Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3330/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Işin halları
1. ##.##.2026-cı il tarixli Cavabdeh Istehsalat Birliyi tərəfindən İddiaçı ünvanlanan müraciətə baxılması barədə məktubdan görünür ki, Xəzər rayonu. Türkan bağları ünvanında qaz xəttinin üzərində quraşdırılmış sonradan ödənişli ZENNER G4T MEXANIKI markalı, *********** saylı qaz sayğacının vasitəsi ilə istehlak etdiyiniz qaz sərfinə görə ##.##.2025 ci il tarixinə sayğac göstəricisi 12927 m3 olmaqla hesabınızda 2712.69 manat borc mövcuddur.
2. Iş materiallarında olan abonent saldosundan görünür ki, abonentin ümumi olaraq ay sonuna 2747,08 manat borcu vardır.
3. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi tərəfindən verilən ##.##.2026-cı il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağları ünvanı üzrə quraşdırılmış ZENNER G-4T mexaniki markalı, *********** nömrəli qaz sayğacından keçən qaz həcmi illər üzrə aşağıdakı kimi olmuşdur: -2021-ci il 286 m3, -2022-ci il 2769 m 3 , -2023-cü il 9839 m 3 , -2024-cü il 7 m 3 , -2025-ci il 26 m 3
4. Qaz sayğacından 2021-2025-ci illər üzrə ümumi dəyəri 2742,70 manat təşkil edən 12927 m3 qaz keçmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Istehsalat Birliyinə qarşı məhkəməyə müraciət edərək, Cavabdeh Istehsalat Birliyinin əməkdaşları tərəfindən istehlak etmədiyi qaz sərfiyyatına görə hesablanmış 2711,94 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağlar massivində yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin yaşayış evinə Cavabdeh Istehsalat Birliyi tərəfindən abonent kodu 100325000006833 olan *********** nömrəli mexaniki sayğac quraşdırılıb. Bu yaxınlarda CavabdehIB əməkdaşı tərəfindən iddiaçıya ödəniş barədə bildiriş göndərilib. Həmin bildirişdə iddiaçının 2711.94 sərfıyyat borcu olduğu göstərilib. Iddiaçı cavabdehə yaranmış qanunsuz borcun silinməsi ilə bağlı müraciət etmişdir. Cavabdeh ## ###### 2026-cı il tarixli **-*-*-*/*-R***-*/**** saylı məktubla imtina vermiş, imtinasını Xəzər rayonu Türkan bağları ünvanında qaz xəttinin üzərində quraşdırılmış sonradan ödənişli ZHWTR G4T (V1HXANIKI markalı, *********** saylı qaz sayğacının vasitəsi ilə istehlak etdiyiniz qaz sərfinə görə ##.##.2025-ci il tarixinə sayğac göstəricisi 12927 kub.m olmaqla hesabınızda 2712.69 manat borc mövcud olması ilə əsaslandırmışdır. Iddiaçı bildirir ki, o ailəsi ilə ünvan 2 ünvanında qeydiyyatdadırlar və həmin ünvanda yaşayırlar. Bakı şəhəri, Xəzər rayonu, Türkan bağlar massivində yerləşən fərdi yaşayış evindən iddiaçı yalnız, yay aylarında bağ evi kimi istifadə etmişdir. Həmin ünvanda heç vaxt daimi yaşayış olmayıb, özü və həyat yoldaşı əlil olduqları üçün son illərdə ümumiyyətlə qeyd edilən evə getməmiş və orada yaşamamışlar. Bundan başqa həmin evdə cəmi bir dördgözlü sobadan başqa hər hansı qızdırıcı yoxdur. Belə bir borcun yaranması mümkün deyildir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddianın təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9, 5.4, 5.5-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və ədalətsiz olduğuna görə ləğv edilməlidir. Bakı şəhəri, Xəzər rayonu, Türkan bağlar massivində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətindədir. Həmin yaşayış evinə Cavabdeh tərəfindən abonent kodu 100325000006833 olan *********** nömrəli mexaniki sayğac quraşdırılıb. Bu yaxınlarda CavabdehIB əməkdaşı tərəfindən ödəniş barədə bildiriş göndərilib. Həmin bildirişdə 2711,94(iki min yeddi yüz on bir manat doxsan dörd qəpik) sərfiyyat borcu olduğu göstərilib. Cavabdehə yaranmış qanunsuz borcun silinməsi ilə bağlı müraciət etmişdir. Cavabdeh ## ###### 2026-cı il tarixli 14-2-2-3/2-R-128- */**** saylı məktubla imtina vermiş, imtinasını Xəzər rayonu,Türkan bağları ünvanında qaz xəttinin üzərində quraşdırılmış sonradan ödənişli ZENNER G4T MEXANIKI markalı, *********** saylı qaz sayğacının vasitəsi ilə istehlak etdiyiniz qaz sərfinə görə ##.##.2025-ci il tarixinə sayğac göstəricisi 12927 kub.m olmaqla hesabınızda 2712.69 manat borc mövcud olması ilə əsaslandırmışdır. Aşağıdakılara görə hesab edir ki, qeyd olunan qətnamə qanunsuzdur və ləğv olunmalıdır. Bildirir ki, mən ailəsi ilə ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. Bakı şəhəri, Xəzər rayonu, Türkan bağlar massivində yerləşən fərdi yaşayış evindən yalnız yay aylarında bağ evi kimi istifadə edir. Həmin ünvanda heç vaxt daimi yaşayış olmayıb. Özü və həyat yoldaşı əlil olduğu üçün son illərdə ümumiyyətlə qeyd edilən evə getməmiş və orada yaşamamışlar. Bundan başqa həmin evdə cəmi bir dördgözlü sobadan başqa hər hansı qızdırıcı yoxdur. Belə bir borcun yaranması mümkün deyil. Çünki yuxarıda qeyd etdiyi kimi, həmin ünvanda nə daimi yaşayış var, nə də hər hansı qızdırıcı var. Qaz sayğacı evdən çox uzaqda quraşdırılıb. Yəni sayğacdan evə qədər xeyli məsafə var. Həmin xətdə hər hansı deşilmə ola bilər ki, buna da qanunla heç bir məsuliyyət daşımır. Xüsusi ilə qeyd edir ki, sözügedən sayğac çöldə divarda quraşdırılmışdır və nəzarəti altında deyil. Tərəfindən sayğaca hər hansı müdaxilə aşkar olunmayıb. Ən başlıcası isə qaz sayğacı Cavabdeh IB əməkdaşlarının birbaşa gözü qarşısındadır, küçədə quraşdırılmışdır və onu mühafizə etmək iddiaçının borcu deyildir. Təqdim edilmiş 2022-ci il tarixli son bildirişdə 10 manat bocu olduğu göstərilib. Bundan sonra isə həmin evdə yaşamamışdır. Bunu ərazi nəzarətçisi də təsdiq edə bilər. Xüsusi ilə qeyd edir ki, itirilmiş təbii qazın bərpası üçün məbləğ 90 gün əvvəldə hesablanır. Belə çıxır ki, 90 gün ərzində Cavabdeh IB işləməmiş və əhalinin qaz sayğaclarını nəzarətsiz qoymuşlar, nəticədə 90 gün ərzində qaz havaya sızmış və onun dəyəri smart kartından çıxarılmışdır. Bu hələ məsələnin bir tərəfi, əgər qaz sızması nəticəsində bartlayış baş versəydi, insan təlafatı olsaydı, məsuliyyət kimin boynunda qalardı? Azərbaycan Respublikası Nazirlər kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4- cü maddəsinin 4.7 və 4.8-ci bəndlərində göstərilir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilədən qorunmaq üçün müvafiq örtüklə örtülməli.(fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır, Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmaına görə cavabdehliyi isə özləri daşıyırlar.. Göründüyü kimi, qaz sayğacının çıxış plasmas borusunun deşik olmasına görə hər hansı məsuliyyət daşımır. «X2»nın tərəfindən pozulmasına dair hər hansı sübut yoxdur. Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair (* saylı) protokola əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Hər kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Istifadəsində olan fərdi yaşayış evinə dövlət tərəfindən işıq və su xəttləri çəkilərək sayğaclar quraşdırılıb. Həmin komunnallardan istifadə edərək istehlak etdiyi komunnal xərcləri vaxtında ödəyir. Dövlət həmin fərdi yaşayış evinin mülkiyyətçisi kimi tanıdığına görə komunnal xidmətlərdən istifadəyə icazə verib. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1 bəndinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.Layiqli həyat səviyyəsinin bir sıra komponentləri mövcuddur ki, bunların sırasına suya,işığa, o cümlədən qaz istehsalı və təhcizatı sahəsində ixtisaslaşmış olan Azərbaycan dövlətinin vətəndaşlarının qazdan istifadəyə əlçatanlığının təmin edilməsidir. Bundan başqa istifadəsində olan fərdi yaşayış evinin olmasını yerli özünüidarə etmə orqanı təsdiq edirsə və həmin fərdi yaşayış evinə dövlət tərəfindən kommunal xəttlər-işıq və su xəttləri çəkilirsə demək dövlət özü məni mülkiyyətçi kimi tanıyır. Hesab edir ki, Cavabdeh imtinası qanunsuz və əsassızdır. Cavabdeh bu hərəkəti ilə AR Konstitusiyasında təsbit edilmiş konstitusion hüquqlarını kobud surətdə pozur. Ədaalət mühakiməsinin həyata keçirilməsi zamanı «Insan Hüquqlarının və əsas X5» Avropa Konvensiyasının və Insan Hüquqları Üzrə Avropa Məhkəməsinin presentlərinin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «Insan Hüquqlarının və əsas X5» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə Insan Hüquqları üzrə Avropa Məhkəməsinin yuridiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. AR Mülki Prosessual məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Məhkəmə baxışında iştirakını təmin etməməklə prossesual hüquq normasının kobud surətdə pozmuşdur. Çünki məhkəmədə iştirakı təmin edilsə idi, daha obyektiv araşdırılma aparılardı və mübahisəli torpaq sahəsinə dair mübahisələrin olduğu məlum olardı. Bu səbəbdən belə hesab edir ki, məhkəmənin hansı qənaətə gələcəyini tərəflərin hər hansı birinin qabaqcadan müəyyən etməsi yolverilməzdir və ciddi qanun pozuntusudur. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyəti olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmasını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməyib. Məhkəmə qətnamə çıxararkən qeyd etdiyi faktlara diqqət yetirməyib. Məhkəmə istinad olunan maddənin tələblərini pozmaqla mövcud mübahisəni düzgün araşdırmayıb, yalnız qarşı tərəfin qanunauyğun olmayan mülahizələrinə istinad etməklə qətnamə çıxarıb.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin
14. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun
15. 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** nömrəli ## ### 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:
16. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
17. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
18. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
19. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
20. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
21. 5.4-cü bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
22. 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların
23. 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur.Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə iddia tələblərinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir.
34. Mülki işin materiallarından müəyyən olunur ki, , iddiaçı İddiaçı abonent saldosundan görünür ki, ona hesablanmış 2712,70 manat borc 2022-ci ilin noyabr ayından 2023-cü ilin may ayına və 2023-cü ilin noyabr ayı, 2024-cü ilin iyul ayı, 2025-ci ilin may, noyabr və dekabr ayları dövrü üçün sayğac göstəriciləri əsasında yaranmış borcdur və cavabdeh tərəfindən iddiaçı barəsində ümumiyyətlə hər hansı akt tərtib olunmamışdır.
35. “Qazdan istifadə Qaydaları”nda təsbit olunmuş hüquq normalarının məzmunundan görünür ki, istehlakçı tərəfindən istehlak etdiyi qazın dəyəri tam ödənilməlidir.
36. Iş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi tərəfindən verilən ##.##.2026-cı il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağları ünvanı üzrə quraşdırılmış ZENNER G-4T mexaniki markalı, *********** nömrəli qaz sayğacından keçən qaz həcmi illər üzrə aşağıdakı kimi olmuşdur: -2021-ci il 286 m3, -2022-ci il 2769 m 3 , -2023-cü il 9839 m 3 , -2024-cü il 7 m 3 , -2025-ci il 26 m 3. Qaz sayğacından 2021-2025-ci illər üzrə ümumi dəyəri 2742,70 manat təşkil edən 12927 m3 qaz keçmişdir.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, iddiaçıya məxsus olan mənzilin qaz xətti üzərində quraşdırılmış sayğacın göstəricisi əsasında hesabat aparılmış, sayğacın göstəricisi oxunaraq bununla bağlı iddiaçıya hər ay bildiriş təqdim edilmişdir. Iddiaçı tərəfindən hesabında olan borcun əsassız yazılmasına dair heç sübut yoxdur.
38. Azərbaycan Respublikası MPM 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir/
39. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
42. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddiaçının apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.