Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3524/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh7 və cavabdeh8 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və sair tələbinə dair mülki iş üzrə Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından cavabdeh cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından cavabdeh cavabdeh5 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh7 və cavabdeh8 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 106.30 kv.m olan qeyri-yaşayış sahəsinə dair ##.##.2025- ci il tarixli, reyestrdə 2V** nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, cavabdeh6, cavabdeh5, cavabdeh3, cavabdeh4 və İddiaçı adına ********** qeydiyyat nömrəli ##.##.2025-ci il tarixdə qeydə alınmış çıxarışın ləğv edilməsi və X2 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov, 38 ünvanında yerləşən ümumi sahəsi 106.30 kv.m olan qeyri-yaşayış sahəsinin 6/10 hissəsinə İddiaçı payın müəyyən edilməsi; ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 74.2 kv.m olan qeyri-yaşayış sahəsinə dair ##.##.2025-ci il tarixli, reyestrdə 2V-** nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, cavabdeh6, cavabdeh5, cavabdeh3, cavabdeh4 və İddiaçı adına ********** qeydiyyat nömrəli ##.##.2025-ci il tarixdə qeydə alınmış çıxarışın ləğv edilməsi və X2 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov, 38 ünvanında yerləşən ümumi sahəsi 74.2 kv.m olan qeyri-yaşayış sahəsinin 6/10 hissəsinə İddiaçı payın müəyyən edilməsi; Sumqayıt şəhəri “Samurünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsi dair ##.##.2025-ci il tarixli, reyestrdə 2V-** nörmə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, cavabdeh6, cavabdeh5, cavabdeh3, cavabdeh4 və İddiaçı adma ********** qeydiyyat nömrəli ##.##.2025-ci il tarixdə qeydə alınmış çıxarışın ləğv edilməsi və X2 miras qalmış Sumqayıt şəhəri “Samur-ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsinin 6/10 hissəsinə İddiaçı payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsi ilə iddia təmin edilərək, ##.##.2024-cü il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 106.3 kv.m olan qeyri-yaşayış sahəsinə dair cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3 və İddiaçı adına verilmiş 2V-** reyestr nömrəli, ##.##.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 106.3 kv.m olan qeyri-yaşayış sahəsinə dair iddiaçı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ##.##.2025-ci il tarixdə 011011000607-05101-083008 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə aparılmış qeyd və onun əsasında verilmiş çıxarış ləğv edilməsi, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 106.3 kv.m olan qeyri-yaşayış sahəsinə dair iddiaçı İddiaçı 6/10 hissədə, cavabdeh6 1/10 hissədə, cavabdeh5 1/10 hissədə, cavabdeh4 1/10 hissədə, cavabdeh3 1/10 hissədə qanun üzrə vərəsəlik payları müəyyən edilməsi, ##.##.2024-cü il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 74.2 kv.m olan qeyri-yaşayış sahəsinə dair cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3 və İddiaçı adına verilmiş 2V-** reyestr nömrəli, ##.##.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 74.2 kv.m olan qeyri-yaşayış sahəsinə dair iddiaçı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ##.##.2025-ci il tarixdə 011011000607-05101-083007 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə aparılmış qeyd və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 74.2 kv.m olan qeyri-yaşayış sahəsinə dair iddiaçı İddiaçı 6/10 hissədə, cavabdeh6 1/10 hissədə, cavabdeh5 1/10 hissədə, cavabdeh4 1/10 hissədə, cavabdeh3 1/10 hissədə qanun üzrə vərəsəlik payları müəyyən edilməsi, ##.##.2024-cü il tarixdə vəfat etmiş X2 miras qalmış Sumqayıt şəhəri, “Samur-ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsinə dair cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3 və İddiaçı adına verilmiş 2V-** reyestr nömrəli, ##.##.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, Sumqayıt şəhəri, “Samur-ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsinə dair iddiaçı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ##.##.2025-ci il tarixdə 30901301**06 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə aparılmış qeyd və onun əsasında verilmiş çıxarış ləğv edilməsi, Sumqayıt şəhəri, “Samurünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsinə dair iddiaçı İddiaçı 6/10 hissədə, cavabdeh6 1/10 hissədə, cavabdeh5 1/10 hissədə, cavabdeh4 1/10 hissədə, cavabdeh3 1/10 hissədə qanun üzrə vərəsəlik payları müəyyən edilməsi qət edilmişdir.
3. Cavabdeh cavabdeh5 nümayəndəsi və vəkili nümayəndə1 “Elektron kabinet” vasitəsilə iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh5 nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
5. Cavabdeh cavabdeh5 nümayəndəsi və vəkili nümayəndə1 həmin qərardaddan şikayət verərək, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasia Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından cavabdeh cavabdeh5 nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır.
7. Qərardadın əsaslarına görə, şikayət qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılmalıdır. Məhkəmə qeyd etmişdir ki, şikayətin verilməsi üçün nəzərdə tutulmuş on günlük müddətin axımı qərardadın tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. Cavabdeh cavabdeh5 nümayəndəsi və vəkili nümayəndə1 prosessual qanunvericiliyin tələbinə əsasən qərardadı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirildiyi ## ### 2026-cı il tarixdə rəsmi qaydada almış hesab edilir. Göründüyü kimi, cavabdehin nümayəndəsi və vəkili nümayəndə1 şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş 10 günlük müddəti buraxmış və ## ### 2026-cı il tarixdən 10 gün müddətində qərardaddan şikayət verməmişdir. Yəni, cavabdeh ##.##.2026-cı il tarixdə məhkəmə qərardadını aldığına görə, o, ən geci ## ### 2026-cı il tarixdə (saat iyirmi dördə qədər) qərardaddan şikayətini elektron qaydada göndərməli idi. Lakin, cavabdehin nümayəndəsi və vəkili nümayəndə1 şikayəti ## #### 2026-cı il tarixdə “Elektron kabinet” vasitəsilə göndərməklə qanunla nəzərdə tutulmuş 10 günlük prosessual müddəti ötürmüşdür. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından cavabdeh cavabdeh5 nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş şikayət qanunvericiliklə nəzərdə tutulmuş qaydada verilmədiyindən geri qaytarılmalıdır.
8. Həmin qərardaddan cavabdeh cavabdeh5 şikayətverərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasia Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsini xahiş etmişdir.
9. Şikayətin dəlillərinə görə, cavabdeh cavabdeh5 birinci instansiya məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadında qeyd edilən dəlilləri ilə razılaşmayıb, ona görə ki, əvvəlki şikayətə əlavə edilmiş “Məhkəmə bildirişi”ndən gönürür ki, sözügedən qətnamənin EMS-nə yerləşdirilməsi barədə məlumat ## ##### 2026-cı il tarixdə, saat 19.05-də vəkil nümayəndə2 EMS-dəki kabinetinə gəlmiş, o, isə həmin məlumatı ## ##### 2026-cı il tarixdə, saat 13.16-da oxumuşdur. Deməli, apellyasiya şikayəti verilən qətnamə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə müvafiq olaraq vəkil nümayəndə2 ## ##### 2026-cı il tarixdə rəsmi qaydada verilmiş, vəkil və nümayəndə nümayəndə1 isə qanunla nəzərdə tutulmuş müddətdə, yəni qətnamənin rəsmi qaydada verilməsindən 1 ay ərzində, ## ### 2026-cı il tarixdə apellyasiya şikayəti vermişdir. Bu halda apellyasiya şikayəti heç bir halda geri qaytarıla bilməzdi, ona görə ki, qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülməmişdir. Bunun əksi olsaydı, təbii ki, ötürülmüş prosessual müddətin bərpası üçün vəsatət də verərdilər. Beləliklə, cavabdeh cavabdeh5 (nümayəndəsi vasitəsilə) hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini ## ##### 2026-cı il tarixdə rəsmi qaydada almış, qanunla nəzərdə tutulmuş müddəti ötürmədən yeni nümayəndəsi və vəkili vasitəsilə ## ### 2026-cı il tarixdə apellyasiya şikayəti vermiş, lakin məhkəmə əsassız və qanunsuz olaraq apellyasiya şikayətini prosessual müddətin ötürülməsi əsası ilə geri qaytararaq, bu barədə ## ### 2026-cı il tarixli qərardad qəbul etmişdir. Birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə də razılaşmır, ona görə ki, ## ### 2026-cı il tarixli qəradaddan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürməmişlər. Belə ki, birinci instansiya məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadının EMS-də yerləşdirilməsindən vəkil nümayəndə1 məlumatsız olmuşdur. Yəni həmin qərardad barədə EMS-nin “BILDIRIŞLƏRIM” qrafasında, elektron poçt və ya SMS məlumatı mövcud deyil. Apellyasiya şikayətinin sonrakı gedişatında uzun müddət məlumat olmadığından ## #### 2026-cı il tarixdə Məhkəmə Çağrı Mərkəzi vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi ilə əlaqə saxlamış və yalnız bundan sonra məlumat almışlar ki, apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.5ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Qanunun mənasından görünür ki, məhkəmə sənədinin EMS-nə yerləşdirilməsi hələ həmin sənədin rəsmi qaydada verilməsi hesab edilmir. Məhkəmə sənədi o halda rəsmi qaydada verilmiş hesab edilir ki, sənəd EMS-nə yerləşdirilərək bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) iştirak edən şəxsə çatdırılsın. Başqa sözlə adı çəkilən prosessual maddə sənədin işdə iştirak edən şəxsə rəsmi qaydada verilməsinə dair 2 qayda nəzərdə tutur: 1. Sənədin işdə iştirak edən şəxsin EMS-də olan kabinetinə yerləşdirilməsi; 2. Sənədin işdə iştirak edən şəxsin EMS-də olan kabinetinə yerləşdirilməsindən sonra bu barədə ona elektron poçt, SMS və sairlə məlumat verilməsi. EMS-də iştirak edən şəxslər (vəkillər) üçün 4 məlumat qrafası var: 1. Məhkəmə işlərim; 2. Müraciətlərim; 3. Iclaslarım; 4. Bildirişlərim. Sonuncu “BILDIRŞLƏRIM” qrafasında məhkəmə bildirşləri, o cümlədən məhkəmə işləri barədə məlumatlar, məhkəmə aktının qəbul edilməsi, məhkəmə aktının EMS-nə yerləşdirilməsi və sair barədə məlumatlar toplanır. Bu isə o deməkdir ki, işdə iştirak edən şəxs – vəkil və nümayəndə məhkəmə aktının EMS-nə yerləşdirilməsi barədə həmin “BILDIRŞLƏRIM” qrafasında tanış olur və ya ona bu barədə SMS və elektron poçt vasitəsilə məlumat daxil olur. ## ### 2026-cı il tarixli qərardadın qəbul edilməsi və vəkil-nümayəndə nümayəndə1 EMS-dəki kabinetinə yerləşdirilməsi barədə elektron poçt, SMS və yaxud da EMS-nin “BILDIRŞLƏRIM” qrafasında məlumat olmadığından hansı vaxtda EMS-nə yerləşməsindən asılı olmayaraq sənədin rəsmi qaydada verilməsi ## #### 2026-cı il tarixdən, yəni Məhkəmə Çağrı Mərkəzinin “887” nömrəli telefon vasitəsilə qərardadın mövcudluğu haqqında məlumatın alınması günündən hesablanmalıdır. Bu halda isə ## ### 2026-cı il tarixli qərardaddan verilmiş şikayət də qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülmədən verilmiş olsa da, məhkəmə hazırda şikayət verdikləri ## #### 2026-cı il tarixli qərardadı qəbul edərək təkrar səhvə yol vermişdir. Birinci instansiya məhkəməsi ## #### 2026-cı il tarixli qərardadında ## ### 2026-cı il tarixli qərardaddan verdiklərin şikayətin dəlillərinə, o cümlədən məhkəmə aktının işdə iştirak edən şəxsə rəsmi qaydada verilməsini tənzimləyən Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinin tələblərinə cavab verməyən dəlillərinə və sairə qiymət verməmiş, nəticədə cavabdehin ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Ona görə də, hesab edir ki, 14 may və ## #### 2026-cı il tarixli qərardadlar ləğv edilməli və apellyasiya şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadına əsasən şikayət təmin edilməyərək, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Maddə 129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.2. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: Maddə 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə. Maddə 396.1. Şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ## ### 2026-cı il tarixində iş üzrə tərəflərin, o cümlədən cavabdeh cavabdeh5 nümayəndəsi və vəkili nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinetlərinə” yerləşdirilmişdir.
13. Qərardaddan şikayət verilməsi üçün 10 gün müddət hesablandığından bu halda müddətin sonuncu günü ## ### 2026-cı ildir (## ### 2026-cı il qeyri-iş gününə təsadüf etdiyindən).
14. Lakin həmin qərarddadan cavabdeh cavabdeh5 nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən ## #### 2026-cı il tarixində apellyasiya şikayəti verilmişdir, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından cavabdeh cavabdeh5 nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır.
15. Hazırki şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadının EMS-də yerləşdirilməsindən vəkil nümayəndə1 məlumatsız olmuşdur. Yəni həmin qərardad barədə EMS-nin “BILDIRIŞLƏRIM” qrafasında, elektron poçt və ya SMS məlumatı mövcud deyil. Apellyasiya şikayətinin sonrakı gedişatında uzun müddət məlumat olmadığından ## #### 2026-cı il tarixdə Məhkəmə Çağrı Mərkəzi vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi ilə əlaqə saxlamış və yalnız bundan sonra məlumat almışlar ki, apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edilmişdir. ## ### 2026-cı il tarixli qərardadın qəbul edilməsi və vəkil-nümayəndə nümayəndə1 EMS-dəki kabinetinə yerləşdirilməsi barədə elektron poçt, SMS və yaxud da EMS-nin “BILDIRŞLƏRIM” qrafasında məlumat olmadığından hansı vaxtda EMS-nə yerləşməsindən asılı olmayaraq sənədin rəsmi qaydada verilməsi ## #### 2026-cı il tarixdən, yəni Məhkəmə Çağrı Mərkəzinin “887” nömrəli telefon vasitəsilə qərardadın mövcudluğu haqqında məlumatın alınması günündən hesablanmalıdır. Bu halda isə ## ### 2026-cı il tarixli qərardaddan verilmiş şikayəti də qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülmədən verilmiş olsa da, məhkəmə hazırda şikayət verdikləri ## #### 2026-cı il tarixli qərardadı qəbul edərək təkrar səhvə yol vermişdir.
16. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
17. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qərardadı tərəflərin “Elektron kabinet”lərinə ## ### 2026-cı il tarixində yerləşdirilməklə rəsmi qaydada verilmiş hesab olunmuş, həmin tarixdən də müvafiq prosessual müddətin axımı başlanmışdır.
18. Buna görə də, birinci instansiya məhkəməsi cavabdeh cavabdeh5 nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətini geri qaytarmaqla haqlı mövqedə olmuşdur.
19. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
20. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından cavabdeh cavabdeh5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.