Məhkəmə qərarları › İş №2(3-6)-3312/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-3312/2026

17.08.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3312/2026 17.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Babayev Fuad Fikrət oğlu və X25 ibarət tərkibdə, Məhkəmə iclas katibi X16, Ərizəçi İddiaçı Paşa Ağadadaş oğlunun nümayəndəsi-vəkili X2, Maraqlı şəxs Maraqlı şəxs nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Ərizəçi İddiaçı “qohumluq münasibətinin, ölüm və miras qalmış əmlakın vərəsə kimi tam qəbul edilməsi faktlarının müəyyənləşdirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2005-cı il tarixli qətnaməsindən maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Ərizəçi və maraqlı şəxs bacı-qardaşdırlar. İddiaçı Paşa Ağadadaş oğlu ərizəçi İddiaçı babası olmuşdur, X8 ərizəçinin babasının anası olmuşdur, Kiçik Xanım (Qız Xanım) Ağa Dadaş qızı, X3 və X12 ərizəçinin babasının bacıları olmuşlar. X4 1962-ci ildə, X13 1982-ci ildə, X17 ## ###### 1955-ci ildə, X5 Məşədi Zeynalabdin qızı 1954-cü ildə, Bəyimxanım Ağadadaş qızı 1952- ci ildə, X6 ## #### 1982-ci ildə vəfat etmişlər. X7 Zeynal Abdin qızının, X14, X3 ölümü haqqında qeydiyyat Yasamal rayon VVADQ Şöbəsində qeyd edilməmişdir. Hazırda İddiaçı Paşa Ağadadaş oğlu ərizə ilə məhkəməyə müraciət edərək, X8, X13, Səriyyə Ağadadaş qızı və Bəyimxanım Ağadadaş qızı ilə qohumluq faktının, sonuncuların ölüm faktlarının və mərhumlardan miras qalmış Bakı şəhəri Qabişev küçəsi ** saylı evin onun tərəfindən vərəsə kimi tam qəbul edilməsi faktlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Paşa Ağadadaş oğlu ərizə ilə məhkəməyə müraciət edərək, X8, X13, Səriyyə Ağadadaş qızı və Bəyimxanım Ağadadaş qızı ilə qohumluq faktının, sonuncuların ölüm faktlarının və mərhumlardan miras qalmış Bakı şəhəri Qabişev küçəsi ** saylı evin onun tərəfindən vərəsə kimi tam qəbul edilməsi faktlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qabişev küçəsi ** saylı ev xüsusi mülkiyyət kimi babası İddiaçı Paşa Ağadadaş oğluna və onun bacılarına məxsus olmuşdur, evin bir hissəsi vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir. Ev bütövlükdə onun sahibliyindədir və mirası tam idarə edir, mərhumlar olan babasının bacılarından miras qalmış sahələri vərəsə kimi qəbul etmişdir, lakin mərhumlardan Fatmaxanım, Səriyyə və Bəyim xanımın ölüm şəhadətnamələri saxlanılmadığından və qohumluq münasibətini təsdiq edən sənədlərin bəziləri olmadığından qəbul edilmiş mirası öz adına sənədləşdirə bilmir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2005-ci il tarixli *-***-**** saylı qətnaməsi ilə İddiaçıpaşa Ağadadaş oğlunun X8, X13, Səriyyə Ağadadaş qızı və Bərimxanım Ağadadaş qızı ilə qohumluq faktının müəyyən edilməsi, 1876-cı ildə anadan olmuş X8 1954-cü ildə, 1905ci ildə anadan olmuş Səriyyə Ağadadaş qızının ##.##.1955-ci ildə, X14 1952-ci ildə vəfat etmələri faktlarının müəyyən edilməsi, X8, Səriyyə Ağadadaş qızının, X14 vəfat etmələri barədə qeydiyyatın aparılması və ölüm haqqında şəhadətnamənin verilməsinin Yasamaл rayon VVADQ şöbəsinə həvalə edilməsi, Bakı şəhəri Qabişev küçəsi ** saylı evin tam vərəsə kimi ərizəçi İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Qabişev küçəsi ** saylı ev miras əmlak kimi 1/5 hissədə ərizəçi İddiaçı Paşa Ağadadaş oğluna, 1/5 hissədə X8, 1/5 hissədə X1, 1/5 hissədə X3, 1/5 hissədə X12 məxsusdur, sonuncuların ərizəçidən başqa vərəsələri qalmamışdır, həmin evi ərizəçi miras kimi tam qəbul etmiş və idarə edir, qeyd edilən evdə ərizəçi ailəsi ilə birlikdə və maraqlı şəxslər ailəsi ilə birlikdə yaşayırlar, onlar da evin ərizəçinin adına rəsmiləşdirilməsinə etiraz etmirlər. Həmin qətnamədən maraqlı şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, anası X18 2017-ci il ## ###### tarixində vəfat etmişdir. Maraqlı şəxs ## ###### 1958-ci il tarixində sözügedən Bakı şəhəri, Qabışev küçəsi ** saylı evdə anadan olmuş və hal hazırda da həmin ünvanda yaşayır. Hazırda şikayət verilən məhkəmə işi üzrə onun bu illər boyu ##.##.2005-ci il, *-***-**** nömrəli qətnamədən xəbəri olmamışdır. Hazırda ərazi söküntüyə getdiyindən qardaşı İddiaçı Paşa Ağadadaş oğlu müzakirələr zamanı guya evin özünə məxsus olmasını və onun çıxıb getməyini tələb etmişdir. Məcburiyyət qarşısında evin hansı əsaslarla ona məxsus olması barədə sorğular verilmiş və belə bir qətnamənin olması aşkar edilmişdir. Məsələ bundan ibarətdir ki, onun həmin məhkəmənin keçirilməsindən xəbəri olmamış və ən əsası, həmin məhkəmədə iştirak etməmiş və hər hansı bir razılıq verməmişdir. İş materiallarında olan ## #### 2005-ci il tarixli məhkəmə iclasının protokolunda göstərilmişdir ki, “Maraqlı şəxslər: X18, X15, X11, Maraqlı şəxs Ağadadaş qızının iştirakları ilə...” Protokoldan belə alınır ki, həmin məhkəmə iclasında o, Maraqlı şəxs Ağadadaş qızı və oğlu X15 bu məhkəmə iclasında iştirak etmişlər. Halbuki, nə Maraqlı şəxs Ağadadaş qızı, nə də oğlu X15 bu məhkəmə iclasında iştirak etməmişlər. Nə də belə bir iclas keçirilməsindən xəbərləri olmuşdur. Göründüyü kimi oğlu və özü birinci instansiya məhkəməsi baxışı zamanı izahat verməmiş və iş materialarında göstərilən maraqlı şəxs kimi işə cəlb edilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli Qərarı:

2. Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. 2.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. 2.3. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır.

10. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. 10.2. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 305.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.1. Məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.9. Məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır.

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyatorun apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Qabişev küçəsi ** saylı ev miras əmlak kimi 1/5 hissədə İddiaçı Paşa Ağadadaş oğluna, 1/5 hissədə X8, 1/5 hissədə X1, 1/5 hissədə X3, 1/5 hissədə X12 məxsusdur, X4 1962-ci ildə, X13 1982-ci ildə vəfat etmişdir. İş materiallarında olan forma-* saylı üzrə arayışdan görünür ki, Bakı şəhəri Qabişlev küçəsi ** saylı evdə ərizəçi, onun ailə üzvləri və maraqlı şəxslər ailə üzvləri ilə qeydiyyatdadırlar. İş materiallarında olan fotoşəkillərdən aydın olur ki, 1905-ci ildə anadan olmuş X17 ## ###### 1955-ci ildə, 1876-cı ildə anadan olmuş X5 Məşədi Zeynalabdin qızı 1954- cü ildə, 1902-ci ildə anadan olmuş X6 ## #### 1982-ci ildə vəfat etmişlər. İş materiallarında olan Yasamal rayon VVADQ Şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, 1953-1954-cü illər üzrə aparılmış yoxlama nəticəsində X8 ölüm aktı qeydiyyatı, 1954-1955-ci illər üzrə aparılmış yoxlama nəticəsində X14 və X3 ölüm aktı qeydiyyatı Yasamal rayon VVADQ Şöbəsinin arxivində tapılmamışdır. İş materiallarında olan texniki pasportun surətindən görünür ki, Bakı şəhəri Qabışov küçəsi ** saylı ev 1 mərtəbəli olmaqla 13 yaşayış otağından və yardımçı sahələrdən ibarətdir. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında ərizəçi izahatında, ərizəsini təsdiq edərək, əlavə olaraq bildirmişdir ki, babasının digər bacısı olan Bəyimxanım Ağadadaş qızı da təxminən 1952-ci ildə vəfat etmişdir, lakin onun qəbri yoxdur. Birinci instansiya məhkəməsi yerli müayinə zamanı keçirilən məhkəmə iclasında maraqlı şəxs X19 izahatında göstərdi ki, Ağadadaş onun əri olmuşdur, ərizəçi onun oğludur, Bakı şəhəri Qabışev küçəsi ** saylı evə gəlin gəlmişdir, 52 ildir qeyd edilən evdə yaşayır, X9 Meşədi Zeynalabdin qızı qaynatasının anası olmuşdur,o, 1953-1954-cü illərdə vəfat etmişdir, Kiçikxanım (Qızxanım) Məşədi Ağadadaş qızı, X27, Bəyimxanım Ağadadaş qızı qaynatasının bacıları olmuşdur, onlar neçə illər bundan əvvəl vəfat etmişlər, Bəyimxanım Ağadadaş qızı da təxminən 1952-ci ildə vəfat etmişdir, lakin onun qəbri yoxdur, sonuncuların vərəsələri qalmamışdır, hazırkı ev üzrə heç bir mübahisə yoxdur, evin oğlu Əli Paşanın adına sənədləşdirilməsinə razıdır (i.v.30). Birinci instansiya məhkəməsi yerli müayinə zamanı keçirilən məhkəmə iclasında maraqlı şəxslər X15, X11, Maraqlı şəxs Ağadadaş qızı maraqlı şəxs X20 izahatında uyğun izahat verərək, evin ərizəçinin adına rəsmiləşdirilməsinə razı olduqlarını bildirmişlər (i.v.31). Birinci instansiya məhkəməsi yerli müayinə zamanı keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X28 ifadəsində göstərdi ki, ərizəçi ilə qonşudur, Əlipaşa ərizəçinin babası olmuşdur, Ağadadaş isə ərizəçinin atası, Bəyimxanım, Səriyyə, Kiçik Xanım ərizəçinin babasının bacıları olmuşdur, Fatmaxanım isə ərizəçinin babasının anası olmuşdur, onlar müxtəlif vaxtlarda 30-40 il əvvəl vəfat etmişlər, hazırda qeyd edilən ev üzrə heç bir mübahisənin olmasını eşitməmişdir, həmin evdə ərizəçi, onun ailəsi, anası və ərizəçinin bacısı ailəsi ilə birlikdə yaşayırlar. Birinci instansiya məhkəməsi yerli müayinə zamanı keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X29 şahid X28 ifadəsinə uyğun ifadə verdi (i.v.32). Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli evə yerli müayinə keçirərkən müəyyən edilmişdir ki, Bakı şəhəri Qabışev küçəsi ** saylı evdə ərizəçi, onun ailəsi və maraqlı şəxslər yaşayırlar. Ev həyət evidir, uzun müddət əvvəl inşa edilmişdir, ev əvvəl 13 otaq olmuş, sonradan isə bəzi otaqlarda arakəsmələr götürülməklə 11 otağa düzəldilmişdir, bəzi yardımçı sahələr, o cümlədən sanitar qovşaq vardır. İşin faktiki hallarından göründüyü kimi X4 1962-ci ildə, X13 1982-ci ildə, X17 ## ###### 1955-ci ildə, X5 Məşədi Zeynalabdin qızı 1954-cü ildə, Bəyimxanım Ağadadaş qızı 1952-ci ildə, X6 ## #### 1982-ci ildə vəfat etmişlər. X7 Zeynal Abdin qızının, X14, X3 ölümü haqqında qeydiyyat Yasamal rayon VVADQ Şöbəsində qeyd edilməmişdir. Hazırda İddiaçı Paşa Ağadadaş oğlu ərizə ilə məhkəməyə müraciət edərək, X8, X13, Səriyyə Ağadadaş qızı və Bəyimxanım Ağadadaş qızı ilə qohumluq faktının, sonuncuların ölüm faktlarının və mərhumlardan miras qalmış Bakı şəhəri Qabişev küçəsi ** saylı evin onun tərəfindən vərəsə kimi tam qəbul edilməsi faktlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin mübahisəsiz hallarından göründüyü kimi İddiaçı Paşa Ağadadaş oğlu ərizəçi İddiaçı babası olmuşdur, X8 ərizəçinin babasının anası olmuşdur, Kiçik Xanım (Qız Xanım) Ağa Dadaş qızı, X3 və X12 ərizəçinin babasının bacıları olmuşlar. Beləliklə işin faktiki hallarından görünür ki, Bakı şəhəri Qabişev küçəsi ** saylı ev miras əmlak kimi 1/5 hissədə ərizəçi İddiaçı Paşa Ağadadaş oğluna, 1/5 hissədə X8, 1/5 hissədə X1, 1/5 hissədə X3, 1/5 hissədə X12 məxsusdur, sonuncuların ərizəçidən başqa vərəsələri qalmamışdır, həmin evi ərizəçi miras kimi tam qəbul etmiş və idarə edir, qeyd edilən evdə ərizəçi ailəsi ilə birlikdə və maraqlı şəxslər ailəsi ilə birlikdə yaşayırlar, onlar da evin ərizəçinin adına rəsmiləşdirilməsinə etiraz etmirlər. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, X10, X13, X47 ilə qohumluq faktı, sonuncuların ölüm faktları və mərhumlardan miras qalmış Bakı şəhəri Qabişev küçəsi ** saylı evin ərizəçi tərəfindən vərəsə kimi tam qəbul edilməsi faktları müəyyən edilməlidir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki hallarda "maraqlı şəxslər ailəsi ilə birlikdə bu evdə yaşayır və evin ərizəçinin adına rəsmiləşdirilməsinə etiraz etmirlər" qeydi varsa, bu, məhkəmənin həmin şəxslərin mövqeyini aldığını göstərir və maraqlı şəxsin həmin halı təkzib edəcək hər hansı bir dəlilə istinad edə bilməmişdir. Bundan başqa, apellyasiya şikayəti verən maraqlı şəxs "məhkəmə bizim adımızdan istifadə edərək vermədiyimiz ifadələri yazmışdır" iddia edir. Lakin iş materiallarından görünür ki, maraqlı şəxs məhkəmə iclasının protokoluna qeydlərini verməmişdir. Halbuki, iclas protokolundan görünür ki, işə baxan hakim yerində müayinə zamanı orada iştirak edən maraqlı şəxsi dindirmiş və sonuncu protokolda göstərilən mövqeyini bildirmişdir. Məhkəmə Kollegiyası qəbul edir ki, iş materiallarına əsasən maraqlı şəxs həqiqətən məhkəmə binasında keçirilən məhkəmə iclasında olmamışdır. Lakin qanunvericiliyin tələblərinə əsasən hakimin müayinə yerində tərəflərin iştirakı ilə araşdırma aparması məhkəmə iclasının keçirilməsi anlamını verir və prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquq və vəzifələr müayinə zamanı iştirak edən şəxslərə şamil edilir. Məhkəmə Kollegiyası tərtib olunmuş və qeyd verilməmiş iclas protokoluna şübhə ilə yanaşılması üçün heç bir əsas görmür. Təsadüfi deyildir ki, iclas protookolunda maraqlı şəxsin müayinə zamanı mövqeyi məhkəmə qətnaməsində də əksini tapmışdır. Beləliklə də Məhkəmə Kollegiyası hesab edir ki, maraqlı şəxsin həmin məhkəmənin keçirilməsindən xəbəri olmaması və ən əsası, həmin məhkəmədə iştirak etməməsi və hər hansı bir razılıq verməməsi kimi dəlilləri subyektiv mülahizədən ibarədir. Bundan başqa maraqlı şəxs nə qohumluq faktını, nə ölüm faktını, nə də X21 evi 1/5 hissələrlə faktiki idarə etməsini və miras kimi qəbul etməsini təkzib edən hər hansı sübut təqdim etməmişdir. Bu baxımdan Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Çünki maraqlı şəxs apellyasiya şikayətinin əsasını təşkil edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, təqdim etdiyi sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin təmin edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

Maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2005-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar