Məhkəmə qərarları › İş №2(3-6)-2850/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2850/2026

21.07.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2850/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı «əsassız hesablanmış pul məbləğinin silinməsi» tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “əsassız hesablanmış borcun silinməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi ilə, MÜƏYYƏN ETDI: Işin halları:

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə (bundan sonra Birlik) qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Xəzər rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən evinə quraşdırılan 100313100100212 abonent kodlu sayğaca "Azəriqaz” Istehsalat Birliyinin əməkdaşları tərəfindən 0358073 və ******* nömrəli aktların etibarsız hesab edilməsi, cavabdeh "Azəriqaz” Istehsalat Birliyi tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 15766.82 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, yaşadığı evə quraşdırılan 100313100100212 abonent kodlu sayğaca Birliyin əməkdaşları tərəfindən 0358073 və ******* nömrəli aktlar tərtib edilib. Aktların yazılmasına səbəb kimi abonentin təbii qazdan sayğacdan kənar xətt çəkməsi göstərilib. Həmin əktlara görə 15766.82 manat məbləğində cərimə edilmişdir. Evinə quraşdırılan qaz sayğacından kənar xətt çəkməmişdir, həmin sayğac küçədə yerləşir və onun işlək vəziyyətdə saxlanılmasına o, qanuna əsasən cavabdehlik daşımır. Digər tərəfdən isə aktların tərtib edilməsində qanunla nəzərdə tutulan prosedur qaydalara da əməl edilməyib. Belə ki, aktlarda onun tərtib edilmə tarixi göstərilməyibdir.

3. Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Nərmin Abiyeva) ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh istehsalat Birliyi tərəfindən 2020-2023-cü illər ərzində tərtib edilmiş müxtəlif aktlara əsasən hesablanaraq iddiaçı İddiaçı abunə koduna (100313100100212) köçürülmüş 12529.82 manat borcun hesabdan silinməsi, cavabdeh Cavabdeh IB-dən 127,59 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

4. Iddiaçı qətnamə ilə razılaşmış, onu mübahisələndirməmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri:

5. Cavabdeh apellyasiya şikayəti verərək rayon məhkəməsinin maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul etdiyini qeyd etmişdir. Belə ki, Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğaca müdaxilə etmək vasitəsilə istifadə etməklə, o cümlədən istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəmədən təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

7. Belə olan halda Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

8. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ##.##.2020-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir.

9. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2020-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2020-ci il tarixli, ******* №-li akta əsasən cəmi 17712 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

10. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ##.##.2021-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir.

11. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2021-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2021-ci il tarixli, ******* №-li akta əsasən cəmi 2952 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

12. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ##.##.2021-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir.

13. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2021-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2021-ci il tarixli, ******* №-li akta əsasən cəmi 2952 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

14. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ##.##.2021-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir.

15. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2021-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2021-ci il tarixli, ******* №-li akta əsasən cəmi 2952 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

16. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ##.##.2021-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir.

17. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2021-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2021-ci il tarixli, ******* №-li akta əsasən cəmi 1944 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

18. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ##.##.2021-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir.

19. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2021-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2021-ci il tarixli, ******* №-li akta əsasən cəmi 1944 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

20. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ##.##.2021-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir.

21. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2021-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2021-ci il tarixli, ******* №-li akta əsasən cəmi 1944 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

22. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ##.##.2021-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir.

23. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2021-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2021-ci il tarixli, ******* №-li akta əsasən cəmi 1944 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

24. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ##.##.2021-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir.

25. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2021-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2021-ci il tarixli, ******* №-li akta əsasən cəmi 2952 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

26. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ##.##.2021-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir.

27. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2021-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2021-ci il tarixli, ******* №-li akta əsasən cəmi 5040 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

28. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ##.##.2021-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2021-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2021-ci il tarixli, ******* №-li akta əsasən cəmi 5400 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

29. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ##.##.2022-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2022-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2022-ci il tarixli, ******* №-li akta əsasən cəmi 5400 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

30. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ##.##.2022-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2022-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2022-ci il tarixli, ******* №-li akta əsasən cəmi 5580 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

31. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ##.##.2022-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2022-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2022-ci il tarixli, ******* №-li akta əsasən cəmi 6120 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

32. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ##.##.2022-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2022-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 3o.04.2022-ci il tarixli, ******* №-li akta əsasən cəmi 6120 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

33. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ##.##.2022-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2022-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2022-ci il tarixli, ******* №-li akta əsasən cəmi 3024 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

34. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ##.##.2022-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2022-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2022-ci il tarixli, ******* №-li akta əsasən cəmi 3024 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

35. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ##.##.2022-ci il tarixli, ******** №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2022-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2022-ci il tarixli, ******** №-li akta əsasən cəmi 2484 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

36. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ##.##.2022-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2022-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2022-ci il tarixli, ******* №-li akta əsasən cəmi 3024 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

37. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ##.##.2023-cü il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2023-cü il tarixli, ******* №-li akta əsasən cəmi 18360 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

38. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ##.##.2023-cü il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2023-cü il tarixli, ******* №-li akta əsasən cəmi 6120 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

39. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ##.##.2023-cü il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2023-cü il tarixli, ******* №-li akta əsasən cəmi 6120 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

40. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ##.##.2023-cü il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2023-cü il tarixli, ******* №-li akta əsasən cəmi 6120 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

41. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ##.##.2023-cü il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2023-cü il tarixli, ******* №-li akta əsasən cəmi 4536 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

42. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ##.##.2023-cü il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2023-cü il tarixli, ******* №-li akta əsasən cəmi 1512 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

43. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ##.##.2023-cü il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» ##.##.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2023-cü il tarixli, ******* №-li akta əsasən cəmi 1512 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

44. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ##.##.2023-cü il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir«Dəymiş ziyanın bərpasına dair» ##.##.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2023-cü il tarixli, ******* №-li akta əsasən cəmi 2052 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır.

45. Abonentin saldosundan müəyyən olunur ki, İddiaçı sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə etdiyinə görə 15766.82 manat məbləğində ziyan hesablanmışdır.

46. Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin Bakı Filialının ##.##.2025-ci il tarixli rəyindən müəyyən edilir ki, təhlil nəticəsində məlum olmuşdur ki, tərtib edilmiş hər bir aktda müxtəlif qaz qurğuları qeyd edilmisdir, lakin, hər qurğu əlavə olunarkən mənzilə tələb olunan qaz həcmi dəyişdiyinə görə mənzilin layihəsi və ya texniki şərtinin dəyişib dəyişməməsi görsənmir. Hər aktda fərqli qurğular qeyd olunur, istehlakçı ilə müqavilə isə yenilənmir və müqavilədə qaz qurğuları QSSQ və PQ-4 olması qeyd edilib, saldoda PQ-4 olması görsənir, aktlarda isə fərqli qurğular qeyd olunur. Uyğunluq yoxdur və əslində hansı sənədə etibar edilməsi aydın deyil. 2021-ci, 2022-ci illər üzrə istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövr qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq olunmuş "Qazdan istifadə Qaydaları'na (bundan sonra - Qaydalar) dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2023-cü il tarixli *** nömrəli Qərarı ilə müəyyən edilmişdir Göstərilənləri nəzərə alaraq istehlakçının qazın talanmasında təqsirli olması sübuta yetirildiyi halda Cavabdeh IB tərəfindən tərtib edilmiş "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" aktlarda qeyd olunmuş qaz qurğuları (1 ədəd PQ-4 məişət tipli, 1 ədəd QSSQ) nəzərə alınmaqla Qaydaların 6.5-ci, 6.5- 1-ci və 6.5-3 bəndlərinə əsasən, 1 eded PQ-4 qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1.2 m², 1 ədəd QSSQ maksimal saatlıq qaz sərfi 1.5 m³, işləmə rejimi 12 saat və ilin mövsümü nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər 2020-ci il PQ-4 qaz plitəsi üçün - 1.2 m³ x 12 saat x 90 gün = 1296 m³; QSSQ üçün 1.5 m³ x 12 saat x 90 gün = 1620 m³; Ümumilikdə 2021-ci il ərzində 2916 m³ təşkil edir. 2021-ci il PQ-4 qaz plitəsi üçün - 1.2 m² x 12 saat x 365 gün = 5256 m²; QSSQ üçün - 1.5 m³ x 12 saat x365 gün = 6570 m²; Ümumilikdə 2022-ci il ərzində 11820 m³ təşkil edir. 2022-cü il PQ-4 qaz plitəsi üçün - 1.2 m³ x 12 saat x 120 gün = 1728 m³; QSSQ üçün - 1.5 m³ x 12 saat x120 gün = 2160 m²; Ümumilikdə 2023-cü il ərzində 3888 m³ təşkil edir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Təbii qazın ölkə daxili tariflərinin tənzimlənməsi barədə" göstərilən illər üzrə müvafiq Qərarını nəzərə alaraq qaz xəttinə qeyri-qanuni qoşulma halında hesablanan zərərin məbləği aşağıda göstərildiyi kimi hesablana bilər. 2020-ci il üzrə-2911 m³ qaz həcminin 2200 m³i 0,10 manat (2200 x 0,10 = 220) cəmi 342 manat; 2021-ci il üzrə -11820 m³ qaz həcminin 2200 m³-i 0,10 manat (2200 x 0,10 = 220), cəmi 2144 manat; 2022-ci il üzrə 3888 m³ qaz həcminin qaz həcminin 1200 m³-i 0,12 manat (1200 x 0,12 =144), 1300 m³-i 0,20 manat (1300 x 0,20 = 260), cəmi 751 manat. Göstərilənləri nəzərə alaraq istehlakçının təqsirli olması sübuta yetirildiyi halda yuxarıda qeyd olunan aktlar üzrə hesablanan qaz həcminin dəyəri 3237 manat məbləğində müəyyən edilə bilər. Tətbiq edilən maddi hüquq normaları:

47. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

48. Azərbaycan Respublikası “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunu Maddə 3. istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır.

49. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununu Maddə 21.1. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11 -ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

50. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları» 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. Istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.4. Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Tətbiq edilən prosessual hüquq normaları:

51. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər Apellyasiya Məhkəməsinin baxışının hədləri:

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

53. Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

54. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

55. Iddia tələbini qismən təmin edən rayon məhkəməsi qeyd etmişdir ki, iddiaçıya aid fərdi yaşayış evi üzrə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qanunsuz qoşulma halı baş vermiş, habelə bununla əlaqədar 2020-2023-cü illər ərzində müxtəlif tarixlərdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Həmin aktlarda nöqsanın olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Lakin, tədqiq olunmuş mötəbər sənəd və sübutlar ilə bu qanunsuz qoşulma, bu müddət ərzində qanunsuz istifadə edilmiş təbii qazın dəyərinin isə 3237 manat olması müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanmasını əks etdirən şəkillərdə və digər sənədlər əsasında müəyyən edilmişdir ki, qaz xəttindən istifadə edilməklə hər bir aktda müxtəlif qaz qurğuları qeyd edilmişdir. Mübahisəli 15766.82 manatlıq borc məbləğinin qalan hissəsi, yəni 3237 manatı iddiaçıya aid evdə sayğacdan kənar istifadə edilmiş təbii qaza görə yaranmış borcdur, bu borc mövcud olmaqla, realdır, o cümlədən düzgün hesablanmışdır. Bu səbəbdən də, ümumi borc məbləğindən sonuncu məbləğin silinməsi istisna edilir və 2020-2023-cü illər ərzində tərtib edilmiş müxtəlif aktlara əsasən hesablanmış cərimənin tam silinməsi məqsədəmüvafiq deyildir. Odur ki, rayon məhkəməsi hesab etmişdir ki, Birlik tərəfindən 2020-2023-cü illər ərzində tərtib edilmiş müxtəlif aktlara əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 12529.82 manat borc hesabdan silinməlidir.

56. Belə ki, “Qaz təchizatı haqqında” Qanunun 13.8-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru qanunsuz xətti dərhal qaz şəbəkəsindən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir.

57. Apellyasiya şikayətində qeyd edilir ki, cavabdehin əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur.

58. Məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlili ilə əlaqədar qeyd edir ki, Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin Bakı Filialının ##.##.2025-ci il tarixli rəyindən də qanunsuz qoşulma halının mövcud olması müəyyən edilsə də, eyni zamanda da Birliyin əməkdaşları tərəfindən tərtib edilən aktlarda müxtəlif qaz qurğularının qeyd olunduğu da aşkar edilmişdir. Odur ki, mütəxəssis rəyinə əsasən iddiaçının qaz sayğacından kənar qanunsuz qoşulması iddiaçıya məxsus qaz qurğuları qeyd edilən aktlar əsas götürülməklə, cəmi 3237 (üç min iki yüz otuz yeddi) manat məbləğində müəyyən edilmişdir. Beləliklə də, iddiaçının abonent koduna Birlik tərəfindən hesablanmış həcmdə borcun olması öz təsdiqini tapmamışdır. Bu səbəbdən apellyasiya şikayətinin həmin dəlili əsassızdır.

59. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:

61. ... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

62. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

63. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2).

64. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarında Insan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.

66. Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəlilləri aparılan məhkəmə araşdırmaları nəticəsində təsdiqini tapmadığından, apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Nəticə:

67. Göstərilənlərə əsasən Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

69. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

70. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDI:

Cavabdeh Cavabdeh IB tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla cavabdeh tərəfindən ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar