Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2436/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı iş üzrə QƏTNAMƏ İş № *(3-6)-2436/2026 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu: 1003033025*****,) ilə bağlı Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə itirilmiş qaz sərfiyyatının bərpası üçün hesabat aparılmış və hesablanmış borc iddiaçıdan tələb edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqdim etdiyi sənədlərə müvafiq olaraq (lazım gələrsə şəkillərin çəkildiyi yerə baxış da keçirilə bilər) borcun sıfırlanması, bu günə qədər əlavə ödənilmiş vəsaitin geri qayatarılması və dəymiş mənəvi ziyanın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ## ###### 2025-ci il tarixdə iddiaçı İddiaçı Xəzər rayonu Azəriqaz qaz istismar idarəsindən nəzarətçi tərəfindən ( 050-660-95-49 nömrəsindən) zəng vurularaq, iddiaçıya məxsus fərdi yaşayış evinin Azəriqaz İB-nə 1744 (bir min yeddi yüz qırx dörd) manat borcu olduğu bildirilmişdir. Həmin tarixdə borcla əlaqədar Azəriqaz İB-nin 104 qaynar xəttinə müraciət edilmiş və ona bildirdilər ki, borc sayğacdan kənar müdaxilə nəticəsində yaranıb. 2011-ci ildən 2022-ci ilin aprel ayına qədər evdə yaşayış olmayıb. İddiaçıya məlumat verilmədən bu borcun necə yarandığını öyrənmək üçün ##.##.2025-ci il tarixdə Xəzər rayon qaz istismar idarəsinə müraciət edilmiş və iddiaçıya Azəriqaz İB-nin Bakı Regional Qaz satışı Departamentinə müraciət etməli olduğu bildirilmişdir. Departamentdə bildirdilər ki, bu borc ##.##.2022-ci il tarixdə ******* №-li akt ilə sənədləşdirilib (akt iddia ərizəsinə əlavə edilir). Aktda mövcud şəkillərdən görünür ki, əsas qaz borusunun altına onu möhkəmlətmək və saxlamaq üçün Azəriqaz əməkdaşları tərəfindən daş hasara dirək vurulub və qaynaq olunub. Bu dəmir parçası hal-hazıradək yerindədir. ******* №-li akt ##.##.2022-ci il tarixdə hazırlanıb, amma şəkillər ##.##.2022-ci il tarixdə gecə saat 22:03-də çəkilib. Aktda qeyd olunan qaz istismar cihazları evə baxış keçirilmədən yazılıb. Bu da öz növbəsində aktın tərtibinin Xəzər rayonu Azəriqaz qaz istismar idarəsinin əməkdaşları tərəfindən düzgün həyata keçirilmədiyinin bariz nümunəsidir. Bu borc haqqında iddiaçıya ##.##.2025-ci il tarixə qədər məlumat verilməyib və bu dəmir parçası aktda adları qeyd olunan Azəriqaz İB-nin Xəzər rayonu üzrə əməkdaşları tərəfindən qeyri-qanuni xətt kimi qeyd edilib. Akt tərtib olunan və şəkillər çəkilən gün evdə heç kəs olmayıb, amma Azəriqaz İB-nin Xəzər rayonu üzrə əməkdaşları aktda iddiaçının akta imza atmaqdan imtina etdiyini qeyd ediblər. 2025-ci ilin yay aylarında həmin ünvana smart tipli sayğacın əvəzinə mexaniki sayğac quraşdırılıb və bu barədə hər hansı akt təqdim edilməyib. İddiaçının evində yaşayış 2022-ci ilin aprel ayının 10-dan sonra olub. İddiaçının oğlu hərbi qulluqçudur, 2022-ci ilin adı çəkilən dövrünə qədər Beyləqan rayonunda xidmətdə olub.
4. Daha sonra mülki iş üzrə iddiaçı İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh İB tərəfindən ona əsassız olaraq hesablanmış 1744.45 manat borcun silinməsi, qazın istismarı üçün ödədiyi ödənişlərdən tutulmuş 278.2 manat məbləğində ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsinə qarşı cavabdeh tərəfindən elektron kabinet vasitəsilə ərizə təqdim edilərək, İddia ərizəsinə əlavə edilmiş və koordinatlar üzrə iddiaçının mənzilini göstərilən fotoşəkillərdə İddiaçı həqiqətən də, sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan qeyriqanuni yolla istifadə etmə faktı əyani surətdə görünməkdədir. Bu səbəbdən iddia ərizəsində qeyd edilmiş borcun silinməsi tələbinin heç bir hüquqi əsası olmadığından iddianın rədd olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən iddiaçı İddiaçı (ünvan: ünvan 2 25; abonent kodu: 1003033025*****) dəymiş ziyanın bərpasına dair hesablanmış 1744.45 manat məbləğində borcun silinməsi və qazdan istifadəyə görə edilmiş ödənişlərdən tutulmuş 264.35 AZN məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh İBdən tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh İstehsalat Birliyindən 40.08 AZN məbləğində dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 448, 1096.1, 1096.2-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4, 11.6, 13.8-1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81, 88, 217.2, 217.4, 218.3cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarındaolan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir İddiaçınıntəqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, İddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin 1-ci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. İddiaçı tərəfdən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu (2022-ci ilin may ayınadək qüvvədə olan redaksiyada)
13. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
14. Maddə 13. 8-ci bəndi. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»
15. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
16. Bənd 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
17. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
18. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
19. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
20. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
21. Bənd 6.6 Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.
22. Bənd 6.7 Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Hazırki işdə qətnamə iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
32. Belə ki, iş materiallarında olan ##.##.2022-ci il tarixli (******* saylı) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın və ##.##.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi ilə bağlı abonentə 16740 m3 itirlimiş qaz hesablanmışdır. Həmin akt İddiaçı tərəfindən imzalamaqdan imtina etdi qeydi aparılmışdır.
33. ##.##.2025-ci il çap tarixli abonent saldosundan görünür ki, abonent İddiaçı, abonent kodu 1003033025*****, ünvan ünvan 1 və həmin abonent koduna akt əsasında 03/2022-ci il tarixinə 2008.8 manat borc daxil edilmiş və abonentin 10/2025-ci il tarixinə 1744.45 manat borcu vardır.
34. Foto-şəkillərdən görünür ki, İddiaçı tərəfindən qanunsuz qoşulma hallarının müəyyən edildiyi bildirilən foto-şəkillər ##.##.2022-ci il tarixdə, gecə saat 22:03-də çəkilmişdir.
35. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları əsasında müəyyən olundu ki, iddiaçı İddiaçı abonent ünvanına Birliyin əməkdaşları tərəfindən qaz xəttinə sayğackənar qeyriqanuni qoşulma əsası ilə ##.##.2022-ci il tarixli ******* saylı akt tərtib edilmiş və həmin akt əsasında cavabdehə 2008,80 manat dəymiş ziyan hesablanmışdır. Bundan sonra həmin borcun ödənilməsinin təmin edilməsi üçün iddiaçının qaz sərfiyyyatına görə etdiyi ödənişlərdən cavabdeh tərəfindən tutulmalar həyata keçirilmişdir. Nəticədə iddiaçının 2025-ci ilin oktyabr ayına akta görə hesablanmış cərimə üzrə 1744,45 manat borcu qalmışdır. Göründüyü kimi həmin tarixə qazdan istifadəyə görə edilmiş ödənişlərdən cəmi 264.35 (2008,8-1744,45) manat pul tutulmuşdur.
36. Kollegiya hesab edir ki, hazırki iddianın əsaslılığına ##.##.2022-ci il tarixinədək, yəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərin qüvvəyə mindiyi tarixədək tərtib edilmiş akta münasibətdə xüsusiyyətlər təhlil olunmalı və mübahisəyə həmin tarixi ehtiva edən qanunvericilik normalarına əsasən qiymət verilməlidir.
37. Məhkəmə ##.##.2022-ci il tarixli ******* saylı akt üzrə borcun silinməsi və həmin borca görə tutulmaların geri qaytarılması ilə bağlı iddia tələbinin əsaslılığına münasibətdə aşağıdakıları qeyd edir.
38. İddiaçıya məxsus mənzildə quraşdırılan sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyi əsası ilə akt tərtib edilsə də, məhkəmə araşdırması zamanı bu fakt öz təsdiqini tapmamışdır. Belə ki, sözügedən akt 2022-ci ilin mart ayında tərtib edilməsinə baxmayaraq, iddiaçı tərəfindən qanunsuz qoşulma halının müəyyən edildiyini bildirən fotoşəkillər həmin ilin aprel ayında çəkilmişdir.
39. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
40. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin istinad etdiyi akt iddiaçının təbii qazdan qeyri-qanuni sayğacdan kənar xətt istifadə etməsi barədə tərtib edilmiş, akt iddiaçı tərəfindən imzalanmamışdır. Aktda iddiaçının onu imzalamaqdan imtina etdiyi qeyd olunsa da, aktın tərtib olunmasında hal şahidləri iştirak etmədiyindən həmin məlumatın mötəbərliyi şübhə doğurur. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh bununla bağlı mövqeyini əsaslandıra bilməmiş, iddiaçının qazın talamasında təqsirli olduğunu təsdiq edən sübutlar təqdim edilməmişdir.
41. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
42. .Qeyd edilənlərlər əsasında kollegiya belə qənaətə gəlir ki, sözügedən akt tərtib edilərkən iddiaçının sayğacdankənar qazdan istifadə etməsi iş materialları ilə sübut olunmadığından həmin akt əsasında hesablanmış 2008.8 manat cərimə məbləğindən hazırda qalan 1744.45 manatın silinməsi və həmin borca görə iddiaçıdan tutulmuş 264.35 AZN məbləğində pul vəsaitinin isə cavabdeh Cavabdeh İB tərəfindən iddiaçı İddiaçı geri qaytarılması barədə məhkəmənin qətnaməsi qanuni və əsaslı şəkildə qəbul edilmişdir.
43. Beləliklə, kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).
45. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
47. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
48. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
50. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev