Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-296/2026 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X9 cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(3-6)-296/2026 (Açar sözlər: hərrac nəticələrinin etibarsız hesab edilməsi və s.) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X7 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh3 nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı X9 cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “hərracın nəticələri barədə protokolun, alqı-satı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli, 2(005)-2572/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 26.08.1988-ci il tarixi, 36/44 saylı Şaumyan rayonu Xalq Deputatları İcraiyyə Komitəsinin Qərarından çıxarışa əsasən, xx.xx.1987-ci il tarixli Qərara əsasən ev heyvanlarının dərilərinin işlənməsi üzrə “Skornyak” kooperativinin qeydiyyatdan keçdiyi, hazırda kooperativin rəhbərinin ərizəsinə və “Geyimlərin kimyəvi təmizlənməsi və rənglənməsi” TİB-nin 346 saylı, xx.xx.1988-ci il tarixli məktubuna əsasən İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli qərarına dəyişiklik edilərək, “Skornyak” Kooperativinin“ “Geyimlərin kimyəvi təmizlənməsi və rənglənməsi” TİB-in nəzdində qeydiyyatdan keçməsi qərara alınmışdır.
2. 01.01.1994-cü il tarixli Qeyri-yaşayış Sahələrinin İcarəsi üçün bir tipli Müqavilədən görünür ki, müqavilə bir tərəfdən Bakı şəhəri Xətai rayon MTİ (icarədar) digər tərəfdən “Skornyak” kooperativi (icarəçi) arasında bağlanmışdır. Müqaviləyə əsasən Xətai rayon Gəncə prospekti 109 ünvanında yerləşən ümumi sahəsi 163 kv.m olan qeyri yaşayış sahəsi icarəyə verilmişdir. Sahənin illik icarə haqqı 4400 manat hesablanaraq ümumi icarə haqqı 887730,60 manat təşkil etmişdir.
3. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1995-ci il tarixli qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin Texniki Pasportundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən 1 mərtəbəli binanın tikinti sahəsi 181,6 kv.m, ümumi faydalı sahə 135,0 kv.m, əsas sahəsi isə 74 kv.m təşkil edir.
4. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1995-ci il tarixli qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin Texniki Pasportundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən 1 mərtəbəli binanın tikinti sahəsi 65,6 kv.m, ümumi faydalı sahəsi isə 58,4 kv.m təşkil edir.
5. 01.01.1995-ci il tarixli Qeyri-yaşayış Sahələrinin İcarəsinə dair Müqavilədən görünür ki, müqavilə bir tərəfdən Bakı şəhəri Xətai rayon MTİ (icarədar) digər tərəfdən “Skornyak” kooperativi (icarəçi) arasında bağlanmışdır. Müqaviləyə əsasən Xətai rayon Gəncə prospekti ünvanında yerləşən ümumi sahəsi 163 kv.m olan qeyri yaşayış sahəsi icarəyə verilmişdir. Sahənin illik ümumi icarə haqqı ******* manat təşkil etmişdir.
6. 28.01.1995-ci il tarixli Qeyri-yaşayış Sahələrinin İcarəsi üçün bir tipli Müqavilədən görünür ki, müqavilə bir tərəfdən Bakı şəhəri Xətai rayon MKTB (icarədar) digər tərəfdən “Skornyak” kooperativi (icarəçi) arasında bağlanmışdır. Müqaviləyə əsasən Xətai rayon Gəncə prospekti 109 ünvanında yerləşən ümumi sahəsi 193 kv.m olan qeyri yaşayış sahəsi icarəyə verilmişdir. Sahənin illik ümumi icarə haqqı ******* manat təşkil etmişdir. Müqailə xx.xx.1997-ci il tarixədək müddətə bağlanılmışdır.
7. Əmlakın İnvertarlaşdırılması Bürosunun xx.xx.2005-ci il tarixli Müəssisə və X5 görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 1986-cı ildə tikilmiş, ümumi sahəsi 137,8 kv.m, əsas sahəsi 115,1 kv.m, köməkçi sahəsi isə 22.7 kv.m təşkil edir.
8. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən emalatxananı satın almışlar. Əmlakın ümumi satış qiyməti 26.555.000 manat təşkil edir.
9. xx.xx.2005-ci il tarixli, 1725 nömrəli müəssisənin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Respublika Auksion Mərkəzi tərəfindən xx.xx.2005-ci il tarixdə auksionda 27/01 № protokola əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən emalatxananı 22.572.000 manata satın almışdır.
10. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Respublika Auksion Mərkəzinin 27/01 nömrəli hərrac protokolundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən emalatxana Cavabdeh3 tərəfindən 22.572.000 manata satın almışdır.
11. 30 avqust 2007-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən emalatxanadan ona düşən payını Cavabdeh3 bağışlamışdır.
12. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində istifadədə olan 0,01734 ha torpaq sahəsində yerləşən 109 nömrəli binada 137,8 kv.m ümumi, 115,1 kv.m əsas, 22,7 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binası tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyetrində 10 nömrəli reyestr kitabının 897 nömrəli vərəqində qeydiyyata alınmışdır.
13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən qeyri-yaşayış binası Cavabdeh4 tam paylı mülkiyyətindədir.
14. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh4 xx.xx.2014-cü il tarixli ərizəsi ilə 459 nömrəli xx.xx.2013-cü il tarixli sərəncamdan çıxarışa, RX seriyalı ******* nömrəli çıxarışa, o cümlədən eskiz layihəyə əsasən ümumi sahəsi 387.9 kv.m olan həmin qeyri-yaşayış binasına dair **********9 nömrəli, xx.xx.2014-cü il tarixli yeni çıxarış tərtib edilmişdir.
15. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh6 Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən birmərtəbəli binanın 210,1 kv.m qeyriyaşayış sahəsini satın almışdır. Əmlakın ümumi satış qiyməti 18.104.000 manat təşkil edir.
16. Əmlakın İnvertarlaşdırılması Bürosunun xx.xx.2001-ci il tarixli Müəssisə və X5 görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 1979-cu ildə tikilmiş, ümumi sahəsi 210,1 kv.m, əsas sahəsi 187,5 kv.m, köməkçi sahəsi isə 22,6 kv.m təşkil edir.
17. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli, 1243 nömrəli registrdən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 210,1 kv.m təşkil edir.
18. Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında xx.xx.2001- ci il tarixli, 438 nömrəli İcarə müqaviləsindən görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti, Dövlət Əmlakının İcarəyə Verilməsi, Özəlləşdirilməsi və Torpaq İdarəsinin rəisi cənab R.Əliyevin şəxsində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən, ümumi balansı 200,8 kv.m təşkil edən Xətai rayon MKTB-nin balansında olan qeyri-yaşayış sahəsi istehsal məqsədi ilə Cavabdeh6 müddətli istifadəsinə verilmişdir. İcarənin müddəti xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixə müəyyən edilmişdir.
19. xx.xx.2001-ci il tarixli icarəyə verilmiş əmlakın alqı-satqısı üzrə 323 nömrəli Müqavilədən görünür ki, Cavabdeh6 Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti, Dövlət əmlakının icarəyə verilməsi, özəlləşdirilməsi və torpaq idarəsi ilə bağladığı xx.xx.2001-ci il tarixli, 438 saylı icarə müqaviləsi əsasında icarəyə götürdüyü Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən 210,1 kv.m qeyri-yaşayış sahəsini müqavilədə göstərilən şərtlərə uyğun olaraq tam dəyərlə 18.104.000 manata satın almışdır.
20. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli, 000713 nömrəli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh6 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən birmərtəbəli binanın 210,1 kv.m qeyri-yaşayış sahəsini 18.104.000 manata satın almışdır.
21. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən xx.xx.2008-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh6 tam mülkiyyətindədir.
22. xx.xx.2008-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı Müaviləsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh6 tərəfindən Cavabdeh5 165600 (yüz altmış beş min altı yüz) manata satılmışdır. Alqı-satqı müqaviləsi Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən xx.xx.2008-ci ildə notarial qaydada təsdiqlənmişdir.
23. xx.xx.2013-cü il tarixli, ******* nömrəli Nisyə Alqı-satqı müqaviləsindən görünür ki, Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən ümumi sahəsi 210,1 kv.m olan qeyri-yaşayış binası Cavabdeh5 tərəfindən Cavabdeh4 mülkiyyətinə verilir.
24. 423161 nömrəli X6 görünür ki, Cavabdeh6 və X8 xx.xx.1988-ci ildə nikaha daxil olmuşlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
25. İddiaçı X13 cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair hərrac təşkilatının hərracın yekunları barədə xx.xx.2005-ci il tarixli 27/01 nömrəli hərrac protokolulunun etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış xx.xx.2014 tarixli **********9 qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Bakı şəhəri 37 saylı notariat kontoru tərəfindən bağlanmış 4-Ə-2-310 reyestr nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinin bağlandığı andan dəyişdirilməsi və ləğv edilməsi, həmçinin icarə hüquqlarının bərpa edilərək, əmlakın X10 təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
26. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, mübahisəyə səbəb olan əmlakla bağlı hadisələr 1987-ci ildən etibarən başlamışdır. Həmin vaxtda mübahisəli obyektin sahəsi cəmi 65 kv.m təşkil edirdi. 1988-ci ildə iddiaçı həmin obyektin rəhbəri vəzifəsinə seçilmiş və bu tarixdən etibarən hər il Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq icarə müqaviləsi bağlayaraq müvafiq icarə haqlarını vaxtında ödəmişdir. Daha sonra iddiaçı o zamankı Azərbaycan Respublikası Məişət Xidməti Naziri ilə görüşərək, obyektin genişləndirilməsi ilə bağlı rəsmi qaydada müraciət etmişdir. Həmin dövrdə obyektin fəaliyyəti ilə bağlı yüksək tələbat olduğu üçün iddiaçının xahişi qanuni əsaslarla təmin edilmiş və əlavə olaraq xəzlərin təmizlənməsi xidməti də iddiaçıya həvalə olunmuşdur. Bu müddət ərzində iddiaçı obyektin inkişaf etdirilməsi istiqamətində fəaliyyəti davam etdirmişdir. Sonrakı illərdə iddiaçı müşahidə etmişdir ki, qonşuluqda yerləşən obyektin sahibi mülkiyyətini sataraq köçməyə hazırlaşır. Qeyd etmək lazımdır ki, mübahisəli obyekt bütövlükdə bir əmlak kimi qəbul edilsə də, əslində iki ayrı tikilidən ibarət olmuşdur. Həmin ərazidə yerləşən tikiş atelyesi isə qəzalı vəziyyətdə olduğu üçün iddiaçı tərəfindən satın alınmamışdır. Lakin sonradan hazırda mübahisəli əmlaka iddia edən qarşı tərəf həmin atelyeni əldə etmiş və bundan sonra iddiaçıya qarşı təzyiqlər göstərməyə başlamışdır. Qarşı tərəf mütəmadi olaraq iddiaçıya telefon zəngləri edərək hədə-qorxu gəlmiş, iş fəaliyyətinə müxtəlif maneələr törətmişdir. 1990-cı ildə iddiaçının qonşusu öz mülkiyyətində olan 100 kv.m-lik əmlak sahəsini satmaq niyyətində olduğunu bildirmişdir. İddiaçı həmin əmlakı qanuni qaydada əldə etmiş, daha sonra Azərbaycan Respublikası Məişət Xidməti Nazirliyinə yenidən müraciət etmiş və Xətai Rayon İcra Hakimiyyətindən müvafiq sərəncam almışdır. Bu sərəncama əsasən, iddiaçının mülkiyyətində olan əmlak Bakı Şəhər İcra Hakimiyyətinin balansına keçirilmişdir. İddiaçı bundan sonra öz qanuni fəaliyyətini davam etdirmiş, əmlakda təmir-bərpa işləri aparmış və əhalinin məişət xidmətlərinə olan tələbatını ödəmək məqsədilə işini davam etdirmişdir. 1995-ci ildə isə əvvəllər qəzalı vəziyyətdə olduğu üçün iddiaçı tərəfindən satın alınmayan atelyeni əldə edən qonşular həmin əraziyə köçərək, iddiaçıya qarşı süni problemlər yaratmağa başlamışdır. Bu şəxslər iddiaçıya qarşı müxtəlif yollarla təzyiq göstərmiş, obyektin fəaliyyətinə mane olmağa çalışmış və qeyri-qanuni yollarla əmlak hüquqlarını pozmağa cəhd etmişdir. Beləliklə, iddiaçı uzun illər ərzində qanuni əsaslarla fəaliyyət göstərərək əmlak üzərində sahiblik hüquqlarını əldə etmiş, dövlət orqanları ilə rəsmi prosedurları tamamlamış və fəaliyyəti dövründə bütün öhdəliklərini yerinə yetirmişdir. Lakin hazırkı mübahisənin digər tərəfi hüquqi və etik normalara zidd olaraq təzyiqlər edərək, iddiaçının mülkiyyət hüquqlarına qəsd etməyə çalışmışdır. İddiaçı Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq mübahisənin ədalətli həll olunmasını tələb edir və mülkiyyət hüququnun pozulmasına yönəlmiş hər hansı qanunsuz hərəkətlərin qarşısının alınması üçün aidiyyəti orqanlar tərəfindən müvafiq tədbirlərin görülməsini xahiş edir. Nəzərinizə çatdırıram ki, vətəndaş X13 1987-ci ildə təsis edilmiş “Skornyak” Kooperativinin təsisçisi olmuşdur, kooperativin təsisçilərinin sayı cəmi 3 nəfərdən ibarətdir və həmin kooperativin nizamnamə fondunun 98%-i X10 məxsusdur. Həmin kooperativ 01 yanvar 1994-cü il tarixdə Bakı şəhəri, Gəncə prospekti 109 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəsinə dair Xətai rayon Mənzil Təsərrüfat İdarəsi ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən göstərilən qeyri-yaşayış sahəsinin texniki pasportu tərtib edilmişdir. Məlumat üçün bildiririk ki, 1988-ci ildən 1997-ci ilədək hər il Xətai rayon Mənzil Təsərrüfat İdarəsi ilə müqavilə bağlanmış və icarə haqqı tam şəkildə vaxtı-vaxtında ödənilmişdir. Bununla bağlı bütün ödəniş qəbzləri və digər sənədlər var. İddiaçı 1998-ci ildə müqavilənin uzadılması üçün yenidən Xətai rayon Mənzil Təsərrüfat İdarəsinə müraciət etdikdə ona müxtəlif hədəqorxular gəlmiş, bunun nəticəsində sonuncunun səhhətində ciddi narahatlıqlar olmuş və o müalicəsi üçün xarici ölkəyə getmişdir. Məlumat üçün onun da qeyd etmək istəyirik ki, iddiaçı aldığı travma nəticəsində hətta əlillik dərəcəsi almışdır. Daha sonra Azərbaycan Respublikasına qayıtdıqda o qeyri-yaşayış sahəsinə daxil olmaq istədikdə görmüşdür ki, qeyri-yaşayış sahəsinin qapısının qıfılları dəyişdirilib və o qeyri-yaşayış sahəsinə daxil ola bilməmişdir. İddiaçının öz vəsaiti hesabına aldığı əşyalar və avadanlıqlar belə ona verilməmişdir. İddiaçı qapının qıfıllarını açmaq üçün çilingər çağırmış, çilingər gələdək iddiaçını polis qeyri-qanuni olaraq gəlib bölməyə aparmışdır. Bölmədə iddiaçıya bildirmişdilər ki, o qeyri-qanuni olaraq başqasının binasına daxil olmaq istəyib. İddiaçıya bölmədə müxtəlif hədə-qorxular gəlmiş və təzyiqlər göstərilmişdir. Bundan narazı olan iddiaçı sonradan Xətai rayon polis İdarəsinə gedərək şikayət etmək istəmiş, lakin orada da onun şikayətinə heç bir məhəl qoyulmamışdır. Bütün bunlardan səhhəti daha da pisləşən iddiaçı müalicəsi üçün yenidən məcbur olaraq xarici ölkəyə getmişdir. Bir necə ildən sonra məsələnin aydınlaşdırılması üçün iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və məlum olmuşdur ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, ümumi sahəsi 137,8 kv.m olan emalatxana ilkin olaraq hərrac yolu ilə Cavabdeh3 və X1 adlarına özəlləşdirilmiş və onlara İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2005-ci il tarixli 004307 nömrəli “Dövlət müəssisələrinin hüquqi və fiziki şəxslərə” satılması haqqında şəhadətnamə verilmişdir. (xx.xx.2005-ci il tarixli 134 nömrəli sərəncam, xx.xx.2005ci il tarixli 1725 nömrəli müəssisənin alqı-satqı müqaviləsi, xx.xx.2005-ci il tarixli 27/01 nömrəli hərrac protokolu, xx.xx.2005-ci il tarixli 008903 nömrəli texniki pasport). Sonradan sözügedən qeyri-yaşayış binası 004307 nömrəli xx.xx.2005-ci il tarixli şəhadətnamə ümumbirgə əsalarla Cavabdeh3 və Cavabdeh2 adlarına dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin, Bakı şəhəri 31 saylı notariat kontorunun 4Ə/1-189 reyestr nömrəli xx.xx.2007-ci il tarixli bağışlama müqaviləsinə əsasən X2 adına qeydiyyata lınmış və hazırda mülkiyyətindədir. Onu da qeyd etmək istəyirik ki, ünvan 4 ünvanında yerləşən, birmərtəbəli binanın 210,1 kv.m qeyri-yaşayış sahəsi (birmərtəbəli ayrıca tikili olaraq) icarə yolu ilə Cavabdeh6 tərəfindən özəlləşdirilmiş və ona İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2001- ci il tarixli 000713 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə” satılması haqqında şəhadətnamə verilmişdir. Həmin qeyri-yaşayış sahəsi Bakı şəhəri 9 saylı notariat kontorunun 4-Ə- 2/347 reyestr nömrəli xx.xx.2008-ci il tarixlialqı-satqımüqaviləsinə əsasən Cavabdeh5 adına qeydiyyata alınmışdır. Sonradan Bakı şəhəri 37 saylı notariat kontorunun 4-Ə-2-310 reyestr nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 adına qeydiyyata alınmışdır. Məlumat üçün bildiririk ki, Cavabdeh4 xx.xx.2014-cü il tarixli ərizəsi ilə xx.xx.2013-cü il tarixli sərəcəmdan çıxarışa, RX serialı ******* nömrəli çıxarışa, o cümlədən eskiz layihəyə əsasən ümumisahəsi 387,9 kv.m olan həmin qeyri-yaşayış binasına dair **********9 nömrəli xx.xx.2014-cü il tarixli yeni çıxarış tərtib edilmişdir. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair hərrac təşkilatının hərracın yekunları barədə xx.xx.2005-ci il tarixli 27/01 nömrəli hərrac protokolulunun etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış xx.xx.2014 tarixli **********9 qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Bakı şəhəri 37 saylı notariat kontoru tərəfindən bağlanmış 4-Ə-2-310 reyestr nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinin bağlandığı andan dəyişdirilməsi və ləğv edilməsi, həmçinin icarə hüquqlarının bərpa edilərək, əmlakın X10 təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edirik. AİHM-in qərarları və Konstitusiya Məhkəməsinin presedentləri göstərir ki, mülkiyyət hüquqlarının müdafiəsi və əqdlərin etibarsız hesab edilməsi ilə bağlı məsələlərdə hüquqi prosedurların düzgün aparılması vacibdir. Bu qərarlar, həmçinin, daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydlərin həqiqiliyi və tamamlığı prinsipinin əhəmiyyətini önə çıxarır. Bu qərarlar göstərir ki, məhkəmələr alqı-satqı müqavilələrinin ləğvi və etibarsız hesab edilməsi məsələlərində tərəflərin hüquqlarını və qanunvericiliyin tələblərini diqqətlə nəzərə almalıdırlar. Bu cür hallarda, müqavilənin etibarsız hesab edilməsi nəticəsində tərəflərin ilkin vəziyyətə qaytarılması və mülkiyyət hüquqlarının qorunması vacibdir. İddiaçıya məxsus Bakı şəhəri, Gəncə prospekti 109 ünvanında yerləşən qeyriyaşayış sahəsi qanunsuz olaraq hərraca çıxarılaraq dəyərindən qat-qat aşağı məbləğə satılmışdır. Hərrac keçirilərkən iddiaçıya heç bir məlumat və xəbərdarlıq edilməmişdir. Firma qərəzli şəkildə borclandırılaraq guya hərraca çıxarılıb satılmış, nəticədə qanunsuz aparılmış sənədləşmə işi nəticəsində iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulmuş və həmin qanunsuzluq hazırda da davam etməkdədir. Hərraca çıxarılmış qeyri-yaşayış binasının icarəçisi məlumatsız olmuşdur. Bu hal Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tələblərini kobud pozmuş və bu səbəbdən Hərracın yekunları barədə xx.xx.2005-ci il tarixli 27/01 nömrəli protokol etibarsız hesab edilməlidir. Belə ki, “əmlakın qiymətləndirilməsinə dair” hesabatın hansı meyarlarla qiymətləndirilməsini, hərracın keçirilməsi üçün əsasların olub-olmamasını araşdırmaq lazımdır.
27. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə yazılı etiraz ərizəsi və iddia müddətinin tətbiqiq barədə ərizə təqdim edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1998-ci ildə müqavilənin uzadılması üçün yenidən Xətai rayon Mənzil Təsərrüfat İdarəsinə müraciət etdikdə ona müxtəlif hədə-qorxular gəlinməsi, bunun nəticəsində sonuncunun səhhətində ciddi narahatlıqlar olması və müalicəsi üçün xarici ölkəyə getməsi və iddiaçıya aldığı travma nəticəsində hətta əlillik dərəcəsi almasını göstərsə də, onun Xətai rayon Mənzil Təsərrüfat İdarəsinə müraciətini, həmin müraciətə həmin qurumun imtinasını, həmçinin həmin qurumun ona hədə-qorxular gəlməsini, bunun nəticəsində onun səhhətində ciddi narahatlıqlar olmasını təsdiq edən sübutları, xarici ölkəyə getməsinin əsl səbəblərini, müraciət etdikdə aldığı travmanın (əgər almışdırsa?!) dəqiq vaxtı və səbəbi, həmin travmanın hazırkı mübahisə ilə bağlı səbəbli əlaqəsini göstərməmiş və əsaslandırmamış, eyni zamanda əgər həqiqətən ona qarşı pozuntular olmuşdusa, bu barədə müvafiq orqanlara, o cümlədən məhkəməyə müraciət etməməsinin səbəblərini əsaslandırmamış, bu halı təsdiq edən sübutları təqdim edə bilməmişdir. İddiaçı bundan düz 27 il sonra hazırki iş üzrə Məhkəməyə müraciət etmişdir. Bundan başqa iddia ərizəsində göstərilir ki, “Daha sonra Azərbaycan Respublikasına qayıtdıqda qeyri-yaşayış sahəsinə daxil olmaq istədikdə görmüşdür ki, qeyriyaşayış sahəsinin qapısının qıfılları dəyişdirilib və o qeyri-yaşayış sahəsinə daxil ola bilməmişdir. İddiaçının öz vəsaiti hesabına aldığı əşyalar və avadanlıqlar belə ona verilməmişdir. İddiaçı qapının qıfıllarını açmaq üçün çilingər çağırmış, çilingər gələdək iddiaçını polis qeyri-qanuni olaraq gəlib bölməyə aparmışdır. Bölmədə iddiaçıya bildirmişdilər ki, o, qeyri-qanuni olaraq başqasının binasına daxil olmaq istəyib. İddiaçıya bölmədə müxtəlif hədə-qorxular gəlinmiş və təzyiqlər göstərilmişdir. Bundan narazı olan iddiaçı sonradan Xətai rayon Polis İdarəsinə gedərək şikayət etmək istəmiş, lakin orada da onun şikayətinə heç bir məhəl qoyulmamışdır. Bütün bünlardan səhhəti daha da pisləşən iddiaçı müalicəsi üçün yenidən məcbur olaraq xarici ölkəyə getmişdir”. Lakin iddiaçı həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və əsaslandırmamışdır. Hesab edirlər ki, həmin halların işin nəticəsinə əhəmiyyətli təsiri olmasa da belə, işin mahiyyəti üzrə obyektiv araşdırılması baxımından zəruri hesab edilə bilər. İddia ərizəsində daha sonra göstərilir ki, “Bir necə ildən sonra məsələnin aydınlaşdırılması üçün iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və məlum olmuşdur ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, ümumi sahəsi 137,8 kv.m olan emalatxana ilkin olaraq hərrac yolu ilə Cavabdeh3 və X1 adlarına özəlləşdirilmiş və onlara İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2005-ci il tarixli 004307 nömrəli “Dövlət müəssisələrinin hüquqi və fiziki şəxslərə” satılması haqqında şəhadətnamə verilmişdir (xx.xx.2005-ci il tarixli 134 nömrəli sərəncam, xx.xx.2005-ci il tarixli 1725 nömrəli müəssisənin alqı-satqı müqaviləsi, xx.xx.2005-ci il tarixli 27/01 nömrəli hərrac protokolu, xx.xx.2005-ci il tarixli 008903 nömrəli texniki pasport). Sonradan sözügedən qeyri-yaşayış binası 004307 nömrəli xx.xx.2005-ci il tarixli şəhadətnamə ümumi birgə əsalarla Cavabdeh3 və Cavabdeh2 adlarına dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin, Bakı şəhəri 31 saylı notariat kontorunun 4Ə/1-189 reyestr nömrəli xx.xx.2007-ci il tarixli bağışlama müqaviləsinə əsasən X2 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir”. İddianın həmin dəlilləri də əsassızdır. Belə ki, əvvəla, iddiaçı bir necə ildən sonra məsələnin aydınlaşdırılması üçün iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməsini göstərsə də, yenə də tamamilə qərəzli və məqsədyönlü olaraq həmin tarixin dəqiq vaxtı və hazırkı mübahisə ilə bağlı səbəbli əlaqəsini göstərməmişdir, halbuki bu halın da, yəni müddətin işin nəticəsinə birbaşa təsiri vardır. İddiaçı növbəti dəfə gizlətməyə çalışsa da, işdən göründüyü kimi, iddiaçı 2024-cü ilin sonlarında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Bundan başqa, məhz həmin müraciətdən sonra ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, ümumi sahəsi 137,8 kv.m olan emalatxana ilkin olaraq hərrac yolu ilə Cavabdeh3 və X1 adlarına özəlləşdirilməsinin və onlara İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2005-ci il tarixli 004307 nömrəli “Dövlət müəssisələrinin hüquqi və fiziki şəxslərə” satılması haqqında şəhadətnamə verilməsinin, sonradan sözügedən qeyri-yaşayış binasının 004307 nömrəli xx.xx.2005-ci il tarixli şəhadətnamə ilə ümumi birgə əsalarla Cavabdeh3 və Cavabdeh2 adlarına dövlət reyestrində qeydiyyata alınmasının, Bakı şəhəri 31 saylı notariat kontorunun 4Ə/1-189 reyestr nömrəli xx.xx.2007-ci il tarixli bağışlama müqaviləsinə əsasən X2 adına qeydiyyata alınmısının və hazırda mülkiyyətində olmasının iddiaçıya məlum olmasını göstərsə də, əslində işin həqiqi hallarından göründüyü kimi, bu barədə o, hələ uzun illər bundan əvvəl məlumatlı olmuşdur. Başqa sözlə, iddiaçı bu halı yaxşı bilə-bilə Məhkəməni yönəltməyə cəhd edir. Görünən odur ki, iddiaçının hazırkı iddianı qaldırmaqda məqsədinin arxasında görünməyən məqamlar vardır. İddia ərizəsində göstərilir ki, “ünvan 4 ünvanında yerləşən, birmərtəbəli binanın 210,1 kv.m qeyri-yaşayış sahəsi (birmərtəbəli ayrıca tikili olaraq) icarə yolu ilə Cavabdeh6 tərəfindən özəlləşdirilmiş və ona İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2001-ci il tarixli 000713 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə” satılması haqqında şəhadətnamə verilmişdir. Həmin qeyriyaşayış sahəsi Bakı şəhəri 9 saylı notariat kontorunun 4-Ə-2/347 reyestr nömrəli xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh5 adına qeydiyyata alınmışdır. Sonradan Bakı şəhəri 37 saylı notariat kontorunun 4-Ə-2-310 reyestr nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 adına qeydiyyata alınmışdır. Məlumat üçün bildiririk ki, Cavabdeh4 xx.xx.2014-cü il tarixli ərizəsi ilə xx.xx.2013-cü il tarixli sərəncəmdan çıxarışa, RX serialı ******* nömrəli çıxarışa, o cümlədən eskiz layihəyə əsasən ümumi sahəsi 387,9 kv.m olan həmin qeyri-yaşayış binasına dair **********9 nömrəli xx.xx.2014-cü il tarixli yeni çıxarış tərtib edilmişdir”. İddianın həmin dəlillərinin Cavabdeh3 aidiyyəti olmasa da belə, iddianı həmin hissədə də əsassız hesab edirlər. Bundan başqa, işdən göründüyü kimi, iddiaçı “ALMANİYA FEDERATİV RESPUBLİKASİ, STRASSBURGER STR.11, 40476 DÜSSELDORF ŞƏHƏRİ” ünvanında qeydiyyatda olmaqla yaşayır. Hesab edirlər ki, işin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə iddiaçının 1998- ci ildən 2025-ci ilə qədər Azərbaycan Respublikasına giriş-çıxışı barədə məlumatlar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən tələb edilməlidir. Ümumiyyətlə, iddia tamamilə əsassızdır və formal mülahizələrə əsaslanır, eyni zamanda hesab edirlər ki, əslində bu mübahisə üzrə cavab verməli olan şəxs elə iddiaçının özüdür. Beləliklə, işdən göründüyü kimi, ötən 27 il ərzində iddiaçı bir dəfə də həmin sahənin ona məxsus olması barədə yazılı qaydada heç bir aidiyyəti orqana, o cümlədən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-yə rəsmi məlumat verməmiş, həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və əsaslandırmamışdır, əks halda, iddiaçının qanuni istifadəsində olduğunu iddia etdiyi sahəyə üçüncü şəxslərin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları qeydə alınmazdı. Göstərilənlər bir daha təsdiq edir ki, iddianın həmin dəlilləri də tamamilə əsassızdır. Hesab edirilər ki, tərəflər arasında olan mübahisəli qeyri-yaşayış sahəsinə dair münasibətlər 01 sentyabr 2000-ci il tarixdən əvvəl yarandığından, həmin münasibətlər 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan mülki qanunvericiliyin müddəalarına uyğun həll olunmalıdır. İşin həqiqi hallarından görünür ki, iddiaçı inzibati orqanın bundan düz 27 il əvvəl həyata keçirdiyi hərəkətsizliyin qanunsuz sayılmasını tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). O da nəzərə alınmalıdır ki, inzibati orqanın mübahisələndirilən hərəkəti 1998-ci ildə baş vermişdir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 24-cü fəslinin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri- stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdi. Hesab edirik ki, hətta mübahisəyə xx.xx.2020-ci il tarixdən sonra qüvvədə olan qanunvericilik normaları tətbiq edilsə də belə, iddiaçı tərəfindən yenə də iddia müddəti ötürülmüşdür. Bu, yəni iddia müddətinin keçməsi isə, məhkəmənin iddiadan imtina barəsində qərar çıxarılması üçün əsasdır. Beləliklə, göründüyü kimi, iddianın dəlilləri formal mülahizələrə əsaslanmaqla yanaşı, tamamilə əsassız və qanunsuzdur, hətta əsaslı olsa belə, o halda hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə qərar qəbul edilməlidir. Bundan başqa, iddiaçı guya sahibliyində olan qeyri-yaşayış sahəsini mübahisələndirir. Həmin qeyri-yaşayış sahəsi hazırda üçüncü şəxs Cavabdeh3 xüsusi mülkiyyətindədir. İddiaçı hazırda tərəflər arasında bağlanmış əqdlərin etibarsızlığını mübahisələndirsə də, hesab edirik ki, Mülki Məcəllənin 14-cü fəslində müəyyən edilmiş əqdin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilmir. Həmin əqdlərin qanunsuz olaraq bağlanması barədə iddiaçının əsas dəlili ilə bağlı isə qeyd olunmalıdır ki, həmin hal hətta təsdiq olunsa belə, bu, vicdanlı əldə edən olaraq mülkiyyətçilərin, o cümlədən üçüncü şəxs Cavabdeh3 mülkiyyət hüququnun pozulmasına əsas ola bilməz. Hesab edirlər ki, hazırkı işdə alğı-satqı müqavilələrinin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş hər hansı hüquqi əsas yoxdur. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olubolmadığı müəyyən edilə bilər. Hesab edirlər ki, hazırkı işdə qeyd olunan hallardan hər hansı biri mövcud deyildir.
28. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-2572/2025 nömrəli 14 noyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia təmin edilməmişdir.
29. Məhkəmə iş materiallarına əsasən müəyyən etmişdir ki, İddiaçı 1988-1997-ci illər ərzində “Skornyak” Kooperativinin direktoru vəzifəsində işləmiş və Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekkti, 109 ünvanında yerləşən qeyri-yaşayış sahəsi icarə müqaviləsi əsasında həmin kooperativin istifadəsində olmuşdur. Mülki işin materiallarında olan sonuncu icarə müqaviləsi 1997-ci ilin yanvarında bağlanmış, bir il müddətinə qüvvədə olmuşdur. İddiaçı özü izahatında bildirmişdir ki, bundan sonra icarə müqaviləsi bağlanmamış, o özü isə ölkəni tərk edərək Almaniya Federativ Respublikasında yaşamağa başlamışdır. Qeyri-yaşayış sahəsinin başa şəxslərin istifadə və sahibliyində olduğunu bilmiş, bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət etmiş (bu hissədə sübut təqdim edə bilmir), lakin iddia ərizəsi ilə indiyə qədər məhkəməyə müraciət etməmişdir.
30. Məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, mübahisələndirilən hərrac 2005-ci il tarixdə keçirilmişdir. Həmin tarixdə iddiaçının Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 109 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə hər hansı bağlılığı mövcud olmamışdır. Həmin qeyri-yaşayış sahəsinə dair sonuncu icarə müqaviləsi 1997-ci ildə bağlanmışdır. Digər tərəfdən, həmin icarə müqaviləsi (və ondan əvvəlkilər də) iddiaçı ilə deyil, “Skornyak” kooperativi ilə bağlanmışdır. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, iddiaçının heç bir subyektiv hüququ mövcud deyil.
31. Digər tərəfdən, məhkəmə hesab etmişdir ki, iddiaçının subyektiv hüququ olsaydı belə iddia tələbi əmin edilə bilməzdi, belə ki, iddiaçı tərəfindən 10 illik ümumi iddia müddəti ötürülmüşdür.
32. Məhkəmə, iddiaçının irəli sürdüyü digər tələblər üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını hesab etmişdir. Çünki “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinin təmin edilməməsi, ondan törəmə olan həmin tələbələrin də əsassızlığını ehtiva edir.
33. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 269.1, 269.2, 269.4, 269.5, 311.2, 317.1, 317.2, 319.1, 354.1, 354.2, 372.1, 372.2, 373.1, 373.2, 377.1, 377.3, 379.1, 379.1.6, 380.1, 380.2, 416.1, 416.2, 421.1, 421.2, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.5, 42.1, 43.5, 44, 46.1, Mülki Prosessual Məcəllənin 4.1, 5.1, 5.2, 14.2, 76.1, 76.2, 77.1, 106.1, 119.1, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
34. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
35. Apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçının mübahisəli qeyri-yaşayış sahəsindən faktiki istifadə edib-etməməsi və istifadənin hansı tarixədək davam etməsi. Bu hal iddiaçının mübahisəli əmlakla hüquqi və faktiki əlaqəsinin mövcudluğunu göstərir və subyektiv hüququnun olub-olmaması barədə nəticəyə birbaşa təsir edir. 1997-ci ildən sonra qeyri-yaşayış sahəsinin hansı hüquqi əsasla və kim tərəfindən istifadə edilməsi. Əmlakın qanuni və ya qanunsuz istifadədə olubolmaması, eləcə də üçüncü şəxslərin hüquqlarının hansı əsaslarla yarandığı müəyyən edilmədən iddianın rədd edilməsi əsassızdır. İddiaçıya mübahisəli əmlakın ipotekaya qoyulması və sonradan hərraca çıxarılması barədə rəsmi bildirişlərin təqdim edilib-edilməməsi. Bildirişinverilməməsi iddiaçının hüquqlarının kobud pozulmasıdır və hərracın etibarsızlığı üçün müstəqil əsas təşkil edə bilər. 2005-ci ildə keçirilmiş hərracın “İpoteka haqqında” Qanunun 41–44-cü maddələrinin tələblərinə uyğun keçirilib-keçirilməməsi. Hərrac prosedurunun qanunauyğunluğu araşdırılmadan hərrac nəticələrinin etibarlı hesab edilməsi hüquqi cəhətdən mümkün deyil. Hərrac elanlarının qanunla nəzərdə tutulmuş müddətlərdə və qaydada dərc edilibedilməməsi. Elan qaydalarının pozulması hərracın etibarsızlığına səbəb olur və bu hal məhkəmənin gəldiyi nəticəyə birbaşa təsir göstərir. İddiaçının hərracın keçirilməsindən faktiki olaraq nə vaxt xəbərdar olması. İddia müddətinin başlanma anının müəyyən edilməsi üçün bu hal həlledici əhəmiyyət daşıyır və məhkəmə tərəfindən araşdırılmamışdır. İddia müddətinin axımının dayandırılması və ya kəsilməsi üçün əsasların mövcud olub-olmaması. Məhkəmə Mülki Məcəllənin 379 və 380-ci maddələrinin tətbiq imkanlarını araşdırmadan iddia müddətinin ötürüldüyü nəticəsinə gəlmişdir. İddiaçının hüquqmühafizə orqanlarına müraciət edib-etməməsi və bununsübutları. Bu hal iddiaçının hüquqlarını qorumaq üçün aktiv davranış göstərdiyini sübut edə və iddia müddətinin qiymətləndirilməsinə təsir göstərə bilər. İddiaçı ilə “Skornyak” kooperativi arasındakı hüquqi münasibətlərin faktiki mahiyyəti. İddiaçının yalnız formal olaraq deyil, faktiki olaraq əmlaka dair hüquq və mənafelərinin olub-olmamasımüəyyən edilməmişdir. Hərrac nəticəsində bağlanmış alqı-satqı müqaviləsinin məzmunu və onun hüquqi nəticələri. Müqavilənin hüquqi nəticələri araşdırılmadan, onun törəmə tələblərə təsiri düzgün müəyyən edilə bilməz. Daşınmaz əmlakın dövlət reyestrinə edilən qeydlərin hansı hüquqi əsaslara söykənməsi. Reyestr qeydlərinin hüquqi əsası yoxlanılmadan çıxarışın ləğvinin mümkünsüzlüyü barədə nəticə əsassızdır. İddiaçının hüquqlarının pozulmasının davam edənxarakter daşıyıb-daşımaması. Hüquq pozuntusu davam edirsə, iddia müddətininaxımı başa çatmış hesab edilə bilməz və bu hal araşdırılmamışdır. Qətnamədə hərracın və sonradan bağlanmış alqı-satqı müqavilələrinin hüquqi nəticələr doğurduğu qeyd edilmişdir. Lakin məhkəmə bu nəticəyə gələrkən həmin müqavilələrin Mülki Məcəlləninimperativ normalarına uyğun bağlandığını sübut edən heç bir konkret dəlilə istinad etməmişdir. Müqavilələrin bağlanması zamanı tərəflərin iradə azadlığı, hərrac prosedurunun qanunauyğunluğu və qiymətləndirmənin düzgün aparılması sübut edilməmişdir. Məhkəməmübahisəli əmlak üzrə dövlət reyestrində aparılmış qeydin etibarlı olduğunu qəbul etmişdir. Lakin reyestr qeydinin hansı hüquqi əsaslara söykəndiyi, əvvəlki hüquqi vəziyyətin necə dəyişdirildiyi və iddiaçının hüquqlarının hansı əsaslarla aradan qaldırıldığı sübut edilməmişdir. Dövlət reyestrindən çıxarışın mövcudluğu avtomatik olaraq hüququn qanuniliyini sübut etmir və bu hal Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə zidd olaraq formal sübut kimi qəbul edilmişdir. Məhkəmə iddiaçının icarə və istifadə hüquqlarının mövcud olmadığını müəyyən etmişdir. Halbuki iddiaçı tərəfindən təqdim edilmiş icarə müqavilələri, ödəniş qəbzləri və texniki sənədlər təkzib edilməmiş, saxtalaşdırıldığı və ya hüquqi qüvvəsini itirdiyi barədə hər hansı sübut təqdim olunmamışdır. Buna baxmayaraq, məhkəmə bu sənədlərin etibarsızlığını sübut etmədən onları hüquqi əhəmiyyət daşımayan sübutlar kimi qiymətləndirmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Cavabdeh F.A.Murtuzayenın nümayəndəsi-vəkili apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
37. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdilər.
38. Cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
39. Kollegiyanın 17 fevral 2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli 3-21/3-1-F-110/2025 nömrəli ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16in Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onun funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınması ilə əlaqədar cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 ilə əvəz edilmişdir.
40. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
41.Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 42.Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.
43. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər.
44. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.
45. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
46. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
50. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
“İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 629 nömrəli Fərmanı:
51. Hissə 1. Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti müstəsna olaraq dövlət əmlakının sərəncamçısına – Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilsin; 52.Bu Fərman imzalandığı günə qədər daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair bağlanmış icarə müqavilələrində icarəyəverənlərin hüquqi varisi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi hesab olunsun. Səhmlərinin tamamilə və ya nəzarət zərfinin dövlət mülkiyyətində saxlanılması barədə qərar qəbul olunmuş səhmdar cəmiyyətlərinə məxsus daşınar əmlakın və Dövlət mülkiyyətində olan digər əmlakın icarəyə və istifadəyə verilməsi yalnız Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı ilə həyata keçirilsin.
Apellyasiya baxışının hədləri
53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
55. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
57. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. İddiaçının tələbi əsassızdır.
58. İşin hallarından göründüyü kimi, mübahisəli qeyri-yaşayış obyekti 1998-ci ilədək “Skornyak” kooperativinin icarəsində olmuş, həmin vaxtdan sonra icarə münasibətləri davam etdirilməmişdir. 59.Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 629 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti müstəsna olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. 60.Buradan belə aydın olur ki, mübahisəsi gedən obyekt dövlət əmlakı olduğuna görə, Bakı şəhəri Xətai rayon MKTB artıq 1998-ci ildən onunla bağlı icarə müqaviləsi bağlamaq səlahiyyətini itirmişdir. Ona görə də iddiaçıya (“Skornyak” kooperativinə) lazım gəlirdi ki, növbəti il üçün icarə müqaviləsi bağlamaq məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etsin, lakin o, belə müraciət etməsi barədə hər hansı məlumat bildirmir.
61. İşdən görünür ki, obyektin 208,8 kv.m hissəsi “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 629 nömrəli və xx.xx.1999-cu il tarixli 183 nömrəli Fərmanlarına əsasən, “İcarəyəverən” Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2001-ci il tarixli 438 nömrəli İcarə müqaviləsinə əsasən 6 ay müddətinə sonuncunun icarəsinə verilmiş, eyni şəxslər arasında bağlanmış xx.xx.2001-ci il tarixli 323 nömrəli “İcarəyə verilmiş əmlakın alqı-atqı” müqaviləsinə əsasən isə həmin qeyri-yaşayış sahəsi Cavabdeh6 satılmışdır. 62.Obyektin digər – 137,8 kv.m hissəsini isə (emalatxana) Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Respublika Auksion Mərkəzi tərəfindən xx.xx.2005-ci il tarixdə keçirilən auksionda 27/01 nömrəli protokola əsasən Cavabdeh3 satın almış və onunla xx.xx.2005-ci il tarixdə 1725 nömrəli “Müəssisənin (obyektin) alqı-satqı” müqaviləsi bağlanmışdır. 63.Hazırda iddiaçı obyektin yalnız 137,8 kv.m hissəsi ilə bağlı məhkəmə mubahisəsi açaraq, xx.xx.2005-ci il tarixli 27/01 nömrəli hərrac protokolunun etibarsız hesab olunması, xx.xx.2014-cü il tarixli **********9 qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və özünün icarə hüquqlarının bərpa edilərək, əmlakın ona təhvil verilməsini tələb edir. 64.Qeyd olunmalıdır ki, iddianın 2, 3 və 4-cü hissələrinin qiymətləndirilməsi yalnız 1ci hissənin təmin olunub-olumamasından asılıdır, yəni, yalnız tələbin 1-ci hissəsi təmin olunacağı təqdirdə digər tələblərə qiymət vermək olar. 1-ci tələb rədd olunduğu təqdirdə isə digər tələblərə qiymət verilməsinə heç bir zərurrət qalmır və məhkəmə üçün iddianın qiymətləndirilməsi həmin andan bitir. 65.İddiaçı hesab edir ki, əmlaka dair hərrac keçirilərkən ona məlumat verilməli olduğu halda, belə məlumat verilməmiş, buna görə də hərracda iştirak edə bilməmişdir. Bununla da hərracın keçirilməsi zamanı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur ki, bu da onun etibarsız olması anlamına gəlir.
66. Kollegiya qeyd edir ki, iddiaçı “Skornyak” kooperativinin adından daşınmaz əmlaka dair sonuncu dəfə 1997-ci ildə müqavilə bağlamışdır. Mübahisələndirilən hərrac isə 2005-ci ildə keçirilmişdir. Hərracın keçirilməsi zamanı iddiaçının (“Skornyak” kooperativinin) məlumatlandırılmalı olması barədə Auksion Mərkəzinin hər hansı öhdəliyi olmamışdır, çünki obyekt güzəştli şərtlərlə əmək kollektivi tərəfindən əldə olunmuşdur.
67. İddiaçının “İpoteka haqqında” Qanuna istinad etməsi də əsassızdır, çünki həmin qanun ipoteka münasibətlərini (əmlakın ipoteka ilə yüklü edilməsi, tutmanın həmin əmlaka yönəldilməsi və s.) tənzimləyir və hazırki işə heç bir aidiyyəti yoxdur. 68.İşdən görünür ki, mübahisələndirilən 137,8 kv.m sahəsi olan obyekt dövlət mülkiyyətində olmaqla, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Ticarət-xidmət və istehsalat müəssisə və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzinin balansında olmaqla Emalatxana kimi fəaliyyət göstərmiş və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2005-ci il tarixli qərarı ilə özəlləşdirilən əmlak kimi Registrə daxil edilmişdir. xx.xx.2005-ci il tarixdə Cavabdeh3 əmək kollektivinin adından vəkil edilmiş şəxs kimi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi Departamentinə ərizə ilə müraciət edərək, Emalatxananın özəlləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2005-ci il tarixdə Emalatxana özəlləşdirilən əmlak kimi hərracdan satışa çıxarılmış və güzəştli şərtlərlə əmək kollektivinə (Cavabdeh3 və Cavabdeh2) satılmışdır.
69. Kollegiya qeyd edir ki, iddiaçı Emalatxananın özəlləşdirilməsi barədə qəbul olunmuş qərarı mübahisələndirilməmiş, yalnız həmin qərar əsasında keçirilmiş hərracın etibarsızlığını tələb etmişdir. Yəni, burada yalnız hərracın keçirilməsi proseduruna dair qaydalarının pozulmasından söhbət gedə bilər ki, iddiaçı da həmin halları mübahisələndirmək üçün sübyektiv hüquqa malik deyil. Eləcə də hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməsi müəyyən olunmur.
70. Beləliklə, mübahisəndirilən obyektin özəlləşdirilməsi Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının icrası ilə bağlı həyata keçirilmişdir və özəlləşdirmə zamanı qanun pozuntusuna yol verilməmişdir.
71. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçını hazırkı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir.
72. 1998-ci ildən iddiaçının və ya “Skornyak” kooperativinin Emalatxana ilə bağlılığı aradan qalxmışdır və həmin obyekt dövlət əmlakı kimi əmək kollektivinin istifadəsində olmuşdur ki, həmin kollektiv də 2005-ci ildə Emalatxananı güzəştli şərtlərlə özəlləşdirmişdir.
73. Kollegiya qeyd edir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün 10 illik ümumi iddia müddətini də ötürmüşdür, lakin iddia özü əsassız olduğundan iddia müddətinin tətbiqinə ehtiyac qalmır.
74. Həmçinin, hərracın nəticələrinin etibarsız hesab olunması barədə tələb təmin edilmədiyindən, iddianın qalan hissəsi də təmin oluna bilməz.
75. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2572/2025 nömrəli iş üzrə 14 noyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.