Məhkəmə qərarları › İş №e-2(3-6)-3191/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3191/2026

10.07.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3191/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin binasında iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “daşınmaz əmlakın faktiki istifadəyə verilməsi və əldən çıxmış faydanın ödənilməsi öhdəliyinin qoyulması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə mülki işin aidiyyəti məsələsi ilə bağlı məsələyə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı daşınmaz əmlakın faktiki istifadəyə verilməsi və əldən çıxmış faydanın ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 üzərinə köhnə ünvan: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 271.8 kv/m, yaşayış sahasi 131.7 kv/m, yardımçı sahəsi 140.1 kv/m olan 6 otaqlı bağ evinin, 0.0840 ha torpaq sahəsinin faktiki istifadəsinə təhvil verilməsi, həmçinin 3 aylıq (2000x3=6000) müddətə görə əldən çıxmış 6000 manatın və 100 manat dövlət rüsumunun ona ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. ##.##.2026-cı il tarixdə cavabdeh Cavabdeh vəkili-nümayəndəsi nümayəndə1 müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 271.8 kv/m, yaşayış sahəsi 131.7 kv/m, yardımçı sahəsi 140.1 kv/m olan 6 otaqlı bağ evinin, 0.0840 ha torpaq sahəsinin İddiaçı satılmasına dair ## ###### 2025-ci il tarixli, AN-IІ № ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ilkin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ##.##.2026-cı il tarixdə Cavabdeh vəkili-nümayəndəsi nümayəndə1 elektron kabinet vasitəsilə bütün məhkəmə tərkibinə etiraz ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, bütün məhkəmə tərkibinə etiraz etdiyini, etirazın baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini və etirazın təmin olunmasını, mülki işin baxılması üçün başqa məhkəməyə göndərilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, köhnə ünvan: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 271.8 kv/m, yaşayış sahəsi 131.7 kv/m, yardımçı sahəsi 140.1 kv/m olan 6 otaqlı bağ evinin, 0.0840 ha torpaq sahəsinin faktiki istifadəsinə verilməsini, həmçinin 3 aylıq (2000x3=6000) müddətə görə əldən çıxmış 6000 manatın və 100 manat dövlət rüsumunun ona ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 271.8 kv/m, yaşayış sahəsi 131.7 kv/m, yardımçı sahəsi 140.1 kv/m olan 6 otaqlı bağ evinin, 0.0840 ha torpaq sahəsinin İddiaçı satılmasına dair ## ###### 2025-ci il tarixli, AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, ilkin iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. e-*(*-***)-****/**** saylı mülki iş hazırda Abşeron Rayon Məhkəməsində hakim Mirnəsir Mirhəsənlinin icraatındadır. O, uzun müddət Abşeron Rayon Məhkəməsində hakim və sədr vəzifəsində fəaliyyət göstərmişdir. Hazırkı mübahisəyə həmin məhkəmədə baxılması məhkəmə araşdırmasının obyektivliyi və qərəzsizliyi ilə bağlı əsaslı şübhələrin yaranmasına səbəb olur. Belə ki, iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarının hansı tərəfin xeyrinə olmasından asılı olmayaraq, işə baxılmasının məhz əvvəllər rəhbəri olduğu məhkəmədə həyata keçirilməsi məhkəmənin qərəzsizliyi və obyektivliyi prinsipinə münasibətdə şübhə yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarına əsasən hesab edir ki, iş üzrə obyektiv, hərtərəfli və qərəzsiz araşdırmanın təmin olunması məqsədilə mülki iş başqa məhkəmənin icraatına verilməlidir. Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı ilə (hakim Mirnəsir Mirhəsənli) İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın faktiki istifadəyə verilməsi və əldən çıxmış faydanın ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Cavabdeh vəkili və nümayəndəsi nümayəndə1 tərəfindən məhkəmə tərkibinə verilmiş etirazın baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının e-*(*-*)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “daşınmaz əmlakın faktiki istifadəyə verilməsi və əldən çıxmış faydanın ödənilməsi öhdəliyinin qoyulması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Cavabdeh vəkili-nümayəndəsi nümayəndə1 tərəfindən məhkəmə tərkibinə verilmiş etirazın təmin edilməsi, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “daşınmaz əmlakın faktiki istifadəyə verilməsi və əldən çıxmış faydanın ödənilməsi öhdəliyinin qoyulması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki işin müvafiq birinci instansiya məhkəməsində baxılmasının müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh vəkilinümayəndəsi nümayəndə1 tərəfindən məhkəmə tərkibinə verilmiş etiraz təmin edildiyindən və etirazda qeyd edilən səbəblər mülki işə Abşeron Rayon Məhkəməsində baxılmasını ədalətli məhkəmə araşdırmasını və iş üzrə qəbul ediləcək məhkəmə aktının obyektivliyini şübhə altına aldığından mülki işə həmin yurisdiksiyaya aid olmayan digər məhkəmədə baxılmalıdır. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “daşınmaz əmlakın faktiki istifadəyə verilməsi və əldən çıxmış faydanın ödənilməsi öhdəliyinin qoyulması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.3-cü maddəsinə əsasən hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.5-ci maddəsinə əsasən işin bu Məcəllənin 44.2.3 və 44.2.4-cü maddələrində nəzərdə tutulmuş hallarda aid olduğu məhkəməyə verilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “daşınmaz əmlakın faktiki istifadəyə verilməsi və əldən çıxmış faydanın ödənilməsi öhdəliyinin qoyulması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar