Məhkəmə qərarları › İş №2(3-6)-2675/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2675/2026

31.07.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2675/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Rəşad Məmmədovun, cavabdehin vəkili və nümayəndəsi Vəkil, iddiaçı İddiaçı Şirkətinin cavabdeh Cavabdeh qarşı “özbaşına tikilidən çıxarılma, özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Məhkəmə icraatı 1.Iddia ərizəsində tələb olunub ki, cavabdeh Cavabdeh * saylı mədənin 3-cü sahəsində yerləşən ****** saylı neft quyusunun mühafizə zolağı və iddiaçı İddiaçı Şirkətinin ərazi hüdudları (1. 401971.870 4480040.891; 2. 401984.245 4480051.683; 3. 40.1990.145 4480044.488; 4.401978.490 4480032.976 kordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılsın, özbaşına tikili cavabdehin hesabına sökülsün və torpaq sahəsi boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılsın. 2.Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, cavabdeh həmin tikilidən çıxarılsın, özbaşına tikili cavabdehin hesabına sökülsün və torpaq sahəsi boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılsın. Bundan başqa, qətnamə ilə qət olunub ki, qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başladnığı zaman icra edilsin, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 100 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. 3.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə cavabdehə münasibətdə ləğv edilsin və iddia cavabdehə münasibətdə rədd edilsin. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, sökülməsi qət olunan tikili cavabdehə aid deyil, cavabdeh orada yaşamayıb. 4.Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi Rəşad Məmmədov isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmənin mövqeyi 5.Sökülməsi tələb olunan tikili (ev) dövlət reyestrində qeydə alınmayıb. Cavabdeh tikilinin ona aid olmadığını, orada yaşamadığını və tikiliyə sahiblik etmədiyini bildirir. Odur ki, tikilinin cavabdehə aid olduğunu sübutetmə yükü iddiaçının üzərinə düşür. 6.Iddiaçı tikilinin cavabdehə aid olduğunu sübut etmək üçün yalnız bir sübuta - “Azəriqaz” IB-nin məlumatına istinad edir. Bu məlumata görə, cavabdeh həmin ünvan üzrə təbii qaz istehlakçısıdır, adına hesab var. “Azəriqaz” IB-nin ##.##.2023-cü il tarixli bildirişxəbərdarlığından görünür ki, həqiqətən də cavabdeh təbii qazın istehlakçısıdır (abonent kodu: 100729009002111). 7.Cavabdehin vəkili və nümayəndəsi Vəkil iddiaçının bu dəlilinə etiraz edərək bildirib ki, cavabdehin tikilini almaq niyyəti olub, bu məqsədlə 2.500 manat beh ödəyib, lakin bir aydan sonra tikilini geri qaytarıb. Istehlakçı hesabının cavabdehin adına qeydə alınması da bununla bağlı olub, sonrdan həmin hesab cavabdehin adından çıxarılıb, cavabdeh artıq həmin ünvan üzrə təbii qaz istehlakçısı deyil. 8.Cavabeh tərəf həmin ünvan üzrə təbii qaz istehlakçısı olmadığını sübut etmək üçün göstərilən iki sübutu məhkəməyə təqdim edib: Birinci, “Azəriqaz” IB-nin ##.##.2026-cı il tarixli **-*-*-*/*-****/**** nömrəli məktubuna görə, X4 Sistemində cavabdeh Cavabdeh adına təbii qaz istehlakçı hesabı yoxdur. Ikinci, ”Azəriqaz” IB-nin ##.##.2026-cı il tarixli bildiriş-xəbərdarlığından görünür ki, həmin ünvan qaz istehlakçısı başqa şəxsdir – X2r (abonent kodu: 100729009002111). 9.Apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsindən tikilinin cavabdehə aid olduğunu təsdiq edən sübutun olub-olmadığı soruşulmuşdur. O, bildirmişdir ki, iddia ərizəsi məhkəməyə verilərkən cavabdehin həmin ünvan üzrə təbii qaz istehlakçısı olması əsas götürülməklə iddia ona qarşı verilmişdir, tikilinin cavabdehə aid olduğunu təsdiq edən başqa sübutları yoxdur. 10.Beləliklə, tikilinin cavabdehə aid olduğu müəyyən edilmir. Iddiaçı tikilinin cavabdehə aid olduğunu sübut etmək üçün onun həmin ünvan üzrə qaz istehlakçısı olması faktına əsaslansa da, ”Azəriqaz” IB-nin məlumatından görünür ki, cavabdeh istehlakçı deyil, istehlakçı başqa şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164 və 180-ci maddələrinin mənasına görə, özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması həmin tikiliyə və torpaq sahəsinə sahiblik edən şəxsdən tələb oluna bilər. Ona görə də qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. 11.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ləğv olunsun. Iddiaçı İddiaçı Şirkətinin cavabdeh Cavabdeh qarşı “özbaşına tikilidən çıxarılma, özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması barədə” iddiası rədd olunsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar