyyətdə deyildir, yaşayış üçün yararlıdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyinin "Azərdövlətsənayelayihə Dövlət Lahiyə Institutu tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli, fərdi yaşayış evinin texniki vəziyyəti barədə rəydə ona məxsus Bakı şəhəri, Yasamal rayonu, X1 sahili 64 ünvanında yerləşən fərdi yaşayış evinin texniki cəhətdən məhdud işlək vəziyyətdə olması, fərdi yaşayış evinin yükdaşıyan konstruksiyalarında yaranmış mövcud texniki vəziyyətin təbii fəlakətlə əlaqəsinin olmaması göstərilmişdir. Bu da bir daha ona məxsus Bakı şəhəri, Yasamal rayonu, X1 sahili 64 ünvanında yerləşən fərdi yaşayış evinin qəzalı vəziyyətdə olmadığını təsdiq edir. Eyni zamanda həmin fərdi yaşayış evi və evin həyətyani sahəsində olan digər tikililər tikinti norma və qaydalarına və tikinti texnologiyasına riayət edilməklə inşa edilmişdir. Həmçinin, Bakı şəhər Icra Hakimiyyətinin Başçısının ## ###### 2021-ci il tarixli, *** saylı sərəncamında fərdi yaşayış evlərinin razılaşma yolu ilə alınıb söküntü işləri aparılması "xxxx” ASC-yə həvalə edilsə də, ona məxsus Bakı şəhəri, Yasamal rayonu, X1 sahili 64 ünvanında yerləşən fərdi yaşayış evinin alınması ilə bağlı iddiaçı ilə aralarında razılaşma olmamışdır. Ümumiyyətlə ona məxsus Bakı şəhəri, Yasamal rayonu, X1 sahili 64 ünvanında yerləşən fərdi yaşayış evinin alınması ilə bağlı iddiaçı “xxxx” ASC-nin əməkdaşları tərəfindən ona heç bir müraciət edilməmişdir. Iddiaçının iddia ərizəsində əsaslandığı "xxxx" MMC-nin ##.##.2024-cü il tarixli, *** nömrəli qiymətləndirmə rəyində qeyd edilən evin qiyməti onun evinin real bazar qiymətini əks etdirmir və əsassızdır. Belə ki, 1 mərtəbəli, 5 otaqlı, qabarit ölçüləri 13,8 x 13.6 metr olan, mişar daşından inşa edilmiş, ümumi faydalı sahəsi 211,5 kv.m, ümumi həcmi isə 634,5 kv.m olan fərdi yaşayış evi, mişar daşından inşa edilmiş qabarit ölçüləri 9,2 x 4,0 metr olan bir otaqlı, ümumi faydalı sahəsi 37,72 kv.m, ümumi həcmi isə 113,6 kv.m olan ikinci yaşayış evi, həyətyanı sahəsində, mişar daşından inşa edilmiş, birinin ümumi sahəsi 30,65 kv.m, digərinin ümumi sahəsi isə 35,32 kv.m, iki ədəd yardımçı tikili, həyətyanı sahəsində, mişar daşından inşa edilmiş bir ədəd ümumi sahəsi 15,06 kv.m olan toyuq damı, mişar daşından inşa edilmiş ümumi sahəsi 2,24 kv.m və ümumi sahəsi 3,37 kv.m olan iki ədəd sanitar qovşaqları, mişar daşından inşa edilmiş ümumi sahəsi 65,55 kv.m olan bir ədəd istehsal sexi, mişar daşından inşa edilmiş ümumi sahəsi 32,44 kv.m olan istirahət otağı və ona bitişik açıq tikili, mişar daşından inşa edilmiş ümumi sahəsi 105,6 kv.m olan açlıq tikili və ümumi sahəsi 60 kv.m olan navesdən ibarət olan fərdi yaşayış evinin ümumi dəyərinin 97.500 manat qiymətləndirilməsi absurddur. Onun müraciəti əsasında "xxxx" MMC-i tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli, REC-**-**/MR-** saylı mütəxəssis rəyində ona məxsus ünvan 1 ünvanında yerləşən evimin və evinin həyətyani sahəsində olan tikililərin ümumi dəyəri 627.358 (altı yüz Iyirmi yeddi min üç yüz əli səkkiz) manat, yaşıllaşdırma və çoxillik əkmələrin dəyəri isə 2.642 (iki min altı yüz qırx iki) manat qiymətləndirilmişdir. "xxxx" MMC-nin ##.##.2024-cü il tarixli, *** nömrəli qiymətləndirmə rəyində qeyd edilir ki, guya onlar tərəfindən onun evinə baxış keçirilmişdir. Qeyd edir ki, "xxxx" MMC-nin əməkdaşı və digər şəxslər tərəfindən onun evinə baxış keçirilməmişdir. "xxxx" MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, *** nömrəli rəydə onun fərdi yaşayış evinin sahəsinin 169.01 kv.m göstərilməsi bir daha təsdiq edir ki, "xxxx" MMC-nin əməkdaşı onun evimə baxış keçirmədən, "xxxx" ASC-nin göstərişi ilə saxta 26. 11 2024-cü il tarixli, *** nömrəli qiymətləndirmə rəyi vermişdir. Belə ki, mənə məxsus 1-ci fərdi yaşayış evinin ümumi faydalı sahəsi 211,5 kv.m, ümumi həcmi isə 634,5 kv.m, ikinci fərdi yaşayış evinin ümumi faydalı sahəsi 37,72 kv.m, ümumi həcmi isə 113,6 kv.m-dir. Həmçinin, fərdi yaşayış evinin həyətyanı sahəsində birinin ümumi sahəsi 30,65 kv.m, digərinin ümumi sahəsi isə 35,32 kv.m iki ədəd yardımçı tikili, bir ədəd ümumi sahəsi 15,06 kv.m olan toyuq damı, ümumi sahəsi 2,24 kv.m və ümumi sahəsi 3,37 kv.m olan iki ədəd sanitar qovşaqları, ümumi sahəsi 65,55 kv.m olan bir ədəd istehsal sexi, ümumi sahəsi 32,44 kv.m olan istirahət otağı və ona bitşik açıq tikili, ümumi sahəsi 105,6 kv.m olan açlıq tikili və ümumi sahəsi 60 kv.m olan naves vardır. "xxxx" MMC-nin əməkdaşı tərəfindən onun evinə baxış keçirilmiş olsaydı, ##.##.2024-cü il tarixli, *** nömrəli qiymətləndirmə rəyində fərdi yaşayış evimin yuxarıdaqeyd edilənölçüləriözəksinitapardı.Həmçinin,qeyd edir ki, "xxxx" MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, *** nömrəli rəydə olan fotoşəkillər də ona məxsus fərdi yaşayış evinin fotoşəkilləri deyildir. Bunlar da bir daha "xxxx" MMC-nin ##.##.2024-cü il tarixli, *** nömrəli qiymətləndirmə rəyinin şübhə doğurmasını və əsaslı olmadığını təsdiq edir. Həmçinin, yeni yaşayış kompleksinin tikintisi məqsədilə icarə əsasında "xxxx" ASC-nin istifadəsinə verilmiş torpaq sahəsi ərazisində yerləşən daşınmaz əmlakların istifadəçilərinə "xxxx" ASC tərəfindən hər bir daşınmaz əmlak istifadəçisinə məxsus fərdi yaşayış sahəsinin ümumi sahəsi (kvadratmetri) 20-30 faiz artıq hesablanmaqla tikiləcək çoxmərtəbəli yaşayış binasından yeni təmirli mənzil verilməsi və ya daşınmaz əmlak istifadəçilərinin Istifadələrində olan daşınmaz əmlakın hər kv.metrinin dəyəri, həmin ərazidə yerləşən daşınmaz əmlakın bazar qiymətinə uyğun pul kompensasiyası şəklində ödənilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri ərazisində vətəndaşların istifadələrində olan daşınmaz əmlakı boşaldaraq tikinti şirkətlərinə təhvil verilməsi ilə bağlı kompensasiya qeyd edilən şərtlə həyata keçirilir.Bu zaman daşınmaz əmlakın hansı vəziyyətdə olması deyil, daşınmaz əmlakın sahəsi (ölçüsü) əhəmiyyət kəsb edir. Göründüyü kimi Bakı şəhər Icra Hakimiyyətinin Başçısının ## ###### 2021-ci il tarixli, *** saylı sərəncamının qəbul edilməsinin məqsədi də Yasamal rayonu ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-ci il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia təmin edilmiş, iddiaçı "xxxx" ASC tərəfindən cavabdeh Cavabdeh 270.000 (iki yüz yetmiş min) manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-** saylı ünvanda cavabdehə məxsus özbaşına tikilinin boşaldılaraq sökülməsi, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 600 (altı yüz) manat pulun iddiaçı “xxxx” ASC-dən tutularaq “X4 Mərkəzi” MMCnin hesabına (VÖEN: **********, hesablaşma hesabı: AZ75PAHA40060AZNHC**********, bank: “xxxx” ASC, Bankın Kodu: 505141, VÖEN-i 1700767721, SWIFT BIK: PAHAAZ22, müxbir hesab: AZ82NABZ01350100000000071944) köçürülməsi, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının dəyəri olan 300 (üç yüz) manat pul iddiaçı “xxxx” ASC-dən tutularaq “xxxx” MMC-nin hesabına (Icraçının VÖEN-i: N, h/h: AZ66AIIB38030019443905478109, Bank: Kapital Bank ASC-nin Nərimanov filialı, Kodu: 200093, VÖEN: **********, SWIFT kodu: AIIBAZ2X, m/h: AZ37NABZ01350100000000001944) ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

6. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

7. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, rayon məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Cavabdeh artıq uzun illərdir (33 ildir) ki, sözügedən evdə yaşayır və o, həmin evin sökülməsi nəticəsində ödəniləcək kompensasiya hesabına ailə üzvlərinin mənzil təlabatını ödəmək istəyir. Avropa Konvensiyasının 8-ci maddəsinin tələbləri baxımından da mübahisəli ev cavabdehin yaşayış yeri hesab olunur. Iddiaçı tərəfindən təklif olunan 270.000 manat kompensasiya məbləği Bakı şəhərində ümumi sahəsi 634,5 kv.metr olan evin satın alınması üçün ağlabatan, ədalətli məbləğ sayıla bilməz. Qeyd edilənlərə əsasən qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatı:

8. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi və bildirdi ki, 1993-cü ildən həmin yerdə məcburi köçkün kimi yerləşmiş, 1996-cı ildə evi tikmiş, həmin tarixdən də 33 ildir ki, orada yaşayırlar, evin sahəsi 248 kv.metrdir, torpaq sahəsi ilə bağlı hər hansı sənədi yoxdur, lakin o həmin torpaq sahəsini uzun illər qulluq edərək abadlaşdırmış, həmin torpaq sahəsində bar verən hər cür meyvə ağacları mövcuddur, əvəz olaraq 300 kv.m. sahəli mənzilin və ya təxminən 1.450.000 manat pulun verilməsini məqbul hesab edir.

9. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və şikayətin məzmununa uyğun izahat verərək qeyd etdi ki, cavabdehin ailəsi 30 ildən də artıq müddətdir ki, həmin ünvanda yaşayır. Işlə bağlı beş dəfə ekspertiza keçirilmiş, onların yalnız ikisində tərəflər iştirak etmişdir. Rayon məhkəməsi öz təşəbbüsü ilə keçirilən ekspertiza rəyi əvəzinə, qarşı tərəfin təqdim etdiyi rəyi əsas götürmüşdür.

11. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi nümayəndə2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin olunmamasını xahiş etdi və qeyd etdi ki, həmin ünvanda cavabdehə məxsus özbaşına inşa edilmiş tikilinin sahəsi 248 kv.m. təşkil edir, həmin sahəyə görə ödənilən məbləğ yetərli hesab edilməlidir. Bundan sonra nümayəndə əvvəlcə 300.000, 350.000, 370.000 manat kompensasiya təklif edərək, sonuncu məhkəmə iclasında rəhbərliyin son qərarı kimi 400.000 (dörd yüz min) manat kompensasiya verməyə razı olduğunu bildirdi və əlavə olaraq da göstərdi ki, cavabdeh istəsə həmin məbləğə onların inşa etdikləri binalarda 2 (iki) ədəd 3 (üç) otaqlı tam təmirli mənzillər əldə edə bilər. Torpaq sahəsinə gəldikdə isə nümayəndə bildirdi ki, torpaq sahəsi müstəsna olaraq dövlətin mülkiyyətindədir və müvafiq icra orqanının qərarına əsasən onlara icarəyə verilmişdir və onların qanuni istifadəsindədir, cavabdehin torpaq sahəsinə münasibətdə hər hansı tələbi istisna olunur.

12. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

13. Azərbaycan Respublikası Bakı Şəhər icra Hakimiyyəti Başçısının ## ###### 2021-ci il tarixli, *** №-li Sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən kordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “xxxx” ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə “xxxx” ASC-nin icarə əsasında istifadəsinə verilmişdir.

14. Iş materiallarına Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) tikintisi nəzərdə tutulan çoxmərtəbəli yaşayış kompleksinin “xxxx” QSC tərəfindən tərtib olunmuş Baş plan, işçi layihəsi (2022-ci il tarixli), ##.##.2022-ci il tarixli Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin torpaq sahəsinin cizgisi əlavə edilmişdir.

15. Yasamal rayon Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin ** saylı MKISi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arayışdan görünür ki, /Cavabdeh X1 sahilində Ağdamdan gəlmiş məcburi köçkün kimi şərti nömrəsi 64 olan evdə qeydiyyatdadır.

16. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, "xxxx" MMC-nin ## ###### 2024cü il tarixli REC-**-**/MR-** nömrəli mütəxəssis rəyinə əsasən aparılmış hesablamalara və təhlillərə əsasən ünvan 2 ünvanında yerləşən daşınar və daşınmaz əmlakların (Tikililər və yaşıllaşdırma və çoxillik əkmələr) ## ###### 2024-cü il tarixinə tikililərin dəyəri 627.358 (altı yüz iyirmi yeddi min üçyüz əlli səkkiz) manat; yaşıllaşdırma və çoxillik əkmələrin dəyəri 2.642 (iki min altı yüz qırx iki) manat; ümumi bazar dəyəri: 630.000 (altı yüz otuz min) manat təşkil edir.

17. Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyinin "Azərdövlətsənayelayihə" Dövlət Layihə Institutunun ## ###### 2024-cü il tarixli rəyindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, Qanlıgöl qərb sahili ** nömrəli ünvanda yerləşən fərdi yaşayış evinə vizual texniki baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi kürsülü, 1 mərtəbəli, 5 otaqlı, planda düzbucaqlı şəkilli olub 1996-cı ildə inşa edilmişdir. Evin planda qabarit ölçüləri 13,8x13,6 metr, kürsü hündürlüyü isə h= 0,4 metr təşkil edir. Evin əsas yükdaşıyan divarlarının qalınlığı 200 mm olmaqla mişarlanmış əhəng daşından yerinə yetirilmişdir. Döşəmə və tavanı ağac materialındandır. Damı çaraq tipli olub dalğavari asbestsement vərəqələrlə örtülmüşdür. Bundan əlavə olaraq həyətyani sahədə planda ölçüləri 9,2x4,0 metr olmaqla əlavə yardımçı tikili (ev) mövcuddur. Yardımçı tikili 1 otaqdan ibarət olub 2003-cü ildə qalınlığı 200 mm olmaqla mişarlanmış əhəng daşından inşa edilmişdir. Yardımçı tikilinin damı çardaq tipli olub dalğavari metal vərəqələrlə örtülmüşdür. Hər iki tikili tam təmirlidir. Baxış zamanı fərdi yaşayış evinin mişarlanmış əhəng daşından olan esas yükdaşıyan divarlarında çat və zədələnmələr, ağac materialından olan döşəmə və tavan konstruksiyasında isə deformasiyalar müşahidə edilməmişdir. Bakı şəhəri, Yasamal rayonu, Qanlıgöl qərb sahili ** nömrəli ünvanda yerləşən fərdi yaşayış evi texniki cəhətdən məhdud işlək vəziyyətdədir. Fərdi yaşayış evinin yükdaşıyan konstruksiyalarında yaranmış mövcudtexniki vəziyyətin təbii fəlakətlə əlaqəsiyoxdur.

18. “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin YDQM seriyalı, ***-***/**** saylı, ## ##### 2025-ci il tarixli qiymətləndirmə hesabatına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) M-64 ünvanında yerləşən, Cavabdeh məxsus özbaşına tikilinin daxili perimetrləri (içdən-içə) üzrə sahəsi 460,26 kv metr təşkil edir. Cavabdeh məxsus özbaşına tikilinin orta bazar qiyməti 155.500 (yüz əlli beş min beş yüz) manat təşkil edir.

19. “xxxx” MMC-nin *** saylı ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimalqərb hissəsi) M-64 ünvanında yerləşən özbaşına tikilinin inşasına çəkilmiş xərcin dəyəri 200.054,62 manat, özbaşına tikilinin bazar dəyəriisə 395.000 manat müəyyən edilmişdir.

20. Iddiaçı tərəfindən təqdim edilmiş “xxxx” MMC tərəfindən verilmiş MB-19/0358 №- li, ##.##.2026-cı il tarixli qiymətləndirmə hesabatına əsasən, ## ###### 2026-cı il tarixinə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) M-64 ünvanında yerləşən özbaşına tikilinin inşasına çəkilmiş xərcin dəyəri 210.780 manat, özbaşına tikilinin bazar dəyəri isə 270.000 manat hesablanmışdır. Tətbiq edilən maddi hüquq normaları:

21. Azərbaycan Respublikasinin Konstitusiyası Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. II. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaların və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plunumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3, 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2016-cı il tarixli Qərarı: Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilər.

23. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Insan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının * saylı protokolunun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. 24. Mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.3. qətnaməni dəyişdirə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Hazırkı halda, Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

27. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir.

28. Mülki iş materiallarından göründüyü kimi Bakı şəhəri Icra Hakimiyyətinin Başçısının ##.##.2021-ci il tarixli *** nömrəli Sərəncamına əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yer quruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçilər) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə əsasən qarşılıqlı razılıq əsasında “xxxx” ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə “xxxx” ASC-nin icarə əsasında istifadəsinə verilmişdir, bununla “xxxx” ASC-nin həmin yaşayış sahəsi ilə bağlı subyektiv hüququ müəyyənləşmişdir.

29. Cavabdehin tikdiyi özbaşına tikili də “xxxx” ASC-nin icarə əsasında istifadəsinə verilmiş torpaq sahəsinin ərazisində yerləşir. Tərəflər özbaşına tikilinin söküldüyü halda kompensasiya məbləğinə dair razılığa gələ bilmədiklərindən iddiaçı məhkəməyə müraciət etməli olmuşdur.

30. “Lus unius hominis terminatur ubi incipiunt iura aliorum” (şəxsin hüququ başqalarının hüquqları başladığı yerdə bitir) prinsipinə əsasən “xxxx” ASC-nin həmin yaşayış sahəsi ilə bağlı subyektiv hüququ digər mülkiyyətçilərin hüquqlarını pozmadan həyata keçirilməlidir.

31. Müəyyən olunmuşdur ki, həmin ev cavabdehin ailəsinin yeganə yaşayış yeridir, həmçinin cavabdeh həmin evi satmaq niyyətində olmamışdır. Bununla belə, cavabdeh yaranmış vəziyyətdə ağlabatan kompensasiya ilə razılaşmanın mümkün olduğunu bildirir.

32. Rayon məhkəməsi kompensasiyanın məbləğini 270.000 (iki yüz yetmiş min) manat müəyyən etmiş, cavabdeh isə həmin məbləğlə razılaşmayaraq apellyasiya şikayəti vermişdir.

33. Fərdi yaşayış evinin bazar dəyəri ilə əlaqədar tərtib edilmiş qiymətləndirmə hesabatları arasında ziddiyyətlər mövcuddur. Məhkəmənin qənaətinə görə həmin rəylər arasında olan uyğunsuzluqlar hazırkı işin həlli baxımından əhəmiyyətli deyildir.

34. Belə ki, hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdehin ailəsi 1993-cü ildən məcburi köçkün kimi həmin ünvanda məskunlaşmış, müvafiq sənədləşmə işləri aparılmadan, lakin səlahiyyətli dövlət orqanlarının etiraz etmədiyi bir şəraitdə öz ailəsinin minimum yaşayışlarını təmin etmək məqsədi ilə bu evi inşa etmiş, keçən bu müddət ərzində cavabdehin həmin evdə yaşamasına dövlətin səlahiyyətli orqanları etiraz etməmiş, hazırda da belə bir etiraz yoxdur, cavabdehin ailəsinin başqa yaşayış yeri yoxdur.

35. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

36. Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

37. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi olaraq qeyd edir ki, cavabdeh öz ailəsinin yeganə yaşayış yeri olan fərdi yaşayış evindən iddiaçının təklif etdiyi və mütənasib olmayan kompensasiya əvəzində imtina etməyə məcbur deyildir. Lakin cavabdeh iddiaçı şirkətin münasib təklifi ilə razılaşmanın mümkün olduğunu bildirir. Hazırkı halda iddiaçının təklif etdiyi kompensasiyanın məbləği mütənasib hesab edilə bilməz. Son illər ərzində Bakı şəhərində daşınmaz əmlak bazarında, xüsusən də mənzillərin qiymətinin əhəmiyyətli dərəcədə artdığı heç kəsə sirr deyildir. Hazırda şəhərin yerindən asılı olaraq yeni tikililərdə ən aşağı qiymətlər 1 kv.m. üçün 1700-2800 manat arası dəyişir. Belə olan halda cavabdehin 169.01 kv.m. sahəsi olan evinə görə təklif edilən 270.000 manat mütənasib olmamışdır. Məhkəmə razılaşır ki, hazırkı halda cavabdehin evinin özbaşına tikili olması müəyyən mənada təklif edilən kompensasiyaya təsir edə bilər, lakin bu təklif dəfələrlə ölçülən həddə ola bilməz.

38. Hazırkı işdə iddiaçı tərəflər arasında razılıq əldə olunması üçün 300.000, 350.000, 370.000 manat məbləğlərində kompensasiya təklif etsə də, cavabdeh həmin məbləğlə razılaşmamış, iddiaçının nümayəndəsi nümayəndə2 məhkəmə kollegiyasının sonuncu iclasında 400.000 (dörd yüz min) manat kompensasiya təklif etmişdir.

39. Məhkəmə iclasında cavabdeh tərəf həmin məbləğlə razılaşmayaraq torpaq sahəsinin də qiymətləndirilməsini, kompensasiya təklifində onun da nəzərə alınmasını xahiş etsə də, Məhkəmə qeyd edir ki, həmin torpaq sahəsi dövlətə məxsus olmaqla, Bakı şəhəri Icra Hakimiyyətinin Başçısının ##.##.2021-ci il tarixli *** nömrəli Sərəncamı ilə icarə əsasında iddiaçının istifadəsinə verilmişdir. Odur ki, cavabdehə yalnız özbaşına inşa edilmiş yaşayış evinə görə kompensasiya təklif edilir.

40. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” MTK-nın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ### 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

41. Məhkəmə hazırkı işin hallarını, cavabdehin 30 ildən uzun müddət ərzində həmin evdə yaşamasını, başqa yaşayış yerinin olmamasını, özbaşına tikili də olsa, tikilinin sahəsinin çox olmasını nəzərə alaraq qeyd edir ki, iddiaçının təklif etdiyi 400.000 (dörd yüz min) manat kompensasiya cavabdehin özünü yeni yaşayış sahəsi ilə təmin edə bilməsi üçün ağlabatan və mütənasibdir. Odur ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə kompensasiyanın məbləği hissəsində dəyişdirilərək, iddiaçı cavabdehə 400.000 (dörd yüz min) manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-** saylı ünvanda cavabdehə məxsus özbaşına tikili boşaldılaraq sökülməlidir.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar işlərlə bağlı hüquqi mövqeyi də məhz bu yöndə olmuşdur.

43. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli Qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Fuad Babayev və Cəmilə Musayeva) *(***)-****/**** nömrəli mülki iş üzrə ##.##.2024-cü il tarixli qətnaməsi iləcavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən, yəni iddiaçı “xxxx” ASC tərəfindən cavabdeh X3 ödənilməli olan kompensasiyanın məbləği hissəsində dəyişdirilməsi, cavabdeh X3 məxsus olmuş, ümumi sahəsi 73,93 k.m olan M-*** nömrəli ( Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Qanlı-Göl massivi, ev 8) özbaşına tikilinin sökülməsinə görə iddiaçı “xxxx” ASC tərəfindən cavabdeh X3 ödənilməli olan kompensasiyanın 43800 manat məbləğində müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Ali Məhkəmənin Qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ##.##.2024-cü il tarixli qətnaməsi ləğv edilmişdir.

44. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehə ödənilməli olan kompensasiyanın məbləğini 43800 manat müəyyənləşdirərkən “xxxx” MMC-nin ## ####### 2024-cü il tarixli qiymətləndirmə rəyinə istinad etmişdir.Həmin rəydə X3 məxsus özbaşına tikilinin bazar dəyəri xərc yanaşması ilə, yəni tikiliyə çəkilən xərclərə əsasən müəyyənləşdirilmişdir.Əvvəla həmin rəydə çəkilən xərclər -hansı tikinti materialından nə qədər istifadə edilməsi və dəyərinin nə qədər olması, işçilik xərcləri və s. konkret əsaslandırılmamışdır. Apellyasiya məhkəməsi isə bu kimi halları nəzərə almaqla prosessual hüquq normalarının tələbinə uyğun həmin sübuta qiymət verməmişdir.

45. Digər tərəfdən bu kateqoriyadan olan mübahisələrə baxılarkən kompensasiya məbləğinin müəyyənləşdirilməsi baxımından şəxsin uzun müddət ərzində, özbaşına tikili də olsa, fərdi yaşayış evində yaşaması, orada ailəsi ilə birlikdə yaşamağa səlahiyyətli dövlət orqanlarının etirazının olub- olmaması kimi hallar nəzərə alınmalıdır.

46. Iddiaçı 1998-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, X1 sahili 8 ünvanında ailə üzvləri ilə birlikdə yaşadığını bildirir.

47. Digər tərəfdən xərc yanaşması əsasında tikilinin bazar dəyərinin müəyyənləşdirilməsi də tikilinin bazar dəyəri baxımından reallığı əks etdirməsi inandırıcılığı apellyasiya məhkəməsiu tərəfindən kifayət qədər əsaslandırılmamışdır.Belə ki, hamıya məlum olan haldır ki, fərdi yaşayış evinə çəkilən xərclə, yaşamaq üçün hazır olan fərdi yaşayış evinin bazar dəyəri arasında fərq böyük olur.Bir qayda olaraq yaşamaq üçün hazır olan fərdi yaşayış evinin bazar dəyəri onun tikilməsi üçün çəkilən xərcdən yüksək olur.

48. Özbaşına tikili də olsa şəxslərin yaşadıqları fərdi yaşayış evlərinin sökülməsi ilə əlaqədar kompensasiya məbləği hesablanarkən nəzərə alınmalıdır ki, həmin fərdi yaşayış evi orada yaşayan şəxslər (fərdi yaşayış evinin məxsus olduğu şəxslər) üçün “fərdi yaşayış evi” kimi iqtisadi dəyərə malikdir.Həmçinin, belə iqtisadi dəyərə malik, uzun müddət mübahisəsiz yaşadığı evdən məhrum olan şəxslərin yeni yaşayış sahəsi əldə etmək ehtiyacı da nəzərə alınmalıdır.

49. Lakin apellyasiya məhkəməsi göstərilənlər nəzərə alınmaqla kompensasiyanın məbləğini müəyyənləşdirmək üçün kifayət qədər araşdırma və hüquqi əsaslandırma aparmamış, beləliklə də Azərbaycan Respublikasının MPM-in 14.1 və 88-ci maddəsinin tələblərini pozmuşdur.Bu isə düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. 67. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

50. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» ## ###### 2005-ci il tarixli * saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

51. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarı).

52. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (nümayəndə2anın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli qərarı).

53. Hazırkı halda cavabdehin özbaşına zəbt edilmiş sahədə inşa edilmiş evinin sahəsini, onun uzun müddət ərzində ailəsiylə birlikdə orada davamlı olara yaşamasını, həmin shədə xeyli abadlıq işləri görməsini, başqa yaşayış sahəsinin mövcudluğuna dair iddiaçının sübut verməməsini, cavabdehin zəbt etdiyi torpaq sahəsinin isə müstəsna olaraq dövlətə məxsus olmasını və müvafiq dövlət orqanının həmin sahəni iddiaçı şirkətə ayırmasını nəzərə alaraq hesab edir ki, rayon məhkəməsinin qətnaməsində kompensasiya kimi müəyyən olunmuş 270.000 manatdan fərqli olaraq, apellyasiya icraatı zamanı cavabdehə təklif edilən 400.000 manat kompensasiya mütənasib olmaqla, ağlabatan və həm də ədalətlidir.

54. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:

55. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, rayon məhkəməsinin qətnaməsi dəyişdirilməli, iddiaçı "xxxx" ASC tərəfindən cavabdeh Cavabdeh 400.000 (dörd yüz min) manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimalqərb hissəsi) yerləşən ərazidə M-** saylı ünvanda cavabdehə məxsus özbaşına tikili boşaldılaraq sökülməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflərin özünə aid edilməlidir.

58. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-ci il tarixli qətnaməsi dəyişdirilsin, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh Cavabdeh 400.000 (dörd yüz min) manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimalqərb hissəsi) yerləşən ərazidə M- ** saylı ünvanda cavabdehə məxsus özbaşına tikili boşaldılaraq sökülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar