Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-326/2026 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı iddiaçı3 cavabdehlər Bakı şəhəri 12 saylı Notariat Ofisi və cavabdeh2; iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər Bakı şəhəri 12 saylı Notariat Ofisi və cavabdeh2 qarşı işi üzrə Açar sözlər : (qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun tanınması”) hakimlər Talışinski Fuad Şəmsəddin oğlu (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı iddiaçı3 nümayəndəsi vəkil Tağıyeva Esmira Azər qızının, digər iddiaçılar iddiaçı1, iddiaçı2 nümayəndəsi vəkil Rzayeva Sevinc Tofiq qızının və cavabdeh cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3917/2025 saylı işi (birləşdirilmiş icraat) üzrə 14.11.2025-ci il tarixli qətnaməsindən iddiaçı1 və iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. Birləşdirilmiş icraat üzrə iddiaçı iddiaçı3 cavabdehlər Bakı şəhəri 12 saylı Notariat Ofisi və cavabdeh2 qarşı “Vəliyeva Elmira Bağır qızına verilmiş 11.03.2004-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, 04.09.2017-ci il tarixində cavabdeh2 ilə bağlanmış bağışlama müqaviləsinin iddiaçı3 aid olan hissədə, yəni ½ pay hissədə etibarsız hesab edilməsi, ünvan 9 ünvanında yerləşən daşınmaz miras əmlaka iddiaçı3 ½ pay hissədə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Iddiaçı iddiaçı3 iddia tələbini onunla əsaslandırmışdır ki, Vəliyev Müslüm Məhəmməd oğlu tərəfindən verilmiş 29.06.1996-cı il tarixli vəsiyyətnamə ilə 027030 nömrəli qeydiyyat vəsiqəsi ilə Vəliyev Müslüm Məhəmməd oğlunun adına olan Yasamal rayonu, Parlament prospekti, ev 1, mənzil 35 ünvanda yerləşən daşınmaz əmlak Vəliyeva Elmira Bağır qızı və iddiaçı3 miras qoyulmuşdur. Dövlət Notariat Arxivinin 3-16-5/6-14-1148/24 nömrəli, 16.09.2024-cü il tarixli məktubundan da göründüyü kimi, vəsiyyətnamə qüvvədədir və vəsiyyətnamənin dəyişdirilməsi və ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Vəsiyyətnaməyə əsasən Bakı şəhəri 12 saylı notariat ofisinə müraciət edilmiş, 09.09.2003-cü il tarixində vəfat etmiş Vəliyev Müslüm Məhəmməd oğlunun 29.06.1996-cı il tarixində 2V-1-336 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnaməsinə əsasən miras qalmış əmlakdan olan paya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin iddiaçı3 verilməsi xahiş edilmişdir. Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusunun 28.11.2024-cü il tarixli Qərarı ilə notariat hərəkətlərinin aparılmasından imtina edilməklə, Qərardan məhkəməyə şikayət verilməsi izah edilmişdir. Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu qərarını onunla əsaslandırmışdır ki, Vəliyev Müslüm Məhəmməd oğlu vəfat etdikdən sonra Vəliyeva Elmira Bağır qızı 09.09.2003-cü il tarixində notariat ofisinə vərəsəliyin qəbul ərizəsi ilə müraciət etmiş və Vəliyev Müslüm Məhəmməd oğlunun tək vərəsəsi kimi tanınmışdır. Bununla yanaşı miras qoyanın əmlakının qəbulu ilə əlaqədar qanunla müəyyənləşdirilmiş müddət buraxılmışdır. Həmin Qərardan Bakı Şəhər Yasamal Rayon Məhkəməsinə 29.06.1996-cı il tarixli vəsiyyətnamə əsasında Yasamal rayonu, Parlament prospekti, ev 1, mənzil 35 ünvanda yerləşən daşınmaz miras əmlakından ona, yəni iddiaçı3 ½ pay (mülkiyyət) hüququnun müəyyən edilməsi faktı ilə bağlı qərar qəbul edilməsi üçün xüsusi icraat qaydasında müraciət edilmişdir. Yasamal Rayon Məhkəməsində işə baxılan zaman müəyyən məhkəmə tərəfindən Yasamal rayonu, Parlament prospekti, ev 1, mənzil 35 ünvanı ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi Idarəsinə sorğu ünvanlanmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi Idarəsinin 05.03.2025-ci il tarixli, 3-21-3-30/2- 9115/2025 nömrəli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, Yasamal rayonu, Parlament prospekti, ev 1, mənzil 35 ünvanlı mənzil 04.09.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanılması müqaviləsi ilə Vəliyeva Elmira Bağır qızı tərəfindən cavabdeh2 bağışlanmış, 1117068622 nömrə ilə 05.09.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla çıxarış verilmişdir. Bağışlama müqaviləsinin əsası olaraq Vəliyeva Elmira Bağır qızının 11.03.2004-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi qeyd edilmişdir. Görüdüyü kimi Vəliyeva Elmira Bağır qızına verilmiş 11.03.2004-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi Yasamal rayonu, Parlament prospekti, ev 1, mənzil 35 ünvanlı mənzil Vəliyev Müslüm Məhəmməd oğlunun mülkiyyətində olmuş, hazırda qüvvədə olan vəsiyyətnamə ilə də Vəliyeva Elmira Bağır qızı və iddiaçı3 miras qoyulmuşdur. Lakin Vəliyev Müslüm Məhəmməd oğlu vəfat etdikdən sonra Vəliyeva Elmira Bağır qızı vərəsəlik işinin açılması ilə bağlı Bakı şəhəri 12 saylı notariat ofisinə müraciət etdiyi zaman vəsiyyətnaməni gizlətmiş, özünü tək vərəsə kimi təqdim etməklə qeyd olunan daşınmaz əmlaka dair qanunsuz olaraq qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Bununla da digər vərəsə iddiaçı3 hüquqları pozulmuşdur. Qeyd olunanları nəzərə alaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1426/2025 saylı, 08.04.2025-ci il tarixli Qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iş materialları ilə müəyyən edilmişdir ki, ünvan 9 ünvanda yerləşən mənzilin mülkiyyətçisi Vəliyev Müslüm Məhəmməd oğlu 29.06.1996- cı il tarixdə həmin mənzili Vəliyeva Elmira Bağır qızı və iddiaçı3 vəsiyyət etmişdir. 09 sentyabr 2003-cü il tarixdə Vəliyev Müslüm Məhəmməd oğlu Bakı şəhərində vəfat etmişdir. Vəliyeva Elmira Bağır qızı 09.09.2003-cü il tarixdə notariat ofisinə vərəsəliyin qəbul ərizəsi ilə müraciət etmiş və Vəliyev Müslüm Məhəmməd oğlunun tək vərəsəsi kimi tanınmış, daha sonra o, mənzili 04.09.2017-ci il tarixdə cavabdeh2 bağışlamış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışa əsasən mübahisəli mənzil 08.09.2017-ci il tarixdə cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Mübahisəli ünvan 9 ünvanda yerləşən mənzilin mülkiyyətçisi hal-hazırda cavabdeh2dur. Belə olan halda miras əmlak bağışlanmış əmlak statusuna keçmiş və artıq hüquq haqqında mübahisə yarandığı üçün ərizəyə xüsusi icraat qaydasında baxmaq mümkün olmamışdır. Həmin qərardaddan şikayət verilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)1426/2025 saylı, 25.04.2025-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3225/2025 saylı, 19.05.2025-ci il tarixli Qərardadları ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08.04.2025-ci i il tarixli, 2(004)1426/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlara əsasən, iddiaçı3 pozulmuş hüquqlarının bərpa edilməsi üçün Vəliyeva Elmira Bağır qızına verilmiş 11.03.2004-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi ləğv edilməli, 04.09.2017-ci il tarixdə cavabdeh2 ilə bağlanmış bağışlama müqaviləsi iddiaçı3 aid olan hissədə, yəni ½ pay hissədə etibarsız hesab edilməli, Yasamal rayonu, Parlament prospekti, ev 1, mənzil 35 ünvanında yerləşən daşınmaz miras əmlaka iddiaçı3 ½ pay hissədə mülkiyyət hüququ tanınmalıdır.
2. Birləşdirilmiş icraat üzrə iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər Bakı şəhəri 12 saylı Notariat Ofisi və cavabdeh2 qarşı “Bakı şəhəri 12 saylı dövlət notariat ofisi tərəfindən Vəliyeva Elmira Bağır qızının adına miras əmlak ünvan 2 barəsində verilmiş 11 mart 2004-cü il tarixli, 87 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ünvan 3 ünvanda yerləşən mənzil üzərində Vəliyeva Elmira Bağır qızının hüquqlarının qeydiyyatının ləğv edilməsi, Vəliyeva Elmira Bağır qızının ünvan 6 ünvanda yerləşən mənzili cavabdeh2 bağışlaması ilə bağlı 3 saylı Bakı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş 04 sentyabr 2017-ci il tarixli, 4Ə-1474 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 2 ünvanda yerləşən mənzil üzərində cavabdeh2 hüquqlarının qeydiyyatının ləğv edilməsi, ünvan 4 ünvanda yerləşən mənzil üzərində 1/3 hissədə miras əmlaka hüquqların tanınması və mülkiyyət payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Iddiaçılar iddiaçı1 və iddiaçı2 iddia tələbini onunla əsaslandırmışlar ki, ataları Vəliyev Müslüm Məmməd oğlu 09 sentyabr 2003-cü ildə Bakı şəhərində ölmüşdür. Onun vərəsələri iddiaçı1, iddiaçı2 və atasının ikinci nikahdan olan arvadı Vəliyeva Elmira Bağır qızı olmuşdur. Vəliyeva Elmira Bağır qızı Vəliyev Müslüm Məmməd oğlu öldükdən sonra Bakı şəhəri 12 saylı Notariat Ofisinə müraciət edərək miras qoyanın başqa vərəsələri olmadığını bildirmiş və miras qalmış ünvan 5 ünvanda yerləşən 35 saylı mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir. Elmira Vəliyeva qanunsuz hərəkətlərini pərdələmək üçün isə evi 1-ci nikahdan olan oğluna bağışlamışdır. Iddiaçılar atalarının birinci nikahdan doğulmuş övladlarıdır. Miras qoyanın ikinci nikahdan övladı yoxdur. Notarius miras qoyanın birinci nikahdan olan övladları kimi iddiaçılar miras əmlak qoyanın vərəsələri kimi işə cəlb etməmiş və X11 adına mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir ki, bununla da iddiaçıların Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan hüquqlarımızı pozmuşdur. Iddiaçılar miras qoyanın birinci dərəcəli vərəsələridir və miras əmlakdan pay almaq hüquqları vardır. Qeyd edilən səbəbdən notariusun yalnız Elmira Vəliyevaya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməsi əsassız və qanunsuz olmuşdur və həmin şəhadətnamə etibarsız hesab edilməlidir. Hazırkı halda Elmira Vəliyeva yalnız miras əmlakdan 1/3 hissədə pay almaq hüququna malik idi. Pay almaq hüququ olan digər vərəsələr (iddiaçılar) çağırılmaqla vərəsəlik hüququ haqqında şəhadətnamə verilməli idi. Notarius tərəfindən bu hissədə qanunsuzluğa yol verilmişdir. X11 digər vərəsələrin mövcud olmadığı barədə ərizəsi nəzərə alınmış, miras qoyanın birinci nikahdan övladlarının olub-olmaması halı müəyyən edilməmişdir.
3. Işin icraatı zamanı müəyyən edilmişdir ki: - Miras qoyan Vəliyev Müslüm Məmməd oğlu tərəfindən verilmiş 29.06.1996-cı il tarixli vəsiyyətnaməyə əsasən, 027030 nömrəli qeydiyyat vəsiqəsi ilə Vəliyev Müslüm Məmməd oğlunun adına olan Yasamal rayonu, Parlament prospekti, ev 1, mənzil 35 ünvanda yerləşən daşınmaz əmlak Vəliyeva Elmira Bağır qızı və iddiaçı3 miras qoyulmuşdur; - Dövlət Notariat Arxivinin 3-16-5/6-141148/24 nömrəli, 16.09.2024-cü il tarixli məktubuna əsasən, həmin vəsiyyətnamə qüvvədədir və vəsiyyətnamənin dəyişdirilməsi və ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. 2- V-1-87 nömrəli Notariat işi materialları məhkəməyə təqdim edilmişdir; - Ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, miras qoyan Vəliyev Müslüm Məmməd oğlu 09.09.2003-cü il tarixdə vəfat etmişdir; - Nikah haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, Vəliyev Müslüm Məmməd oğlu ilə Vəliyeva Elmira Bağır qızı 23.12.1973-cü il tarixdə nikaha daxil olmuşlar; - 016448 nömrəli Orderin surətinə əsasən müəyyən edilir ki, Yasamal rayonu, Parlament prospekti, ev 1, mənzil 35 ünvanı 25.09.1995-ci il tarixdə miras qoyan Vəliyev Müslüm Məmməd oğlunun mülkiyyətinə verilmişdir; - 11.03.2004-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən müəyyən edilir ki, vərəsə Vəliyeva Elmira Bağır qızının yeganə vərəsə kimi miras predmeti olan Yasamal rayonu, Parlament prospekti, ev 1, mənzil 35 ünvanına miras payı müəyyən edilmişdir; - 04.09.2017-ci il tarixli Daşınmaz Əmlakınn Bağışlanması Müqaviləsinə əsasən müəyyən edilir ki, hədiyyə verən Vəliyeva Elmira Bağır qızı Yasamal rayonu, Parlament prospekti, ev 1, mənzil 35 ünvanını hədiyyə alan cavabdeh2 bağışlamışdır; - Çıxarışın surətinə əsasən müəyyən edilir ki, Yasamal rayonu, Parlament prospekti, ev 1, mənzil 35 ünvanı cavabdeh2 xüsusi mülkiyyətindədir, mülkiyyət hüququ 08.09.2017-ci il tarixdə qeydiyyata alınmışdır; - Yasamal rayon Icra Hakimiyyətinin MKTB-nin 64 saylı MKISnin 24.09.2025-ci il tarixli arayışına əsasən müəyyən edilir ki, iddiaçı3 1997ci ildən 2017-ci ilədək nənəsi Vəliyeva Elmira Bağır qızı ilə birlikdə Yasamal rayonu, Parlament prospekti, ev 1, mənzil 35 ünvanında yaşamışdır; - Bakı şəhəri 12 saylı Notariat Ofisinin 28.11.2024-cü il tarixli qərarına əsasən müəyyən edilir ki, iddiaçı3 müraciəti üzrə notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir; - Doğum haqqında şəhadətnamələrin surətinə əsasən müəyyən edilir ki, iddiaçılar iddiaçı1 və iddiaçı2 atası Vəliyev Müslüm Məmməd oğlu, anası Qazıyeva Kamilə Nadirovnadır.
4. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3917/2025 saylı işi üzrə 14.11.2025-ci il tarixli qətnaməsi ilə birləşdirilmiş icraat üzrə iddiaçı iddiaçı3 cavabdehlər Bakı şəhəri 12 saylı Notariat Ofisi və cavabdeh2 qarşı iddiasının təmin edilməsi, Vəliyeva Elmira Bağır qızının adına verilmiş 11.03.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, 04.09.2017-ci il tarixdə Vəliyeva Elmira Bağır qızı ilə cavabdeh2 ilə bağlanmış bağışlama müqaviləsi iddiaçı3 aid olan hissədə, yəni ½ pay hissədə etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi, miras əmlakı ünvan 9 ünvanında yerləşən daşınmaz miras əmlaka iddiaçı3 ½ pay hissədə mülkiyyət hüququnun müəyyən edilməsi, birləşdirilmiş icraat üzrə iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər Bakı şəhəri 12 saylı Notariat Ofisi və cavabdeh2 qarşı iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.1, 16.1, 560.1, 560.2, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 1133, 1134, 1151.1, 1151, 1155.1, 1155.2, 1159, 1160, 1166, 1170, 1243.3 1246, 1248-ci maddələrinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına istinadən qeyd edilmişdir ki, Vəliyeva Elmira Bağır qızı 2019-cu il tarixdə vəfat etmişdir. iddiaçı3 miras qoyan Vəliyev Müslüm Məmməd oğlunun nəvəsidir, Vəliyeva Elmira Bağır qızı miras qoyan Vəliyev Müslüm Məmməd oğlunun 2-ci nikahla daxil olduğu arvadıdır, iddiaçı1 və iddiaçı2 Vəliyev Müslüm Məmməd oğlunun 1-ci nikahdan olan övladlarıdır. cavabdeh2 Vəliyeva Elmira Bağır qızının digər nikahdan olan oğludur. iddiaçı3 Vəliyeva Elmira Bağır qızının nəvəsidir. Vəliyeva Elmira Bağır qızı notarial qaydada tərtib edilmiş vəsiyyətnamə qüvvədə ola-ola, həmin vəsiyyətnamədən məlumatlı olan şəxs kimi vərəsəlik hüququnda nəzərdə tutulmuş vərəsənin digər vərəsələrə məlumat verməsinin zəruriliyi prinsipinin tələblərini pozmuş, hüquqi baxımdan vicdanlı davranmayaraq miras predmetinə münasibətdə miras şəriki qismində miras əmlakı üzərində vəsiyyət üzrə digər vərəsə nəvəsi iddiaçı3 hüquqlarını gözləmədən, özünün üstün maraqlarını əsas götürərək vərəsənin mülkiyyət hüquqlarını pozmuşdur. iddiaçı3 nəvə olması hüquqi baxımdan nənənin onun hüquqlarını pozması üçün əsas ola bilməz, mübahisə məşət münasibətləri zəminində deyil, qanunun tələbləri əsasında həll edilməlidir. iddiaçı3 1991-ci il təvəllüdlü fiziki şəxs kimi miras açılan zaman yetkinlik yaşına çatmasa da, tam hüquq qabiliyyətli şəxs kimi hüquq münasibətlərinin iştirakçısı olmuşdur. iddiaçı3 miras predmeti olan mənzildə faktiki yaşamaqla miras açıldığı andan mirası faktiki olaraq qəbul etmiş, həmin andan mülkiyyətçi statusuna keçmiş (dövlət reyestrində qeydə alınmış məlumatlardan asılı olmayaraq), mirasın qəbul edilməsi ilə bağlı 6 aylıq müddəti ötürməmişdir. Vəliyeva Elmira Bağır qızı tam səlahiyyəti olmayan şəxs kimi 04.09.2017-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən, miras predmeti olan Yasamal rayonu, Parlament prospekti, ev 1, mənzil 35 ünvanını cavabdeh2 bağışlamış, səlahiyyətlərini aşmışdır. Odur ki, 04.09.2017-ci il tarixdə Vəliyeva Elmira Bağır qızı ilə cavabdeh2 ilə bağlanmış bağışlama müqaviləsi iddiaçı3 aid olan hissədə, yəni ½ pay hissədə etibarsız hesab edilməli və çıxarış ləğv edilməlidir. Miras əmlakı ünvan 9 ünvanında yerləşən daşınmaz miras əmlaka vəsiyyət üzrə vərəsə iddiaçı3 ½ pay hissədə mülkiyyət hüququ müəyyən edilməlidir. Həmin müqavilənin yalnız vərəsənin hüquqlarının pozulduğu hissədə, yəni ½ hissədə etibarsız hesab edilməsi əsaslıdır. Çünki, vəsiyyət üzrə vərəsəliyə əsasən Vəliyeva Elmira Bağır qızı və iddiaçı3 vərəsə olmaqla hər birinin ½ hissədə miras payı müəyyən edilməlidir. Dolayı yolla, Vəliyeva Elmira Bağır qızının miras əmlakın ½ hissədə mülkiyyətçisi kimi əmlak üzərində sərəncam verməsi yolveriləndir. Vəliyeva Elmira Bağır qızının vəfat etməsi əsas götürülməklə, həmin bağışlanma müqaviləsinin tam etibarsız hesab edilməsi və çıxarışın tam ləğv edilməsi həm Vəliyeva Elmira Bağır qızının, həm də cavabdeh2 mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər. Çünki, müqavilə tam etibarsız hesab edilərsə, əmlaka digər ½ hissədə pay açıq qalacaqdır ki, bu da mübahisənin həlli zamanı qarşıya qoyulan məqsədlərə uyğun deyildir. Məhkəmə işin faktiki halları baxımından onu da qeyd edir ki, Vəliyeva Elmira Bağır qızı daha sonra mübahisə predmeti olan mənzili nəvəsi iddiaçı3 vəsiyyət etmiş, bu barədə vəsiyyətnamə tərtib etmişdir. Lakin, Vəliyeva Elmira Bağır qızı vəsiyyətnamə tərtib etdikdən sonra həmin mənzili cavabdeh2 bağışladığından həmin mənzil Vəliyeva Elmira Bağır qızının miras əmlakı statusundan çıxmış və vəsiyyətnamənin hər hansı hüquqi qüvvəsi qalmamışdır. Digər tələbə (birləşdirilmiş icraat) məhkəmə aşağıdakı kimi hüquqi qiymət verir. Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər Bakı şəhəri 12 saylı Notariat Ofisi və cavabdeh2 qarşı iddia tələbi üzrə isə məhkəmə qeyd edir ki, iddiaçılar mirasın qəbul edilməsi ilə bağlı 6 aylıq müddəti ötürmüşlər, həmçinin miras predmeti olan mənzildə yaşamamış, dolayı yolla mirası faktiki olaraq da qəbul etməmiş, hərəkətləri ilə bu istiqamətdə iradələrini bəyan etməmişlər. Miras açıldıqdan 21 il sonra vərəsələrin mirasın qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi əsaslı hesab edilmir. Iddiaçıların vəkilinin bildirdiklərinə əsasən, miras qoyan vəfat edənədək miras predmeti olan mənzildə yaşayış və həmin mənzildə hüzür mərasimi keçirilmişdir. Yəni, iddiaçılar miras əmlakı kimi mənzilin ataları olan miras qoyana məxsus olduğunu bilmişlər. Bu halda, onlar miras əmlakın qəbul edilməsi ilə bağlı hüquqi hərəkətlər həyata keçirmək iqtidarında olmuşlar. Mirasın faktiki qəbul edilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Mirasın qəbul edilməsi ilə bağlı 6 aylıq müddət imperativ normadır. Həmin müddətin ötürülməsi vərəsəni mirasa pay hüququndan məhrum edir. Mübahisə yaranan zaman (vərəsəliyin açıldığı tarix) qüvvədə olmuş hüquq normaları tətbiq edilməlidir. Mübahisə üzrə əhəmiyyətli hissə iddiaçıların vəkili tərəfindən məhkəməyə təqdim edilmiş miras qoyana məxsus olmuş orden və medallarla bağlıdır (fotoşəkilləri məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında fiziki olaraq özləri göstərilmişdir). Yəni, iddiaçının vəkili iddiaçıların sərəncamında olan həmin medalları miras aktivi kimi qiymətləndirərək, hesab edir ki, iddiaçılar mirasın həmin hissəsini qəbul etməklə mirası bütövlükdə qəbul etmiş hesab edilməli (mirası qismən (hissəvi) qəbul etmiş şəxs tam qəbul etmiş sayılır) və miras əmlakı kimi mənzilə münasibətdə miras payları müəyyən edilməlidir. Təqdim edilən həmin medalları məhkəmə Mülki Məcəllənin 1155.1-ci maddəsinə əsasən, ailə xronikası, xatirə kimi qiymətləndirir və həmin əşyaları miras əmlakı kimi hesab etmir. Həmin medalları əmlak dəyəri olsa da (satışa çıxarılıb qiymətləndirilə bilər), miras aktivi kimi qiymətləndirilmir. Yəni, həm əşyalar miras əmlakı kimi qiymətləndirilmədiyindən mirasın hissəvi qəbul edilməsi xüsusatı mövcud deyildir. Əgər həmin əşyaları miras əmlakı kimi nəzərə alsaq da, həmin əşyaların ilk öncə məhz miras əmlakı kimi dəyərləndirilməsi vacibdir. Yəni, medalların miras qoyanın ölümündən əvvəl iddiaçılar qismində övladlarına bağışlaması və ya iddiaçıların özləri tərəfindən xatirə kimi götürülməsi, yoxsa miras qoyanın ölümündən sonra iddiaçılar tərəfindən götürülməsi müəyyən deyildir, bu barədə sübutlar təqdim edilməmişdir. Yəni, mümkündür ki, həmin medallar miras qoyanın vəfatın əvvəl iddiaçıların sərəncamında olmuş olsun (miras qoyan tərəfindən oğlanlarına verilsin), belə olan halda həmin əşyalar miras əmlakı kimi qiymətləndirilə bilməz. Çünki, miras əmlakı dedikdə miras qoyanın ölümünə kimi məhz özünə məxsus olan (mülkiyyətində olan) əşyalar başa düşülməlidir. Hazırki medalların isə məhz miras əmlakı olması və miras qoyanın vəfatından sonra iddiaçıların sahibliyinə keçməsi sübuta yetirilmir. Iddiaçının vəkili bildirir ki, sözügedən xüsusatı sübut etmək mümkün deyil. Həmin arqumentə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə qərarı qanuni və əsaslı (sübutlara əsaslanmalı) olmaqla “mülki prosesdə formal həqiqətin müəyyən edilməsi” prinsipi nəzərə alınmaqla, sübutetmə yükü tərəflərin üzərindədir. Iddianın sübuta yetirilməməsi yükünün riski iddiaçının öz üzərinə düşür. Bu kimi risklərə məruz qalmamaq üçün mülki hüquq münasibətlərinin subyektləri mülki hüquqlarından qanunla müəyyən edilmiş qaydada və müddətlərdə operativ qaydada istifadə etməlidirlər. Əgər bu iddia da təmin edilmiş olsa idi, vərəsələrin sayı nəzərə alınmaqla miras əmlaka dair miras payları fərqli qaydada müəyyən edilmiş olacaqdı. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir, mülki prosesdə “formal həqiqət”in müəyyən edilməsi prinsipi ilə ziddiyyət təşkil edir. Məhkəmə isə qərar qəbul edərkən yalnız qanuna tabedir və sübutlardan asılıdır. Ədaləti isə qanunun çərçivəsində təmin etmək mümkündür. Qanunun konkret tələblərini nəzərə almadan və mülki iş üzrə sübutlardan kənara çıxmaqla ədalətin təmin edilməsi qanunçuluq və çəkişmə prinsipinə uyğun deyildir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. Iddiaçılar iddiaçı1 və iddiaçı2 apellyasiya şikayəti vermiş, Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli, 2(004)-3917/2025 saylı qətnaməsinin qismən – iddialarının təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın həmin hissədə təmin edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 25; Mülki Məcəlləsinin 337, 377.1, 1133, 1134, 1155.1, 1159, 1160, 1243.3; Mülki Prosessual Məcəllənin 88, 217.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə öz qətnaməsini ziddiyyətli əsaslandırmışdır. iddiaçı3 münasibətdə Elmira Vəliyevanın vərəsəlik hüququnda nəzərdə tutulmuş vərəsənin digər vərəsələrə məlumat verməsinin zəruriliyi prinsipinin tələblərini pozduğunu, hüquqi baxımdan vicdanlı davranmadığını əsas götürsə də, bu prinsipləri hazırki iddia üzrə iddiaçılara münasibətdə əsas götürməmiş və iddiaçıların konstitusion hüququ olan bərabərlik hüququnun pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Iddiaçıların həmin mənzildə yaşamaması halı mirasdan məhrum olunmaları ilə nəticələnə bilməz. Məhkəmə öz əsaslanmasında Elmira Vəliyevanın vicdanlı davranmadığını, özünü yeganə vərəsə kimi təqdim etdiyini bildirsə də, hazırki iddiaçılara münasibətdə bu halı gözdən qaçırmışdır. Işin faktiki hallarından da məlum olur ki, iddiaçılar ataları M.Vəliyev Elmira Vəliyeva ilə ailə qurduqdan sonra onlar yaşayan evə tez-tez getməmişlər, ataları ilə evdən kənar ünsiyyət saxlamışlar. Belə olan halda qeyd edilən mənzilin atalarının mülkiyyətində olmasını bilməmələri tam real haldır. Eyni zamanda digər iddiaçı iddiaçı3 nümayəndəsi də məhkəmə iclasında hazırki iş üzrə iddiaçıların ataları M.Vəliyevin Elmira Vəliyeva ilə ailə qurduğu səbəbindən mübahisəli mənzilə tez-tez getmədiklərini qeyd etmişdir. AR MM-nin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Elmira Vəliyeva özünü yeganə vərəsə kimi təqdim etmiş və iddiaçıları onlara çatası miras payından məhrum etməyə nail olmuşdur. Bu halda iddiaçıların mirasın qəbul edilməsi ilə bağlı 6 aylıq müddəti ötürmələri üzrlü səbəbdən – yəni miras əmlakın mövcud olduğundan məlumatsız olmaları səbəbindən baş vermişdir. Iddiaçılar isə öz hüquqlarının pozulduğunu bildiyi andan etibarən məhkəməyə müraciət etmişlər. Iddiaçılar miras əmlakı faktiki olaraq qəbul etmişlər. Belə ki, AR MM-nin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Tərəflərindən iddiaçıların miras əmlakı faktiki qəbul etməsi ilə bağlı sübutlar – miras qoyan M.Vəliyevə məxsus olmuş orden və medallar məhkəməyə təqdim edilmişdir. Orden və medallar ailə xronikası, xatirə kimi qiymətləndirilən əşyaların siyahısına deyil, maddi dəyəri olan əşyaların siyahısına daxildir. Belə ki, orden və medallar materialına görə, tarixi və kolleksiya dəyərinə görə, kimə və hansı səbəbdən verildiyinə görə maddi dəyər daşıyırlar. Lakin məhkəmə tərəfimizdən təqdim edilmiş həmin orden və medalları yalnız ailə xronikasına daxil, maddi dəyəri olmayan əşyalar kimi qiymətləndirmişdir. Məhkəmənin öz əsaslanmasında iddiaçıların mübahisəli mənzildə yaşamadıqlarını qeyd edir. Eyni zamanda işin faktiki hallarından məlum olur ki, iddiaçılar qonaq kimi də həmin mənzilə tez-tez getməmişlər. Belə olan halda həmin medalları atalarının sağlığında həmin evdən götürmələri qeyri-mümkün haldır. AR Konstitusiya Məhkəməsi Plenumunun AR Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “...Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdin mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır...”. Işin faktiki hallarından məlumdur ki, Elmira Vəliyeva özünü yeganə vərəsə kimi təqdim edərək mübahisəli mənzilə tək sahiblənmiş və həmin mənzili öz oğluna bağışlamışdır. Belə olan halda bağışlanma müqaviləsinin qismən etibarsız sayılması qanuna ziddir. Belə ki, həmin əqd bağlandığı andan etibarsız olmuşdur. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini pozmuş və işin mühüm əhəmiyyətli faktiki hallarını düzgün qiymətləndirməyərək qanunsuz nəticəyə gəlmişdir. Həmin prosessual hüquq normalarına əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Ədalət və bərabərliyin, obyektivliyin təmin edilməsi üçün qətnamədə sübutların qiymətləndirilməsi və məhkəmənin gəldiyi nəticə heç bir şübhə yeri qoymamalıdır. Yəni, iddiaçının tələbləri elə sübutlarla təsdiq edilməlidir ki, burada ehtimal etməyə yer olmasın, başqa sözlə iddia tələbini təmin etməmək mümkünsüz olsun. Bu cür mövqeyə həm Avropa Məhkəməsinin qərarlarında, həm də Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun qərarlarında rast gəlinir. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında Insan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Hörmətli Məhkəmə Kollegiyasının nəzərinə hazırkı mülki işin materiallarında bu standartlara (şübhə yeri qoymayan) cavab verən sübutların mövcud olduğunu, lakin həmin sübutlara məhkəmənin qiymət vermədiyini çatdırırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə Qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska Isveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. Əvəzində məhkəmə mülki qanunvericiliyin ümumi xarakterli müddəaları ilə kifayətlənərək, həmin müddəaların bu işə tətbiqini izah etməmişdir. Buna görə də məhkəmənin sözügedən qətnaməsi əsaslandırılmış və kifayətedici hesab oluna bilməz. Hazırkı iş üzrə birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qanunsuz və əsassız olması ilə yanaşı, həm də işin halları və münasibətlərə uyğun əsaslandırılmamışdır. Göründüyü kimi, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış və işin həqiqi halları ilə ziddiyyət təşkil edir. Məhkəmə işə formal əsaslarla baxış keçirmişdir. Məhkəmə faktiki mühüm əhəmiyyətli hallara düzgün qiymət verməmiş, iddianı təmin etməyə yönələn xüsusatların olmasını nəzərə almadan işə formal baxış keçirməklə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Göründüyü kimi, məhkəmə iddianın əsaslılığının sübut edilməsini nəzərə almamış və iddiaçı tərəfindən sübut təqdim edilməməsi kimi qanunsuz və əsassız nəticəyə gəlmişdir.
6. Iddiaçı iddiaçı3 apellyasiya şikayətinə etiraz təqdim etmiş və qeyd etmişdir ki, 1. 6 aylıq müddətin üzrlü səbəbdən ötürülməsi arqumenti - şikayətdə deyilir ki, miras əmlakın mövcudluğundan xəbərsiz olublar və hüquqlarının pozulduğunu bildikdən sonra hərəkət ediblər. 21 ildən sonra müraciət edilməsi, atanın həmin evdə yaşamasını, yas mərasiminin elə həmin evdə keçirilməsini istisna etmir, o cümlədən əgər nəzərə alsaq ki, orden ve medalların qəbulunu miras əmlakının qəbulu kimi arqumentasiya edirlər, burada ziddiyyətli məqam yenə yaranır, belə ki, yas mərasimində iştirak edənlər, mənzildə Vəliyeva Elmira və cavabdeh2 yaşadığını bilən şəxslərin, həmin əmlak barədə məlumatlarının olmamasını ağlabatan və məntiqli etmir. Belə ki, qeyd olunanlara əsasən əmlakın mövcudluğunu bilməli idilər. 2. Faktiki qəbul arqumenti - Mülki Məcəllənin 1243.3-cü maddəsinə söykənərək orden və medalların qəbulunu mirasın bir hissəsinin faktiki qəbulu kimi təqdim edilir; Qeyd edək ki, orden və medalların miras aktivi kimi qəbul olunması tam sübuta yetirilməyib, birinci instansiya məhkəməsi zamanı da qeyd olunmuşdur ki, medalların miras qoyanın ölümündən sonra götürüldüyü və miras aktivi olduğu sübut olunmayıb. 3. Bağışlama müqaviləsinin tam etibarsızlığı arqumenti - şikayətdə yalnız “qismən etibarsızlıq” yox, bağlandığı andan tam etibarsızlıq tələb edilir. Vəsiyyətnamə üzrə 50 faiz pay Vəliyeva Elmiraya məxsus olduğu üçün, müqavilənin həmin hissədə də ləğvinin heç bir hüquqi əsası yoxdur və realizə baxımından Vəliyeva Elmira da vəfat etdiyi üçün, müqavilənin tam etibarsızlığı əmlakın 50 faiz pay hissəsinin açıq qanunsuz və əsassız olaraq açıq qalmasına səbəb olacaq və yeni məhkəmə mübahisələrinə yol açaçaq, iddiaçı iddiaçı3 mövqeyi əmlaka tam sahiblik etmək və ya cavabdeh2 bağışlanmış hissəni qanunsuz olaraq sonuncudan tələb etmək deyil, öz hüquqlarının müdafiəsini təmin etməkdir. Sübutların natamam qiymətləndirilməsi və qətnamənin zəif əsaslandırılması MPM 88 və 217.3-ə istinadla məhkəmənin sübutları tam, qərəzsiz və işin hallarına uyğun qiymətləndirmədiyi vurğulanır, Avropa Məhkəməsi və ümumi sübut standartlarına geniş istinadlar olunur. Qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsi işi hərtərəfli və obyektiv araşdırmış və məhkəmə proseslərində də hər bir məsələyə ətraflı və qanuna istinad etməklə izahlar vermişdir. Apellyasiya şikayəti faktlara və sübutlara əsaslanmalı olduğu halda, şikayət ümumi hüquqi sitatlara və formal mülahizələrə əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən, apellyasiya şikayətinin təmin edilməməsi ilə bağlı qərar qəbul edilməsini xahiş edir. Apellyasiya icraatı zamanı müəyyən edilən hallar:
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar iddiaçı1 və iddiaçı2 nümayəndəsi vəkil Rzayeva Sevinc Tofiq qızı apellyasiya şikayətini müdafiə etmiş, şikayətlə eyni məzmunda izahat vermiş və iddia tələblərinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, iddiaçılar miras qoyulmuş mənzilin atalarının mülkiyyətində olmasını bilməmiş və vərəsəlik prosedurlarından xəbərsiz olmuşdurlar. cavabdeh2 qeyd etdiyi hallara dair isə bildirmişdir ki, iddiaçıların evə dair paylarından imtina etmələri halı ümumiyyətlə olmamışdır. Əlavə olaraq hazırda təmsil etdiyi şəxslərin miras payın bölgüsündə iddiaçı iddiaçı3 ilə razılığa gəlmək imkanlarının olduğunu qeyd etmişdir.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı3 nümayəndəsi vəkil Tağıyeva Esmira Azər qızı apellyasiya şikayətinə etiraz etmiş və qeyd etmişdir ki, qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi vəsiyyətnamə üzrə vərəsəlik hüququnu istisna etmir. Vəsiyyətnamə hal-hazırda qüvvədədir. Əmlak order əsasında Vəliyev Müslüm Məhəmməd oğluna verilib, mübahisəli əmlak birgə nikah dövründə əldə edilmiş əmlak deyildir. Birinci instansiya məhkəməsi icraatı zamanı bu hal araşdırılmış və sözügedən əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olmadığı faktı müəyyən edilmişdir. iddiaçı3 2017-ci ilə qədər nənəsi ilə həmin mübahisəli evdə yaşamışdır, evləndikdən sonra başqa evə köçmüşdür, nənəsi 2023-cü ildə rəhmətə getdikdən sonra öz payını rəsmiləşdirmək istəmiş və hazırkı mübahisəli hallar yaranmışdır, iddiaçı3 vəsiyyətnamə ilə ona verilmiş payından imtina etməsi halı olmamışdır, əmlakın cavabdeh2 bağışlanmasından da notariat ofisinə müraciətdən sonra məlumatı olmuşdur. Əlavə olaraq hazırda təmsil etdiyi şəxsin miras payın bölgüsündə iddiaçılar iddiaçı1 və iddiaçı2 ilə razılığa gəlmək imkanlarının olduğunu qeyd etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 iddia tələblərinə etiraz etmiş, qeyd etmişdir ki, mərhum Vəliyev Müslüm oğulları Eldar və Kamil ilə centelmen razılığa gəlmiş, Kamilə pul vermiş, Eldara isə başqa ev almış və onlara sözügedən əmlak üzərində hər hansı pay iddiasında olmayacaqlarını bildirmiş, onlar da bununla razılaşmışdırlar, Vəliyev Müslümün vəsiyyətnamə yazdığını həm Araz, həm onun atası Elxan, eyni zamanda Eldar və Kamil bilmişdir. Vəsiyyətnamə isə həmişə Arazın anasında olmuşdur, onlar özləri bildirmişdilər ki, vəsiyyətnamə üzrə hər hansı tələbləri yoxdur, buna görə anası Vəliyeva Elmira xəstələnəndə ev havada qalmasın deyə onun adına bağışlama etmişdir.
10. Məlumatlandırılması üçün qanunvercilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Bakı şəhəri 12 saylı Notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publik Hüquqi Şəxsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20.05.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
12. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29. VII. Dövlət vərəsəlik hüququna təminat verir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. Ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194 . Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1197. Məcburi pay almaq hüququ olan şəxs miras qoyanın sağlığında ondan məcburi paya daxil edilmək şərti ilə aldıqlarının hamısını məcburi paya daxil etməyə borcludur. 1198. Məcburi pay almaq hüququ olan, eyni zamanda vəsiyyət tapşırığını (leqatı) alan şəxs vəsiyyət tapşırığından imtina edərsə, məcburi pay tələb edə bilər. Əgər o, vəsiyyət tapşırığından imtina etməzsə, məcburi paya hüququnu vəsiyyət tapşırığının dəyəri həddində itirir. 1199. Əgər vəsiyyətnamədə miras əmlakının heç də hamısı nəzərdə tutulmamışdırsa, məcburi pay birinci növbədə vəsiyyətnamədə nəzərdə tutulmayan əmlakdan ayrılır, bu, yetərli olmadıqda isə vəsiyyətnamədə nəzərdə tutulan əmlakın hesabına tamamlanır(24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 1199-cu maddə çıxarılmışdır). 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. 1201. Əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər. 1202. 1202.1. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. 1202.2. Məcburi paydan imtina olunması mirasdan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir(HYPERLINK "https://e-qanun.az/framework/60111" \o "Azərbaycan Respublikasının 21 iyun 2025-ci il tarixli 216-VIIQD nömrəli Qanunu"21 iyun 2025-ci il tarixli 216-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət Informasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 07 iyul 2025-ci il, “Azərbaycan” qəzeti, 08 iyul 2025-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025ci il, № 7, maddə 610) ilə 1202.2-ci maddədə “payın qəbul edilməsi və ya ondan” sözləri “paydan” sözü ilə, “mirasın qəbul edilməsi və ya ondan” sözləri “mirasdan” sözü ilə əvəz edilmişdir). 1203.1. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. 1203.2. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. 1203.3. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. 1204. Məcburi pay almaq hüququndan məhrum edilmiş vərəsənin payı vəsiyyət üzrə vərəsələrə keçir( 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 1204-cü maddə çıxarılmışdır). 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı (“Respublika” qəzeti, 28 dekabr 2023-cü il, № 285) ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir). 1247. Əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır ( 24 iyun 2005-ci il 949- IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 1247-ci maddədə "üç aydan az olduqda isə üç ayadək" sözləri "altı həftədən az olduqda isə altı həftəyədək" sözləri ilə əvəz edilmişdir). 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir( HYPERLINK "https://e-qanun.az/framework/60111" \o "Azərbaycan Respublikasının 21 iyun 2025-ci il tarixli 216-VIIQD nömrəli Qanunu"21 iyun 2025-ci il tarixli 216-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət Informasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 07 iyul 2025-ci il, “Azərbaycan” qəzeti, 08 iyul 2025-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025ci il, № 7, maddə 610) ilə 1247-ci və 1248-ci maddələr ləğv edilmişdir). 1249. Digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə, xəstəlik zamanı miras qoyana qulluq, onun müalicəsi və dəfn edilməsi, miras qoyanın öhdəsində olmuş şəxslərin saxlanması, əmək haqqının ödənilməsi, mirasın mühafizə və idarə edilməsi xərclərindən başqa, vərəsəlik şəhadətnaməsi alınanadək mirasa dair sərəncam verə bilməz. 1252 . Əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçir.
14. Notariat haqqında qanunun tələblərinə əsasən: 16. Notarius öz vəzifələrini yerinə yetirərkən: 1) fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir; 2) hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir. 45. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. 60. Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
16. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı əliyev Eldar Müslüm oğlu və iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3917/2025 saylı işi üzrə 14.11.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli,iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iddiaçı3 tələbi və bundan irəli gələrək məhkəmənin qənaəti özü-özlüyündə ziddiyyətli olmuş, birinci tələbdə (qətnamədə) artıq mövcud olmayan şəhadətnamənin ləğv edilməsi, mövcud olmayan şəhadətnamə əsasında verilmiş bağışlanma müqaviləsinin qismən etibarsız hesab edilməklə məntiqi olaraq digər hissədə qüvvədə olması barədə anlaşılmaz qənaət sərgilənmişdir. Işin mübahisə edilməyən halları ondan ibarətdir ki, Elmira Vəliyeva özünü yeganə vərəsə kimi təqdim edərək mübahisəli mənzilə tək sahiblənmiş və sonra həmin mənzili öz oğluna bağışlamışdır. Bütövlükdə hüquqi səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş bağışlanmanın qismən etibarsız sayılmasının qanuni əsasları müəyyən edilməmişdir. Halbuki, vərəsəlik hüquqları ilə məhdudlaşdırılan həmin əqd bağlandığı andan etibarsız olmuş, məhkəmə isə tərəflərin eyni hüquqi vəziyyəti müstəvisində fərqli qiymət verməklə ziddiyyətli iddia tələbini təmin etmişdir. Bununla belə, Elmira Vəliyevanın özünü yeganə vərəsə kimi təqdim edərək və notariat orqanının da buna rəvac verilməsi nəticəsində mübahisəli mənzilə tək sahiblənməsi, sonuncunun digər ailə üzvlərinin məlumatlandırmaq vəzifəsinə rəğmən bunun edilməməsi nəticəsində (birləşdirilmiş icraat üzrə hər iki tərəf olan) iddiaçıların mərhum Vəliyev Müslüm Məmməd oğlunun mübahisə predmeti olan miras əmlakda vərəsəlik hüquqlarından xəbərdar olması sübuta yetirilmir, iddia tələblərinin mənasından isə onların vərəsəliklə bağlı olduğu məlum olur. Ona görə, Vəliyev Müslüm Məmməd oğluna (mülki qanunvericiliyin qüvvədə olan - mirasın açıldığı zamana) münasibətdə iddiaçıların vərəsəlik hüquqları üzrə müddətin ötürülməsi onların gözləntisi olan toxunulmaz mülkiyyət hüquqlarına müvafiq üzrlü hesab edilməli, mülki hüquqi statuslar ilkin vəziyyətə gətirilməli və hazırda Elmira Vəliyevanın ölümü ilə əlaqədar (halbuki iş materiallarında bu barədə rəsmi sənəd müəyyən edilmir) vərəsəlik münasibətlərin hazırda qüvvədə olan qanunvericiliyə müvafiq irsi transmisiya əsasında notariat orqanı tərəfindən səlahiyyət həddində əhatəli araşdırılma aparılmalı və müvafiq olaraq miras payları müəyyən edilməlidir.
17. Qeyd edilməlidir ki, mübahisə edilməyən hallar ondan ibarətdir ki, Vəliyev Müslüm Məmməd oğlu tərəfindən verilmiş 29.06.1996-cı il tarixli vəsiyyətnaməyə əsasən, 027030 nömrəli qeydiyyat vəsiqəsi ilə Vəliyev Müslüm Məmməd oğlunun adına olan Yasamal rayonu, Parlament prospekti, ev 1, mənzil 35 ünvanda yerləşən daşınmaz əmlak Vəliyeva Elmira Bağır qızı və iddiaçı3 miras qoyulmuşdur. 016448 nömrəli Orderə əsasən Yasamal rayonu, Parlament prospekti, ev 1, mənzil 35 ünvanı 25.09.1995-ci il tarixdə miras qoyan Vəliyev Müslüm Məmməd oğlunun mülkiyyətinə verilmişdir. 11.03.2004-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən vərəsə Vəliyeva Elmira Bağır qızının yeganə vərəsə kimi miras predmeti olan Yasamal rayonu, Parlament prospekti, ev 1, mənzil 35 ünvanına miras payı müəyyən edilmişdir. 04.09.2017-ci il tarixli Daşınmaz Əmlakınn Bağışlanması Müqaviləsinə əsasən Vəliyeva Elmira Bağır qızı Yasamal rayonu, Parlament prospekti, ev 1, mənzil 35 ünvanını hədiyyə alan cavabdeh2 bağışlamışdır. Yasamal rayonu, Parlament prospekti, ev 1, mənzil 35 ünvanı cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında 08.09.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Doğum haqqında şəhadətnamələrə əsasən, iddiaçı1 və iddiaçı2 atası Vəliyev Müslüm Məmməd oğlu, anası Qazıyeva Kamilə Nadirovna kimi qeyd edilmişdir.
18. Birinci instansiya məhkəməsi ikinci iddia üzrə iddiaçılara münasibətdə müddətin ötməsi əsası ilə onların tələblərinin rədd etməkdə haqlı olmamışdır. Belə ki, istər birinci instansiya məhkəməsində, istər apellyasiya instansiya məhkəməsində icraat zamanı onların miras əmlakdan məlumatlı olması, yaxud səslənən digər dəlillər mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Bunun əksinə isə tam sübuta yetirilir ki, Vəliyeva Elmira Bağır qızı digər ailə üzvləri və vəsiyyətnamə barədə notariat orqanına məlumatı gizlətməklə mülki məsuliyyəti öz üzərinə götürmüşdür.
19. Məhkəmə kollegiyası qeyd edir ki, Vəliyeva Elmira Bağır qızı başqa potensial vərəsə ola bilən şəxslərin və vəsiyyətnamənin olması faktını qeyd etməməklə digər vərəsələrin hüquqlarını qanunsuz olaraq məhdudlaşdırmışdır. Vəsiyyətnamənin mövcudluğunun gizlədilməsi faktı şəhadətnamənin ləğvi üçün əsasdır və hüquqi qüvvəsi olmayan vərəsəlik şəhadətnaməsinin əsasında sonradan bağlanmış bağışlama müqaviləsi isə mülkiyyət hüquqlarının ötürülməsi (vərəsəlik hüquqlarının pozulması) baxımından qanuni hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən vərəsəlik şəhadətnaməsi verilərkən notarius tərəfindən qanunun tələblərinə riayət edilməmişdir. Qanunvericiliyə müvafiq olaraq notarius miras qoyanın ailə vəziyyətini, qanun və vəsiyyət üzrə, o cümlədən məcburi pay hüququ olan vərəsələrin dairəsini, miras əmlakın tərkibini və yerini yoxlamaqla yanaşı, vərəsələr arasında mübahisənin olub – olmamasını müəyyənləşdirməlidir. Diqqətə çatdırılmalıdır ki, iddiaçılar arasında mübahisənin barışıq yolu ilə həllinin mümkünlüyü, o cümlədən cavabdeh cavabdeh2 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3917/2025 saylı işi üzrə 14.11.2025-ci il tarixli qətnaməsindən şikayət verməməsi, yəni “Vəliyeva Elmira Bağır qızına verilmiş 11.03.2004-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, 04.09.2017-ci il tarixində cavabdeh2 ilə bağlanmış bağışlama müqaviləsinin iddiaçı3 aid olan hissədə, yəni ½ pay hissədə etibarsız hesab edilməsi, ünvan 9 ünvanında yerləşən daşınmaz miras əmlaka iddiaçı3 ½ pay hissədə mülkiyyət hüququnun tanınması”na etiraz bildirməməsi, dolayısı ilə onun da payların fərqli müəyyən edilməsində razılığı kimi qiymətləndirilə bilməsi halları nəzərə alınmalıdır.
20. Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Vəliyeva Elmira Bağır qızının adına verilmiş 11.03.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, ünvan 2 ünvanda yerləşən mənzil üzərində Vəliyeva Elmira Bağır qızının hüquqlarının qeydiyyatı və 04.09.2017-ci il tarixdə Vəliyeva Elmira Bağır qızı ilə cavabdeh2 ilə bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilməli, sonuncunun adına qeydiyyat ləğv edilməklə qanunla nəzərdə tutulan bütün varislərin iştirakı ilə vərəsəlik payları müəyyən edilərək, vərəsəlik şəhadətnaməsi verilməsi səlahiyyətləri həddində cavabdeh Azərbaycan Respublikası 12 saylı notariat ofisi tərəfindən təmin edilməlidir.
21. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumları tələb olmadığından onu ödəyən şəxslərə aid edilməlidir.
22. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Iddiaçılar iddiaçı1 və iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edisin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3917/2025 saylı işi üzrə 14.11.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı iddiaçı3 cavabdehlər Bakı şəhəri 12 saylı Notariat Ofisi və cavabdeh2 qarşı “Vəliyeva Elmira Bağır qızına verilmiş 11.03.2004-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, 04.09.2017-ci il tarixində cavabdeh2 ilə bağlanmış bağışlama müqaviləsinin iddiaçı3 aid olan hissədə, yəni ½ pay hissədə etibarsız hesab edilməsi, ünvan 9 ünvanında yerləşən daşınmaz miras əmlaka iddiaçı3 ½ pay hissədə mülkiyyət hüququnun tanınması” tələbinə dair; iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər Bakı şəhəri 12 saylı Notariat Ofisi və cavabdeh2 qarşı “Bakı şəhəri 12 saylı dövlət notariat ofisi tərəfindən Vəliyeva Elmira Bağır qızının adına miras əmlak ünvan 2 barəsində verilmiş 11 mart 2004-cü il tarixli, 87 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ünvan 2 ünvanda yerləşən mənzil üzərində Vəliyeva Elmira Bağır qızının hüquqlarının qeydiyyatının ləğv edilməsi, Vəliyeva Elmira Bağır qızının ünvan 6 ünvanda yerləşən mənzili cavabdeh2 bağışlaması ilə bağlı 3 saylı Bakı ASAN Xidmət mərkəzi notariusu tərəfindən təsdiq edilmiş 04 sentyabr 2017-ci il tarixli, 4Ə-1474 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 2 ünvanda yerləşən mənzil üzərində cavabdeh2 hüquqlarının qeydiyyatının ləğv edilməsi, ünvan 3 ünvanda yerləşən mənzil üzərində 1/3 hissədə miras əmlaka hüquqların tanınması və mülkiyyət payının müəyyən edilməsi” tələbinə dair iddiaları qismən təmin edilsin. “Bakı şəhəri 12 saylı dövlət notariat ofisi tərəfindən Vəliyeva Elmira Bağır qızının adına miras əmlak Bakı şəhəri, Yasamal rayonu, Parlament prospeki ev 1 mənzil 35 barəsində verilmiş 11 mart 2004-cü il tarixli, 87 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, Daşınmaz Əmlakın Dövlət Reyestrində ünvan 7 ünvanda yerləşən mənzil üzərində Vəliyeva Elmira Bağır qızının hüquqlarının qeydiyyatı, Vəliyeva Elmira Bağır qızının ünvan 8 ünvanda yerləşən mənzili cavabdeh2 bağışlaması ilə bağlı 3 saylı Bakı ASAN Xidmət mərkəzi notariusu tərəfindən təsdiq edilmiş 04 sentyabr 2017-ci il tarixli, 4Ə-1474 saylı bağışlama müqaviləsi etibarsız hesab edilsin və Daşınmaz Əmlakın Dövlət Reyestrində ünvan 1 ünvanda yerləşən mənzil üzərində cavabdeh2 hüquqlarının qeydiyyatı (çıxarış) ləğv edilsin. Iddiaçılar iddiaçı1, iddiaçı2 və iddiaçı3 ünvan 8 ünvanda yerləşən mənzil üzərində vərəsəlik hüquqlarının (vərəsələrin dairəsi üzrə miras paylarının) müəyyən edilməsi 12 saylı notariat ofisi tərəfindən təmin edilsin. Qalan hissələrdə iddia tələbləri təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron Məkhəmə Informasiya Sistemi”) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.