Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-328/2026 01.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı "xxxx” Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Məmmədov Səbuhi Qiyas oğluna və X3 qarşı iş üzrə Açar sözlər: (lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ) hakimlər X6 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi vəkil X4 iştirakı ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Məmmədov Səbuhi Qiyas oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq,müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı "xxxx” Bank Olmayan Kredit Təşkilatı MMC cavabdehlər Məmmədov Səbuhi Qiyas oğluna və X3 qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ‘‘xxxx” BOKT MMC ilə cavabdeh Məmmədov Səbuhi Qiyas oğlu arasında ##.##.2023-cü il tarixli ML/**** nömrəli X8 bağlanılmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh Məmmədov Səbuhi Qiyas oğluna 1 ədəd 2013-cü il buraxılışı olan "Nissan Patrol” minik markalı, JN1TANY62Z0015215 ban nömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) 23% dərəcəsi ilə 36 ay müddətinə lizinqə verilmişdir. Müqavilə üzrə lizinq məbləği 66333 manat təşkil edir. Sözügedən müqavilə üzrə ödəniş cədvəlinə uyğun olaraq, lizinq alan ##.##.2023-cü ildən ##.##.2026-ci ilədək hər ayın 30-u tarixində lizinq verənin bank hesabına 1842,58 manat məbləğində lizinq haqqı ödəməli idi. ##.##.2023-cü il tarixli ML/6173 nömrəl Lizinqi Müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı "xxxx” BOKT MMC cavabdeh X3 arasında ##.##.2023-cü il tarixli **** nömrəli zaminlik müqaviləsi bağlanılmışdır. Həmin Zaminlik müqaviləsinə əsasən, cavabdeh X3 ##.##.2023-cü il tarixli ML/**** nömrəli Lizinq Müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. Lakin lizinq alan - Məmmədov Səbuhi Qiyas oğlu müqavilə üzrə öhdəliyini uzun müddət icra etməmiş, lizinq haqqı ödənişini həyata keçirməmişdir.Belə olan halda qanunvericiliyə uyğun olaraq iddiaçı lizinq predmeti olan nəqliyyat vasitəsini cavabdehin istifadəsindən geri almışdır. "xxxx” MMC tərəfindən tərtib edilmiş "avtomobilin qiymətləndirilməsi barədə” Ekspert rəyinə əsasən, 2013-cü il buraxılışı olan "Nissan Patrol” minik markalı, JN1TANY62Z0015215 ban nömrəli nəqliyyat vasitəsinin bazar dəyəri 19000 manat məbləğində müəyyənləşdirilmişdir. ##.##.2024-cü il tarixli ** nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin nəqliyyat vasitəsi satış qiyməti 19000 manat məbləğində razılaşdırılmaqla, “xxxx” BOKT MMC (satıcı) tərəfindən X1 (alıcı) satılmış nəqliyyat vasitəsinin satışından əldə edilən 19000 manat məbləğdə pul vəsaiti cavabdeh Məmmədov Səbuhi Qiyas oğlunun iddiaçı “xxxx” BOKT MMCyə olan borcundan çıxılmışdır. “xxxx” BOKT MMC tərəfindən tərtib olunan maliyyə arayışına əsasən cavabdeh Məmmədov Səbuhi Qiyas oğlunun iddiaçı “xxxx” BOKT MMC-yə olan qalıq əsas borcu cəmi 26539,38 manat təşkil etmişdir. İddiaçı tərəfindən cavabdehlərə lizinq öhdəliyinin icra edilməsinə dair müxtəlif vaxtlarda pretenziya məktubları ünvanlanmışdır. ## ###### 2023-cü il tarixli ML/**** nömrəli X8 3.1.4-cü maddəsinə əsasən, lizinq alan müqavilə ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün lizinq obyektinin cari dəyərinin 0.3% məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. 31.08. 2023-cü il tarixli ML/**** nömrəli X8 12.1 -ci maddəsinə əsasən, lizinq alan tərəfindən şübhəsiz və aşkar pozuntulara yol verildiyi hallarda (12.1.1. lizinq alanın lizinq obyektinin istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 12.1.2. Lizinq alan lizinq obyektinin vəziyyətini pisləşdirir, habelə onun xəbəri olmaqla və ya onun hərəkətsizliyi ilə lizinq obyektinin vəziyyəti üçüncü şəxslər tərəfindən pisləşdirilirsə; 12.1.3. lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmir və ya üç dəfədən artıq ödənişi gecikdiribsə), lizinq verən müqavilənin icra edilməsindən birtərəfli qaydada imtina edə bilər. ##.##.2023-cü il tarixli ML/**** nömrəli Lizinqi Müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kim iddiaçı “xxxx” BOKT MMC ilə cavabdeh X3 arasında ##.##.2023-cü il tarixli, **** nömrəli zaminlik müqaviləsi bağlanılmışdır.Zaminlik müqaviləsinin 2.2-ci maddəsinə əsasən zamin özünə məxsus bütün daşınar və daşınmaz əmlakları ilə BOKTla borcala arasında bağlanmış. ##.##.2023-cü il tarixli ML/**** saylı lizinq müqaviləsi üzrə BOKT qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 2.3-cü maddəsinə əsasən borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borcalan BOKT-la birgə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 2.4-cü madddəsinə əsasən borcalanın BOKT qarşısındaki öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində BOKT-a dəyən bütün zərərlərin (əsas borc, faizlər, cərimə, dəbbə pulu) həcmində, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır. Göstərilənləri nəzərə alaraq, iddiaçı onunla cavabdeh Məmmədov Səbuhi Qiyas oğlu arasında bağlanılmış ##.##.2023-cü il tarixli ML/**** nömrəli X8 üzrə 26539,38 manat məbləğində qalıq əsas borcun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 169,62 manat məbləğdə dövlət rüsumunun cavabdehlər Məmmədov Səbuhi Qiyas oğlundan və X3 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Məcəlləsinin 385.1, 442, 472.1, 472.2, 472.3, 747.1, 747.3, 748-1.12.4, 748-7.1, 748-10.4; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 218.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə lizinq alan Məmmədov Səbuhi Qiyas oğlu arasında "Nissan Patrol” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomaşının müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam həcmdə verilməsi yolu ilə ##.##.2023-cü il tarixdə ML/**** saylı X8 bağlanılmış və həmin müqavilənin şərtinə əsasən lizinq alan lizinq obyektinin dəyərini illik 23% hesablanmaqla 36 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür və həmin X11 təminatı kimi digər cavabdeh X3 iddiaçı qarşısında zamin kimi çıxış etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh cavabdeh1 lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və bununla da onun 45.529,38 manat borcu yaranmışdır.Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh cavabdeh1 müqavilə üzrə öhdəliyini icra etmədiyinə görə iddiaçı avtomobili cavabdehdən geri almış, satışa çıxarılmışdır. ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satış qiyməti 19000 manat məbləğdə razılaşdırılmaqla iddiaçı tərəfindən "Nissan Patrol” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomaşını satılmışdır. Avtomaşının satışından əldə edilən 19000 manat məbləğində pul vəsaiti cavabdeh cavabdeh1 iddiaçıya olan 45529,38 manat məbləğində borcundan çıxılmışdır. Hazırda cavabdeh cavabdeh1 iddiaçıya olan qalıq borcu 26539,38 manat təşkil etmişdir.Cavabdeh cavabdeh1 tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş və onun tərəfindən müqavilə üzrə ödənilməli olan lizinq ödənişləri həyata keçirilmədiyindən, Lizinq verən öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. İrəli sürülmüş tələbə əsasən iddiaçı cavabdehlərdən 26539,38 manat məbləğində qalıq əsas borcun tutulmasını xahiş etmişdir.Cavabdeh cavabdeh1 nümayəndəsinin vəsatəti əsasında məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, "xxxx BOKT” MMC ilə Səbuhi Məmmədov arasında bağlanmış ##.##.2023-cü il tarixli lizinq müqaviləsi üzrə ##.##.2025-ci il tarixə olan əsas borcu 28373,90 manat, faiz borcu 2229,72 manat, cəmi 30603,62 manat təşkil edir. İrəli sürülmüş tələb üzrə isə əsas borc kimi 26539,38 manat məbləğində pul tələb olunur. İş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin lizinq müqaviləsi üzrə qalıq əsas borcu irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz. Lizinq müqaviləsinin şərtlərinə əsasən lizinq alan tərəfindən müqavilə öhdəliklərini yerinə yetirilməməsi onu lizinq ödənişlərinin həyata keçirməkdən azad etmədiyindən, iddia tələbi 26539,38 manat əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.Məhkəmə lizinq müqaviləsi üzrə borcun cavabdehlərdən müştərək qaydada tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilməlidir.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən, «Nissan Patrol» minik markalı **-AC- *** dövlət qeydiyyat nişanlı avtomaşın «xxxx» BOKT MMC- nin (hazırda "xxxx” BOKT MMC) adına qeydiyyata alınmışdır; - İş üzrə «Lizinq verən» qismində «xxxx» BOKT MMC-nin (hazırda "xxxx” BOKT MMC) ilə «Lizinq alan» qismində Məmmədov Səbuhi Qiyas oğlu arasında bağlanmış ML/6173 N°-li ##.##.2023-cü il tarixli X8 surətinə əsasən Lizinq verən Lizinq alan tərəfindən seçilmiş 1 ədəd 2013-cü il buraxılışı olan "Nissan Patrol” minik markalı, JN1TANY62Z0015215 ban nömrəli nəqliyyat vasitəsini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür (bənd 1.1). Lizinq alanın Lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 66.333 manat, 23 % dərəcəsi 36 ay müddətinə təşkil edir. Bu məbləğdən 18.733 manat lizinq verənin mükafatını təşkil edir (bənd 8.2); - İş üzrə "Lizinq verən” qismində «xxxx» BOKT MMC-nin (hazırda "xxxx” BOKT MMC) ilə "Borc alan” qismində Məmmədov Səbuhi Qiyas oğlu və "Zamin” qismində X3 arasında bağlanılmış ##.##.2023-cü il tarixli, **** saylı zaminlik müqaviləsinin surətinə əsasən zamin Lizinq verən qarşısında Lizinq alanın ##.##.2023-cü il tarixli **** saylı illik 23%, 47600 manat məbləğində, 36 ay müddətinə X8 üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyini öz üzərinə götürmüşdür; - İş üzrə ##.##.2023-cü il tarixli təhvil-təslim aktının surətinə əsasən, "xxxx” BOKT MMC-yə məxsus "Nissan Patrol” markalı, JN1TANY62Z0015215 ban, **-AC-*** qeydiyyat nişanları olan avtomobil Məmmədov Səbuhi Qiyas oğluna verilmişdir; - iş üzrə "Satıcı” qismində "xxxx” BOKT MMC ilə "Alıcı” qismində X1 arasında bağlanılmış ##.##.2024-cü il tarixli ** saylı alqı-satqı müqaviləsinin surətinə əsasən, satıcı 1 ədəd 2013-cü il buraxılışlı "Nissan Patrol” minik markalı JN1TANY62Z0015215 ban nömrəli, **-AC-*** qeydiyyat nişanlı avtomobili alıcının mülkiyyətinə verir (bənd 1.1). Avtomobilin ("Nissan Patrol” minik markalı JN1TANY62Z0015215 ban nömrəli, **-AC-*** qeydiyyat nişanlı) satış qiyməti 19.000 manat məbləğində müəyyən edilmişdir; - iş üzrə "xxxx” BOKT MMC tərəfindən Məmmədov Səbuhi Qiyas oğluna və X3 ünvanlanmış ##.##.2025-ci il tarixli pretenziya məktubuna əsasən, cavabdeh1 və R.Məmmədlidən "xxxx” BOKT MMC-yə olan 26539,38 manat məbləğində qalıq borcunu 3 gün müddətində ödəməsini xahiş edilmişdir. Əks təqdirdə, "xxxx” BOKT MMC- nin pozulmuş hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsi və mübahisənin məcburi qaydada həll edilməsi məqsədilə Məmmədov Səbuhi Qiyas oğluna və X3 qarşı "xxxx” BOKT MMC-yə olan 26539,38 manat məbləğdə qalıq borcunun, eləcə də bu işlə bağlı çəkilmiş bütün xərclərin (qiymətləndirmə üzrə ödənilmiş xidmət haqqı, dövlət rüsumu, hüquqi xidmət xərcləri və sair) Məmmədov Səbuhi Qiyas oğlu və X3 müştərək qaydada tutularaq "xxxx” BOKT MMC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcək; - İş üzrə «xxxx» BOKT MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Məmmədov Səbuhi Qiyas oğlunun ##.##.2023-cü il tarixli **** saylı lizinq müqaviləsi üzrə son ödənilmiş borc məbləği (son ödəniş tarixi ##.##.2024-cü il) 19.000 manat (o cümlədən son ödənilmiş vaxtı çatan cari aylıq ödərnilməli olan əsas borcun məbləği - 8642,37 manat, son ödənilmiş vaxtı çatan cari aylıq ödənilməli olan faiz borcunun məbləği - 606,88 manat, son ödənilmiş gecikdirilmiş əsas borcun məbləği - 5442,28 manat, son ödənilmiş gecikdirilmiş faiz borcunun məbləği - 4308,47 manat), lizinq borcu üzrə indiyədək ödənilmiş ümumi məbləğ – 32030 manat, lizinq borcu üzrə halhazırda mövcud olan ümumi borcun məbləği -26539,38 manat təşkil etmişdir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının ##.##.2025-ci il tarixli */**** saylı rəyinə əsasən "xxxx BOKT” MMC ilə Məmmədov Səbuhi Qiyas oğlu arasında bağlanmış ##.##.2023-cü il tarixli **** saylı kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixə (sualda soruşulan tarixə) banka olan borcu ümumilikdə 30.603,62 manat, o cümlədən əsas borc üzrə 28373,90 manat, faiz borcu üzrə 2229,72 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh Məmmədov Səbuhi Qiyas oğlu qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbayacan Respublikası Konstitusiyasının 60; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddələrinə istinadən qeyd edilmişdir ki, hazırki mülki iş üzrə hakim yalnız bir iclas hazırlıq iclası keçirərək cavabdeh tərəfə öz sübutlarını məhkəməyə təqdim etməsinə şərait yaratmadan baxışa təyin edilmiş, məhkəm baxış iclasında isə vəsatətimizin təmin edilməməsi ilə əsassız və qanunsuz qətnamə qəbul edilməsinə şərait yaradılmışdır. Lizinq predmetini geri qəbul etmiş iddiaçı, həmin predmeti qəbul edərkən müvafiq akt tərtib etməli və ya həmin lizinq predmetinin vəziyyətinin və dəyərinin (qiymətinin) müəyyən edilməsi istiqamətində dərhal lizinq predmetini istifadə etmiş cavabdehin birbaşa iştirakı ilə tədbirlər görməli olduğu halda bunu etməmiş, məhkəmə isə bu istiqamətdə formal araşdırma apararaq qiymətləndirmə barədə vəsatətlərini əsassız olaraq rədd etmişdir. Düşünür ki, iddiaçı tərəfindən verilmiş formal mülahizələrə əsaslanan iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən səthi olaraq heç bir araşdırma aparmadan, prosessual qanunvericiliyin müddətlərlə bağlı müddəalarını əsas götürərək tez bir şəkildə yekunlaşdırmaqla cavabdehin hüquqlarının kobud surətdə pozulmasına şərait yaratmışdır. Belə ki, cavabdehin nümayəndəsi və vəkili qismində məhkəmədə də verdiyi izahatda bildirmişdir ki, məhkəmə tərəfindən lizinq müqaviləsinin predmeti olan avtomobilin bazar qiymətinin müəyyən edilməsinə dair vəsatəti təmin edilmədiyi üçün hazırkı işin obyektiv araşdırıla bilməməsi qənaətindədir. Belə ki, vəsatətə əlavə etdiyi eyni markadan olan avtomobillərin bazar qiymətlərinin kifayət qədər çox olması müəyyən olunur. Həmin nəqliyyat vasitəsinin 19000 manata qiymətləndirilməsi əsassız olmuşdur. Hüquqlarını müdafiə etdiyi şəxsin iştirakı olmadan qiymətləndirmə aparılmışdır. Avtomaşın isə lzinq təşkilatına verilərkən cavabdeh1 bildirilmişdir ki, onun hər hansı bir borcu qalmamışdır. Ona görə də hesab edir ki, avtomobilin real qiyməti lizinq təşkilatı qarşısında olan borcun tam ödənilməsi üçün yetərli olmuşdur Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil X4 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, məhkəmə tərəfindən lizinq müqaviləsinin predmeti olan avtomobilin bazar qiymətinin müəyyən edilməsinə dair vəsatətinin əsassız olaraq təmin edilmədiyini, eyni markadan olan başqa avtomobillərin bazar qiymətinin kifayət qədər yüksək olduğunu, avtomobilin real qiyməti lizinq təşkilatı qarşısında olan borcun tam ödənilməsi üçün yetərli olduğunu, avtomobil cavabdehdən təhvil alınan zaman iddiaçı tərəfindən təhvil təslim aktının tərtib edilmədiyini, həmçinin həmin zaman cavabdeh1 heç bir borcunun olmadığının bildirildiyini qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirmiş, həmçinin şikayətə qarşı yazılı mülahizəsini təqdim etmiş, əlavə olaraq lizinq verənin lizinq alandan lizinq predmetini qeyri-müəyyən bir ərazidə nasaz vəziyyətdə evakuator vasitəsi ilə götürdüyünü, nəqliyyət vasitəsinin surətlər qutusunun nasaz vəziyyətdə olduğunu, müəhərrikinin mövcud olmadığını, kimyəvi təmizlənməyə ehtiyacının olduğunu, mülki iş üzrə təyin edilmiş ##.##.2025-ci il tarixli */**** nömrəli rəyə əsasən cavabdehin nəqliyyət vasitəsinin satışından sonra qalıq borcunun olduğunun təsdiq olunduğunu qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. 7.Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh X3 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 8.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 9.Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən: 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1. lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.747.3. Lizinq müqaviləsinə görə lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır.748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.748-1.2. Lizinq alan əmlakı qəbul edərkən hər hansı bir çatışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir.748-1.3. Lizinq alan bilavasitə lizinq obyektinin satıcısı qarşısında bu obyektin keyfiyyət və komplektliyi, göndərilmə müddətləri barədə və satıcı ilə lizinq verənin arasında alğı-satqı müqaviləsi ilə nəzərdə tutulan digər tələbləri irəli sürə bilər.748-1.4. Lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır.748-1.5. Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır.748-1.6. Lizinq obyektinə təminatlı xidmət, əgər bu, alğı-satqı müqaviləsində nəzərdə tutulubsa, satıcı tərəfindən həyata keçirilir. 748-1.7. Lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9. Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.10. Əgər lizinq alan lizinq verənin yazılı razılığı ilə lizinq obyektini öz vəsaiti hesabına yaxşılaşdırıbsa və bu, lizinq obyektinə zərər vurmadan ayrıla bilmirsə, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, bu yaxşılaşdırılmaların dəyərinin ona ödənilməsini tələb etmək hüququna malikdir. 748-1.11. Əgər lizinq alan lizinq verənin yazılı razılığı olmadan lizinq obyektini öz vəsaiti hesabına yaxşılaşdırıbsa və bu lizinq obyektinə zərər vurmadan ayrıla bilmirsə, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan bu yaxşılaşdırmaların dəyərinin ona ödənilməsini tələb etmək hüququna malik deyildir. 748- 1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə;748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə;748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. 748-1.13. Lizinq müqaviləsi iştirakçılarının digər hüquq və vəzifələri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-2.2. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. 748-2.3. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. 748-2.4. Lizinq alanın həyata keçirdiyi lizinq obyektinin ayrılan yaxşılaşdırılmaları, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, onun mülkiyyətidir. 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər X8ndə ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748- 7.2. Satıcının müflisləşməsi ilə bağlı riskin məsuliyyətini, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, satıcını seçən tərəf daşıyır. 748-7.3. Lizinq obyektinin lizinq müqaviləsinə əsasən istifadə məqsədlərinə uyğunsuzluğu ilə bağlı riskin məsuliyyətini, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektini seçən tərəf daşıyır. 748-9. Əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. 748-10.3. Əgər lizinq alan və lizinq verən arasında lizinq ödənişləri ilə bağlı hesablaşmalar lizinq obyekti vasitəsilə istehsal olunan məhsulla (natura formasında) aparılırsa, belə məhsulun qiyməti tərəflərin razılığı ilə müəyyənləşdirilir və lizinq müqaviləsində qeyd edilir. 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. 748-10.5. Lizinq müqaviləsində lizinq ödənişlərinə lizinq obyektindən istifadəyə başlanıldığı vaxtından 6 ay (180 gün) keçənədək möhlət verilməsi nəzərdə tutula bilər. 748-10.6. Lizinq ödənişləri bilavasitə lizinq verənin hesabına köçürülür. 748- 11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; 748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 748- 11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; 748-11.1.4. lizinq verənin mükafatının məbləği; 748-11.1.5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ;748-11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı; 748-11.1.7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. 748-11.2. Lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır. 749.1. Kirayə müqaviləsinin qaydalarına uyğun olaraq lizinq verən əmlakı göndərməyi gecikdirməyə və ya göndərməməyə, habelə qüsurlu əmlak göndərməyə görə lizinq alan qarşısında məsuliyyət daşıyır. 749.2. Tərəflər razılığa gələ bilərlər ki, lizinq alan lizinq verənə qarşı pretenziyalar irəli sürməzdən əvvəl tələbin əmlakı göndərən tərəfindən yerinə yetirilməsini tələb etməlidir. 750. Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
11. Apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayətin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Belə ki, cavabdeh cavabdeh1 tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş və onun tərəfindən müqavilə üzrə ödənilməli olan lizinq ödənişləri həyata keçirilmədiyindən, lizinq verən öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Qeyd edilməlidir ki, cavabdeh ziddiyyətli apellyasiya şikayəti vermişdir. Belə ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş cavabdehin apellyasiya şikayətinin əsasını təşkil edən avtomobilin dəyərindən çox aşağı qiymətləndirilməsi ilə bağlı arqumentinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı tərəfin izahatı, iş materiallarında olan ekspert rəyi ilə müəyyən edilir ki, nəqliyyət vasitəsinin surətlər qutusu nasaz vəziyyətdə olmuş, müəhərriki mövcud olmamış, kimyəvi təmizlənməyə ehtiyacı olmuşdur. Bu isə avtomobilin bazar dəyərinin aşağı düşməsinə səbəb olmuşdur. Həmçinin mülki iş üzrə təyin edilmiş ##.##.2025-ci il tarixli */**** nömrəli rəyə əsasən cavabdehin nəqliyyət vasitəsinin satışından sonra qalıq borcunun olduğu da öz təsdiqini tapmışdır. Diqqətə çatdırılmalıdır ki, apellyasiya şikayətinin dəlilləri ümumi mülahizə xarakteri daşımaqla məhz mübahisə edilən lizinq predmeti olan nəqliyyat vasitəsinin iş üzrə müəyyən edilən dəyərinin fərqli olmasına, habelə iddiaçıya saz və ya işlək vəziyyətdə olan nəqliyyat vasitəsinin təhvil verilməsinə dair mötəbər sübutlar təqdim etməmişdir.
12. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş məhkəmə xərci onu ödəyən şəxsə aid edilməlidir. 13.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qiyabi icraat qaydasında, qət etdi: Cavabdeh Məmmədov Səbuhi Qiyas oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, qətnamədən Bakı Apellyasiya Məhkəməsi (elektron məhkəmə informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.