Məhkəmə qərarları › İş №2(3-6)-2522/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2522/2026

25.06.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2522/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Eyvazov Rafael Əmir oğlundan və X1 ibarət tərkibdə İddiaçı cavabdeh1 İbrahimxəlil oğluna, cavabdeh3 və * saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadından İddiaçı nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (iddiaçı) cavabdeh1 İbrahimxəlil oğluna, cavabdeh3 və * saylı Bakı “Asan Xidmət” Mərkəzindəki Notariat ofisinə (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, ## #### 2010-cu il tarixli 2V/*** reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin və MA0087900 seriya nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız sayılması, adına ½ hissədə mülkiyyət hüququ haqqında və miras əmlakdan payının müəyyən edilərək payına uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin ## ### 2026-cı il tarixli qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina olunması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı cavabdeh1 İbrahimxəlil oğluna, cavabdeh3 və * saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə “qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrinin və onların əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbinə baxılmış, iddia tələbi təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, hazırki və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- ****/**** saylı iş üzrə iddia ərizələrində iddiaçı eyni əsasla iddia tələbi irəli sürmüş, hər iki iddia ərizəsində miras əmlak predmeti olmuş daşınmaz əmlakın birgə nikah dövründə əldə edildiyini, həmin əmlakın ½ hissəsinin ona məxsus olduğunu, notariat orqanında mirasdan imtina ərizəsi versə də, həmin ərizədə öz mülkiyyəti olan əmlakın 1/2 hissəsindən imtina etmədiyini bildirmişdir. Həmin əsaslarla da məhkəmə mübahisəsinə hər üç instansiyada baxılmış və yekun məhkəmə qərarı qəbul edilmişdir. Qərardaddan İddiaçı nümayəndəsinin (vəkilinin) verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, həmin iş üzrə iddia tələbi “qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin və onların əsasında verilmiş çıxarışların ləğv edilməsi” olsa da hazırki iddia tələbi “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi”dir. İddia tələbindən də göründüyü kimi bir iddia tələbi etibarsızlıqla bağlı, bir iddia tələbi isə əqdin ləğvi ilə bağlı olmuşdur və beləliklə də ayrı-ayrı iddia tələbləridir. Hesab edir ki, məhkəmə tərəfindən qərardad şablon mülahizələrlə əsaslandırılmışdır. Bundan başqa iddia ərizəsinin əsaslandırıcı hissəsindən də görünür ki, əvvəlki iddianın mübahisələndirilməsi başqa maddi və prosessual əsaslarla olsa da, hazırkı iddianın maddi və prosessual əsasları tamamilə fərqlidir. İlkin iddia tələbi vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi olub əqdin ləğvi kateqoriyasına aiddir, hazırki iddia isə əqdin ümumiyyətlə həqiqi olmamaqla etibarsızlığı ilə bağlıdır. Kollegiya iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- ****/**** saylı iş üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, İddiaçı cavabdeh1 İbrahimxəlil oğluna, cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrinin və onların əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ***.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş materiallarından aydın olur ki, iddiaçı tərəfindən etibarsız hesab olunması tələb olunan sənədlərə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan yuxarıda qeyd edilən iş üzrə qiymət verilmiş, yekun məhkəmə aktı çıxarılmış, həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397- 398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin *(*-***)-****/**** saylı iş üzrə ## ### 2026-cı il qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Rafael Eyvazov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar