Məhkəmə qərarları › İş №e-2(3-6)-3550/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3550/2026

11.08.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3550/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, m ü ə y y ə n e t d i:

1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “sənədlərin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır.

3. Iddiaçı həmin qərardaddan şikayət vermiş, qərardadın ləğv edilməsini xahiş etmişdir.

4. Şikayət onunla əsaslandırılmışdır ki, Naxçıvan MR Şərur rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli 04 N-li qərarı ilə cavabdeh2, X2 və X3 adına Şərur rayonu Mahmudkənd kəndində yerləşən ümumi sahəsi 2548,70 m2 torpaq sahəsi rəsmiləşdirilmişdir. Həmçinin bu torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən JN2 83B şəhadətnamə verilmişdir. cavabdeh2, X2 və X3 adlarına olan əmlak hüquqlarının dövlət qeydiyyatının ləğv olunması barədə Naxçıvan MR IN yanında ƏMDX-nin tabeliyində olan “xxxx” publik hüquqi şəxsinə qarşı məhkəməyə iddia ərizəsi verərkən onların aqrar islahat komissiyasının qərarı əsasında bu torpaq sahəsinə hüquqlar əldə etdiyini bilmişdir. Onların bu torpaq sahəsinə heç bir hüquqları olmadığı halda əsassız olaraq bu torpaq sahəsinə hüquqları tanınmışdır. Nəzərə çatdırır ki, cavabdeh2 1993-cü ildə bu evə gəlin gəlmiş və cəmi bir həftə yaşadıqdan sonra Bakı şəhərinə köçüb getmişdir. Adı çıxarışda göstərilən X1 isə ##.##.1997-ci tarixində vəfat etmişdir. Həmçinin aqrar islahat zamanı bu şəxslər Bakı şəhərində daimi pasport qeydiyyatında olmuşlar. Yəni bu 3 şəxs aqrar islahat gedən zaman nə bu kənddə daimi pasport qeydiyyatında olmuş, nə də ki faktiki olaraq yaşamamışlar. Ona görə də, o, Aqrar Islahat Komissiyasının qərarına əlavə edilmiş siyahıdan onların adlarının çıxarılması və qərar əsasında onların adlarına verilmiş sənədlərin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Onun iddiasının əsasını Naxçıvan MR Şərur rayon Aqrar Islahat Komissiyasının ##.##.1998- ci il tarixli 04 N-li qərarı ilə cavabdeh2, X2 və X3 adına Şərur rayonu Mahmudkənd kəndində yerləşən ümumi sahəsi 2548,70 m2 torpaq sahəsinin rəsmiləşdirilməsinin qanunsuz hesab edilməsindən gedir. Yəni iddianın əsasını mülki qaydada verilmiş torpaq sahəsinin cavabdehə heç bir hüquqi əsas olmadan verilməsi təşkil edir. Bilindiyi kimi AR Ali Məhkəməsi Plenumunun “Inzibati və Mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə adiyyatına dair” ##.##.2015-ci il tarixli * nömrəli qərarının 17-ci bəndinə görə: Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Iddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. O, Şərur Rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** №-li qərarının cavabdeh2, X5 və X6 aid olan hissədə ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinə müraciət etmişdir. X4 Respublikasının Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)- ****/**** saylı qərardadı ilə iddiası mümkün sayılmamışdır. Həmin bu qərardada görə “Inzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni ##.##.2011-ci il tarixədək edilmiş inzibati orqanların hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ##.##.2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta və ya hərəkətə (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Həmçinin bu qərardadda göstərilmişdir ki, “Qanunvericiliyə əsasən şəhər, rayon icra hakimimiyyətləri aqrar islahat komissiyalarının hüquqi varisi qismində tanınmamışdır. Belə olan halda həmin komissiyanın qəbul etdiyi qərarları ləğv etmək səlahiyyəti də şəhər, rayon icra hakimiyyətlərinin üzərinə qoyula bilməz. Bu səbəbdən də hazırki iddia tələbi üzrə Şərur Rayon Icra Hakimiyyəti müvafiq cavabdehlik daşımadığından iddia tələbi mümkün sayılmamalıdır”. Yəni işin hallarından da görsənir ki, o inzibati qaydada məhkəməyə müraciət etmişdir. Lakin iddia ərizəsi mümkün sayılmamışdır. Eyni zamanda bildirmək istəyir ki, Nizami Rayon Məhkəməsinin bu qərardadında Aqrar Islahat Komissiyalarının hüquqi varisi kimi dövlət aqrar inkişaf mərkəzlərinin olduğu göstərilmişdir. Lakin dövlət aqrar inkişaf mərkəzləri haqqında əsasnamədə belə bir bənd yoxdur. Həmçinin Aqrar Islahat Komissiyalarının hüquqi varisi kimi dövlət aqrar inkişaf mərkəzlərinin olması barədə hər hansı bir fərman və ya sərəncam yoxdur. Ona görə də həmin təşkilata qarşı da inzibati qaydada iddia vermək üçün hüquqi əsas yoxdur. Məhkəmənin eyni saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin olunmamış və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

7. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

8. Belə ki, “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” ##.##.2015-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

9. Rayon məhkəməsi mübahisələndirilən qərardadında qeyd etmişdir ki, Aqrar Islahat Komissiyası ləğv edilmiş və hazırda onun səlahiyyətlərini dövlət aqrar inkişaf mərkəzləri həyata keçirir. Hansı ki, “Inzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli Qərarının 8.4.1-ci bəndində dövlət aqrar inkişaf mərkəzləri inzibati orqan olaraq göstərilmişdir. Iddiaçı isə ləğv edilmiş komissiyanın qərarını mübahisələndirərək həmin qərar əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsini tələb edir. Yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə və ya mülki mühakimə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.

11. Həmin məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Işə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə ## ##### 2015-ci il tarixli qərarında da ifadə olunmuşdur. Belə ki, həmin qərarın 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

13. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.

14. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

15. Məhkəmə rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı Naxçıvan MR Şərur rayon Aqrar Islahat Komissiyasının qəbul etdiyi qərar əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi, həmin qərara əlavənin dəyişdirilməsi və bu əsasda verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir, yəni inzibati orqanın qəbul etdiyi inzibati aktın hüquqi nəticələri mübahisələndirilir.

16. Belə olan halda məlum olur ki, MPM-in tələblərinə görə, iddia ərizəsində göstərilən tələbə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan rayon məhkəməsi hazırkı iş üzrə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməkdə haqlı olmuşdur.

17. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, rayon məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, rayon məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

18. Bunula yanaşı, Məhkəmə xüsusi olaraq qeyd edir ki, hazırkı mübahisənin inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması mübahisəsiz olduğundan (iddiaçının ilkin müraciətinə baxan inzibati məhkəmə də yalnız cavabdehin düzgün müəyyən edilməməsi əsasına görə onun iddiasını mümkün saymamışdır) və həmin imkalar hələ tükənmədiyindən iddiaçının hazırkı tələbunə məhz izibati icraat qaydasında baxılması zəruridir. Belə ki, nəzərıə alınmalıdır ki, iddiaçının inzibati məhkəmənin həmin qərardadını mübahisələndirmək və ya qeyd edilən pozuntuları aradan qaldırmaqla yenidən eyni tələblə inzibati məhkəməyə müraciət etmək kimi prosessual imkanları mövcuddur.

19. Məhkəmə onu da qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsinin istənilən icraatda, o cümlədən də inzibati icraatada hərəkət və ya qərarı mübahisələndirilən inzibati və ya sair orqanın ləğv edilməsi və ya onun hüquqi varisinin olmaması öz-özlüyündə şəxsin məhkəməyə müracət hüquqnun məhdudlaşdırılması kimi dəyərləndirilə bilməz. Qeyd edilən məsələnin aydınlaşdırılması və həll edilməsi, xüsusən də inzibati icraatada məhkəmənin pozitiv öhdəliklərinə aiddir. Bu məsələyə hər hansı əks yanaşma “məhkəməyə çatımlıq” hüququna xələl gətirə və şəxsün üzərinə həddən ziyada “yük qoyulmasına” gətirib çıxarda bilər.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

21. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

22. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

23. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar