Məhkəmə qərarları › İş №2(3-6)-3450/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3450/2026

10.08.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Bakı şәhәri İş № 2(3-6)-3450/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr Kazımov Elşәn Cәlәddin oğlunun sәdrliyi vә mәruzәsi ilә, Cәfәrov Namiq Şamil oğlu vә Şirinov İkram Sabir oğlundan ibarәt tәrkibdә, Bakı şәhәri Suraxanı Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qәrardadından Xudiyeva İradә Sadıq qızının şikayәtinә Bakı Apellyasiya Mәhkәmәsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : İddiaçı İddiaçı cavabdehlәr cavabdeh2 vә Xudiyeva İradә Sadıq qızına qarşı miras payın qəbul edilməsi və payın tam olması tәlәbinә dair ilk iddia ərizəsi ilə mәhkәmәyә müraciәt edәrәk, mәrhum X1, X2 vә X4 ölümündәn sonra miras qalmış Naxçıvan MR Şahbuz rayonu, Qızıl Qışlaq kәndindә yerlәşәn JN-***a nömrәli ümumi sahәsi 0,07 ha vә daşınmaz әmlakın dövlәt reyestrindә **/* nömrәli reyestr kitabının *** nömrәli vәrәqindә qeydiyyata alınmış 105013001841/***** reyestr nömrәli daşınmaz әmlakın onun vә bacısı X5 tәrәfindәn qәbul edilmәsi, mәrhum X5 ölümündәn sonra isә hәmin mirasın birinci dәrәcәli vәrәsәsi olaraq onun yәni İddiaçı hәmin mirasda payının tam olması barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir. İddiaçılar cavabdeh2 vә Xudiyeva İradә Sadıq qızı cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tәlәbinә dair qarşılıqlı iddia ərizəsi ilə mәhkәmәyә müraciәt edәrәk mәrhumlar X1, X2, X6 vә X4 ölümündәn sonra miras qalmış Naxçıvan MR Şahbuz rayonu, Qızıl Qışlaq kәndindә yerlәşәn JN-***a nömrәli ümumi sahәsi 0,07 ha vә daşınmaz әmlakın dövlәt reyestrindә **/* nömrәli reyestr kitabının *** nömrәli vәrәqindә qeydiyyata alınmış 105013001841/***** reyestr nömrәli daşınmaz әmlakın vә X5 ölümündәn sonra miras qalmış JN-*** nömrәli torpağa mülkiyyәt hüququna dair dövlәt aktı ilә kәnd tәsәrrüfatı tәyinatlı torpaq sahәsinin, JN**A nömrәli torpağın mülkiyyәtә verilmәsinә dair şәhadәtnamәlәrlә torpaq sahәsinin, Daşınmaz әmlakın dövlәt reyestrindәn ##.##.2019-cu il tarixli, ********** qeydiyyat nömrәli çıxarışla ümumi sahәsi 0.0193 ha hәyәtyanı sahә vә üzәrindә yerlәşәn fәrdi yaşayış evinin, ##.##.2021-ci il tarixli ********** qeydiyyat nömrәli çıxarış (0.2200 ha torpaq sahәsindә yerlәşәn ümumi sahәsi 139.61 kv.m olan fәrdi yaşayış evinin cavabdeh2 vә X5 tәrәfindәn qәbul edilmәsi, mәrhum X13 ölümündәn sonra ona mәxsus payın vә әmlak pul vәsaiti daxil olmaqla X3 vәrәsәlәri Xudiyeva İradә Sadiq qızının vә cavabdeh2 hәmin mirasda tam olması barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir. İddiaçı İddiaçı (nümayәndәsi nümayәndә2) әrizә ilә mәhkәmәyә müraciәt edәrәk Mülki Prosessual Mәcәllәnin 170.1-ci maddәsinә әsasәn iddia әrizәsi vә ona әlavә edilmiş sәnәdlәrin geri qaytarılmasını xahiş edib. Bakı şәhәri Suraxanı Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qәrardadı ilә (hakim Leyla Talıbova) ilk iddia və qarşılıqlı iddia ərizələri vә onlara әlavә olunmuş sәnәdlәrin geri qaytarılması qәrara alınmışdır. Birinci instansiya mәhkәmәsi qәnaәtini bununla әsaslandırmışdır ki, cavabdeh Xudiyeva İradə Sadıq qızının etibarnamə üzrə nümayəndəsi nümayəndə1 mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il ## #### tarixli * nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “2. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.”; Məhkəmə qeyd edir ki, iddiaçı İddiaçı nümayəndəsi nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Hazırkı mülki iş hazırlıq mərhələsindədir, cavabdeh tərəf isə işə mahiyyəti üzrə baxılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia ərizəsini geri qaytarılmasını tələb etdiyindən və cavabdeh tərəfin buna razılığının alınması tələb olunmadığından iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Xudiyeva İradə Sadıq qızına qarşı “miras payın qəbul edilməsi və payın tam olması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarıldığından qarşılıqlı iddia üzrə iddiaçılar cavabdeh2 və Xudiyeva İradə Sadıq qızının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mirasın qəbul edilməsi faktının müəyyən etməklə vərəsəlik hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Cavabdeh Xudiyeva İradә Sadıq qızı (nümayәndәsi nümayәndә1) hәmin qәrardaddan verdiyi şikayәtdә qәrardadın qarşılıqlı iddia әrizәsinin vә ona әlavә olunmuş sәnәdlәrin geri qaytarılması hissәsindә lәğv edilib qarşılıqlı iddianının mahiyyәti üzrә baxılmasını xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, məhkəmənin mövqeyi tamamilə əsassızdır və qərardad ləğv edilməlidir. Göründüyü kimi cavabdeh qarşılıqlı iddianın mahiyyəti üzrə baxılmasını tələb etdiyi halda məhkəmə əsas iddia ilə birlikdə qarşılıqlı iddianı geri qaytarmışdır. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən qarşılıqlı iddia müstəqil iddia hesab olunur və əsas iddianın geri götürülməsi qarşılıqlı iddianın geri götürülməsinə əsas vermir. Bakı şәhәri Suraxanı Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәrardadı ilә şikayәt tәmin edilmәmiş vә baxılması üçün iş materialları ilә birlikdә Bakı Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. Birinci instansiya mәhkәmәsi şikayәti tәmin etmәyәrkәn qәnaәtindә göstәrib ki, iddiaçı tərəf məhkəmə iclasında iştirak etmədiyindən qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilibedilməməsi məsələsi müzakirə olunmamış və ilkin iddia ərizəsinin geri qaytarılması tələb olunduğundan qarşılıqlı iddia ərizəsi də icraata qəbul olunmadan geri qaytarılmışdır. Bundan əlavə məhkəmə cavabdeh tərəfin nəzərinə çatdırır ki, qarşılıqlı iddia ərizəsinin geri qaytarılması cavabdeh tərəfi müstəqil iddia qaldırmaq hüququndan məhrum etmir. Hazırda cavabdeh tərəfindən qərardaddan şikayət verilsə də, şikayətdə yalnız tərəfin hüquqlarının pozulduğu qeyd olunaraq qərardadın ləğvi üçün yeni əsaslar göstərilməmişdir. Yəni hazırkı halda qərardadın ləğvi üçün əsaslar mövcud deyildir. İşdә iştirak edәn şәxslәrә şikayәtә yazılı icraat qaydasında baxılacağı barәdә mәhkәmә bildirişi göndәrilmiş vә onlarda olan bütün sübutların, elәcә dә şikayәtә dair etiraz vә ya izahatlarının tәqdim edilmәsi tәklif edilmiş, lakin işdә iştirak edәn şәxslәr tәrәfindәn sübut, etiraz vә ya izahat mәhkәmәyә tәqdim edilmәmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Birinci instansiyası mәhkәmәsi qәnaәtini әsaslandırarkәn Mülki Prosessual Mәcәllәnin 170-ci maddәsinә vә “Ərizәnin baxılmamış saxlanılması barәdә qanunvericiliyin mәhkәmәlәr tәrәfindәn tәtbiq edilmәsi tәcrübәsi haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun 2011-ci il ## #### tarixli Qәrarına istinad etmişdir. Mülki Prosessual Mәcәllәnin 170-ci maddәsinin mәzmunundan da göründüyü kimi, mahiyyәt etibarilә hәmin normada sadalanan qәrardadlar məhkəmə baxışına hazırlığın icraatını dayandırmaq (maddə 254 və 255), iş üzrə icraata xitam vermək (261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələr) və iddiaçının vəsatəti ilə ərizəni qaytarmaq barәdә qәbul olunan qәrardadlardır. Hazırki işin hallarından, elәcә dә birinci instansiya mәhkәmәsinin qәrardadından da göründüyü kimi, iddiaçı әrizәsinin qaytarılması barәdә vәsatәtlә mәhkәmәyә müraciәt etmiş, mәhkәmә isә iddia әrizәsinin qaytarılması barәdә qәrardad qәbul etmiş vә bu mövqeyini ilk iddia ilә yanaşı qarşılıqlı iddiaya münasibәtdә dә tәtbiq etmişdir. Birinci instansiya mәhkәmәsinin bu qәnaәti anlaşılan olmayıb. Çünki iddia әrizәsinin qaytarılmasının, qarşılıqlı iddianı da qaytarılmalı olduğunu şәrtlәndirmәsinin prosessual hüquqi әsası mövcud deyil. Mәhkәmәnin qarşılıqlı iddianın icraata qәbul edilib-edilmәmәsi mәsәlәsinin işdә iştirak etmәyәn iddiaçı ilә müzakirә olunmadığını qeyd etmәklә dә nәyi nәzәrdә tutduğu bәlli olmur. Üstәlik qarşılıqlı iddia ərizəsinin geri qaytarılması cavabdeh tərəfi müstəqil iddia qaldırmaq hüququndan məhrum etmir qәnaәti dә ziddiyyәtli yanaşma sayılır. Çünki qarşılıqlı iddia verilibsә vә qarşılıqlı iddiaçı onun geri qaytarılmasını tәlәb etmirsә, demәk ki, bu iddia da elә müstәqil iddia sayılır. Bir dә ki,qarşılıqlı iddiaçı eyni iddianı niyә әlavә әmәk vә zәhmәt çәkib yenidәn vermәk mәcburiyyәtindә qalmalıdır. Əlbәtdә ki, bu ritorik sual kimi sәslәnsә dә mәhkәmә qәrarında ortaya çıxacaq bu arqumentә dә münasibәt bildirmәli idi. Göstәrilәnlәrә әsasәn, şikayәt tәmin edilmәli, Bakı şәhәri Suraxanı Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qәrardadı lәğv edilmәli vә növbәti prosessual hәrәkәtlәrin yerinә yetirilmәsi üçün iş hәmin mәhkәmәyә göndәrilmәlidir. Mülki Prosessual Mәcәllәnin 398.0 vә 398.0.2-ci maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi şikayәtә baxıb qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib, işi birinci instansiya mәhkәmәsinә göndәrmәk hüququ vardır. Hәmin Mәcәllәnin 399-cu maddәsinә әsasәn, birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Şәrh olunanlara әsasәn vә Mülki Prosessual Mәcәllәnin 398.0.2, 399, 400-cü maddәlәrini rәhbәr tutaraq, apellyasiya instansiya mәhkәmәsi q ə r a r a a l d ı: Şikayәt tәmin edilsin. Bakı şәhәri Suraxanı Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qәrardadı lәğv edilsin vә növbәti prosessual hәrәkәtlәrin yerinә yetirilmәsi üçün iş hәmin mәhkәmәyә göndәrilsin. Qәrardad çıxarıldığı andan qanuni qüvvәyә minir. Qәrardaddan şikayәt verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar