Məhkəmə qərarları › İş №2(3-6)-288/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-288/2026

02.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-288/2026 02.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), X17 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-6706/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 1) Raya Qəhrəman qızının ünvan 1 ünvanladığı xx.xx.2006-cı il tarixli ərizəsi etibarsız hesab edilməsi, 2) Cavabdeh2 ünvan 1 ünvanladığı xx.xx.2006-cı il tarixli ərizəsi etibarsız hesab edilməsi, 3) Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən Raya Qəhrəman qızının adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2006-cı il tarixli 2V-57 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, 4) Hədiyə verən Cavabdeh2 ilə hədiyyə alan Raya Qəhrəman qızı arasında bağlanaraq 11 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2006cı il tarixli Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinin ½ hissəsinin bağışlanılmasına dair müqavilə etibarsız hesab edilməsi, 5) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Raya Qəhrəman qızının adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş MH seriyalı ******* saylı xx.xx.2006-cı il tarixli çıxarış ləğv edilməsi, 6) X4 ünvan 1 ünvanladığı xx.xx.2013-cü il tarixli ərizəsi etibarsız hesab edilməsin, 7) Cavabdeh5 Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi, 8) Cavabdeh3 Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2013-cü il tarixli ərizəsi etibarsız hesab edilməsi, 9) Cavabdeh1 Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2013-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi, 10) Cavabdeh2 Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş xx.xx.2013- cü il tarixli ərizəsi etibarsız hesab edilməsi, 11) Cavabdeh2 ünvan 1 ünvanladığı xx.xx.2013-cü il tarixli ərizəsi etibarsız hesab edilməsi, 12) Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən X4 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2013-ci il tarixli 2V-51 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, 13) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X4 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2013- cü il tarixli ******* saylı çıxarış ləğv edilməsi, 14) Cavabdeh4 ünvan 2 ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsi etibarsız hesab edilməsi, 15) X5 11 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsi etibarsız hesab edilməsi, 16) X6 11 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsi etibarsız hesab edilməsi, 17) Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən Cavabdeh4 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2021-ci il tarixli 2V-177 reyesrt nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, 18) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Resyestrindən Cavabdeh4 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair xx.xx.2021-ci il tarixdə verilmiş çıxarış ləğv edilməsin, 19) Satıcı Cavabdeh4 ilə alıcı X18 arasında Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair xx.xx.2022-ci il tarixdə bağlanmaqla Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq olunmuş AN İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilçəsi, 20) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət X1 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş çıxarış ləğv edilməsi, 21) Cavabdeh2 ilə X7 araında bağlanılmış xx.xx.2013-cü il tarixli, 3M-133 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməsi xahiş edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı eyni cavabdehlərə qarşı eyni mənzillə bağlı 25 avqust 2006-cı il tarixdə Bakı şəhəri 11 saylı dövlət notariat kontorunda Mirzəbala Ağabala oğlunun vəfatından sonra açılmış vərəsəlik işi üzrə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, 3 aprel 2013-cü il tarixdə Bakı Şəhəri 11 saylı notariat kontorunda Raya Qəhrəman qızının vəfatından sonra açılmış vərəsəlik işi üzrə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, 4 oktyabr 2021-ci il tarixdə Bakı Şəhəri 35 saylı notariat ofisində X4 vəfatından sonra açılmış vərəsəlik işi üzrə verrilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi İddiaçı eyni tərəflərə qarşı, eyni predmet barəsində və eyni əsaslarla təkrarən məhkəməyə müraciət etmişdir, baxmayaraq ki, bununla bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Qeyd edilənlərə əsasən, İddiaçı Cavabdeh4 və qeyrilərinə qarşı iddia tələbinə dair mülki işin icraatına xitam verilməsi xahiş edilmişdir. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 6706/2025 nömrəli qərardadına əsasən İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı əqdlərin etibarsızlığı və sair tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçı İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi yekun məhkəmə aktı üzrə İddiaçı müstəqil tələb sürən şəxs qismində iddia tələbinin əsasını mərhum atası tərəfindən tərtib edilmiş 1995-ci il tarixli vəsiyyatnamənin tətbiq edilməməsindən ibarət idi. Lakin sözügedən iş üzrə İddiaçı iddia tələbinin əsasını onun 2002-ci il tarixdə atası vəfat edəndən sonra vərəsəlik işinə cəlb edilməməsi və ona məcburi payın müəyyən edilməməsi təşkil edir. Göründüyü kimi iddiaçının tələblərinin hüququ əsasları fərqlidir, həmin tələblər Mülki Məcəllənin fərqli maddələriniehtiva edir (MM 1193 və MM 1166) və bu məsələ, yəni iddiaçı ŞıxməmmədovaEsmira Mirzəbala qızı tərəfindən yekun məhkəmə aktı qəbul edilən icraatda işə əlavə edilən müstəqil iddianın əsası (ərizə) Məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Qərardadın ləğv edilərək iddia ərizəsinin icraata qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(001)- 6706/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-6706/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər aidiyyəti müddəalara istinadən qeyd edir ki, iş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4075/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilmiş, Raya Qəhrəman qızının ünvan 1 ünvanladığı xx.xx.2006-cı il tarixli ərizəsinin etibarsız hesab edilməsi, Cavabdeh2 ünvan 1 ünvanladığı xx.xx.2006-cı il tarixli ərizəsi etibarsız hesab edilməsi, Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən Raya Qəhrəman qızının adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2006-cı il tarixli 2V-57 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, hədiyə verən Cavabdeh2 ilə hədiyyə alan Raya Qəhrəman qızı arasında bağlanaraq 11 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2006-cı il tarixli Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinin ½ hissəsinin bağışlanılmasına dair müqavilə etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Raya Qəhrəman qızının adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş MH seriyalı ******* saylı xx.xx.2006-cı il tarixli çıxarışın ləğv edilməsi, X4 ünvan 1 ünvanladığı xx.xx.2013-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi, Cavabdeh5 Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi, Cavabdeh3 Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2013-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi, Cavabdeh1 Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2013-cü il tarixli ərizəsi etibarsız hesab edilməsi, Cavabdeh2 Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş xx.xx.2013-cü il tarixli ərizəsi etibarsız hesab edilməsi, Cavabdeh2 ünvan 1 ünvanladığı xx.xx.2013-cü il tarixli ərizəsi etibarsız hesab edilməsi, Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən X4 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2013-ci il tarixli 2V-51 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X4 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2013- cü il tarixli ******* saylı çıxarışın ləğv edilməsi, Cavabdeh4 ünvan 2 ünvanladığı xx.xx.2021- ci il tarixli ərizəsi etibarsız hesab edilməsi, X5 11 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsi etibarsız hesab edilməsi, X6 11 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsi etibarsız hesab edilməsi, Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən Cavabdeh4 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2021-ci il tarixli 2V- 177 reyesrt nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Resyestrindən Cavabdeh4 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair xx.xx.2021-ci il tarixdə verilmiş çıxarış ləğv edilməsi, satıcı Cavabdeh4 ilə alıcı X18 arasında Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair xx.xx.2022-ci il tarixdə bağlanmaqla Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq olunmuş AN İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət X1 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş çıxarış ləğv edilməsi, Cavabdeh4 80000 manat alınaraq X15 verilməsi, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən 3-cü şəxs İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, X9, X10, X15, Bakı şəhəri 11 saylı notariat ofisinə, ünvan 2, Bakı şəhəri 51 saylı notariat ofisinə qarşı əqdin etibarsız hesab edilməsinə və sair tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1153/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 noyabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni satıcı Cavabdeh4 ilə alıcı X18 arasında Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair xx.xx.2022-ci il tarixdə bağlanmaqla Bakı Şəhəri 51 saylı Notariat Ofisində təsdiq olunmuş AN-İ seriyalı, ******* saylı “Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi, ”Daşınmaz əmlakın dövlət reyestrindən” X13 adına həmin mənzilə dair verilmiş “Çıxarışın” ləğv edilməsi, Cavabdeh4 80.000 manatın alınaraq X15 verilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, həmin iddia tələbləri rədd edilməsi, mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 noyabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 noyabr 2022-ci il tarixli qətnamənin iddiaçı Cavabdeh3 iddia tələbinin qalan hissəsini və üçüncü şəxs Şıxməmmədova (Salmanova) Esmira Mirzəbala qızının iddia tələbinin tam həcmdə təmin edilməməsi hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçı Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1153/2024 nömrəli iş üzrə 23 aprel 2024-cü il tarixli qətnaməsi və 3 iyun 2024-cü il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli qərarına əsasən iddiaçı X13 cavabdehlər İddiaçı və qeyrilərinə qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə təmin olunmuş tələbə münasibətdə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2362/2025 nömrəli iş üzrə xx.xx.2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı hazırda irəli sürdüyü tələblər üzrə birinci, apellyasiya və ali instansiya məhkəmələri tərəfindən mahiyyəti üzrə baxılıb hüquqi dəyərləndirilmə aparılmış və yekun qərar qəbul edilmişdir. Həmçinin hazırki İddiaçı əvvəlki mübahisəyə baxılan zaman eyni cavabdehlərə müstəqil tələblər irəli sürən İİİ şəxs qismində qarşı tələblər irəli sürmüş, iddiası təmin edilməmişdir. X3 cavabdehlər İddiaçı və qeyrilərinə qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə tələbə baxılıb yekun qərar icraya yönəldilmişdir. Məhkəmə iddiaçının hazırki tələbləri irəli sürərək onlara fərqli hüquqi əsas yükləməsini artıq qanuni qüvvəsini almış Ali instansiya məhkəməsinin qərarının icrasını müəyyən şəkildə dayandırmaq cəhdi kimi qiymətləndirir. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda irəli sürülmüş iddiaya artıq əvvəlki məhkəmə müstəvisində hüquqi qiymət verilmiş tələbləri əhatə etdiyindən iş üzrə icraata xitam verməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “əqdlərin etibarsızlığı və sair” tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam vermişdir. Bu səbəbdən İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-6706/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-6706/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar