Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-319/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı İddiaçıblikası Dövlət Neft Şirkəti (SOCAR) “Neft Kəmərləri” Idarəsinin cavabdeh Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları 1.Reyestr çıxarışına görə, ünvan 2 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi ##.##.2018-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında cavabdehin adına qeydə alınıb (iş v. 30). Həmin torpaq sahəsinə dair “Torpaq sahəsinin plan və ölçüsü” adlandırılan sənəd tərtib olunub (iş v. 50). Bu sənəddə qeyd olunub ki, onun tərtib edilməsinə əsas alıcı ilə satıcının arasında bağlanmış ##.##.2018-ci il tarixli 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsidir. Bu isə onu təsdiq edir ki, cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etməsinə əsas alqı-satqı müqaviləsidir. 2.Torpaq sahəsində fərdi yaşayış evinin tikintisi layihələndirilib (iş v. 41). 3.Iddiaçı torpaq sahəsinin Bibiheybət-Yasamal Dş-300 mm-lik yeraltı neft kəmərinin mühafizə zonasında yerləşdiyini iddia edir. Məhkəmə icraatı 4.Iddia ərizəsində tələb olunub ki, “Neft Kəmərləri” Idarəsinin istismarında olan Bibiheybət-Yasamal Dş-300 mm-lik yeraltı neft kəmərinin 2,4 km-də (39 T 399110 4467085 koordinat üzrə) boru kəmərindən 16 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında ünvan 1 döngə ünvanında yerləşən, cavabdehə məxsus qeyri-yaşayış obyekti sökülərək ərazidən çıxarılsın. 5.Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Qətnamə onunla əsaslandırılıb ki, tikili neft boru kəmərinin mühafizə zonasında yerləşsə də, tikinti işlərinin qanunsuz aparılması öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh tikinti işlərini öz mülkiyyətində olan torpaq sahəsində qanunvericiliyin tələbinə əsasən məlumatlandırma icraatı qaydasında müvafiq qurumla razılaşdırılmaqla aparıb. 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, cavabdehin mülkiyyət hüququ olsa da, onun bu hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) qanuni məqsədlərə (neft kəmərinin mühafizəsinə, fiziki şəxslərin həyat və sağlamlığının müdafiəsinə) xidmət edir. 7.Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil bildirdi ki, apellyasiya şikayəti əsassızdır, iddiaçının boşaldılmasını tələb etdiyi ərazi cavabdehin mülkiyyətindədir, ona görə də apellyasiya şikayəti rədd olunmalıdır. 8.Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Lətifə Kərimova apellyasiya şikayətinin əsaslı olduğunu bildirmişdir. O, sonuncu məhkəmə iclasına gəlməmişdir. Məhkəmənin mövqeyi 9.Mübahisənin düzgün həlli üçün göstərlən iki hal müəyyən edilməlidir: birinci, sökülməsi tələb olunan tikilinin cavabdehin mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində, yoxsa hüdudlarından kənarda yerləşməsi; ikinci, tikilinin yerləşdiyi ərazinin neft kəmərinin mühafizə zonası sayılıb-sayılmadığı. Həmin hallar barədə məhkəmə aşağıdakıları qeyd edir. Birinci hal barədə 10.Müəyyən olunur ki, sökülməsi tələb olunan tikili cavabdehin mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. 11.Bu halın müəyyən edilməsi üçün apellyasiya icraatı zamanı məhkəmənin təşəbbüsü ilə DƏDKR PHŞ-in * saylı Bakı Ərazi Idarəsindən mütəxəssis rəyi alınması qərara alınmış, lakin həmin Idarə ##.##.2026 və ##.##.2026-cı il tarixli məktubları ilə mütəxəssis rəyi verməkdən əsassız olaraq imtina etmişdir. Işdə olan məlumatlar tikilinin cavabdehin mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyini müəyyənləşdirməyə imkan verir. Belə ki, birinci, torpaq sahənin planından görünür ki, onun üç tərəfi qonşu, bir tərəfi isə küçədir (iş v. 43). Odur ki, cavabdehin həmin tikilini öz mülkiyyətində olan torpaq sahəsinin hüdudlarından kənarda inşa etməsi ağlabatan deyil. Ikinci, iddiaçı tikilinin cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini yazılı şəkildə etiraf edib. Belə ki, iddiaçı apellyasiya şikayətində qeyd edib ki, cavabdehin mülkiyyət hüququ olsa da, onun bu hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) qanuni məqsədlərə (neft kəmərinin mühafizəsinə, fiziki şəxslərin həyat və sağlamlığının müdafiəsinə) xidmət edir. Bundan başqa, iddiaçı apellyasiya şikayətində qeyd edib ki, həmin ünvan ##.##.2018-ci il tarixdə cavabdehin adına qeydə alınsa da, tikili neft kəmərinin mühafizə zonasında yerləşir. Göründüyü kimi, iddiaçı tikilinin cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini etiraf edir, iddianın əsası yalnız ondan ibarətdir ki, tikili neft kəmərinin mühafizə zonasında yerləşir. İddiaçıblikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Ona görə də cavabdeh tikilinin öz mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyini sübutetmə vəzifəsindən azaddır. Ikinci hal barədə 12.Müəyyən olunur ki, sökülməsi tələb olunan tikilinin yerləşdiyi ərazi, yəni cavabdehin mülkiyyətində olan torpaq sahəsi hazırda neft kəmərinin mühafizə zonası sayılmır. 13.İddiaçıblikası Yanacaq və Energetika Nazirliyinin ##.##.2002-ci il tarixli ** nömrəli əmri ilə təsdiq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na görə, mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 50 metr təşkil edir. Iddiaçı tikilinin mühafizə zonasında - boru kəmərindən 16 metr aralıda yerləşdiyini iddia edir. Məhkəmə qeyd edir ki, iddiaçı tikilinin cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini etiraf edib. Odur ki, tikilinin neft boru kəmərindən 16 metr məsafədə yerləşməsi faktı həqiqi olub-olmadığından asılı olmayaraq torpaq sahəsinin statusunu dəyişmir, o, xüsusi mülkiyyətdə olan torpaq sahəsi sayılır. Belə ki, torpaq sahəsi dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydə alınıb. İddiaçıblikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Xüsusi mülkiyyətdə olan torpaq sahəsi neft kəmərinin mühafizə zonası kimi istifadə oluna bilməz. Belə ki, İddiaçıblikası Konstitusiyasının 13-cü maddəsinə görə, İddiaçıblikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bu maddənin mənasına görə, iddiaçı cavabdehin mülkiyyətində olan torpaq sahəsindən mühafizə zonası kimi istifadə edə bilməz. İddiaçıblikası Torpaq Məcəlləsinin 62-ci maddəsinə görə, elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Əgər iddiaçı hesab edirsə ki, mühafizə zonasında yerləşən torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi qanunsuzdur, torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsini mübahisələndirə bilər. Torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi etibarsız hesab edildikdən sonra o, öz statusuna görə neft kəmərinin mühafizə zonası sayılacaq. Yalnız bundan sonra iddiaçı həmin torpaq sahəsindəki tikilinin sökülməsini tələb edə bilər. 14.Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 15.Yuxarıda göstərilənlərə əsasən və İddiaçıblikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi Apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə İddiaçıblikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-319/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-319/2026
31.07.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver