Məhkəmə qərarları › İş №2(3-6)-3710/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3710/2026

11.08.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3710/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər maraqlı şəxs1, maraqlı şəxs2, maraqlı şəxs4 və maraqlı şəxs3 cəlb olunmaqla) “alqı-satqı müqaviləsinin bağlanmış heab edilməsi və s” tələbinə dair ilkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin qarşılıqlı iddia üzrə cavabdeh, ilk iddia üzrə iddiaçı İddiaçı qarşı “nəqliyyat vasitəsinin qaytarılması və s” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə dair (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılmışdır, dövlət rüsumu az ödənilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (bunbdan sonra “ilk iddiaçı”xxxx“xxxx MMC”) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər maraqlı şəxs1, maraqlı şəxs2, maraqlı şəxs4 və maraqlı şəxs3 cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı arasında “MERSEDES BENZ S500” markalı, **-AA- *** dövlət qeydiyyat nişanlı avtomobilə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilərək avtomobilin Cavabdeh MMC-nin adına olan qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC İddiaçı qarşı “nəqliyyat vasitəsinin qaytarılması və s” tələbinə dair qarşılıqlı iddia ərizəsi verərək, ilkin iddia tələbinin rədd edilməsi, Cavabdeh MMC-nin mülkiyyətində olan 99-AA884 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz S-Class” markalı minik nəqliyyat vasitəsinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qanunsuz sahibliyindən məcburi qaydada alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə verilməsi, 100 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi qət edilmişdir.

4. Qətnamədən ilk iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin tam həcmdə ləğv edilməsini, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın təm rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq normaları:

5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsində qeyd edilir ki, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə birinci instansiya məhkəməsinə müraciət edilərkən bu qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.

6. Qanunun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir.

7. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

8. Mülki Prosessual Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.

9. Mülki Prosessual Məcəllənin 363.1.2-ci madəsində qeyd edilir ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

10. Həmin Məcələnin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən işə apellyasiya qaydasında baxılması qeyri-mümkündür.

12. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat, həmin qanunun 8.6-cı maddəsinə əsasən isə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu qanunun müvafiq olaraq 8.1 və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi həcmində rüsum ödənilməlidir.

13. Qanunun qeyd olunan normasında bəhs olunan “iddianın qiyməti” anlayışı MPM-in 112-ci maddəsində izah edilmiş, habelə müxtəlif tələblər üzrə iddianın qiymətinin müəyyən olunmasının meyarları müəyyən edilmişdir. MPM-in 112.3-cü maddəsinə görə, qarşılıqlı iddia da əsas iddia qaydasında ödənilir.

14. Apellyasiya şikayətindən görünür ki, apellyator qətnaməni həm ilkin iddianın rədd edilən, həm də qarşılıqlı iddianın təmin edilən hissələrində mübahisələndirmişdir.

15. Hazırki işdə hər iki iddia qiymətləndirilməyən olduğundan, ilk iddiaçı İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ödəməli olduğu dövlət rüsumunun məbləği, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2 və 8.6-cı maddələrinin tələblərinə əsasən 50+50=100 manat təşkil etdiyi halda o, cəmi 50 manat məbləğində dövlət rüsumu ödəmişdir.

16. Belə olan halda kollegiya hesab edir ki, Xəzər Rayon Məhkəməsinin *(*-**)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən apellyasiya qeyri-mümkün hesab edilməlidir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA A L D İ:

Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar