Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-304/2026 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və “xxxx” MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri ** saylı notariat ofisi cəlb edilməklə) mülki iş üzrə (açar sözlər: müqavilənin və ərizənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı oğlunun nümayəndəsi (vəkili) vəkil2, Cavabdeh cavabdeh3, Cavabdehlər cavabdeh3 və cavabdeh2 nümayəndəsi (vəkili) vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və “xxxx” MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri ** saylı notariat ofisi cəlb edilməklə) “müqavilənin və ərizənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi (vəkili) vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Etibar edən (mülkiyyətçi) İddiaçı etibar edilən cavabdeh3 veridiyi ##.##.2016-cı il tarixli AR-İ seriyalı, ****** nömrəli, 7E-11018 reyestr nömrəsi ilə qeydiyyata alınmış etibarnamənin surətindən görünür ki, etibar edən etibar edilənə adına olan bütün əmlakın idarə edilməsinə və üzərində sərəncam verilməsinə və s. dair səlahiyyətləri, bu səlahiyyətləri başqa şəxsə verə bilmək hüququ da daxil olmaqla ##.##.2026-cı il tarixədək etibar etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən RX seriyalı, ******* nömrəli ##.##.2026-cı il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil ¾ hissədə İddiaçı ********** nömrəli qeydiyyat nömrəsi ilə ¼ hissədə cavabdeh2 ********** nömrəli qeydiyyat nömrəsi xüsusi mülkiyyətindədir. cavabdeh2 cavabdeh1 MMC-nin direktoru Taleh Abbasova ünvanladığı ##.##.2016-cı il tarixli ərizənin surətindən görünür ki, o, qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən evin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli, ** saylı qərarına əsasən söküldüyünə görə cavabdeh1 MMC tərəfindən onlara Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində tikiləcək binanın “E” bloku, 05 mərtəbə, 02 otaqlı, 71.5 kv.metr olan tam təmirsiz mənzil verilməsinə dair müqavilə bağlamışdır və ona məxsus ünvan 1 ünvanında yerləşən evin sökülməsinə dair etirazının olmadığını və gələcəkdə də müqavilə şərtlərinə riayət olunduqda heç bir iddia tələbinin olmayacağını qeyd etmişdir. cavabdeh3 cavabdeh1 MMC-nin direktoru Taleh Abbasova ünvanladığı ##.##.2016-cı il tarixli ərizənin surətindən görünür ki, o, qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən evin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2016-cı il tarixli, ** saylı qərarına əsasən söküldüyünə görə cavabdeh1 MMC tərəfindən onlara Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində tikiləcək binanın “E” bloku, 05 mərtəbə, 02 otaqlı, 71.5 kv.metr olan tam təmirsiz mənzil verilməsinə dair müqavilə bağlamışdır və ona məxsus ünvan 1 ünvanında yerləşən evin sökülməsinə dair etirazının olmadığını və gələcəkdə də müqavilə şərtlərinə riayət olunduqda heç bir iddia tələbinin olmayacağını qeyd etmişdir. cavabdeh1 MMC ilə İddiaçı arasında ##.##.2016-cı il tarixdə bağlanmış ** saylı müqavilənin surətindən görünür ki, cavabdeh1 MMC ünvan 2 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli, ** saylı qərarına əsasən sökülməsi və 20 faiz əlavə edilməklə təmirsiz “E” bloku, 05 mərtəbə, 02 otaqlı, 71,5 kv.metr mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürmüş, müqavilə cavabdeh3 tərəfindən imzalanmışdır. cavabdeh1 MMC ilə cavabdeh2 arasında ##.##.2016-cı il tarixdə bağlanmış ** saylı müqavilənin surətindən görünür ki, cavabdeh1 MMC ünvan 2 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli, ** saylı qərarına əsasən sökülməsi və 20 faiz əlavə edilməklə təmirsiz “E” bloku, 11 mərtəbə, 2 otaqlı, 71,5 kv.metr mənzili cavabdeh2 təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı (əvəzinə etibarnamə üzrə nümayəndəsi cavabdeh3) ##.##.2018-ci il tarixli ərizəsindən görünür ki, o, cavabdeh1 MMC ilə aralarında bağlanmış ** nömrəli müqaviləyə əsasən ona məxsus olan ünvan 2 ünvanında yerləşən 2 otaqlı, sahəsi 57,8 kv.metr olan mənzilin sökülüb əvəzində veriləcək eyni ünvanda yerləşən “E” bloku, 5 mərtəbə, 2 otaqlı, 71,5 kv.metr olacaq mənzilin cavabdeh2 (AZE ******** nömrəli, ASAN 1 - ##.##.2016) adına sənədləşdirilməsini xahiş etmişdir. Ərizədə gələcəkdə göstərilən mənzil barəsində heç bir məhkəmə orqanlarına məhkəməyə müraciət etməyəcəyini, hər hansı mübahisə yaranacağı halda şəxsən özünün cavabdehlik daşıyacağını göstərmişdir. cavabdeh1 MMC ilə cavabdeh2 arasında ##.##.2018-ci il tarixdə bağlanmış ** saylı müqavilənin surətindən görünür ki, cavabdeh1 MMC ünvan 2 əvəzinə təmirsiz “E” bloku, 5-ci mərtəbə, 2 otaqlı, 71,5 kv.metrdən ibarət *** saylı mənzili cavabdeh2 təhvil verməyi öhdəsinə götürmüşdür. cavabdeh1 MMC ilə cavabdeh2 arasında ##.##.2022-ci il tarixdə bağlanmış *** saylı müqavilənin surətindən görünür ki, “xxxx- S.S” MMC ünvan 2 əvəzinə təmirsiz “E” bloku, 12-ci mərtəbə, 2 otaqlı, 71,5 kv.metrdən ibarət *** saylı mənzili cavabdeh2 təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı İddiaçı tərəfindən təqdim edilən 2 GB tutumlu “SanDisk” adlı flaş kartda olan İddiaçı ilə cavabdeh3 arasında olan “Yazı 2” adlı səs yazısının məzmunundan görünür ki, onlar arasında gedən söhbət zamanı cavabdeh3 İddiaçı bildirir ki, “evi mənə vermişdin”, İddiaçı isə cavabdeh3 cavabında bildirir ki, “sənə vermişdim, daha demədim ki, gedib Bəsdiyə verəsən”. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdehlər cavabdeh3 və cavabdeh2 qarşı “müqavilənin etibarsızlığı və müqavilənin onunla bağlanmış hesab edilməsi və ya dəymiş zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh1 MMC ilə cavabdeh2 arasında bağlanmış ##.##.2018-ci il tarixli, ** saylı müqavilənin etibarsız sayılması, iddiaçı ilə müqavilənin bağlanmış hesab edilməsi (həmin müqavilədə hüquqi qüvvədə olmasının tanınması) və ya tapşırıq müqaviləsinin lazımınca icra edilməməsi səbəbilə ona dəymiş zərərin əvəzinin ödənilməsi, zərərin ödənilməsinin naturada icra edilməsi, bu mümkün olmadığı təqdirdə, “E” bloku, 05 mərtəbə, 02 otaqlı, 71,5 kv.metr ünvanında yerləşən mənzilin bazar dəyərinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı 1998-ci ildə Həsənov Bəsdi Həsən qızı ilə nikaha daxil olmuşdur. 2005-ci ildə cavabdehlə nikahlarına xitam verilmişdir. Nikahın pozulması zamanı Bakı Apellyasiya Məhkəməsinin ##.##.2005-ci il tarixli, 1 mk-****/** saylı qətnaməsi ilə cavabdehlə birgə əmlaklarının ¾ (dörddə üç) hissəsinə iddiaçının, ¼ hissəsinə isə cavabdeh2 mülkiyyət hüququ tanınmışdır. Həmin faktı təsdiq edən 0943228 və ******* nömrəli dövlət reyestrindən çıxarışlar mövcuddur. ##.##.2016-cı il tarixində cavabdeh1 MMC ilə aralarında ** nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “...2 otaqlı, 57.8 kv.metr mənzilin faktiki sahəsinə 20% əlavə etməklə təmirsiz “E” bloku, 05 mərtəbə, 02 otaqlı, 71,5 kv.metr mənzili “Mülkiyyətçinin” mülkiyyətinə verməyi öhdəsinə götürür. Qeyd edilir ki, ##.##.2018-ci il tarixli müqavilə ilə iddiaçının payına düşən mənzillə əlaqədar eyni məzmunlu müqavilə cavabdehlə də bağlanılmışdır. Sözügedən müqavilə üzrə tikilmiş mənzilin təhvil verilib, onun adına rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün cavabdehlə nikahlarından dünyaya gəlmiş oğulları cavabdeh3 ##.##.2016-cı il tarixli, AR ****** nömrəli etibarnamə vermişdir. cavabdeh3 onun tapşırığına tamamən zidd şəkildə cavabdeh1 MMC-ə ərizə ilə müraciət edib və onun adına rəsmiləşdirilməli əmlakın anasının adına rəsmiləşdirilməsini təmin etmişdir. Nəticədə, iddiaçının adına rəsmiləşdirilməli olan “E” bloku, 05 mərtəbə, 02 otaqlı, 71,5 kv.metr mənzil ##.##.2018-ci il tarixli ** saylı müqavilə əsasında cavabdehin adına rəsmiləşdirilmişdir. İddiaçı İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi vəkil2 ##.##.2025-ci il tarixdə vəsatətlə müraciət edərək, cavabdeh1 MMC-nin cavabdeh qismində, Bakı şəhəri ** saylı notariat ofisi üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi vəkil2 ##.##.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh1 MMC ilə cavabdeh2 arasında bağlanmış ##.##.2018-ci il tarixli ** saylı müqavilənin və cavabdeh3 tərəfindən cavabdeh1 MMC-yə ünvanlanmış ##.##.2018-ci il tarixli, reyestrdə 7E-4273 nömrəsi ilə qeydə alınmış ərizənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, nümayəndəsinin verdiyi izahatı təsdiq edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçı oğlu cavabdeh3 etibarnamə vermişdir ki, mənzili şirkətə satsın və sonra yeni alınacaq evi iddiaçının adına rəsmiləşdirsin. Cavabdeh isə mənzili iddiaçının deyil, anası cavabdeh2 adına rəsmiləşdirmişdir. Cavabdehin həyat yoldaşı şahid qismində ifadə verərkən də bəlli olmuşdur ki, hətta onun belə mübahisəli mənzilin cavabdeh cavabdeh2 adına olmasından xəbəri olmamışdır. Göründüyü kimi, cavabdeh həmin rəsmiləşdirməni hər kəsdən gizlətmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, 1999-cu ildən iddiaçı çıxıb Rusiyaya gedib. İddiaçının başqa ailəsi vardır. O, əzab-əziyyətlə uşaqlarını böyüdüb. Ev onların deyil, övladlarınındır. Hər zaman indiyə qədər iddiaçı ilə əlaqələri olmuşdur. Sonradan münasibətləri pisləşmişdir. İddiaçının bundan başqa da dörd evi var. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh cavabdeh3 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, 2016-cı ildə ailə həyatı qurmuşdur. Ailə həyatı qurandan sonra iddiaçı hədiyyə olaraq mübahisəli mənzili cavabdehə bağışlayacağını bildirmişdir. Daha sonra ona etibarnamə vermişdir ki, mənzilin öz adına keçirilməsi üçün bütün prosedurları həyata keçirə bilsin. 2024-cü ildə isə atası cavabdehə bildirdi ki, o, mənzili geri almaq istəyir. Həmin vaxtlar atası ilə aralarındakı münasibət yaxşı olmuşdur. Cavabdeh atasına bildirmişdir ki, o, mənzilə əlavə xərclər çəkmişdir, ancaq o, israrla mənzili geri istəmişdir. Əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim olunan səs yazıları 2024-cü ilə aiddir. Bu səsi yazmaqda məqsədi iddiaçının cavabdehə mənzili öz istəyi ilə verdiyini sübut etmək idi. Cavabdehlər cavabdeh2 və cavabdeh3 nümayəndəsi və vəkili vəkil1 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, müqavilənin etibarsızlığı üçün heç bir əsas yoxdur. İddiaçı yetkinlik yaşına çatmış, kifayət qədər təcrübəli şəxsdir. O, etibarnamə verərkən nə üçün verdiyini bilirdi. Təqdim edilmiş diskdə olan səs yazısından müəyyən edilir ki, iddiaçı oğlu Vüqara bildirir ki, evi ona vermişdir. Yoxsa belə etibarnamə verməzdi. Evin təmir xərclərinin hamısını cavabdeh cavabdeh3 özü çəkmişdir. İddiaçı cavabdeh cavabdeh2 ilə aralarında olan ədavətə görə hazırkı iddianı qaldırıb. O, evin cavabdeh2 adına rəsmiləşdirilməsinə narazıdır. Lakin cavabdeh cavabdeh3 verilmiş etibarnamədən öz xeyrinə istifadə edə bilməzdi deyə, mənzili anasının adına rəsmiləşdirmişdir. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, qardaşı İddiaçı Bəsti Həsənova ilə evli olub. Boşanan zaman ev bölgüsü 25% Bəsti xanıma, 75%-i qardaşı Həsənə çatıb. Ev sökülən zaman qardaşı oğluna etibarnamə verib. Qardaşı özü deyib ki, xəstə olduğu üçün evin təmir işləri ilə məşğul ola bilmir, ona görə oğlu Vüqara etibarnamə verib ki, o, məşğul olsun. Etibarnamə verilən zaman onun məlumatı olmayıb. Sonradan ona məlum olub ki, qardaşı oğluna etibarnamə verib. Qardaşının ikinci yoldaşı qeydiyyata düşmək üçün Vüqara evin sənədlərini gətirməsini bildirib. Vüqar müxtəlif bəhanələr gətirərək həmin sənədləri verməkdən imtina edib. 2024-cü ildə qardaşı oğluna demişdir ki, sənədi gətir gedək evə baxaq ev nə vəziyyətdədir. Evə baxmağa gedən zaman qardaşına məlum olub ki, ev əvvəlki yoldaşının adınadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Aslanov İlqar Hüseyn oğlu ifadəsində göstərmişdir ki, iddiaçı onun qardaşıdır, cavabdeh cavabdeh3 isə qardaşının oğludur. Digər cavabdeh cavabdeh2 qardaşının keçmiş həyat yoldaşıdır. Qardaşının oğluna etibarnamə verməsi barədə məlumatı olmayıb. Qardaşı oğluna deyirdi ki, ev nə zaman hazır olacaq, öz evinə köçüb yaşamaq istəyir. Vüqar müxtəlif bəhanələrlə sənədləri vermirdi. Sonda qardaşı şirkətə gedən vaxt öyrəndi ki, ev keçmiş həyat yoldaşının adınadır. Bu hadisədən sonra onlar biliblər ki, ev Bəsdi xanımın adınadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, iddiaçı qayınatasıdır, cavabdehlər yoldaşı və qayınanasıdır. 2016-cı ildə cavabdeh3la ailə həyatı qurmuşdur. 2 uşaqları vardır. Qayınatası ilə görüşləri zamanı o, həmişə qeyd edirdi ki, ev Vüqarındır, evi ona verdiyini bildirirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, tərəflər onun qonşuları olub. Eyni binada qalırdılar. Sonradan binaları söküldü. Əvəzində tərəflərə hər birinə iki ev verildi. Həmin zaman cavabdeh3 ona demişdir ki, atası özünə məxsus evi ona verib. Vüqar evi təmir edib, həmin evdə yaşayır. Bildiyinə görə anası ilə ayrı yaşayırlar. İddiaçı yaşadıqları ərazidə çox az görmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və “xxxx” MMC-yə qarşı (3-cü şəxs qismində Bakı şəhəri ** saylı notariat ofisi cəlb edilməklə) “müqavilənin və ərizənin etibarsız hesab edilməsi” barədə iddiasının təmin edilməsi və mülki iş üzrə çəkilmiş məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işin araşdırılan halları ilə cavabdeh3 tərəfindən cavabdeh1 MMC-yə ünvanlanmış ##.##.2018-ci il tarixli, reyestrdə 7E-4273 nömrəsi ilə qeydə alınmış ərizənin və cavabdeh1 MMC ilə cavabdeh2 arasında bağlanmış ##.##.2018ci il tarixli ** nömrəli müqavilənin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Müqavilənin iddiaçının iradə ifadəsinə zidd şəkildə bağlanması iddiaçı tərəfindən təqdim edilən sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəməyə təqdim edilən audio-səs yazılara münasibətdə qeyd etmişdir ki, MPMin 10.10-cu maddəsinə görə şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur. Hazırkı işdə cavabdeh tərəfindən təqdim edilmiş səs yazıları şəxsi məlumatları əks etdirmədiyindən məhkəmə onların açıq məhkəmə iclasında tədqiq edilməsini mümkün hesab etmişdir. Bu baxımdan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş səs yazılarına münasibətdə məhkəmə bildirir ki, iddiaçının baş etibarnaməni oğluna verməkdə gerçək hüquqi niyyətinin və iradə ifadəsinin mübahisəli mənzilin gələcəkdə oğlunun adına rəsmiləşdirilməsi, yəni dolayısı ilə həmin mənzilin oğluna hədiyyə edilməsi niyyəti ilə bağlı olmuşdur. Buna görə də ##.##.2016-cı il tarixdə cavabdehə müvafiq etibarnamə vermişdir. Bundan başqa məhkəmə, cavabdehin etirazı üzrə məhkəmə iclaslarında verdiyi izahatları da işin faktiki hallarına və qanunvericiliyin müddəalarına uyğun hesab edir. Belə ki, cavabdeh etirazının dəlillərində o hala istinad edir ki, o, iddiaçı (atası) İddiaçı verdiyi etibarnamə ilə mənzili öz adına rəsmiləşdirə bilməzdi. Bu hissədə məhkəmə verilmiş izahatı əsaslı hesab edərək, özünün bu mövqeyini MM-nin 359.3cü maddəsinin tələbləri əsas götürülməklə, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması səbəbindən qanunamüvafiq hesab edir. Habelə o da qeyd edilməlidir ki, məhkəmə mübahisəsi gedişatında iddiaçının müraciəti əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin **(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilərək, məhkəmənin icraatında olan hazırki mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ** saylı evin E bloku 5-ci mərtəbə, 2 otaqlı, 71,5 kv/m-dən ibarət *** saylı mənzilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Bu da onu deməyə əsas verir ki, hazırda mübahisəli əmlakla bağlı hər hansı sərəncamverici əməliyyatın aparılması qadağan edildiyindən, cavabdeh cavabdeh2 mübahisəli əmlakı digər cavabdeh cavabdeh3 adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Məhkəmə qeyd etmişdir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə dindirilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verərək qeyd etmişdir ki, iş üzrə şahid ifadələri birbaşa sübut deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, AR MPM-in 88-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçının təşəbbüsü ilə məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş şəxslərin şahid ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, şahidlər ifadə verərkən əsasən iddiaçı İddiaçı eşitdikləri məqmalar üzrə ifadələr vermişlər ki, hazırda bu kimi halların mövcudluğu mübahisələndirilən əqdlərin etibarsızlığı ilə əlaqədar nəticəyə gəlməyə əsas vermir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2.1, 324.1, 324.2, 324.4, 324.5, 329.1, 334.1, 334.2, 337.1, 337.2, 337.4, 339.6, 359.1, 359.3, 362.1, 362.2, 389.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.10, 14.2, 88, 107, 217.4, 218.1-ci maddələrinə, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2021-ci il tarixli, “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2019-cu il tarixli, “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2020-ci il tarixli Qrarlarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi (vəkili) vəkil2 tərəfindən apellyasiya şikayəti verilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya ikayəti onunla əsaslandırılır ki, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh1 MMC ilə cavabdeh2 arasında bağlanmış ##.##.2018-ci il tarixli, ** saylı müqaviləsinin və cavabdeh3 tərəfindən cavabdeh1 MMC-yə ünvanlanmış ##.##.2018-ci il tarixli, reyestrdə 7E-4273 nömrəsi ilə qeydə alınmış ərizənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və “xxxx” MMC-yə qarşı (3-cü şəxs qismində Bakı şəhəri ** saylı notariat ofisi cəlb edilməklə) “müqavilənin və ərizənin etibarsız hesab edilməsi” barədə iddiası təmin edilməmiş, mülki iş üzrə çəkilmiş məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. Məhkəmənin gəlmiş olduğu yekun qənaətlə razılaşmaq qeyrimümkündür. Hesab edilir ki, qətnamə əsassız və qanunsuzdur. Odur ki, həmin qətnamə tamamilə ləğv edilməli, hazırki apellyasiya şikayətində yer alan və gələcəkdə şikayətə əlavə(lər)də göstəriləcək dəlilərə əsasən şikayət təmin edilərək iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmalıdır. Artıq qeyd edildiyi kimi, iddiaçı cavabdeh1 MMC ilə keçmiş həyat yoldaşı cavabdeh2 arasında bağlanmış ##.##.2018-ci il tarixli, ** saylı müqavilənin və oğlu cavabdeh3 tərəfindən cavabdeh1 MMC-yə ünvanlanmış ##.##.2018-ci il tarixli, reyestrdə 7E-4273 nömrəsi ilə qeydə alınmış ərizənin etibarsız sayılmasını xahiş etmişdir. Buna səbəb isə etibarsız sayılması tələb olunan ərizə və müqavilənin aid olduğu mənzilin onun mülkiyyəti olması, həmin mülkiyyətin onun iradəsindən kənar surətdə onun sərəncamından çıxması olmuşdur. İşin hallarından və iş materiallarında olan sübutlardan görünür ki, iddiaçı cavabdeh cavabdeh2 ilə boşanmışdır və birgə nikah dövrünə təsadüf edən, sonradan cavabdeh1 MMC tərəfindən sökülərək yeni mənzilərlə kompensasiya olunan köhnə tikili üzərində ər-arvadın əmlak bölgüsü aparılmışdır. Müvafiq əməliyyatlar dövlət qeydiyyatına alınaraq reyestr çıxarışlarında öz əksini tapmışdır. Yəni təkcə bu fakt onu deməyə əsas verir ki, keçmiş ər-arvad olan iddiaçı ilə cavabdeh cavabdeh2 arasında əmlak mübahisəsi öz həllini tapmış, hər kəs öz payına mülkiyyət haqqını əldə etmişdir. İddiaçının sonradan özünə aid olan payı cavabdeh cavabdeh2 vermək kimi bir niyyətinin olması isə heç bir halda öz təsdiqini tapmır. Əksinə, iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilən 2 GB tutumlu “SanDisk” adlı flaş kartda olan İddiaçı ilə cavabdeh3 arasında olan “Yazi 2” adlı səs yazısının məzmunundan görünür ki, iddiaçı mənzilin keçmiş həyat yoldaşına verilməsinə qəti narazı olmuşdur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı köhnə tikilinin sökülməsinə, onun əvəzində ona yeni mənzil verilməsinə razı olmuş, ölkədə olmayacağı səbəbindən bununla əlaqədar aparılmalı olan bütün hüquqi sənəd rəsmiləşdirilməsi prosesində etibarlı şəxs kimi cavabdeh oğlunun onu təmsil etməsini arzulamış və bu səbəbdən ona baş etibarnamə vermişdir. Göründüyü kimi, etibarnamə ##.##.2016-cı il tarixində verilmişdir. Həmin anda etibarnamə verən şəxsə məxsus daşınmaz əmlak köhnə tikili olmuşdur. Yəni həmin vaxtı yeni mənzilər olmamış, sözügedən mənzilərlə əlaqədar MMC ilə sənədləşdirmə işləri müvafiq ilin noyabr aylarından başlanılmışdır. İş materialarından o, da aydın görünür ki, cavabdeh oğul ona verilmiş baş etibarnamə əsasında etibarnamə verən iddiaçı atasının həqiqi niyyətini yerinə yetirmişdir. Belə ki, iş materiallarında olan ##.##.2016-cı il tarixli cavabdeh3 tərəfindən cavabdeh1 MMC-nin direktoru Taleh Abbasova ünvanlanan ərizənin surətindən görünür ki, o, qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən evin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2016-cı il tarixli, ** saylı qərarına əsasən söküldüyünə görə cavabdeh1 MMC tərəfindən onlara Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində tikiləcək binanın “E” bloku, 05 mərtəbə, 02 otaqlı, 71.5 kv.metr olan tam təmirsiz mənzil verilməsinə dair müqavilə bağlamışdır və ona məxsus ünvan 1 ünvanında yerləşən evin sökülməsinə dair etirazının olmadığını və gələcəkdə də müqavilə şərtlərinə riayət olunduqda heç bir iddia tələbinin olmayacağını qeyd etmişdir. Mübahisə predmeti olan əsas ilkin sənəd, yəni İddiaçı ilə cavabdeh1 MMC ilə aralarında bağlanmış ** nömrəli müqaviləyə əsasən ona məxsus olan ünvan 2 ünvanında yerləşən 02 otaqlı, sahəsi 57,8 kv.metr olan mənzilin sökülüb əvəzində veriləcək, eyni ünvanda yerləşən “E” bloku, 05 mərtəbə, 02 otaqlı, 71,5 kv.metr olacaq mənzilin cavabdeh2 adına sənədləşdirilməsini ehtiva edən müvafiq ərizə isə ##.##.2018-ci il tarixlidir. Yəni cavabdeh oğul etibarnamənin verilməsindən təxminən 1 il 7 ay sonra, MMC ilə müqavilənin bağlanmasına dair hüquqi əməliyyatdan isə təxminən 1 il 4 ay sonra atasına aid olan mənzili ona verilmiş etibarnamə əsasında anasının adına keçirtmişdir. Məhkəmə tərəfindən araşdırılmalı olan əsas hal da ondan ibarətdir ki, qeyd olunan tarix aralıqlarında, əsas da aradan keçən, o qədər də qısa olmayan 1 il 4 ay müddətində iddiaçı cavabdeh oğluna həmin mənzilin özünün keçmiş həyat yoldaşının adına keçirtməsi ilə bağlı iradəsini harada, hansı formada ifadə etmiş, belə bir niyyətinin olduğu bildirmişdir? Bu hal məhkəmə tərəfindən araşdırılmamış, sübuta yetirilməmiş olaraq qalmışdır. Sözügedən iradənin, niyyətin olmasını cavabdehlər də sübuta yetirə bilməmişdir. Belə ki, cavabdehlərin hər ikisi öz izahatlarında mənzilin iddiaçının oğluna hədiyyə verməsi kimi işə heç bir aidiyyəti olmayan və tamam başqa məsələ ilə bağlamağa çalışmışlar. Yəni iddiaya etirazın əsaslandığı hallar bilavasitə hazırki iddianın əsassızlığına dəlalət etməmişdir. Belə ki, iddiaçı ata cavabdeh oğluna onun adından hərəkət etməsi üçün etibarnamə vermişdir. Qanunvericiliyin tələbinə görə daşınmaz əşyanın hədiyyə edilməsi üçün isə etibarnamə deyil, yazılı şəkildə bağlanmış və notarial qaydada təsdiqlənmiş bağışlama müqaviləsi tələb olunur. Hazırda iddia tələbi oğula hədiyyə verilmiş əşyanın geri qaytarılması, bağışlama müqaviləsinin etibarsIzlığı ilə bağlı deyildir. Çünki belə bir müqavilə də yoxdur. Qaldı ki, iddiaçının hansısa səs yazısında “bu ev sənindir” kimi niyyətini bildirməsi, “həmin mənzilin gələcəkdə övladım olaraq məndən sənə qalacağı, veriləcəyi” mənasında işlədilmişdir. Hazırki mərhələdə isə qanunla tələb olunan formaya riayət olunmadan, heç bir yazılı əqd olmadan cavabdeh oğulun sözügedən mənzili üçüncü şəxsin adına keçirtməsi etibarnamədən sui-istifadədən başqa bir şey deyildir. Hər iki cavabdeh açıq-şəkildə bildirmişdirlər ki, verilən etibarnamə əsasında mənzili oğulun adına keçirtmək mümkün deyildir. Hətta işə baxan hakim belə buna dayanaraq əsaslandırma aparmışdır. Deməli, iddiaçının mənzili gələcəkdə cavabdeh oğulun tam sərəncamına vermək kimi bir niyyəti olsa belə, etibarnamə verilən an üçün həmin niyyəti reallaşdırmaq kimi bir fikri olmamışdır. Bu səbəbdən də məhdud çərçivədə, yəni ancaq öz adından və öz xeyrinə hərəkət etməsi üçün hüquqi imkan yaratmışdır. Digər tərəfdən isə, iddiaçının mənzili öz oğluna vermək niyyətinə dayanaraq mənzilin həmin şəxsə deyil, niyyətdən kənar üçüncü şəxsə verilməsinin etibarsızlığı ilə bağlı mübahisəni həll etmək, yekun qənaəti əsaslandırmaq hüquqşünas, xüsusilə də məhkəmə hakimi adına qəbul edilməzdir. Bu xüsusda bir şeyi də vurğulamaq istəyir ki, cavabdehlərin sözügedən izahatlarındakı etirafedici məqamlar onu da deməyə əsas verir ki, cavabdeh oğul etibarnamədən sui-istifadə edərək mənzili üçüncü şəxsin adına keçirsə də, əslində onun niyyəti mənzilə mülkiyyət haqqı əldə etmək olmuşdur. Bu isə təmsilçilik institutunun məqsədlərinə birbaşa zidd olmaqla, təmsil edənin qeyri-vicdanlılığının göstəricisidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunanın adından özü ilə müqavilə bağladığı halda təmsilçinin təmsil olunanın üstün mənafeyini nəzərə alaraq hərəkət etməsi ağlabatan olmadığından təmsilçinin belə səlahiyyəti yolverilməzdir. Qanunverici qeyd edilən norma ilə müqavilə üzrə hər iki tərəfin eyni anda eyni şəxs vasitəsilə təmsil edilməsini də qadağan etmişdir. Əlavə olaraq bir məsələni də qeyd etmək istəyir ki, mülkiyyət hüququ, əsasən də xüsusi mülkiyyət hüququ qanunla qorunur və dövlət tərəfindən nəzarətdə saxlanılmaqla himayə olunur. Daşınmaz əşya ilə bağlı sərəncam əqdi mütləq qaydada notariat orqanının iştirakı ilə bağlanmalıdır. Notariuslar təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Sərəncam əqdi nümayəndə vasitəsilə bağlandığı halda "həqiqi niyyət" deyiləndə həmdə təmsilçilik niyyətinin həqiqi olub-olmadığının yoxlanılması nəzərdə tutulur. Hazırki işdə isə təmsil edənin niyyətinin həqiqiliyi yoxlanılmamış, iddiaçı daşınmaz əşya üzərindəki sərəncam hüququndan notariat orqanının iştirakı olmadan məhrum olmuşdur. İddiaçının mübahisəli mənzilin onun mülkiyyətindən çıxması barədə məlumatlı olmamasının göstəricisi kimi iş materiallarında kifayət qədər sübutlar vardır. Digər tərəfdən isə işin hallarından da görünür ki, iddiaçının şəxsən deyil, etibarnamə ilə təmsil olunmasında əsas məqsəd onun ölkə hüdudlarından kənarda olması olmuşdur. Ölkədə olduğu müddətdə isə müəyyən səbəblərdən dolayı şübhələrin yaranması, cavabdeh oğlundan mənzilə dair hüquq müəyyənedici sənədləri istəməsi, əldə edə bilmədiyi halda MMC-yə yaxınlaşması və s. kimi hallar. Digər tərəfdən iddiaçının öz keçmiş həyat yoldaşına mənzili özgəninkiləşdirmək kimi bir niyyətinin olması da ağlabatan deyildir. Belə ki, o, zamanında birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsünü məhkəmə qaydasında həll etmişdir. Sonradan onunla barışıq, faktiki də olsa nikah münasibətləri bərpa edilməmişdir. Məhkəmələr tərəfindən əqdin etibarsızlığı barədə mübahisələrə baxılan zaman həmin müqavilələri bağlayan tərəflərin iradə ifadəsinin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır. Hazırkı iş üzrə isə əqdin bağlanması zamanı əsas tərəf sayılan və mülkiyyətində olan daşınmaz əmlak barədə adından ərizə verilən iddiaçının iradə ifadəsi ümumiyyətlə ifadə olunmamış, onun iradə ifadəsi ziddinə mübahisəli ərizə bağlanaraq qanunla qorunan mülkiyyətçi hüquqları pozulmuşdur. İş materiallarında sübut kimi yer alan şahid ifadələrinin bəzilərinə diqqət yetirilsin. Aslanov İlqar Hüseyn oğlu ifadəsində göstərmişdir ki, iddiaçı onun qardaşıdır. İddiaçı olan qardaşı öz oğluna demişdir ki, ev nə zaman hazır olacaq, öz evinə köçüb yaşamaq istəyir. Vüqar müxtəlif bəhanələrlə sənədləri verməmişdir. Sonda qardaşı şirkətə gedən vaxt öyrənmişdir ki, ev keçmiş həyat yoldaşının adınadır. Bu hadisədən sonra onlar biliblər ki, ev Bəsdi xanımın adınadır. X1 ifadəsində göstərmişdir ki, qardaşı İddiaçı ev sökülən zaman oğluna etibarnamə vermişdir. Qardaşı özü demişdir ki, xəstə olduğu üçün evin təmir işləri ilə məşğul ola bilmir, ona görə oğlu Vüqara etibarnamə verib ki, o, məşğul olsun. Xülasə, məhkəmə araşdırması zamanı iddiaçının mübahisə predmeti olan ərizəni yazmaq niyyəti və fikri, bu niyyətin açıqlanması və ya mənzili üçüncü şəxsin adına özgəninkiləşdirmək iradəsini açıqlayan hərəkətlərin edilməsi hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından ##.##.2018-ci il tarixli, reyestrdə 7E-4273 nömrəsi ilə qeydə alınmış ərizə və ondan sonrakı aparılmış hərəkətlər (müqavilənin bağlanması) etibarsız sayılmalıdır! Nəzərə alınsa ki, etibarnamə özü də birtərəfli əqddir, o zaman işi araşdıran məhkəmə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirməlidir. Lakin işə baxan məhkəmə etibarnamənin olmasını və orada daşınmaz əşya ilə bağlı istənilən səlahiyyətin olmasını əsas götürməklə kifayətlənmiş, bununla da ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Mübahisəyə baxılan zaman həmin sənədlərin tərtibatında iştirak edənlərin və təmsil olunanın iradə ifadəsinin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmamışdır. Hazırkı iş üzrə əqdin bağlanması zamanı əsas tərəf sayılan və mülkiyyətində olan daşınmaz əmlak barədə adından ərizə verilən iddiaçının iradə ifadəsi ümumiyyətlə ifadə olunmamış, onun iradə ifadəsi ziddinə mübahisəli ərizə bağlanaraq qanunla qorunan mülkiyyətçi hüquqları pozulmuşdur. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində əqdin etibarsızlığını tənzimləyən normalar sırasında “aldatma” etibarsızlıq halı ön plana çəkilmişdir. Lakin hazırki iş üzrə mübahisənin həlli zamanı həmin normaların birbaşa tətbiqi yolverilməzdir. Belə ki, aldadılma etibarsızlıq halı ilə bağlı normalar əsasən əqdin bağlanılması anında şəxsən iştirak edən və aldadılma nəticəsində iradəsi zədələnən şəxsin hüquq və öhdəliklərini müəyyən edir. İndiki halda isə iddiaçı ərizənin verilməsində şəxsən iştirak etməmişdir, nümayəndə vasitəsilə təmsil olunmuşdur. Ona görə də, ərizənin yazılması anında onun belə bir iradəsinin olub-olmaması hələ müəyyən edilməlidir ki, sonra həmin iradənin zədələnmiş olub-olmaması araşdırılsın. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərar). Hazırki iş üzrə etibarsız hesab edilməli olan ərizə buna səlahiyyətli şəxs tərəfindən verilsə də, əqdin etibarlı olması üçün qeyd olunan digər şərtə əməl olunmur. Belə ki, ərizəni verməyə səlahiyyətli şəxs, etibarnamə üzrə təmsilçi təmsil etdiyi şəxsin həqiqi iradə ifadəsini bildirməmişdir. Məhkəmə tərəfindən iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Əvvəla, iddia tələbinin əsassızlığı ilə bağlı etiraz cavabdehlər tərəfindən hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Həmin etirazlar əsasən mənzilin iddiaçıdan cavabdeh oğula verilməsi ilə əlaqələndirilmişdir ki, bu cür əsaslandırma da iddia tələbi ilə bu və ya digər formada bağlı deyildir. Çünki iddiaçı ata cavabdeh oğula baş etibarnamə vermişdir ki, sonuncu həmin etibarnamə əsasında hərəkət etmişdir. Etibarnamə isə təmsilçilik məqsədilə verilən hüquqi sənəddir. Həmin sənəddən öz xeyrinə istifadə edilməsi qanunla yolverilməzdir. Digər tərəfdən isə, iş materiallarında olan şahid ifadələri də sübut kimi qeyd olunan xüsusatları təsdiq edir. Həmin sübutlardan süni şəkildə istiadə edərək işin fərqli hüquqi müstəviyə aparılması müşahidə olunur. Sözügedən ifadələrdən də görünür ki, idddiaçının ona məxsus mənzili heç bir halda digər cavabdeh cavabdeh2 vermək kimi bir niyyəti olmamışdır. İfadələri alınmış, iddiaçı və cavabdeh şəxslərlə və həmin mənzilə yaxın təmasda olan şəxslərdə belə bir məlumat olmamışdır. Bundan əlavə, məhkəmənin sübut kimi qəbul etdiyi səs yazısından da görünür ki, iddiaçı mənzilin digər cavabdeh cavabdeh2 verilməsinə qarşıdır. Ona görə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılması xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh Həsənov Bəsdi Həsən qızı və cavabdeh3 nümayəndəsi (vəkili) vəkil1 apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 və cavabdeh2 qarşı “müqavilənin etibarsızlığı və müqavilənin onunla bağlanmış hesab edilməsi və ya dəymiş zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh1 MMC ilə cavabdeh2 arasında bağlanmış ##.##.2018-ci il tarixli, ** saylı müqavilənin etibarsız sayılması, iddiaçı ilə müqavilə bağlanmış hesab edilməsi (həmin müqavilədə hüquqi qüvvədə olmasının tanınması) və ya tapşırıq müqaviləsinin lazımınca icra edilməməsi səbəbilə ona dəymiş zərərin əvəzinin ödənilməsi, zərərin ödənilməsinin naturada icra edilməsi, bu mümkün olmadığı təqdirdə, “E” bloku, 05 mərtəbə, 02 otaqlı, 71,5 kv.metr ünvanında yerləşən mənzilin bazar dəyərinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bundan sonra iddiaçı apellyasiya şikayəti vermişdir. Bununla bağlı bildirir ki, apellyasiya şikayətinə etiraz edirlər. Belə ki, mülki işin materiallarından görünür ki, cavabdeh cavabdeh3 ailə həyatı qurandan sonra iddiaçı hədiyyə olaraq mübahisəli mənzili cavabdehə bağışlayacağını bildirmişdir. Daha sonra ona etibarnamə vermişdir ki, mənzilin öz adına keçirilməsi üçün bütün prosedurları həyata keçirə bilsin. 2024-cü ildə isə atası cavabdehə bildirir ki, o, mənzili geri almaq istəyir. Həmin vaxtlar atası ilə aralarındakı münasibət yaxşı olmuşdur. Cavabdeh atasına bildirmişdir ki, o, mənzilə əlavə xərclər çəkmişdir, ancaq o, israrla mənzili geri istəmişdir. Məhkəməyə təqdim olunan səs yazısının məzmunundan görünür ki, onlar arasında gedən söhbət zamanı cavabdeh3 İddiaçı bildirir ki, “evi mənə vermişdin”, İddiaçı isə cavabdeh3 cavabında bildirir ki, “sənə vermişdim, daha demədim ki, gedib Bəsdiyə verəsən”. Tərəflər arasında söhbət zamanı İddiaçı evi cavabdeh3 verdiyini etiraf edir. İş materiallarında olan ##.##.2016-cı il tarixli, AR-İ seriyalı, ****** nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən cavabdeh3 etibarnamə verilmişdir. Etibarnamə 7E-11018 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Bu etibarnamə üzrə iddiaçı bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi cavabdehə həvalə etmişdir. Burada bir neçə suallar çıxır ki, əgər İddiaçı etibarnaməni konkret hərəkətlərin edilməsi üçün vermişdirsə onda nə üçün etibarnamədə bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi cavabdehə həvalə etmişdir. ##.##.2016-cı il tarixdə bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi cavabdehə həvalə etmiş ata nə üçün səkkiz il müddət keçdikdən sonra əmlak yadına düşür? Bu suallların cavabı qısa və konkretdir, o, mənzili oğluna hədiyyə etmişdir. İddiaçı ilə olan söhbət zamanı qeydə aldığı səs yazısından da müəyyən edilir ki, tərəflər arasında söhbət zamanı İddiaçı evi cavabdeh3 verdiyini etiraf edir, lakin evin keçmiş həyat yoldaşı cavabdeh2 adına rəsmiləşdirilməsindən narazıdır. Cavabdeh atası İddiaçı verdiyi etibarnamə ilə mənzili öz adına rəsmiləşdirə bilməzdi bu səbəbdən də rəsmiləşdirmə anasının adına qeyd edilmişdir. İddiaçının baş etibarnaməni oğluna verməkdə gerçək hüquqi niyyətinin və iradə ifadəsinin mübahisəli mənzilin gələcəkdə oğlunun adına rəsmiləşdirilməsi, yəni dolayısı ilə həmin mənzilin oğluna hədiyyə edilməsi niyyəti ilə bağlı olmuşdur. Buna görə də ##.##.2016cı il tarixdə cavabdehə müvafiq etibarnamə vermişdir. Apellyasiya şikatətində qarşı tərəf özü də evin cavabdehə bağışlamasını qismən etiraf etmişdir. O, şikayətində göstərmişidr ki, “o, ki qaldı iddiaçının hansısa səs yazısında “bu ev sənindir” kimi niyyətini bildirməsi, “həmin mənzilin gələcəkdə övladım olaraq məndən sənə qalacağı, veriləcəyi” mənasında işlədilmişdir. Odur ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi (vəkili) vəkil2 apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, qarşı tərəfin vəsatəti əsasında ifadə verən şahid cavabdehin yoldaşı Günel Aslanova onun suallarına cavab olaraq təzəlikcə sözügedən mübahisəli evə köçmələrini, əvvəllər həmin evi kirayəyə vermələrini, mənzilin qayınatasının adına olmasını bildirmişdir. Hətta cavabdehin yoldaşı belə bilmir ki, mənzil kimin adınadır. Şahid mənzilin qayınanasının adına olmasını bilməmişdir. Hər halda onlar boşanmışlar. İddiaçı cavabdehə etibarnamə verib, boşandıqdan sonra, evlər sökülməmişdən öncə onların mənzildə payları müəyyən olunmuşdur. Ondan sonra şirkət gəlib, evi sökmək istəmişdir. İddiaçı - ata burada olmadığı, xaricə işləməyə getdiyi üçün, həmin evin sökülüb şirkətə satılmasına görə, təbii ki, oğluna etibarnamə verməlidir. Həmin şirkət evi tikdikdən sonra həmin etibarnamədən istifadə edib, kişinin əvvəlki boşanmış arvadının adına evi keçirmişdir. Hətta burada yazılır ki, ona məxsus olan etibarnamədan istifadə edir. Yəni etibarnamədə ona məxsus deyildir. Səlahiyyət ona verilə bilər. Etibarnamə nəyə görə verilmişdir. Etibarnamə verilən zaman köhnə ev olmuşdur. Həmin evin şirkətə satılması üçün etibarnamə verilmişdir. Ondan sonra neçə il gizlədilib, bina tikilməyib. Gec təhvil verilib, təhvil verildikdən sonra iddiaçıya deyilib ki, “sən kimsən”? Onun adına heç bir yer yoxdur. Öz arvadının adına evi keçirtmək istəyirsə oğula niyə etibarnamə verilir? Gedib, bağışlama edilərdi və yaxud da arvadına etibarnamə verilərdi. Onların münasibəti olmamışdır. Niyə boşanmış arvadının adına ev keçirsinlər? Bu adamın öz evidir, öz payıdır, öz pulu ilə alınmış evdir. Deyilir ki, etibarnamə verilib, hakimin də münasibəti budur ki, etibarnamə verilib. Etibarnaməni niyə verilmişdir. Köhnə binanın yerində ev tikilir. Təbii ki, ev şirkətə satılmalıdır. Şirkət də adına ev verməlidir. Yeni mənzillə özü müqavilə bağlamışdır. Atasının adından müqavilə bağlayıb. O, müqavilələr də vardır. Ondan sonra özbaşına gedir, ərizə yazır ki, atası ilə bağladığı müqaviləni anasının adına keçirilsin. Bu barədə yoldaşının da məlumatı yoxdur. Məsələ burdadır ki, cavabdeh ərizə yamışdır ki, ona məxsus əmlakı anasının adına keçirilsin. Halbuki etibarnamə üzrə tərtib olunanda da düzgün tərtib edilməmişdir. Bir daha bildirir ki, atanın, yəni evin mülkiyyətçisinin bundan 2025-ci ildə xəbəri olmuşdur. Evin mülkiyyətçisi cavabdehin atasıdır. Cavabdeh qardaş və bacıları ilə öz atasının qəbri üstünə gedəndə deyilmişdir ki, gedib baba yurdlarına baş çəksinlər. Görüblər ki, baba yurdu onların adınadır. Sonra məlum olmuşdur ki, Vüqar hansısa yolla onu da ələ keçirmişdir. Sonra da Bakıya gəlmişlər. Ata təkidlə evin müqaviləsini ondan istəmişdir. O, da şirkətə getmişdir. Şirkət də bildirmişdir ki, komendantdan arayış alınsın ki, onun borcu yoxdur və müqavilə ona verilsin. Komendat bildirmişdir ki, onun adında sakinləri yoxdur. Ondan sonra da mübahisə başlamış, bilinmişdir ki, artıq ev onun deyildir. Bundan sonra da məhkəməyə müraciət edilmişdir. İddiaçının ona görə gec məlumatı olmuşdur ki, ümumiyyətlə bina gec təhvil verilmişdir. Sakinlər bu məsələ ilə bağlı televiziyada da çıxış ediblər. Təqribən 6-8 il ərzində təhvil verilmişdir. Mənzilin təmirində ata da, əmisi də iştirak etmişlər. Ata pul göndərmişdir. Köhnə arvadının evini o, niyə təmir etməlidir? O, evi özünün olduğunu bilib təmir etmiş və bu günə qədər də müqavilə ona verilməmişdir. Evin ona bağışlanması ilə bağlı bilirlər ki, qanunvericilikdə bağışlanma müqaviləsi vardır. Yəni ata öz oğluna onu bağışlaya bilərdi. Əgər notariusa gedirlərsə, notarial qaydada ona etibarnamə verilir, hansı ki, MMC tərəfindən satınalma prosesi başlamışdır. Məhz həmin şirkətə evin satılması üçün etibarnamə verilir ki, o, burada olmur, gedib-gəlir. O, olmadığı təqdirdə atasını adından yaşadıqları evi həmin MMC-yə satsın. MMC ilə atasının adından müqavilə bağlanılsın. Əgər bu belə olmasa idi, burada ləğv olunmuş 2016-cı ilin qərarları vardır. Atanın adına müqavilə bağlanmışdır. İddiaçı da məlumat verilmişdir ki, bu ev onun adınadır. Sonradan 8 il ərzində bu bina təhvil verilməmişdir. 8 il ata elə bilmidir ki, ev onundur, müqavilə onun adınadır. Hərçənd ki, müqavilə onun adına olmuşdur. Yalnız 2 il sonra atadan xəbərsiz oğul həmin alqı-satqıya dair etibarnamədən istifadə etmiş, mənzili anasının adına rəsmiləşdirilməsi ilə bağlı MMC-yə müraciət etmişdir. 8 ildə iddiaçı etibarnaməni ləğv etməmişdir. Bu gün isə ləğv olunmuşdur. Bu insanlar gediblər və oğluna çox təkid ediblər ki, onun müqaviləsini versin. Onun da üstü bu şəkildə açılmışdır ki, cavabdeh tərəf baba evini də öz adına keçirmişdir. Ondan sonra bu əmilər, bibilər bunun necə olduğunu başa düşməmişlər. Ondan sonra şəxs evinin də onun adına olmadığına dair şübhələr yaranmışdır. Bunun üstü açıldıqdan sonra İddiaçı şirkətə getmiş və ona bildirilmişdir ki, komendantın yanına gedib, ondan borcun olmadığına dair arayış almalıdır, müqaviləni təhvil ala bilsin deyə. Komendantın da yanına gəldikdə isə məlum olmuşdur ki, şəxsin adına ev yoxdur, yalnız Bəsti xanımın adına ev vardır. İddiaçı da bildirmişdir ki, Bəsti ondan neçə il əvvəl ayrılmışdır. Onun evi Bəstinin adına niyə rəsmiləşdirilməlidir? Yenidən şirkətə qayıtdıqda isə məlum olmuşdur ki, həqiqətən də həmin etibarnamədir. Müqavilə bağlanmışdır, sonradan cavabdeh3 atasına da məlumat vermədən, iddiaçının keçmiş həyat yoldaşının adına evi rəsmiləşdirmişdir. Burada şifahi müqavilə vardır. Tapşırıq müqaviləsi pozulmuşdur. Bu etibarnamə mənzilin şirkətə satılması və onun adına rəsmiləşdirilməsi üçün verilmişdir. Sonra olanlardan iddiaçının məlumatı olmamışdır. Adam nə üçün öz mülkündən olmalıdır. Oğluna bağışlamışdırsa belə, əgər belə bir niyyəti olubsa, etibarnamə əvəzinə bağışlanma müqaviləsi verə bilərdi. İddiaçı Rusiya Federasiyasında daimi yaşamamışdır, gedib-gəlmişdir. Bununla bağlı xarici passportu məhkəməyə təqdim etmişdir. Həmişə gedib-gəlmişdir. Müqavilə bağlandıqdan sonra təxminən 20-30 dəfə gəlib-getmişdir. Mənzilə də baxılmış, bununla bağlı şahidlərdə dindirilmişdir, təmirin də pullarını vermişdir, bu gün iddiaçının Bakıda yaşamağa evi yoxdur. Planlamışdır ki, evi hazır olduqdan sonra gəlib, yaşayar. Həmin alqı-satqı zamanı Azərbaycan Respublikasında olmamışdır. Məsələn etibarnamə ona 7 ayda vermişdir, alqı-satqı isə noyabr ayında olmuşdur, təxminən 5 aydan sonra olmuşdur. Şəxs fikirləşib ki, oğludur və ona etibarnamə verə bilər ki, rayondadır, evlərini satırlar, bina tikəcəkdirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehlər cavabdeh3 və cavabdeh2 nümayəndəsi (vəkili) vəkil1 izahatında göstərmişdir ki, qarşı tərəf birinci müqavilənin etibarsızlığı ilə bağlı müraciət etmişdir. Hesab edir ki, müqavilənin etibarsızlığına, ləğv olunmasına heç bir əsas yoxdur. Hər biriləri bilir ki, qanunda hansı hallarda müqavilənin etibarsızlığı və ya ləğv olunması nəzərdə tutulmuşdur. İddiaçı doğma övladı cavabdeh3 2016-cı ildə etibarnamə vermişdir. İddiaçı 20 ildir ki, Rusiya Federasiyasına yaşayır. cavabdeh3 anası ilə nikahları pozulduqdan sonra Rusiyada başqa bir qadınla ailə həyatı qurmuş, uşaqları var, orada işi, biznesi vardır. 20 ildən artıqdır ki, orada yaşayır. Vüqarın bir qardaşı da hazırda atası ilə birlikdə yaşayır. Həmişə münasibətləri çox gözəl olmuşdur. Müəyyən bayramları atası Rusiyadan gələndə birlikdə keçirmişlər. Bunu təsdiq edən fotoşəkilləri də vardır. 2016-cı ildə atası Vüqara etibarnamə vermişdir, 2024-cü ildə 09 ildən sonra yada düşülmüşdür ki, mənzili var, oğluna sırf bunu rəsmiləşdirmək üçün etibarnamə vermişdir. Bu inandırıcı deyildir. İddiaçının 9 il ərzində həmin mənzillə maraqlanmaması, həmin mənzilin ona aid olmasının yadına düşməsi işin hallarından da görünür ki, inandırıcı deyildir. Qarşı tərəf cavabdehin yoldaşının izahatına əsaslanmışdır ki, “Mənim xəbərim yox idi, qaynatamın adına idi” kimi bir izahat onun yadında deyildir. Birinci instansiya məhkəməsinin çəkişməsi mübahisəli keçmişdir. Hərə bir tərəfdən sual vermişdir. Həmin qadın o, sualı dərk etməyə də bilər. Birinci instansiya məhkəməsində onun bir cümləsinə əsaslanmaq bilmir nə dərəcədə əhəmiyyətlidir. 9 il ərzində İddiaçı bir neçə dəfə Bakıya gəlib getmişdir. Yeni il şənliyində, Novruz bayramında bir yerdə qeyd etmişlər. Fotoşəkillər vardır. Nəvəsi, ailəsi hamısı bir yerdə o, bayramları qeyd edirlər. Atası bir neçə dəfə Bakıya gələndə mənzilə baxmış və oğluna xeyirdua vermişdir. Etibarnaməni də o məqsəqlə vermişdir ki, iddiaçı artıq buradan köçüb gedib, 20 ildən çoxdur, onun bura gəlmək ümumiyyətlə planında yoxdur. Evi də cavabdeh3 bağışlamışdır, çünki cavabdeh3 ailəlidir, heç bir yerdə evi yoxdur. Ümumiyyətlə işləmir. Evi ona hədiyyə olaraq verir. Bunların münasibətləri narazılıq yaranandan sonra artmışdır. Bir səs yazısı vardır ki, Vüqara aiddir, həmin mənzili əldən verməmək üçün, çünki başqa qalacaq yeri yoxdur, həmin səs yazısında Həsən bildirir ki, “o, həmin evi ona vermişdir, anasına verməmişdir”. Çünki bunlar həyat yoldaşı ilə düşmən kimi ayrılmışlar. 20 ildir ki, münasibətləri yoxdur. Evin sırf anasının adına keçirilməsi onda qıcıqlıq yartmışdır. Bundan sonra işin arxasınca düşməyə, müqavilə məsələsini problem etməyə başlamışdır. İddiaçı bir rus qadını ilə ailə həyatı qurmuşdur. Hətta o, qadınla da bu uşaqların münasibəti vardır, Bakıya gələrək bir yerdə bayram keçirtmişlər. O, qadın Bakıya bir neçə dəfə gəldikdən sonra Bakı şəhərini görmüş və bəyənmişdir, yoldaşına təsir edir ki, ora onun evindir, niyə oğluna vermişdir? Yayda gəlib, 2-3 ay evdə qalırlar. Həm o, təsir, həmdəki sırf ananın adına keçməsi məsələsi kişidə qıcıqlıq yaradır və müəyyən təsirlər altında bu iddianı qaldırır. Evin ananın adına keçirilməsində məqsəd odur ki, gələcəkdə çıxarış alanda, öz adına reyestrdə mülkiyyətçi kimi keçəndə problem olmasın. Çünki etibarnamə ilə öz adına etmək mümkün deyildir. Anasının adına bu müqaviləni rəsmiləşdirir ki, gələcəkdə çıxarış alanda öz adına rəsmiləşdirə bilsin. Buna görə də, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin, qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh3 izahatında göstərmişdir ki, 2016cı ildə ailə qurduqdan sonra atası növbəti səfəri zamanı ona demişdir ki, evi ona bağışlamaq istəyir. Bu niyyətlə notariusa getməyi demişdir. Evin çıxarışı olmadığı üçün 2005-ci ildə apellyasiya məhkəməsinin qərarı ilə evə dair bölgü olduğuna görə evin çıxarışı olmamışdır. Atası demişdir ki, ona etibarnamə verir, özü bilər nə iş görərsə. Ondan sonrakı proseslərdə sentyabr ayında evin çıxarışını almışdır. Hələ ev sökülməmişdir. Köhnə mənzilin bağışlamasını etmişdir. Şirkət demişdir ki, onların mənzillərini alırlar. Mənzili alandan sonra müqaviləni şirkətlə o, bağlamışdır. Müqaviləni bağladıqdan bu barədə atasına bildirmiş, atası isə ona ürəyi necə istəyir, elə də etsin demiş, hətta bildirmişdir ki, evi ona vermişdir. Evin sahəsi 57 kvadratmetr olmuş, o, əlavə xərclər çəkərək artırmalar etmiş, bir də torpaq sahəsi olmuşdur. Amma sənəd də qeyd olunmamışdır ki, orada tikili var. Onun yerinə onlara iki mənzil verilmiş, bölgü olduğuna görə iki ayrı mənzilin biri anasının adına, biri də atasının adına olmuşdur. Bundan sonra atasının ona bağışladığı evi öz adına keçirə bilmədiyinə görə, yoldaşının da adına keçirdə bilmədiyinə görə qərar vermişdir ki, mənzili anasının adına keçirsin. Atasına demişdir ki, buradakı mənzili satıb, başqa yerdə çıxarışlı mənzil almaq istəyir, tikinti gecikir. O, da demişdir ki, ona etibarnamə vermişdir, necə bilirsə elə də etsin. Ondan sonra atası 2024-cü ildə Rusiyadakı yoldaşı ilə gəlmiş və mənzilin hazır olduğunu görmüşdür. Atası evi geri qaytarmasını və müqaviləni onun adına keçirtməsini bildirmişdir. Atası etibarnaməni köhnə mənzili bağışlama etməsi üçün ona vermişdir. Atası etibarnaməni verərkən şirkət yox idi. Şirkət müqavilə bağlamamışdı, atası da bilmirdi ki, həmin mənzil sökülür. Atası Rusiyaya getdikdən sonra bilmişdir. Hələ bilinmirdi ki, həmin mənzil söküləcək, neçə il sonra söküləcəkdir? Hal-hazırda anasının adına iki mənzil vardır. Evi anasının adına keçirərkən atasının razılığını almışdır. Bina 2022-ci ildə təhvil verilmişdir. 2023-cü ildən o, təmirə başlamışdır. Təmiri 5-6 aya, 2023-cü ilin dekabr ayında bitirmişdir. 3-4 ay ərzində həmin mənzili kirayə vermişdir. Mübahisə 2024-cü ildə başlamışdır. Həmin vaxta qədər atası onunla mənzilə bağlı mübahisə etməmişdir. Atası 2024-cü ildə ona demişdir ki, müqaviləni gətirsin, oda bildirmişdir ki, müqavilə anasının adınadır. 2018-ci ildən onun adındadır və bu barədə də ona bildirmişdir. Bundan sonra o, başlamışdır ki, bu barədə niyə ona deməmişdir. Həmin bina 5 blokludur. 4 bloku hazır olmuş, axırıncı blokda problem çıxmışdır, sakinlər çıxmamışdır. Gecikmə olmuşdur. Yoxsa onların mənzili 2 il ərzində təhvil verilməli idi. Həmin mənzil də hazır olmuşdur. Atası da mənzilə gəlib-getmişdir. Özünə də göstərmişdir. 2018-ci ildə göstərib, demişdir ki, ay ata, onların mənzilləri budur və satmaq istəyir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh “xxxx” MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri ** saylı notariat ofisinə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh “xxxx” MMC və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri ** saylı notariat ofisin nümayənləri məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh “xxxx” MMC-nin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri ** saylı notariat ofisinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. HYPERLINK "https://e-qanun.az/framework/46944" \l "_edn328" \o "" Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. HYPERLINK "https://e-qanun.az/framework/46944" \l "_edn329" \o "" Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. HYPERLINK "https://eqanun.az/framework/46944" \l "_edn330" \o "" Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 359.2. Özgə mənafeyi üçün olsa da, öz adından fəaliyyət göstərən şəxslər (kommersiya vasitəçiləri, müflisləşmə zamanı müsabiqə idarəçiləri, vərəsəlik zamanı vəsiyyət icraçıları və i.a.), habelə gələcəkdə mümkün ola biləcək əqdlər barəsində danışıqlara başlamağa vəkil edilmiş şəxslər təmsilçi deyildirlər. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. HYPERLINK "https://eqanun.az/framework/46945" \l "_edn537" \o "" Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № *****/**, §282). Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Hazırki işdə iddia təmin edilmədiyindən və qətnamə apellyasiya şikayətinə əsasən iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o, cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004cü il ## ##### tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Hazırkı mülki iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, İddiaçı ilə cavabdeh2 nikahı pozulmuş, məhkəmə aktına əsasən, ünvan 3 ünvanında yerləşən 2 otaqlı, sahəsi 57,8 kv.metr olan mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində ¾ hissədə İddiaçı, ¼ hissədə isə cavabdeh2 paylı mülkiyyət hüquqları ##.##.2016-cı il tarixdə qeydə alınmışdır. 2016-cı həmin mənzilin yerləşdiyi bina sökülmüş və yerində cavabdeh1 MMC tərəfindən tikilən binada tərəflərin hər birinə ayrı-ayrılıqda 20 faiz əlavə ilə 2 otaqlı təmirsiz mənzillər verilməsi nəzərdə tutulmuş və buna dair onlarla müqavilələr bağlanmışdır. Həmin dövrdə iddiaçı İddiaçı adından müqavilə sonuncunun verdiyi etibarnamə əsasında oğlu iş üzrə cavabdeh cavabdeh3 tərəfindən imzalanmışdır. Belə ki, iddiaçı İddiaçı ##.##.2016-cı il tarixdə oğlu cavabdeh3 verdiyi etibarnaməyə əsasən özünün bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi ##.##.2026-cı il tarixədək cavabdehə (oğluna) həvalə etmişdir. Cavabdeh cavabdeh3 atası İddiaçı ona verdiyi etibarnamə əsasında sonuncunun adından notarial qaydada təsdiq olunmuş ##.##.2018-ci il tarixli ərizəsini cavabdeh1 MMC-yə təqdim edərək cavabdeh1 MMC ilə aralarında ##.##.2016-cı il tarixdə bağlanmış müqaviləni ##.##.2018-ci il tarixdə anası cavabdeh2 adına rəsmiləşdirmişdir. Cavabdeh cavabdeh3 iddia tələblərinə qarşı etirazının əsasları, iddiaçı İddiaçı ona əmlakına dair sərəncam vermək hüququnu da özündə ehtiva edən etibarnaməni verməkdə məqsədinin cavabdeh1 MMC-dən aldığı mənzilin atasının ona vermək üçün adına rəsmiləşdirilməsi istəyi ilə bağlı olmasından ibarətdir. Cavabdeh cavabdeh3 atasının bu niyyətinin sonuncu ilə onun söhbət zamanı qeydə aldığı səs yazısı ilə təsdiq olunduğunu bildirir. Mülki işdə olan tərəflərin İddiaçı ilə cavabdeh3 arasında aparılması mübahisələndirilməyən səs yazılarından müəyyən olunur ki, İddiaçı oğlu cavabdeh3 mənzili ona verdiyini etiraf edərək, öz adına sənədləşdirmə apara bilmədiyi halda sənədləşməni arvadının və ya onun qohumlarının adına apara bilməsini deyərək, mənzili keçmiş həyat yoldaşı cavabdeh2 adına rəsmiləşdirilməsinə etirazını bildirir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ##.##.2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki prosessual hüquq doktarinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Tədqiq olunmuş İddiaçı ilə oğlu cavabdeh3 arasında aparılan səs yazısından müəyyən olunur ki, İddiaçı ##.##.2016-cı il tarixdə adına olan bütün əmlakın idarə edilməsinə və üzərində sərəncam verilməsinə dair səlahiyyətləri, bu səlahiyyətləri başqa şəxsə verə bilmək hüququnu da özündə ehtiva edən müddəti 10 il olan etibarnaməni cavabdeh3 verməkdə niyyəti iddiaçının hazırda tələb etdiyi mənzili oğluna əvəzsiz vermək olmuşdur. Səs yazılarından da müəyyən olunur ki, iddiaçını qane etməyən hal mənzilə dair keçmiş arvadının adına müqavilə bağlanmasıdır. Həmin müqavilənin cavabdeh3 və ya onun digər qohumlarının adına bağlanması iddiaçını narahat edən hall deyildir. Kollegiya qeyd edir ki, iddiaçının oğluna etibarnamə verərkən, cavabdeh cavabdeh3 atasının etibarnaməsi əsasında hərəkət edərkən tərəflərin iradə ifadəsinin həqiqi mənasını mübahisələndirilən mənzilin cavabdeh cavabdeh3 əvəzsiz verilməsi, onun adına rəsmiləşdirilməsi olmuşdur. İddia tələbində istinad etdiyi halları ilkin olaraq sübut etmək vəzifəsi daşıyan iddiaçı isə ərizə verilərkən, müqavilə bağlanarkən onun iradə ifadəsinin zədələnməsi hallarının baş verməsini sübuta yetirə bilmir. Oğlu ilə aradığı telefon danışığında isə, uzun illər əvvəll oğuna əmlakı üzərində sərəncam vermək səlahiyyətini də əhatə edən etibarnaməni iddiaçı hansı məqsədlə verməsini, aydın izah etdiyindən hazırkı mülki iş üzrə dindirilən şahid ifadələri iddiaçının etiraf etdiyi fakların əksini təsdiq edə biləcək sübut növü kimi qiymətləndirilə bilməz. Kollegiya qeyd edir ki, iradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olub-olmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Araşdırma zamanı isə müəyyən olunmuşdur ki, mənzil iddiaçının oğlu olan cavabdehin istifadəsində və sahibliyindədir, mənzil onun tərəfindən təmir edilmiş, cavabdeh cavabdeh2 adına müqavilənin bağlanmasının səbəbi isə təmsilçinin təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlamasının mümkün olmaması barədə mülki qanunvericiliyin tələbi olmuşdur. Göründüyü kimi, cavabdeh cavabdeh3 atası İddiaçı adından sonuncunun verdiyi etibarnamə əsasında hərəkət edərkən iddiaçının tapşırığına, onun iradə ifadəsinə uyğun hərəkət etmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən mübahisələndirilən ##.##.2018-ci il tarixli ** saylı müqavilənin, o cümlədən cavabdeh cavabdeh1 MMC-yə cavabdeh cavabdeh3 tərəfindən ünvanlanmış ərizənin iddiaçının iradə ifadəsini əks etdirməsinə dair gəldiyi qənaəti ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələblərini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı İddiaçı nümayəndəsi (vəkili) vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-6)-304/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-304/2026
13.04.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver