Məhkəmə qərarları › İş №2(3-6)-362/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-362/2026

28.04.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-362/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: əqdin etibarsız hesab edilməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının, iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh Cavabdeh nümayəndəsi Çebotaryova Cəmilə İspatovnanın və nümayəndəsivəkili vəkil2, tərcüməçi Bağırova-X2 iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ##.##.2018-ci il tarixdə səlahiyyətli orqanlara ünvanlanmış notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi ** saylı evin ** nömrəli mənzili Cavabdeh adına özəlləşməsinə və reyestrdən çıxarış almasına etiraz etmir.

2. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 009011000037-05101-****** reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi ** saylı evin ** nömrəli mənzili ##.##.2018ci il tarixdə 1118017539 qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.

3. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı ##.##.2018-ci il tarixdə verdiyi ərizəni ##.##.2024-cü il tarixdə ləğv etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardan görünür ki, iddiaçı İddiaçı və Nümayəndə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı, Cavabdeh üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024- cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları ## ###### 2020-ci il təvəllüdlü İddiaçı Davidoviç və ## ###### 2022-ci il təvəllüdlü X8 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi ** saylı evin ** nömrəli mənzilinə köçürülməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin 2018-ci ildə Cavabdeh adına özəlləşdirilməsi üzrə bağlanmış əqdin etibarsız (hökmsüz) hesab olunmasına, 2018-ci ildə onun tərəfindən verilmiş notarial razılıq əhəmiyyətli aldanma nəticəsində verildiyinə görə etibarsız hesab edilməsinə, cavabdehin qanunsuz və vicdansız hərəkətləri nəticəsində bu hüquqların pozulmasının tanınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddiaçı İddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsspublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək ##.##.2018-ci il tarixli, onun tərəfindən Cavabdeh xeyrinə verilmiş notariat sənədini aldatma yolu ilə əldə edildiyi və qanun tələblərinin pozulması ilə təsdiqləndiyi üçün etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, o, Çebotaryovlar ailəsinin beş övladından biridir. Ailələrinə sovet dövründə dövlət fondundan ünvan 1 ünvanında yerləşən mənzil verilmişdir. 2018-ci ildə qardaşı Cavabdeh qeyd olunan mənzilin özəlləşdirilməsi prosesini başladaraq ona müraciət edib ki, guya ailə üzvlərinin hamısı razılıq verib və mənzilin onun adına özəlləşdirilməsi sadəcə formal prosedurdur. O, ona həmin razılıq sənədini notariat qaydasında imzalamağı təklif edib. Qardaşına güvənərək və əsl vəziyyəti bilmədiyi üçün notarial razılıq verib. Ona yalnız 2024-cü ilin may ayında Bakı Şəhəri Nizami Rayon Məhkəməsində baxılmış *(***)-***/**** nömrəli iş üzrə məhkəmə araşdırması zamanı dəqiq məlum oldu ki, ailə üzvlərinin hamısı mənzilin özəlləşdirilınəsinə razılıq verməyib o, 2018-ci ildə notarial razılığı cavabdehin təqdim etdiyi yanlış məlumat əsasında imzalayıb. Bu aldanmanı dərk etdikdən sonra 2024-cü ildə notariusa müraciət edərək əvvəlki razılığının ləğvini təqdim edib. Hesab edir ki, Cavabdeh bu hərəkətləri bilərəkdən etmiş, məqsədli şəkildə onun mənzil hüquqlarını məhdudlaşdırmağa çalışmış və bu, vicdansız davranışdır.

9. Cavabdeh Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, hazırki mübahisə üzrə eyni tərəflər arasında, eyni əmlaka dair, eyni əsaslar üzrə daha əvvəl artıq məhkəmə baxışı həyata keçirilmiş və Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli iş üzrə qətnaməsi qəbul edilmişdir. Həmin işdə iddiaçı İddiaçı tərəfindən eyni mənzil üzrə özəlləşdirmənin guya aldatma nəticəsində baş verdiyi əsas gətirilmiş, lakin məhkəmə bu iddianı əsassız hesab edərək rədd etmişdir. Hal-hazırda bu iş üzrə qətnamə *(***)-****/**** nömrəli iş kimi Apellyasiya Məhkəməsində baxılma mərhələsindədir. Hakim Orxan İsmayılovun icraatındadır. İddiaçı İddiaçı bu iş üzrə təqdim etdiyi iddianın əvvəlcədən eyni predmeti və əsasları olan iş üzrə məhkəmə baxışı keçirildiyi üçün əsassız hesab edilərək tam şəkildə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2786/2025 nömrəli, ## ###### 2025ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

11. Məhkəmə müəyyən etmişdir ki, məhkəmə iclasında iddiaçı ərizənin məzmunundan xəbəri olmadığını bildirsə də, bunun əksi olaraq İddiaçı digər *(***)-***/**** nömrəli yekunlaşmış iş üzrə cavabdeh olduğu üçün mübahisə edilən ərizənin məzmunu barədə məlumatlı olmuşdur. Belə ki, *(***)-***/**** nömrəli mülki iş ##.##.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur və ##.##.2024-cü il tarixdə mülki iş üzrə qətnamə qəbul edilmişdir. Qeyd olunan mülki işdə İddiaçı məhkəmə iclaslarında iştirak edərək bildirmişdir ki, “mənzilin Cavabdeh adına özəlləşdirilməsinə razılıq versə də, payından imtina etməmişdir.” Lakin iddiaçı ##.##.2018-ci il tarixdə verdiyi ərizəni qətnamə qəbul edildikdən 4 ay sonra ##.##.2024-cü il tarixdə ləğv etmişdir.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı hüququnun pozulduğunu, onun dili bilmədən, ərizədə yazılanların ona tərcümə edilmədən imzalatdıqlarını qeyd etsə də, faktiki olaraq ##.##.2023-cü il tarixdən sonra məhkəmə iclaslarında dəfələrlə həmin ərizə tərcüməçinin iştirakı ilə müzakirə olunmuşdur. Odur ki, Mülki Məcəllənin 354.2-ci maddəsinin dispozisiyasında əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtdan qanunvericinin müəyyən etdiyi bir illik müddət ötürülmüş hesab edilməlidir.

13. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı İddiaçı iddia tələbinin əsası kimi hüququnun pozulduğunu, onun dili bilmədən, ərizədə yazılanların ona tərcümə edilmədən imzaladığını bildirsə də, bu halı sübuta yetirə bilməmişdir.

14. Məhkəmə öz mövqeyini Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsspublikası Mülki Məcəlləsinin 324.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 338, 354.1, 404.1-ci maddələrinə; Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsspublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsspublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına; Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il ## #### tarixli və “Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsspublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsspublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-cü il ## ###### tarixli Qərarlarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

15. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız olaraq aşağıdakıları eyniləşdirmişdir: onun notariat ərizəsinin mövcudluğu barədə məlumatlı olması; həmin ərizənin digər məhkəmə işləri çərçivəsində müzakirə edilməsi və bunları iddiaçının subyektiv yaşayış hüquqlarının pozulduğu an kimi qiymətləndirmişdir. Halbuki notariat ərizəsinin mövcudluğu barədə məlumatlı olmaq hüququn pozulması demək deyildir. ##.##.2025-ci il tarixinədək həmin ərizə onun üçün hər hansı mənfi hüquqi nəticələr doğurmamış və onun yaşayış hüquqlarının məhdudlaşdırılması üçün hüquqi əsas kimi istifadə edilməmişdir. Hüquq sənədlə tanış olunduğu anda deyil, həmin sənəd ilk dəfə olaraq şəxsin hüquqi vəziyyətini pisləşdirən real hüquqi əsas kimi tətbiq edildiyi anda pozulur. Onun hüquqlarının faktiki pozulması yalnız ##.##.2025-ci il tarixdə — notariat ərizəsinin ilk dəfə olaraq məhkəmə tərəfindən onun yaşayış hüquqlarının məhdudlaşdırılmasının mümkünlüyü üçün hüquqi əsas kimi tətbiq edildiyi anda baş vermişdir. Həmin tarixədək bu sənədin onun hüquqi vəziyyətini pisləşdirdiyini hesab etməsi üçün obyektiv və hüquqi əsaslar mövcud olmamışdır. Məhkəmənin müddətin ##.##.2023-cü ildən başlaması barədə nəticəsi özbaşına olub, qanuna və işin faktiki hallarına əsaslanmır. İddiaçı tərəfindən restitusiya tələbləri irəli sürülməmiş, notariat ərizəsi üzrə hər hansı əmlak faydası əldə edilməmiş və müstəqil əmlak nəticələri baş verməmişdir. Mübahisələndirilən sənəd aldadılma və etimaddan sui-istifadə nəticəsində alınmış birtərəfli iradə ifadəsidir və sonradan onun yaşayış hüquqlarının məhdudlaşdırılması üçün onun əleyhinə istifadə edilmişdir. ##.##.2025-ci il tarixdə o, iddia tələblərinin yazılı şəkildə dəqiqləşdirilməsi və genişləndirilməsi barədə ərizə ilə çıxış etmiş, X10 ikinci cavabdeh qismində işə cəlb edilməsi barədə vəsatət təqdim etmişdir. Həmin vəsatət iş materiallarına əlavə edilmişdir. Bu zaman iddianın predmeti dəyişdirilməmiş və əvvəlki kimi ##.##.2018-ci il tarixli notariat ərizəsinin etibarsız sayılması tələbi olaraq qalmışdır. İkinci cavabdehin cəlb edilməsi isə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün şəxslərin prosesdə iştirakının təmin edilməsi zərurəti ilə bağlı olmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarş etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. 19.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi Çebotaryova Cəmilə İspatovna və nümayəndəsi-vəkili vəkil2 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər.

Apelyasiya baxışının hədləri

20.Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsspublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 21.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. 22.Bununla belə qeyd edilməlidir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsspublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Tətbiq edilən maddi hüquq norması 23.Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsspublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

24.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair * saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsspublikası Mülki Məcəlləsinin

25.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 26.329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə,qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 27.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 28.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 29.339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 30.339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 31.339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 32.354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

33.Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsspublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsspublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsspublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” # ###### 2020-ci il tarixli Qərarına görə aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il # ###### tarixli Qərarı). 34.Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsspublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsspublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # ##### 2021-ci il tarixli Qərarı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsspublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsspublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsspublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsspublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir.

Tətbiq edilən prosessual hüquq norması

Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsspublikası Mülki- Prosessual Məcəlləsinin

35. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 36.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

37.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

38. Belə ki, işə mahiyyəti üzrə baxan məhkəmə mülki qanunvericiliyin əqdin mübahisələndirilməsi ilə bağlı müvafiq normalarını tətbiq etməklə və araşdırmanı aldatmanın olub-olmaması və s. istiqamətində aparmaqla haqlı olmuşdur.

39. Kollegiya vurğulayır ki, qanunverici, etibarsız əqdləri subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif etməklə müvafiq maddələrdə qruplaşdırmışdır. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmamasını ehtiva edir. Bu baxımdan, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu, bu iradənin lazımi formada və doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir.

40. İddiaçı məhkəməyə müraciət edərək cavabdehin əvvəldən onu aldatmaq niyyəti ilə hərəkət etdiyini, onun tərəfindən aldandığını qeyd etməklə iddia tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin 339-cu maddəsinə istinad etmişdir.

41. Məhkəmənin gəlidyi qənaəti ilə razılaşan kollegiya iş materiallarına əlavə edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, mübahisələndirilən ərizə iddiaçının sərbəst iradə ifadəsinə və qanunvericiliyin tələblərinə uyğun gələn və müəyyənləşdirilmiş qaydaları və qadağaları pozmayan formada və məzmunda tərtib edilmiş, rəsmiləşdirilən zaman hakimiyyətdən sui-istifadə, zorakılıq, hədələmə təsiri, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi halları olmamış, tərəf müqavilə azadlığı prinsipinə uyğun olaraq iradəsini ifadə etmişdir.

42. İddiaçının mübahisələndirilən ərizəni imzalaması məqsədi ilə aldadıldığı, həmin ərizənin məzmunundan məlumatlı olmadığı və ya sənədin yalan məlumatlar əsasında bağlandığı barədə dəlillər öz təsdiqini tapmamışdır. İddiaçı tərəfindən həmin halların mövcudluğunu təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, iddiaçı ümumi formada adatmadan və qarşı tərəfin qeyri-qanuni davranışlarından bəhs etsə də, həmin davranışların konkret olaraq hansı hərəkətlərdə ifadə olunduğunu izah edə bilməmişdir.

43. Bu səbəbdən məhkəmə kollegiyası hazırkı mübahisəyə kəsici müddətin tətbiq edilməsinə zərurət olmadığını qeyd edir. Belə ki, qanunvericilik tərəfindən mübahisələndirilən əqdlər üzrə müddətlərin kəsici müddət kimi müəyyən edildiyi, kəsici müddətin isə iddia müddətinin bir növü olduğu nəzərə alınmalı, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmənin təşəbbüsünə əsasən kəsici müddətin tətbiqindən (ötürülübötürülmədiyini araşdırmasından) imtina edilməlidir.

44. Kollegiya apellyasiya şikayətində göstərilən prosessual pozuntularla bağlı dəlillərə münasibətdə qeyd edir ki, iddia tələbinin həcminin artırılması və məhkəmə iclaslarında iddiaçının nümayəndəsi qismində iştirak etmiş bacısı X10 ikinci cavabdeh qismində işə cəlb edilməsi ilə bağlı vəsatətlərin birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaması barədə dəlillərə iddiaçı tərəf məhkəmə baxışı zamanı münasibət bildirmiş, həmin vəsatətləri hazırda müdafiə etmədiyini göstərmişdir. 45.İddiaçının işə baxılması zamanı icraatın aparıldığı dil haqqında qaydaların pozulduğuna dair dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı ##.##.2025-ci il tarixli hazırlıq iclasında tərcüməçi ilə təmin olunmuş, digər məhkəmə iclaslarında isə vəkili və nümayəndəsi ilə birlikdə iştirak etmişdir. Həmin iclaslarda tərcüməçinin prosesə cəlb edilməsi barədə hər hansı vəsatət verilməmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı məhkəmə baxışlarında nümayəndəsi və vəkili vasitəsilə iştirak etmiş, təqdim olunmuş sənədlərin məzmununa münasibət bildirmiş, vəsatətlər vermiş və prosessual hüquqlarından istifadə etmişdir. Bu hallar onun məhkəmə icraatının mahiyyətini və aparıldığı dili anlama imkanına malik olduğunu göstərir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud şəkildə pozulması halının mövcudluğu barədə iddiaçının dəlillərini əsaslı hesab etmir. 46.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 47.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 48.Yuxarıda göstərilənlərə əsasən və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsspublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsspublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar