Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-717/2026 23.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X2 və X3 ibarət tərkibdə, Əli Seyran oğlu Ismayılovun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “daşınmaz əmlakın faktiki istifadəyə verilməsi və əldən çıxmış faydanın ödənilməsi öhdəliyinin qoyulması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə məhkəmə tərkibinə verilmiş etiraza Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən e t d i: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı daşınmaz əmlakın faktiki istifadəyə verilməsi və əldən çıxmış faydanın ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 üzərinə köhnə ünvan: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 271.8 kv/m, yaşayış sahasi 131.7 kv/m, yardımçı sahəsi 140.1 kv/m olan 6 otaqlı bağ evinin, 0.0840 ha torpaq sahəsinin faktiki istifadəsinə təhvil verilməsi, həmçinin 3 aylıq (2000x3=6000) müddətə görə əldən çıxmış 6000 manatın və 100 manat dövlət rüsumunun ona ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. ##.##.2026-cı il tarixdə cavabdeh Cavabdeh vəkili-nümayəndəsi nümayəndə1 müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 271.8 kv/m, yaşayış sahəsi 131.7 kv/m, yardımçı sahəsi 140.1 kv/m olan 6 otaqlı bağ evinin, 0.0840 ha torpaq sahəsinin İddiaçı satılmasına dair ## ###### 2025-ci il tarixli, AN-IІ № ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ilkin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ##.##.2026-cı il tarixdə Cavabdeh vəkili-nümayəndəsi nümayəndə1 elektron kabinet vasitəsilə bütün məhkəmə tərkibinə etiraz ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, bütün məhkəmə tərkibinə etiraz etdiyini, etirazın baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini və etirazın təmin olunmasını, mülki işin baxılması üçün başqa məhkəməyə göndərilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, köhnə ünvan: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 271.8 kv/m, yaşayış sahəsi 131.7 kv/m, yardımçı sahəsi 140.1 kv/m olan 6 otaqlı bağ evinin, 0.0840 ha torpaq sahəsinin faktiki istifadəsinə verilməsini, həmçinin 3 aylıq (2000x3=6000) müddətə görə əldən çıxmış 6000 manatın və 100 manat dövlət rüsumunun ona ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 271.8 kv/m, yaşayış sahəsi 131.7 kv/m, yardımçı sahəsi 140.1 kv/m olan 6 otaqlı bağ evinin, 0.0840 ha torpaq sahəsinin İddiaçı satılmasına dair ## ###### 2025-ci il tarixli, AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, ilkin iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. e-*(*-***)-****/**** saylı mülki iş hazırda Abşeron Rayon Məhkəməsində hakim Mirnəsir Mirhəsənlinin icraatındadır. O, uzun müddət Abşeron Rayon Məhkəməsində hakim və sədr vəzifəsində fəaliyyət göstərmişdir. Hazırkı mübahisəyə həmin məhkəmədə baxılması məhkəmə araşdırmasının obyektivliyi və qərəzsizliyi ilə bağlı əsaslı şübhələrin yaranmasına səbəb olur. Belə ki, iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarının hansı tərəfin xeyrinə olmasından asılı olmayaraq, işə baxılmasının məhz əvvəllər rəhbəri olduğu məhkəmədə həyata keçirilməsi məhkəmənin qərəzsizliyi və obyektivliyi prinsipinə münasibətdə şübhə yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarına əsasən hesab edir ki, iş üzrə obyektiv, hərtərəfli və qərəzsiz araşdırmanın təmin olunması məqsədilə mülki iş başqa məhkəmənin icraatına verilməlidir. Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı ilə (hakim Mirnəsir Mirhəsənli) İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın faktiki istifadəyə verilməsi və əldən çıxmış faydanın ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Cavabdeh vəkili-nümayəndəsi nümayəndə1 tərəfindən məhkəmə tərkibinə verilmiş etiraz baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-in 22.5-ci maddəsinə əsasən, əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. MPM-nin 19.1-ci maddəsinə əsasən, hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir: 19.1.1. O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; 19.1.2. O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; 19.1.3. O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə; 19.1.4. o, əvvəllər tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olmuşsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; 19.1.5. o, məhkəmədə baxılan mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə; 19.1.6. o, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa; 19.1.7. onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 8-ci maddəsinə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. MPM-nin 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2005-ci il ## ###### tarixli * nömrəli “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenum qərarının 1-ci maddəsində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, mülki, kommersiya, inzibati və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır. Həmin qərarın 2.2-ci maddəsində qeyd edilir ki, “hakimə (məhkəmə tərkibinə) edilən etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir”. Iş materialları ilə müəyyən olunur ki, cavabdeh Cavabdeh uzun müddət Abşeron Rayon Məhkəməsində hakim və sədr vəzifəsində fəaliyyət göstərmiş, hal-hazırda isə Sumqayıt Şəhər Məhkəməsində hakim kimi öz fəaliyyətini davam etdirir. Konkret iş üzrə etirazın dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, ərizədə qeyd olunan dəlillər etiraz üçün əsasdır. Məhkəmə kollegiyası etirazın əsaslarını, habelə etiraz edən şəxsin marağını diqqətlə araşdıraraq hesab edir ki, Cavabdeh əvvəllər Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan Abşeron Rayon Məhkəməsində rəhbər vəzifə tutması, eləcə də hazırda Sumqayıt Şəhər Məhkəməsində hakim vəzifəsində çalışması mülki iş üzrə qəbul ediləcək məhkəmə aktının obyektivliyinə və qərəzsizliyinə dair qarşı tərəfdə şübhələrin yaranması ehtimalını istisna etmir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, ədalət mühakiməsinin obyektiv və qərəzsiz həyata keçirilməsi, eləcə də gələcəkdə qəbul ediləcək hər hansı bir qərarın şübhə altına alınmaması məqsədilə etiraz təmin edilməli və mülki iş müvafiq birinci instansiya məhkəməsində baxılmasının müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22.6-cı maddəsinə əsasən, etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 22.6 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “daşınmaz əmlakın faktiki istifadəyə verilməsi və əldən çıxmış faydanın ödənilməsi öhdəliyinin qoyulması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Cavabdeh vəkili-nümayəndəsi nümayəndə1 tərəfindən məhkəmə tərkibinə verilmiş etiraz təmin edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “daşınmaz əmlakın faktiki istifadəyə verilməsi və əldən çıxmış faydanın ödənilməsi öhdəliyinin qoyulması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş müvafiq birinci instansiya məhkəməsində baxılmasının müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-8)-717/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-717/2026
23.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver