Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-363/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” X5 cavabdeh Cavabdeh 1 Cavabdeh 2qarşı nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Açar sözlər: iş üzrə icraata xitam verilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6 katibliyi ilə, iddiaçı “xxxx” X5 cavabdeh Cavabdeh 1 qarşı nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh 1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı “xxxx” X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, APPLE 20W USB-C ADAPTER, IMEI KODU 354760246501549 IPHONE 16 PF MAX markalı telefon üçün 3135 manat ödənilməmiş hissə, Innovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 313,50 manat cərimə; ##.##.2024-cü il, tarixli müqaviləyə əsasən, AUX KONDISIONERI çün 697,20 manat ödənilməmiş hissə, 69,72 manat cərimə; ##.##.2023-cü il tarixli müqaviləyə əsasən, KOMBI HOFFMANN üçün 75 manat ödənilməmiş hissə, 7,50 manat cərimə, ümumilikdə 4321,52 manat borc, 63,22 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdeh 1 alınaraq “xxxx” X7nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh Cavabdeh 1 ## ######## 2025-ci il tarixində etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan e-*(***)-****/**** nömrəli kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş mülki işin iddia icraatı qaydasında araşdırılmasını xahiş etmişdir.
3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qərardadına əsasən, iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh 1 qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” barədə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 1 ##.##.2025ci il tarixli müqavilə əsasında 3135 manat ödənilməmiş hissə; ##.##.2024-cü il tarixli müqavilə əsasında 697,20 manat (altı yüz doxsan yeddi manat iyirmi qəpik) ödənilməmiş hissə və 34,86 manat cərimə; ##.##.2023-cü il tarixli müqavilə əsasında 75 manat ödənilməmiş hissə və 3,75 manat cərimə olmaqla, ümumilikdə 3945,81 manat məbləğində pul vəsaiti və ödənilmiş 59,45 manat dövlət rüsumu məbləğinin tutularaq iddiaçı “xxxx” X7nə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat
5. Cavabdeh Cavabdeh 1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin Cavabdeh 1 ##.##.2025-ci il tarixli müqavilə əsasında 3135 manat ödənilməmiş hissənin tutularaq iddiaçı “xxxx” X7nə ödənilməsi hissəsinə münasibətdə ləğv edilməsini və həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir.
6. Işə apellyasiya qaydasında baxılarkən tərəflər “xxxx” X7 və Cavabdeh 1 məhkəməyə aralarında bağlanmış ## ##### 2026-cı il tarixli barışıq sazişini təqdim edərək, təsdiq edilməsini xahiş etmişlər.
7. Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır: “Biz, bir tərəfdən ABC Telekom MMC (bundan sonra — Iddiaçı), digər tərəfdən X2 (bundan sonra — Cavabdeh), aramızda mövcud olan mülki üzrə aşağıdakılar barədə barışıq sazişi bağladıq:
1. Sazişin predmeti 1.1. Tərəflər təsdiq edirlər ki, ## ###### 2025-ci il tarixli e-*(***)-****/**** saylı qətnamə ilə müəyyən edilmiş borc məbləği üzrə Cavabdehin Iddiaçıya olan ümumi borcu 4005.26 (dörd min beş manat 26 qəpik) təşkil edir. 1.2. Tərəflər qarşılıqlı razılıq əsasında borcun könüllü qaydada hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər.
2. Ödəniş qaydası 2.1. Cavabdeh ümumi borcu 4005.26 (dörd min beş manat 26 qəpik) təşkil edir, bu borcu ayda 100 (bir yüz) manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürür. 2.2. Ödənişlərin hesablanma müddati ## ##### 2026-ci il tarixindan başlayır. 2.3. Ödənişlər hər ayın 15-dən gec olmayaraq Iddiaçının hesabına ödənilməlidir. 2.4. Cavabdeh borcu vaxtından əvvəl tam ödəmək hüququna malikdir.
3. Tərəflərin öhdəlikləri 3.1. Cavabdeh ödənişləri vaxtında va tam şəkildə həyata keçirməyi öhdəsinə götürür. 3.2. Cavabdeh ödənişləri gecikdirdiyi halda, iddiaçı AR-nın qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etmək hüququnu saxlayır.
4. Məhkəməyə müraciət 4.1. Tərəflər bu barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət edirlər. 4.2. Tərəflər məhkəmədən xahiş edirlər ki, bu barışıq sazişini təsdiq etsin və iş üzrə icraata xitam verilsin. 4.3. Tərəflər təsdiq edirlər ki, bu saziş könüllü bağlanmışdır va onun şərtləri tərəflər üçün aydındır.
5. Yekun müddəalar 5.1. Bu saziş iki nüsxədə tərtib edilmişdir va hər iki nüsxə eyni hüquqi qüvvəyə malikdir. 5.2. Saziş tərəflər tərəfindən imzalandığı gündən qüvvəyə minir və məhkəmə tərəfindən təsdiq edildikdən sonra icra üçün məcburi hesab olunur.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Maddə 261.0.5. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Maddə 262.4. Işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1 - 259.0.5ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası barışıq sazişini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, saziş qanunauyğun olduğu və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün təsdiq edilməli, qətnamə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.
10. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
“xxxx” X7 və Cavabdeh 1 arasında bağlanmış aşağıdakı məzmunda olan ## ##### 2026-cı il tarixli barışıq sazişi təsdiq edilsin: “Biz, bir tərəfdən ABC Telekom MMC (bundan sonra — Iddiaçı), digər tərəfdən X2 (bundan sonra — Cavabdeh), aramızda mövcud olan mülki üzrə aşağıdakılar barədə barışıq sazişi bağladıq:
1. Sazişin predmeti 1.1. Tərəflər təsdiq edirlər ki, ## ###### 2025-ci il tarixli e-*(***)-****/**** saylı qətnamə ilə müəyyən edilmiş borc məbləği üzrə Cavabdehin Iddiaçıya olan ümumi borcu 4005.26 (dörd min beş manat 26 qəpik) təşkil edir. 1.2. Tərəflər qarşılıqlı razılıq əsasında borcun könüllü qaydada hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər.
2. Ödəniş qaydası 2.1. Cavabdeh ümumi borcu 4005.26 (dörd min beş manat 26 qəpik) təşkil edir, bu borcu ayda 100 (bir yüz) manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürür. 2.2. Ödənişlərin hesablanma müddati ## ##### 2026-ci il tarixindan başlayır. 2.3. Ödənişlər hər ayın 15-dən gec olmayaraq Iddiaçının hesabına ödənilməlidir. 2.4. Cavabdeh borcu vaxtından əvvəl tam ödəmək hüququna malikdir.
3. Tərəflərin öhdəlikləri 3.1. Cavabdeh ödənişləri vaxtında va tam şəkildə həyata keçirməyi öhdəsinə götürür. 3.2. Cavabdeh ödənişləri gecikdirdiyi halda, iddiaçı AR-nın qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etmək hüququnu saxlayır.
4. Məhkəməyə müraciət 4.1. Tərəflər bu barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət edirlər. 4.2. Tərəflər məhkəmədən xahiş edirlər ki, bu barışıq sazişini təsdiq etsin və iş üzrə icraata xitam verilsin. 4.3. Tərəflər təsdiq edirlər ki, bu saziş könüllü bağlanmışdır va onun şərtləri tərəflər üçün aydındır.
5. Yekun müddəalar 5.1. Bu saziş iki nüsxədə tərtib edilmişdir va hər iki nüsxə eyni hüquqi qüvvəyə malikdir. 5.2. Saziş tərəflər tərəfindən imzalandığı gündən qüvvəyə minir və məhkəmə tərəfindən təsdiq edildikdən sonra icra üçün məcburi hesab olunur”.
Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.