Məhkəmə qərarları › İş №2(3-6)-371/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-371/2026

21.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-371/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X3 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” Sığorta Şirkəti ASC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər Nərimanov RPİ DYPŞ-nin ##.##.2024-cü il tarixli inzibati tənbeh tətbiq edilməsi barədə qərarından görünür ki, Cavabdeh ##.##.2024-cü il tarixdə idarə etdiyi “BMW 535I” markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən iddiaçı tərəfindən sığortalanmış “Toyota Camry” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vastəsi ilə toqquşmuş, nəticədə cavabdeh barəsində inzibati xətanın törədilməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir.

2. “xxxx” tərəfindən ## ###### 2024-cü il tarixdə tərtib edilmiş * nömrəli qüsur aktına əsasən “Toyota Camry” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyyat hissələrinin dəyəri 5540 manat, xidməti haqqı 1950 manat olmaqla, cəmi 7490 manat məbləğində zərər hesablanmışdır.

3. İş materiallarına əlavə edilmiş hesablaşmadan görünür ki, ## ##### 2025-ci il tarixdə dəymiş zərərin 5000 manat hissəsi cavabdehin icbari qaydada sığortalı olduğu “xxxx” ASC tərəfindən iddiaçıya ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İddiaçı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2490 manat məbləğində sığorta ödənişi, 44,90 manat dövlət rüsumu və 0,4 xidmət haqqının, cəmi 2535,3 manat pulun tutularaq ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

5. İddia tələbi onunla əsaslanıdırılmışdır ki, iddiaçı İddiaçı ASC ilə sığortalı X1 arasında bağlanmış ##.##.2023-cü il tarixli AS-F ***/** nömrəli sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış “Toyota Camry” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində ##.##.2024-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində cavabdeh Cavabdeh tərəfindən idarə olunan “BMW 535I” markalı ** ZU *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə toqquşaraq zədələnmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Camry” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 7490 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ##.##.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində “BMW 535I” markalı ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “xxxx”N3 MMC-nin ##.##.2024-cü il tarixli qiymətləndirmə aktında, yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Camry” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 7490 manat təşkil edilmişdir. İddia ərizəsinə əlavə edilmiş subroqasiya tələblərinin reyestrindən çıxarışından görünür ki, “BMW 535I” markalı ** ZU *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə “xxxx” ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi Cəmiyyətin hesabına ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş ##.##.2024-cü il tarixli, ****/** nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Toyota Camry” markalı ** CA *** dövlət nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin qalıq hissəsinə görə ödənilməli olan 2490 manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddianın təmin edilməsi, X4 “xxxx” Sığorta Şirkəti ASC-nin xeyrinə 2490 manat sığorta ödənişinin məbləği, 44,90 manat dövlət rüsumunun əvəzi və 0,4 manat xidməti haqqının tutulması qət edilmişdir.

7. Məhkəmə təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gəlmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 926.3, 936.1, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.1, 6.2, 8.1, 8.2, 9.1, 9.2, 25.1.3, 63.1, 63.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, yol-nəqliyyat hadisəsi baş verdikdə həm onun, həm də “Toyota Camry” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobildə ciddi olmayan dərəcədə zədələnmişdir. Avtomobilimin sol arxa tərəfi, yəni, sol arxa qapı, sol arxa qanadı, sol arxa sapfa, alumunium qollar kimi hissələr zədələnmişdir. Ümumi olaraq çəkdiyi xəcrlər 1200 manata yaxın olan məbləğdə xərci çıxmışdır. Toyotanın isə yalnız ön hissəsi zədələnmişdir. Yalnız, ön bamper, üzlük, fara və kapot kimi hissələr zədələnmişdir. Zərər çəkmiş Toyota markalı avtomobil 2008-ci il tarixli buraxılışıdır. AS-F ***/** nömrəli İddiaçı ASC-nin özünün tərtib etdiyi Sığorta şəhadətnaməsinə əsas avtomobilin bazar dəyəri isə 14000 manat təşkil etmişdir. Lakin cüzi zədələnmələrə görə ümumlikdə avtomobilə dəyən zərər nədənsə 7490 manat dəyərində qiymətləndirilmişdir. Avtomobilin faktiki bazar qiymətinin 50 faizdən çox olan dəyərindədir. Bu absurddu və reallıqdan çox uzaqdır. Hesab edir ki, həmin avtomobilin aldığı zədələnmənin dəyəri maksimum 3000-4000 manat həcmində olardı. Lakin bütün bunlara baxmayaraq işdə olan sığorta şirkətləri (yəni, iddiaçı və onun mülki məsuliyyətini sığortalamış “xxxx”ASC) bu qiymətləndirmə hüquqlarına mənfi təsir göstərəcəyini nəzərə almamış, keçirilmiş qiymətləndirmədən onu xəbərdar etməmiş və onun iştirakını təmin etməmişdirlər. Nəticədə, artıq dərəcədə şişirdirilmiş zərər qiyməti formalaşdırılmış və sığorta ödənişi 7490 manat məbləğində pul nə sığortalıya, nə də qiymətləndirmənin əsasını təşkil edən ##.##.2024-cü il tarixli “Zərər aktı”nı tərtib edən “xxxx” №-3 MMC təmir-servis müəssisəsinə ödənilməmişdir. Sığorta ödənişi aktına əsasən sığorta ödənişi başqa şəxsə X2 ödənilmişdir. Halbuki, sığorta şəhadətnaməsinə əsasən həm sığortalı, sığortaolunan və faydalanan şəxs X1r. Bundan başqa o, sığorta sahəsində fəaliyyət göstərən müstəqil qiymətləndirici ekspertlərə müraciət etmişdir. Onun şifahi hesabladığı qiymətləndirməyə əsasən isə, dəyişdirilməli olan ehtiyat hissələrinin qiyməti iddiaçının təqdim etdiyi aktdan kəskin surətdə fərqlənir. Məsələn, kapot iddiaçının təqdim etdiyi akta əsasən 550 manat, müstəqil ekspertlərindən və bazarda apardığı araşdrımaya əsasən isə müəyyən edilmiş qiymət 380 manatdır. Daha sonra isə kapot petlələri 160 manat kimi göstərilmiş, lakin əsl bazar qiyməti isə 60 manatdır. Digər ehtiyat hissələrdə də kəskin dərəcədə şişirdirilmə müşahidə olunur. Halbuki, sığorta qanunvericiliyə əsasən, sığorta ödənişi hesablanarkən sığorta predmeti olan 2008-ci il buraxılışı olan “Toyota Camry” avtomobil baş vermiş sığorta hadisəsindən öncə olan vəziyyətə gətirilməli idi. Lakin iddiaçının ondan tələb etdiyi məbləğə əsasən daha artırılmış ziyan məbləğ müşahidə olunur. Hadisə Bakı şəhərinin mərkəzi küçələrinin birində, Nərimanov rayonun ərazisində baş vermişdir. Həmin vaxt da tez-tez tıxac olur və hadisə baş verən zaman sürəti 30-40 km olardı. Bundan başqa hazırki işə kiçik iddialar üzrə icraatda baxılmalı deyildir. Çünki, burada tərəflər arasında açıq-aşkar mübahisə mövcuddur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürüldüyünü nəzərə alaraq, şikayətin təmin edilməməsini xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.

13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

15. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

16. Maddə 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir.

17. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

18. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

19. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

20. Maddə 1114. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu

21. Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.

22. Maddə 13.2. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır.

23. Maddə 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.

24. Maddə 20.6. Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Bu halda sığorta ödənişinin məbləği sığortalının və ya sığorta olunanın, yaxud digər sığortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz.

25. Maddə 20.7. Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına dəymiş zərərlə əlaqədar sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən zərərçəkənə ödənilmiş məbləğ zərər məbləğindən az olduqda, sığortaçı sığorta ödənişini ödənilmiş məbləğlə zərər məbləği arasındakı fərq həcmində zərərçəkənə, ödənilmiş məbləğin əvəzini isə sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verməklə həyata keçirir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 107.1. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

30. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

32. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir.

37. İşin mübahisəsiz hallarından göründüyü kimi, Bakı şəhəri Nərimanov RPİ DYPŞ-nin ##.##.2024-cü il tarixli inzibati tənbeh tətbiq edilməsi barədə qərarı ilə Cavabdeh ##.##.2024-cü il tarixdə idarə etdiyi “BMW 535I” markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən iddiaçı tərəfindən sığortalanmış “Toyota Camry” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə cavabdeh inzibati xətanın törədilməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir.

38. “xxxx” tərəfindən ## ###### 2024-cü il tarixdə tərtib edilmiş * nömrəli qüsur aktına əsasən “Toyota Camry” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyyat hissələrinin dəyəri 5540 manat, xidməti haqqı 1950 manat olmaqla, cəmi 7490 manat məbləğində zərər hesablanmışdır.

39. İddiaçı özü də iddia ərizəsində qeyd edir ki, dəymiş zərərin 5000 manat hissəsi cavabdehin icbari qaydada sığortalı olduğu “xxxx”ASC tərəfindən iddiaçıya ödənilmişdir.

40. Hazırda cavabdeh ondan tələb olunan 2490 manat zərər hissəsi ilə razılaşmır.

41. Cavabdehin təqdim etdiyi “xxxx” MMC-yə aid ## ###### 2026-cı il tarixli qiymətləndirmə hesabatı əsasən iddiaçı tərəfindən sığortalı avtomobilə dəymiş zərərin məbləği 4530 manat təşkil etmişdir.

42. Cavabdeh tərəfindən işə tərəflərin iştirakının təmin edilməsi ilə məhkəmə iclasında baxılması barədə vəsatəti kollegiyanın ## ###### 2026-cı il tarixli qərardadı ilə təmin edilmiş, cavabdehin dəlillərinin yoxlanılması məqsədi ilə dəymiş zərərin müəyyən edilməsi üçün məhkəmə kollegiyasının ## ###### 2026-cı il tarixli qərardadı qəbul edilmiş, qərardadın icra edilməsi “xxxx” MMC-yə həvalə edilmişdir.

43. “xxxx” MMC-dən daxil olmuş ## #### 2026-cı il hesabatda 2008-ci il istehsal tarixli “Toyota Camry” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği həmin tarixə 4915 manat müəyyən edilmişdir. Xidmət haqqı cavabdeh tərəfindən tam ödənilmişdir.

44. Belə olduqda kollegiya hesab edir ki, cavabdehin dəlilləri tam əsaslıdır. Belə ki, iddiaçı tərəfindən sığortalı avtomobilə dəymiş zərər cavabdehin icbari qaydada sığortalı olduğu “xxxx” ASC tərəfindən iddiaçıya ödənilmişdir.

45. Kollegiya “xxxx” tərəfindən ## ###### 2024-cü il tarixdə tərtib edilmiş aktı mötəbər hesab etmir.

46. Belə ki, iddiaçı tərəfindən tərtib olunan ## ####### 2024-cü il tarixli A-AS-***/** nömrəli sığorta aktında nəqliyyat vasitəsinin dəyəri 14000 manat müəyyən edilmişdir. Belə olduqda kollegiya yol nəqliyyat hadisəsi zamanı dəymiş zərərin 7490 manat təşkil etməsini ağlabatan hesab etmir.

47. Məhkəmə xərclərinə gəldikdə kollegiya hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

48. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 23,4 manat dövlət rüsumu və “xxxx” MMC-yə ödənilmiş 500 manat xidmət haqqı iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.

49. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ####### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçı İddiaçı ASC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 23,4 manat dövlət rüsumunun və “xxxx”xxxxİddiaçı ASC-dən tutularaq Cavabdeh ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar