Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-338/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ######## 2025-ci il tarixli qətnamədən cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 və apellyatorun nümayəndəsi (anası) Süleymanova Sevinc İmamverdi qızının iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı MMC-nin buna səlahiyyətli olan nümayəndəsi MMC-nin adından cavabdehə qarşı “xxxx” ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, MMC ilə cavabdeh arasında ##.##.2024-cü il tarixdə bağlanmış 2 “xxxx” üzrə yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan əsas borcların ödənilməsi məqsədi ilə cəmi 759,91 manat, hər 2 müqavilə üzrə öhdəliyin icra edilməməsi səbəbindən hesablanmış dəbbənin (cərimənin) ödənilməsi məqsədi ilə cəmi 76 manat, İnnovativ Layihələr Mərkəzinə cəmi ödənilmiş məbləğin əvəzi olaraq 23,6 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı MMC-yə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, iddiaçı MMC ilə ##.##.2024-cü il tarixdə bağladığı ******** saylı “xxxx” əsasında MMC-dən qiyməti 498,42 manat olan “Motorola moto G24 pover” markalı 1 ədəd mobil telefon, telefon üçün qiyməti 14,99 manat olan 1 ədəd “Paket S” xidməti və qiyməti 95 manat olan 1 ədəd “xxxx” xidməti almışdır. Müqavilənin şərtinə görə, cavabdeh, müqavilənin qiyməti olan 518,41 manatı 18 ay ərzində hissə-hissə, ayda 28,8 manat olmaqla MMC-yə ödəməli idi. Qeyd edilən mobil telefon, “Paket S” və “xxxx” cavabdehin adına rəsmiləşdirilərək, MMC tərəfindən cavabdehə təhvil verilsə də, cavabdeh, MMC-yə olan borcun bir hissəsini MMC-yə ödəmiş, qalan hissəsini isə ödəməmişdir. Nəticədə həmin müqavilə üzrə cavabdehin MMC-yə 296,15 manat məbləğində əsas borcu yaranmışdır. Borcun ödənilməməsini nəzərə almış MMC, onunla cavabdeh arasında bağlanmış ******** saylı “xxxxnə” edilmiş ##.##.2024-cü il tarixli “Əlavənin” şərtlərinə əsasən cavabdehə ödənişin gecikdirilmiş məbləğinə hər gününə 1% olmaqla cərimə (dəbbə) hesablamış, lakin dəbbənin tam həcmdə deyil, yalnız 29,62 manat hissəsinin ödənilməsini tələb etmişdir. Bundan başqa qeyd edilməlidir ki, həmin mobil telefon cavabdehə satılarkən MMC, telefonun açılıb qeydiyyata alınması üçün İnnovativ Layihələr Mərkəzinə 23,60 manat xidmət haqqı ödəmişdir. MMC, ******** saylı “xxxx” üzrə yaranmış (296,15 + 29,62 + 23,60=) 349,37 manat məbləğində borcun ödənilməsini cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh borcunu ödəməmişdir. Bundan başqa qeyd edilməlidir ki, cavabdeh, iddiaçı MMC ilə ##.##.2024-cü il tarixdə bağladığı ******** saylı “xxxx” əsasında MMC-dən hər birinin qiyməti 28,08 manat olan “32 GB Flash USB Sandisk Ultra” markalı 2 ədəd elektron daşıyıcı, hər birinin qiyməti 70,08 manat olan “X3 Style 1 talk Chili red/ 448838” markalı 2 dəst qulaqcıq, qiyməti 67,92 manat olan “Gaming mous Logitech G102 Black” markalı 1 ədəd kompüter “siçanı”, qiyməti 42,96 manat olan “X1 SET-14/CNE-CSET4” markalı 1 ədəd düymələr paneli (klaviatura), qiyməti 128,88 manat olan “Hoffman SG-320AL” markalı meyvə-tərəvəz qurutmaq üçün 1 ədəd avadanlıq, qiyməti 175,92 manat olan “Braun MQ 535” markalı 1 ədəd blender, qiyməti 22 manat olan 1 ədəd “xxxx” xidməti və qiyməti 30 manat olan 1 ədəd “xxxx” xidməti almışdır. Müqavilənin şərtinə görə, cavabdeh, müqavilənin qiyməti olan 664 manatı 24 ay ərzində hissə-hissə, ayda 27,67 manat olmaqla MMC-yə ödəməli idi. Qeyd edilən əşyalar və “xxxx” cavabdehin adına rəsmiləşdirilərək, MMC tərəfindən cavabdehə təhvil verilsə də, cavabdeh, MMC-yə olan borcun bir hissəsini MMC-yə ödəmiş, qalan hissəsini isə ödəməmişdir. Nəticədə həmin müqavilə üzrə cavabdehin MMC-yə 463,76 manat məbləğində əsas borcu yaranmışdır. Borcun ödənilməməsini nəzərə almış MMC, onunla cavabdeh arasında bağlanmış ******** saylı “xxxxnə” edilmiş ##.##.2024-cü il tarixli “Əlavənin” şərtlərinə əsasən cavabdehə ödənişin gecikdirilmiş məbləğinə hər gününə 1% olmaqla cərimə (dəbbə) hesablamış, lakin dəbbənin tam həcmdə deyil, yalnız 46,38 manat hissəsinin ödənilməsini tələb etmişdir. MMC, ******** saylı “xxxx” üzrə yaranmış (463,76 + 46,38=) 510,14 manat məbləğində borcun ödənilməsini cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh borcunu ödəməmişdir. Cavabdeh, yuxarıda qeyd edilən hər 2 müqavilə üzrə borclarını ödəmədiyinə görə, MMC, hazırkı “xxxx” ilə məhkəməyə müraciət etmək və ərizənin məhkəməyə verilməsi üçün dövlət büdcəsinə 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. “xxxxnə” dair mülki işə yazılı icraat qaydasında baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, MMC ilə cavabdeh arasında bağlanmış ******** saylı “xxxx” üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 296,15 manat, həmin müqavilə üzrə öhdəliyin icra edilməməsinə görə hesablanmış dəbbənin azaldılmasını və azaldılmış dəbbənin ödənilməsi məqsədi ilə 15 manat, MMC tərəfindən İnnovativ Layihələr Mərkəzinə ödənilmiş pul vəsaitinin əvəzi olaraq 23,6 manat, MMC ilə cavabdeh arasında bağlanmış ******** saylı “xxxx” üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 463,76 manat, həmin müqavilə üzrə öhdəliyin icra edilməməsinə görə hesablanmış dəbbənin azaldılmasını və azaldılmış dəbbənin ödənilməsi məqsədi ilə 24 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı MMCyə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. c) apellyasiya şikayəti barədə məlumat
4. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə hərtərəfli və obyektiv araşdırma aparmadan iş üzrə yekun qərar qəbul etmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçı MMC-yə edilmiş ödənişlərin bir hissəsi nə MMC, nə də ki, işə baxmış Rayon Məhkəməsi tərəfindən nəzərə alınmamışdır. d) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
6. Məhkəmə iş materiallarını nəzərə alaraq hesab etmişdir ki, apellyasiya şikayətinin dəlillərinin əsaslılığının yoxlanılması üçün hazırkı mülki işə yazılı icraat qaydasında deyil, şifahi icraat qaydasında, yəni iş üzrə tərəflərin iştirakı ilə baxılmalıdır.
7. Cavabdehin nümayəndəsi (anası) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayəti məzmununa uyğun izahat verdi.
8. İddiaçı MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
9. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi cavabdehdən tutulmalı olan məbləğin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir.
10. Belə ki, iddiaçı MMC ilə cavabdeh arasında ##.##.2024-cü il tarixdə bağlanmış ******** saylı “xxxxndən” və işdə olan digər sənədlərdən görünür ki, cavabdeh, həmin müqaviləyə əsasən MMC-dən qiyməti 498,42 manat olan “Motorola moto G24 pover” markalı 1 ədəd mobil telefon, telefon üçün qiyməti 14,99 manat olan 1 ədəd “Paket S” xidməti və qiyməti 95 manat olan 1 ədəd “xxxx” xidməti almışdır.
11. Müqavilənin şərtinə görə, cavabdeh, müqavilənin qiyməti olan 518,41 manatı 18 ay ərzində hissə-hissə, ayda 28,8 manat olmaqla MMC-yə ödəməli idi.
12. İşdə olan sənədlərdən görünür ki, qeyd edilən mobil telefon, “Paket S” və “xxxx” cavabdehin adına rəsmiləşdirilərək, MMC tərəfindən cavabdehə təhvil verilsə də, cavabdeh, MMC-yə olan borcun bir hissəsini MMC-yə ödəmiş, qalan hissəsini isə ödəməmişdir.
13. İddiaçı MMC-nin nümayəndəsi iddia ərizəsində bildirir ki, bu müqavilə üzrə cavabdehin MMC-yə 296,15 manat məbləğində əsas borcu yaranmışdır. Borcun ödənilməməsini nəzərə almış MMC, onunla cavabdeh arasında bağlanmış ******** saylı “xxxxnə” edilmiş ##.##.2024-cü il tarixli “Əlavənin” şərtlərinə əsasən cavabdehə ödənişin gecikdirilmiş məbləğinə hər gününə 1% olmaqla cərimə (dəbbə) hesablamış, lakin dəbbənin tam həcmdə deyil, yalnız 29,62 manat hissəsinin ödənilməsini tələb etmişdir.
14. İş materiallarından görünür ki, həmin mobil telefon cavabdehə satılarkən MMC, telefonun açılıb qeydiyyata alınması üçün İnnovativ Layihələr Mərkəzinə 23,60 manat xidmət haqqı ödəmişdir.
15. İddiaçı MMC-nin nümayəndəsi iddia ərizəsində bildirir ki, ******** saylı “xxxx” üzrə yaranmış (296,15 + 29,62 + 23,60=) 349,37 manat məbləğində borcun ödənilməsini cavabdehdən dəfələrlə tələb edilsə də, cavabdeh borcunu MMC-yə ödəməmişdir.
16. İddiaçı MMC ilə cavabdeh arasında ##.##.2024-cü il tarixdə bağlanmış ******** saylı “xxxxndən” və işdə olan digər sənədlərdən görünür ki, cavabdeh, həmin müqaviləyə əsasən MMC-dən hər birinin qiyməti 28,08 manat olan “32 GB Flash USB Sandisk Ultra” markalı 2 ədəd elektron daşıyıcı, hər birinin qiyməti 70,08 manat olan “X3 Style 1 talk Chili red/ 448838” markalı 2 dəst qulaqcıq, qiyməti 67,92 manat olan “Gaming mous Logitech G102 Black” markalı 1 ədəd kompüter “siçanı”, qiyməti 42,96 manat olan “X1 SET-14/CNE- CSET4” markalı 1 ədəd düymələr paneli (klaviatura), qiyməti 128,88 manat olan “Hoffman SG-320AL” markalı meyvə-tərəvəz qurutmaq üçün 1 ədəd avadanlıq, qiyməti 175,92 manat olan “Braun MQ 535” markalı 1 ədəd blender, qiyməti 22 manat olan 1 ədəd “xxxx” xidməti və qiyməti 30 manat olan 1 ədəd “xxxx” xidməti almışdır.
17. Müqavilənin şərtinə görə, cavabdeh, müqavilənin qiyməti olan 664 manatı 24 ay ərzində hissə-hissə, ayda 27,67 manat olmaqla MMC-yə ödəməli idi.
18. İşdə olan sənədlərdən görünür ki, qeyd edilən əşyalar və “xxxx” cavabdehin adına rəsmiləşdirilərək, MMC tərəfindən cavabdehə təhvil verilsə də, cavabdeh, MMC-yə olan borcun bir hissəsini MMC-yə ödəmiş, qalan hissəsini isə ödəməmişdir.
19. İddiaçı MMC-nin nümayəndəsi iddia ərizəsində bildirir ki, bu müqavilə üzrə cavabdehin MMC-yə 463,76 manat məbləğində əsas borcu yaranmışdır. Borcun ödənilməməsini nəzərə almış MMC, onunla cavabdeh arasında bağlanmış ******** saylı “xxxxnə” edilmiş ##.##.2024-cü il tarixli “Əlavənin” şərtlərinə əsasən cavabdehə ödənişin gecikdirilmiş məbləğinə hər gününə 1% olmaqla cərimə (dəbbə) hesablamış, lakin dəbbənin tam həcmdə deyil, yalnız 46,38 manat hissəsinin ödənilməsini tələb etmişdir.
20. İddiaçı MMC-nin nümayəndəsi iddia ərizəsində həmçinin bildirir ki, ******** saylı “xxxx” üzrə yaranmış (463,76 + 46,38=) 510,14 manat məbləğində borcun ödənilməsi cavabdehdən dəfələrlə tələb edilsə də, cavabdeh borcunu MMC-yə ödəməmişdir.
21. İşdə olan ödəniş qəbzindən görünür ki, yuxarıda qeyd edilən hər 2 müqavilə üzrə borclarını ödəmədiyinə görə, MMC, hazırkı “xxxx” ilə Rayon Məhkəməyə müraciət etmək üçün dövlət büdcəsinə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir.
22. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçı MMC ilə cavabdeh arasında ##.##.2024-cü il tarixdə 15951436 və ******** nömrəli “xxxx” bağlanmış, iddiaçı MMC həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək, müqavilələrin predmeti olan malları cavabdehə təhvil verməsə də, cavabdeh, müqavilələr üzrə öhdəsinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, aylıq ödənişləri tam həcmdə və müqavilələrdə nəzərdə tutulmuş qaydada həyata keçirməmişdir.
23. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilmir. Belə ki, onun qətnamədən verdiyi apellyasiya şikayətinin və nümayəndəsinin Məhkəməyə verdiyi izahatın məzmunundan bəlli olur ki, cavabdeh, qeyd edilən müqavilələr üzrə ondan iddiaçı MMC-nin xeyrinə tutulmalı olan pul vəsaitinin məbləği ilə razılaşmır.
24. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır (maddə 405.1.). Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567.). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir (maddə 600.1.). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4.). Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (maddə 601.1.). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2.).
25. İşin mübahisəli halı (apellyasiya baxışının predmeti) da məhz ondan ibarətdir ki, icra edilməmiş öhdəliyə görə borclu olan cavabdeh tərəfindən kreditor olan iddiaçı MMC-yə hansı məbləğdə pulu ödənilməlidir.
26. Apellyasiya şikayətində cavabdeh göstərmişdir ki, birinci instansiya məhkəməsi yalnız iddiaçının təqdim etdiyi maliyyə arayışına əsaslanmış, onun tərəfindən həyata keçirilmiş ödənişlərin tam həcmdə nəzərə alınıb-alınmadığını yoxlamamış, nəticədə müqavilələr üzrə əsas borcun məbləği düzgün müəyyən edilməmişdir.
27. Cavabdehin dəlilinin yoxlanılması məqsədilə Məhkəmə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etmiş və ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir.
28. Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə Məhkəməyə verdiyi ##.##.2026-cı il tarixli rəydə göstərilmişdir ki, iş üzrə tərəflər arasında ##.##.2024-cü il tarixdə bağlanmış ******** nömrəli müqavilə üzrə cavabdehin əsas borcu 91,41 manat, ******** nömrəli müqavilə üzrə isə əsas borcu 203,99 manat təşkil edir. Ekspert rəyində dəbbə borcunun hesablanması üçün zəruri məlumatların təqdim edilmədiyi göstərildiyindən həmin hissədə hesablanma aparılmamışdır.
29. İddiaçı MMC-nin nümayəndəsi ekspertizanın rəyinin nəzərə alınmamasını, cavabdehin nümayəndəsi isə nəzərə alınmasını xahiş etmişlər.
30. İddiaçı MMC-nin nümayəndəsi rəyin əsassız olduğunu bildirsə də, bunu təsdiq edə biləcək sübutu (məsələn: hər hansı bir mütəxəssis tərəfindən verilmiş rəyi və ya hesabatı) Məhkəməyə təqdim etməmişdir. Buna görə də, Məhkəmə, iddiaçı MMC-nin bu kimi etirazını əsaslı saymamış, rəy mötəbər sübut kimi qəbul etmişdir.
31. Buna görə də, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara əsasən cavabdehin yuxarıda qeyd edilən hər 2 müqavilə üzrə öhdəliyini lazımınca icra etməməsi barədə düzgün nəticəyə gəlsə də, cavabdehdən həmin müqavilələr üzrə tutulmalı olan əsas borcun məbləğini səhv müəyyən etmişdir.
32. Hər 2 müqavilə üzrə cavabdehdən iddiaçı MMC-nin xeyrinə tutulmalı olan əsas borcların məbləğləri Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi ##.##.2026-cı il tarixli rəydə göstərilən məbləğdə müəyyən edilməlidir.
33. Dəbbə pulunun tutulması barədə tələbə münasibətdə Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467.).
34. Qeyd edilən maddi hüququ normalarının tələblərini nəzərə alan Məhkəmə bildirir ki, qanunverici cərimənin (dəbbənin) ağlabatan və ədalətli məbləğinin hesablanması meyarlarını müəyyən etməmişdir. Bununla bağlı məhkəmə təcrübəsi formalaşmışdır. Formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, borcludan kreditorun xeyrinə tutulmalı olan cərimə əsas borcun 10 faizi civarında olmalıdır. Odur ki, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin cavabdehdən iddiaçı MMC-nin xeyrinə tutulmalı olan cərimənin məbləğinin müəyyən edilməsi barədə nəticəsi də dəyşdirilməli yuxarıda qeyd edilən hər iki müqavilə üzrə tutulmalı olan cərimənin məbləği ekspertiza rəyində qeyd edilən məbləğlərin təxminən 10 faizi miqdarında (müvafiq olaraq 9,1 manat və 20,4 manat) müəyyən edilməlidir. f) apellyasiya baxışının nəticəsi
35. Beləliklə apellyasiya baxışı ilə müəyyən edilmiş halları, MPM-in 384, 385, 392, 393, 402 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ######## 2025-ci il tarixli qətnaməsi cavabdehdən iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı olan pul vəsaitinin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında ## ### 2024-cü il tarixdə bağlanmış ******** nömrəli “xxxx” üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 91 (doxsan bir) manat 41 (qırx bir) qəpik, əsas borca hesablanmış cərimə borcunun ödənilməsi məqsədi ilə 9 (doqquz) manat 10 (on) qəpik), ******** nömrəli “xxxx” üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 203 (iki yüz üç) manat 99 (doxsan doqquz) qəpik, əsas borca hesablanmış cərimənin ödənilməsi məqsədi ilə 20 (iyirmi) manat 40 (qırx) qəpik, cəmi isə 324 (üç yüz iyirmi dörd) manat 90 (doxsan) qəpik məbləğində pul cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İş üzrə keçirilmiş ekspertizanın xərcinin ödənilməsi məqsədi ilə cavabdeh Cavabdeh və iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən hər birindən 150 (yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz manat) məbləğində pul tutularaq keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Cavabdeh tərəfindən dövlət büdcəsinə ödənilmiş 15 manat məbləğində dövlət rüsumu bərabər hissələr ilə onun özünə və iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilsin. Bu məqsədlə 7 (yeddi) manat 50 (əlli) qəpik məbləğində pul iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq cavabdeh Cavabdeh ödənilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi ## ######## 2025-ci il tarixli qətnaməsi qalan hissədə, yəni iddianın qismən təmin edilməsi, yuxarıda qeyd edilən “xxxx” üzrə icra edilməmiş öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə cavabdeh Cavabdeh iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.