Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3548/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi və binanın əvvəlki vəziyyətinin bərpa edilməsi) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Işin halları 1.
2. Fövqəladə Hallar Nazirliyinin Sabunçu Rayon Icra Hakimiyyətinə ünvanladığı ##.##.2025 və ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Sabunçu rayonu, ünvan 5 Rezidens 2) ünvanında yaşayan iddiaçı1 tərəfindən, Eldar Xəlilov küçəsi, bina 1B ünvanında 10-cu mərtəbədə eyvanda əlavə artırma işlərinin aparılması barədə Fövəqəladə Hallar Nazirliyinin “112 Çevik reaksiya idarəsi”nə ünvanlanmış müraciətə baxılaraq göstərilən faktın təsdiqinin tapıldığı qeyd olunmuşdur.
3. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsinin ##.##.2025 və ##.##.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış binasında ** nömrəli mənzilin eyvanında layihədənkənar tikinti işlərinin aparılması haqqında Həsən Bədəlovun Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli elektron müraciətinə baxılmış, əməkdaşları tərəfindən yerində baxış zamanı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi, bina 1B ünvanında yerləşən yaşayış binasında ** nömrəli mənzilin eyvanında inşa edilən əlavə otağın bir müddət öncə aidiyyəti qurumlar tərəfindən görülmüş tədbirlər nəticəsində qismən söküldüyü müşahidə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2014-cü il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları"nın və Azərbaycan Respublikası Prezidentinin ## ###### 2014-cü il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"na tələblərinə uyğun olaraq müvafiq tədbirlərin görülməsini, nəticəsi barədə müraciət müəllifinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsinə 7 (yeddi) gün müddətində məlumat verilməsi xahiş edilmişdir.
4. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nizamnaməsindən görünür ki, "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (bundan sonra "Cəmiyyət" adlandırılacaq) müstəqil təsərrüfat subyekti olmaqla Bakı şəhəri, Sabunçu rayonu, məhəllə Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi, ev 1, 1A, 1B Yeni qaydalarla: AZ1132, ünvan 4 ünvanında yerləşən yaşayış binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının "Mülki Məcəlləsinə, Azerbaycan Respublikasının "Mənzil Məcəlləsi"nə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir. 1.2 Cəmiyyət bu Nizamnamədə müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar esasında birləşmiş sahə mülkiyyətçilərinin təşəbbüsü ilə yaradılmış könüllü. özünüidarəedən, oz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyrikommersiya təşkilatı olan hüquqi şəxsdir. 1.3. Çoxmənzilli binada yerləşən qeyri yaşayış sahələrinin mülkiyyətçiləri cəmiyyətin üzvü ola bilərlər. 2.1. Cəmiyyətin yaradılmasının əsas məqsədi yaşayış binasını birgə idarə etmək, binanın Ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etməkdən ibarətdir.
5. Iş materiallarında olan fotoşəkillərdən görünür ki, cavabdehə məxsus mənzilin eyvanında əlavə otaq inşa edilmişdir.
6. Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışın surətindən görünür ki, “xxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin qanuni təmsilçisi Cavabdehdur.
7. ##.##.2020-ci il tarixli “Sabunçu-5” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin ümumi yığıncağının qərarından görünür ki, cəmiyyətin adı “xxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə dəyişdirilmişdir.
8. ##.##.2023-cü il tarixli “xxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin ümumi yığıncağının protokolundan çıxarışdan görünür ki, Cavabdeh, X1 və X4 “xxxx” MMMCnin Mənzil Mülkiyyətçilərinin Idarə heyətinin üzvü seçilmişlər.
9. ##.##.2023-cü il tarixli “xxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin idarə heyətinin yığıncağının qərarından görünür ki, Cavabdeh “xxxx” MMMC-nin Mənzil Mülkiyyətçilərinin Idarə heyətinin sədri seçilmişdir.
10. “xxxx” MTK (satıcı) ilə iddiaçı1 (alıcı) arasında bağlanmış ** nömrəli ##.##.2016-cı il tarixli mənzilin alqı-satqısı müqaviləsinə əsasən "xxxx" MTK E.Xəlilov (S.Qocayev ***) saylı küçəsində inşa edilən (inşa edilmiş) 3 girişli 13 mərtəbəli yaşayış binasında giriş 1A, mərtəbə 4, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın iç hissəsindən hesablanmaqla) 60.47 kv.m. ibarət 1 otaqlı, ** №-li təmirsiz mənzili Alıcıya təhvil verməyi, Alıcı isə bunun qarşılığında MTK -ya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür.
11. ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 7 ünvanında yerləşən mənzil iddiaçı2 xüsusi mülkiyyətindədir.
12. ##.##.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 6 ünvanında yerləşən mənzil iddiaçı3 xüsusi mülkiyyətindədir.
13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin **/*** nömrəli ##.##.2026-cı il tarixli rəyindən görünür ki, ünvan 3 ünvanında cavabdeh Cavabdeh tərəfindən ev 1B, ** saylı mənzilin eyvanında aparılmış yenidənqurma işlərinə dair müvafiq təşkilatlardan icazə sənədləri və texniki şərtlərə dair zəruri sənədlər mülki iş materiallarında olmadığından, sözügedən eyvan üzrə aparılmış tikinti və təmir işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2. bəndlərinin, Azərbaycan Respublikası Şəhərsalma Məcəlləsinin 74 və 79-cu maddələrinin, eləcə də Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23-26-cı maddələrinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Tədqiq olunan eyvanın sahəsinin 15.0 kv.metr artırıldığı, döşəməsinə metlax vurulduğu, bir divarının hörüldüyü, fasadda açıq görünən hissəsinin hörüldüyü, bir divarında plastik materialdan qapı və pəncərələr quraşdırıldığı müşahidə edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
14. Iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və binanın əvvəlki vəziyyətinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanlı mənzilin balkonunda cavabdeh tərəfindən aparılmış qanunsuz tikinti işlərinin cavabdehin hesabına sökülməsi və binanın əvvəlki layihə görünüşünün bərpa edilməsi, məhkəməyə iddia verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun və hüquq xidmət ilə bağlı vəkilə ödənilmiş 700 manat məbləğində pulun cavabdehdən tutulub iddiaçıların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
15. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cəmiyyətin sədri Cavabdeh kommendantlarla əlbir olub, öz vəzifələrindən sui-istifadə edərək 2024-cü ilin avqust ayında Bakı şəhəri Sabunçu rayonu Eldar Xəlilov küçəsi ev 1B mənzil 33-də özünə məxsus mənzilin balkonunda qeyri-qanuni şəkildə özbaşına (qanunsuz) dəmir-beton işləri apararaq əlavə bir otaq etmək məqsədilə genişləndirmişdir ki, bu da binanın ümumi memarlıq üslubuna və əsas yükdaşıyıcı konstruksiyalarına dəyişikliklə nəticələnmişdir. Halbuki, edilmiş dəyişiklik ümumilikdə binanın dayanıqlığı (binanın dayanıqlığının zəifləməsi) baxımından təhlükə yaradıb-yaratmaması, konstruksiya sahəsi üzrə mütəxəssislər (konstruktor) tərəfindən müayinə və xüsusi hesablamalar aparıldıqdan sonra müəyyənləşdirilə bilər. Iddiaçılar tərəfindən cavabdehə dəfələrlə binanın görünüşünün pozulmasını və binanın dayanıqlığına təhlükə olduğunu bildirsəkdə buna məhəl qoymamış daha da üstünə qoyaraq plan-sxemdə nəzərdə tulumuş otaq sayından əlavə otaq inşa etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X10 Agentliyinin ## ###### 2025-ci il tarixli mətubundan da görsənir ki fakt öz təsdiqini tapıb. Bakı şəhər Sabunçu rayon Icra Hakimiyyətinin əməkdaşlarının monitorinqi zamanı həmin ünvanda tikinti işləri zamanı şəhərsalma qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması müəyyən edilmişdir. Cavadehə bu barədə xəbərdar edilsə də, lakin tikilini sökməmiş binanın görünüşünü əvvəlki vəziyyətə gətirməmişdir.
16. Cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixdə məhkəməyə iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar X2 və qeyriləri Sabunçu rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək qanunsuz tikintinin sökülməsi və binanın əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Hesab edir ki, iddia tələbi əsassız və qanusuzdur və aşağıda göstərilən səbəblərə görə rədd olunmalıdır. Iddiaçılar iddia ərizəsində qeyd edirlər ki, guya o özünə məxsus mənzilin balkonunun qeyri qanuni şəkildə genişləndirərək dəmir beton işləri apararaq əlavə bir otaq etmək məqsədilə genişləndirmiş, bu da binanın ümumi memarlıq üslubuna və əsas yükdaşıyıcısı konstruksiyalarına dəyişikliklə nəticələnmişdir. Iddiaçıların iddia ərizəsində qeyd edilənlər yalandır, belə ki, o həmin binada qeyri qanuni olaraq demir beton işləri əlavə bir otaq etmək məqsədilə genişləndirmə işləri etməmiş, binanın ümumi memarlıq üslubuna və əsas yükdaşıyıcı konstruksiyalarına dəyişiklik etməmişdir. Bildirmək istəyir ki, yuxarı mərtəbələrdən zibil tullantılarının qarşısını almaq üçün, toz torpağın qarşısını almaq məqsədilə, habelə təmizlik məqsədilə öz eyvanının qabağını açılıb bağlanan şüşə ilə bağlamışdır. Balkonun aşağı hissəsi isə əvvəlcədən diklə örtülü idi. Mən də həmin dlikin üzərində səliqə səhman yaratmışdır. Onu da qeyd etmək istəyir ki, iddiaçıların ona qarşı belə bir iddia tələbi qaldırmağa subyektiv hüquqları yoxdur. Cavabdehlərdən iddiaçı3 həmin küçənin 1 A saylı binasında, Bədəlov Həsən həmin küçənin * saylı binasında, iddiaçı1 isə həmin binanın 1 A saylı binasında yaşayırlar. O isə həmin küçənin 1 B saylı binasında yaşayır. Göründüyü kim həmin küçədə ayrı-ayrı 3 bina vardır və yaşadığı binada cavabdehlər yaşamırlar, onun mənzilinin eyvanına onların nə aidiyyatı vardır? Onlar bu işə qarışa biməzlər, ona qarşı iddia tələbi qaldırmağa heç bir hüquqları yoxdur. Belə olan halda hesab edir ki, idida tələbi əsassız olduğundan cavabdehlərin subyektiv hüquqları olmadığından rədd olunmalıdır. Məhkəməyə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçıların irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü sözügedən eyvanın iddiaçılara aidiyüatı yoxdur. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Işin yuxarıda sadalanan hallarını nəzərə almaqla hesab edir ki, iddiaçıların hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Ona görə də onların iddia tələbləri əsassız olduğundan rədd olunmalıdır.
18. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və binanın əvvəlki vəziyyətinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi, məhkəmə xərclərinin iddiaçılara aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun iddiaçılardan müştərək qaydada tutularaq X11, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ01360100000000003944, SFIFT BIK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 71.2, 74.1, 74.2, 79.1, 79.1.1, 79.1.2., 79.1.3., 79.1.4., 79.1.5., 79.1.6., 79.1.7., 79.1.8., 79.1.9., 79.1.10., 79.1.11., 79.2, 95.1, 95.1.1., 95.1.2., 95.1.3., 95.1.3-1., 95.1.4., 95.2, 95.3, 95.3-1., 95.4, 95.5, 95.6, 95.7-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2-ci bəndlərinə, Azərbaycan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.1, 23.2., 24.1, 24.2, 24.2.1., 24.2.2., 24.2.3., 24.2.4., 24.2.5., 24.2.6., 24.2-1, 24.3, 24.4, 24.5, 24.6, 25.1, 25.1.1, 25.1.2, 25.1.3, 25.1.4, 25.1.5, 25.1.6, 25.2, 25.3, 26.1, 26.2, 27.1, 27.2, 27.2.1., 27.2.2., 27.3, 27.4, 27.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.4-cü maddələrinə, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında Azərbaycan Respublikasının MPM-nın 14.2, 77.1, 88, 119.1, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamədən iddiaçılar ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayətləri ayrı-ayrılıqda verilsə də, eyni məzmunlu olmaqla onunla əsaslandırılmışdır ki, işə baxılması zamanı təqdim edilmiş sübutlarla, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyilə, Fövqəladə Hallar Nazirliyinin, Sabunçu Rayon Icra Hakimiyyətinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsinin məktubları ilə cavabdeh tərəfindən aparılmış tikinti işlərinin qanunsuz olduğu, müvafiq icazə sənədlərinin mövcud olmadığı və aparılmış yenidənqurma işlərinin şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğun gəlmədiyi tam təsdiq edilmişdir. Bundan əlavə, məhkəmə iclasında cavabdeh də eyvan hissəsində dəyişikliklərin aparıldığını və həmin tikilinin sökülməsini istəmədiyini bildirməklə faktiki olaraq tikinti işlərinin aparıldığını etiraf etmişdir. Buna baxmayaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə qətnaməsində bir tərəfdən cavabdeh tərəfindən aparılmış tikinti işlərinin qanunvericiliyin tələblərinə uyğun olmadığını, müvafiq icazələrin mövcud olmadığını və qanunsuz yenidənqurma aparıldığını müəyyən etmiş, digər tərəfdən isə iddiaçıların guya subyektiv hüquqlarının pozulmamasını əsas gətirərək qanunsuz tikilinin sökülməsi barədə iddianın təmin edilməsindən imtina etmişdir. Məhkəmə belə hesab etmişdir ki, iddiaçılar cavabdehlə eyni blokda yaşamadıqları üçün onların hüquqları pozulmamışdır. Bu nəticə qanunvericiliyin mahiyyətinə uyğun deyildir. Iş materiallarından görünür ki, həm iddiaçılar, həm də cavabdeh eyni yaşayış kompleksinin, eyni Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin üzvləridir. Qətnamənin özündə də göstərilmişdir ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Bakı şəhəri, Sabunçu rayonu, Eldar Xəlilov küçəsi 1, 1A və 1B binanın ümumi idarə olunması məqsədilə yaradılmışdır. Bundan əlavə, iddiaçı3 və iddiaçı2 həmin MMMC-nin idarə heyətinin üzvləri seçilmişlər. Deməli, məhkəmənin "ayrı blokda yaşayırlar" arqumenti hüquqi baxımdan həlledici hesab edilə bilməz. Çünki mübahisə qonşuluq münasibətindən deyil, ümumi əmlakın, təhlükəsizliyin və çoxmənzilli yaşayış binasının layihə bütövlüyünün qorunmasından irəli gəlir. Hesab edir ki, bu nəticə nəinki maddi hüquq normalarına, eyni zamanda Mülki Prosessual Məcəllənin əsas prinsiplərinə də tam ziddir. Belə ki, əgər məhkəmə həqiqətən hesab edirdisə ki, iddiaçıların ümumiyyətlə bu iddianı qaldırmaq hüququ yoxdur və onların hüquqları pozulmamışdır, bu halda məhkəmə iddia ərizəsini mahiyyəti üzrə araşdırmamalı idi. Lakin məhkəmə hazırkı iş üzrə iddia ərizəsini icraata qəbul etmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində tikinti-texniki ekspertizası təyin etmiş; ekspert qarşısında məhz mübahisənin mahiyyətinə aid olan suallar qoymuşdur. Əgər məhkəmə əvvəlcədən iddiaçıların subyektiv hüquqlarının olmadığını hesab edirdisə, o zaman ekspert qarşısında aşağıdakı məzmunlu sualların qoyulmasının heç bir prosessual zərurəti yox idi. (qoyulmuş suallar aparılmış tikinti layihəyə uyğundurmu,tikinti özbaşınadırmı,qanunvericiliyin tələblərinə cavab verirmi,tikinti üçün müvafiq icazələr alınıbmı?) Çünki subyektiv hüququ olmayan şəxsin iddiası üzrə mübahisənin mahiyyətinin araşdırılması prosessual baxımdan mənasız olardı. Bundan başqa birinci instansiya məhkəməsi qanunsuz tikintiyə hüquqi don geyindirməklə gələcəkdə çoxmənzilli yaşayış binalarında istənilən şəxsin layihədənkənar, icazəsiz və qanunsuz tikinti aparmasına əsas yaradacaqdır. Qanunsuz tikintinin məhkəmə qərarı ilə faktiki olaraq qorunması hüquqi dövlət prinsipinin pozulmasıdır, qanunlara əməl edən şəxslərlə qanunu pozan şəxslər arasında əsassız üstünlük yaradır. Məhkəmə nəzərə almalı idi ki, qanunsuz tikintilərin qarşısının alınması yalnız konkret bir mənzil sahibinin maraqlarının deyil, bütövlükdə çoxmənzilli yaşayış binasında yaşayan bütün mülkiyyətçilərin təhlükəsiz yaşayış hüququnun təmin edilməsinə xidmət edir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə təkcə hazırkı mübahisənin deyil, gələcəkdə oxşar qanun pozuntularının artmasına şərait yaradan təhlükəli hüquqi presedent yaradır. Məhkəmə sübutlara obyektiv, hərtərəfli və tam qiymət verməmişdir. Iş üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyi, Fövqəladə Hallar Nazirliyinin məktubları, Sabunçu Rayon Icra Hakimiyyətinin məktubları, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məktubları və cavabdehin öz izahatı qanunsuz tikintinin mövcudluğunu təsdiq etdiyi halda məhkəmə həmin sübutlardan irəli gələn hüquqi nəticəni tətbiq etməmişdir. Məhkəmə sübutları formal sadalamış, lakin onların məcmusuna hüquqi qiymət verməmişdir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Lakin qətnamədən göründüyü kimi o, qanuni və əsaslı deyildir. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlımünasibətlərinə uyğun əsaslandırılmalıdır. Lakin Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin qətnaməsindən göründüyü kimi məhkəmə sübutlara obyektiv qiymət verməmiş, sübutlar qiymətləndirilərkən yalnız cavabdeh tərəfin maraqları nəzərə alınmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər. Iddiaçı iddiaçı1 ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddianı müdafiə etdiyini bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
24. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
25. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin
26. Maddə 71.2. Tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər.
27. Maddə 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur.
28. Maddə 74.2. Bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir.
29. Maddə 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların (kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilənlər istisna olmaqla), yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin (kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilənlər istisna olmaqla); 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların (kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilənlər istisna olmaqla) və oranjereyaların; 79.1.11. mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla), yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucularının.
30. Maddə 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur.
31. Maddə 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür:
32. 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə.
33. Maddə 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.
34. Maddə 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir.
35. Maddə 95.3-1. Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.
36. Maddə 95.4. Bu Məcəllənin 95.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, 74.2-ci maddəsinə uyğun olaraq sökülür.
37. Maddə 95.5. Sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür.
38. Maddə 95.6. Tikinti obyektinin sökülməsi müvafiq layihə əsasında həyata keçirilir.
39. Maddə 95.7. Tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının:
40. 4.1. Sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» və «Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir.
41. 4.2. Şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi
42. Maddə 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir.
43. Maddə 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir.
44. Maddə 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır.
45. Maddə 24.2. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir: 24.2.1. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə; 24.2.2. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri); 24.2.3. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi; 24.2.4. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu; 24.2.5. sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsindən istifadə edən kirayəçinin bütün ailə üzvlərinin (o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin) yazılı razılığı (ərizəçi qismində bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsinə kirayə verən tərəfindən səlahiyyət verilmiş yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin kirayəçisi çıxış etdikdə); 24.2.6. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsi və ya onun yerləşdiyi bina (ev) memarlıq, tarix və mədəniyyət abidəsi olduqda, həmin yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılmasının mümkünlüyü barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi.
46. Maddə 24.2-1. Bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin X9 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X9 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
47. Maddə 24.3. Razılaşdırmanı həyata keçirən orqan bu Məcəllənin 24.2-ci maddəsi ilə müəyyən edilən sənədlərdən başqa digər sənədlərin təqdim edilməsini tələb edə bilməz. Ərizəçiyə sənədlərin siyahısı və razılaşdırmanı həyata keçirən orqan tərəfindən qəbuletmə tarixi göstərilməklə qəbz verilir.
48. Maddə 24.4. Razılaşdırma və ya razılaşdırmadan imtina haqqında qərar razılaşdırmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 24.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir.
49. Maddə 24.5. Razılaşdırmanı həyata keçirən orqan razılaşdırma barədə qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
50. Maddə 24.6. Bu Məcəllənin 24.5-ci maddəsində nəzərdə tutulmuş sənəd yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılması üçün əsasdır.
51. Maddə 25.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 25.1.1. bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 24.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 25.1.2. sənədlər müvafiq orqana deyil, digər orqana təqdim edildikdə; 25.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olmadıqda; 25.1.4. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda (həmin qonşu və ya üçüncü şəxslərin belə yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya yazılı razılıq verdiyi hallar istisna olmaqla); 25.1.5. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradırsa; 25.1.6. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi binanın xarici görünüşündə dəyişiklik edilməsini nəzərdə tutduqda belə dəyişikliyin binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyi hallarda.
52. Maddə 25.2. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtina haqqında qərar bu Məcəllənin 25.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad etməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır.
53. Maddə 25.3. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər.
54. Maddə 26.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir.
55. Maddə 26.2. Qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir.
56. Maddə 27.1. Bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir.
57. Maddə 27.2. Razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: 27.2.1. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya; 27.2.2. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir.
58. Maddə 27.3. Bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələb vaxtında yerinə yetirilmədikdə razılaşdırmanı həyata keçirən orqan həmin tələbin yerinə yetirilməsi iddiası ilə məhkəməyə müraciət etməlidir.
59. Maddə 27.4. Razılaşdırmanı həyata keçirən orqanın bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələbi ilə razılaşmayan yenidən qurulmanı və (və ya) yenidən planlaşdırılmanı həyata keçirən şəxs həmin tələbdən məhkəmə qaydasında şikayət verə bilər.
60. Maddə 27.5. Yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
61. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
64. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
65. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
66. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
67. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
68. Kollegiya qeyd edir ki, iddiaçılar tərəfindən qətnamə mübahisələndirilərək ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, hazırki halda qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
69. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Işin araşdırılmış hallarından göründüyü kimi, ünvan 3 ünvanında cavabdeh Cavabdeh tərəfindən ev 1B, ** saylı mənzilin eyvanında yenidənqurma işləri aparılmış, buna dair müvafiq təşkilatlardan icazə sənədləri və texniki şərtlərə dair zəruri sənədlər alınmamış, sözügedən eyvan üzrə aparılmış tikinti və təmir işlərinin Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Tədqiq olunan eyvanın sahəsinin 15.0 kv.metr artırıldığı, döşəməsinə metlax vurulduğu, bir divarının hörüldüyü, fasadda açıq görünən hissəsinin hörüldüyü, bir divarında plastik materialdan qapı və pəncərələr quraşdırıldığı müşahidə edilmişdir. Hazırda iddiaçılar həmin mənzilin eyvanında cavabdeh tərəfindən aparılmış qanunsuz tikinti işlərinin cavabdehin hesabına sökülməsi və binanın əvvəlki layihə görünüşünün bərpa edilməsini məhkəmədən xahiş edirlər.
71. Kollegiya ilkin olaraq qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
72. Belə ki, «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
73. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Ikinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.
74. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar.
75. Məhkəmə kollegiyası birinci instansiya məhkməsənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.
76. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına və qanunsuz aparılmış olsa da, bu iddiaçıların hazırda hüquqlarını və qanuni mənafelərini pozmur və ya onların həyat və ya sağlamlığına təhlükə yaratmır. Cavabdeh və iddiaçılar ayrı-ayrı bloklarda yaşayırlar, eyni blokda qonşu deyillər, iddiaçıların öz yaşayış sahələrindən sahiblik və istifadə etməsinə, habelə sərəncam vermək hüquqlarına hər hansı maneçilik yaratmır.
77. Kollegiya apellyasiya şikayətlərinin eyni məzmunlu olduğunu nəzərə alaraq şikayətlərin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb etmək hüquqları yoxdur. Belə ki, yuxarıda sadalanan qanunverciliyin tələblərinə əsasən razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan belə hal aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edə bilər və bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. Bu səbəbdən məhkəmə iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
78. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
79. Kollegiya məhkəmə xərclərinə münasibətdə hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədiyindən apellyasiya şikayətləriinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilməlidir.
80. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
81. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.